human society and, first of all, to provide communication between members of big or small social
collective, and also functioning of collective memory of this collective.
Key words: language, societies, consciousness, thinking, culture
Vəfa Allahverdiyeva (Mahmudova)
Azərbaycan Dövlət İqtisadiyyat Universiteti
AZƏRBAYCAN DİLİ İMLASI 1920-Cİ İLLƏRDƏ
Bu dövrün imlası da tarixi imla və tarixi fonetikanın bir mərhələsini təşkil edir. Əlbəttə, «dilin
səs tərkibini o dilin daxili inkişaf qanununun təsir dairəsindən kənara çıxarmaq, süni və qeyri-
tarixidir» (V.V.Vinoqradov).
Bu imla öz xarakteri ilə pərakəndə, çoxvariantlılıq biçimi ilə yadda qalır. T.Hacıyev dövrün,
mərhələnin imla məsələsini səciyyələndirərkən yazır: «Azərbaycan dili imlası 20-ci illərdə daha da
pərakəndə şəklə düşür; iki əlifbalıq şəraitində bu, təbii idi. Bir tərəfdən, ərəb qrafikalı yazımız
inqilabdan əvvəlki qarışıq nizamını davam etdirir, o biri tərəfdən, latın qrafikalı əlifbada yazı özünü
qaydaya sala bilmir (1, s. 339 ), axsayır, yerində sayır, ortaya çıxmağa gücü çatmır. Sanki imla dərk
edilmir, hətta dövrün ziyalı təbəqəsi də imlanın yalnız bir variantda olmasını dərk etmir. Anlama,
dərketmə isə bütün məsələləri həll edir.
Ona görə də dilin mühüm tərkib hissəsi olan imla problemi də XX əsrin birinci rübündə
başlıca təcrübi dil problemlərindən birinə çevrilir. O dövrün mətbuatı bu problemə geniş yer verirdi.
«İmlamız» kitabının müəllifi M.Mahmudbəyov yazırdı ki, «o..biçarə məktəblərimiz oxuduqları
kitabların hərəsində bir imlaya rast gəlir, hər müəllim bir imla çıxarıb şagirdlərinə təlim edir, hər
mühərrir, hər qəzetçi bir imla bilə yazır». Sözügedən bu hərç-mərcliyi bir sıra qələm sahibləri ərəb
əlifbasının türk dilinə yaramamasında görürdülərsə, bəziləri (məsələn, Ə.Hüseynzadə) onu müdafiə
edirdi (2).
20-ci illərdə Azərbaycan dili imlasının durumu S.Ağamalıoğlunu, V. Jüzeni, F.Ağazadəni
ciddi maraqlandırmışdı (3)
Bu dövrün ədəbi dilində ərəb əlifbasının hələ də qalması dilimiz üçün xeyli nöqsan yaratdı,
bu nöqsan uzun müddət ədəbi dilimizin düzgün, sabit imla qaydalarının formalaşmasına və onun
prinsiplərinin hazırlanmasına imkan verməmişdir. Bu imlanı qarışıq imla saymaq daha düzgün
olardı. «Mükəmməl yazmağı ancaq az adamlar bacarır, imla baxımdan düzgün yazmağı isə hətta bir
çox təhsilli adamlar bacarmırlar» (4, s. 403).
1920-ci illərdə Azərbaycan imlasının təzahürü özünü «Yeni yol», «Kommunist» qəzetlərində,
«Maarif və mədəniyyət» jurnalının səhifələrində əks etdirmişdir. Bundan əlavə, həmin mərhələnin
imlası ilə (sözlərin müxtəlif formada yazılması ilə) C.Cabbarlının, S.Rüstəmin, S.Vurğunun,
M.Müşfiqin, R.Rzanın, M.Rahimin və digərlərinin 20-ci illərdə nəşr edilmiş şeir kitablarında tanış
olmaq mümkündür.
I Bakı Türkoloji qurultayda türk dillərinin 7 böyük problemi müzakirə olunur. Onlardan biri
də imla-orfoqrafiya problemidir. F.Ağazadə bu mövzuda -«Türk dillərində düzgün yazı» məruzəsi
ilə çıxış edir.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
266
Görkəmli dilçi-alim, fonetist L.V.Şerbanın isə «Orfoqrafiyanın əsas prinsipləri və bunların
sosial əhəmiyyəti» məruzəsi də nəzəri cəlb edir.
Bir prinsip olaraq fonetik prinsip, yəni «danışdığın, eşitdiyin kimi yaz» prinsipi daha da çox
tərəfdar tapdısa da, yeri gəldikcə morfoloji, tarixi-ənənəvi prinsiplərdən də istifadə üzərində ən çox
dayanıldı.
T.Hacıyev bu xüsusda yazır ki, türkoloji qurultay imla məsələsində ümumiləşdirmələr etdi və
bir sıra elmi tövsiyələr söylədi. Fonetik prinsip əsas götürüldü. Morfoloji prinsipə yer verilir, ancaq
hüdudun gözlənilməsi şərtilə: morfoloji prinsip müasir deyilişi sıxışdırmamalıdır. Bu prinsip dürüstür
ki, fonetik prinsip birinci növbədə türk sözlərinə şamil edilməlidir; sonra əsrlərcə Azərbaycan dilində
işlənən də ümumən azərbaycanlaşan ərəb, fars sözlərinə, daha sonra Avropa sözlərinə tətbiq
olunmalıdır. Düz ölçüdür ki, sözü zorla ahəngə uyğunlaşdırıb süniləşdirmək lazım deyil.
1929-cu ildə çağırılan I Respublika imla müşavirəsi vahid və dəqiq imla qaydaları hazırlaya
bilmədi» (1, s.341-342).
Bu dövrdə mətbuatda imla barədə yazılmış bir materialda ərəb əlifbası ilə orfoqrafiyamızın
qarışıq və dolaşıqlı olması göstərilmiş və tənqid edilmişdir. Məsələn, «Maarif işçisi» jurnalının
1926-cı il 3-cü nömrəsində dərc edilən «Qamuslarda iki-üç imla» adlı yazıda ərəb əlifbası ilə
yazımızın imlası kəskin tənqid olunmuşdur. Məqalədə qeyd edilmişdir ki, lüğətlərdə Azərbaycan
dilinin sözləri, xüsusilə ərəb və fars dillərindən keçən sözlər müxtəlif şəkildə yazılır.
Əlbəttə, ərəb əlifbası dilimiz üçün çox manelər yaradırdı. Burada özünü göstərən nöqsanlar
uzun müddət Azərbaycan ədəbi dilinin düzgün, sabit imla qaydalarının yaranmasına və onun
prinsiplərinin normativ qaydada hazırlanmasına imkan yarada bilməmişdir. Ərəb əlifbası
Azərbaycan dili leksik-terminoloji vahidlərinin, ələlxüsus da ərəb-fars sözlərinin yazılışının ərəb və
fars dilləri imlasında olduğu kimi qorunub saxlanmasına səbəb olmuş, beləliklə də, sözlərin imlası
ilə tələffüzü arasında böyük uçurum əmələ gəlmiş, dilimizdə düzgün yazmaq və oxumaq işi
çətinləşdirilmişdir.
Mətbuatda imla haqqında yazılan məqalələrdə əsl azərbaycanca sözlərin imlasında əsasən 2
prinsipin- fonetik və morfoloji prinsipin qəbul edilməsi təklif olunur. Fonetik prinsipin qəbulu
təklifi ən çox «Yeni yol» qəzetində müdafiə edilir. Həmin qəzetdə nəşr edilmiş materiallarda
göstərilmişdir ki, yeni əlifba ilə dilimizin imla qaydalarını yaratmaq üçün canlı danışıq dili və yerli
ağızların tələffüzü əsas götürülməlidir.
«Yeni yol» qəzetindəki aşağıdakı fikirlər bu baxımdan xarakterik sayıla bilər: «Hərgah
cürbəcür ləhcələrin ortalığa çıxmasına yol verilməzsə, o zaman düz dil və düzgün imla meydana
çıxmaz...hərf dildə söylənilən kimi yazmaqdan ibarətdir.
Qəzet sütunlarında yer verilməlidir ki, hər kəs öz bildiyi kimi yazsın, görək ki, hansı ləhcə
əksəriyyət təşkil edir və buna görə də bir imla qanunları (vahid qayda-VM) arayaq...İndi məsələ
bundadır ki, yazılarımızı yeni hərflərə keçirərkən, o üç cür imlanın hansına üstünlük verməliyik.
Əlbəttə, camaat tərəfindən qəbul olunmuş tələffüzlərə üstünlük verilməlidir» (5, s.25, 26)
1922-1929-cu illərdə imla məsələsi tarixi orfoqrafiya və tarixi fonetika məsələlərinin
öyrənilməsi üçün mühüm bir mənbədir. Bu aspektdə aparılacaq tədqiqatlar pərakəndə imlamızın
keçdiyi inkişaf yolunu da öyrənməyə imkan və şərait yaradır. Bu, yazımızın ərəb əlifbası ilə olduğu
illərdə (1920-1926) imla məsələsinin müzakirə olunduğu mərhələ idi. Tədqiqatçılar bu mərhələni belə
səciyyələndirirlər: «Ərəb əlifbasının 1929-cu ilədək dilimizin rəsmi əlifbası olaraq davam etməsinə,
latınlaşdırılmış əlifbanın isə ikinci bir əlifba kimi tətbiq edilməsinə baxmayaraq, artıq 1922-ci ildən
başlayaraq, 1929-cu ilədək əsas etibarilə yazımızın yeni əlifbası ilə orfoqrafiya məsələləri müzakirə
olunmuşdur. Bu da təbiidir, çünki Azərbaycanda yeni əlifbanın qəbulu məlum idi və buna görə də bu
illərdən başlayaraq Azərbaycan yazısının yeni əlifba ilə orfoqrafiya qaydalarını düzəltmək və onun
prinsiplərini hazırlamaq məsələsi irəli sürülmüş, orfoqrafiya məsələlərinin müzakirəsi başlanılmışdır.
Bu mərhələdə aşağıdakı orfoqrafiya məsələləri müzakirə olunmuşdur.
1.Yeni əlifba ilə əsl Azərbaycan sözlərinin imlası.
2.Yeni əlifba ilə ərəb və fars mənşəli sözlərin imlası.
3.Yeni əlifba ilə rus və beynəlmiləl sözlərin imlası.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
267
1922-ci ildən yeni əlifba Azərbaycan yazısında ərəb əlifbası ilə yanaşı tətbiq olunmağa
başlayır: mətbuatda həmin yeni əlifba ilə yazılar nəşr edilir, kitablar buraxılır, məktəb və savad
kurslarında yeni əlifbadan istifadə olunur. Amma yeni əlifba ilə çap olunan vəsaitlərdə, mətbu
orqanlarda, savad təlimi işlərində ümumi və vahid bir yazı qaydası yox idi.
Sait məsələsi XX əsrin əvvəllərində də problemə çevrilmişdi. Həmin ərəfədə yeni türk
əlifbasına keçid zamanı bu etiraf edilmişdi. F.Ağazadə 1926-cı ildə yazırdı ki, «saitlərlə zəngin olan
yeni əlifba bu və ya digər sait hərfin harada işlənməsi ətrafında mübahisələr üçün geniş meydan
açır, çünki bizim əlimizdə onların necə işlədilməsi ilə bağlı bir göstəriş yoxdur» (3, s.30-31).
M.Adilov bu məsələni belə səciyyələndirir: «Bu həqiqətən də ciddi məsələ idi. Məlum olduğu
kimi, ərəb qrafikalı əski əlifbanın türk dilləri sisteminə, o cümlədən Azərbaycan yazısına
yaramadığı haqqında irəli sürülən müddəaların və M.F.Axundovdan başlayaraq bu istiqamətdə
aparılan əlifba islahatı uğrunda mübarizənin əsasında birinci növbədə məhz sait problemi durudu:
ərəb fonetikasında cəmi 3 sait haqqında təsəvvür olduğu halda, Azərbaycan dilində 9 saitin olması
yazıda uyğunsuzluq və böyük çətinliklər yaradırdı. Ərəb dilində yalnız ə, i, u saitləri vardır və
bunlar yazıda müvafiq olaraq «fəthə», «kəsrə» və «zəmmə» adlanan hərəkələrlə işarələnir
(müəyyən vəziyyətlərdə isə (ə)- (a)- (ı), bəzən (u)- o çevrilməsi baş verir), ancaq ərəb sözü qəlibdən
başlandığına görə yazının hərəkəsiz də oxuna bilməsi ərəb mətnlərinin böyük əksəriyyətində bu
işarələrdən istifadə olunmamasına şərait yaradır.» (6, s.149 ).
F.Ağazadə müəyyən qədər məsələyə obyektiv yanaşır. Belə ki, türk dilləri üçün, o cümlədən
Azərbaycan dili üçün xarakterik sayılan və fövqəladə fonetik-semantik funksiya kəsb edən həmin
qovuşuq səs indinin özündə də bir sıra dialektlərdə işlənməkdədir. Amma onun qrafik işarəsi hələ
20-ci yüzillikdə birdəfəlik Azərbaycan imlasından çıxarılıb atılmışdır.
Sağır nun (n) səsinin inkişafı haqqında H. Mirzəzadənin fikri maraqlıdır: «Azərbaycan dilində
uzun müddət işlənmiş olan qovuşuq n və sağır nun adlanan n səslərinin müəyən tarixi dövrlərdə
türklər üçün bir imla xatirinə işləndiyini söyləmək, bizcə, səhvdir. Bu gün bir sıra türk dillərində bu
səsin olması və Azərbaycan dilində işlənməməsi heç də bu səsin başqa türk dillərindən gəlməsinə
əsas vermir. Əksinə, bu onu göstərir ki, Azərbaycan dili özünəməxsus qanun daxilində inkişaf
edərək, tədricən bir sıra müştərək xüsusiyyətlərdən azad olmuş və başqa türk dillərindən
fərqlənmişdir, n və sağır nun səsinin inkişafı da belədir» (11, s.24 (376 s.).
Qaf hərfi də məhz həmin dövrdə problem yaradır. Bəllidir ki, yazılı abidələrdə həmin hərfin
imlası ikişaxəli olmuşdur: (q), (x) işarələri ilə ifadə olunmuşdur. Yazı dilinin norması «q» ilə
olmuşdur. Bu cür imlanın mənzərəsi ilə tarixi əsərlərdə də rastlaşmaq olur. Məs.:
Cani yoqdur, gözü yoqdur, əli yoq,
Ağzı yoqdur, dili yoqdur, sözü yoq... (M.Zərir. Yüsif və Züleyxa, Ş.Xəlilov).
Şəhər xəlqi çün qapu açə çıqa,
Dar ağacların görə bunlar baqa... (Y.Məddah. Vərqa və Gülşah. Z.Hacıyeva).
Cümlə Misrin əhlini həp oqudı,
Necə gördi duşini bir-bir dedi...
Yusif andə Züleyxa əlindən çıqar,
Züleya təxtindən aşağa baqar... )S.Fəqih. Yusif və Züleyxa. Z.Hacıyeva).
Göründüyü kimi, bu sözlər (yoq, çıq, oqu, baq) qafla yazılmışdır. Sözlərin bu cür fonetikası
ilə tələffüzdə çətinlik yaradır. Bu tip sözlərin ilkin deyiliş variantı çağdaş türkcələrdə (məsələn,
Türkiyə türkcəsində) öz pozisiyasını (k) səsində saxlamışdır (cok, bak, oku).
Sonralar yazı normasını (q) tələffüz norması (x) əvəz etdi: çox, yox, oxu və s. Bəziləri bu
sonuncu formanı şivə faktı sayırdı. Həmin dövrün fonetik normasında olan bu pərakəndəliyi
N.Xudiyev belə xarakterizə edir: «XX əsrin əvvəllərində Azərbaycan yazısı, bu vaxta qədər olduğu
kimi, ərəb əlifbası ilə gedir, lakin nəzərə almaq lazımdır ki, həmin mərhələ ərəb əlifbasının
Azərbaycan yazısında işləkliyinin son dövrünü təşkil edir və bu zamandan etibarən onun (ərəb
əlifbasının) nüfuzu sürətlə düşür. Elmi dilçilik fikri, eləcə də milli ədəbi təfəkkür getdikcə daha
aydın şəkildə dərk edilir ki, ərəb əlifbası Azərbaycan türkcəsinin fonetik quruluşunu normal şəkildə
əks etdirmək imkanına malik deyil və buna görə də bu mərhələdə bir sıra mübahisələr gedir-yazını
(orfoqrafiyanı) yaxşılaşdırmağın, islah etməyin müəyyən yolları aranır (7, s. 396-397).
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
268
Azərbaycan dili imlası 20-ci illərdə Firidun bəy Köçərlini də ciddi maraqlandırırdı. O,
əsərlərində alınma sözlərin yazılışındakı problemlərə toxunurdu: «Dini-mübini-islamın türklərə
yetirdiyi şərafəti-etiqadiyyəsindən əlavə, böyük bir xeyri də bu olubdur ki, onun feyz və
bərəkətindən türklər ərəb və fars lisanından tədriclə çox sözlər, gözəl ibarələr alıb, öz dillərini
dövlətləndiriblər və müriri-əyyam ilə əxzü-iqtibas olunan kəlmələr və istilahlar o qədər işlənib
təhrif və təsrif olunurdu ki, türk dili ilə onlar qaynayıb-qarışıblar və onlarsız türk dili bir mənanı
ifadə etməkdə acizdir. Ərəb və fars dillərindən götürülmüş sözlər və ibarələr bir dərəcədə
türkləşibdir ki, savadı az olan adamlar onları məhz türk sözləri hesab edir» (8, s.78)
Müxtəlif xalqların tarixi inkişafı göstərir ki, dil məcburi, zorakı assimilyasiyaya qarşı böyük
sabitlik və qüvvətli müqavimət göstərə bilir. Bir zamanlar ərəb və fars dillərinin güclü
müqavimətinə məruz qalmış türk dilləri də bu məsələdə canlı şahid kimi çıxış etmişdir. (9, s.29).
Buna baxmayaraq, tarix türk xalqlarının imlasına ərəbin təsirinin güclü olduğunun şahidi
olmuşdur. Bunun başlıca səbəblərindən biri sıradan çıxmış avtoxton dillərin istifadə tezliyinin aşağı
olması, onların qrammatik-orfoqrafik cəhətdən kasadlığı və xüsusən də əcnəbi leksik-terminoloji
vahidləri assimilyasiya etmək qabiliyyətinin zəifliyi ilə əlaqədar olmuşdur. Məhz Azərbaycan
dilinin bu cəhətdən ərəb dilinə müqavimət göstərməsi həm də həmin dildə danışan tayfaların
sıradan çıxmasının qarşısını alan ən qüııətli faktorlardan biri olmuşdur.
Beləliklə, xalqımızın tarixində 1920-ci illər milli özünüdərkin keyfiyyət etibarilə yeni
mərhələsi hesab edilir. Milli mənlik şüurunun formalaşmasında ölkədə milli burjuaziyanın
yetişməsi, kapitalist münasibətlərinin inkişafı, onun ideyalarının yayılması, nəhayət, etnomədəni
mərkəz kimi Bakının mövqeyi yüksəlir.
Azərbaycan dili imlası 1920-ci illərdə praktik səciyyə daşıyırdı. Bu illərdə imla həm milli
sözlərimizi (dialekt tələffüzü), həm də alınma sözlərin orfoqrafiyasını əhatə edir. Alınma sözlərin
imlası ətrafında gedən «danışıqlar»da problemin həlli üçün iki yol müəyyənləşdirilir: 1) sözü mənbə
dildəki formasında yazmaq; 2) xalq tələffüz formasında (əsasən, ahəng qanununa tabe edilmiş
biçimdə) yazmaq.
Əlbəttə, imla pərakəndə idi. Ərəb və fars sözlərinin imlasının yaratdığı çoxvariantlılıq latın
əlifbasına keçid ərəfəsində də aydın hiss edilir; Avropa mənşəli alınmalar dilimizə sürətlə keçirdi;
milli dilin genişlənməsi müxtəlif mənşəli alınma sözlərin milli orfoqrafiyaya tabe edilməsini,
Azərbaycan dilinə uyğunlaşmasını israr edirdi. İmla hərc-mərcliyini yazarlar ərəb əlifbasının türk
dili üçün yararlı olmamasında görür və bunu məqbul sayanlar da tapılırdı. Bu həmin dövrdə eyni
sözün bir neçə variantının meydana çıxmasına şərait yaradırdı. Variantlıq söz sonunda (baq-bax,
çoq-çox, ürək-ürəg və s.) ən çox özünü göstərir. Çoxvariantlıq qeyri-sabitliklə təzahür olunur.
Getdikcə, zaman keçdikcə variantlılıq minimuma enir, norma stabilləşir. Sonradan norma
səviyyəsinə yüksələn və hüquq qazanan səslərin (k, x) funksional mövqeyi güclənir.
ƏDƏBİYYAT
1.Hacıyev T.İ. Azərbaycan ədəbi dilinin tarixi. II hissə, Bakı, «Elm», 2012.
2. Hüseynzadə Ə. Yazımız, dilimiz, ikinci ilimiz. – «Tərəqqi», 1909, № 31, 32
3. Ağamalıoğlu S. Bizim yolumuz hansı yanadır? Tiflis, YTƏK nəşri, 1924; Jüze V. Türk
millətinin tarixi səhnəyə il çıxışı. «Maarif və mədəniyyət», 1924, № 7-9; 1925, № 1; Агазаде Ф.
История возникновения и проникновения в жинь идеи нового Тюркского алфавита в АССР.
С 1922 по 1925 год. Баку, Изд. КНТА, 1926)
4.K.Marks, F.Engels. Əsərləri, III c., 1930
5.Qacarlı C. XX əsrin 20-30-cu illərində dil məsələləri. Dil və Ədəbiyyat. Beynəlxalq
elmi-nəzəri jurnal. 4 (52), Bakı, 2006, s.52-54)
6.Adilov Məmməd. Azərbaycan paleoqrafiyası və tarixi orfoqrafiya məsələləri. Bakı,
«Nurlan», 2002
7.Xudiyev N. Azərbaycan ədəbi dili tarixi. Bakı, «Maarif» nəşriyyatı, 1995
8.Köçərli F.B. Azərbaycan ƏDƏBİYYATı. 2 cilddə, I cild, Bakı, Elm, 1978, 1981
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
269
9.Древней Восток и мировая культура. М.: Наука, 1981
10. Azərbaycan ədəbi dili tarixi. (Sovet dövrü). III, Bakı, «Elm» nəşriyyatı, 1982
11.Mirzəzadə H. Azərbaycan dilinin tarii qrammatikası. Bakı, Azərbaycan Universiteti
Nəşriyyatı, 1990
In the 1920 s, Azerbaijani language spelling
Summary
The article 1920 years, the socio-historical conditions of literary language, language
picture, especially spelling problems are studied. Spell of the causes of the problems and eliminate
them, argues spelling exercises sort of instability is created.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
270
BÖLMƏ 3
TÜRK DİLLƏRİNİN TARİXİ: ORTAQ KÖKLƏR VƏ ƏNƏNƏLƏR
Ahmet Bican Ercilasun, fil.ü.e.d., prof.
Qazi Universiteti
OĞUZNÂME HAKKINDA
Oğuznâme kelimesini ilk defa kullanan, Mısırlı Türk tarihçi Ebûbekir bin Abdullah bin
Aybek –ed-Devâdârî’dir. Ebûbekir, 1310 yılında yazdığı Dürerü’t-Ticân ve Gureru Tevârîhi’l-
Ezmân adlı Arapça eserinde “Muahhar Türklerin de saygı gösterdikleri ve aralarında elden ele
dolaştırdıkları Oğuznâme adında bir kitapları vardır.” diyerek eserinin 202a varağının 17. satırında
Oğuznâme kelimesini ilk defa kullanmış olur. Ancak yazmada nâme kelimesi nun-elif-mim-he ile
değil nun-mim-elif ile yazılmıştır.
Ebûbekir Türklere ait iki ayrı eserden bahseder: Ulu Han Ata Bitigçi ve Oğuznâme. Ancak
bazı araştırıcılar Ulu Han Ata Bitigçi’yi de Oğuznâme zannetmişlerdir. Öncelikle bu ciddi hatayı
düzeltmek için Ebûbekir’deki ilgili kısmın, son olarak Kâzım Yaşar Kopraman tarafından yapılan
tercümesini aşağıda veriyorum:
“Dedim: Burada, bu kavmin [Tatarların] ortaya çıkışının başlangıcı ve ilk faaliyetleri
hakkında bilgi vereceğiz. Bu bilgiler, onların kendi dillerinde Ulu Han Ata Bitikçi -Arapça
tercümesi ve anlamı: Kitâb el-Melik el-Eb elKebîr [Ulu Han Ata Kitabı]- diye adlandırdıkları
kitaptan, yaratılışlarının başlangıcı ve kim oldukları konusunda bize ulaşan bilgilerin bir özeti
olacaktır. Çünkü, temiz İslamŞeriatıonların yaratılışının başlangıcı hakkındaki bilgileri olduğu gibi
nakletmemize cevaz vermez. Bu kitap, Moğollar’ı ve Kıpçaklar’ı Eski Türkler’le [et-Türk el-
Evâ’il] akraba gösterir. Onlar bu kitaba çok değer verirler. Muahhar Türkler [et-Türk el-Uhar]’in
de saygı gösterdikleri ve aralarında elden ele dolaştırdıkları Oğuz-nâme adında bir kitapları vardır.”
(Kopraman 2009: 123).
Açıkça görüldüğü üzere Ebûbekir, Moğollar ile Kıpçakları eski Türklerle akraba gösteren
Ulu Han Ata Bitigçi’den bahsettikten sonra “Muahhar Türklerin de saygı gösterdikleri …
Oğuznâme adında bir kitapları vardır.” diyerek ikinci bir kitaptan söz etmektedir.
Ebûbekir’in kitabındaki bu bilgilerden bilim dünyasını ilk haberdar eden kişi Mısırlı Ahmed
Zeki Paşadır. 1912’de Atina’da yapılan 16. Müsteşrikler Kongresi’nde Fransızca bir bildiri sunan
Ahmed Zeki Paşa, ilgili kısmı çevirirken “Ulu Han Ata Belkeci…Moğolların ve en eski Türklerden
Kıpçakların mukaddes bir kitabıdır.” dedikten sonra “Diğer Türkler, ‘Oğuz Nâme’ isimli başka bir
an’ane kitabına sahiptir.” diyor (Ahmed Zeki 2008: 637)
1
.
Görüldüğü üzere Paşa’nın tercümesinde de Oğuznâme’nin “başka bir kitap” olduğu açıkça
belirtilmiştir.
Ulu Han Ata Bitigçi’yi ilk defa Oğuznâme kabul eden kişi Muallim Cevdet’tir. Yeni
Mecmua’nın Çanakkale Savaşı vesilesiyle 5-18 Mart 1915 tarihinde çıkan fevkalade nüshasında
Muallim Cevdet “Oğuznâme – Kitâb-ı Dede Korkut” başlıklı çok önemli bir makale yayımlar.
Oğuznâme adını kullanan çeşitli metinler hakkında son derece tafsilatlı bilgi veren Muallim Cevdet
Ulu Han Ata Bitigçi’nin Oğuznâme olduğundan emindir. O kadar emindir ki Cebrâil bin
Bahtişû’nun Farsçadan Arapçaya çevirdiği Ulu Han Ata Bitigçi’den bahsederken parantez içinde
“Oğuznâme” yazmaktadır: “Cebrâil bundan sonra eserin (Oğuzname’nin) muhteviyatını izah
ediyor.” (Ercilasun 2007: 540)
2
. Oysa Muallim Cevdet’in kendi yaptığı tercümede de iki farklı
1
Ahmed Zeki Paşanın bildirisi Archives Asiatiques, No. 7-8, s. 285-294, Avril 1912’de İstanbul’da yayımlanmış ve
Ferhat Tamir tarafından Fransızcadan Türkçeye çevrilmiştir. Yaptığımız alıntı Tamir tercümesindendir.
2
Muallim Cevdet’in Yakup Sarıkaya tarafından yeni harflere aktarılan makalesi, Ahmet B. Ercilasun’un “Muallim
Cevdet ve Oğuzname” başlıklı yazısı içinde bulunmaktadır.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) Dostları ilə paylaş: |