Zemfira haciyeva qarabağ xanliğI



Yüklə 5,78 Mb.
Pdf görüntüsü
səhifə4/15
tarix31.01.2017
ölçüsü5,78 Mb.
#7212
1   2   3   4   5   6   7   8   9   ...   15

II  F Ə S 1 L
X A N LIQ D A  K Ə ND  TƏSƏR R Ü FA TI 
VƏ A Q R A R  M Ü N A SİB Ə TL Ə R
1.  Kənd tdsərrüfatının vəziyyəti
Azərbaycanın  digər  xanlıqlarında  olduğu  kimi,  Qarabağ 
xatılığı  əhalisinin  də  böyük  əksəriyyətinin  əsas  m əşğuliyyət  sa- 
həsi kənd təsərrüfatı idi. Əlverişli iqlim şəraiti, münbit torpaqları, 
Kür və Araz çaylarmm arasında yerləşm əsi xanlıqda kənd təsər- 
rüfatmm inkişafına münasib zəmin yaradırdı.  T əəssüf ki,  statistik 
materiallarm yoxluğu xanlıqda kənd təsərrüfatmın ayrı-ayrı sahə- 
lərinin  inkişaf dinamikası  haqqmda  dolğun  tesəw ü r  yaratmağa 
imkan vermir.  Həm də  əldə  olan materiallarm bir qismi  xanlığm 
varlığmm son dövrünə -  XIX yüzilliyin əw əllərin ə aiddir.
Qarabağ  xanlığı  ərazisinin  böyüklüyünə  və  kənd  təsərrüfatı 
üçün  əlverişli  olduğuna  görə  digər  xanlıqlardan  müsbət  mənada 
fərqlənirdi.  Xanlıq  daim  qarla  örtülmüş  dağlarla  yanaşı,  isti  dü- 
zənliklərlə  də  əhatə  olunmuşdu.  K end  təsərrüfatmm  əsas  sahə- 
ləri əkinçilik və maldarlıq idi. Xanlıqda, xüsusən onun çaylara ya- 
xın  yerlərində  suvarma  qurğularınm  mövcudluğu  əkinçiliyin 
inkişafma böyük təkan verirdi.
Rusiyanm  işğalı  zamanı  Qarabağ  xanlığının  ümumi  torpaq 
fondu  1.354.000  desyatin  (o  cümlədən  100  m in ‘desyatini  əkinə- 
yararlı) təşkil edirdi. Əhalinin hər nəfərinə təxminən  1,1  desyatin 
əkin sahəsi düşürdü (185,  s.46). Ümumi torpaq fonduna nisbətdə 
əkinəyararlı torpaqlarm cüzi hissə təşkil etməsi bir çox amillərlə
bağlı idi: xanlıq ərazisinin əhəm iyyətli hissəsi m eşələr və kolluq- 
larla  örtülmüş  dağlardan və  sıx qamışlıqlarm bürüdüyü çöllərdən 
ibarət olduğu üçün, əkinəyararlı torpaqlann ağaclardan v ə kollar- 
dan  təmizlənməsi  işi  çətinləşirdi;  su  ehtiyatlarmm  azhğı  böyük 
ölçüdə münbit torpaq sahələrini istifadəsiz qoyur,  bu torpaqlarda 
məhsuldarlığı  aşağı  endirirdi;  əkin  sahələrinin  suvanlmasmda 
yaranan problemlər Qarabağ  ərazisindəki  çoxsaylı çaylarm dərin 
dərələrdən axması, əkin sahələrinin isə hündür yerlərdə -  dağlar- 
da,  dağ  yamaclarında  yerləşməsindən  irəli  gəlirdi;  ərazinin  yar- 
ğanlarla  örtülməsi,  torpağm  daşlı  olması  isə  bir  çox  hallarda 
suvarma üçün lazım olan kanallarm çəkilişini qeyri-mümkün edir- 
di;  hədsiz  məsrəflər  tələb  etdiyindən  feodallarm  su  kanallarmm 
çəkilm əsinə maddi marağı yox idi.
Bununla belə, xanlıq ərazisində kanallar az deyildi. O dövrün 
müasirlərinden biri  yazndı  ki,  əhali  çaylardan  su kanalları  çəkib 
onların köməyi ilə kifayət qədər m üxtəlif növ taxıl əldə edir (132, 
s.52).  Qarabağda  Kürək  arxı  ilə   yanaşı,  digər  arxlar  da  mövcud 
idi (55,  s.13).  Qeyd edək ki,  mahallar çox zaman suvarma prinsi- 
pinə  uyğun  olaraq  çay  v ə  başqa  su  hövzələrini  əhate  edirdi. 
Təsadüfi deyildi ki, mahala çox vaxt bir inzibati ərazi kimi su ma- 
halı da deyirdilər (218,  13,  f.VUA,  iş  18474, v.26).
Xanlıqdakı  arxlarm  ən  qədimi  Govurarx  idi.  Mirze  Camalm 
yazdığma görə, uzaq keçmişdə Beyləqan şəhərini inşa etdirərkən 
Sasani şahı Kür çayından Beyləqan çölünə böyük arx çəkdirmiş- 
di.  Viranedici  monqol  hücumları  zamanı  bu  arx  dağıdılmış  və 
yalmz  Əmir  Teymunm  dönəmində  Beyləqan  şəhəri  ilə  bərabər, 
bu  məşhur  arx  da  bərpa  edilmişdi.  Şərqin  böyük  fatehi  onu 
əcdadmm  şərəfinə  «Barlas  arxı»  adlandırmışdı.  Lakin  sonralar, 
yəni  XVIII  əsrin birinci  yarısmda baş  vermiş  hərbi  münaqişələr 
nəticəsində  bu  arx  qismen  dağıdılmışdı.  Ancaq  Penahəli  xanm 
döyründə  və  İbrahimxəlil  xanm  hakimiyyətinin  ilk  illərində  bu 
arxdan  istifadə  olunur  və  xanlar  ondan  gəlir  götürürdülər.  Arx

xalq  arasında  «Govurarx»  adı  almışdı  (68,  s.28).  Mirzə  Camal 
Govurarx haqqmda yazırdı:  «Doğrudan da bu, böyük faydalı arx- 
dır.  Bu  arxm  suyu  ilə  suvarılan  əkin  yerlərində  taxıl,  çəltik, 
pambıq,  çəkil  (tut)  ağacları  və  başqa  hər  cür  bitki  əkilərsə,  bol 
məhsul əldə etmək olar.  1  çetvert (250 pud -  Z.H.) buğda səpilər- 
sə,  sahədən  20  çetvert  məhsul  yığmaq  mümkün  idi.  Bu  torpaq- 
larda  1  çetvert çəltik və  dan əkilərsə,  təxminən  50 çetvert,  hətta 
ondan  daha  artıq  məhsul  toplamaq  olar.  Əkin  işi  iki  baş  öküzlə 
asanlıqla  görülürdü»  (llO a,  s.12).  Mirzə  Camal  Govurarxdan 
başqa, Arazdan çəkilmiş  Kürək,  Luvar, M eymənə,  Gəmiçi,  Sarı, 
Araz,  Qaşqay  v ə   Xan  arxlarmdan  istifadə  olunması  v ə   gəlir 
götürülməsi haqda məlumat verir (61,  s.109).
Daimi  su  hövzələrinin  olmadığı  yerlərdə  süni  suvarma  me- 
todu kimi kəhriz və quyulardan istifadə  olunurdu.  K əhriz yeraltı 
qalereyalardan ibarət olub, son hissəsi su mənbəyinə birləşir, açıq 
hissəsi  isə  yerin  üst  qatma  qədər  qalxırdı.  Kəhrizlər  bəzən  bir 
neçə qalereyadan ibarət olub bir ümumi arxda birləşirdi.  Bımunla 
da su öz mənbəyindən torpağm yuxarı qatma axa bilirdi.  Kəhriz 
qazan  ustalar  «kənkan»  adlanndı.  Quyulardan  su  15-20  vedrə 
tutumu olan dəridən düzəldilmiş tuluqlarla çıxanhrdı.  Tuluğun su 
dolan ağız hissəsi kəndirlə bağlann,  at və ya ulaq həmin kəndiri 
dartdıqca, o,  quyu üstündə qoyulmuş çarxa sarmaraq tuluğu çıxa- 
nrdı,  tuluqdakı  su  daşdan  düzəldilmiş  iri  çuxura  tökülür,  oradan 
isə arxlara axıdılırdı (3,  s.225).
Torpağa qulluq primitiv üsullarla aparılırdı. Xanlıqda növbəli 
əkin sistemi mövcud idi.  Hər il əkin tarlalannm 2/3  hissəsi dincə 
qoyulur  və  bu  sahələrdən  otlaq,  biçin yeri  kimi  istifadə  edilirdi. 
Daha  yaxşı  ot  bitən  sahələrdən  biçənək  kimi,  nisbətən  z ə if ot 
bitən  sahələrdən  isə  otlaq  kimi  istifadə  olunurdu.  Həkəri  çayı 
dərəsində torpağı ildə iki dəfə becərirdilər. Məhsulım -  buğda və 
arpanın yığımı başa çatdıqdan sonra sahədən bostan, yaxud dirrik 
kimi  istifadə  ejdilirdi.  Adətən  əkin  sahələrinin  istisman  zamanı
gübrədən  istifadə  olunmur,  dinik  və  bağlann  salmmasmda  isə, 
əksinə,  gübrədən  istifadə  edilirdi (180,  ss.299-300).
Qışda  sərt  küləyin tutduğu  torpaq  sahələrində  (qar  örtüyün- 
dən  məhrum  olan  yerlərdə)  əkin  donmasın  deyə  yalnxz  yazlıq 
buğda və  arpa  əkirdilər.  Payızlıq buğda və  arpa,  yazlıq  darı,  pə- 
rinc  v ə  çovdar  isə  adətən  çökəkliklərdə,  dağ  yamaclanndakı 
dərin  dərələrdə  becərilirdi.  Əkinçilər  çovdar  əkm əyə  nisbətən 
daha  az  maraqlıydı,  Aran  yerlərində  əsasən  payızlıq  buğda  və 
arpaya üstünlük verilirdi,  Həkəri dərəsində  isə  çəltik sahələri və 
bostanlar daha geniş ərazini  əhatə  edirdi (180,  ss.299-300).
Taxıl  bitkilərinin  səpin  və  biçin  vaxtı  yerindən,  iqlim  şə- 
raitindən  asılı  idi.  Dağ  kəndlərində  taxılı  aran  yerlərə  nisbətən 
bir, yaxud iki ay gec səpirdilər. İlk səpin ovalıq sahələrdə, adətən 
martm  ortalarmda,  düzən  yerlərdə  martm  sonu  -   aprelin  əv- 
vəllərində, dağlıq zonalarda isə yalnız aprelin sonunda başlayırdı. 
Payızlıq taxıl adətən  sentyabr, yaxud oktyabr aylannda səpilirdi. 
Elatlar  bəzən  noyabrm  sonuna  kimi  səpini  davam  etdirirdilər. 
Taxıl  məhsulunun  toplanması  orta  hesabla  bir  ay  yanm  davam 
edirdi  və  ovalıqda iyunun  əw əllərin d ə,  dağ kəndlərində  isə  iyu- 
nun sonu -  iyulun əw əllərin d ə başlayn:dı (180, ss.299-300).
Səpilən  toxumun miqdan  torpağın keyfiyyətindən və  suvarılıb- 
suvanlmamasından asılı olurdu. Suvanlan sahələrə, habelə yetərincə 
rütubətli  meşəiçi  tarlalarda,  çökəkliklərdə,  dağ yamaclanndakı  əkin 
sahələrinə  nisəbətən  daha  çox  toxum  səpirdilər.  Hər  bir  yerin  öz 
səpin ölçüsü və  qaydası vardı. Dağ kəndlərində  bir desyatin torpağa 
orta hesabla  7-8 pud buğda,  6 pud arpa,  16 pud dan,  8 pud pərinc,  6 
pud çovdar,  aran yerlərində  7-8 pud buğda,  7 pud arpa,  7 pud çəltik 
səpilirdi.  Dağ  kəndlərində  buğda  və  arpa  6-9,  dan  25-50,  pərinc 
6-8,  çovdar  5-8,  aran  kəndlərində  buğda  9-15,  arpa  9—12,  dan 
50-60, çəltik  13-25 dənə verirdi.
Beləliklə, dağ kəndlərində bir desyatin sahədən 42-dən 63 puda qə- 
dər (orta hesabla 52 pud) buğda,  36 puddan 64 puda qədər (orta hesabla

45 pud) arpa, 35-dən 70 puda qədər (orta hesabla 52 pud) dan, 48-dən 
64 puda qədər (orta hesabla 56 pud) pərinc, 30-dan 48 puda qədər 
(orta hesabla 39 pud) çovdar toplanırdı. Aran yerlərdə bir desyatin 
sahədən 72-dən 120 puda qədər (orta hesabla 95 pud) buğda, 63-dən 
84-ə  qədər  (orta  hesabla  73  pud)  arpa,  100-dən  124  puda  qədər 
(orta hesabla  110 pud)  darı,  97-dən  187 puda qədər (orta hesabla 
142 pud) çəltik toplamrdı (180,  ss.300-301). Mirzə  Camalın yaz- 
dığma görə, «suvanlan əkin yerlərində taxıl, çəltik, pambıq, çəkil 
(tut)  ağaclan və başqa hər cür bitki  əkilərsə,  bol m əhsul əldə  et- 
mək olar.  Arxdan lazımi  qayda  ilə  istifadə  olunardı,  onun  ətrafında 
beş-altı min ailə kənd salıb, rahatlıqla yaşaya bilər» (55,  s.109).
Digər xanlıqlarda olduğu kimi,  torpağı  xış v ə kotanla şumla- 
yırdılar.  Xanlığın  dağhq  hissəsində  yerin  hədsiz  maililiyi  ucba- 
tmdan kotan və xışdan istifadə etmək mümkün olmurdu, kəndlilər 
toxa,  yaxud  beldən  istifadə  edirdilər.  Kotanla  bir  gündə  düzən- 
likdə  0 ,5-1,  dağlxq  ərazidə  isə  0,5  çetvert  torpağı  şumlamaq 
olardı.  Xışla  bir  desyatin  torpağı  3 -7   gün  ərzində  şumlamaq 
mümkün idi.  Torpağı kotanla  şumlamaq üçün 6  cüt  kəl  (yaxud  3 
cüt kəl və  6  cüt öküz) tələb olunurdu,  kotanı və  qoşqu heyvanlarını 
idarə  etmək,  kotanı  palçıqdan  təmizləmək,  təmir  etmək,  qoşqu 
heyvanım  otarmaq üçün 7-8 nəfər,  xışla şumlamaq üçün 
1  cüt 
kəl, yaxud 2 cüt öküz və  1-2 nəfər tələb olunurdu (185,  s.49).
M .Mustafayevin  m ülahizələrinə  görə,  əkinçilik  alətləri 
bütünlüklə kəndli  təsərrüfatınm özündə  möhkəm  ağaclardan  ha- 
zırlamrdı (185,  s.46).  Müəllifin bu  fikri mübahisəlidir.  Çünki  to- 
xanı v ə ağac xışı kəndli özü hazırlasa da,  dəmir gavahmlı xışı və 
kotanı  hazırlaya  bilməzdi.  Kənd  təsərrüfatmda  natural  təsərrü- 
fatm  hökmranlığı  əm ək  alətlərinin  təkmilləşdirilməsinə  imkan 
vermirdi.  Böyük fiziki  güc tələb edən  alətlərdən istifadə  olunur- 
du. Əsas əm ək alətləri xış v ə kotan idi. Xışa bir və ya iki cüt öküz 
qoşaraq onunla yumşaq torpaqlan  şumlayırdılar.  Iri torpaq sahib- 
lərinin təsərrüfatmda 8 -1 0  qoşqu heyvanmm qoşulduğu kotandan
istifadə  olunurdu.  Şumdan sonra torpağı iri, bəsit mala və ya dır- 
mıqla malalayırdılar.
Təbii  fəlakətlər  kənd  təsərrüfatına  böyük  ziyan  vurur, 
xanlığm  aran  hissəsində  quraqlıq,  dağlıq  hissəsində  isə  tez-tez 
yağan gur yağışlar,  dolu məhsulu təhlükə altına alırdı.  Müharibə- 
lər, basqmlar, qarətlər və s.  kənd təsərrüfatma dağıdıcı təsir gös- 
tərirdi.  Quba  xanı  Fətəli  xan  öz  yürüşləri  zamanı  xeyli  Qarabağ 
kəndlisini  Quba xanlığmın  ərazisinə  köçürmüşdü.  Onun  1783-cü 
ilin  ə w ə lin d ə   Qarabağa  hərbi  səfərində  10  min  nəfərdən  çox 
yalnız  muzdlu  dağıstanlı  döyüşçünün  iştirak  etdiyi  haqqmda 
məlumat  verilir.  Basqınçılar  Şuşa  yaxınlığındakı  kəndləri  qarət 
etmiş,  100 min başa qədər qoyun,  30 min baş iribuynuzlu mal-qa- 
ra aparmışdılar.  Ətraf kəndlərin sakinləri  Şuşaya v ə digər yerlərə 
qaçmışdılar.  Onlar  yolda  ikən  dağıstanlı  döyüşçülerin  basqmına 
məruz qalmış, bir hissəsi əsir götürülmüşdü ( 2 1 8 ,1783-cü il, v.6).
Ağa M əhəmm əd şah Qacarın 1795—1797-ci illərdəki hücum- 
lan v ə  1804-1813-cü  illər I rus-İran müharibəsi zamam xanlığm 
iqtisadiyyatma  xüsusilə  böyük  zərbə  dəymişdi.  Əhalinin  sayı 
kəskin  surətdə  azalmışdı.  N.Dubrovinin yazdığma  görə,  Qacann 
hücumlarma qədər Qarabağda 60 min ailə yaşayxrdı (127, s.230).
XIX  əsrin  əvvəllərində  (1805-ci  ildə)  isə  bu  rəqəm  10  minə 
enmişdi (13, s.64).  Birinci rus-İran müharibəsi dövründə Qaraba- 
ğın  əhalisi  daha  3  dəfə  azalmış  və  müharibənin  sonunda burada 
cəmi 3080 ailə vardı.  Bu ailələr də talan edilmiş v ə dilənçi vəziy- 
yətinə  salınmışdılar (13,  s.64).
Xanlıqda  əkinçiliyin  inkişafmm  sosial-iqtisadi  şərtlərini  ay- 
dmlaşdırdıqdan  sonra onun ayn-ayn sahələrinin vəziyyətinə diq- 
qət  yetirək.  Qarabağ  xanlığmda  yetişdirilən  başlıca  əkinçilik 
məhsulları  taxıl  məhsullan  (buğda,  arpa,  çəltik,  dan  və  pərinc 
(buğda növü))  idi.  Lifli  bitkilər  (pambıq  və kətan),  yağ  bitkiləri 
(küftcüt və  gənəgərçək)  və  tütün yetişdirilməsi  də  m üəyyən  yer 
tuturdu (185, s.80).

İqlim  şəraitinə  görə  buğda,  arpa,  pərinc  v ə   kətan  başlıca 
olaraq dağlıq ərazilərdə yetişdirilirdi. Düzənlik ərazidə isə çəltik, 
pambıq, tütün, küncüt v ə dan becərilirdi. Dağlıq ərazidə buğda və 
arpam  sentyabr-oktyabr aylannda,  darını  apreldə  səpir,  düzənlik 
ərazidə  isə  buğda v ə  arpa  səpini  dekabr aymm  ortalarınadək da- 
vam  edirdi.  Bu  yerlərdə  dannı  iyunda  və  iyulda,  bəzi  hallarda 
hətta avqustda səpirdilər.  Dan adətən səpindən üç  ay sonra yeti- 
şirdi. Yazlxq buğda və arpanı yalnız dağlıq ərazilerdə mart ayxnda 
səpir, iyulun sonunda yığırdılar.  Pərinc və kətan yazda, küncüt və 
gənəgərçək apreldə səpilir və oktyabrda yetişirdi (185,  s.50).
Pambıq tarlalamn m üxtəlif şəkildə suvanrdılar: bəzi yerlərdə 
hər  20  gündən  bir,  digər  yerlerdə  cəmi  3  dəfə  -   iyun,  iyul  və 
avqust  aylannda.  Y ay  ərzində  3-4  dəfə  pambığı  alaq  otlarmdan 
təmizləyirdilər.  Pambıq  oktyabr  aymm  ə w ə lin d ə   yetişirdi  (185, 
s.47).
İki  biçinçi  bir  desyatin  torpağı  2 -3   günə  biçirdi.  Taxılı  biç- 
m ək üçün  oraqdan,  otu  biçmək üçün  dəryazdan  istifadə  edilirdi 
(185,  s.48).  Taxılı döymək üçün bir-birinə  bərkidilmiş  2 -3   geniş 
taxta  lövhəlerdən hazırlanmxş dinglərdən (vəl)  istifade edirdilər. 
Bu  dəzgahm   üstünə  daş  qoyduqdan  sonra  dingi  fxrladan 
öküzlərin, yaxud atm üstündə oğlan uşağx otururdu.
Dəyirmanlar,  adətən biroturacaqh olub arx suyu ilə hərəkətə 
gətirilirdi.  Bütün QarabağdaXIX əsrin 30-cu illərinin əw əllərin- 
də  471  dəyirman  qeydə  alınmxşdı.  Dəyirman  sahibləri  üyüdülən 
unun  1/20  hissəsini  götürürdülər.  Çəltiyi  döymək  üçün  ayaqla 
hərəkətə  gətirilən  dişli  dəmir  silindrdən  istifadə  olunurdu.  Bu 
proses çətin olduğu üçün onunla Qazxqumuqdan v ə Avanstandan 
gələn   xüsusi  işçilər  m əşğul  olurdular.  Onlar  təm izlənm iş 
düyünün  1/5 hissəsini alırdxlar (191,  s.29).
Y ağ istehsal etmək məqsədi ilə kətan, küncüt v ə gənəgərçək 
yetişdirilirdi.  Qarabağda yağ çxxanlan  10 bəzirxana vardı.  Bəzir- 
xana sahibləri gördükləri işin müqabilində çıxanlan yağın l/20tni
mənimsəyirdilər  (191,  s.29).  Gənərgərçək  yağı  acı  olduğundan 
ondan  qida  məhsulu  kimi  istifadə  etmək  mümkün  deyildi.  Y ay 
vaxtı  həm in  yağla  kəllərin  dərisini  yağlayn-,  qxşda  isə   otaqlarx 
qızdırmaq üçün istifadə edirdilər (185,  s.50).
1832-ci ilin məlumatma əsasən, xanlxqda 20.546 ev sahibinin
4   min  ədəd  xxş  v ə  kotanx  vardx,  bu  da  öz  növbəsində  bir  çox 
ailələrin  bu  alətlərdən  istifadə  etməsinin məhdud  olduğunu  təs- 
diqləyən faktdn. Yetərincə qoşqu heyvanx ve əm ək aletinin yox- 
luğu  kəndliləri  bu  əkinçilik  vasitələrini  ümumiləşdirməyə  v ə 
torpağı birgə becərm əyə məcbur edirdi.  Lakin bu, nadir istisnalxq 
idi  v ə  bir  qayda  olaraq  yoxsul  kəndli  qoşqu  heyvanı  v ə  əm ək 
alətlərini  icarəyə  götürür,  bunun  ödəniş  haqqı  kimi  məhsulun 
müəyyən  qismini  əkinçilik  vasitəsinin  icarədanna  verirdi.  Bu 
imkan da olmadıqda kəndlilər öz torpaqlarmı icarəyə verir, yaxud 
öz torpağmı tərk edib muzdlu işlə m əşğul olurdular (185,  s.48).
Qarabağda  her  il  orta  hesabla  (1832-ci  il  məlumatına  görə) 
təxminən 22 min çetvert buğda,  11  min çetvert arpa, 2250 çetvert 
çəltik, 400 çetvert dan, 250 çetvert pərinc, 550 çetvert pambıq, 50 
çetvert kətan,  5 çetvert küncüt və  7 tilani batman (1  tilani batman 
33  fiınt  75  zolomikə  bərabərdir)  gənəgərcək  səpilirdi.  Təqribi 
hesablamalara görə Qarabağ xanlxğmda illik orta m əhsul 220 min 
çetvert buğdaya,  143 min çetvert arpaya, 33750 çetvert çəltiyə, 26 
min çetvert danya,  1750 çetvert pərincə, 400 çetvert kətana,  1100 
çetvert  xam  pambığa,  50  çetvert  küncütə  bərabər  idi.  3200  pud 
pambıq,  450 pud tütün və  56  pud gənəgərçək əldə  edilirdi (138, 
s.284).
Xanlıqda  yetişdirilən  taxılxn  məhsuldarlığx  yüksək  olduğun- 
dan rəiyyət və rəncbərlərin məhsulu toplamağa q ü w ə si çatmırdı, 
nəticədə  əlavə  muzdlu  q ü w ə y ə   ehtiyac  yaranxrdı.  Əmək  miq- 
rantları  -   muzdlu  biçinçilər  təkcə  Qarabağ  xanlxğmdan  deyil, 
digər  xanlıqlardan  da  gəlirdilər.  Adətən  onlar  üç  gün  ərzində 
topladığı her çetvert çəltiyə  görə məhsulun  1/5-i, buğda,  arpa və

darı  biçinçiləri  isə  məhsulun  1/10  miqdarmda  natural  haqq 
alırdılar (138,  s.289).
XVIII 
əsrin sonunda Ağa M əhəm m əd şah  Qacann basqmla- 
rmm v ə XIX  əsrin ə w ə lin d ə   Rusiya işğalmm xanlığm iqtisadiy- 
yatma böyük zərər yetirdiyini nəzərə alsaq, xanlıq dövründə daha 
yüksək məhsuldarlıq əld ə edildiyini söyləm ək olar.
Əlverişli iqlim şəraiti və bərəkətli torpaq sahələri bağçılıq və 
üzümçülüyün  inkişafma  təkan  verirdi.  Bağçılıq  və  üzümçülük 
xanlığm Çavundur, Bazarçay çayları v ə onlarm qollarınm hövzə- 
lərində  daha  geniş  yayılmışdı.  Araz  çayma  yaxm  kəndlər  də 
bağçılıq  və  üzümçülüklə  məşğul  olurdular.  Xanlıqda  yaşayan 
xristianlar  ildə  70.000  vedrə  şərab  və  3.400  vedrə  araq  istehsal 
edirdilər.  Qarabağda  3.080  üzüm,  yüzdən  artıq  m eyvə  bağları 
vardı (138,  s.225).
Xanliqda baramaçılıq və ipəkçilik inkişaf etmişdi.  Qeyd edək 
ki, h ələ XVIII əsrin əw əllərin d ə Qarabağda ildə 2 min yük, yəni 
15 min pud xam ipək istehsal olunurdu (174, s.88). Baramaçıhqla 
Mehri,  Güney,  Çavundur,  Bərgüşad,  Dizaq,  Cəbrayıl,  Arazbar, 
Vərəndə,  Otuziki,  Kəbirli,  Cavanşir,  İyirmidörd,  Çiləbörd  ma- 
hallarmda meşğul olurdular. Lazımi qədər baramaqurdu ilə təchiz 
olunmuş hər tut bağı ildə 6 batman, bəzən isə dörd və daha az, iki 
batman barama verirdi.  XIX yüzilin əw əllərind ə xanlıq ərazisin- 
də  iki  yüzə  qədər tut  bağı  var  idi  və  orta  illik barama  məhsulu 
1.700 puda bərabər idi  (138,  s.293).  Digər bir m ənbəyə görə,  bu 
rəqəm 4 min puda çatırdı  (193).

1832-ci ilin məlumatına görə, xanlıqda  1.600-ə yaxm tut bağı 
vardı (138, ss. 292-293). Bir çox yerlərdə tut ağaclarma üzümlük- 
lərdə v ə m eyvə bağlarmda da rast gəlm ək mümkün idi.  Barama- 
qurdlarmı yemləmək üçün kifayət qədər tut ağacı olmayan ipək- 
çilər digər yerlərdən tut budaqlan  almalı olurdular.  1  stildən  (60 
zolotnik)  çıxmış  qurdları  yem ləm ək  üçün  dağlıq  bölgələrdə 
18-20,  düzənlik bölgələrdə  isə  10-15  tut  ağacının  olması  lazım
idi.  Düzənlik  bölgələrdə  tut  ağacları  daha  yüksək  və  daha  çox 
budaqlı olmaqla əkildikdən yalnız dörd il sonra qurdlarm yem lən- 
m əsi üçün yararlı olurdu (138,  s.291).
İrimiqyaslı ipəkçiliklə xanm özü v ə iri feodallar m əşğul olur- 
dular.  İbrahimxəlil  xanın yalnız Hindarxda  26,  Cəfərqulu ağanm 
isə  Doryan kəndində  12  tut bağları  vardı.  İpək məhsulunun  illik 
miqdarı  1.700  pud  təşkil  edirdi  (185,  s.51).  Baramaqurdlarmm 
toxumu feodallar,  tacirlər və  sələmçilərin əlində cəmlənmişdi.
Xanlığm iqtisadiyyatmda m eyvəçilik və üzümçülük əhəm iy- 
yətli yer tuturdu.  Bağ və bostançılığm inkişafmı isə bir tərəfdən, 
təsərrüfatm  qapalı  xarakteri,  digər  tərəfdən,  aztorpaqhlıq,  su 
çatışmazlığı əngəlləyirdi.  Bununla belə,  xanlıqda  100-ə  qədər  iri 
bağ mövcud idi v ə  onlarm əksəriyyəti düzənlik zonada yerləşirdi 
(185,  s.51).  Bağlarda  armud,  tut,  ərik,  şaftalı,  nar,  heyva,  əncir, 
gilas,  albalı,  alma,  zoğal,  qoz,  gavalı,  alça yetişdirilirdi.  Toplan- 
mış  məhsulun  m üəyyən  hissəsindən  qax  (yəni  doğranmış  və 
tumu çıxarılmış meyvələri qızmar günəş altında qurutmaq)  hazır- 
layıb qışa tədarük edirdilər.  Zoğalın tumunu çıxardıb  ondan axta, 
alçadan  lavaşana v ə  s.  hazırlamaq geniş  yayılmış  dəb  idi.  Böyük 
meyvə  bağlan  xana,  bəylərə  v ə  məliklərə  məxsus  idi.  Təkcə 
Ağdamda  Qarabağ  xanmm  7  bağı  (Güllü bağ,  Ərikli  bağ,  Kətan 
bağ,  Çirayuqi  bağı,  Bala bağ,  Barlı  bağ  və  Narlı bağ)  vardı.  So- 
nuncu  iki  bağ  istisna  olmaqla  digərlərini  xan  icarəyə  verirdi.
1822-ci  ildə  Güllü  bağm  üzümü  üçün  800,  m eyvəsi  üçün  200, 
Ərikli bağ üçün 200,  Kətan bağ üçün 800, Çirayuqi bağı üçün 900 
və Bala bağ üçün  380  manat icarə  haqqı almmışdı.  Adətən icarə 
Yüklə 5,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin