Zemfira haciyeva qarabağ xanliğI


ması  iltizamçıların  inhisarma  verilmişdi.  Varlanmaq  m əqsədilə



Yüklə 5,78 Mb.
Pdf görüntüsü
səhifə10/15
tarix31.01.2017
ölçüsü5,78 Mb.
#7212
1   ...   7   8   9   10   11   12   13   14   15

ması  iltizamçıların  inhisarma  verilmişdi.  Varlanmaq  m əqsədilə
bu  və  ya  digər ödəniş  maddəsini  iltizama  götürən  şəxs  şübhəsiz
ki,  xəzinəyə ödədiyindən daha çox pul toplamağa çalışırdı
Qarabağ xanlığmda 20-yə yaxın iltizam maddəsi mövcud idi
Zərbxana  maddəsinin  icarəyə  verilməsindən  xan  ildə  47165
manat gəlir əldə edirdi (193, s.227).  Biyan kökü, mizan,  boyaqxa-
na,  sabun,  dabbaqlıq  və  s.  sahələrin  iltizammdan 
xeyli gəlir əldə
edilirdi.  İltizamdan gələn gəlirlərin bir hissəsi xanm 
qohumlanna
və  yaxm  adamlarına,  digər  hissəsi  xəzinəyə  daxil  olurdu  (209 
s.857).
Xanlıqda  sələm çilik  geniş  yayılmışdı.  Kasıb  kəndlilər  ehti
yaclarmı  ödəmək üçün  varlı  qonşulardan sələm lə pul götürməyə
məcbur  olurdular.  Borclan  pul,  v ə  yaxud  natural  şəkildə  qay
taran  kəndlilər  həmçinin  faiz  ödəm əli  idilər.  Sələm lə  borc
götürmək əksər hallarda kəndlinin müflisləşməsinə səbəb olurdu
B əzən sələmin həcmi  ildə  6 0 -7 0  faizə çatırdı (185,  s.
77)  Şusada
tacirlər,  ruhanilər,  ağalar,  bəylər,  hətta  xan  özü  sələm çiliklə 
məşğul olurdu.
Qeyd edək ki,  var-yoxdan çıxmış kəndlilər öz yurdlarmı  tərk 
edib  getm əli  olurdular.  Xanlar  boşalmış  yerləri  doldurmaq 
məqsədi ilə digər xanhqlardan kəndliləri həvəsləndirmə yolu ilə 
ya  da  zorla  Qarabağa  gətirirdilər.  Bu  kəndlilərə  torpaq  sahəsi 
ayrılır,  onlar müəyyən müddətə  vergilərdən azad  edilir,  imtiyazh 
şərtlərlə  toxum,  iş  heyvam,  kənd  təsərrüfatı  alətləri  ’ilə  təmin 
edilirdilər.  Əvəzində  həmin  kəndlilər müəyyən  vaxtlarda  ağanın 
təsərrüfatında işləməli  idilər (185,  s.78).
Sələmçilərin  xidmətindən  kəndlilərlə  yanaşı,  feodallar  və 
tacirlər  də  istifadə  edirdi.  İri  feodallar  sənaye  məhsulları  zinət 
əşyalan  almaqla  israfçılıq  edir,  sonra  isə  sələm i  ödəmək  üçün 
kəndlilərdən yığılan  verginin  məbləğini  artırmağa çahşırdılar 
Beləliklə,  xanlıq  dövründə  ticarətin  vəziyyətini  tədqiq  edə- 
rək belə qənaətə gəlm ək olar ki,  natural təsərrüfatm hökmranlığı
xanlığın 
ayrı-ayrı 
bölgələri 
arasında geniş ticarət əlaqələrinin 
yaranmasına  mane  olurdu.  Hər 
bir  mahal  özünü  təmin  edən 
natural  təsərrüfat  idi.  Tədqiqatçı 
M .M .M ustafayev  yanlış  olaraq 
xanlıq  dövründə  sənətkarlığın 
əkinçilikdən  ayrılmasına  yalnız 
erkən 
m ərhələdə 
təsadüf 
cdildiyini bildirir (185,  s.78).  Əks 
halda, 
Şuşada 
500-dən 
çox 
sənətkarm 
olmasını, 
yüksək 
keyfıyyətə  malik  məhsullarm 
hazırlanmasmı  (həm  də  nəinki 
sifarişlə,  hətta  azad  satış  üçün) 
necə  izah  etmək olar.
Q arabağ xanlığının p u l vahidləri 
(Azərbaycan  Tarixi M uzeyi)
4. 
Şəhərdə sosial münasibətlər 
Sənətkarların  əksəriyyəti  peşələr  üzrə  həmkar  təşkilatlarda 
(əsnaflarda) birləşmişdilər (boyaqçılar, dərzilər, papaqçılar və s.). 
Ərəb dilində «sinif»  mənası verən «əsnaf» termini  xanlıqlar döv- 
ründə  sənətkar təşkilatlan üçün daha səciyyəvi  ad  hesab edilirdi. 
Həm  də  əsnaflar  yalnız  sənətkarları  deyil,  ticarət  və  müxtəlif 
peşə  sahiblərini  öz  sıralarında  birləşdirirdi.  İstehsal  olunmuş 
məhsulu  sərfəli  satmaq  və  eyni  zamanda  yerli  feodalların  özba- 
şmalığma qarşı mübarizəni  mütəşəkkil surətdə aparmaq məqsədi 
ilə  sənətkarlar əsnaflarda birləşməyə üstünlük verirdilər.  Heç  bir 
əsnafa daxil  olmayan azad sənətkarlar da çox  idi  (58, s. 185).  Şu- 
şada  qalayçıları,  çəkməçiləri,  papaqçıları,  dabbaqları  birləşdirən, 
hər  birində  10  nəfərdən  25  nəfərə  qədər  üzvü  olan  əsnaflar 
mövcud  idi  (58,  s. 185).

Qərbi  Avropa  istehsal  müəssisələrindən  fərqli  olaraq  Azər- 
baycanda,  o  cümlədən  Qarabağ  xanlığında  sənətkar  birlikləri 
şəhər idarəçiliyinə təsir edə bilmirdilər.  Onlar şəhər idarə orqan- 
larınm sərəncamlarım yerinə yetirir, ilk növbədə vergiləri emalat- 
xanalar  arasmda  bölüşdürürdülər.  Adətən  hər  bir  əsnafın  üzə- 
rində təmsil etdiyi sənətə aid alətin təsvir edildiyi bayrağı  olurdu 
(225, s.7).
Əsnaflar  müəyyən  müddətə  özlərinə  başçı  -   ustabaşı  seçir, 
həmin  ustabaşmm  statusımu  şəhər  hakimi  təsdiqləyir,  bu  da  öz 
növbəsində onu şəhər hakimindən asılı vəziyyətə salırdı.  Ustaba- 
şılar  əsnaf  üzvləri  arasmda  bağlanan  müqavilələri  təsdiq  edir, 
kargərliyə (usta köməkçisi) və ustalığa qəbul məsələlərini nizam- 
layırdılar.  Onlar şagirdlərin təhsil müddətini nizama salır,  sənət- 
karların  m əişətdə  özlərini  necə  aparmalarma  nəzarət  edirdilər. 
Ustabaşı  həm də  əsnafm  bazarda nümayəndəsi  idi:  o,  qiymətləri 
təyin  edir,  xammal  satıcıları  ilə  danışıq  aparırdı.  Ə snaf üzvləri 
malı birgə alırdılar.  Onlar əsnaf daxilində məhdud m əhkəm ə ha- 
kimiyyətinə  malik idilər (24,  ss.71-72).  Ustabaşılara  ağsaqqallar 
kömək edir,  onlar ustabaşı xəstələndikdə  onu əv əz edir,  ustabaşı 
ilə  brrlikdə  m əhkəmə  işlərinə  baxırdılar.  X əzinəyə  nəzarəti  sa- 
vadlı  xəzinadar  həyata  keçirirdi.  Əsnaf xəzinəsinin  yığım  mən- 
bəyi  m üxtəlif  idi.  Əsnafa  üzv  qəbul  edildikdə,  sənətkar  yeni 
emalatxana açdıqda və s.  hallarda əsnaf xəzinəyə pul ödəm əli  idi 
(24,  s.73).
Əsnafhq -  həmkarlıq istehsalı qaydaya salmaq,  sənətkarlarm 
bir-birinə kömək etmələri üçün təşkil olunurdu. Təşkilata rəhbər- 
lik  etmək üçün  3  il  müddətinə  ustagər  adlı  başçı  seçilirdi.  Usta- 
gərlər ustalar arasında ixtilaf baş verdikdə mübahisələri həll edir, 
ustaları  xammalla  təmin  edir,  ictimai  tədbirləri  təşkil  edirdilər 
(236,  ss.3-7).  Əsnaflar -  həmkarlar vergiləri sənətkarlar arasmda 
bölüşdürür,  ustaların  peşəkarlıq  fəaliyyətinə  nəzarət  edirdilər. 
Xanlar  vergilərin  vaxtında  v ə   lazımi  səviyyədə  toplanması
məsuliyyətini ustagərlərin üstünə qoymuşdu.  Əsnaflar -  həmkar- 
lar qarşılıqlı  yardım  təşkilatı  idi.  Ehtiyacı  olan  kasıbları  təşkilata 
qəbul  edərək təmin edirdilər (142, ss.457-458).  Əsnaf üzvlərinin 
sayı  çox  olduqda  ustagər  köməkçisi  və  dörd  nəfərdən  ibarət 
ağsaqqallar  şurası  seçilirdi.  O,  bazara  daxil  olmuş  yeni  mallar 
haqqmda  məlumat  verir,  ustaları  əsnafm  yığmcağına  dəvət  edir 
və  s.  işləri  yerinə yetirirdi  (24,  s.70).
XVIII 
əsrin son rübündə  Şuşada qalayçılarm,  başmaqçıların, 
papaqçdarın,  sərracların,  dabbaqların  əsnaf təşkilatlarınm  olması 
haqqmda məlumat var. Onların hər birinin  10-25 üzvü var idi (24, 
s.74).  Əsnafların  -   həmkarların  hər  birinin  özünün  ali  inzibati 
orqanı olan yığmcağı və m əhkəməsi fəaliyyət göstərirdi.  Ustagə- 
rin  qərarı  ümumi  yığıncaqda  təsdiq  olunmalı  idi.  Ümumi  yığın- 
caqda təsərrüfat məsələləri, şagırdliyə qəbul, usta köməkçiliyinə, 
habelə ustalığa keçid və  s.  m əsələlər həll edilirdi.  Ümumi  yığın- 
cağın ustaları  əsnaf təşkilatmın üzvlüyündən kənarlaşdırmaq,  sə- 
nətkarı m üəyyən müddətə işindən məhrum etmək hüququ var idi.
Bəzi əsnaflarda qasid  vəzifəsini  yerinə yetirən igidbaşı  vəzi- 
fəsi  mövcud  idi.  Əksər  hallarda  igidbaşı  vəzifəsinə  təyin  olunan 
şəxs  əsnafın üzvü  olmurdu.  İgidbaşı  hər emalatxanadan  15  qəpik 
məvacib  alırdı.  Əsnaf məhkəmələrinin  qərarlarmı  və  ustabaşıla- 
rın sərəncamlarmı yerinə yetirmək də igidbaşınm vəzifəsinə daxil
idi (59,  ss. 187-188).
Sənətkar  emalatxanasına  usta  başçılıq  edirdi.  Onun  nəzarəti 
altında usta köməkçiləri v ə şagirdləri  işləylrdilər.  Dərzi, başmaq- 
çı peşələri üzrə 9-13 yaşında uşaqlar,  fıziki qüvvə tələb edən də- 
mirçi,  misgər,  dabbaq peşələri üzrə  isə  16-17 yaşlarında uşaqları 
şagirdliyə  qəbul  edirdilər.  Şagirdlərə  pul  vermirdilər,  lakin 
adətə  görə  usta  şagirdi  yedirtməli,  geyindirməli  idi.  Əgər  şagird 
müstəqil  surətdə  məhsul  istehsal  etməyi  bacarırdısa,  usta  ona 
«şagirdanə» ödəyə bilərdi  (59,  ss. 187-188).  Usta köməkçiləri  və 
şagirdlər müəyyən qədər işləyib təcrübə topladıqdan sonra (müd-

Zemfıra Hacıyeva
G övhər ağa m əscidi  və Xan  qızı N atəvam n  çəkdirdiyi bulaq
Qarabağ xarılığı
dət  sənətin  xarakterindən  və  şagirdin  bacarığından  asılı  olurdu), 
şagird  usta  köməkçisi,  usta  köməkçisi  isə  usta keçə  bilərdi.  Usta 
keçmək üçün  usta  köməkçisi  ziyafət təşkil  etməli  və  hədiyyələr 
verməli idi  (59,  s.188).
Şəhər  əhalisi  xana,  onun  məhkəməsinə  və  məmurlarına  tabe 
olub,  müxtəlif vergi  və  mükəlləfıyyətlər  ödəyirdi.  Təbrizli  məhəl- 
ləsinin  sakinləri  ildə  130  əşrəfı  məbləğində  «miqayat»  (söhbət 
Rusiyaya  bac  hesabına  ödənilən  məbləğdən  gedir)  ödəyir,  60  yük 
odun  verirdilər.  Bundan  əlavə  məhəllə  sakinləri  xanm  bütün 
qonaqlarım,  onlann  atlarım  pulsuz  saxlamalı,  xanın tələbi  ilə  lazımi 
miqdarda  işçi  qüvvəsi,  araba  və  qoşqu,  tikinti  üçün  materiallar 
verməli  idilər.  Eyni  zamanda  məhəllə  sakinləri  Rüstəm  bəyə  100 
xan manatı, Bala bəyə 60 xan manatı ödəməli,  hər çervondan 50 xan 
qəpiyi  taqvilani,  qulluqi,  hər  çervondan  30  xan  qəpiyi  qulluqi,  hər 
odun yükündən 20 xan qəpiyi taqvilani ödəməli idilər. Məhəllə cəmi 
200  əşrəfı,  398  xan  manatı  ödəməli  idi.  1805-ci  il  Kürəkçay 
müqaviləsindən  sonra  məhəllə  sakinləri  Rusiyaya  veriləcək  xərac 
hesabına ildə 200-230 əşrəfı  ödəyirdilər.
Şuşanın  Qazançalı  və  Əylisli  məhəllələrinin  üzərinə  xanlığın 
mövcudluğunun  son  iki  ilində  Rusiyaya xərac  hesabına 460  çervon, 
müqayat  hesabına  130  çervon  vergi,  200  yük  odun  mükəlləfıyyəti 
qoyulmuşdu (59,  s.188).
Müqaitə  əvvəllər  kənddə  olduğu  kimi  ayrı-ayrı  şəxslər  işləyib 
ödəyirdi.  1818-ci  ildə  Mehdiqulu  xan  işləyib  ödəmə  mükəllə- 
fıyyətinin  yerinə  bütün  məhəllə  sakinlərinin  üzərinə  pul  ödənişi 
qoymuşdu.  Bu  məhəllələr  otaq  xərci  əvəzinə  xanın  bütün  qonaq- 
larını  və atlannı  pulsuz qəbul etməli,  xanın  tələbi  ilə  lazımi  miqdar- 
da  işçi  qüwəsi,  qoşqu  və  araba,  tikinti  materialları  verməli  idilər. 
Məhəllələrin  sakinləri  ildə  xan  mirzəsinə  100  xan  manatı,  ikinci 
mirzəyə  34  xan  manatı  verməli  idilər.  Onlar  qulluqinin  hər  çer- 
vonundan 30 xan qəpiyi və taqvilaninin hər çervonundan 
50 xan 
qəpiyi  xan  nökərlərinin  xeyrinə  ödəməli  idilər.  Bütövlükdə  hər  iki

Zemfıra Hacıyeva
məhəllə  bir yerdə ildə  590 çervon,  746 xan manatı və 200 yük odun 
verirdi  (59,  s. 188).
Xanlar  xırda  qayğılardan  uzaq  olmaq  üçün  ayrı-ayrı  təsərrüfat 
sahələrini  müqaitəyə  verirdilər.  Zərrabxana  47163  xan  manatına, 
qızıl  boya  və  mizan  rüsumu  1428  rus  rublu  57  qəpiyə,  boyaqxana 
4.444  rus  rublu  44  qəpiyə,  bilet  verilən  yer  4.020  rus  rubluna, 
sabunxana  1400  xan  manatına,  dabbaqxana  500  xan  manatına, 
Mehdiqulu  xana  və  Cəfərqulu  ağaya  məxsus  bağlar  1.000  xan 
manatına,  dükanlar  424  xan  manatına,  ipəkçi  ustalardan  toplanan 
vergi  236  xan  manatına,  Əsəd  bəyin  qəssabxanası  6.000  xan  mana- 
tına,  Rüstəm  bəyə  və  onun  qardaşına  məxsus  olan  bilet  kassası  10 
min  xan  manatına  müqaitəyə  verilmişdi.  Bütün  bu  sahələrin 
müqaitədarlarına  mükafat  verilmirdi.  Xanlar  ağaya  məxsus  rəh- 
darxana 50 min xan manatına, Gülməmməd bəyin bilet kassası 3.300 
xan manatına, qapan rüsumu 3.500 xan manatına, Azad bəyə məxsus 
tənbəkixana  400  xan  manatına,  Əli  bəyə  məxsus  bilet  kassası  500 
rubla,  darğa  bazan  1.000  xan  manatına,  Hacı  Bəylərbəyə  məxsus 
olan boyaqxana 6000 xan  manatına,  Bəhram bəyə  məxsus  araq  sexi 
1600  xan  manatına  müqaitəyə  verilmişdi.  Sonuncu  maddələr  təltif 
olunmalı  idi.  Bütövlükdə  xanlıqda  toplanan  müqaitənin  məbləği 
132555  xan manatı və  32433  rubl  1  qəpik təşkil edirdi  (192,  413).
Kənd  icmalan  və  həmkarlardan  fərqli  olaraq  Şuşa  bazarlannı 
xan  məmurları  idarə  edirdi.  Şəhərdə  polis  rəisi  vəzifəsini  darğa 
yerinə yetirirdi, ticarət və bazara nəzarət bazarbaşı.  ölçü vahidləri və 
tərəzilər  üzərində  nəzarəti  mizandar  yerinə  yetirirdi.  Maliyyə 
məmurlanmn  işini  asanlaşdırmaq  üçün  müəyyən  mallarla  yalnız 
təyin olunmuş yerlərdə ticarət etməyə icazə verilirdi. Çəki  ilə satılan 
mallar  xan  tərəziləri  olan  yerdə  satıla  bilərdi.  Burada  qapançı 
satıcıdan  çəki  rüsumu-mizan  alırdı,  mal-qara  baqqalxanaya 
göndərilirdi,  satıcılardan  hər  zənbilə,  kisəyə,  taya  və  s.  görə  vergi 
alınırdı  (162,  ss.355-357,  366-378).  Əsnaflar  -   həmkarlar  xanın 
şəhərdəki naibi-kələntərə tabe idilər.
Qarabağ xanlığı
I V  F Ə S İ L
X A N LIĞ IN   İN Z İB A T İ-Ə R A Z İ Q URULUŞU 
VƏ  İDA R Ə Ç İLİK   SİSTEM İ
1.  Xanlığın inzibati-ərazi bölgüsü
Qarabağ  xanlığmın  inzibati-ərazi  bölgüsü  müəyyən  tədqiqat 
işlərində  nəzərdən  keçirilib.  E.Məmmədova  Qarabağ  xanhğınm 
ərazisinin böyük olduğunu qeyd edərək yazır: «Qarabağ düzən və 
dağlıq hissəni, habelə Araz çaymdan Göyçə gölünə, Tərtər çaym- 
dan  Mehriyə  qədər,  Tatevi,  Sisyanı,  Ermənistanm  cənub-şərq 
hissəsini  əhatə  edirdi»  (179,  16).  M üəllif «Ermənistan»  dedikdə 
indiki  Ermənistam  nəzərdə  tutaraq  unutmuşdur  ki,  xanlıq  döv- 
ründə  sözügedən  ərazilərdən  danışdıqda  heç  bir  Ermənistandan 
söhbət gedə bilməz.
Xanlığın ərazisi  21  mahala,  o  cümlədən  5  xristian  məlikliyi- 
nə bölünürdü.  Mahallar naiblərin,  məlikliklər isə mahal məliklə- 
rinin idarəçiliyində idilər.  B əzi iri  mahalları  iki  hakim idarə  edir- 
di.  Xanlığın  tərkibinə  daxil  olan  mahallar  bunlar  idi:  1.  Sisyan;
2.Dəmirçihəsənəli;  3.  Küpara;  4.  Bərgüşad;  5.  Baqabürd;  6.  K ə- 
birli;  7.  Tatev; 
8.Cavanşir;  9.Talış;  10.  Xaçın;  11.  Kolanılar;
12.  Çiləbörd;  13.  Xırda-para Dizaq;  14.  Püsyan;  15.  Dizaq Cavan- 
şir;  16.  Otuziki;  17.  İyirmidörd;  18.  Qaraçorlu;  19.  Vərəndə;
20.  Dizaq;  21.  Acnan-Türk.
Xanlıq  yaranan  zaman  mahallar  və  onların  əhalisi  haqqında 
statistik məlumat  olmadığmdan  xanlığm  yaranmasmdan 
12  il  əv- 
vəl  osmanlılarm  tərtib  etdikləri  «Gəncə-Qarabağ  əyaləti  dəf- 
təri»ndən  istifadə  edərək  ilk  dövrlərdə  mahallar və  onların  əha-

lisi  haqqında  təsəvvür  əldə  etmək  mümkündür.  «Dəftər»də  gös- 
tərilən  Şütürbasan,  Yevlax,  Qaramanlı,  Talış,  Gülüstan,  İncərud, 
Bərdə,  Sir, Bayad, Arasbar,  Çiləbörd, Xaçm,  Keştək,  K eştasf na- 
hiyələri,  Cavanşir,  Otuziki,  Kəbirli,  Kəngərli,  Ətyeməzli,  Qara- 
çorlu oymaqları sonralar Qarabağ xanlığınm ərazisini təşkil etmiş, 
həmin  nahiyə  və  oymaqlarda  9581  ailə  yaşamış  ki,  bu  da  təx- 
minən 48  min nəfər deməkdir.
Ancaq bunu da nəzərə almaq lazımdır ki,  siyahıyaalma bölgə 
əhalisinin həqiqi sayını əks etdirmirdi.  Çünki əvvəlki dövrdə  Şah 
Sultan  Hüseynin  soyğunçu  vergi  siyasəti  və  Osmanlı  işğalı  ilə 
əlaqədar  yerli  əhalinin  xeyli  hissəsi  öz  ata-baba  yurdlarını  tərk 
edərək  m üxtəlif yerlərə  köçmüşdü.  Xanlıq  yaranan  kimi  isə  əv- 
vəllər Qarabağ ərazisində yaşamış bir çox boyların geri qayıtması 
məlumdur.  İbrahimxəlil  xanm  hakimiyyəti  dövründəki  nisbi  sa- 
kitlik  xanlığa  xeyli  yeni  sakinlərin  köçməsinə  səbəb  olmaya  bil- 
məzdi.  H.Verdiyevanm  hesablamalarma görə,  1796-cı  ildə  Qara- 
bağ xanlığında  10 min ailə yaşayırdı ki  (73,  s.25),  bu  da  650 min 
nəfər  demək  idi.  Ancaq  cəmi  14  il  sonra  bu  rəqəm  iki  dəfə 
azalaraq  1807-ci  ildə  5  min  ailəyə  düşmüşdü (73,  s.25).  Görünür, 
bu azalma Ağa M əhəmməd şah Qacarın yürüşləri və rus işğalı ilə 
əlaqədar olmuşdu.  1823-cü  ilin təsvirinə əsasən isə, xanlıq ərazi- 
sində 
20 minə yaxın ailə  (100 min nəfər)  qeydə  alınmışdı.
Gəncə-Qarabağ  əyalətinin  adı  dəftərə  düşmüş  əhalisinin 
11.818  nəfəri  müsəlman  (11.068  nəfəri  türk,  750  nəfəri  kürd), 
7577  nəfəri  isə  qeyri-müsəlman  (xristian)  idi  (29,  giriş  his.. 
ss.12-13).  Gəncə-Qarabağ əyalətinin türk əhalisinin başqa yerlə- 
rə  köçmələri,  xristian  əhalisinin  isə  əsasən  öz  yerində  qalması 
nəticəsində türk əhalisinin sayında süni şəkildə azalma müşahidə 
olunur.  Əhalinin  ümumi  sayından  Dizaq  nahiyəsində  49,2%, 
Xaçın  Sığnaq  nahiyəsində  13,1%,  Vərəndə  Sığnaq  nahiyəsində 
9,7% türk əhalisi  qalmışdı.
«Dəftər»ə  görə,  1727-ci  ildə  Qarabağ  xanlığının  ərazisinə 
düşən bölgədə cəmi bir şəhər -  Bərdə vardı.  Ancaq vaxtilə iri və 
Azərbaycan tarixində mühüm rol oynamış Bərdə şəhəri bu zaman 
kiçik, əslində qəsəbə tipli yaşayış məskəni idi. 
6 m əhəllədən iba- 
rət  şəhərdə  cəm i 482  vergi  ödəyən  qeydə  almmışdı  (29,  ss.277- 
283).  Həm  də  şəhər sakinləri  əsasən  kənd təsərrüfatı  ilə məşğul 
olurdu.  Sənətkarlıq  və  ticarət  ikinci  dərəcəli  rol  oynamaqla 
şəhərin və  ətraf kəndlərin təlabatmı  ödəm əyə yönəlmişdi.
«Dəftər»dən  göründüyü kimi,  1727-ci  ildə bu  ərazidə  qeydə 
alınmış 436 yaşayış məntəqəsində 254 müsəlman,  13  qarışıq əha- 
lisi  olan  ailələr yaşamışdır.  Ərazidə  qeydə  alınmış yeganə  şəhər- 
də  -   Bərdədə  yalnız  azəri  türkləri  yaşayırdı  (29,  ss.277-283). 
Müsəlmanların hamısı azəri türkləri idi, 400 ailə Qaraçorlu kürd- 
ləri  və  iki  oymaqda  Püsyan  kürdləri  yaşayırdı.  Qeyri-müsəlman 
əhali əsasən altı nahiyədə -  Talış, Gülüstan, Xaçın, Çiləbörd, Və- 
rəndə  və  Dizaqda  məskunlaşmışdı.  Hesablamalar  göstərir  ki, 
qeydə alınan 9581  ailədən 6089-nu müsəlmanlar, 3492-ni (o cüm- 
lədən  xristianlarm  yaşadıqları 
6  mahal-3060  ailə)  qeyri-müsəl- 
manlar təşkil etmişlər.  6089 müsəlman ailəsinin 5648-i Azərbaycan 
türklərindən,  441-i  isə  kürdlərdən  ibarət  idi.  Qeyri-müsəlmanlar 
xanlıq  dövründə  də  alban  mənşəli  olduqlarmı  unutmayan,  ancaq 
xeyli  dərəcədə  erməniləşməyə  məruz  qalmış  albanlardan  və 
bölgəyə  m üxtəlif dövrlərdə köçmüş  ermənilərdən ibarət idi.
Əvvəllər  Qarabağ  xanlığmm  tərkibində  olan  bəzi  mahallar 
1823-cü  il  təsvirində  göstərilməmişdir.  Bu  həmin  mahalların 
1813-cü il Gülüstan sülhünə əsasən İranın hakimiyyəti altına keç- 
məsi  ilə bağlı  idi.  Bunlar Qafan,  Güney,  Çavundur və Mehri ma- 
halları idi  (209, ss.832-834).
1823-cü  il  təsvirinə  əsasən,  Qarabağ  xanlığı  ərazisində  629 
kənd və oymaq var idi və onlarda  17098 ailə yaşayırdı (193). Təs- 
virdə xanlığm ərazisinə  1813-cü ildən  sonrakı dövrlərə aid  ərazi- 
lərdə  olan  yaşayış  məntəqələri  belə  tam  salınmamışdır.  Dizaq

'
\fi 
Ch'f '
:'j
 
S. 
.  siiı
' K
 
'* * &   .W *

 
-
r >
Şuşanın  darvazalarının  açarları.  Onları  ə lə  keçirm ək üçün 
neçə-neçə  düşmən dəridən-qabıqdan  çıxm ışdır 
(Azərbaycan  Tarixi M uzeyi)
mahalında yerləşən Babalı,  Cavanşir mahalındakı H əsənli və bir 
çox  başqa  yaşayış  məntəqələri  nədənsə  «Təsvir»ə  düşməmişdir 
(10,  f. 130,  s iy .l,  iş  77,  v.155,  173).
«Gəncə-Qarabağ  m üfəssəl  dəftəri»ndə  19.395  mükəlləfiy- 
yətli  şəxsin  adı  qeydə  alınmışdır.  Hər  ailənin  orta  hesabla  beş 
nəfərdən  ibarət  olduğunu  nəzərə  alsaq  əyalətdə  96.975  nəfər 
yaşadığmı  müəyyənləşdirmiş  olarxq.  «Dəftər»də  yalnız  müsəl- 
man  əhalidən  ibarət  hərbiçilərin,  ruhanilərin  və  onlarm  ailə 
üzvlərinin  qeyd  olunmadığmı  nəzərə  alsaq  əyalət  əhalisinin 
saymm  100  min nəfərdən  çox  olduğunu  söyləm ək olar (29,  giriş 
his.,  s s .12-13).
Əsas məşğuliyyəti əkinçilik olan müsəlman-türk ailəsinin bir 
qismi maldarlıqla məşğul olmuş və yaylaq-qışlaq həyatı keçirmiş- 
dir.  Əhalinin bu hissəsi 25  oymaqdan ibarət Cavanşir camaatı, 21
oymaqlı  Otuziki  camaatı,  2  oymaqdan  ibarət  Ətyeməzli  camaatı, 
2  oymaqlı  Püsyan  camaatı,  dağımq  yaşayan  Kəbirli  və  Kəngərli 
camaatları,  Qaraçorlu  camaatı,  ayrı-ayrı  nahiyələrin  ərazisində 
qışlaqları  olan  daha  26  ailə,  o  cüm lədən  Qaraqoyunlu, 
Boyəhmədli,  Əfşar,  Arıqlı  camaatları  və  başqaları  qeydə  alın- 
mışdn.
XIX 
əsrin  əvvəllərində  Məlik.  Tənqinin  idarə  etdiyi  Sisyan 
mahalı  xanlığın  cənub-qərb  hissəsində  yerləşirdi.  Xanlıq  ləğv 
olunan dövrdə bu mahala daxil olan 9 kənddə cəmi 203  (87-i ver- 
giödəyən,  116-sı ödəməyən) ailə yaşayırdı.  Mənbənin məlumatı- 
Yüklə 5,78 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin