Zemfira haciyeva qarabağ xanliğI


sahibləri  də  kəhriz  suyu  ilə  suvarılan  ətraf  torpaqdan  istifadə



Yüklə 5,78 Mb.
Pdf görüntüsü
səhifə7/15
tarix31.01.2017
ölçüsü5,78 Mb.
#7212
1   2   3   4   5   6   7   8   9   10   ...   15

sahibləri  də  kəhriz  suyu  ilə  suvarılan  ətraf  torpaqdan  istifadə 
etmək hüququna malik idilər.
Xanlıqda iri torpaq sahibi Rüstəm bəy beş  arxm (Qaraçaydan 
çəkilmişdi), Xəkarxı (Xaçınka çayından çəkilmişdi), Ələfarx (Xa- 
tmarxdan çəkilmişdi), Hüseynarxı (Arazdan çəkilmişdi)  və Tanə- 
arxı  (Tərtər çaydan çəkilmişdi).  Bu  arxlar ya satm alınmış,  ya  da 
onlan xan bağışlamışdı.
Tərtər çaymdan çəkilmiş arxlarm böyük hissəsi mülkədarlara 
məxsus  idi.
Adətə  görə hər hansı şəxs,  istənilən adamın torpağından arx 
çəkə bilərdi və torpaq sahibi buna mane ola bilməzdi. Həmin tor- 
paq
 sahibi onun torpağından çəkilən arxdan suvarma üçün istifadə 
edə  bilərdi.  Müsəlman  hüququna  -   fıqhə  görə,  çaylardan  hamı 
istifadə  edə  bilərdi.  Bu  baxımdan  çay  ətrafında  torpağı  olanlar 
daha böyük üstünlüyə malik idilər.  Onlar bənd və s. inşa etməklə 
öz  torpaqlanm  suvara  bilərdilər.  Çayın  yuxarı  axarmda yerləşən 
torpaqlar suvarma birinciliyinə  malik idilər.  Lakin bu torpaqların 
sahibləri  elə  etməli  idilər ki,  suvarılan torpaqda  su topuqdan yu- 
xarı  dayanmasın.
Sudan istifadə işinə mahal üzrə  mirab nəzarət edirdi.  Tədqi- 
qatçı  İ.A.Tahbzadə  Qarabağ xanlığmda  sudan  istifadə  üzrə  Cəb- 
rayıl,  Kəbirli,  Cavanşir,  Mehri,  Bərgüşad,  Qafan,  Qaraçorlu  və 
daha  13  mahalın olduğunu yazır (68,  s.29).
Mirablar hər il suvarma mövsümünün başl'anması ərəfəsində 
seçilirdilər.  Hər  bir  kənddə  mirabm  köməkçisi  -   cuvar  olurdu. 
Mirabları mahala daxil olan bütün kənd icmalan  birlikdə,  cuvar- 
ları  isə  hər  bir  kənd  icması  ayrı-ayrılıqda  seçirdi.  Hər  mahalda 
miraba  nəzarət  etmək üçün  iki  nəzarətçi  təyin  edilirdi.  Mirablar 
mahal  suyunu  icmalar arasmda bölür,  baş  suvarma obyektinin  su 
bölünən hissəsində -  bənddə su bölgüsü işarələri qoyur, mahalın
hər yerində əkin yerlərini gəzir, ehtiyacı olan sahələrə növbədən 
kənar su verirdilər (68,  ss.29-30;  173,  s.54).
Sudan  istifadə  qaydasx  da  xanlxğm  m üxtəlif yerlərində  eyni 
deyildi. Yay aylarında Qarqarçayda 5 baş (saniyədə 50 kub fut) su 
olurdu.  Bu qədər su olduqda bütün kəndlər eyni zamanda aşağıda 
göstərilmiş  həcmdə  su aln-dılar.  H övzədə yerləşən 29  kəndin bir 
qrupu 6 baş, ikinci qrupu 9 baş, üçüncü qrupu  11  baş,  beşinci qru- 
pu  14 baş  su alırdı.  Quraqlıq illərində yayda Qarqarçayda  14 baş- 
dan artıq su olmurdu. B elə olan təqdirdə hər bir kənd öz hissəsini 
alsaydı, arxlarda suyun miqdarı o qədər azalardı ki, su lazmıi yerə 
kimi  gedib  çata  bilməzdi.  Buna  görə  suyu  müddət  üzrə  bölür- 
dülər.  Yüzbaşı  arxı  boyunca  yerləşən  kəndlər  9  sutka,  Karaçev 
arxı boyunca yerləşən kəndlər  8  sutka su  alırdılar.  K ənd daxilin- 
də kəndlilər suyu malik olduqlan bağlarm, yaxud əkinlərin sahə- 
sinə  görə  alırdılar.  Su bölgüsünü  asanlaşdırmaq üçün 2 -3 , yaxud
5  ev  birləşir,  öz  aralarında  növbə  yaradırdılar.  Böyük  suvarma 
kanallarından  istifadə  edən bütün  kəndlər Qarqarçay  hövzəsində 
olduğu kimi suyu bölüşdürürdülər.  Araz və Həkəri çaylan yaxm- 
lığındakı  kəndlər istisna təşkil  edirdilər.  Həmin kəndlərin  sakin- 
ləri  sudan  məhdudiyyətsiz  istifadə  edə  bilərdilər.  Buna  səbəb 
həmin kənd sakinlərinin kanalların inşası v ə istisman müddətində 
çəkilən xərclərə şərik olmaları idi. Bu xərclər kəndlərin aldıqdarı 
suyun  miqdanna  görə  deyil,  kəndlərdəki  təsərrüfatlann  sayına 
görə bölüşdürülürdü (180,  s.257).
Xanlıq əhalisinin sosial tərkibi. Xanlıqda əhali iki əsas silkə
-   feodallara  və  kəndlilərə  bölünürdü.  Şuşa  şəhərində  isə  sənət- 
karlar v ə tacirlər üstünlük təşkil edirdilər.
Feodal  silkinə  xan,  məliklər,  bəylər,  ağalar,  minbaşılar, 
kəndxudalar,  yüzbaşılar, yasavullar və ali ruhanilər daxil idi.
M ifzə Camalm sözlərindən belə məlum olur ki, xanlıqda olan 
bəylər üç qrupa bölünürdü. Birinci qrupa xanm qardaşları, qardaşı 
uşaqlan,  öz  övladları  və  əmisi  uşaqlan,  yəni  hakim  ailəyə  aid

bəylər  daxil  idi.  Xanın  əm isi  uşaqlan  -   Fəzi  bəy,  Əbdusəməd 
bəy,  K əlbəli  bəy,  Hümmətəli  bəy  və  onların  övladları  birinci 
qrupa daxil idilər (55,  s.146).
Bu qrupa həm də hakim bəylər -  Cavanşir,  Otuziki,  Kəbirli, 
Dəmirçi  Həsənli,  Bərgüşad,  Qaraçorlu,  Hacı  Samlı,  Kolanı  və 
Qapan  ellərinin  bəyləri  ilə  Dizaq,  Vərəndə,  Çiləbörd,  Talış  və 
Xaçm məlikləri  daxil  idilər.  Öz  rütbəsini  şahlar və  Osmanlı  sul- 
tanlarmdan  almış  və  bu barədə  müvafıq  fərmanı  olan  irsi  bəylər 
və məliklər (hakim sülalənin birbaşa tayfa varisləri və qohumları, 
ə w ə lk i  hakim nəsillərin  övladları,  elatların tayfa başçılan  və  s.) 
öz  mülkündən  məhrum  edildikdə  və  hətta  xanlıq  ərazisindən 
qovulduqda  belə  bəy  rütbəsini  itirmirdilər.  Bəyin  idarəsinə 
verilmiş kəndlər varislərinin sərəncammda yalnız onun təsdiqi ilə 
ola bilərdi.  Elatlann başçılan, ayrı-ayrı kənd icmalannm başçıları, 
məliklər (erməniləşmiş  albanlar) də bu qrupa daxil idilər.
İkinci qrupa Qarabağ xanlannın təliqəsi ilə kənd, mahal, mə- 
liklik və s.  bağışlanması ilə birlikdə bu adı almış bəylər daxil idi.
Üçüncü qrupa hər hansı inzibati-təsərrüfat vahidini təliqə ol- 
madan  müvəqqəti,  yaxud  irsi  idarə  edən bəylər  daxil  idi.  Kənd 
və  el  idarəçiliyi  olmadan  xanın yanmda xidmətə  görə  «bəy»  adı 
alan şəxsi bəylər də bu kateqoriyaya aid idilər.  Onlar xana xidmət 
etdikləri  müddətdə  öz  hüquq  və  adlannı  saxlayır,  vəzifədən 
kənarlaşdırıldıqda isə hər ikisini  itirirdilər.  Şəxsi bəylər vicdanla 
xidmət  göstərdikləri  təqdirdə  əsilzadə  olub-olmamasından  asılı 
olmayaraq  xan  təliqəsi  alıb  irsi  bəylər  ola  bilərdilər.  Üçüncü 
qrupa  daxil  olan  bəylər  torpaq  mülkləri  olduğu  halda  xəzinəyə 
vergi ödəyirdilər. Birinci və ikinci qrupa daxil olan bəylər üçüncü 
qrupa daxil olan bəylərdən yüksəkdə dururdular.
Rusiya hakimiyyətinin ilk illərində Qarabağda  1190 xan, ağa, 
bəy ve bəyzadə ailəsi vardx (138, s.268).  1823-cü ilin məlumatma 
görə,  Qarabağ xanlığı ərazisində  102 bəy,  284 kəndxuda v ə kov- 
xa,  11  məlik,  12  darğa,  4  ağa,  1  minbaşı,  27  sərkər,  64 yüzbaşı,
152  çavuş,  habelə  175  maaf var idi.  Bundan  əlavə,  xanlıq  ərazi- 
sində  1  qazı,  182  molla,  2  dərviş və  82 xriştian ruhanisi vardı.
Ağa  rütbəsi  mahiyyətcə  bəy  rütbəsinə  bərabər  idi.  Hakim 
xan ailəsinin varislərini «ağa» adlandırırdılar. Xanlığm ictimai-si- 
yasi  və  iqtisadi  həyatmda  bəylərin  rolu  böyük  idi.  Rus  məmur- 
larının tərtib etdiyi sənəddə deyilirdi ki, bəylər xanlıqlarda və xan 
saraymda  həm işə  yüksək  vəzifələr tutur,  xan  xəzinəsindən  mə- 
vacib  alır  və  yaxud  onlarm  idarəçiliyinə  verilən  mülklərdən  gə- 
lirin  müəyyən  hissəsini  götürür və  nəhayət,  xan  onlara  ömürlük 
olaraq  kəndlər  verirdi.  Onlar  torpaq  ala,  xana  heç  bir  vergi 
vermədən  ticarətlə,  əkinçiliklə  və  digər  gəlir  sahələrilə  məşğul 
ola  bilərdilər.  Bəylərin  başlıca  vəzifəsi  öz  hesablarma  xana  hər 
cür xidmət göstərm əkdən ibarət idi (135,  ss.471-472).
Ali  ruhanilər  də  (şeyxülislam,  axundlar,  patriarx,  yepiskop- 
lar) feodal sinfınə daxil idilər. Aşağı təbəqədən olan ruhanilər isə 
öz  sosial  vəziyyətlərinə  görə  kəndlilərə  yaxın  idilər.  Xristian 
ruhaniləri  iki  təbəqəyə  -   qara  və  ağ  ruhanilərə  bölünürdü.  Mo- 
nastırlarda  olan  arxiyepiskoplar,  yepiskoplar  və  vardapetlər, 
yaxud  arximandritlər  qara  ruhanilər  idilər.  Arxiyepiskoplar, 
yepiskoplar  və  vardapetlən  patriarx  təyin  edirdi.  A ğ  ruhanilərə 
keşişlər,  dyaklar və bütün kilsə xidmətçiləri aid idilər.  X IX  əsrin 
30-cu illərində  Qarabağda cəm i  145  qriqoryan ruhani  ailəsi vardı 
(135,  ss.471-472).
Müsəlman  ruhaniləri:  axundlar  və  mollalar  uşaqlara  savad 
öyrətməklə,  dini  ayinlərin  icrasmdan,  könüllü  sədəqələrdən 
bəhrələnirdilər.  Kəndlərdə mollalarm xeyrinə hər evdən 2 çanaq 
(lçanaq  15  1/2-dən 24 funta qədər buğda,  12  l/2-d ən 21  funtaqə- 
dər  arpa  idi)  buğda  və  1  çanaq  arpa  və  zəkat  alırdılar.  Xanlıqda 
207  müsəlman  ruhani  ailəsi  qeydə  alınmışdı:  2  qazı,  2  axund,  5 
əfəndi,  22  ağamir,  26  seyid,  114  şiə mollası və  36 sünnü mollası 
(135).  Qeyd edək ki, Ə.Ubaydulin XIX əsrdə  Qarabağda yaşayan 
20456 ailədən 7150-nin molla ailəsi olduğunu qeyd edir.  Əlbəttə,

həddən artıq şişirdilmiş rəqəmdir,  çünki  hər üç  ailəyə bir molla- 
nın düşməsi gülünc iddiadır (69, s.54). Bunlardan əlavə, imamza- 
dələr, dərvişlər də ruhanilər təbəqəsinə aid edilə bilər. M.Musta- 
fayev  maafları,  yüzbaşıları  və  kəndxudaları  da  feodal  nərdivanı- 
nın  orta  pilləsinə  aid  edir  (185,  s.91).  Qeyd  etm ək  lazımdır  ki, 
maafları  və  kəndxudaları nəinki  orta  feodallara,  heç xırda  feodal 
təbəqəsinə daxil etmək olmaz.
Minbaşı  hərbi rütbə  olub,  müharibə  aparılan  zaman  min nə- 
fərlik hərbi dəstəyə başçılıq etmək, dinc dövrdə isə min kəndlini 
idarə  etmək hüququna malik idi.  Yüzbaşı hərbi rütbə  olub,  hərbi 
münaqişələr  dövründə  yüz  döyüşçüyə  başçılıq  edirdi,  sülh 
dövründə isə kəndxuda funksiyasmı yerinə yetirirdi.
Kəiıdləri  idarə  etmək üçün kəndlilər öz aralarmdan  kəndxu- 
dalar seçirdilər.  Təcrübədə bu seçkili vəzifə  irsi  vəzifəyə  çevril- 
mişdi.  Kəndxudalar  öz  mövqelərindən  sui-istifadə  edərək  icma 
torpaqlarmm məhsuldar hissələrini özlərinə  götürürdülər.
Bütün yuxarıda göstərilən şəxslər vergi və mükəlləfiyyətlər- 
dən  azad  idilər.  Xanlar  kənd  məmurlannm  saxlamlması  xərc- 
lərini kəndlilərin hesabma həyata keçirirdilər.  Xanlığın təsərrü- 
fat  və  hərbi  işlərini  həyata  keçirən  xan  məmurları  xəzinədən 
məvacib  almırdılar.  Məvacib yerinə  xanlar  onlara  idarə  etdikləri 
kəndlərin  gəlirlərinin  bir  hissəsini  verirdilər.  Bundan  əlavə  xan 
məmurları  kəndlərdə  və  oymaqlarda  xanın  tapşırıqlarmı  yerinə 
yetirdikləri üçün kəndlilərdən  «taqvilani»,  «qulluği»,  «darğalıq» 
alırdılar.  Nökərlərin  haqqrnı  aid  olduğu  şəxs  ödəyirdi.  Kəndli 
xan məmurunu m ənzillə təmin etməklə yanaşı  «diş pulu»,  yaxud 
«diş kirəsi»,  «dımaqlıq», «at arpası» verməli idi.  «Diş kirəsi» gu- 
ya  məmur  kəndlinin  çörəyini  yeyib  dişlərini  «xarab  etdiyinə 
görə»,  «dımaqlıq»  məmur  at  ilə  gəzib  atm  dımaqlarını  «xarab 
etdiyinə  görə» verilirdi.  Bütün bu  xidm ətlərlə yanaşı məmurlar 
xandan at, silah və s.  şəklində hədiyyələr də alırdılar (185, s.93).
M.Mustafayev yanlış olaraq kəndliləri feodal nərdivanınm ən 
aşağı  pilləsinə  daxil  edir.  Kəndlilərin  çoxsaylı  kateqoriyasını 
rəiyyətlər  təşkil  edirdi.  Rəiyyətlər  torpağa  görə  renta-vergi  və 
habelə  xan  xəzinəsinə  çoxlu  m ükəlləfiyyətlər  ödəyirdilər. 
M.Mustafayev  xanlann  rəiyyətləri  öz  yaxm  adamlarına  bağışla- 
ması  hallarını  qeyd  etm əklə  onların  faktiki  olaraq  təhkimli 
olduqlarım  iddia edir (185,  s.93).
Y.Ağamalı  şəriət  qaydalarına  zidd  olm asına  baxmayaraq, 
rəiyyətlərin feodal torpaqlarma təhkim edildiklərini, əslində feo- 
dallarm  onların talelərini  istədikləri kimi  həll  etdiyini  iddia  edir 
(4,  s.30).  M üəllif fıkrini  əsaslandıraraq Mehdiqulu  xanm  «Bəbi- 
rəlini  ailəsi  ilə  birlikdə  axund  Molla  Ə liyə»  bağışlamasmı
H.Abdullayevə  istinad  edərək  qeyd  edir  (4,  s.30;  84,  s.10).  Hər 
üç  tədqiqatçı  eyni  mövqedən  çıxış  etm əklə  səhvə  yol  vermiş, 
təsadüfı  hadisədən mühüm m əsələyə  dair ümumiləşdirici nəticə 
çıxarmışlar.  Bir  anlığa  rəiyyətlərin  təhkimli  olduğunu  qəbul 
etsək, onda rəiyyətlərdən daha ağır vəziyyətdə olan rəncbərlərin 
qul durumunda olduqlannı müşahidə etmiş oluruq. Bu isə həqi- 
qətdən  uzaq  mülahizələrdir.  Rəncbərlər  ağadan  şəxsi  asılılıq 
vəziyyətində olsalar da,  ağa və yaxud xan onları kim əsə bağışla- 
saydı  belə  bu  kimi  tək-tək  hallar  iyrənc  təhkimçilik  hüququ 
səviyyəsinə  çatmamışdı.  Ağa  rəncbərlərə  öz  şəxsi  əşyası  kimi 
baxmırdı.  Onlarm  ailə  üzvlərini  ayrı-ayrılıqda və yaxud hərracla 
sata bilməzdi.
K əndli  sinfi.  Kəndlilərin  əsas  kateqoriyası  «rəiyyətlər» 
(«rəiyyət»  -   ərəbcə  «əsl,  xalis»  deməkdir)  adlanırdı  və  onları 
dörd qrupa bölmək olar:
1.  İrsən  özünün  şəxsi mülkiyyətində,  torpaqlarmda  yaşayan, 
torpaq üçün  renta  ödəməyən,  yalnız  xəzinəyə  onda  bir  vergisini 
ödəyən kəndlilər;
2.  X əzinəyə məxsus torpaqlarda yaşayıb,  onda bir vergisi ilə 
yanaşı torpaq üçün renta ödəyən kəndlilər;

3.  Sahibkar torpaqlarına irsən keçən icarədarlar kimi yaşayan 
kəndlilər.  Onlar  xəzinəyə  onda  bir  vergisi  ödəm əklə  yanaşı  tor- 
paq  sahibinə  öz  məhsullannm  onda  bir  hissəsini,  barama  məh- 
sulunun beşdə bir hissəsini,  odun v ə s.  verirdilər;
4.  Xanlarm ruhanilərə və bəylərə bağışladığı torpaqlarda ya- 
şayan kəndlilər bütün dövlət vergilərini, yaxud onun bir hissəsini 
həm in ruhanilərə və bəylərə verirdilər.
Rəiyyətlər şəxsən azad,  iqtisadi cəhətdən isə torpaq mülkiy- 
yətçisindən asılı idilər.
İğtişaşlann  qarşısmı  almaq  və  sabitliyi  qorumaq  üçün  xan 
icma  üzvlərinin  törətdiyi  cinayətlərə  və  iğtişaşlara  görə,  ümumi 
məsuliyyət  qaydası  tətbiq  etmişdi.  İcma  iğtişaşlarm  səbəbkarla- 
rmı v ə cinayətkarlan təslim etməli, yaxud xan xəzinəsinə cərimə, 
qan pulu ödəməli idi.
Kənd icmasmm başmda demokratik qayda ilə seçilmiş kənd- 
xuda,  ya da kovxa dururdu.  Kəndlərdə şəriət m əhkəm əsi və dini 
idarələr  vardı.  İcmanm  bütün  üzvlərinin  mənafelərinə  toxunan 
m əsələlər  icma  üzvlərinin  ümumi  yığmcağmda  həll  olunurdu. 
Mübahisəli  m əsələlər  isə  icma  ağsaqqalları  tərəfındən  araşdırı- 
lırdı.  Bir sıra hallarda  ağsaqqallar  qarağacın  altmdakı kölgəlikdə 
qoyulmuş  daşlarm  üstündə  oturaraq  mübahisələri  həll  edirdilər. 
Çanaqçı  kəndində  daşlar  qoyulmuş  böyük  qarağac  gövdəsi  var 
idi.  Bu adət tədqiqatçmm yazdığma görə,  Fransada yayılmış  mü- 
hakimə  üsuluna  çox  oxşayır.  Orada  yolun  kənarında bitən  qara- 
ğaclarm  kölgəsi  altmda  senyorial  m əhkəm ə  aparılırdı,  daha 
qədim zamanlarda isə orada icma m əhkəməsi aparmaq üçün qoca 
kişilər qarağacm altına toplaşardılar (199,  s.331).
Kəndlilərin  ikinci  kateqoriyasmı  elatlar  təşkil  edirdi.  Onlar 
əksər  hallarda  vergilərdən  azad  idilər.  Elatlar  qışlaqdan  yaylağa 
qalxarkən  və  yaylaqdan  qışlağa  enərkən  ətraf əhaliyə  müəyyən 
zərər  dəyirdi.  Onların  heyvanları  bəzən  əkinlərdə  otlayır,  bəzi 
elatlar  qarətlə  məşğul  olurdular.  Bununla  belə,  onlar  xan  ordu-
sunda  xidmət  etməli  idilər.  B əzən  elatlar  xana,  yaxud  hər  hansı 
mülkədara  məxsus  olan  mal-qaranı,  ilxmı  otarırdılar.  Onlar  yeri 
gəldikdə  əldə  olunan  məhsulu  Şuşaya  daşımaq  üçün  nəqliyyat 
vasitələri  ayırmalıydılar.  Bir  sıra  elatlar  isə  xaiıa  məxsus  əkin 
sahələrinin  şumlanmasında  və  yetişmiş  məhsulun toplanmasmda 
iştirak etməli idilər.
Oymaqlarda  qaydalar  kənd  icmalarmdakı  qaydalardan  bir 
qədər fərqli idi.  Otlaq xəzinəyə məxsus olduqda izafi məhsul xa- 
nın,  feodala  məxsus  olduqda  isə  feodalın  xeyrinə  daxil  olurdu. 
Elatlar  hərbi  qulluğa  getmək,  odun  daşımaq,  köç  zamanı  ağaya 
xidmət etmək,  onun heyvanmı saxlamaq, heyvandarlıq məhsulla- 
rım  və  s.  ağaya  çatdırmaq  və  onu  emal  etmək  kimi  bir  sıra 
mükəlləfiyyətlər də yerinə yetirməli idilər (185,  s.96).
V.N.Leviatovun  elatlarm  yaylağa  köçdükləri  zaman  kütləvi 
halda  əkin sahələrini və bağları bərbad hala salmaları, habelə qa- 
rətlə  məşğul  olmaları  haqqmda yazdıqları həqiqətə  uyğun  deyil. 
Lakin  qeyd  etmək  lazımdır  ki,  oturaq  əhaliyə nisbətən  köçərilər 
arasında  quldurluqla məşğul  olanlar mövcud  idi  v ə  onlar öz  bas- 
qmları  ilə  oturaq  əhalini  daim  qorxu  v ə  vahimə  içində  saxla- 
yırdılar (144,  s.40).
İstehsal  münasibətləri  ictimai  və  ailə  münasibətlərinə  təsir 
göstərirdi.  A iləyə  ata  başçılıq  edirdi.  Ailənin  bütün  üzvləri:  oğ- 
lanlar,  qızlar,  gəlinlər ondan asılı idilər.  Ata hər bir ailə üzvünün 
vaxtmı və məşğuliyyətini müəyyənləşdirir, bütün m əsələlər üzrə 
təkbaşma  qərarlar  qəbul  edir  və  hətta  hər  bir  kəsin  hərəkət 
azadlığmı  belə  təyin  edirdi.  Ata  oğlanlarma  və  nəvələrinə  gəlin 
seçir,  qızlarmı  və  qız  nəvələrini  ərə  verirdi.  Bir  sözlə,  o  ailənin 
tam hakimi idi. Çox nadir hallarda oğlanlar atanın sağlığında ailə- 
dən  aynlırdılar.  Adətən  ata  dünyasmı  dəyişdikdən  sonra  oğlu 
ailədən aynlırdı.  Bu zaman ailənin başçılığı böyük oğula keçirdi. 
Əmlak bölgüsündə meydana çıxan ixtilaflan həll etmək üçün qa- 
nun  nümayəndəsini  (qazını),  kəndin  nüfuzlu  sakinlərini  çağınr-

dılar. Onlar püşkatma yolu ilə əmlakı oğullar arasmda bölürdülər. 
Əmlak bölüşdürüldükdən sonra ana istədiyi oğlunun yanmda qala 
bilərdi  və  adətən  üstünlük  böyük oğula verilirdi.  Qadınm  əmlak 
almaq  hüququ yox idi (185,  s.100).
A ilədə  ananın  böyük  nüfuzu  və  hörməti  vardı.  Adətən  o, 
ərzaq ehtiyatma,  m ətbəxə nəzarət edir,  işi gəlinlər,  qızlar,  böyük 
nəvələr  arasında  bölüşdürürdü.  Böyük  ana  ailənin  gənc  nəslini 
tərbiyə  edir,  onlara  dindarlıq,  təvazökarlıq,  qayğıkeşlik,  böyük- 
lərin işinə qanşmamağı təlqin edirdi.
Ev  həyatı səhər tezdən başlayır v ə  yeknəsəq şəkildə  davam 
edirdi.  Qışda kişi  əkinçilik alətlərinin hazırlanması və təmiri  ilə, 
m üxtəlif sənətlərlə m əşğul olur, qadm xalça, palaz, xurcun, corab 
toxuyur, paltar tikirdi.  Yazın gəlm əsi  ilə kəndli ailəsi bütünlüklə 
kənd təsərrüfatı  işlərinə  cəlb  olunurdu,  səhər  tezdən  axşam  şər 
qarışanadək  sahədə  işləyirdi.  Qadmlar  kişilərlə  birgə  çalışırdı- 
lar.  Bostamn  suvarılmasmı,  üyütmə  işlərini  bütünlüklə  qadınlar 
həyata  keçirirdi.  Yaylaqda  qadınların  qayğısı  daha  da  artırdı. 
Onlar  su  gətirir,  yem ək  hazırlayır,  yanacaq  tədarük  edir,  hey- 
vandarlıq məhsullarını emal edirdilər.  K işi mal-qaranı otarır,  onu 
qarətçilərdən  və  oğrulardan  qorujaır,  otlaqlara  nəzarət  edir, 
həmçinin  arana  düşərək,  süd  məhsullarım  taxıla,  duza,  qovun- 
qarpıza, m eyvəyə və  s.  dəyişirdi.
Ata uşaqların  tərbiyə  edilməsində  iştirak etmirdi.  Bu  iş  əsa- 
sən  ananın  üzərinə  düşürdü.  Oğlan  uşaqlarma  6 -7   yaşlarından 
kənd  təsərrüfatı  işlərinə,  mal-qaraya  baxmaq,  onu  otlağa  və  su 
içm əyə aparmaq, biçin vaxtı valideynlərə kömək etmək öyrədilir- 
di.  Qızlar təxminən  elə  bu yaşdan  corab,  palaz  toxumağı  öyrən- 
m əklə yanaşı  ev işlərini görürdülər.
Kəndlilər, ailədə işçi qüw əsinin saymı artırmaq məqsədi ilə 
oğlanlarını  çox  tez,  14-18  yaşlarında  evlən'dirir,  qızları  12-13 
yaşlannda  ərə  verirdilər.  16-17  yaşmda  ərə  getmək artıq  gecik- 
miş nikah sayılırdı. Bu yaşı keçmiş qızları adətən dul kişilərə ərə
verirdilər.  K işilərin  bir  neçə  arvad  almaq  hüququ  var  idi  (185, 
s.101).
R əncbərlər. Kəndlilərin dözülməz şəraitdə yaşayan hissəsi 
rəncbərlər  idi.  İ.P.Petruşevski  belə  hesab  edirdi  ki,  «rəncbər» 
sözü «ağırlıq daşıyan»,  «zəhmətkeş»  deməkdir və müasir fars di- 
lində  «fəhlə», Azərbaycan dilində  isə  «muzdur»  mənasmda işlə- 
dilir.  Rəncbərlərin  öz  təsərrüfatları  olmadıqda  onlar  feodallarm, 
onların  qohumlarının,  qulluq  adamlarınm  təsərrüfatlannda  çalı- 
şırdılar.  Onlar xanm təliqəsi ilə dünyəvi və dini feodalların təsər- 
rüfatlarma təhkim olunur v ə  bu təsərrüfatlan tərk etmək hüququ- 
na  malik  deyildilər.  Özlərinin  torpaq  sahəsi  olmayan  rəncbərlər 
feodalm təsərrüfatmda çalışır və bunun müqabilində  əldə  olunan 
məhsulun -  bir çox hallarda ipəyin yarısmı,  çəltik məhsullarınm 
isə  bir  hissəsini  alırdılar  (193,  s.208).  «Feodallar  rəncbərlərə 
qarşı  qeyri-məhdud  hakimiyyətə  malik  idilər.  Xan  təliqəsinə 
əsasən  feodalm  təsərrüfatma  təhkim  edilən  rəncbərlərin  öz 
ağalarmın  yanmdan  getmək  hüquqları  yox  idi.  Feodallar  rənc- 
bərləri  istədikləri  adama  vermək  hüququna  malik  idilər»  (4, 
s.30).
B əzi rəncbərlər müəyyən şəxslərə irsən, digərlərinə ömürlük 
verilir,  üçüncülər isə hər hansı vəzifəni  tutduqları zam an rənc- 
bərlərin xidmətindən istifadə  edirdilər. V əzifə müddəti başa çat- 
dıqdan sonra rəcbərlərin xidmətindən həm in vəzifəyə yeni təyin 
edilmiş  şəxs  istifadə  edirdı (188,  s.197).  İslam hüququ təhkimçi- 
liyi qadağan etsə də, rəncbərlər faktik olaraq təhkimli idilər.  Xan 
və bəylər rəncbərləri bir-birlərinə bağışlayırdılar (142,  s.125).
M.Mustafayev  yazır  ki,  paydarlıq  prinsipi  əsasmda  işləyən 
Yüklə 5,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin