QARABAĞ TARİXİ
117
MİRZƏ CAMAL CAVANŞİR VƏ ONUN
"QARABAĞNAMƏ"Sİ
1
Qarabağ xanlarının tarixinə dair ikinci əsərin müəllifi Mirzə Camal Cavanşir
(1773-1853) İbrahim xanın vəziri olmuş, xanlığın daxili və xarici işlərində
yaxından iştirak etmişdir. Qarabağ xanlığı Rusiya himayəsinə keçdikdən sonra
da Mirzə Camal Mehdiqulu xanın yanında həmin vəzifədə qalmışdır
2
. Qarabağ
xanlığı ləğv edildikdən sonra o, məhkəməyə təyin edilmiş və burada 18 ilə yaxın
çalışdıqdan sonra, 1840-cı ildə qocalığı ilə əlaqədar olaraq istefaya çıxmışdır.
Onun tərcümeyi-halından bəhs edən Adolf Berje yazmışdır: "Mirzə Camal fars,
ərəb və osmanlı dillərindən başqa avar və ləzgi dillərini də bilirdi. Tarix,
coğrafiya və astronomiya haqqında yaxşı məlumatı vardı. Tibb elmini bildiyi
üçün istefaya çıxdıqdan sonra ömrünün sonuna qədər xəstələri pulsuz müalicə
edirdi. Onun üçün də xalq arasında hörməti vardı"
3
.
Mirzə Camal 1853-cü ildə 80 yaşında vəfat etmişdir.
Mirzə Camal həm xanlıq dövründə, həm də Rusiya üsul-idarəsində iştirak
etdiyi üçün onun bilavasitə müşahidə etdiyi hadisələr haqqındakı məlumatı
böyük əhəmiyyətə malikdir.
Əsər Qarabağın coğrafi vəziyyətinin təsviri ilə başlayır. Sonra Qarabağ
xanlığının şəcərəsi verilir. Mirzə Camalın "Qarabağnamə"sində Qarabağ
xanlığının öz istiqlaliyyəti uğrunda İrana qarşı ədalətli müharibələri, Rusiya ilə
İran arasında davam edən vaxtaşırı döyüşlər hərtərəfli göstərilir. Əsərdə son
Rusiya-İran müharibələrinə kimi Qarabağda cərəyan edən ictimai-siyasi
hadisələr də müəyyən qədər öz əksini tapmışdır.
Qeyd etmək lazımdır ki, "Qarabağnamə"lərin hər ikisi əsas etibarilə eyni
dövrü əhatə edir. Onlar istər materialların məzmunu, istərsə də tərtibatına görə
bir-birinə çox bənzədiyi üçün V.N.Leviatov səhv olaraq Mirzə Adıgözəl bəyin
(1845) Mirzə Camaldan (1847) istifadə etdiyini və bu barədə heç bir söz
söyləmədiyi fikrini irəli sürür
4
. Lakin əsərin mətni ilə bilavasitə tanış olduqca
Mirzə Adıgözəl bəyin "Qarabağnamə"sinin Mirzə Camalın əsərindən iki il əvvəl
qələmə alındığına şübhə qalmır. "Qarabağnamə"lər ilə bilavasitə tanış olmayan
V.N.Leviatov, İ.P.Petruşevskinin
5
və S.A.Ağayanın
6
buraxdığı bu səhvi təkrar
etmişdir.
1
Əli Hüseynzadə. XIX əsrin ikinci yarısında Azərbaycan tarixşünaslığı, Bakı, 1967.
2
"Kavkaz" qəzeti, 1855, № 61.
3
Yenə orada.
4
V.N.Leviatovun "Qarabağnamə"yə müqəddiməsi (bax: bu kitabda səh. 32).
5
И.П.Петрушевский. Очерки по истории феодальных отношений, səh. 48.
6
Ц.П.Агаян. А.Бакиханов. Bakı, 1948, səh. 89.
118
Son illərdə Mirzə Camalın "Qarabağnamə"sini nəşr edən mərhum F.Babayev
də özündən əvvəlki müəlliflərin buraxdığı səhvə yol vermişdir
1
.
Bu iki əsərin bir-birinə bənzəməsi heç də müəlliflərdən birinin digərindən
istifadə etməsini söyləməyə haqq vermir. Bizsə, hər iki müəllif öz əsərini əsas
etibarilə xalq arasında dolaşan şifahi rəvayətlər, yaşadıqları dövrün tarixi
hadisələrini isə öz müşahidələri əsasında yazmış olduqlarından bu oxşayış ancaq
təsadüfi bir səciyyə daşıyır. Əgər bunların bir-birindən istifadə ehtimalını şərti
olaraq qəbul edəcək olsaq, onda əksinə, Mirzə Camalın Mirzə Adıgözəl bəydən
istifadə etdiyi göstərilməlidir. Əslində isə hər iki müəllif öz əsərini müstəqil
yazmışdır.
Əli Hüseynzadə
1 F.Babayev yazır: "Ehtimal etmək olar ki, Mirzə Adıgözəl bəy əsərini yazdığı vaxt Mirzə Camalın kitabından istifadə
etmişdir" (B a x: Mirzə Camal. Qarabağ tarixi, Bakı, 1959, səh. 25, haşiyə 1).
119
SƏRDAR VORONSOVUN TAPŞIRIĞI ÜZRƏ MİRZƏ
CAMAL QARABAĞİNİN QARABAĞ VİLAYƏTİ
XANLARI MƏRHUM PƏNAH XAN VƏ İBRAHİM
XANIN HAKİMİYYƏT VƏ İSTİQLALİYYƏTİ
VƏ MÜXTƏLİF HADİSƏLƏR HAQQINDA
YAZDIĞI MƏLUMAT
Rəhmli və mərhəmətli Allahın adı ilə
Hesabsız həmd, sonsuz məxluqatın pərvərdigarına yaraşar ki, səadət və
böyüklük tacını istədiyi adamın başına qoyar və istədiyi adamı ondan məhrum edər.
Həqiqətən də izzət, səadət və bəxtiyarlıq onun ümumi kəraməti və əzəli lütflərindən
biridir.
Beyt
Bəndəçiliyi və şahlığı qismət etmək işi (sənin ixtiyarındadır).
Səadəti istədiyin adama verərsən.
Yeri-göyü yaradan Allahın dərgahına gizli və örtülü deyildir ki, keçmiş vaqiə və
hadisələri bilmək və hər vilayətin vəziyyət və keyfiyyətindən xəbərdar olmaq
yalnız məlumatın artmasına və mənfəətin çoxalmasına səbəb ola bilər. Buna görə
də hörmət və nəcabət sahibi olan şanlı kavaler polkovnik qarabağlı Şah Əmirxan
Bəylərov müsəlman tarixi ilə 1263, xristian tarixi ilə isə 1847-ci ildə Şuşa qalasına
gəldiyi zaman mənlə, yəni həqiqi və səmimi dostu, köhnə işçisi, uzun müddət
Qarabağ xanları xidmətində qulluq sahibi - mirzə və vəzir olmuş, onların
hakimiyyətindən sonra isə yenə də yüksək Rusiya dövlətinin xidmətçiləri sırasında
tapşırılan işləri yerinə yetirməyə çalışmış Qarabağlı Mirzə Camal Cavanşirlə
(görüşdü). Söhbət zamanı (mənə qarşı olan) xeyirxahlığına görə, habelə səxavət və
ehsan mənbəyi, bəxşişlər xəzinəsi, əmirlər və böyüklər pənahgahı seçilmişlər və
kiçiklər dayağı, əzəmətli əlahəzrət imperator və kəramətli xaqanın məhəbbətini
qazan-
120
mış aləmpənah padşahın canişini, müxtəlif nişanlar sahibi, general otinfanteri, qraf
və knyaz Mixail Semyanoviç Voronsova - qadir və mərhəmətli Allahın inayəti
həmişə onun üzərində olsun, - nisbət bəslədiyi səmimiyyətə əsasən dedi: Əzəmətli
(Voronsov), öz hökmü altında olan hər bir vilayətin tarixini və keçmiş xanların
hakimiyyətini, onların ixtiyar və qüdrətini bilməyə olduqca maraq göstərir. Əgər
bunları qələmə alıb, Qarabağ vilayətində üz vermiş (tarixi) hadisələrin həqiqətini
və keçmiş xanların ixtiyar və qüdrətini, düzgün və müfəssəl surətdə, kəramət sahibi
olan böyük əmirin hüzuruna ərz edən olsa, olduqca bəyənilmiş iş görmüş və
onların mübarək xatirənin razılığını əldə etmiş olar.
Cənab canişin knyaza qarşı bəslədiyim səmimiyyətə və xüsusilə onun mənə
qarşı göstərdiyi lütf və mərhəmətə görə belə bir xidməti özüm üçün tam xoşbəxtlik
və səadət vasitəsi bilərək, özümü kəramət və şövkət sahibi olan o böyük əmirin
gözündə zərrə qədər də olsa cilvələndirmək və bununla da onun xoşhal olmasına və
mərhəmət göstərməsi səadətinə nail olmaq istədim. Ona görə, Allaha təvəkkül
edərək, qədim tarixlərdə oxuduğum, yaşlı və təcrübəli adamlardan eşitdiyim və əlli
il müddətində gözümlə görüb-bildiyim həqiqi hadisələrin hamısını artırıb-əskiltmədən
yazmağa başladım. Ümid olunur ki, bu kitab onun şanlı dərgahına bir töhfə kimi
qəbul ediləcək və icra etdiyim xidmətlərin biri və səmimiyyətimin nümunəsi kimi
qarşılanacaqdır. (Bu işdə) Allahdan kömək və müvəffəqiyyət dilərəm. Bu vərəqləri
neçə fəslə ayırdım və fəsildə müəyyən hadisələri yazmağa başladım. Allah köməkçi
və müvəffəqiyyət bəxş edəndir.
121
BİRİNCİ FƏSİL
QARABAĞ VİLAYƏTİNİN ƏSİL YAŞAYIŞ YERLƏRİ,
SƏRHƏDLƏRİ, QƏDİM ŞƏHƏR VƏ ÇAYLARI
HAQQINDA
Qədim tarix kitablarının yazdığına görə, Qarabağ vilayətinin sərhədi belədir:
cənub tərəfdən Xudafərin körpüsündən Sınıq körpüyə qədər - Araz çayıdır. İndi
(Sınıq körpü) Qazax, Şəmsəddin və Dəmirçi Həsənli camaatı arasındadır və Rusiya
dövləti məmurları onu rus istilahilə Krasnı most, yəni Qızıl körpü adlandırırlar.
Şərq tərəfdən Kür çayıdır ki, Cavad kəndində Araz çayına qovuşaraq gedib
Xəzər dənizinə tökülür.
Şimal tərəfdən Qarabağın Yelizavetpolla sərhədi Kür çayına qədər - Goran çayıdır və
Kür çayı çox yerdən (keçib) Araz çayına çatır.
Qərb tərəfdən Küşbək, Salvartı və Ərikli adlanan uca Qarabağ dağlarıdır.
Nəhayət, keçmiş əsrlərdə (burada) iğtişaşlar və dəyişikliklər üz vermiş, bəzən
İran, Rum (Türkiyə) və Türküstan padşahları bu vilayətləri fəth edib ayrı-ayrı
sərhədlər qoymuş, qalalar tikmiş və onlara başqa adlar vermişlər.
Qarabağ vilayəti Aran məmləkətinin bir hissəsidir. Çünki Nuh peyğəmbərin, - ona
Allahın salamı olsun, - zamanında tufan olduqda və tufandan bir qədər keçdikdən
sonra Nuhun övladlarından biri Kür və Araz çayları arasındakı Tiflis, Gəncə,
İrəvan, Naxçıvan, Ordubad şəhərləri və hal-hazırda Qarabağ torpağında xaraba
qalmış Bərdə və Beyləqan vilayətləri və torpaqlarında hökmran və sahib olmuş,
buraları abad etmiş və hamısına öz adını qoymuşdur. Onun adı Aran idi.
Qarabağ vilayətində salınan birinci şəhər Tərtər çayının üstündə və Kür çayının üç
ağaclığında olan Bərdə şəhəri və qalasıdır. Bağdadı abad və darülxülafə edərək,
orada sakin olan keçmiş Bəni Abbasiyyə xəlifələri zamanında, islam tarixi ilə 306,
xristian tarixi ilə isə 886-cı ildə
1
bu şəhərin əhalisi müsəlman oldu. Bundan sonra
1
Xristian tarixi düzgün göstərilməmişdir, çünki hicri 306-cı il 918-ci il iyul ayının 14-də başlayıb, 919-cu il iyunun 3-
də qurtarmışdır.
122
olan Beyləqan şəhəridir ki, onun İran və Fars şahlarından biri olan Qubad padşah
təxminən min beş yüz il bundan qabaq tikdirmişdir. O, Kür çayından geniş Beyləqan
çölünə böyük arx çəkdirərək, orada şəhər yaratdı və ətrafında Köndələn çaydan
Qarqar çaya qədər kəndlər saldırıb camaatı yerləşdirdi və güzəranlarını müəyyən
etdi. Əhali oralarda əkin yerləri, otlaqlar, bağlar salıb kəndlər bina etdi. Qədim
zamanlarda o böyük arxın adı Barlas idi, indi isə Govurarx adı ilə məşhurdur. Çingiz
xan zamanına qədər o şəhər, arx və kəndlər abad idi.
635 (1237-1238)-ci ildə Çingiz xanın qoşunu gəlib, Beyləqan şəhərini mühasirə
etdi və bir neçə aydan sonra şəhəri alıb camaatını qırdı. Qarabağ vilayətinin mahal və
kəndlərinin əhalisi Qarabağ və Şirvan dağlarına qaçdı. Beyləqan şəhəri və o böyük
arx bir müddət xaraba qaldı.
Teymur padşah Türküstandan Rum vilayətinin üstünə hücum etdi. Rum
hökmdarı Sultan İldırım Bəyazidlə müharibə edərək, ona qalib gəldikdən sonra
oradan qayıtdı, Beyləqan şəhərini yenidən abad etdi, çoxlu camaat topladı və arxı
təzədən təmir edərək şəhərə gətirdi. Bu yer, bir müddət Səfəvi dövrünə qədər abad
idi. Səfəvi padşahları və Nadir şah zamanında qoşunların Gürcüstana və Şirvana gediş-
gəlişi nəticəsində yenə viran oldu, şəhərin əhalisi isə ətrafa dağıldı. (Şəhər) indi
də xaraba halındadır.
Doğrudan da bu, böyük faydalı bir arxdır. Bu arxın suyu ilə suvarılan əkin
yerlərində taxıl, çəltik, pambıq, çəkil (tut) ağacları və başqa hər cür bitki əkilərsə,
bollu məhsul əldə etmək olar. Belə ki, bir çetvert
1
buğdadan iyirmi çetvert, hətta
ondan da artıq məhsul yığmaq olar. Xüsusilə buranın çəltiyi və darısı bol olur.
Əgər bu bitkilərdən bir çetvert əkilərsə, təxminən əlli çetvert, hətta ondan daha
artıq məhsul əldə edilə bilər. Bitkilərin əkilməsi də asandır. Belə ki, bu işi iki baş
öküz ilə asanlıqla görmək olar. Əgər bu arxdan lazımi qayda ilə istifadə olunsa,
onun ətrafında beş-altı min ailə kəndlər salıb, rahatlıqla yaşaya bilər. Bu böyük
arxdan başqa, Arazdan çəkilmiş daha bir neçə arx vardır. Əgər hər arxın ətrafında
yüz-iki yüz ailəlik kəndlər salmarsa, əhali taxıl, çəltik və pambıqdan bollu məhsul
götürüb rahat yaşaya bilər. Beyləqan şəhərinin
1 Bir çetvert 250 puda bərabərdir.
123
üç yüz ildən artıq xaraba olduğuna baxmayaraq, Pənah xan və İbrahim xanın
hökmranlığının ilk illərində bu arxlardan istifadə olunur və xanlar onlardan gəlir əldə
edirdilər. Arxların adı belədir: Kürək arxı, Luvar arxı, Meymənə arxı, Gəmiçi arxı,
Sarı arx, Ayaz arxı, Qaşqay arxı, Xan arxı.
İKİNCİ FƏSİL
QARABAĞ VİLAYƏTİNİN TƏBƏƏLİYİ, KÖHNƏ ADƏT VƏ
QAYDALARI HAQQINDA
İranda olan cənnətməkan Səfəvi sultanlarının dövründə Qarabağ vilayəti və
Dizaq, Vərəndə, Xaçın, Çiləbörd, Talışdan ibarət olan erməni Xəmsə mahalları və
elləri rəhmətlik Nadir şah zamanına qədər Gəncə bəylərbəyinin hökmünə tabe
olmuşdur. Cavanşir, Otuziki, Bərgüşad və başqa ellər arasında kiçik xanların
olmasına baxmayaraq, bunların hamısı Yelizavetpol bəylərbəyinin hökmü altında
idi.
Nadir şah Tiflis, Gəncə, İrəvan, Naxçıvan və Qarabağ vilayətlərini Rum əhli və
qoşununun əlindən alıb öz ixtiyarına keçirdikdən sonra, Qarabağ vilayəti yenə qısa
müddət Yelizavetpol bəylərbəyi hökmünə tabe olmuş və bəzi vaxt Azərbaycan
sərdarının ixtiyarına keçmişdir. Hər elin və mahalın xanları və məlikləri var idi.
Bunlar Azərbaycan sərdarının əmri üzrə padşahın tapşırıqlarını yerinə yetirirdilər. Bu
vəziyyət, Nadir şahın müsəlman tarixilə 1160, xristian (tarixilə) 1743-cü ildə
1
öldürüldüyü günə qədər davam etmişdir.
1 Hicri 1160-cı il miladi 1747-ci ilə bərabərdir. Nadir şah da 1747-ci ildə öldürülmüşdür.
124
ÜÇÜNCÜ FƏSİL
MƏRHUM PƏNAH XANIN ƏSİL-NƏSƏBİ
VƏ QARABAĞ VİLAYƏTİNDƏKİ
HÖKMRANLIĞI HAQQINDA
Mərhum Pənah xanın əsil-nəsəbi Dizaqın Cavanşir elindəndir. Bu el qədim
zamanlarda Türküstandan gəlmiş Bəhmənli elinin bir qolu olan Sarıcalı
oymağındadır. Bunların ata-babaları Cavanşir eli arasında məşhur, adlı-sanlı, çörəkli,
mal-dövlət və ehsan sahibi olmuş adamlar idi.
Mərhum Nadir şah Qarabağ, Gəncə, Tiflis və Şirvan vilayətlərini aldıqdan
sonra, ellər və kəndlər arasında görüb-tanıdığı hər bir şücaətli və işgüzar adamı
yanına çağırıb, öz yaxın qulluqçuları sırasına alar və onu məvacib, ehtiram və
mənsəb sahibi edərdi. O cümlədən ellər arasında Pənahəli bəy Sarıcalı Cavanşir adı
ilə şöhrət tapmış, hər işdə fərqlənmiş, ad çıxarmış, müharibə və davada tay-tuşuna
üstün gələn və xüsusilə mərhum Nadir şahın Rum əhli qoşunları ilə etdiyi
müharibələrdə şücaət göstərmiş Pənah xanı da öz yanına apardı. O da istər səfərdə,
istərsə evdə sədaqətlə qulluq etməyə çalışıb, şahın yanında mənsəb və hörmət
sahibi oldu. O, bütün tapşırılan işləri yerinə yetirərdi.
Bir neçə il bu qərar ilə keçdi. Nadir şahın ona qarşı mərhəməti gündən-günə
artmaqda idi. O, rütbə və mənsəbdə bütün tay-tuşundan üstün oldu. Şahın evində və
ellər arasında olan bir para qəlbi-qara adamlar, paxılların adəti üzrə, açıqda və
gizlində Pənah xanı mərhum Nadir şahın yanında o qədər pislədilər ki, mərhum
şahın ona qarşı olan məhəbbətini ədavətə çevirdilər.
İşin həqiqətindən agah olan Pənah xan canının qorxusundan, şah Xorasanda
olduğu zaman, fürsət tapıb bir neçə qohumu və yaxın adamı ilə 1150 (1737-1738)-
ci ildə Qarabağ vilayətinə qaçdı. Şah onun qaçmasından xəbər tutarkən, onu yolda ələ
keçirmək üçün ardınca çaparlar göndərdi. Lakin mümkün olmadı. Azərbaycan
sərdarına, Gəncə, Tiflis və Şirvan hakimlərinə qəti fərmanlar göndərildi ki, Pənah
xanı harda tapsalar, tutub şahın hüzuruna göndərsinlər. Şahın əmri ilə Pənah xanın
ailəsini və qohum-əqrəbasını çox incidib cərimə etdilərsə də, fayda vermədi.
125
Pənah xan Qarabağ torpağına çatıb vaxtını yaxın adamları ilə birlikdə gah
Qarabağın dağlarında, gah da Şəki vilayətinin Qəbələ mahalında keçirirdi. O
zaman təqribən on beş yaşına çatmış böyük oğlu İbrahimxəlil xan Xorasanda, öz
evlərində yaşayırdı. Bir neçə vaxtdan sonra o da möhtərəm atasının ardınca
Qarabağa gəldi.
Bu vəziyyət iki-üç il davam etdi. Nəhayət, Nadir şah hicri 1160 (1747)-cı ildə
öldürüldü. Pənah xan Qarabağın yerdə qalmış xalqı arasında üzə çıxdı, bacarıqlı
cavanları başına toplayıb Gəncə, Naxçıvan və sairəni qarət etməyə başladı.
Yanında olan bütün cavanları və özünün yaxın adamlarını mal, paltar, at və yaraq
sahibi etdi. Bu zaman xəbər çatdı ki, vaxtilə şah tərəfindən Xorasana köçürülmüş
Cavanşir və başqa ellər özbaşına bütünlüklə oradan köçüb, vətənlərinə
gəlməkdədirlər. Pənah xan yanında olan adamlarla birlikdə Qarabağ ellərini
qarşılamaq üçün İraq və Azərbaycan sərhədinə qədər getdi. Onu salamat görən,
nökər və köməkçilərinin çoxluğunu müşahidə edən bütün el əhli və qohum-
əqrəbası sevindi və Pənah xanla bərabər Qarabağ torpağına daxil oldular. Hər kəs
öz əvvəlki yurduna gedib rahatlandı. Ellərin camaatı var-yoxdan çıxmış,
soyulmuş, əziyyət çəkmiş və yoxsul olduğuna görə Pənah xan onların və öz
qohumlarının bacarıqlı cavanlarından bir çoxunu öz tərəfinə çəkərək Şirvan,
Şəki, Gəncə, İrəvan və Qarabağ vilayətlərini qarət etməyə başladı. Bütün
cavanları mal və dövlət sahibi etdi. Mal, at və xələt paylamaqla başqa camaatın
da səmimiyyətini qazandı; müxalifət göstərənləri isə öldürmək və cəzalandırmaq
yolu ilə özünə tabe etdi. Cavanşir, Otuziki və başqa ellər və kəndlərin
əhalisindən heç bir kimsə Pənah xanın əmrindən çıxmağa cəsarət edə bilməzdi.
Şirvan və Şəki hakimləri Pənah xanın Qarabağ vilayətində belə bir
istiqlaliyyət sahibi olduğunu görüb-eşitdikdə, onu özləri üçün zərərli bildilər, hər
ikisi Pənah xanı aradan qaldırmaq üçün ittifaq bağladılar.
Hələ Qarabağın Xəmsə mahalları ona tabe olmadığı zaman (Pənah xan) ətraf
xanların öz üzərinə hücum edəcəkləri təqdirdə ailə və qohumlarının, qulluqçu və
yaxın adamlarının və (el) böyüklərinin qorunması üçün ellərin arasında münasib
bir yerdə qala tikilməsini lazım bilmişdi. Məşvərətdən sonra, indi Kəbirli mahalı
içində olan Bayat qalasının binası qoyuldu. Qısa bir zamanda möhkəm
126
hasar və xəndək qayrıldı, bazar, hamam və məscid tikildi. Xan bütün ailəsini,
qohumlarının və el böyüklərinin əhli-əyalını oraya topladı. Ətrafda olan camaat,
hətta Pənah xanın tərəqqisini, onun rəftar və məhəbbətini eşidən Təbriz və
Ərdəbil vilayətlərinin bir çox əhalisi və sənətkarları belə öz ailələri ilə birlikdə
gəlib Bayat qalasında yerləşdilər. Bayat qalası müsəlman tarixi ilə 1161, xristian
tarixi ilə 1745-ci ildə
1
tikilmişdir.
Bayat qalası möhkəmləndikdən və Pənah xanın camaatı artdıqdan sonra,
onlardan çoxlu zərər görən Şirvan və Şəki hakimləri ittifaq bağlayıb, Pənah xanı
aradan qaldırmaq üçün böyük qoşunla Bayat qalasına hücum edərək onu
mühasirə etdilər.
Mərhum Pənah xan, hər iki-üç gündə bir dəfə qohumlarının və ellərin adlı-
sanlı atlıları və bacarıqlı nökərlərilə birlikdə qaladan bayıra çıxaraq, qala ilə
düşmən qoşunu arasında olan böyük meydanda müharibəyə girişir,
qəhrəmanlıqlar göstərir, Şirvan və Şəki qoşununa qalib gələrək qalaya qayıdırdı.
Şirvan və Şəki xanları heç bir iş görə bilmədilər. Mühasirə bir aydan artıq
çəkdi. Hər gün qoşunlarının qırılmasını, at və eşşəklərinin qarət olunmasını
görən xanlar peşman və pərişan halda köçüb getdilər və hər kəs öz vilayətinə
qayıtdı. Zəmanəsinin kamil adamlarından olan Şəki vilayətinin hakimi Hacı
Çələbi qayıdan zaman bu sözləri dedi: "Pənah xan bir xan idi. Biz gəldik onunla
dava elədik və bir iş də görə bilmədik. Biz indi onu şah edib qayıdırıq".
Bu hadisədən sonra, hakimiyyət və istiqlaliyyəti gündən-günə artmaqda olan
Pənah xan, Xəmsə mahallarını özünə tabe etmək fikrinə düşdü. Ən əvvəl
Çiləbörd, Talış və Dizaq məliklərilə ədavəti olan Vərəndə mahalının köhnə
məliki Məlik Şahnəzər bəy mərhum Pənah xana itaət etməyi məsləhət bilib onun
(təklifini) qəbul etdi və var qüvvəsilə ona dostluq və səmimiyyət göstərdi. Pənah
xan da hörmət və dövlət sahibi olan belə bir böyük şəxsin itaət etməsini özü üçün
xoşbəxtlik sanıb, ona qarşı hörmət və ehtiramını gündən-günə artırırdı.
Xaçın mahalının məliki bir müddət düşmənçilik edərək əl-qol atdısa da,
axırda (xana) tabe oldu və mərhum Pənah xan tərəfindən ata-babasından qalmış
və indi də mövcud olan özünün ayrıca mül-
1 Hicri 1161-ci il miladi 1748-ci ilə bərabərdir.
127
künə təyin edildi. Bütün Xaçın əhalisi itaət edərək tapşırılan xidmətləri düzgün
yerinə yetirirdilər. Dizaq, Çiləbörd və Talış məlikləri isə bir neçə il onunla
düşmənçilik və dava etdilər. Axırda, qətl-qarət və lazımi tədbirlərdən sonra (onlar
da) itaət etdilər.
Beş il Bayat qalasında yaşadıqdan sonra, ətrafı düşmən bürüdüyünə görə burada
əbədi şəhər və qala tikmək ehtiyatsızlıq hesab edilərək (məsləhət görülmədi).
Qarabağ ellərinin mal-qarasını dava zamanında düşmənin ziyanından möhkəm,
keçilməz dağlarda qoruya bilmələri üçün qalanın Qarabağ dağlarına bitişən bir yerdə
tikilməsi lazım bilindi. Şahbulağının üstündə Tərnəküt
1
adlı yerdə yaşayan Xaçın
mahalının əhalisi həmişə Pənah xana qarşı ədavət bəsləyərək, onunla düşmənçilik
etdiklərindən (Pənah xan) əvvəlcə onların fəsadını aradan qaldırmağı qət etdi. Süvari
və piyada qoşunla onların üstünə getdi. Xaçın mahalının əhalisi iki min tüfəngli və
ailələri ilə birlikdə Ballıqaya yaxınlığında olan möhkəm bir yerdə sığınıb, ədavət və
düşmənçiliyə başladılar. Mərhum Pənah xan onların səngərinə hücum etdi. Üç gün
arasıkəsilmədən qızğın müharibə oldu. Üçüncü gün Pənah xan onların səngərini
tutdu...
Belə bir keçilməz yerin və iki min nəfərə qədər tüfənglinin möhkəm səngəri Pənah
xanın əlinə keçəndən sonra ətrafdakı əhalinin və Xəmsə mahalları camaatının
canına böyük qorxu düşdü. Onlar Pənah xanla gah sülh və barışıq, gah da düşmənçilik
edirdilər. Çoxlu camaatı və dövləti olan Çiləbörd və Talış mahallarının qədim
məlikləri Məlik Hatəm və Məlik Usub bəylə neçə dəfə müharibə oldu. Axırda onlar
tab gətirə bilməyib, bir müddət çətin keçidləri olan yerlərdə, dərin dərələrdə, uca
dağlar başında yaşadılar. Əkinlərinin, bağlarının və mal-qaralarının Pənah xanın
adamları və qoşunu tərəfindən paymal və qarət olunduğunu, güzəranlarının pis
keçdiyini görüb təngə gəldilər; evlərini, bağlarını və əkinlərini tərk edərək Gəncə
vilayətində və Şəmkir mahalında qaldılar.
Pənah xan Xaçın əhalisinin fəsad və ədavətindən asudə olduqdan sonra, Xaçın
mahalına ayrıca məlik təyin etdi. (Mahalın) yerdə qalan əhalisi ona itaət etdi.
Bu hadisədən sonra, indi Şahbulağı adı ilə məşhur olan Tərnəküt qalasının binası
qoyuldu. Məsləhətə görə, Bayat qalasını tərk
1 Tərnəküt – Tərtər çayın orta axını hissəsindədir.
128
etdilər. Şahbulağındakı böyük çeşmə yanında qala tikərək, onun ətrafında yüksək
yerdə geniş hasar hördülər, bazar, çarsu (meydan), hamam və məscid tikdilər.
Müsəlman (tarixi ilə) 1165 (1751-1752)-ci ildə el camaatının bütün evləri -
böyüklərin, sənətkarların, xanın yaxın adamlarının və xidmətçilərinin (ailəsi)
Şahbulağı qalasına köçürüldü.
(Xan), tamamilə müstəqil olaraq üç-dörd il Şahbulağında yaşadı. Mərhum xanın
gündən-günə artmaqda olan istiqlaliyyətinin şöhrəti, adamlarının çoxluğu və
qüdrətinin səsi ətrafa yayıldı. Şirvan, Şəki, Gəncə, İrəvan, Naxçıvan, Təbriz və
Qaradağ xanları Pənah xanın yanına elçi və məktub göndərib, onunla dost və müttəfiq
olmaq istədiklərini bildirirdilər. O da xanların bəzisi ilə qohum oldu. Naxçıvan,
Təbriz və Qaradağ hakimlərinin hökmü altında olan Naxçıvanın Zəngəzur, Təbrizin
Qapan və Qaradağın Çuldur və Meqri mahallarına əl uzadaraq hamısına sahib oldu.
Onları Qarabağın başqa rəiyyətlərinə qataraq, hamısına məliklər və sultanlar təyin etdi.
Hamı mərhum Pənah xanın əmrinə tabe oldu...
DÖRDÜNCÜ FƏSİL
Dostları ilə paylaş: |