KNYAZ SİSİANOVUN İRƏVAN TƏRƏFİNƏ SƏFƏRİ,
MÜHARİBƏ VƏ QƏLƏBƏSİ, İRƏVANI ALMADAN
MƏYUS QAYITMASI HAQQINDADIR
Knyaz Sisianov Tiflis şəhərinə daxil olduqdan sonra, o qışı qoşun hazırlamaq
və səfər tədarükü görməklə keçirdi. Bahar fəsli İrəvan tərəfinə hərəkət etdi
2
.
İrəvan hakimi Məmməd xan dəfələrlə knyazın hüzuruna məkrublar göndərib
deyirdi: "Vaxt itirməyin, təcili surətdə İrəvana hərəkət edin. Bu yerləri də zəfər
dalğalı bayraqlarınızın mahçəsi (ayparası) işıqlandırsın. Müzəffər, səadətli
qoşunlarımz gələn kimi, qalaların açarlarını hüzurunuza göndərərəm. Uca olan
dövlətə tabe olub itaət yolu ilə gedərəm".
Bu zaman Naxçıvan hakimi Kəlbəli xan da İrəvanda idi. Doğrudur, Məmməd
xan İrəvanın müstəqil hakimi idi, lakin o, məmləkəti idarə etmək, yaxın və
uzağın mühüm işlərini nizama salmaqda Kəlbəli xanın rəyinə tabe idi. Sərdar
irəliləyərək Üçkilsə adlı yerə gəldi və fələk əzəmətli çadırlarını orada qurdu
1 . Gəncə qalası 1804-cü il yanvarın 3-də dan yeri ağaran zaman hücumla alınmışdır. B a x: Knyaz Sisianovun
Qafqaz mülki qubernatoru Kasparova yazdığı 1804-cü il 8 yanvar tarixli, 5 nömrəli məktub (AKAK, c. II, sənəd 1182, səh.
592).
2 . Rusiya qoşunları knyaz Sisianovun komandası altında 1804-cü il iyun ayının axırında İrəvan qalasına
yaxınlaşdılar. B a x: Knyaz Sisianovun irəvanlı Məmməd xana yazdığı 1804-cü il 26 iyun tarixli 318 nömrəli məktub
(AKAK, c. II, sənəd 1232, səh. 615).
77
İran dövləti də kiçik bir uşaq olan Abbas Mirzəyə çoxlu qoşun verdi. Onu baş
komandan təyin edib, hədsiz hazırlıqla sərdar Sisianovun qarşısına göndərdi.
Abbas Mirzə də, müharibə etmək sövdası ilə, hücum bayrağı qaldırdı. Üçkilsədə
iki qoşun üz-üzə gəldi. Burada böyük bir müharibə oldu. Atların qaldırdığı toz və
dumandan ulduzların üzü qaraldı. Qılıncların panltısından dördüncü göydə işıqlı
günəşin gözü qamaşdı.
S a l a r i
O dava meydanında atların qaldırdığı tozdan,
Nə Günəş parlayırdı, nə də Ay.
Heyvanların dünyanı dolduran sədası,
Döyüşkən cavanların qışqırığı,
"Tut", "vur" səsi,
Ağlı başdan aparırdı, taqəti candan,
O mərəkədə qan su yerinə axdı,
Döyüşçülərin çoxu öldü, qaçıb qurtaran az oldu.
Rusiya qoşunları üç dəstə olmuşdu. Qızılbaşlar bunlara bir cür hücum etdilər
ki, (göyə qalxan) tozun çoxluğundan işıq dünya qaranlıq oldu. Rusiya qoşunları
bir-birindən xəbərsiz oldu. Hər dəstə elə xəyal etdi ki, o biri dəstə basılıb və
məhv olunubdur. Elə ki, hava aydınlaşdı, ruslar baxıb gördülər ki, hamı sağ və
salamatdır.
Qızılbaşlar baxıb gördülər ki, qırılan ancaq onlar olmuşdur. Bitkilər də
onların qanından qızılbaş olmuşlar. Bundan sonra, ixtiyar cilovu əllərindən getdi,
artıq müqavimət göstərə bilmədilər. Çox qorxuya düşdüklərindən düşmənə yaxın
düşmədilər. Köçüb İrəvandan yuxarı, bərk və möhkəm bir sığınaq olan Kenakir
adlı yerdə düşərgə etdilər.
Sisianov orada istirahətlə məşğul oldu və qoşunu dincəldi. Sonra, onların
ardınca yürüş etdi. İş belə düşdü ki, bunlar qızılbaşlara ikindi çağı çatdılar.
Qızılbaşlar bu halı görən kimi, çadırlarını, bütün şeylərini və düşərgələrini qoyub
qaçdılar. Rusiya qoşunu onlardan qalan bütün şeyləri və qənimətləri ələ
keçirdilər
1
. Oradan gedib İrəvanı mühasirəyə aldılar
2
.
1 1804-cü il iyun ayının 30-da Kenakir yaxınlığındakı vuruşma və
İran qoşunları
düşərgəsinin işğalı haqqında knyaz Sisianovun knyaz Tenişevə yazdığı 1804-cü il 7 iyul tarixli 332 nömrəli məlumata bax
(AKAK, c. II, sənəd 1668, səh. 809).
2
İrəvan qalası rus qoşunları tərəfindən 1804-cü il iyul ayının 2-dən etibarən mühasirəyə alındı (AKAK, c. II, sənəd
1668, səh. 810).
78
Fətəli şah Abbas Mirzəni yola saldıqdan sonra, özü də onun ardınca hədsiz-
hesabsız qoşunla hərəkət etdi. Yolda Abbas Mirzənin sınmaq xəbərini eşitdi.
İldırım və külək sürətilə gəlib Dədəli (?) adlı yerdə ona çatdı. İranhlar İrəvan
şəhərinin yuxarısında ruslarla böyük bir müharibə etdilər. Lakin məqsədlərinə
çatmadan tamamilə məyus oldular və düşərgə salıb oturdular. Onlar azuqə
gətirən adamlara hücum etdilər. Rusiya qoşunu İrəvan şəhərini mühasirəyə aldı.
Qızılbaşlar da onları araya aldılar. Qızılbaşlar gəliş-gediş yollarını bir dərəcədə
kəsmişdilər ki, Rusiya qoşununun çarəsi hər bir tərəfdən üzülmüşdü. Hətta
Sisianova qoşulub, onunla bir yerdə gəlmiş olan gürcü knyazları qaçdıqları
zaman, qızılbaşların əlinə keçib əsir olmuşdular
1
.
Fətəli şah Pirqulu sərdarı Gürcüstan valisi Aleksandr Mirzə ilə oradan
Darüssürura (Tiflisə) göndərdi. Əvvəlcə Qazax və Borçalı elatı Rusiya
dövlətindən üz çevirdilər və o dövlətin itaətindən boyun qaçırdılar. Nəsib bəy
Gəncə müharibəsində mayor Lisaneviçin yanında olub, böyük xidmətlər
göstərmişdi. Şəmsəddinli mahalı, Tiflis şəhəri və Nəsib bəydən başqa bütün elat,
kəndlər, hətta Başaçığa qalan valizadələr də gəlib valiyə qoşuldular və üsyan
etdilər
2
.
Qarakilsə kəndində bir az soldat vardı. Onları kənd əhalisi ilə birlikdə
mühasirə etdilər. Lakin axırda oranı ala bilmədilər.
Cənab Sisianov qoşununun azuqəsi azalmış idi. O, mayor Montrezoru
3
150
nəfərə yaxın soldatla Gürcüstana azuqə gətirməyə göndərdi.
1
B a x: Knyaz Sisianovun İrəvandan çara göndərdiyi 1804-cü il 15 avqust tarixli 44 nömrəli raport. Bu raporta
"Avqustun 7-də Tiflisə gəlmiş knyazların və dvoryanların siyahısı" əlavə edilmişdir. Siyahıda qeyd edilmiş şəxslərin çoxu
İran qoşunları tərəfindən əsir edilmişdilər (AKAK, c. II, sənəd 1672, səh. 811). Həmçinin bax: Knyaz İv. Orbelianinin
Təbrizdən knyaz Sisianova yazdığı 1804-cü il 10 noyabr tarixli məktub (AKAK, c. II, sənəd 1678, səh. 813). Müqayisə et:
Fətəli şahın hicri 1219 (1804)-cu il cəmadiyələvvəl ayında İmeretiya padşahı Salomona göndərdiyi fərman (AKAK, c. II,
sənəd 1682, səh. 815, 816).
2
Borçalılar, qazaxlılar, şəmsəddinlilər və pənbəklilərin bir hissəsinin İran qoşunları tərəfinə keçməsi haqqında Fətəli
şahın kabardin, çeçen və osetin knyazlarına, bəylərinə, özdənlərinə, kətxudalarına və xalqlarına hicri 1219 (1804)-cu il
cəmadiyəssani ayında göndərdiyi fərmanına bax (AKAK, c. II, sənəd 1689, səh. 820-821).
3 Mətndə Montrezor familiyası əvəzinə "Qandarov" göstərilmişdir. İrəvan yaxınlığındakı korpusdan göndərilmiş
mayor Montrezorun dəstəsinin sərgüzəşti haqqında "Gürcüstan qeydləri"nə bax (AKAK, c. III, sənəd 1, səh. 5).
79
Bu mayor xalq arasında Qara mayor adı ilə məşhur idi. Məlik Əbu oğlu Rüstəm bəyi
də öz adamları ilə onlara qoşdu. Tapşırdı ki, azuqəni orduya tezliklə yetirsinlər.
Qızılbaş qoşunu bu əhvalatdan xəbərdar oldu. Onları təqib edərək üç gün müharibə
etdi. Pənbəkə yetişdikdə, Pirqulu sərdara və valizadələrə məlumat verdilər ki, üç
gündür bunlarla müharibə edirik. Biz nəinki bunları cana gətirmişik, hətta özümüz
də cana gəlmişik. Gərəkdir ki, bizə kömək edəsiniz. Pirqulu sərdar və valizadələr də
köməyə gəlib onlara qoşuldular. Səhərdən ikindiyədək müharibə etdilər. Çox
adam tələf oldu. Nə qədər mayor yaralanmamışdı, döyüş bazarı qızğın idi. Mayor
üç yerindən güllə ilə yaralandı, sonra döyüş bazarında solğunluq əmələ gəldi. Mayor
öldü, əsgərləri də basılıb zəlil oldular. (Düşmən onun) soldatlarını dağıtdı.
Ermənilər qaçıb bir mağaranı özlərinə sığınaq və səngər etdilər. Axırda, onlar da
əsarət kəməndinə düçar oldular.
(Qızılbaşlar) oradan qayıtdılar. Qarakilsəni mühasirəyə alıb oturdular. Fitnə və
fəsad tozunu hərlənən fələkə çatdırdılar.
Qubernator sərdarın qoşunu üçün Darüssürurdan (Tifüsdən) az bir soldatla çoxlu
azuqə göndərdi. Bu azuqə təqribən iki yüz araba olardı. Onlar Cılğı adlı yaylağa
yetişdikdə orada sakin olan elat gəlib onların yolunu kəsdi. Soldatlar çarəsiz qalıb
arabaları özlərinə səngər edib oturdular. Elatın sürüsündən bir qədər qoyun gətirib
səngərə girdilər və özlərini qorumağa başladılar. Elat çox çalışdı, lakin səngəri ala
bilmədi. Axırda, onlar çarəsiz qalıb əhvalatı Pirqulu sərdara bildirdilər və ondan
kömək istədilər. Pirqulu sərdar tez hərəkət edib yola düşdü. Onların yanına gəldi.
O, çox çalışdı və tədbir yollarını düşüncə qədəmlərilə ölçdü. Lakin fikrinin kəməndi
o səngəri almaq bürcünə çatmadı. O, ağac səngəri (arabalardan düzələn səngəri)
almaqdan aciz qaldı. Axırda məqsədinə çatmadı, tamamilə naümid oldu.
Xəcalətindən üzü qızardı, həsrətinin çoxluğundan ağladı, yaşlı gözü ilə Ağlağan
dağının ətəyinə gəlib, öz göz yaşının bir damcısı kimi orada düşdü. Bu xəbər Tiflisdə
yayılınca, bir general ilə üç yüz soldat və dörd araba top göndərildi ki, özlərini onlara
yetirsinlər. Azuqəni birlikdə sərdar qoşununa çatdırsınlar. Heç bir mənzildə
durmayıb, təcili surətdə getsinlər. Göndərilən general səngərdəki qoşuna yetişdiyi
zaman, elatdan kimsə onların qarşısına getməyə cürət etmədi. Pirqulu sərdarın da
dava meyda-
80
nına çıxmağa cəsarəti olmadı. Azuqəni götürüb sağ və salamat Qarakilsəyə
yetirdilər.
(O tərəfdən) knyaz Sisianov gördü ki, azuqə gəlmədi və qala da ələ keçmədi. Rus
qoşununa da titrətmə-qızdırma azarı düşmüşdür. Qayıdıb Qarakilsəyə gəldi və
azuqəni qoşununa payladı.
Pirqulu sərdar və bədbəxt valizadələr bu halı gördükdə çarəsiz qalıb, ildırım
sürətilə qayıdıb qaçdılar. Borçalı və sair Gürcüstan elatı da, bünövrəsi möhkəm
olan dövlətdən üz çevirərək, üsyan sədasını ucaltmışdılar. Onlar xahiş etdilər ki,
köçüb Qarabağa gəlsinlər və öz qədim vətənlərini tərk etsinlər. Mayor Lisaneviç
bundan xəbərdar oldu. Nəsib bəylə birlikdə gəlib onlara gözəl nəsihətlər etdi. Onların
ürəklərini yumşaltdı. Sərdar Gürcüstan torpağına daxil olana qədər onları əyləndirdi.
(Sisianov) Sadaqlı kəndində o elatın ağalarını hüzuruna çağırdı. Tünd və acı hənzəl
1
ilə onların damağını zəhərləyib dedi: "Bu qüvvətli dövlətə qarşı nə üçün üsyan
etmişsiniz. Sizin sağlam düşüncənizi kim zəhərləmişdir?!"
Onlar Sisianovun suallarına cavab tapmayıb ağızlarına sükut möhrü vurdular.
İstər-istəməz təslim oldular. Cənab sərdar bu halı görüncə, mərhəmət dəryası cuşa
gəlib, onlara buyurdu: "Siz bu çirkin hərəkətləri və nalayiq işləri qanuna bələd
olmadığınız üçün görmüşsünüz. Buna görə, mən dövlətə qarşı olan xəyanətinizə göz
yumub, günahınızdan keçirəm. Lakin Gürcüstandan qarət edib apardığınız şeylərin
hamısını tamamilə sahiblərinə qaytarmalısınız".
Bundan sonra (knyaz Sisianov) Gürcüstana daxil oldu. Bir neçə gündən sonra
üsyan edən dağ əhalisini sakit etmək üçün getdi. Oralarda əmin-amanlıq
yaratdıqdan sonra qayıdıb Tiflisə gəldi. Qışı (orada) keçirdi, baharı isə Gəncəyə
getdi.
1 “Əbucəhi” qarpızı adlanan çox acı bir meyvədir.
81
ON BİRİNCİ F Ə S İ L
SƏRDARIN MƏRHUM İBRAHİM XAN VƏ SƏLİM
XANLA SÜLH ETMƏSİ VƏ ƏMƏLƏ GƏLƏN
BƏZİ HADİSƏLƏR HAQQINDADIR
Knyaz Sisianov Gəncəyə daxil oldu və şəhərin ətrafında zəfər nişanəli
çadırlarını qurdu. Qarabağ hakimi İbrahim xanın və onun damadı Səlim xanın
yanına vəkillər göndərdi və onlara məktub yazdı. Səlim xan İbrahim xanın
tərəfindən Şəki vilayətinə xan təyin edilmişdi. Onun köməyilə mərkəzi hökumətə
arxalanırdı. Knyaz Sisianov bu vasitə ilə onlara uca Rusiya dövlətinə itaət etməyi
təklif etdi. İşarə etdi ki, öz hökumətlərinin binasını Cəmşid mərtəbəli padşaha
itaət etməklə möhkəmləndirsinlər. Adları çəkilən xanların xahişlərini qəbul
zinətilə bəzədi. (Sonra) İbrahim xan Qarabağdan, Səlim xan Şəkidən və knyaz
Sisianov Gəncədən gəlib Kürəkçay (kənarında) görüşdülər
1
. Aralarında bir çox
danışıqlar oldu, şərtlər qoyuldu və müahidələr bağlandı: hər iki tərəf əhd və
peymanla sülhün binasını möhkəmləndirdilər
2
. Sonra traktatlar
(müqavilənamələr) bağlandı. Ondan sonra, uca mərtəbəli sərdar, mayor
Lisaneviçi 500 soldatla Qarabağa, bir o qədərini də Şəkiyə göndərdi
3
. Özü isə
Tiflisə qayıtdı. Gürcüstan və Başaçıq işlərini nizam və intizama salmaqla məşğul
oldu. Onun əsas fikri bu idi ki, iki dəniz arasındakı sahə əldə edilsin və hər iki
dənizdən xalqın gəliş-gedişi təmin edilsin. Buna görə, Minqrel torpağında Qara
dəniz kənarında İdət-Quli qalasını bina etdi
1 Knyaz Sisianovun qarabağlı İbrahim xanla görüşü Kürəkçay kənarında vaqe olmuşdur. B a x: Knyaz Sisianovun
knyaz Çartoriyskiyə yazdığı 1805-ci il 9 may tarixli, 298 nömrəli məktub (AKAK, c. II, sənəd 1435, səh. 702). Müqayisə et:
Knyaz Sisianovun general-mayor Portnyakinə göndərdiyi 1805-ci il 23 may tarixli 605 nömrəli əmr (AKAK, c. II, sənəd
1438, səh. 707).
2 Qarabağlı İbrahim xanın Rusiya təbəəliyinə keçməsi haqqındakı traktat 1805-ci il mayın 14-də bağlandı. B a x:
Knyaz Sisianovun knyaz Çartoriyskiyə göndərdiyi 1805-ci il 22 may tarixli 328 nömrəli təliqə (AKAK, c. II, sənəd 1437,
səh. 705). Yuxarıdakı traktatın lahiyəsinin mətni (AKAK, sənəd 1436, səh. 705).
3 Şəkili Səlim xanın Rusiya təbəəliyinə daxil olması haqqında traktat Kürəkçay kənarındakı düşərgədə 1805-ci il
mayın 28-də bağlandı.
82
Sonra onun əsas fikri bu oldu ki, Bakını da alsın. Bu şəhər sahəsini qalib
bayraqların malıçəsi (ayparası) ilə işıqlandırsın. Bu məqsədlə Darüssürura
(Tiflisə) qayıtdı. Dəniz kimi coşan qoşun və dəmir geyimli alaylarla Bakını
almağa hərəkət etdi. Mərhum İbrahim xandan kömək istədi. Behiştlik (İbrahim)
xan da öz böyük oğlu səadətli Mehdiqulu ağanı köməyə göndərdi.
Şirvanlı Mustafa xanın ölkəsi, zəfər nişanəli rus qoşunlarının yolu üstündə
idi. Buna baxmayaraq o, bu böyük dövlətin itaətini qəbul etməkdən boyun
qaçırdı. Düşmənçilikdən dəm vurub ədavət yolunda sabitqədəm durdu. Cənab
sərdar onu
1
cəzalandırmağı və qəflət yuxusundan oyatmağı vacib bildi. Buna
görə o, Şirvan tərəfinə yola düşdü. Mustafa xan bu kədərli hadisəni eşidincə,
qorxuya düşdü. O öz elat və təbəələrini yığıb möhkəm bir sığınaq və məskən
olan Fit dağına
2
çəkildi və orada səngər qurub əyləşdi. Cənab sərdar gəlib
çatdıqdan sonra aralarında barışıq oldu və traktatlar (müqavilələr) bağlandı
3
.
Sərdar dəfələrlə bir atlı götürüb, Mustafa xanın yanına gedirdi. Mustafa xan
xeyirxahlıq üzündən cənab sərdara dedi: "Bu cür gəzməkdən sizə və xoşbəxt
vücudunuza ziyan toxunar". Sərdar ona belə cavab verdi: "Cəmşid mərtəbəli,
əzəmətli və calallı olan dünya padşahının mənim kimi milyonlarca soldatı vardır.
Əgər mən yox olsam, onun bir soldatı əskik olar. Mənim kimi bir rütbə sahibi
ölsün, ya bir soldat, heç bir təfavütü yoxdur".
Sonra oradan köçdülər, Bakını həm dənizdən və həm də qurudan mühasirə
etdilər
4
. Bir müddət keçdikdən sonra Badkubə (Bakı) xanı Hüseynqulu xan,
cürbəcür vasitə və bəhanələrlə sülh və saziş binasını qoydu. Sərdar da onun
üstüörtülü sözlərinə inandı. (Hüseynqulu xan) qaladan çıxdı, çadırlar qurdurub
oturdu. Sonra sərdar həz-
1 Knyaz Sisianovun Mustafa xana 1805-ci il 12, 14, 15 və 24 dekabr tarixli məktubları (AKAK, c. II, sənədlər 1359,
1360, 1362, 1364, səh. 671-673).
2 Fit dağı Lahıc kəndinin yaxınlığındadır. Mustafa xanın Fit dağında olması haqqında knyaz Sisianovun Mustafa xana
yazdığı 1805-ci il 15 dekabr tarixli 933 nömrəli məktubuna bax (AKAK, c. II, sənəd 1362, səh. 673).
3 Şirvanlı Mustafa xanın Rusiya təbəəliyinə daxil olması haqqında traktat 1805-ci il dekabrın 25-də bağlanmışdır. B a
x: Knyaz Sisianovun çara yazdığı 1805-ci il 27 dekabr tarixli, 51 nömrəli raport (AKAK c. II, sənəd 1366, səh. 674).
4 B a x: Knyaz Sisianovun general-mayor Zavalişinə göndərdiyi 1806-ct il 31 yanvar tarixli 63 nömrəli əmr (AKAK,
c. II, sənəd 1521, səh. 745).
83
rətlərinə belə bir xəbər göndərdi: "Sizə söyləməyə bir para vacibli və gizli sözlərim
vardır. Onları şifahən sizə danışmalıyam. Buna görə məsləhətdir ki, mənim
çadırıma təşrif gətirəsiniz".
Saf və təmiz qəlbli cənab Sərdar bu işdə bir qərəz olduğunu ürəyinə gətirmədi.
Hüseynqulu xanın çadırına gəldi. Orada oturub danışır və məsləhətləşirdilər. Danışıq və
müşavirə əsnasında, Hüseynqulu xanın qohumlarından İbrahim bəy adlı bir şəxs
namərdlik edib, güllə ilə sərdarı yaraladı. Sərdar haman saat vəfat etdi.
Şeir
Dünya gözəllik etibarilə bir behişt olardı.
Əgər onda qocalıq və ölüm olmasaydı.
(Hüseynqulu xan) bu hərəkəti qızılbaş dövlətinə qarşı uca bir xidmət və gözəl bir
sədaqət hesab etdi. O, mənzil kəsən və yel kimi iti gedən çaparlar vasitəsilə Qızılbaş
dövlətini bu hadisədən xəbərdar etdi. Qızılbaş dövləti tərəfindən də həddən artıq
təchiz edilmiş və ulduzlar qədər çoxlu qoşun göndərildi. Onlar gəlib Bakı səhrasına
doldular. Xas və avam camaatın yığışmasından, əsgərlərin və qoşunların
toplanmasından, yel və külək kimi iti gedən dördayaqlıların hərəkətindən dağ və
səhralar məhşərdən bir nümunə olmuşdu.
Rusiya əsgərləri bu hadisədən xəbərdar oldular. Quru yol ilə qayıtmaqdan
çəkindilər. Gəmilərə oturub Hacı Tərxana getdilər.
Bu vilayətlərdə İran qanunları tətbiq edildi və (ölkə) onların əsassız nizamlarına
tabe oldu. Nəticədə az qalmışdı ki, bu vilayətlərə qarışıqlıq düşsün.
Starşiy komandir (baş komandir) vəzifəsilə Pənbəkdə sakin olan cənab general-
mayor Svidaev (Nesvetayev)
1
, müvəqqəti olaraq sərdarlıq yerini dolandırırdı. O, xas və
avam camaatın ürəyini ələ gətirməyə və onları sakit etməyə çalışırdı.
Yeddi-səkkiz ay keçdikdən sonra, cənab general-feldmarşal qraf Qudoviç,
sərdarlıq mənsəbilə Qafqaza gəldi. Darüssürura (Tiflisə) daxil olub, öz vəzifəsinə
başladı
2
.
1 Nesvetayev Pyotr Daniloviç, general-mayor. B a x: Knyaz Sisianovun general-mayor Nesvetayevə yazdığı 1805-ci il
25 avqust tarixli 1066 nömrəli əmr (AKAK, c. II, sənəd 1165, səh. 585).
2 1806-cı ilin iyun ayında general-feldmarşal İ.V.Qudoviç knyaz Sisianovun əvəzində Qafqaz işləri ilə məşğul olurdu.
B a x : AKAK, c. III.
84
Bir çox illər və aylar keçdikdən sonra, Rum (Türkiyə) sultanı ilə düşmənçilik
yolu açıldı. Qraf feldmarşal (Qudoviç) külli tədarük və əndazəsiz hazırlıqlar gördü.
Mühasiblərin fikir və zəkası onu sayıb hesablamaqdan aciz idi. General
Nesvetayevi zəfər nişanəli və ulduzlar qədər saysız-hesabsız xoşbəxt qoşunla
Gömrüdə qoydu. Özü isə düşmən əzən döyüşkən dəstələr, yağıya od vuran əsgəri
hissələrlə, böyük bir cah-calal, şövkət və iqbal ilə Axalkalak tərəfinə sel kimi getdi.
O zaman Xümşizadə Səlim paşa Axısxada hakim və hökumət işlərini idarə edib,
nizama salmaqda idi. O bu qorxulu xəbərləri və qeyrətli hadisələri eşitdi. O saat boş
xəyalat və puç fikirləri nəticəsində ruhdan düşdü (özünü itirdi). Axalkalakm
mühafizəsi və rusları dəf etmək üçün qoşun təyin edib göndərdi. O bilmədi ki, axan
selə kol-kos mane ola bilməz. İnsan və cinnin tədbir qalxanı meteor daşını dəf edə
bilməz. Qraf Qudoviç cənabları, döyüş meydanının igidlərilə (öz əsgərləri ilə) heç bir
mənzildə düşmədi. Gecə və gündüzünü yəhər üzərində keçirdi. Axalkalak sahəsini
zəfər nişanəli orduların seyrəngahı etdi. Qaniçən döyüşçülərin qalibiyyət çadırlarını
orada qurdu. Axalkalakı üzük qaşı kimi dörd bir tərəfdən mühasirəyə aldı
1
. Səkkiz
gün bu qayda ilə durdu. Sonra, nərdivanlar düzəltdirib dörd tərəfdən şəhərə yürüş
etdilər. Orada yaşayan əhalinin ürəyinə qorxu saldılar. Sübhün açılmasına iki saat
qalmış (müharibəyə girişdilər). Sübhün açılmasından üç saat keçmişdi, parlaq
qılıncların məşşatəsi adlı-sanlı pəhləvanların qanı ilə, döyüşçülərin üzünü gültək
qızartmaqda idi. (Axırda) qraf gördü ki, zəfər qalasını fəth etmək mümkün olmur.
Məqsədinə çatmadan geri qayıtdı. O gecəni durub səhər Gürcüstan tərəfinə getdi.
Tiflisə yetişdiyi zaman eşitdi ki, Yusif paşa sərəskər olub, müharibə məqsədilə Qarsa
gəlmişdir. Qraf hazırlıq görüb Gömrüyə hərəkət etdi
2
.
1 Rusiya qoşunları Axalkalak qalasını 1807-ci ilin may ayında mühasirəyə aldılar.B a x: Qraf Qudoviçin general-mayor Rıkqofa
Axalkalakidən yazdığı 1807-ci il 10 may tarixli 36 nömrəli əmr (AKAK, c. III, sənəd 942, səh. 542). Axalkalak qalasının
mühasirə
edilməsi haqqında türk mənbələrinin verdiyi məlumatla tanış olmaq üçün b a x: Anadoluda Türkiyə ordusunun baş komandanı Yusif Ziya
paşanın Yuxan Şoragildə olan rus generalı Nesvetayevə göndərdiyi hicri 1222 (1807)-ci il 15 rebiülevvəl tarixli elan (AKAK, c. III, sənəd
922, səh. 531).
2 General Qudoviçin Gömrüyə tərəf hərəkət etməsi haqqında bax: Qraf Qudoviçin Lori çayı yanındakı düşərgədən general-mayor
Nesvetayevə göndərdiyi 1807-ci il 3 iyun tarixli 158 nömrəli əmr (AKAK, c. III, sənəd 947, səh. 545).
85
Arpa çayında iki ordu bir-birinə rast gəldi. Hər ordu çayın bir tərəfində düşdü. Bir
müddət keçdikdən sonra müharibə başlandı. İkindiyə yaxın osmanlı qoşunu (məğlub
oldu). Ruslar osmanlılardan böyük qənimət və çoxlu toplar aldılar
1
. Sərdar böyük
bir dəbdəbə ilə istədiyi kimi Tiflisə yola düşdü.
Qışda çoxlu tədarük və hazırlıq görüb zəfər nişanəli bayraqları qaldıraraq İrəvan
tərəfinə hərəkət etdi
2
. General Nebolsini Qarabağ tərəfindən çoxlu zəfər nişanəli
qoşun dəstələrilə Naxçıvan vilayətini almağa göndərdi. Naxçıvan alındı
3
. İrəvan sıx bir
mühasirə altında qaldı. Uzun bir müddət keçdikdən sonra yürüşə başladılar. Dövranın
saqisi çox adamların həyat piyaləsini daşdırdı. Əcəl küləyi hədsiz-hesabsız
insanların gözünə bu işıq dünyanı qaranlıq etdi.
Axırda öz himmət əlini qalibiyyət gözəlinin ətəyinə çatdıra bilmədi. Məqsədinə
çatmadan
4
qayıtmaq təblini çaldırdı və gedib Darüssürura (Tiflisə) daxil oldu.
Bundan sonra, general ot infanteri (piyada qoşun generalı) Tormasov, əbədi dövlətin
baş məmurları tərəfindən sərdarlıq vəzifəsinə təyin edildi və o, uca mənsəbin
piyaləsindən sərxoş oldu. Qrafı Rusiyaya çağırdılar
5
. General Tormasov sülhü
hərbdən əlverişli görüb, Osmanlı dövlətilə barışdı.
General Tormasov qızılbaşlarla davanın arasını kəsməz və döyüş məclisini
sovutmazdı. Bəsirət gözünü yumub İran tərəfindən rahat-
1
Sərəskər Yusif paşanın komandası altında olan türk ordusu 1807-ci il iyunun 18-də Arpa çayında məğlub edilmişdir.
Rusiya qoşunları bu döyüşdə qənimət olaraq 10 top və 2 mortir ələ keçirdilər. B a x: Qraf Qudoviçin Arpa çayı
düşərgəsindən çara göndərdiyi 1807-ci il 20 iyun tarixli 11 nömrəli raport (AKAK, c. III, sənəd 957, səh. 548).
2
Rusiya qoşunları 1808-ci ilin oktyabr ayında qraf Qudoviçin komandanlığı ilə İrəvanı mühasirəyə almışdılar. B a x:
Qraf Qudoviçin general-mayor Nebolsinə yazdığı 1808-ci il 18 oktyabr tarixli 149 nömrəli əmr(AKAK, c. III, sənəd 875,
səh. 496).
3
Naxçıvanın Rusiya qoşunları tərəfindən alınması haqqında bax: Qraf Qudoviçin knyaz A.A.Prozorovskiyə yazdığı
1809-cu il 5 yanvar tarixli 1 nömrəli təliqə (AKAK, c. III, sənəd 895, səh. 507, 508).
4
İrəvan qalasının iki aylıq mühasirəsi, qala üzərinə edilən müvəffəqiyyətsiz hücum (17 noyabr 1808-ci il) və Rusiya
qoşunlarının geri çəkilməsi haqqında bax: Qraf Qudoviçin knyaz A.A.Prozorovskiyə yazdığı 1809-cu il 5 yanvar tarixli 1
nömrəli təliqə (AKAK, c. III, sənəd 895, səh. 509-510).
5
Qraf İ.V.Qudoviç Gürcüstandakı qoşunlara 1809-cu il martın 5-dək komandanlıq etmişdir, lakin o, aprelin axırlarına
qədər Qafqaz işlərinə baxırdı (AKAK, c. III, səh. 111). B a x: General-leytenant Repinin Bakıdan qraf Qudoviçə yazdığı
1809-cu il 27 aprel tarixli 460 nömrəli raport (AKAK, c. III, sənəd 904, səh. 516).
86
lıq yuxusuna getməzdi. Buna baxmayaraq, qızılbaşlar uca Rusiya dövləti əmirlərini
yatırtdılar. Məhəmmədəli Mirzəni gizlincə sərhəddən keçirtdilər. O, Gürcüstana
gəlib Borçalını çalıb-çapdı. Hədsiz zərərlər vurdu və bir çox əsir apardı
1
. Ertəsi il
irəvanlı Sərdar Hüseyn xanı vali ilə birlikdə Gürcüstan tərəfinə göndərdilər ki, gedib
Axısxadan Gürcüstana iğtişaş və şuluqluq salsınlar. Sərdar Tormasov əhvalatdan
xəbərdar oldu. Şəmkirdən keçdi və tələsik (gəlib), Sədra körpüsünün yanında düşdü.
General-leytenant Pauluççiyə və general Lisaneviçə qoşun verib Axısxaya Hüseyn
xanın qabağına göndərdi. Sanki bu zaman dünya abbasilər kimi, qara libas geyib
2
, ölən
qızılbaş əsgərlərinə matəm saxlamaqda idi.
Göndərilən zəfər nişanəli əsgərlər, gecə yarısı qəflətən qızılbaş qoşununa şəxbun
vurdular. Qətl və qarət edib çox adam qırdılar. Qızılbaş əsgərləri özlərini itirdilər.
Onlardan bəzisi çox çətinliklə öz canını ölüm və fəlakət girdabından qurtardı. Atlı
və piyada olaraq başlarını görürüb qaçdılar
3
. Yolda osmanlı əsgərləri onların çoxunu
tutub soydular, lüt və çılpaq etdilər. Qılıncdan canlarını qurtaranlar çox çətinlik, zillət
və məşəqqətlə İrəvan hüduduna çatdılar. Sərdar Hüseyn xan, qızılbaş dövlətindən
utanıb qorxduğundan, Koroğlu qalasına qaçdı. Bir neçə müddətdən sonra onu arxayın
edib öz yerinə apardılar.
Ertəsi il Tormasov Rusiyaya getdi. Dövlət başçıları markiz Pauliççini sərdar təyin
etdilər. (O), Tiflisə gəldi
4
. Oradan Bakı səfərinə yola düşüb Gəncə vilayətinə daxil
oldu. Cavad xanın dustaq olan
1 Fətəli şahın böyük oğlu Məhəmmədəli Mirzənin Borçalı nahiyəsinə girməsi
haqqında bax: General Tormasovun
Maşaveri çayı altındakı düşərgədən qraf Rumyantsova yazdığı 1809-cu il 10 sentyabr tarixli 88 nömrəli təliqə (AKAK, c. IV,
sənəd 1075, səh. 695). Yenə də b ax: General Tormasovun general-mayor Portnyakinə yazdığı 1809-cu il 16 sentyabr tarixli,
390 nömrəli əmr (AKAK, c. IV, sənəd 1076, səh. 697).
2 Abbasilər qara paltar geyirdilər.
3 İran-Türkiyə qoşunlarının düşərgəsi, 1810-cu il 5 sentyabr gecəsi darmadağın edildi. Bu zaman irəvanlı Hüseynqulu
xan və şahzadə Aleksandr bu düşərgədə idilər. Rusiya qoşunlarına general-mayor Pauluççi və polkovnik Lisaneviç
komandanlıq edirdilər. B a x: General Tormasovun çara göndərdiyi 1810-cu il 19 sentyabr tarixli, 185 nömrəli raport
(AKAK, c. IV, sənəd 1242, səh. 819).
4 Gürcüstanda olan hərbi korpusun komandanlığı və mülki işlərin rəhbərliyi 1811 -ci il iyulun 6-da general-leytenant
markiz Pauluççiyə tapşırılmışdı. B a x: Çarın markiz Pauluççi adına göndərdiyi 1811-ci il 6 iyul tarixli fərman (AKAK, c. V,
sənəd 1, səh. 1). Markiz Pauluççi Zaqafqaziyanı idarə etməyə, ehtimal ki, 1811-ci ilin sentyabr ayından başlamışdır (AKAK,
c. V, sənəd 2, səh. 1).
87
əhli-əyal və oğul-uşağını
1
bir neçə qızılbaş xanları ilə birlikdə həbsdən azad etdi.
Oradan Bakı tərəfinə getdi
2
.
Buzaman Kaxet və Qısıq (əhalisi) bunt (üsyan) etdilər, azğınlıq və üsyan yolunu
tutub getdilər
3
. Mərhum İbrahim xanın nəvəsi polkovnik Cəfərqulu ağa Qarabağdan
qaçıb, qızılbaş dövlətinə (İrana) getdi. Naibüssəltənə (Abbas Mirzə) də Qarabağa gəlib
Qırçıda olan batalyonu dağıtdı
4
. Markiz bu dəhşətli xəbəri eşidincə Bakı səfərindən əl
çəkib, Şirvana - Mustafa xanın yanına gəldi. Oradan Qarabağa hərəkət etdi. Şəhərə
daxil olunca, Qırçı hadisəsindən ötrü bir para adamlara acıqlanıb bərk məzəmmət
etdi. Haman gecə arvadından kağız aldı ki, Kaxet və Qısıq gürcüləri bunt (üsyan)
etmişlər. (Məktubda deyilirdi ki,) kağızı alan kimi, bu tərəfə hərəkət edin və xalqın
ürəyini ələ alıb yumşaldın. Sərdar durmadan Darüssürura (Tiflisə) tərəf yola düşdü
5
.
Yolda sərdar Qazax əhalisindən qorxuya düşüb ehtiyat edirdi. (Onlar) isə sərdarı
istiqbal edərək hörmət və ixlas, son dərəcə canfəşanlıq və səmimiyyətlə Tiflisə ötürdülər.
Qazax əhalisi neçə dəfə gürcülərə hücum edib onları çalıb-çapdılar. Doğ-
1 Mərhum Cavad xanın arvadlarına, qızlarına və nəvələrinə İrana getməyə icazə
verilmişdi. B a x: Markiz Pauluççinin
Yelizavetpoldan Abbas Mirzəyə yazdığı 1812-ci il 20 fevral tarixli 161 nömrəli məktub (AKAK, c. V, sənəd 167, səh. 119).
Həmçinin bax: Markiz Pauluççinin qraf Rumyantsova göndərdiyi 1812-ci il 7 aprel tarixli, 103 nömrəli təliqə (AKAK, c. V,
sənəd 169, səh. 119).
2 Markiz Pauluççi 1812-ci il fevral ayının birinci yarısında Bakıda olmuşdur.
B a x: Markiz Pauluççinin çara
göndərdiyi 1812-ci il 22 fevral tarixli 46 nömrəli raport (AKAK, c. V, sənəd 88, səh. 59).
3 1812-ci il fevral ayının əvvəllərində Kaxetiyada başlanmış üsyanın başlıca
səbəbi (bax: Markiz Pauluççinin çara
göndərdiyi 1812-ci il 26 mart tarixli 85 nömrəli raport (AKAK, c. V, sənəd 97, səh. 68 və ardı). Rusiya komandanlığının
camaatdan vergi şəklində topladığı taxıl zamanı tətbiq etdiyi cəzalar idi. 1811-ci ildə baş vermiş qıtlıq aclığa və epidemiyaya
səbəb oldu. Kəndlilərin vergini taxılla verməyə imkanı yox idi. B a x: "Kaxetiya üsyançılarının Telav komandanı və qəza
polis rəisinə yazdıqları məktublar" və "Kaxetiya camaat məclisinin markiz Pauluççiyə göndərdiyi məlumat" (AKAK, c. V,
səh. 81-82).
4 Qarabağ xanlığı varisi Cəfərqulu xanın İrana qaçması və Troitski polku batalyonunun İran qoşunları tərəfindən
məğlub və əsir edilməsi haqqında bax: Markiz Pauluççinin çara göndərdiyi 1812-ci il 22 fevral tarixli 46 nömrəli raport
(AKAK, c. V, sənəd 88, səh. 59).
5 General-mayor Pauluççi 1812-ci il 21 fevralda Qarabağdan (Şuşadan) Tiflisə yola düşdü, oraya isə beşinci günü
gəlib çatdı. B a x: Markiz Pauluççinin çara göndərdiyi 1812-ci il 26 mart tarixli 85 nömrəli raport (AKAK, c. V, sənəd 97,
səh. 75).
88
rusu budur ki, o zaman Qazax əhalisi sərdara çox xidmət, sədaqət və hədsiz ixlas
göstərmişdilər. Tiflisdən üsyançıları cəzalandırmaq üçün zəfəraişan əsgərlər
göndərildi. Üsyançıların bəzisi müqavimət göstərdi, bəzisi isə öz xahişləri ilə tabe
oldular
1
.
Bu zaman fransızların Rusiyaya gəlməsi xəbəri dillərdə və ağızlarda söylənib
məşhur oldu.
Markiz Pauluççini sərdarlıqdan götürüb, Rusiyaya geri çağırdılar. Yerinə general
Rtişşev sərdar təyin edildi
2
. O, Gürcüstana gəldikdən sonra, məsihi (miladi) 1814-
cü ildə Qızılbaş dövlətilə sazişə girib dostluq binasını qoydu. Sülhdən ötrü İran
tərəfindən Mirzə Əbülhəsən xan Peterburqa gəldi. Böyük bir calal və təntənə ilə
sülh haqqında danışığa başladılar
3
. Bu sülh "Gülüstan sülhü" adı ilə məşhurdur
4
. Bu
günə qədər xalq arasında xas və avam camaatın dilində söylənməkdədir.
Bundan sonra, əmin-amanlıq oldu və fitnə ilə dolu olan dünya asayiş tapdı. Bir
müddətdən sonra, general Rtişşevi işdən götürüb general Yermolovu sərdar təyin
etdilər
5
. O böyük general vilayətlərin işlərinə baxıb vəziyyətin tələbinə görə, bəzi
yerlərdə təzə
1
Kaxetiya kendlilərinin üsyam 1812-ci il martın 10-da yatırılmışdı (AKAK, c. V, sənəd 97, səh. 80).
2 Markiz Pauluççi I Aleksandrın 1812-ci il 16 fevral tarixli fermam ilə Peterburqa geri çağırılmışdı, həmin bu
fərmanda qeyd edilmişdi ki, onun yerinə general-leytenant Rtişşev təyin olunur. B a x: Çarın markiz Pauluççiyə göndərdiyi
1812-ci il 16 fevral tarixli fərman (AKAK, c. V, sənəd 32, səh. 20). Markiz Pauluççi 1812-ci ilin aprel ayından tez
olmayaraq işləri general Rtişşevə təhvil vermişdir. B a x: Markiz Pauluççinin general-leytenant Rtişşevə yazdığı 1812-ci il 7
aprel tarixli 333 nömrəli təliqə (AKAK, c. V, sənəd 40, səh. 23).
3 Burada Mirzə Adıgözəl bəy o qədər də haqlı deyil. Hadisələrin müasirləri səfarətxanaların gizli məqsədlərini bilə
bilməzdilər. I Aleksandr Yermolova verdiyi təlimatında belə yazmış: "Bu işdə İran sarayının başlıca məqsədi, İrandan bizə
güzəşt olunmuş torpaqların İrana qaytarılmasını xahiş etməkdən ibarət idi. Bunun nəticəsində səfir Mirzə Əbülhəsen xan
təsdiq olunmuş müahidə nüsxələrinin mübadiləsindən sonra dərhal S.-Peterburqa göndərilmişdi" (AKAK, c. VI, h. II, sənəd
267, səh. 122).
4 Gülüstan sülh müahidəsi 1813-cü il 12 oktyabrda bağlandı. B a x: General Rtişşevin çara göndərdiyi 1813-cü il 14
oktyabr tarixli 195 nömrəli raport (AKAK, c. V, sənəd 879, səh. 736).
5 General-leytenant A.P.Yermolov 1816-cı il oktyabrın 10-da Tiflisə gəldi (AKAK, c. VI, h. I, səh. 11).
89
qanunlar qoydu. Bu dövrdə Qarabağ və Şirvan xanları qızılbaş tərəfinə (İrana)
qaçdılar
1
.
Şəki xanı İsmayıl xan da vəfat etdi
2
. (Beləliklə) üç xanlıq ədalət və əzəmət
nişanəli dövlət və səltənətin idarəsi altına keçdi. Cənab Yermolov bu yerlərdə
divanxanalar açdı, divanbəyilər seçdi
3
və komendantlar təyin etdi. İşləri özü
qoyduğu qanun üzrə apardı.
ON İKİNCİ FƏSİL
Dostları ilə paylaş: |