Zemfira haciyeva qarabağ xanliğI



Yüklə 5,78 Mb.
Pdf görüntüsü
səhifə9/15
tarix31.01.2017
ölçüsü5,78 Mb.
#7212
1   ...   5   6   7   8   9   10   11   12   ...   15

o
o
Saatlı  məscidinin  daxilindən görünüş
155
Şuşa  şəhəri  gön-dəri  m əm ulatları  istehsalının  m ühüm   m ər- 
kəzlərindən biri idi. Xanlıqda m aldarlığın geniş yayılması sənətin 
bu  sahəsini  xammalla  təmin  etm əyə  imkan  verirdi.  Öküz,  inək, 
dana dərisindən ayaqqabı, qoyun dərisindən papaq, kürk və s.  ha- 
zırlamaq  üçün  istifadə  edilirdi.  Şuşada  40  nəfərin  çalışdığı  19 
gön-dəri  dabbaqxanası vardı.  İldə  orta hesabla 2  min ayaqqabıaltı 
hazırlanır,  1400  keçi,  1600  qoyun  dərisi  emal  olunurdu  (138, 
ss.3 11-313).  Şuşa yəhərqayırm a sənəti inkişaf etmiş şəhərlərdən 
biri  idi.  Dabbaqhq emalatxanalarından biri V ərəndə  m əlikliyində 
yerləşirdi.  İşçisi  3  nəfər  olan  bu  m üəssisədə  ildə  150  dəri  emal 
olunurdu (185,  s.62).
Şəhərdə 22 nəfərin çalışdığı 2 kərpic zavodu fəaliyyət göstə- 
rirdi  (138,  s.318).
Şuşada  kustar  tipli  bir  sabunbişirm ə  zavodu  var  idi  (185, 
s.65).  Xanlıq dövründə  Şuşada sabunbişirm ə  sənətinin  inkişaf et- 
diyini  faktlarla göstərm ək olar.  XIX əsrin birinci yarısmda sabun- 
bişirm ə  Şimali  Azərbaycanın  Nuxa,  Şamaxı  və  G əncə  şəhərləri 
ilə yanaşı,  Şuşada da geniş yayılm ışdı  (25,  s.47).
Ticarətin  inkişafı  iri  feodallann  istehlak  tələbatı  olan  zinət 
əşyalarınm  istehsalmın inkişafına və təkm illəşm əsinə şərait yara- 
dırdı.  Zərgərlərin qızıl və  güm üşdən hazırladıqlan  qolbaqlar, bo- 
yunbağılar, sırğalar, kəm ərlər, sancaqlar və s.  alıcılamm  zövqünü 
oxşayırdı.
Ş əhərdə  74  nəfər  xırda  ticarətlə  m əşğul  olurdu  (185,  s.65).
1823-cü ilin m əlumatma əsasən,  Şuşa şəhərində  13 xırdavatçı,  15 
bəzzaz  (arşmmalçı),  3  keçəçi,  8  daşyonan bənna,  1  kərpıckəsən, 
6  dabbaq,  5  bez boyaqçısı,  3  «kitayka»  boyaçısı,  5  dəmirçi,  4  al- 
laf,  1  yamaqçı,  1  təkləçi  (təkəlduz),  1  rəngsaz,  3  rəngsazlıq mal- 
ları  satıcısı,  9  m isgər,  4 dəllal,  5  qəssab,  3  bıçaqçı,  4  soyuq silah 
(xəncər və  qılmc) ustası,  5  odlu silah ustası,  5  kitab üzü  köçürən, 
10  dülgər,  4  nalbənd,  11  dərzi,  22  çəkm əçi,  7  zərgər,  4  xarrat, 
10  yəhərqayıran,  15  m eyvə  alverçisi,  5  aşbaz,  4  çörək  satıcısı,

14  dəllək,  1  saatsaz,  17  papaqçı,  3  sərrac,  1  kürk  ustası  qeydə 
alınmışdı  (193,  ss.5-16).  Bu  m əlum atları  S.Y eqiazarov  verir. 
Onlar m üəllifın özünün də etiraf etdiyi kimi,  tam  deyil.
Sənətkar-kustar sənayesində  texniki  istehsal  alətləri  primitiv 
olduğundan  və  əl  əm əyinə  əsaslandığından  h ə r  bir  sənətkardan 
yü k sək   u stalıq  tələ b   o lu n u rd u .  Ə m ək  m əh su ld arh ğ m ın  
yüksəldilm əsi  istehsal  texnikasmm  təkm illəşdirilm əsi  ilə  deyil, 
əm əyin  intensivləşdirilm əsi  ilə  əldə  edilirdi.  Buna  görə  də  sə- 
nətkarlıqda  yalnız  əl  əm əyindən  istifadə  olunurdu.  Ş əh ər  sə- 
nayesi  texniki-iqtisadi  səviyyəsinə  görə  kənd  sənayesindən  yük- 
səkdə  dayanırdı.  K ənd sənayesi  əsasən qapalı,  natural,  şə h ə r sə- 
nayesi  isə  əm təə  səciyyəsi  daşıyırdı.  Bir  çox  sənətkarlar  geridə 
qalmış  kənd  sənayesi  texnologiyası  prinsiplərindən  uzaqlaşır- 
dılar.
Şuşa şəhərindəki  sənətkar-kustar emalatxanaları kiçik,  əm ək 
m əhsuldarlığı aşağı, istehsal texnikası cəh ətdən b əsit idi.  B urada 
çalışanların  sayı  3 -5   n ə fə r  olurdu.  İp ək ə y irə n ,  toxucu 
em alatxanalarm da,  dabbaqxanalarda,  k ərp ic,  sabunbişirm ə 
zavodlarında muzdlu fəh lələr işləyir, muzdu natura, yaxud pul  ilə 
alırdılar (185,  s.68).
Ş əh ər  sənayesinin  təsiri  altında  kənd  yerlərində,  xüsusən 
Şuşanın  ətrafında  əm təə-pul  m ünasibətlərində  m üəyyən  canlan- 
ma hiss olunurdu.  K ənd təsərrüfatında əm təə istehsalm ın artması 
qism ən  m üəyyən  ev  sənətkarlığı  növlərinin  (sərraclıq,  yəhərqa- 
yırm a və s.)  ixtisarı  hesabına olurdu  (185,  s.65).
Qarabağ  xanlığmın  təsərrüfat  xarakteri  bütövlüklə  natural 
səciyyə  daşıyırdı.  K ənd   yerlərində  sənət  əsasən   əkinçiliyin 
yardım çı sahəsi  idi.
Şuşa  şəhərinin  yaranması,  əlbəttə,  o  dövr  üçün  m ütərəqqi 
hadisə  idi.  Şəhərin  yaranması  ictimai  əm ək  bölgüsünün  inkişaf 
etm əsinə  təkan  verdi,  yeni  iqtisadi  q ü w ə -ə m tə ə   istehsalı  mey- 
dana  çıxdı.  Ş əhərdə  əm tə ə   istehsalım n  genişlənm əsi  əm təə-pul
m ünasibətlərinin  kəndə,  xüsusən  Şuşamn  ətraflarına  sirayət 
etm əsinə səbəb oldu. Lakin şə h ər sənayesi əm təə-pul m ünasibət- 
lərini  xanlıqda  eninə  və  dərininə  inkişaf  etdirə  bilm ədi.  Şuşa 
Qarabağ  xanlığında  yeganə 
sənaye  m ərkəzi  olaraq  qalırdı. 
Şəhərin nisbətən  tez inkişafı,  şəhərdə sürətlə inkişaf edən sənət- 
kar-kustar sənayesinin və ticarətin genişlənm əsi kəndlərdə hökm  
sürən  ətalətlə  təzad təşkil  edirdi.
Şuşada  m uzdla  işləm ə,  yəni  burjua  qanunlarmın  rüşeym ləri 
m üşahidə  olunurdu (185,  s.68).
Qarabağ  xanhğm da  ipək  parçalarm  hazırlanması  ilə  m əşğul 
olanların sayı  500 n əfərə çatırdı.  Ləm bəran və A ğcabədidə ipək- 
çilik xüsusilə inkişaf etmişdi.  İpəkdən yorğan üzü,  köynək,  şalvar 
tikm ək  üçün  istifadə  edilirdi.  Cənubi  Azərbaycandan,  xüsusən 
Qaradağdan  bura  toxucular  gəlirdilər.  Xanlıqda  ipək  ilə  yanaşı, 
bez  parçalar  da  toxunurdu.  Toxucuların  sayı  1200  n əfərə  çatırdı. 
Yundan  m üxtəlif  m əm ulatlar-xalça,  palaz,  çul,  keçə,  adi  palaz 
hazırlamrdı.  Ortaölçülü xalçanm biri  10-14 manata, adi palaz 4—5 
manata,  naxışlı  palaz  14  m anata,  naxışlı  çul  6-8  manat,  alaçıq 
keçəsi  2 0 -80  m anata satılırdı.  (138,  ss.229-300).
Çiləbörd m ahalm da silahqayırm a inkişaf etmişdi. Burada 3 -4  
fəhləsi  olan  emalatxanalarda  silah  lülələri  hazırlayırdılar.  V əng 
və  Şeşpara  kəndlərində  iki  usta  silah  çaxmağı  hazırlayırdı  (138, 
ss.229-300;  25,  s.61).
On  doqquz  (19)  dabbaq  emalatxanasmda  40  fəhlə  çalışırdı. 
Bu  em alatxanalarda  ildə  2000  ayaqqabı  altı  üçün  gön,  1600  qo- 
yun,  1400  keçi  dərisi aşılanırdı  (138,  ss.312-313).
Xanlıqda tikinti ilə bağlı sənətlər inkişaf etmişdi. Bu, təsadüfı 
deyildi.  Çünki  xanlar  yalnız  m üdafiə  tikililərinin  deyil,  ictimai 
binaların və  digər mülki  tikililərin  də  inşasına xüsusi  diqqət yeti- 
rirdilər.  Şuşa,  Bayat,  Şahbulaq,  Əsgəran  qalaları  ilə yanaşı,  m əs- 
cidlər  və  günbəzlər  tikilmişdi.  1768-1769-cu  illərdə  Şuşada  bö- 
yük  cüm ə  məscidi  inşa  olunmuş,  XIX  əsrdə  İbrahim xəlil  xanın

qızı  G övhər  ağa  məscidi  yenidən  zövqlə  təm ir  etdirmişdi.  Hələ 
İbrahim xəlil  xanm dövründə  düşm əndən  qorunmaq üçün Xəzinə 
dərəsində  im arət  və  otaqlar  tikilmiş,  daş  və  əhəng dən  istifadə 
edilmişdi.  Şuşa  qalasmm  bir ağachğında X an  bağında  m öhtəşəm  
binalar,  Ağdamda Pənahəli xanm və övladlarının qəbirləri üstün- 
də üç yüksək güm bəz inşa olunmuşdu (55, s. 143).  Burada Pənah- 
əli xanm  atası İbrahim xəlil ağanm qədim  ocaq evi, yonm a daş və 
tağbəndi  vardı.  Ağa  M əhəm m əd  şah  Qacarın  hücumu  zamanı 
günbənzlər  dağıdılsa  da,  M ehdiqulu  xan  onları  bərpa  etmişdi. 
M ehdiqulu xan Ehsan bağı saldırmış,  hasar v ə buzxana tikdirmiş, 
m əqbərə  v ə q f etdirmişdi.  Tarixçinin  m əlum atm a  görə,  buzxana- 
dan  yüz  m in  buz  ehsan  kimi  ətrafda  yaşayan  elatlara  və  digər 
əhaliyə verilirdi  (51,  s.200).
Q arabağ ustaları yü ksək keyfiyyətli  odlu silah  dü zəldirdilər
159
İbrahim xəlil  xan  Şuşanın  bir  ağac  m əsafəsində  «Xan  bağı» 
admı almış bağ saldırmışdı. Burada bağlar və tövlələr, buzxana və 
dəyirm anlar var idi.  (51,  s.200).
Rus  işğalından sonra  ipək, yun və  iplik dəri  boyam aqla m əş- 
ğul olan üç boyaqxana qeydə almmışdı. Bu boyaqxanalarda 6 fəh- 
lə çalışırdı.  Boyaqxananm biri  İbrahimxəlil xanm oğlu  Cəfərqulu 
ağaya m əxsus  idi  (162,  41).
Xaçm  m ahalmda dəyirm an daşları hazırlanırdı. Daş karxanası 
Qanzasar m onastırmın m ülkiyyətində  idi (162,  s.300).
1800-cü ilin m əlumatma əsasən,  Şuşada 219 sənətkar var idi. 
Onlardan  16-sı dərzi,  17-si papaqçı, 21-i ayaqqabı tikən,  7-si boyaq- 
çı,  6-sı  dabbaq,  7-si  xamutçu,  9-u  m isgər,  8-i  silah  ustası,  15-i 
daşyonan  və  evtikən,  10-u  xarrat,  7-si  zərgər  və  s.  idilər  (218, 
f. 1268,  iş  43,  v.46).
Xanlıqda tətbiq olunan iltizam  sistemi sənətkarlıq və ticarətin 
inkişafma ciddi mane olurdu.  Xan vergi yığmaq hüququnu, vergi- 
nin  ümumi  m əbləğini  ə w ə lc ə d ə n   ödəyən  iltizamçılara  satırdı. 
İltizamçılar iltizam m üddəti  qurtaranadək tacirlər və  sənətkarlar- 
dan  xana  verdikləri  m əbləğdən  xeyli  artıq  pul  toplamağa  səy 
göstərirdilər. İpəkdən toplanan mizan vergisi də iltizama verilirdi. 
İpək,  yun,  pambıq  parçaların,  sapın  tünd  yaşıl  və  mavi  rəngdə 
boyanmasma  iltizamçı  icazə  verm əli  idi  (189,  ss.2-3).  İltizamçı- 
dan  başqa  heç  kimin  sabun,  dəri,  qızıl  boya  satmaq  hüququ  yox 
idi.  Təbii  qızıl boya da iltizamçımn nəzarəti  altında  idi  (10,  f.24, 
siy .l,  iş  155,  v.  26;  iş  120,  v.13).
C.M ustafayev  sənətkarlardan  yığılan  vergiləri  iki  qrupa 
bölür:  bütün sənətkarlardan toplanan ümumi vergilər və istehsalın 
yalnız m üəyyən sahələrindən toplanan  vergilər (59,  s.48).

Şuşada xan  sarayı
3.  Ticarət
Xanlıqda  natural  təsərrüfat  hökm   sürdüyündən  daxili  ticarət 
nisbətən z ə if inkişaf etmiş,  m übadilə h ələ bütövlükdə m üntəzəm  
ictimai  təzahürə  çevrilməmişdi.  Y alnız  istehsalın  m üəyyən  his- 
səsi, nadir hallarda satışa çıxarılırdı.  Xanlığın dağlıq relyefı, əlve- 
rişli  yolların  və  nəqliyyat  vasitələrinin  olmaması  daxili  ticarətin 
genişlənm əsinə əngəl törədirdi.
İqtisadi  əlaqələrin  zəifliyi  öz  növbəsində  təsərrüfatın  özü- 
özünü  təm in  etm əyə  yönəlm iş  xarakterini  konservasiya  edir, 
kəndlinin  yeniliyə  həvəsini,  təsərrüfatı  genişləndirm əyə,  əm ək  
m əhsuldarlığm ı  artırmağa  marağını  azaldırdı.  O,  nəsildən-nəslə 
köhnə adətlər üzrə yaşayır və işləyir, tərəqqiyə m eyl göstərm irdi. 
Əhalinin  sosial-iqtisadi  həyat tərzinin  bu nəticəsini  rus  zadəgan- 
burjua tarixçiləri haqsız olaraq «xalqm təbii xüsusiyyətləri»  kimi 
qələm ə  verərək  xalqı  «Şərq  tənbəlliyi»ndə  günahlandırırdılar 
(185,  s.70).
Ə m ək bölgüsünün inkişafı, m öhtəkirlərin və tacirlərin müda- 
xiləsi qapalı təsərrüfat vahidlərini pozur,  Şuşada ticarətin inkişafı 
tədricən  kəndlilərin  yuxarı  təbəqələrini  öz  orbitinə  cəlb  edir, 
hərbi-feodal  züm rələrinin  israfçılığmm  artmasma  səbəb  olurdu. 
M öhtəkirlər və  xırda alverçilər kəndlərdə  xüsusilə  fəallıq göstə- 
rirdilər.  Onlar çox vaxt vergi və rüsum ların toplandığı vaxt kənd- 
lərə  gəlir,  kəndlilərin  satış  bazarları  ilə  əlaqələrinin  olmamasın- 
dan  istifadə  edərək  feodallarla  ittifaqa  girib  əhalini  qarət  edir, 
iqtisadi  əsarətə  salırdılar.  K əndlilərin  ümidsiz  vəziyyətindən 
istifadə  edən m öhtəkirlər v ə tacirlər tədricən tut bağlarını, üzüm- 
lükləri  və  s.  öz əllərinə  alu:,  lazım olduqda həm  kəndlilərə,  həm  
də  feodallara mal və pul borc verirdilər.
X anlığın yeganə  daxili  və  xarici  ticarət m ərkəzi  Şuşa şəhəri 
idi. Cüm ə günləri  Şuşanm ə tra f kəndlərindən şəh ərə gələn sakin- 
lər  burada  öz  m əhsullarm ı  satır  və  lazımi  malları  alırdılar.  H əm  
qala daxilində, h əm  də Şuşa darvazalarmm önündə bazarlar təşkil 
edilirdi  .(185,  s.71).
Sənətkarlar, kustarlar,  tacirlər, kəndlilər,  feodallar,  həm çinin 
digər  xanlıqlardan  və  xarici  ölkələrdən  gələn  tacirlər  ticarətdə 
iştirak edirdilər.  Struktur və vüsətinə görə şəhər ticarəti sənətkar- 
lıq  səciyyəsi  daşıyırdı.  Şəhərdə  kənd  təsərrüfatı  m əhsulları, 
sənətkar-kustar  istehsalı m əhsulları,  m al-qara satılırdı.  K əndlilər 
və  sənətkarlar  feodal  vergiləri  və  rüsumlarım  ödəm ək,  özlərinə

Zemfira Hacıyeva
lazım olan ən zəruri malları almaq üçün  istehsal m əhsullarm ı ba- 
zara çıxarırdılar.
Şuşada  çoxsaylı  peşəkar  tacirlər  fəaliyyət  göstərirdi.  Çox  vaxt 
kəndlinin  mal  almağa  nəqd  pulu  olmadığından  aldığı  malın  əvəzini 
natura  ilə  (buğda,  arpa,  yun,  ipək,  yağ,  toyuq,  yumurta  və  s.)  ödə- 
m əli  olurdu.  Bu  zaman  tacirlər  satdıqları  malın  dəyərini  yüksəl- 
dir,  kəndlinin  verdiyi m əhsulun  dəyərini isə aşağı  salırdılar.
1823-cü  ildə  bazarda  bir  çetvert  buğda  18  m anat  90  qəpik, 
1  çuval arpa 6 manat 30 qəpik,  1  çuval darı 5 manat,  1  batm an yağ
15 manat,  quzu yununun  1  batmanı  10 manat,  1  stil ipək 4 manat,
1  tilani  batman yun iplik  15 manat,  1  ədəd kilim  10 m anat,  1  öküz 
40-70  manata satılırdı  (193,  s.234).
Qarabağ  xanlığında  xarici  ticarət  daha  yüksək  səviyyədə 
inkişaf  etmiş,  Şuşa  Cənubi  Qafqazm  ən  m ühüm   ticarət  m ər- 
kəzlərindən birinə çevrilmişdi.  Şuşadan digər A zərbaycan xanlıq- 
larına,  habelə  Gürcüstana,  İrana,  Türkiyəyə və  Rusiyaya  karvan- 
lar  gedirdi.  A dətən  kənardan  gətirilən  malların  üzərinə  15%-ə 
qəd ər əlavə  qiym ət qoyulurdu  (185,  s.72).
Daxili  ticarətdən  fərqli  olaraq  xarici  ticarət  dem ək  olar  ki. 
bütünlüklə  peşəkar  tacirlərin  əlində  cəm lənm işdi.  1821-ci  ildə 
Şuşada xırda  və  orta ticarət  təşkilatlarıyla yanaşı,  Cənubi  Qafqa- 
zm  iri  şəhərləri,  eləcə  də  Rusiya,  İran  və  Avropa  ölkələrində 
agentləri olan, ticarət dövriyyəsi  1  milyon rus rublu (6 milyon 500 
min  xan  manatı)  həcm ində  Axumyonslara  m əxsus  iri  birlik 
fəaliyyət  göstərirdi.  D em əli,  Qarabağ  xanlığı  qonşu  xanlıqlarla 
yanaşı, Rusiya, İran, Türkiyə ilə geniş ticarət əlaqələri saxlayırdı.
Tiflisdən  Şuşaya çit,  güllü pambıq parçalar,  m ahud,  m üxtəlif 
rəngli  pambıq  parçalar,  zolaq-zolaq  parçalar,  sarı  rəngli  qalın  və 
kobud pambıq parçalar,  qırm ızı boyaq və  s., Bakı xanlığm dan də- 
mir,  yazı  kağızı,  neft,  m ü x təlif şüşə,  çini  q ab lar,  duz,  zəfəran, 
mazut gətirilirdi.  D ərbənddən qızıl boya (marena),  Şəki xanlığm- 
dan tüfəng,  əldə  toxunma m ahud şal,  xalçalar və s.,  G əncə xanlı-
Qarabağ xanlığı
ğmdan zəy və m eyvələr, Naxçıvan xanlığından qalm kətan parça 
və  duz,  İrəvan  xanlığmdan  duz,  Ərdəbil  xanlığından  «burmet» 
arçalar və s.  gətirilirdi (138,  s.314).  Qarabağ xanlığı Azərbayca- 
ın  m ühüm   iqtisadi  mərkəzi  olan  Təbriz  şəh əri  ilə  m üntəzəm  
icarət əlaqələrinə malik idi.  Təbrizdən Şuşaya ildə 300 yük güllü 
'arça  (burmet),  300  yük bez  (ağ parça),  1000  arşın  qanauz  (ipək 
tarça),  600  ədəd  göy  tafta,  200  ədəd  «kolenkor»  (
«eəjıəM Kap» 
ə3yndəH   o jıy ö   «ebipMbi3bi  p ə w ijıu   napn a»  deMƏKÖup  -  
Z.H.) 
1000  ədəd   göy  örtük,  2000  ədəd  ipək  yaylıq,  m üxtəlif  rəngli 
Təbriz  şərfləri,  y o rğ an   üzü  idxal  edilirdi.  Təbrizdən  həm   də 
istiot,  darçın,  qərənfıl,  badam,  quru m eyvələr,  İran  şəkəri,  həna, 
tumac,  Şiraz  tütünü  və  s.  kim i  m allar  daxil  o lu rdu.  Xoy  və 
Urm iya  xanlıqlarmdan  Şuşaya  qumaş,  bez,  çit  və  «burmet», 
Şamaxıdan  m üxtəlif  ipək  parçalar,  qırmızı  boya,  qəhvə  (138, 
s.314),  Y əzddən  m üxtəlif  ipək  m əm ulatı  və  pambıq  örtükləri, 
Ərdəbildən qalın pam bıqparça gətirilirdi (138,  ss.314-315).  Bəzi
Qarabağda,  Q arğabazar kəndində  karvansaray 
(Füzuli rayonu)

m əlum atlara  görə,  İrandan  və  Cənubi  Azərbaycandan  Qarabağa 
gətirilən  mallarm  üm umi  dəyəri  140  min  gümüş  rus  manatına 
bərabər  imiş.  Şuşa  tacirlərinin  Təbriz  və  nisbətən  İsfahanla  da 
daimi  ticarət  əlaqələri  vardı  (138,  ss.314-315).  İsfahandan 
Qarabağa  ildə  10  yük  «burmet»  parça,  2  yük  z ə rb a f parça,  500 
ədəd qara ipək kəlağayı, 200 ədəd göy və ağ çadra,  10 pud istiot, 
darçm  və  digər ədviyyat,  12 pud  İran şəkəri  idxal  edilirdi.
K aşandan  parça,  ip ək   m əm ulatı  və  pam bıq  yorğanlar 
(ədyallar),  Xorasandan  körpə  quzu  dəriləri,  X o ra s a n   xu rcu n ları 
və tünd sürmeyi boyaq, Bağdaddan quru m eyvələr, ədviyyat, tünd 
sürmeyi boya,  atlas,  qm nızı xara və ədyal gətirilirdi (138,  s.3 14).
Türkiyədən m eyvə qurusu, atlas, m üxtəlif örtüklər,  ipək mal- 
lar  və  qəhvə,  Gürcüstandan  m üxtəlif növ  parçalar,  m ahud,  çay, 
qənd,  spirtli  içki  Qarabağa  idxal  olunurdu  (138,  s.315).  Qarabağ 
xanlığm ın  tacirləri  yük sək   keyfıyyətli  və  m ü x tə lif çeşidli  parça 
m əm ulatları  almaq  üçün  Rusiyanm  M oskva,  Nijni-Novqorod 
yarm arkalarına gedirdilər.  (138,  s.316).
Qarabağ  xanhğından  ixrac  olunan  m allar  arasm da  ipək  çox 
m ühüm  yer tuturdu.  Şuşa tacirləri  nəinki Qarabağ,  eləcə  də  Şəki, 
Şamaxı,  G əncə  xanlıqlarında,  Car-Balakəndə  ipək  tədarükünü 
inhisara almışdılar  (138,  ss.313-314).
Bir sıra m an eələr xarici ticarətin  inkişafmı  ləngidir,  tacirlər- 
dən  bu  və  ya  digər  xanlığın  ərazisindən  keçərkən  xanlarm   xey- 
rinə  rahdar  rüsumu  toplamrdı.  B əzən  eyni  m aldan  bir neçə  dəfə 
gömrük  pulu  almırdı.  İpək  parçalar  istehsal  olunduğu  yerdə 
satıldıqda onun h ər tayından  1  m anat 3-qəpik, xam  ipəyin h ə r ta- 
ym dan 5 m anat pul  almırdı.  Tacirlər öz m əhsullarm ı  istehsal olu- 
nan  yerdə  sata  bilm əyib  başqa  şəh ərə  apardıqları  zam an  təkrar 
gömrük  rüsum u  verirdilər.  Tacirlər  h ə r  dəfə  «tərəzi  pulu»  adla- 
nan  xüsusi  rüsum  ödəyir,  K ür  çaymdan  keçdikdə  isə  h ə m   mal- 
larına,  h əm   də  yük  heyvanlarm a  görə  vergi  ödəm əli  olurdular. 
Son nəticədə  bir batm an malın  gətirilm əsi  Təbrizdən  30  qəpiyə,
M əşhur Q arabağ xalçaları  tacirlər tərəfındən  təkcə 
Şərq  ölkələrinə deyil,  Avropaya  da  aparılırdı 
(Münhen,  Xalça salonu)

Xoydan  təxm inən  1  manata,  U rm iyədən  1  m anat  b ir  abbasıya, 
Ə rdəbildən  1  manata,  Tiflisdən isə bir pudun gətirilm əsi  6 manat
2  abbasıya  başa  gəlirdi  (354,  s.74).  Əlavə  idxal  və  ixrac  olunan 
mallardan  Təbriz,  Xoy,  Urm iya  və  Ə rdəbildə  rahdar  (1  taydan
6  m anat  50  qəpik  gümüş  manat)  rüsumu  alm ırdı  (138,  s .3 17). 
Qarabağ  xanlığının  özündə  də  ticarət  sahəsində  bir  sıra  gömrük 
və  vergilər toplanırdı.
Ş əhərdə ticarətlə m əşğul olanlar xana vergi və rüsum lar ödə- 
yirdilər.  Bundan  əlavə,  onlar  bazar  işçilərinin  saxlamlması  üçün 
bazarbaşı,  qapançı  və  s.  rü su m lar  ödəm əli  idilər.  Bazar  xadim- 
ləri  peşkəş,  çaypulu,  cərim ə  kimi  ödənişlər verm əli  idilər.  Yerli 
əhalinin  satdığı  m əhsullarm   keyfiyyətindən  asüı  olaraq  vergi 
alınmırdı.  Duz  satışmdan  duz  pulu,  araq  və  şərab  məhsulundan 
şirə,  sabun,  dəri,  tütün,  rəng  pulu,  xırda  satışdan,  dükanlardan 
balıq,  ət,  m eyvə,  odun  satışmdan  darğabazar adlı  vergi  toplanırdı 
(10,  f.24,  iş  55,  v.24).
T icarətdə  m ü x təlif  çəki  və  ölçü  vahidlərindən  istifadə 
edilməsi  d ə  ticarətin  inkişafına  mane  olurdu.  G üm üşdən  kəsilən 
«pənahabad»  adlı  pula  xalq  arasında  sadəcə  «pənavat»  deyilirdi. 
O,  rus  gümüş pulunun  15  qəpiyi dəyərində  idi.  Pənahabad təklik 
və  cütlük  şəklində  (30  qəpik),  habelə  mis  yarım şahılarla  zərb 
olunurdu (138, s.319).  Xanlıqda həm çinin qonşu ölkələrin pulları 
da  işlənirdi.  Qarabağda  uzunluq  vahidi  kimi  xan  arşmmdan  isti- 
fadə  olunurdu.  O,  1  m etrdən 5-1 0  sm az olurdu (138,  s .3 18).  Çə- 
ki  ölçüsü  təxm inən  800  qram  ağırlığmda  olan  «stil»  idi.  Xalq 
arasında h ətta stillə bağlı bayatılar da yaranmışdı:
«Ay qurtarıb,  bayrama üç gün qalıb,
Pinti arvad qovurmanı  qurtarıb.
Kişi gedib stilyartm  yağ alıb...»  (32,  s.317).
Bir  tilani  stil  60  zolotnikə,  1  batman  54  stilə,  yaxud  33  funt 
72  zolotaikə  bərabər  idi.  Un,  düyü,  m üxtəlif yem ək m əhsulları, 
m eyvələr,  neft,  pambıq bu  çəki  ilə  satılırdı.  M izani  stil  55  zolot-
Q arabağ xanlığının  ticarətində zərgərlik məmulatlarının 
satışı  vacib y e r  tuturdu
nik və  16 2/5  dolyaya (hissəyə),  mizani batman 50  stilə yaxud  28 
funt  80  zolotnikə  bərabər  idi.  X əzinəyə  ipək  mizani  ilə  qəbul 
olunurdu.  Sakinlər  arasında  48  stilə,  yaxud  24  fünt  61  zolotnikə 
bərabər xüsusi  batman  işlənirdi.  Otar  stil  38  zolotnik  və  26  dola 
bərabər idi.  Şəkər,  çay,  q əhvə,  ədviyyat, qurğuşun və bəzi başqa 
m əh sullar bu ölçüylə satılndı (138,  ss.318-319).
Buğda,  arpa,  darı  və  s.  ölçm ək  üçün  «çanaq»dan  istifadə 
olunurdu.  Şuşada  üç  növ  çanaqdan  istifadə  olurdu:  1-ci  növ -   31 
fiınt,  2-ci  növ  -   12  fant  31  zolotnik,  3-cü  növ  2  fant  8  zolotnik 
buğdaya b ə ra b ə r idi.  Birinci növ çanaq 25  fant arpa,  ikinci növ -  
10  fant,  üçüncü  növ  -   9  funt  59  zolotnik  arpa,  birinci  çanaq  27 
fant darı,  ikinci çanaq  11  fant -  24 zolotnik,  3-cü növ — 10 funt 76 
zolotnik darı  h əcm ində  idi.  Birinci  növ çanaq  23  funt,  ikinci  növ

Zemfıra Hacıyeva
-   9  fu n t  19  zolotnik  və  üçüncü  növ -   8  fu n t  49  zo lo tn ik   çəltik 
h əcm in d ə  idi.  Dizaq m ahalında  işlənən  çanaq 24 fu n t buğda, 20 
fu n t  80  zo lo tn ik   arpa,  24  fu n t  52  z o lo tn ik   darı  və  19  funt  16 
z o lo tn ik   çəltik d em ək  idi.  V ərəndə  m ahahnda işlənən çanaq  15 
fu n t  48  z o lo tn ik   buğda,  12  fu n t  48  z o lo tn ik   arpa,  13  fun t  48 
z o lo tn ik   darı  və  11  fu n t  48  z o lo tn ik   çəltiyə  b ə ra b ə r  idi  (138, 
s.318).
M əlum  olduğu kimi, A zərbaycan xanlıqlarmın əksəriyyətinin 
öz  pul  vahidləri  var  idi.  Şuşa  şəhəri  salm andan  som a  Pənahəli 
xanm   əmri  ilə  15  qəpik  dəyərində  olan  pənahabad  sikkəsi  zərb 
olunmuş,  h ə m   Qarabağ  xanlığmm   daxilində,  h əm   də  digər xan- 
lıqların  ərazisində  işlənmişdi.  Xanlıq  daxilində  yarım şahı  təda- 
vüldə idi.  A ğa M əhəm m əd şah öldürüldükdən sonra İranla müna- 
sibətləri  nizamlamaq  m əqsədilə  İbrahim xəlil  xanın  göstərişinə 
əsasən,  F ətəli  şahm  admdan  35  qəpik  dəyərində  olan  «sahibqı- 
ran» adlı pul vahidi buraxılmağa başlanmışdı. 
(«Sahibqıran» -  iki 
ulduz  bürcünün  birləşməsi  zamanı  doğulan»  deməkdir  -   Z .H .) 
(185,  ss.75-76).
Qarabağ  xanlığmda  xan  sikkələri  ilə  yanaşı,  İran  şahlarmm 
pulları  -   tüm ən  (4  gümüş  rus  rubluna  bərabər)  və  rial  (45,5  rus 
qəpiyinə bərabər), Təbriz,  Xorasan,  İsfahan və digər yerlərin ab- 
basıları və «nadiri» adlı pul  v ah id ləri  tədavüldə idi.  Türk abbası- 
ları, rus rublları da geniş işlənirdi. X an abbasılarmda 4,5-dən 2,25 
qram a qədər gümüş,  nadiridə  11,5 qram  gümüş,  İran  abbasısında 
5,30  qram a  qədər  gümüş  var  idi  (185,  s.76).  Xan  sikkələrinin 
çəkisi  və əyarı tez-tez dəyişirdi  ki,  bu da pul  tədavülünü və xan- 
lıqlar  arasında  ticarəti  çətinləşdirirdi.  Pullarm   qəlp  olub-olma- 
dığını  və  dəyərini  m üəyyənləşdirm ək  m əqsədi  ilə  bazarda 
sərraflar işləyirdi.
D igər xanlıqlarda  olduğu  kimi,  Qarabağ  xanlığmda  da  göm- 
rük rüsum larınm  toplanması  iltizama verilirdi.  İpək,  yun,  pambıq 
iplərin  və  parçalarm  mavi,  tünd  yaşıl,  açıq  göy  rənglərə  boyan-
Qarabağ xanlığı
Ticarətirı  inkişafını  təmin etm ək üçün  Qarabağ xanları yollarının 
təhlükəsizliyini  təmin  etm əyə  çalışırdılar.
G oranboy qalalarımn  birindən  ticarət yollarm ın  qorunması

Yüklə 5,78 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin