AdigöZƏl bəy qarabağnamə



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə14/16
tarix31.01.2017
ölçüsü1,85 Mb.
#7198
1   ...   8   9   10   11   12   13   14   15   16

* * * 
Öz peşəsi ilə Əhməd bəy nə tarixçi, nə də ədəbiyyatçı idi. O, Peterburqdakı 
Pavlov korpusunda təhsil alaraq rus ordusu zabiti kimi imperiyanın müxtəlif 
şəhərlərini gəzərək qabaqcıl rus mədəniyyəti ilə yaxınlaşmışdı. Şübhə yoxdur ki, 
o, Peterburqda olarkən orada yaşayan məşhur şair və yazıçılarla da tanış olmuşdu. 
Əhməd bəy Puşkini, Lermontovu, Jukovskini sevir, rus şairlərinin  əsərlərini 
tərcümə edir, tarixi əsərlər və hətta şeirlər yazırdı. Kəhrizli kəndində onun zəngin 
bir kitabxanası da var idi
2
.  Əhməd bəy Puşkinin "Balıqçı  və balıq nağılı"nı, 
Lermontovun "Mtsıri", "Bəhs", "Üç xurma ağacı", "Terekin sovqatı", "Hacı 
Abrek", Jukovskinin "Yay axşamı", "Yatmış  şahzadə  qız" və s. əsərlərini 
Azərbaycan dilinə tərcümə etmişdir
3
. Bunlardan başqa, Əhməd bəy "Kavkaz" və 
"Новое обозрения" qəzetlərinə müxtəlif mövzularda məqalələr də yazırdı. Əhməd 
bəy həmçinin uşaqlar üçün nəşr olunmuş  mənzum bir əsərin də müəllifidir. O 
öləndən sonra həmin əsər "Asari-Əhməd bəy Cavanşir" adlandırılmışdır. Həmidə 
xanım yazır ki, o, (Əhməd bəy - Ş.Ə.)  ölümqabağı  həmin  əsərin uşaqlar üçün 
nəşr edilməsini məndən xahiş etmişdi. Senzura həmin kitabın nəşrinə icazə 
vermişdi. Lakin atamın pulu olmadığından  əsəri çap edə bilməmişdi. Mənə 
"Qeyrət" mətbəəsi sahibi Mirzə  Cəlil Məmmədquluzadəyə müraciət etməyi 
məsləhət gördülər. Mən  əlyazmasını Mirzə  Cəlilə verərək çap etməsini təklif 
etdim. O, əsəri oxuyub bəyəndikdən sonra nəşrinə başladı
4
. Tbilisidə "Qeyrət" 
mətbəəsində çap olunan bu əsərin cildində Həmidə 
                                                 
1 Ф.Кочарли. Литература азербайджанских татар. Tiflis, 1903, səh. 7. 
2 Həmidə xanımın xatirələri. Azərb. SSR EA Respublika Əlyazmalar Fondu, inv. 174, dəftər 5, vərəq 41. 
3 Ф.Кочарли. Литература азербайджанских татар. Tiflis, 1903, səh. 30, 53. 
4 Həmidə xanımın xatirələri. Dəftər 1, vərəq 2, 4; dəftər 2, vərəq 16. 
 
174 

xanımın xahişi ilə "Bu kitabın satılmasından  əldə edilən gəlir mərhum  Əhməd 
bəyin adına olan müsəlman qız məktəblərinə məxsusdur" sözləri yazılmışdı. 
"Asari-Əhməd bəy Cavanşir"  şeriyyəti etibarı ilə müəllifi bir şair kimi 
xarakterizə etmir. Şeir qaydalarına riayət edilməyərək yazılmış bu əsərdə toplanan 
"Sevdiməli", "Ay və gün", "Güc məndədir, güc məndə", "Qazı namaz üstədir" və 
başqa bu kimi doqquz mənzum hekayədə  nəsihətamiz sözlərlə elatın həyat və 
məişəti təsvir edilir. 
Əhməd bəyin başqa bir görkəmli  əsəri - 4 cilddən ibarət olan və bizə  gəlib 
çatmayan "Türk zərb-misallar məcmuəsi"dir. Bu məcmuənin məzmunu haqqında 
Həmidə xanım yazır: "...əvvəlcə Azərbaycan zərb-misala oxşar olan rus misalı 
(Dalın əsərindən) yazılmışdı. Əsər çapa hazır idi"
1

Əhməd bəyin bütün əsərlərindən bizim üçün ən mühüm olanı 1883-cü ildə 
Şuşada yazılmış "Qarabağ xanlığının 1747-1805-ci illərdə siyasi vəziyyətinə 
dair" adlı əsərdir. Bu əsər ilk dəfə 1884-cü ildə Tiflisdə
2
, sonra isə 1901-ci ildə 
Şuşada nəşr olunmuşdur. Bu dövrdə yaşamış Azərbaycan tarixçilərinin (Mirzə 
Yusif Nersesov, Rzaqulu bəy Mirzə Camal oğlu, Mir Mehdi Xəzani, Həsənağa 
xan Qaradaği, Həsən  Əfəndi  Əlqədəri və başqaları)  əsərləri bir qayda olaraq 
kompelyativ xarakter daşımaqla yerli xronika şəklində yazılırdı.  Əhməd bəyin 
əsəri də, demək olar ki, o dövrün xronistlərindən fərqlənmir. Müəllif özü etiraf 
edir ki, bu oçerkin yazılmasında onun istifadə etdiyi əsas mənbələr Mirzə 
Camalın, Mirzə Adıgözəlin və Axund Mir Mehdinin yazıları, habelə müxtəlif 
tayfa və  qəbilələr haqqında rəvayətlər olmuşdur. Kitabın axırında müəllif 
"Закафгазье от 1803 по 1806 r." adlı əsərin müəllifi olan N.Dubrovinin də adını 
çəkir. 
Əhməd bəyin özündən əvvəlki müəlliflərdən üstünlüyü bundan ibarətdir ki, o, 
zəngin kitabxanaya malik olduğundan rus tarixçilərinin  əsərlərindən istifadə edə 
bilmişdi. Cəsarətlə demək olar ki, rus xalqının mütərəqqi, demokratik fikirləri 
Əhməd bəyin dünyagörüşünə müsbət təsir göstərmişdi. 
Haqqında danışılan  əsəri yazarkən  Əhməd bəyin 55 yaşı var idi. Bu dövr 
1870-ci il kəndli islahatından sonra Azərbaycan kəndində kapitalist və əmtəə-pul 
münasibətlərinin inkişafı, muzdlu əməyin tədricən kənd təsərrüfatının bütün 
sahələrinə daxil olması, feodal torpaq mülkiyyətinin dağılması dövrü idi. Kənd 
həyatında baş verən bütün bu dəyişikliklər  Əhməd bəyə  və onun əsərinə 
müəyyən təsir göstərməyə bilməzdi. Ona görə  də "Qarabağ xanlığının 1747-
1805-ci illərdə siyasi vəziyyətinə dair" əsərinə diqqətlə və eyni zamanda tənqidi 
surətdə yanaşmaq lazımdır.                                      
                                                 
1 Həmidə xanımın xatirələri. Dəftər 6, vərəq 52. 
2 "Kavkaz" qəzeti, 1884-cü il, № 139.
 
175 

Əhməd bəy Nadir şahın fəaliyyətinə  mənfi münasibət bəsləyirdi. O, ölkənin 
siyasi vəziyyətini düzgün xarakterizə edərək yazır ki, Nadir şahın 
öldürülməsindən sonra ölkə bir-birinə düşmən olan bir çox xanlıqlara 
parçalanmışdı.  Əhməd bəy Pənah xanı idealizə edərək, onun fəaliyyətinə müsbət 
münasibət bəsləyir; onu igid və qoçaq bir dövlət xadimi hesab edərək, hətta 
Çingiz xan nəsli ilə müqayisə edir. Bununla belə, o, səhv edərək yazır ki, Adil 
şah rəsmi fərmanla Pənah xanı Qarabağ xanlığına hakim təyin etmişdi. Lakin Zənd 
sülaləsinin tarixnəvisi Məhəmməd Sadıq yazır ki, "Pənah xan hətta nominal 
halda belə İran dövlətinin onun üzərinə hakimiyyətini qəbul etməmişdi"
1

Müəllif öz ikinci babası Mehrəli bəyə dərin məhəbbət hissi ilə yanaşır. Onun 
fikrincə, Mehrəli bəy əlində şah fərmanı olduğu üçün mütləq hakimiyyət başında 
qalmalı idi. Əhməd bəyin babası Mehrəli bəyə bu cür birtərəfli yanaşması ondan 
irəli gəlir ki, vaxtilə xan nəslindən olan müəllif, hakimiyyətin  İbrahim xanın 
əlinə keçməsi ilə  əlaqədar olaraq, bəy zümrəsinə düşür və  İbrahim xanın 
vərəsələrinin istifadə etdiyi güzəştlərdən mərhum olmuşdur. Ona görə  də o, 
Məhəmməd bəyi Koroğluya bənzər "əfsanəvi" bir qəhrəman kimi tərifləyir və 
belə bir nəticəyə gəlir ki, İbrahim xan özünün yüksəlməsi ilə ancaq Məhəmməd 
bəyin qəhrəmanlığına minnətdardır. Əhməd bəy sözünə davam edərək yazır ki, 
"xalqı hədsiz tələbləri ilə taqətdən salan İbrahim xan öz dövrünü keçirmişdi və 
məmləkəti idarə etmək üçün daha zirək bir hakim lazım idi". Əhməd bəyin 
fikrincə, belə bir hakim onun babası Məhəmməd bəy olmalı idi. 
Əhməd bəy üçün müsbət adamlardan biri də hər addımda Məhəmməd bəyin 
müdafiəçisi olub, sonralar Rusiyaya meyil göstərən qrupa rəhbərlik edən xanın 
oğlu Məhəmmədhəsən ağadır. Qeyd etmək lazımdır ki, İbrahim xanın sarayında 
iki düşmən qrupun olması haqqında bizə Əhməd bəydən başqa heç kəs məlumat 
vermir. Müəllif bu iki qrup arasındakı ziddiyyətdən danışarkən Rusiyaya meyil 
edənlərin İran tərəfdarlarına qalib gəldiyini sevinclə qeyd edir. 
Əhməd bəyin əsərində Ağa Məhəmməd şahın Qarabağa hücumunun təsvirinə 
böyük yer verilir. Müəllif İran şahının şəxsiyyətinə nifrətlə yanaşır və işğalçıların 
talançı hücumlarını böyük qəzəb hissi ilə  təsvir edir. O yazır ki, hücumlar 
nəticəsində  əhali dözülməz aclıq çəkmiş, ölkə xarabazarlığa çevrilmişdi. Elə 
buradaca  Əhməd bəy tələsik qeyd edir ki, şah Qacarın öldürülməsində  təkcə 
Məhəmməd bəy böyük xidmət göstərmişdir. 
Əhməd bəy Qarabağın tarixini 1805-ci ilə  qədər, yəni  İbrahim xanın 
Kürəkçay sahilində Sisianovla görüşünə qədər davam etdirmişdir. Məlum olduğu 
üzrə, həmin yerdə Qarabağ xanı rus imperatorunun sadiq təbəəsi olacağına and 
içmişdi. Bununla da müəllif Qarabağ haqqındakı təsvirini bitirir.     
                                                 
1 Məhəmməd Sadıq Nami. Tarixi ğitiquşa, Tehran, hicri 1317, səh. 105. 176 
 
 
176 

"Qarabağ xanlığının 1747-1805-ci illərdə siyasi vəziyyətinə dair" adlı bu əsər 
faktların çoxluğu və onların izahı etibarı ilə Qarabağ tarixini öyrənmək üçün bir 
vəsait kimi qəbul edilə bilər. 
Lakin qeyd etmək lazımdır ki, bütün yerli xronistlərə xas olan nöqsanlara 
baxmayaraq,  Əhməd bəyin bu qiymətli  əsərinin dəyərini azaltmaq düzgün 
olmazdı. Əgər o dövrdə Azərbaycan tarixinin kifayət qədər öyrənilməməsini və 
tarixi biliklərin zəif inkişaf etmiş olduğunu nəzərə alsaq, Əhməd bəyin 1747-ci 
ildən 1805-ci ilə  qədər Qarabağın siyasi tarixini təsvir edən belə bir əsəri 
yazmaqla göstərdiyi təşəbbüsün əhəmiyyəti aydın olar. 
Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutu,  Əhməd bəy Cavanşirin 
"Qarabağ xanlığının 1747-1805-ci illərdə siyasi vəziyyətinə dair" adlı  əsərinin 
rus dilində çapdan çıxmasından yarım
 
əsrdən artıq bir müddət keçdiyini nəzərə 
alıb, həmin əsəri geniş oxucu kütlələrinə təqdim edir. 
Ə.B.Şükürzadə 
 
177 

 
QARABAĞ XANLIĞININ 1747-1805-Cİ İLLƏRDƏ SİYASİ 
VƏZİYYƏTİNƏ DAİR 
I 
Tarixi sənədlər və bunlara müvafiq olan xalq rəvayətləri
1
 göstərir ki, istər 
Zaqafqaziya və istərsə  də  İran  əsərlər boyu xalqların bir yerdən başqa yerə 
köçürülməsi və arasıkəsilməyən toqquşmalar nəticəsində, bu yerlərin mütləq 
hakimi olan Nadir şahın öldürülməsindən sonra, bir-birinə düşmən olan bir çox 
müstəqil xanlıqlara parçalandı. Bu zaman sahibsiz qalmış taxt-tacı ələ keçirmək 
iddiasında olan bir çox adamlar meydana çıxmışdı. Lakin əksəriyyət onların heç 
birinə tərəfdar olmamış və nəticədə hər bir xan bütün qüvvəsi ilə zəif qonşuları 
özünə tabe etməyə  və sonra da İranın  şan-şövkətli taxt-tacını  ələ keçirməyə 
çalışırdı. 
Dövlət və hökmranlıq uğrunda gedən bu mübarizə Nadir şahın vəfatından 
başlayaraq keçən  əsrin axırlarına qədər (1) davam etmiş  və  nəhayət, rus 
hökumətinin Zaqafqaziyanın siyasi işlərinə qarışmasına səbəb olmuşdur. 
Oxucunun sonradan görəcəyi kimi, Qarabağın indiki xanədanından olanların 
keçmiş babaları bu mübarizədə əhəmiyyətli rol oynamışlar. 
Keçən  əsrin 40-cı illərində Nadir şah türkləri Zaqafqaziyadan qovaraq bu 
ölkəni özünə tabe etdi. Lakin o, Dağıstanı  fəth edə bilmədi. Nadir şahın üsul-
idarəsindən narazı olan Zaqafqaziyanın köçəri qəbilələrinin nüfuzlu adamları 
onlara rəğbət bəsləyən ləzgilərə pənah gətirir və onlarla birlikdə ölkədə qarışıqlıq 
törədirdilər. Buna görə də Nadir Qarabağın köçəri tayfalarını elli-obalı Xorasan 
valiliyinin Sərəxs mahalına köçürdü. Şərqin qədim adətinə görə, hər bir nüfuzlu 
ailə şahın yanında xidmət üçün silah daşımağa qadir olan bir adam verməli idi. 
Bu qay-     
 
                                                 
1 Bu oçerk bizim tərəfimizdən, Mirzə Camalın (2) Mirzə Adıgözəlin (3) və axund Mir Mehdinin (4) yazıları, habelə 
şahidlərin danışıqları, müxtəlif tayfa və  qəbilələrin rəvayətləri  əsasında tərtib edilmişdir. Öz babalarının rəvayətlərini 
atasından, Təbrizin keçmiş hakimi Əsədullabəydən öyrənib, bizə  məlumat verən 80 yaşlı  Nəcəfqulu bəyə öz 
minnətdarlığımızı bildiririk.
 
178 

daya müvafiq olaraq, Qarabağın köçəri tayfalarından sancahlı  pənahəli bəy 
Cavanşir adlı birisi Nadirin yanında xidmət edirdi. Rəvayətə görə, günlərin 
birində Nadirin nədənsə ona acığı tutur. Nadir Pənahəlinin qardaşı Behbudəli 
bəydən bədgüman olduğundan onu edam etmişdi. Odur ki, Pənahəli qardaşının 
başına gələn əhvalatın öz başına da gəlməsindən qorxaraq, özünün şaha xidmət 
edən altı  nəfər qohumu ilə birlikdə onun düşərgəsindən qaçmışdı. Onları  hər 
yerdə axtardılarsa da tapa bilmədilər; yalnız iki ay sonra onların Qarabağa gedib 
çıxmalarından xəbər tutdular. Hər tərəfə göndərilən adamlar onları uzun müddət 
təqib etdilər. Lakin qaçanları tutmaq əvəzinə onlar öz səhlənkarlıqları üzündən 
onların fəaliyyət dairəsini daha da genişləndirmiş oldular. Belə ki, Pənahəli artıq 
onlarca atlıdan ibarət dəstəsi ilə Car-Balakən vilayətinə, ləzgilərin yanına getmiş 
və onlarla birlikdə böyük dəstələr düzəldərək basqınlar etməyə başlamışdı. 
Pənahəli onu tutmaq üçün gələnlərlə, habelə Dağıstan tərəfdən olan basqınlardan 
ölkəni qoruyanlarla mübarizədəki müvəffəqiyyətlərdən ruhlanaraq, gələcəkdə 
özü üçün daha əlverişli  şərait yaranacağı  təqdirdə  əhalinin rəğbətini qazanmaq 
məqsədi ilə xalqa zülm edənlərə qarşı amansız olmaqla, ali partizan dəstələri 
başçılarına nisbətən daha çox insanpərvərlik göstərirdi. Bu vəziyyət üç ilə qədər 
davam etdi. Nəhayət, 1747-ci ildə Nadir şahın öz qohumları  tərəfindən 
öldürülməsi xəbəri hər tərəfə yayıldıqda, Pənahəli özünün 200-ə  qədər qoçaq 
atlısı ilə birlikdə Qarabağa gəldi və özünü müstəqil xan elan etdi. Onun ilk 
nəzərdə  cəsarətli görünən bu təşəbbüsü  Şərqdə bu cür hallarda çox mötəbər 
sayılan aşağıdakı  rəvayətlərə  əsaslanırdı. O, Hülakü xanın
1
  nəvələrindən biri 
olan Arqun şahın nəslindəndir (5). Onun əcdadı olub, Araz çayının sahilində, 
Bəhmənli kəndinin yaxınlığında Alaqarğa
        
                                                 
1 Çingiz xanın nəvəsi Hülakü xan 1251-ci ildə İrana soxulub İsmayıllılar təriqətini məhv etmiş, Bağdadı tutaraq talan 
etmiş  və beləliklə  də, xilafət hökmranlığına son qoymuşdu. Sonra o, Qərbi Asiyaya yürüş edərək Suriyanı istila etmişdi. 
Onun nəsli indiki İranda, Gürcüstanda və qismən Kiçik Asiyada hökmran idi. Tequdar (düzü: Nequdar və ya Əhməd) o 
zamankı  İranın və Kiçik Asiyanın bir hissəsinin hökmdarı, Hülakülər sülaləsinin üçüncü sultanı olmuş, xristianları  təqib 
etmişdir. Bundan xoşlanmayan monqollar öz həmvətənləri Əhmədə nifrət bəsləmişdilər. Gürcüstan və Ermənistan hakimləri 
ona itaət etməkdən imtina etmişdilər.  Əhməd öz qardaşını öldürmüş, lakin onun digər qardaşı Arqun Xorasanda iğtişaş 
törədib, onun qoşununu əzmiş və özünü də öldürərək yerini tutmuşdu. 
 
 
179 

oymağında yaşayan Məhəmməd xan adlı birisi ceyran dərisindən qayrılmış 
perqament üzərində yazılan bir qəbaləyə əsasən Kürəkçay, Kür, Araz, Əlincəçay 
və Göyçə gölü arasındakı 200 verstə  qədər uzunluğu və bu qədər də eni olan 
bütün Qarabağ torpaqlarını satın almış  və uzun müddət bu yerdən müstəqil 
surətdə istifadə edərək, hələ öz sağlığında oranı üç oğlu arasında bölüşdürmüşdü. 
Qarabağı ələ keçirmək iddiasında olan Nuxa xanı Hacı Çələbi bu xəbəri eşidən 
kimi dərhal öz qoşunlarını  həmin yalançı hökmdarın  əleyhinə qaldırmış  və ilk 
döyüşdə onları məğlub etmişdi. Lakin bu müvəffəqiyyətsizlik təhlükəli bir işə əl 
atan Pənahəlini əsla məyus etmədi. O tezliklə qasidlərini Sərəxsə, öz tayfalarının 
dalınca göndərmiş və ümid etmişdi ki, belə qarışıq bir zamanda heç kəs onların 
hamısının  əsirlikdən vətənə qayıtmalarına mane olmayacaqdır, özü isə onların 
gəlməsini gözləyərək, sağ qalan igidləri ilə birlikdə özünün köhnə dostu, indiki 
Zəngəzur qəzasının sakini kürd Qara Murtuzabəyin yanına getmişdi. 
Sonrakı ilin yazında Pənahəli sağ-salamat gəlib çıxmış olan öz qohum-
əqrəbasından və kürdlərdən ibarət böyük bir dəstə düzəldib Hacı  Çələbinin 
üzərinə yürüş etdi. O, Hacı  Çələbinin dəstələri ilə ilk döyüşdə Boyat
1
 qalasını 
tutdu və tezliklə nuxalıları tamamilə sıxışdırıb Kürün o tayına atdı. Lakin böyük 
qüvvə ilə özünü yetirən Hacı Çələbi onu öz dəstəsi ilə birlikdə Boyat qalasında 
mühasirəyə aldı.  Əgər kiçikdən böyüyə  qədər bütün qohumları köməyə 
gəlməsəydi, yəqin ki, Pənahəli bu bəladan camnı qurtara bilməyəcəkdi. Pənahəli 
köməyə  gələn qüvvələrin yardımı ilə qalanın divarları yaxınlığında baş vermiş 
bir qanlı döyüşdə Hacı Çələbini tamamilə əzdi. Məğlubiyyətdən sonra Kürün o 
tayına çəkilmiş Hacı  Çələbi məyusluqla demişdi: "Pənahəli özünü xan elan 
etmişdi, mən isə öz məğlubiyyətimlə onun xanlığını təsdiq etdim" (6). 
Uzaqgörən Hacı  Çələbi heç də  səhv etməmişdi. Bu qalibiyyətdən sonra 
Pənah xanın igidliyi haqqında dillərə düşən dastan, o zaman Qarabağda yaşayan 
bütün müsəlman tayfalarını müharibəsiz olaraq onun təbəəliyinə tabe etdirdi. Bu 
hərc-mərclik dövründə bir növ müstəqilləşən erməni xəmsə  məliklərindən (5 
nəfər əyalət rəisindən) biri - öz əmisi malik Seyni (7) xaincəsinə öldürdüyünə 
                                                 
1 Bu qalanın uçuqları hazırda Şuşa qəzasının Kəbirli nahiyəsindədir.  
 
 
180 

görə, başqa məliklərin nifrətini qazanmış olan Məlik  Şahnəzər öz Vərəndə 
əyaləti ilə birlikdə könüllü surətdə Pənah xanın təbəəliyini qəbul etdi. Qalan dörd 
məlikdən Xaçın məliki Ulubab (Həsən Cəlalovların xələfi) Ballıca oymağı 
yanında müqavimət göstərdikdən sonra oğlanları ilə birlikdə qılıncdan keçirildi. 
Qonşu vilayətlərdən toplanmış xəzinə pullarını saxlayan Tuğ və ya Dızaq məliki 
Yeqan öz oğulları  və qohumları ilə birlikdə  kəskin müqavimət göstərdikdən 
sonra, onların bir hissəsi isə islam dinini qəbul etmişdi. Türklərə qarşı Nadir 
şahın müharibəsində öz igidliyinə görə Sultan
1
 rütbəsi almış Çiləbörd məliki 
Allahqulu - Sultan (8) əvvəlcə onun təbəəliyini qəbul etmiş, lakin sonralar 
xəyanətdə ittiham edilərək Pənah xanın  əmri ilə öldürülmüşdü. Onun qardaşı 
Məlik Hətəm Talışın beşinci məliki Məlik Üsubla (9) ittifaq bağlayıb, uzun 
müddət öz obalarını Pənah xan dəstələrinin hücumlarından müdafiə etmiş, lakin 
Mardakert kəndində  uğradıqları  məğlubiyyətdən sonra Tərtər çayının 
yuxarılarında yerləşən alınmaz Cırmıx (10) qalasına çəkilmişdilər. Bir ilə qədər 
qalada qaldıqdan sonra, nəhayət, öz ailələri ilə birlikdə qürbət ellərdə nicat 
axtarmalı olmuşdular. Lakin onlar bununla öz siyasi fəaliyyətlərini bitirmədilər. 
Belə ki, sonralar onların həm özləri və həm də övladları (birincinin oğlu Məlik 
Məcnun) daim Qarabağa hücumlar edirdilər. Bu dövrdə  və bundan bir qədər 
sonra Gürcüstandan və digər qonşu xanlıqlardan Pusyan, Qaraqarlı, Cinli, 
Dəmirçi Həsənli, Qızd Hacılı, Səfi-Kürd, Boy-Əhmədli, Saatlı, Kəngərli köçəri 
tayfaları və bir çox başqaları Qarabağa, Pənah xanın yanına köçüb gəldilər. 
İndi də Zaqafqaziyanın vəziyyətinə bilavasitə  təsir göstərmiş olan İrandakı 
hadisələrə nəzər yetirək. Nadir şah öldürüldükdən sonra İran taxtına onun qardaşı 
oğlu Adil şah çıxdı.  İşğal edilmiş yerlər onun tərəfdarları arasında 
bölüşdürülərkən, o zaman Zaqafqaziyanı da əhatə edən Azərbaycan valiliyi 
sərdar  Əmiraslan xanın (11) payına düşmüşdü. Pənah xan isə  məliklərə  rəğbət 
bəsləyən və ona həsəd aparan öz qonşuluğundakı xanların fitnələrindən qorxuya 
düşüb, xaricdən kömək və ya himayə axtarrnağa məcbur oldu. Buna görə də o, 
sərdar  Əmiraslan xanın yanına elçi göndərib  şaha öz itaətini bildirdi. Yenicə 
Təbrizə gəlmiş olan və belə iğtişaşlı məmləkətdə 
                                                 
1 İran və Zaqafqaziyada sultan "yüzbaşı" deməkdir. 
 
 
181 

müttəfiq tapmaqda çetinlik çəkən sərdar üçün bu, göydəndüşmə bir şey oldu. 
Bundan bir az sonra sərdar çoxlu qoşunla Boyata gəldi. Buradan o, Pənah xanla 
birlikdə  Şamaxı, Nuxa və  Gəncə xanlıqlarını Adil şahın təbəəliyinə tabe etdi. 
Pənah xanın hökumətə göstərdiyi bu xidmət müqabilində sərdarın xahişi ilə Adil 
şah tərəfindən verilmiş fərmana əsasən Qarabağ xanlığı xüsusi bir malikanə kimi 
ona verildi. Lakin Adil şahın şahlığı və onun valisinin hökmranlığı çox sürmədi; 
birincini Nadir şahın nəvəsi  Şahrux Mirzə, ikincini isə qaradağlı Kazım xan 
öldürdü. Taxt-taca sahib olmaq istəyən yeni rəqib də uzun müddət  şahlıq edə 
bilmədi. 
Bu qarışıqlıq zamanı özünü şah elan edənlərin sayı-hesabı yox idi. Əzizxan 
adlı bir özbək (12) çoxlu qoşunla Türkistandan İrana soxulub heç bir 
müqavimətə rast gəlmədən onu eninə və uzununa keçərək Təbrizi tutdu. Burada o, 
əhali üzərinə  ağır vergilər qoyaraq heç bir şeylə hesablaşmadan, eyş-işrət içində 
yaşayırdı. Bu zaman Məhəmmədhəsən xan Qacarın başçılığı ilə şiə xanları ona 
qarşı bir ittifaq düzəldirlər. Tərkibində  Pənah xanın öz oğlu Mehrəli xanın 
başçılığı altında göndərdiyi 3 min süvari olan 18 min nəfərlik ordu 
Məhəmmədhəsən xan Qacarın başçılığı altında özbəkləri əzib darmadağın etdi. 
Pənah xanın başçılığı ilə başqa bir ittifaq gəncəli  Şahverdi xan, naxçıvanlı 
Heydərqulu xan və qaradağlı Kazım xan arasında bağlanmışdı. Bu ittifaq çoxlu 
qoşunla  Şahverdi xanla Heydərqulu xanın torpaqlarına soxulmuş  və  hətta Araz 
çayının sahillərinə qədər gəlmiş gürcü çarı II İrakliyə (13) qarşı çevrilmişdi. Bu 
mübarizədə müttəfiqlər nuxalı Hacı  Çələbiyə müraciət edib, ondan kömək 
istəməyə məcbur oldular. Hacı Çələbi isə qazanc üçün olduqca əlverişli olan bu 
şəraitdə  həmin dövrün rəhbərlərindən gözlənildiyindən daha artıq bir qeyrət 
göstərdi. Rəvayətə görə, o müşavirə çağıraraq Kürdən o taya keçmək qərarının 
müşavirədə  qəbul olunmasını  təklif etdi. Beləliklə, nuxahlar Gəncə 
(Yelizavetpol) qalası yaxınlığında Kürü keçərək müttəfiqlərlə birlikdə  İraklinin 
qoşunlarını darmadağın etdilər və onları Tiflisə qədər qovdular. 1752-ci ilə yaxın 
Pənah xan öz iqamətgahını Boyat qalasından  Şahbulağa köçürdü. Lakin iqlimi 
isti olduğundan, habelə  həmin yerin xanlığın inzibati mərkəzi olması, strateji 
cəhətdən  əlverişli olmaması üzündən, o burada həmişəlik qalmağı münasib 
görmədi. Qonşu xanların bac və  əmanət tələb etmələri və  əks təqdirdə onu 
ölümlə hədələmələri 
 
182 

Pənah xanı öz mövqeyini möhkəmləndirməyə  və yalnız bundan sonra döyüş 
meydanında taleyini sınamağa vadar etdi. Bu mülahizələri nəzərə alaraq, o, 
1754-cü ildə (14) indiki Şuşa şəhərinin yerində öz iqamətgahını qurdu və oranı 
öz adı ilə, yəni Pənahabad
1
 adlandırdı. Həmin bu ad ilə  Şuşada 15 qəpik 
qiymətində olan gümüş pul da kəsməyə başladılar. Pənah xan öz təbii şəraitinə 
görə üç tərəfdən alınmaz olan yeni iqamətgahını təzəcə möhkəmlətdiyi, adlı-sanlı 
bəylərin və müxtəlif yerlərdən gəlmiş  sənətkarların özləri üçün yenicə 
daldalanacaq düzəltdikləri bir zamanda Şuşaya belə bir pis xəbər gəlib çatdı ki, 
Məhəmmədhəsən xan Qacar Şuşa üzərinə hücuma keçmişdir. Pənah xan çoxlu 
qoşun toplayaraq müharibə meydanında düşmənlə üz-üzə gəlməkdən çəkinmədi. 
Şuşanın 30 verstliyində, Xatın arxı adlanan yerdə başlanan qanlı vuruşmada 
iranlılar məğlub oldular. Bu vuruşmada Pənah xan düşmənin iki ağır topunu
2
 
qənimət aldı, döyüşdə  Ərdəbil qalasını tutaraq, Dərgahqulu bəyi oraya hakim 
təyin etdi. 
Həmin ilin qışında Pənah xanın seçmə alayları evlərinə buraxılan zaman 
Nadir şahın ən təcrübəli sərkərdələrindən olan rumlu Fətəli xan adlı birisi 30 min 
nəfərlik qoşunla qəflətən  Şuşa yaxınlığında göründü. Fətəli xan qalanı  qəflətən 
tutmaq üçün öz seçmə qoşunları ilə Qarqar çayı  tərəfdən hücuma keçmişdi. 
Rəvayətə görə, bu tərəfdən qala üzərində elə bir sükut hökm sürürdü ki, hücum 
edənlər dərələrdə  və divarların arxasında gizlənmiş seçmə  dəstələri görmədən 
sərt qayalara dırmaşaraq, atəş açmadan qalanı tutmaq ümidində idilər. Lakin qala 
divarlarının yaxınlığında onların gurultulu hay-küyü eşidildikdə, mühasirəyə 
alınanlar gizləndikləri yerlərdən çıxıb çağırılmamış qonaqların üzərinə cumdular 
və onlarla əlbəyaxa vuruşmaya girdilər. Uzun yol gələrək yorulmuş və qəfildən 
edilən hücumdan qorxuya düşmüş düşmənlər dəstə-dəstə düzülüb döyüşə 
girdilər, lakin davam gətirməyib geri çəkildilər, onların bir qismi qırıldı, bir 
qismi isə güc-bəla qaçıb canını  qurtara  bildi.  Bu  müvəffəqiyyətsizlik inadkar 
rumlunu öz işğalçılıq niyyətindən  əl çəkməyə  məcbur edə bilmədi. O, Pənah 
xandan narazı olan erməniləri və qonşu xanları öz ətrafına toplayaraq, Şuşanın  
                                                 
1 Lakin sonralar bu şəhər qonşuluqdakı kəndin adı ilə Şuşa qalası adlandırıldı. 
2 1826-cı ildə ruslar həmin toplardan Abbas Mirzənin qoşunlarını atəşə tutmuşdular. 
 
 
183 

verstliyində olan Xocalı  kəndində möhkəmləndi. Beləliklə, müharibə partizan 
müharibəsi xarakteri aldı. Qara Murtuz bəy və Pənah xanın başqa silahdaşları bu 
yerlərə  bələd olmayan rumluları müvəffəqiyyətlə  tələyə salaraq qırırdılar. Bu 
zaman Fətəli xan bir hiylə  işlətdi: o, əsirləri dəyişdirmək və öz qızını  Pənah 
xanın oğlu İbrahim xana ərə vermək bəhanəsi ilə İbrahim xanı qonaq çağırdı və 
Pənah xanı öz vassalı elan edib, ələ keçirdiyi əmanətlə (girovla) birlikdə geri 
qayıtdı. O zaman İranda Fətəli xandan başqa, bir də Kərim xan Zənd məşhur idi. 
O hakimiyyət arzusunda olmaqdan başqa, həm də döyüşdə onun qardaşını 
öldürən Fətəli xana qan ədavəti bəsləyirdi. Pənah xan bu ədavətdən istifadə edib, 
onun yanına qasidlər göndərdi. Onlar öz birgə  hərəkətləri barəsində razılığa 
gəlib, hər iki tərəfdən Fətəli xanın üzərinə hücuma keçdilər və onu məğlub edib, 
özünü  əsir aldılar və  İbrahim xanı da sağ-salamat geri qaytardılar. Ümumi 
düşmən üzərində əldə edilmiş birgə qələbədən sonra qaliblərdən yalnız biri üstün 
olmalı idi. Şübhəsiz ki, bu birincilik, artıq demək olar ki, bütün İranı özünə tabe 
etmiş olan Kərim xan Zəndin  əlinə keçdi. Bundan istifadə edən və  Pənah xan 
kimi məşhur və  cəsarətli bir başçının öz gələcək hərəkətlərində ona mane 
olacağından qorxan Kərim xan təcrübəli bir məsləhətçi adı ilə həm onu, həm də 
onun oğlunu  Şiraza, öz yanına apardı; Qarabağ xanlığını idarə etməyi isə 
fərmanla onun ikinci oğlu Mehrəli xana tapşırdı (15) (1172-ci il hicri)
1

II 
Mehrəli xan Qarabağ xanlığının idarəsini  ələ aldıqdan sonra atasının 
vəsiyyətinə  əsasən xanlığın daxili işləri ilə  məşğul olur; Şuşanın 
möhkəmləndirilməsini başa çatdırır və o zamanlar köçəri tayfaların qışladığı 
Şuşa  ətrafındakı yerlərə basqın edən quldur dəstələrinin yolunu kəsmək üçün 
Əsgəran və Ağoğlan qalalarını tikdirir.         
                                                 
1 Ali senat tərəfindən təsdiq edilmiş bu fərman Mehrəli xanın varislərini Qarabağ xan ailəsinin üzvləri hesab edən bir 
sənəd olmaq etibarı ilə varisləndirir. Rəvayətə uyğun olsun deyə, burada izah edək ki, atalarının vəfatından sonra taxt-tac 
üstündə Mehrəli xanla qardaşı İbrahim xan arasında baş verən ixtilaf nəticəsində İbrahim xanın üstün gəlməsi ilə əlaqədar 
olaraq, Mehrəli xanın vəfatından sonra onu xan adlandırmaq qadağan edilmişdir. Buna görə də xalq içində o, Mehrəli bəy 
adı ilə məşhurdur. 
 
 
184 

Hicri 1174-cü ildə  İbrahim xan Şuşaya qayıtdı, bundan iki ay sonra isə 
Şirazdan mərhum Pənah xanın cənazəsi gətirildi (16). Xanlığı idarə etmək 
hüququ üstündə qardaşlar arasında ixtilaf baş verdi. İbrahim böyük qardaş 
olduğuna görə idarə hüququnu öz əlinə almaq iddiasında idi; Mehrəli isə öz 
hüququnu Kərim xan tərəfindən onun adına verilmiş fərmanla əsaslandırırdı. Bu 
vəziyyət uzun müddət davam etdi. İbrahim avarlı Umayxanın bacısı ilə 
evləndikdən sonra öz tərəfdarlarının sayını artırdı  və qardaşını  sıxışdırmağa 
başladı. Mehrəli bəy Kərim xanın köməyinə  pənah gətirdi. Kərim xanın, 
Mehrəlinin xeyrinə olaraq ərdəbilli Hidayət xanın adına göndərdiyi sərəncam 
yerinə yetirilməmiş qaldı. Bundan bir qədər sonra Kərim xan vəfat etdi (1779) və 
İran monarxiyası yenə də müstəqil xanlıqlara parçalandı. Bu müvəffəqiyyətsizlik 
Mehrəlini o zaman öz torpaqlarını birləşdirməyə səy edən və Zaqafqaziyanın ən 
qüdrətli hökmdarlarından olan qubalı Fətəli xana qoşulmağa məcbur etdi. Çoxlu 
süvari ilə Qarabağın aran hissəsini ələ keçirən Mehrəli bəy Fətəli xanı gözləyirdi; 
Fətəli xan isə  Gəncəni tutduqdan sonra İbrahim xanı tamamilə  yıxmaq üçün 
Şuşaya gəlməli idi. Bu zaman Mehrəli bəy Fətəli xan tərəfindən öz oğlanları ilə 
birlikdə  Şamaxıdan qovulmuş və vətəndən uzaq düşüb sərgərdan həyat keçirən 
şirvanlı Ağası xan tərəfindən (hicri 1198) xaincəsinə öldürüldü (17). 
Beləliklə,  İbrahim xan müstəqil xan olaraq, Kərim xanın, Mehrəlinin, eləcə 
də  Gəncəni  ələ keçirdikdən sonra qəflətən vəfat etmiş  Fətəli xanın ölümü 
nəticəsində yaranan fürsətdən istifadə etdi. Bu məqsədlə  İbrahim xan əksərən 
ləzgilərdən ibarət çoxlu qoşun düzəldib Gəncə,  Şamaxı, Nuxa xanlıqlarını  və 
Rəşti özünə tabe etdi. İrəvan və Naxçıvan tərəfindən sərhədləri genişləndirdi. 
Təbrizi döyüşsüz tutdu və bacısı  oğlu  Əsədulla bəyi oraya hakim təyin etdi. 
Sonra o, Azərbaycanla  İranın sərhədlərindəki Qaflan Guh dağında 600 nəfər 
süvaridən ibarət bir gözətçi dəstəsi qoydu və beləliklə  də bu taydakı bütün 
tayfaları özünə tabe etdi. Bu dövrdə İbrahim xanın qüdrəti o qədər yüksəlmişdi 
ki, onun vassallarından bir çoxu ata-baba yolu ilə gedib, ona şahlıq təklif 
edirdilər. Lakin bu vaxtlar az qala bütün İranı istila etmiş Məhəmmədhəsən xanın 
oğlu Ağa Məhəmməd xan Qacarın qalibiyyətli yürüşlərindən təşvişə düşmüş 
İbrahim xanın gözünə  şahlıq görünmürdü; çünki onun qarşısında vuruşmaq, ya 
da müəyyən şərtlərlə Qacara tabe olmaq dururdu. 
 
185 

İbrahim xan dürüst məlumat topladıqdan sonra Ağa Məhəmməd xanın ilk 
təklifini rədd etməyə cəsarət etməyərək, öz qohumu Əbusəməd bəyi onun yanına 
əmanət göndərdi. Lakin bir neçə ildən sonra Əbusəməd bəy öldürüldü və  Ağa 
Məhəmməd xan onun əvəzində başqasını  tələb etdi. Bunun cavabında  İbrahim 
xan ona bildirdi ki, onun bir nəfər  əmanəti bütün əshabələri ilə birlikdə 
öldürüldüyünə görə, belə bir şərəfli işi kimə təklif edəcəyini bilmir. İbrahim xan, 
eyni zamanda, gürcü çan İraklinin rusları köməyə çağırdığından xəbər turub; öz 
tərəfindən Məlik Yusifin və  Məlik Cümşüdün müşayiəti ilə saatlılı Mirzə 
Məhəmməd Qulunu Rusiyaya elçi göndərib, rus təbəəliyini qəbul etdiyini 
bildirdi və tezliklə kömək göndərilməsini xahiş etdi. Elçilər xoş  xəbərlə 
qayıtdılar. Ağa Məhəmməd xan bundan xəbər tutdu və 1795-ci ildə saysız-
hesabsız qoşunla Şuşa şəhərinə yaxınlaşdı. Rusiyadan kömək gözləyən İbrahim 
xan 15000-dən
1
 artıq seçmə igid toplayıb,  şəhər və onun ətrafını 
möhkəmləndirərək, qızğın müqavimətə hazırlaşdı. Ağa Məhəmməd xan şəhəri 
iki tərəfdən mühasirəyə alıb, iri toplardan şəhərə daş və mərmi yağdırırdı. Özünə 
son dərəcə güvənən Ağa Məhəmməd xan İbrahim xana aşağıdakı  məzmunda 
həqarətli bir beyt yazıb göndərdi: 
Zi məncəniqi-fələk səngi-fitnə mibarəd.  
To əbləhanə girifti miyani-Şişə qərar. (18) 
Yəni: 
Göydən yağış kimi daş yağır. 
Ay axmaq, axı "Şuşa"
2
 bunlara davam gətirməz. (19) 
 
İbrahim xan da ona beytlə cavab verdi: 
 
Gər nigahdan-mən anəst ki, mən midanəm.  
Şişəra dər bəğəli-səng nigah midarəd. (10) 
Yəni: 
Doğrudur, tanrı məni Şişədə əyləndirmişdir,  
Lakin o, bu şişəni daş içərisinə almışdır. (21) 
                                                 
1 Burada heç bir mübaliğə yoxdur; o zaman Şuşada  əhali indikindən müqayisə edilməyəcək dərəcədə çox idi və 
bundan əlavə, daimi olaraq muzd ilə 3000 nəfərə qədər ləzgi hazır saxlanılırdı. Əmin-amanlıq vaxtı yaxşı məvacib alan bu 
ləzgilərə müharibə vaxtı işğal edilən yerlərdə soyğunçuluq etmək hüququ verilmişdi. 
2 Fars dilində şişə "Şuşa" deməkdir. Bu sözdə cinas vardır. 
 
186 

Biri-birinə belə həcvlər göndərən tərəflər daha çox qızışdılar. Həmin il yazın 
başlanğıcından yayın əvvəlinədək iranlılar hücum etməyə cürət etməyib, Şərqdə 
olan ümumi taktika üzrə şəhər qarnizonunu acından öldürmək üçün hər vasitə ilə 
şəhərin ətrafla əlaqəsini kəsməyə çalışırdılar. Lakin bu plan baş tutmadı; belə ki, 
şəhər hər tərəfdən keçilməz dağlarla  əhatə olunmuşdu; onlar bu yerləri ancaq 
talan edə bildilər; kəndləri yandırır, mal-qaranı sürüb aparır,  əhalini  əsir edir, 
qadın və  uşaqlara divan tuturdular. Lakin məlumdur ki, qarabağlılar da onlara 
borclu qalmırdılar. Müasirlərin dediyinə görə, bu müharibədə  Ağa Məhəmməd 
xan müvəffəqiyyətsiz hücumlardan birində tutulan əsirlərə qarşı  dəhşətli bir 
divan tutdu: o, 100 nəfərə  qədər  əl-qolu bağlı  əsiri xırmanda dərz kimi düzüb, 
nalları tərsinə mıxlanmış və ucları qatlanmamış atları bu bədbəxtlərin üstündən o 
vaxta qədər sürməyi əmr etdi ki, onlar bir-birinə qarışıb xurd-xəşil olsunlar. 
Belə bir qəddarlığa qarşı intiqam əlaməti olaraq, ertəsi gecə cinayətkarın lap 
qulağının dibində iki İran dəstəsi darmadağın edildi. Bunların birini, xanın 
qardaşı  oğlu Məhəmməd bəy, digərini isə tuğlu Məlik Abbas əzdi; 100 nəfərə 
qədər iranlının burun-qulaqları səliqə ilə Şuşa meydanına düzülmüşdü... 
Beləliklə, mühasirə davam edirdi. İran qoşunu üçün heç bir yerdən  ərzaq 
gətirilmirdi, ordunun qoşqu heyvanları taqətdən düşmüş, süvarilər atsız qalmışdı. 
Ağa Məhəmməd xan yüksək bir dağın üstündə durub qəzəbindən İbrahim xana 
küçə söyüşləri yağdırırdı;  İbrahim xan da borclu qalmayıb, ona ağzma gələni 
deyir və onu "Axta-xan"
1
 adlandırırdı. Nəhayət, 100 min nəfərlik ordu ilə 
Şuşanın mühasirəsini davam etdirmək  İran hökmdarına mümkün olmadı; o, 
mühasirədən  əl çəkib (22) Qarabağın düzənliklərinə  çəkildi və burada gözətçi 
korpusu qoyub, qalan qoşunla Gürcüstan üzərinə yeridi. 
Ağa Məhəmməd xan bir döyüşdən sonra Tiflisi ələ keçirir (23) və 20000 
nəfərə (24) qədər  əhalini  əsir aparır. Dəhşətli sərkərdə  qışlamaq üçün 
Gürcüstandan Muğana qayıdır ki, yazda nəyin bahasına olursa olsun Şuşanı zəbt 
etsin. 
Sonrakı ilin yazında Şuşada xəbər tuturlar ki, Kərim xanın qardaşı Lütfəli xan 
Zənd Farsistanda qiyam qaldırdığı üçün Ağa 
                                                 
1 Yəni Xədim xan, xalq içərisində Ağa Məhəmməd xan bu adla məşhurdur, çünki Nadirin qardaşı oğlu Adil şah onu 
axtalamışdı. 
 
 
187 

Məhəmməd xan öz qoşunları ilə birlikdə İranın içərilərinə çəkilmişdir və yazda 
müzəffər rus qoşunları  Qızıl ayağın
1
 başçılığı ilə (25) Xəzər sahili ilə köməyə 
gələcəkdir. 
Bu xəbərlərin həqiqiliyinə  şübhə etməyən xan, sarayında rus qoşunlarını 
qarşılamaq üçün böyük hazırlıq görülürdü. Xanın oğlu  Əbülfət Qarabağ 
zadəganlarının, habelə  bəzi vassal xanlıqların adlı-sanlı adamlarından təşkil 
edilmiş  dəbdəbəli bir dəstənin müşayiəti ilə rus sərkərdəsini qarşılamaq və 
onunla danışıqlar aparmaq üçün Muğana - iki ay əvvəl Ağa Məhəmməd xanın 
durduğu yerə yola düşdülər. Düşərgədə xan oğlunu böyük bir ehtiramla 
qarşıladılar, gətirdiyi hədiyyələri qəbul edib, əvəzində ona qiymətli bəxşişlər 
verdilər; burada ona, ordunu İran sərhədlərinə  qədər yeritmək üçün bir süvari 
dəstəsi tələb etmək təklifi edilmişdi. Səfərə belə bir hazırlıq zamanı Rusiyadan 
sərəncam alındı ki, imperator II Yekaterinanın vəfatı (26) ilə  əlaqədar olaraq, 
ordu Rusiyaya geri çağırılır. Xan oğlu və onun əshabələri bu pis xəbərdən son 
dərəcə məyus olub geri qayıtdılar. 
O dövrdə bu yerlərin  əhalisi dözülməz vəziyyətdə yaşayırdı. Uzaq 
ölkələrdən, alınmaz kahalardan, keçilməz meşələrdən yenicə qayıtmış qaçqın 
əhali öz gəlişindən peşman idi; burada əsla taxıl  əkilmədiyi üçün ərzaq 
çatışmırdı, mal-qara qırılmışdı, adamlar cəmdək, ağac kökü və pahd qozası 
yeyirdilər
2
. Yüzlərlə adam acından və vəba xəstəliyindən qırılırdı, bacaran başını 
götürüb hara gəldi qaçırdı. 
Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin