Zemfira haciyeva qarabağ xanliğI


Cəfərqulu  ağanın  Qarabağa  qayıtmasına  icazə  vermişdi  (162



Yüklə 5,78 Mb.
Pdf görüntüsü
səhifə13/15
tarix31.01.2017
ölçüsü5,78 Mb.
#7212
1   ...   7   8   9   10   11   12   13   14   15

Cəfərqulu  ağanın  Qarabağa  qayıtmasına  icazə  vermişdi  (162, 
ss.49-50).  Çar  Rusiyası  Mehdiqulu  xana  və  onunla  bir  yerdə
Cənubi Azərbaycana keçmiş ailələrin Qarabağa qayıtmalarma da 
icazə verərək ona təqaüd təyin etmişdi (162,  s.
66).
Mirzə Y u sif Qarabaği yazu ki, İbrahimxəlil xan asılı xanlarm 
v ə  hakimlərin  qohumlarını,  yaxud  oğullarmı  öz  yanmda  girov 
kimi saxlayırdı.
Baharlınm  məlumatma  əsaslanaraq  qeyd  etmək  lazımdır ki, 
İbrahimxəlil  xan  təqsirkar  hesab  etdiyi  şəxsləri  dərinliyi  iki  yüz 
arşmdan çox olan Xəznə qayasmdan atdırarmış. Xanlıqda boynun 
vurulması, gözlərin çıxarılması,  əllərin kəsilm əsi kimi cəza üsul- 
ları da vardı (14,  s.
66).
Xan hakimiyyətinin başlıca funksiyası hakim təbəqənin mə- 
nafeyini  müdafıə  etməklə yanaşı,  xanlıq ərazilərini müdafiə  edib 
genişləndirmək idi.  Qarabağ xanlığmda dövlət aparatı digər xan- 
hqlarla  müqayisədə  xeyli  böyük  idi.  Xanın  ən  yaxm  köməkçisi 
vəzir  idi.  Qarabağ  xanlığmda  çox  zaman  vəzirə  uzun  illər  «mir- 
zə»  deyirdilər.  İbrahimxəlil  xanm  hakimiyyəti  dövründə  vəzir 
vəzifəsini  görkəmli  Azərbaycan  şairi  Molla  Pənah  Vaqif  icra 
etmişdir.  Məlumdur ki,  1797-ci  ildə  Ağa M əhəmməd şah  Qacar 
Şuşa  şəhərində  qətlə  yetirildikdən  sonra müvəqqəti  hakimiyyəti 
ələ  keçirmiş xanm qardaşı oğlu M əhəmm əd bəy Cavanşir Vaqifin 
ona  təhlükə  yaradacağmdan  ehtiyatlanaraq  onu  edam  etdirmiş, 
onun yerinə Mirzə Camalı vəzir təyin etmişdi.
Sarayda  qalabəyi,  eşikağası,  xəzinəağası,  ambardarağası, 
əmiraxur  və  başqa  vəzifələr  vardı.  Mahalları  minbaşılar  v ə  mə- 
liklər,  kəndləri  isə  darğalar,  yüzbaşılar,  kovxalar,  kəndxudalar 
idarə  edirdilər.  Əslində  «minbaşı»  və  «yüzbaşı»  hərbi  rütbələr 
idilər.  Onlar  hərbi  əməliyyatlar  zamanı  min  v ə  yüz  nəfərlik 
dəstələrə başçılıq edirdilər.  Mahal naibləri həm inzibati,  həm  də 
m əhkəmə hakimiyyətinə malik idilər.  Kəndxudalar və kovxaları 
kənd icmaları seçirdi. Onlarm başlıca vəzifəsi icma üzərinə düşən 
vergiləri toplamaq,  kəndlərdə asayişi təmin etmək idi.

Darğalar  bazara  nəzarət  edərək 
ərzaq  m əhsullarının  qiym ətlərini 
təyin  edir,  mübahisəli  m əsələlərin 
h əlli  zamanı  m ünsif  kimi  çıxış 
edirdilər.  Darğalar  formal  olaraq 
bazar  polisi  hesab  olunsalar  da, 
əslində 
bütün 
şəhərd ə 
qayda- 
qanuna  cavabdeh  idilər.  Şəriət 
qaydalarının  əm əl  olunmasına  da 
darğalar  nəzarət  edirdi.  Darğalarm 
qayda-qanunu  pozanları  cəzalan- 
dırmaq  hüququ  vardı.  Şəhərlərdə 
gecələr  asayişin  qorunmasına  əsəs- 
başı nəzarət edirdi  (22,  ss.58-59).
Qarabağ  ən  böyük 
hərbi 
qüvvəsi  olan xanlıqlardan  idi.  Hərbi 
zərurət  olduqda  xan  10-15  min 
döyüşçü  toplaya  bilirdi  (219,  s.26). 
Süvari qoşunun əsas hissəsini elatlar 
təşkil  edirdi.  Mirzə  Camal  yazır  ki, 
Qarabağın  bütün  elləri  adları  dəftər 
və  siyahıda  yazılmış  atlı  qoşundan 
ibarət 
idi. 
Zərurət 
olduqda 
mahalların  və  kəndlərin  piyada  tüfəngçiləri  mahal  məlikləri  ilə 
birgə  qoşun sıralarına qatılırdılar (1 lOa,  s.144).
Elatlardan  töycü  pulu,  məhsuldan  malcəhət  alınmırdı.  Ma- 
hallardan  və  kəndlərdən  isə  hər  il  malcəhət və  töycü  toplanırdı. 
Dağıstandan  muzdlu  qoşun  gətirildikdə  muzdlularm  məvacibini 
ödəmək,  onların  ölmüş  atmm  əvəzini  vermək  üçün  ellərdən  də 
töycü pulu,  sursat,  taxıl,  qoyun və mal-qara almırdı.  Adları qoşun 
və  nökər  dəftərinə  yazılmışlar  vergidən  azad  (maaf)  idilər.  Xan 
onları taxıl,  at və s.  ilə təmin etdirirdi.  Qoşunun hər bir nökəri bir
Q arabağxanı 
İbrahim xəlil xanın  hakim iyyət 
rəm zi-şeşpər 
(A zərbaycan  Tarixi M uzeyi)
evə  təhkim olunmuşdu.  Bu  ev  həmin  nökər və  atlınm  ehtiyacmı 
təmin etməli  idi  (1 lOa,  s.144).
Mir Mehdi  Xəzani  yazrr:  «İbrahimxəlil xan  mərhumun...  on 
iki  m inədək dəftəri-məxsusi  qoşunu  var  idi  ki,  həm işə  zira-hök- 
mündə,  adları  siyahı  və  dəftərdə  yazılmış  qoşun  idi.  Amma 
zərurət vaxtı öylə rəşid adamlar, çerik və tüfəngçi hazır olardılar» 
( 5 1 ,s .l9 9 ) .
Rzaqulu  bəy  Mirzə  Camal  oğlu  yazırdı:  «Mərhum  İbrahim 
xan  hər  il novruz bayramı  günündə,  qoşunun bütün sərkərdələri- 
nə və minbaşılarma xələt,  bəxşiş,  at və qılınc verərdi...  İbrahim- 
xəlil xan səfərə çıxdığı və ya bir yerdə ordu qurduğu zaman onun 
yanında  olan  minbaşıların,  yüzbaşıların,  bəylərin,  ağaların  və 
Azərbaycan xanlarmın hamısınm səhər, günorta və axşam naharı, 
həmçinin  onlarm  atlarmm  arpaları  xanm  hesabına  ödənilirdi. 
Qoşun  əhlinin  bir  hissəsi,  əm ələlər,  mirzələr,  eşik  ağasıları,  ke- 
şikçilər və yasavullar mərhum  İbrahimxəlil  xanm  hesabına dola- 
nırdılar.  Minbaşılara  və  sairlərə  verilən  diri  qoyunlardan  başqa, 
çoxlu keçi,  40  puddan artıq düyü,  30 baş  qoyun  işlənərdi.  Bu he- 
sabdan  sərf  olunan  başqa  kənd  təsərrüfätı  məhsullarının  -   çö- 
rəyin,  atlara verilən arpanm,  yağın,  halvanm,  qənd və ədviyyatm 
miqdarmı  təsəvvür etmək olar»  (
66,  ss.243-244).
Rusiyadan asılılığı qəbul edildikdən sonra bir çox xanzadə və 
bəylər rus  hərbi rütbələri  ilə təltif edildi.  İbrahimxəlil xamn  özü- 
nə  general-leytenant,  oğulları  M əhəmmədhəsən  və  Mehdiqulu 
ağalara general-mayor,  Məmmədqasım ağaya polkovnik rütbələri 
verilmişdi  (55,  s.147).  Bu  yolla rus  hökuməti  Qarabağ  xanını  və 
övladlarım tamamilə özündən asılı  etmək istəyirdi.
Xanlar  xanlığın  müdafiə  qabiliyyətini  gücləndirmək  üçün 
qalalar  və  istehkamların  inşasına  xüsusi  diqqət  yetirirdilər. 
Məlum olduğu kimi, Pənahəli xan hakimiyyətinin ilk dövründəcə 
Bayat və  Şahbulaq qalalarım  inşa etdirmişdi.

1748-ci  ildə  inşa edilmiş  Bayat qalasmın ətrafma bişmiş  kər- 
picdən  qalın  divarlar  hörülmüş,  divarlarm  ətrafmda  isə  düşmən 
hücumu  zamam  su  ilə  doldurulması  nəzərdə  tutulan  dərin  xən- 
dəklər  qazılmışdı  (59,  s.134).  Bayat  qalası  düzənlikdə  yerləşdi- 
yindən bir o  qədər etibarlı deyildi.  Buna görə  də  Ağdamdan  10 km 
aralıda  yerləşən  «Şahbulaq»  adlanan  yerdə  1751—1752-ci  ildə 
yeni  qala  inşa  olundu  (59,  s. 134-135).  Şahbulaq  qalasmm  hasarı 
isə  daş və  əhəngdən tikilmişdi (59,  s.143).  Pənahəli xamn tikdir- 
diyi  Şahbulaq  qalasında  daşdan  tikilmiş  məscid,  hamam,  şəhər 
evləri  və  bazar  yerləşirdi.  Mənbələrin  məlumatma  görə,  Şah- 
bulaqda  iki  qəsr-içqala  və  xarici  qala  var  idi.  V.Poftonun  redak- 
torluğu  ilə  hazırlanmış  kitabda  daxili  qəsrin  planı  verilmişdi.  Iç- 
qəsr  təpənin  üstündə  gur  bulağın  yanmda  salmmışdı.  Pənahəli 
xanın  iqamətgahı  yonulmamış  daşlardan  düzbucaqlı, 
8  pilləli 
şəkildə  tikilmişdi.  İqamətgahm  möhkəm  və  hündür  divarları 
vardı  (87,  s .l 1).
İç-qəsr  düzbucaqlı  şəklində  idi,  hər  küncdə  bir  qüllə,  şərq 
tərəfı  istisna  olmaqla  hər  bir  tərəfm  ətrafmda  bir  yarımdairəvi 
formalı  qüllə  vardı.  Xarici  qüllələr  və  divarların  yuxarı  hissəsi 
diş-diş idi. Hasarlarm hündürlüyü 7, qüllələrin hündürlüyü isə 8,5 
metrə  çatırdı.  Bütün  divarlar  və  qüllələr  boyu  döyüş  mazqalları, 
mazqalların  altmda  birmərtəbəli  binalar  vardı.  Qəsrin  girişi  şərq 
tərəfdən  idi  v ə  ikimərtəbəli  prizmaşəkilli  tikili  ilə  müdafiə  olu- 
nurdu.  Giriş kiril əlifbasmdakı 
«Q»
  hərfi  formasında idi.  Prizma- 
tik tikili,  səkkizinci,  əsas  qüllə  idi  və  bütün  Şahbulaq  qalası üzə- 
rində  yüksəlirdi.  Yəqin  ki,  bu  tikilinin  ikinci  mərtəbəsində  Pə- 
nahəli  xanm özü yaşayırmış  (87,  ss.12-13).
Xanlığın  ən  etibarlı  qalası  Pənahabad  (Şuşa)  qalası  idi. 
Şuşamn  yerləşdiyi  dağm  yuxarısı  kəsilmiş  konus  formasmdadu-, 
şimal  tərəfdən  terraslarla  alçalır.  Şuşa  Daşaltıçay  və  Xəlfəliçaya 
kəskin enişi olan dərələrlə əhatə olunub.  Təpənin kəskin yarğan- 
ları  düşmən  hücumuna  qarşı  güclü  maneə  yaradırdı  və  şəhərin
müdafiə  perimetrinin  demək 
olar  ki,  üçdə  iki  hissəsini 
təşkil  edirdi.  Tarixçi  P.Zubov 
Şuşanm  təbii-strateji  üstünlü- 
yünü 
yüksək 
qiym ətlən- 
dirərək yazırdı ki, üç -  cənub, 
qərb  və  şərq tərəfdən  yüksək 
sıldırım 
qayalarla 
əhatə 
olunması  sayəsində  o,  şimal 
tərəfi 
istisna 
olmaqla, 
tamamilə  alınmazdır.  Şuşa 
qayalarının  bəzisinin  hün- 
dürlüyü  400  m-dən  çoxdur 
(198).  Qaladan  ətraf  yaxşı 
görünürdü,  bu  da  düşmənin 
qəfıl  hücum  etməsinə  imkan 
vermirdi.  A.A.Kaspari  şəhə- 
rə şimal-şərq tərəfdən, qayahqlardan və yarğanlardan keçən əyri- 
üyrü,  kəskin yoxuşlu cığırı Fermopil keçidi  ilə  müqayisə  etmişdi 
(156,  s.218).
Pənahəli  xan  Şuşanm  müdafıəsini  daha  etibarlı  etmək  məq- 
sədilə  şimal  tərəfdə  hasar  inşa  etdirmişdi.  Ancaq  güman  ki,  bu 
divar  çox  tələsik  tikildiyinə  görə  tez  bir  zamanda  yararsız  hala 
düşmüşdü  (58,  s.136).  Buna  görə  də  İbrahimxəlil  xan  yeni  qala 
divarları  inşa  etdirməli  olmuşdu.  Mirzə  Gamalın  yazdığma  görə, 
bu divarm tikintisinə  1783/84-cü illərdə  başlanmış və üç  ilə başa 
çatmışdı.  Həmin divarm uzunluğu 2,5 km  idi  (42,  s.18).  Bu diva- 
rın  möhkəmliyini  qeyd  edən  Mirzə  Y u sif Qarabaği  yazırdı:  «Bu 
divardan  nə  top  gülləsi,  nə  də  başqa  bir  şey  keçməzdi.  Çünki 
divar daş və  əhənglə bərkidilmişdi»  (57,  s.18).
Şuşa  qala  divarlarmın  möhkəmliyi  Ağa  M əhəmm əd  şah 
Qacarm hücumları zamanı  çox ciddi smaqlardan uğurla çıxmışdı.
Q arabağ xanlığının vəziri  məşhur 
şair Molla  Pənah  Vaqif

Yuxarı  G övhər ağa  məscidi.  Şuşa şəhəri. 
G övhər ağa  məscidi.  Şimal fasadı.  H əyət.
Adi  top  güllələrinin  qala  divarlarına  heç  bir təsir  göstərmədiyini 
görən Qacar ən mahir artilleriya mütəxəssislərindən birinin məs- 
ləhəti ilə əmr etmişdi ki, iki top gülləsini millə bir-birinə bağlayıb 
atsmlar.  Yalnız bu yolla qala divarlarma müəyyən xətər yetirmək 
mümkün olmuşdu (50,  s .l 18).  Şuşa qalasımn döyüş güllələri  qala 
divarlarınm  səthindən bir qədər xaricə çıxır və bununla da divar- 
ları cinahlardan qorumağa  şərait yaradırdı.
Qeyd edək ki,  ilk dövrlərdə  Şuşada hakimin evinin yerləşdiyi 
aynca daxili qala-içqala olmamışdı.  Bəzi tədqiqatçılar bunu şəhə- 
rin sıldırım qayalarla əhatə  olunması və  düşmən hücumu zamanı 
xan  ailəsinin  sığmması üçün əlçatmaz bir yerdə X əzinə  qalasınm 
tikilməsi  ilə  əlaqələndirirlər.  Lakin  C.Mustafayevin  haqlı  olaraq 
qeyd  etdiyi  kimi,  Xəzinə  qalası  xeyli  gec,  İbrahimxəlil  xanın 
dövründə  tikildiyindən  bu  mülahizə  düzgün deyildir və yəqin ki, 
sadəcə vaxt az olduğundan Pənahəli xan Şuşa qalasmı tikdirərkən 
ayrıca  içqala  inşa  etdinnəmişdi.  Hər  an  düşmən  hücumlarından 
ehtiyat edən  Pənahəli  xan  tələsik şəhərin  daha təhlükəsiz yerlə- 
rində  kiçik  qalaları  xatırladan  imarətlər  tikdirməklə  kifayətlən- 
məli  olmuşdu  (58,  ss. 138-139).  Yalnız  İbrahimxəlil  xanm  döv- 
ründə Gəncə qapıları yaxmhğmda, hündür təpənin üstündə bütün 
zəruri  memarlıq  formalarına  malik  olan  içqala  inşa  edilmişdi. 
İçqalanm  daxilində  divanxana,  iki  böyük  imarət  və  yardımçı 
binalar var idi  (57,  s.200).
Dem ək  olar  ki,  bütün  Şuşa  qəsrləri  düzbucaqh  şəkildə  olub 
dörd tərəfdən müdafıə divarları ilə əhatə ölunmuşdu.  Onun künc- 
lərində  qüllələr  ucalırdı.  Divarların  iç  tərəfmdə  qəsrlərin  sakin- 
ləri  üçün  mənzil  rolunu  oynayan  binalar  tikilmişdi.  Mir  Mehdi 
Xozani yazır ki,  Pənahəli xan Şuşada özü üçün divarları və qüllə- 
ləri olan qala formasmda saray tikdirmişdi. Pənahəli xan öz sarayı 
ilə  yanaşı  böyük  oğlu  İbrahimxəlil  ağa  üçün  gözəl  saray  inşa 
etdirmişdi  (57,  s.200).  Şuşadakı  qəsrlərin girişləri  də  kiril  əlifba-

smdakı «Q» şəkilli idi və yüksək ikimərtəbəli qüllələrlə müdafıə 
olunurdu.
Şuşada  qəsrin  kiçik  olması  Şuşa  düzünün  təbii  cəhətdən 
əlçatmazlığı  ilə  izah  oluna  bilər.  Digər  səbəb  şəhər  ərazisindən 
kənarda,  dərin  Daşaltı  dərəsinin  əlçatmaz  yarğanmda,  mağara- 
qalanın  əks  tərəfmdə  qaya  saray-sığmacağmın  olması  idi.  Əh- 
m ədbəy Cavanşirin yazdığına görə,  Şuşa qalası arasında gizli yer- 
altı  yol  var  imiş.  Mağara-qalaya  giriş  daşdan  hörülmüş  yarım- 
dairəvi  güclü müdafiə  divarı  ilə  qorunurdu.  B əzi  tarixçilərin  fik- 
rincə,  m əhz  bu  mağara-qala  Pənahəli  xanm  Şuşada  ilk  iqamət- 
gahı  olmuşdu.  Həyəcanh vaxtlarda,  V.Baharlmın yazdığına görə, 
qala-saray  kompleksi  sakinlər  üçün  sığmacaq  rolunu  oynayırdı. 
Bu  kiçik  qalada  bulaq  vardı.  İbrahimxəlil  xan  vaxtmı  bəzən  bu- 
rada  keçirirmiş  (10,  s.288).  Hazırda  Daşaltı  dərəsindəki  saray- 
sığmacağa  dağm  yamacında  çapümış  «qırx  pillə»  adlandırılan 
pilləkənlə  düşmək olar (87,  s.226).
Qala divarları 2,5 km uzunluğunda olub, daşdan və əhəngdən 
hörülmüşdür.  Şuşaya  giriş  dörd  darvazadan  həyata  keçirilirdi. 
Darvazalardan biri  «G əncə  qapısı»,  digəri  «İrəvan qapısı»,  üçün- 
cüsü  «Ağoğlan  qapısı»  adlanırdı.  Dördüncü  qapınm  adı  və  yeri 
məlum  deyil.  Gəncə  qapısı  şimal  tərəfdə,  İrəvan  qapısı  qərb  tə- 
rəfdə,  Ağoğlan  qapısı  şərq  tərəfdə  yerləşirdi  (87,  s.32).  Gəncə 
qapıları  əsas  darvaza  idi,  h ələ Pənahəli  xanm dövründə  tikilmiş- 
di,  buradan  G əncəyə,  eləcə  də  Çiləbörd mahalına yol  başlayırdı. 
Buna görə  də bəzən onu «Çiləbörd qapısı»  da adlandırırdılar (87, 
ss. 132-133).  Buradan X əlfəliyə yol başlanırdı  (buna  görə də  bə- 
zən  onu  «X əlfəli  qapısı»  da  adlandırırdılar).  Ağoğlan  qapısmdan 
Ağoğlan  qalasma  yol  gedirdi.  Bu  darvazanı  bəzən  «Şuşakənd», 
yaxud  «Muxtar  qapısı»,  bəzən  də  «Topxana  qapısı»  adlandırır- 
dılar (87,  s.36).
Şuşanın  yolu  üstündə  daha  iki  qala  -   Ağoğlan  və  Əsgəran 
qalaları inşa edilmişdi.  Şuşadan 25  km aralı,  Qarqarçaym sahilm-
Şuşamn  qala  darvazası
də salmmış möhkəm Əsgəran qalası Şuşanı ovalıq tərəfdən gələn 
hücumlardan  qoruyurdu.  Əsgəran  qalası  çaym  hər  iki  tərəfındə 
salmmışdı.  Onun divarlannm hündürlüyü 
8 m-ə,  qalmlığı isə 2 m-ə 
çatırdı.  Hətta çayın yatağmda iki  qüllə var idi.  Qarqarçayın  sahili 
elə  sıldırımlı  idi  ki,  Əsgəran  qalasmdan  yan  ötərək  keçmək 
mümkün deyildi.
Bəzi tarixçilər Əsgəran qalalarınm tikilməsini Pənahəli xanın 
(10,  s.277),  digərləri  Mehrəli  bəyin,  üçüncülər  isə  İbrahimxəlil 
xanın (1 lOa, s.48; 57, s,201) adı ilə bağlayırlar. Ən son tədqiqatlar 
Əsgəran  qalalarınm  Pənahəli  xanın  vəsiyyəti  ilə  İbrahimxəlil 
xamn  tikdirdiyini  sübut  edir  (195,  s. 141).  Mir Mehdi  Xəzani  ya-

zır:  «İbrahim  xanın  bir  ümdə  əsəri  dəxi  Əsgəran  dağmm  iki 
qalasıdır.  Çünki  Şirvan,  Şəki  və  Dağıstan  xalqı  Pənahəli  xan  ilə 
düşmən  idilər.  Ehtiyatən  vəsiyyət  elədi  ki,  hərgah  m ənə  fürsət 
olmasa,  gərək  mənim  oğlum  İbrahimxəlil  bu  iki  dağın  arasmda 
iki qala təmir edə ki,  düşmənçilik vaxtında...  ilat xalqı o  dağlarda 
və  dərələrdə  sığmacaq  edib,  Əsgəran  qalalarında  qoşun  və 
tüfəngçi  qoysalar,  düşmən keçib  qala  üstünə  müşkül  gələ  bilər.» 
(57,  s.201).
Ordunun  əsas  hissəsi  maaflardan  təşkil  olunurdu.  Arxiv  sə- 
nədlərində  bununla  bağlı  yazılmışdır:  «Maafların  vəzifəsi  ondan 
ibarət  idi  ki,  onlar  xanın  əmrilə  düşmən  üzərinə  yürüşə  gedir. 
Yerli hakimlərin sərəncamlarım yerinə yetirir və elə bunlara görə 
xəzinəyə  heç  bir vergi  vermirdilər»  (10,  f.94,  s iy .l,  iş  78,  v.26). 
Maaflar  torpaq  sahələri  ilə,  bəzən  rəncbərlərlə  də  təmin 
olunurdular (195,  s.470).
Qarabağ xanının  qoşununda  Dağıstan xalqlarından  toplanmış 
muzdlu  əsgərlər  xidmət  edirdi.  Xan  onlara  məvacib  kimi  xeyli 
m əbləğdə pul  ödəyirdi.
Mirzə  Rəhim  Fənanm  yazdığından  məlum  olur  ki,  Məhəm- 
m ədhəsən  xan  Qacarm  Qarabağa  hücum  təhlükəsi  meydana 
çıxdığı  zaman  Pənahəli  xan  Şuşa  qalasmın  müdafiəsini  daha  da 
möhkəmləndirmək üçün bir sıra tədbirlər görmüşdü.  «Biri Gəncə 
tərəfə  və biri  İrəvan tərəfə  tamam dairə  şəhərə  hasar çəkdirmək 
və  yasaq yerləri bina  etdirməyi  hər şeydən  əfzəl  qərar verir.  Hər 
yerdən  memarlar  və  əhlikar  cəm   etdirib  şəhər  qapılarmı  hər  iki 
tərəfdən  q üw ətli  hasara  tutdurur.  Memarlara  hasar  nəxşəsini 
göstərir  ki,  ali  və  möhkəm  bürclərə  pusqu  yerləri  təmir  etsinlər 
və  müstənaməti-lazimələri tədarük olunsun»  (56,  s.255).
Rzaqulu bəy Mirzə Camal oğlu bu hasann üç ilə tikildiyini və hic- 
ri  1198-ci ildə (1783-1784) tikintinin başa çatdığmı yazır (
66, s.143).
İbrahimxəlil  xanm  dövründə  -   1783-1784-cü  illərdə  Şuşa 
qalasınm yeni hasarmm inşasına başlanmış  və üç  il ərzində tikilib
Şuşada xan qəsrindən  bir görünüş
qurtarmışdır.  1788-1789-cu illərdə Şuşa qalasmdan üç ağaclıq mə- 
safədə Qarqarçaym keçdiyi iki dağm arasmda -  Əsgəranda iki qala 
tikilmişdi.  Müharibə zamanı  bu  qalalarda azacıq piyada qoşun ol- 
saydı düşmən oradan keçib Şuşa qalasma gedə bilməzdi. Qalaların 
biri  şərq,  digəri  qərb tərəfdə  əhəng  və  daşdan  hörülmüşdü.  İbra- 
himxəlil  xan  qalalardakı  əsgərləri  Şuşaya  gətirmişdi,  məhz  bun- 
dan sonra şah  Əsgəran keçidini keçə bilmişdi  (55,  s.201).

Rzaqulu bəy atasının Əsgəran qalalan ilə bağlı məlumatmı bir 
qədər genişləndirərək yazırdı:  «Bu qalalar Şuşa qalasmm üç ağac- 
lığmda,  Qarqar çaymm keçidi  olan  iki  dağm arasmda yerləşmişdi. 
Şirvan, Şəki və Dağıstan vilayətləri əhalisi mərhum Pənahəli xan- 
la  düşmən  olduqlarmdan  ehtiyat  üçün  böyük  oğlu  İbrahimxəlil 
xana vəsiyyət etmişdi  ki,  əgər fürsət tapmasam,  sən bu  iki  Əsgə- 
ran dağmm arasmda iki qala tikdir ki,  düşmən gələn zaman piyada 
qoşunlarımız bu qalalarda olsunlar.  Oradan  Şuşa qalasına 
8 verstə 
yaxm  məsafə  var  idi  (
Əslində  Əsgərandan  Şuşaya  24 
kilometr 
məsafd vardır -  Z.H.) Düşmən oradan keçib qalaya gələ bilməzdi. 
Bu  qalalarm  ətrafı  möhkəm  dağlar,  meşələr,  daşlar,  qayalar  və 
böyük səhralardır. Düşmənlərin hücumu zamam ellər və başqaları 
orada  sığmacaq  tapardılar.  Qalalarda  tüfəngçilər  qoyarlarsa  düş- 
mən oradan keçib, xalqın mal-qarasmı qarət və talan edə bilməzdi.
Mərhum  İbrahimxəlil  xan  haman  vəsiyyətə  görə,  hər  iki 
qalam  -  birini  şərq,  o  birini  isə  qərb tərəfdə  daş  və  əhənglə  tik- 
dirib,  möhkəm bürc və barı  çəkdirdi»  (
66,  ss.240-241).
İbrahimxəlil xan Şuşa çayınm X əzinə qalasmda, qalanın orta- 
smda 4050 sajen eni  və  uzunu  olan,  qalanın başmdan beş  yüz  sa- 
jen  aşağıda  və  çaydan 
100  sajen  yuxarıda  otaqlar  inşa  edilmişdi. 
Qalanm ortası ilə  həm in otaqlara ensiz bir yol gedirdi ki,  oradan 
yalnız  piyada  keçmək  mümkün  idi.  Qalanın  içərisindən  həmin 
otaqlara tüfəngdən atılan  güllə çətinliklə  çatardı.  Qayanm üstün- 
dən imarətlərə daş və qaya parçaları atsalar dəym əz, birbaşa çaya 
düşər.  X əzinə  mağarasmm  qarşısında  -   Şuşa  qalası  tərəfdən  bir 
böyük  və  dərin  mağara  vardır.  Onun  girişinə  yaxm  yerdə  Məlik 
Şahnəzər özünə otaqlar və evlər tikdirib ki, müharibə vaxtı qarşı- 
qarşıya  olan  iki  mağara  bir-birinə  yardım  göstərə  bilsin  (57, 
s.201).  Rzaqulubəy Mirzə Camal oğlu X əzinə qalasındakı tikinti- 
ləri  eynilə Mir Mehdi Xəzani  kimi  təsvir edir (
66,  ss.241-242).
İri  müdafıə  tikililərinin və  istehkamlarmm yaradılması,  ordu 
quruculuğu,  ali hakimiyyətin lazımi idarəetmə mexanizmi yarada 
bilm əsi aydm şəkildə  göstərir ki,  Qarabağ xanlığı özünü müdafıə 
etmək  imkanlarma  malik  müstəqil  bir  dövlət kimi  təşəkkül  tapa 
bilmişdi.
Əsgəran  qalası

N Ə T İ C Ə
Xalqımızm tarixində  xanlıqlar dövrü  özünəməxsus yer tutur. 
Bu  dövrdə  Azərbaycanda  dövlətçilik  ənənələri  bərpa  olunmuş, 
vahid  dövlət  yaratmaq  mümkün  olmasa  da,  xalqımızın  sosial- 
Yüklə 5,78 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin