Mərkəzi hökümətlə razılaşdırmaqla Türkoloji Qurultayda Tatarıstan 10, Başqırdıstan 5, Dağıstan 6,
Krım tatarları 5 nəfərlik ayrıca nümayəndə heyəti ilə təmsil olunmuşdur.
Birinci Türkoloji Qurultaya rəsmi olaraq Azərbaycan hökuməti tərəfindən ölkələr üzrə dəvət
olunmuş ziyalılar aşağıdakılardan ibarət idilər:
Azərbaycan üzrə
Səmədağa Ağamalıoğlu, Fərhad Ağazadə, Ruhulla Axundov, Hənəf Zeynallı, Həbib
Cəbiyev, Mustafa Quliyev, Nikolay Aşmarin, Əziz Qubaydullin, Xalid Səid Xocayev, Bəkir
Çobanzadə, Cabbar Məmmədzadə, Zifeldt-Simumyaqi, Artur Rudolfoviç, Pənah Qasımov, Müseyib
İlyasov, Cəlil Məmmədzadə, Ayna Sultanova, Fərid Xurşid, Həmid Sultanov, Mirzə Davud
Hüseynov, Hüseyn Musayev, Əhməd Pepinov, İbrahim Rza Şəbüstəri, Həsən Musayev;
Türkiyədən
Əlibəy Hüseynzadə, Mehmet Fuad Körpülüzadə, Vitek Paul (alman), Yulius Messaroş
(macar);
Rusiya Federasiyası
Akademik Vasili Bartold, Sergey Malov, Aleksandr Miller, Aleksandr Samoyloviç, Feodor
Menzel (alman), Lev Şerbak, Aleksey Başkirov, İlya Borozdin, Solomon Veltman, Anatoli Çenko,
Lev Jirixov, Sergey Oldenburq, Nikolay Poppe, Sergey Rudenko, Vsevolod Tomoşevskiy,
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
9
Konstantin Yudaxin, Nikolay Yakovlev, Rauf Sabirov, Şamil Usmanov, Qani İtamişev, İbrakim
Yumankulov; Qaraçaylardan: Umar Aliyev, Abdulkərəm Xubiyev, Nana tokov; Yakutiyadan:
İsidar Baraxov, Anempodist Satronov, Aleksey İvanov; Başqırd: Çuvaş Pamel İvanov, Xakas
Nikolay Ratanov, Rulayev; Ukraynalı: Aqafangil Krımski; türkmən Beşim Külbeşirov, İnquş
Zaurbek Malsatov, Rostovdan: Cahangir Nacıyev, Votyak İosif Naqovitsin, çeçen: Xalid Oşayev,
yəhudi: Mixail Pavloviç, çuvaş: Mixail Petron, oryot: Aleksey Savaşkin, adigey Səfərbəy Siyuxov,
Leninqraddan Abdulla Tağızadə, balkar İbrahim Usbayev, Tsey Davud Xatiroviç, noqay
Əbdülhəmid Canibekov, avar Əbdüllətif Şamxalov, Tatarıstandan: Qaley Əbdürrəhimov, İbad
Alnarov, Səttar Arifullin, Sabah Alnaqubov, Sibqat Qafurov, Qalimcan İbrahimov, Qayaz
Maqsudov, Qəbdürrəxman Sədi, Şərəf Alimcan, İ.Lemanov; Başkırdıstandan: Qabdiləhəl
Vilqadonov, Həbibbulla Qabibov, Kərim İdelqujin, Sadiq Miryasov, Zakir Zakirov, Dağıstandan:
İbrahim Əliyev, Qalıncan Ayyupov, Şevgi Bekturə, Cəlaləddin Qorxmazov, Kərim Mamedbekov,
Edhem Feyzi, Krımdan: Həbibulla Odabaş, Həsən Səbri Odabaş, Hüseyn Akçokraklı, Yaqub
Kamal;
Almaniyadan
Elmlər doktoru Radebold Valter;
Qazaxıstandan
Əhməd Baytursunov, Lides Omarov, Əziz Bayseyidullin, Bilal Suleyev,
Özbəkistandan
1.Əbducabbar Əbducabbarov, Mixail Qavrilov, Aşurəli Zahiri, Meşriq İlbek, Rəhim
İnoqarnov, Bikcan Rəhmanov, Sadri İsmail, Mecid Usmanov, Neymət Həkimov, Qazi Yunusov,
Rəhimi Şakircan;
Türkmənistandan
Bekki Berdıyev, Məhəmməd Qəldiyev, Həşim Perenqliyev, Bazarkul Daniyarov;
Gürcüstandan
Bassariya Simon, Hikmət Cövdətzadə, Rzaqulu Nəcəfov, Aleksandr Tibilov, Nikolay
Roqdayev, Şərif Manafov;
Ermənistandan
Bala Əfəndiyev, Raciya Açaryan.
Müşahidələr göstərir və mənbələr təsdiq edir ki, Azərbaycandan Birinci Türkoloji Qurultaya
rəsmi siyahıya daxil edilməyən, müəyyən təkliflər əsasında dəvət olunan tanınmış ziyalılar, elm
adamları və yazıçılar da olmuşdur. Məsələn, görkəmli Azərbaycan şairi və damaturqu Hüseyn
Cavid, tanınmış tədqiqatçılardan Vəli Xuluflu, Salman Mümtaz, İsmayıl Hikmət, Əli Nazim, Əmin
Abid və başqaları da Birinci Türkoloji Qurultayda iştirak etmişlər. Hazırda Azərbaycan Milli
Elmlər Akademiyası Rəyasət Heyətinin yerləşdiyi binanın üçüncü mərtəbəsində keçirilmiş böyük
akt zalında keçirilmiş Birinci Türkoloji Qurultayda Azərbaycan ziyalıları geniş tərkibdə təmsil
edilmişdir. Bizdə olan məlumata görə «Molla Nəsrəddin» jurnalının redaktoru, böyük demokrat
yazıçı Cəlil Məmmədquluzadə də Türkoloji Qurultayın iştirakçıları sırasında olmuşdur. Birinci
Türkoloji Qurultaya aid foto şəkillərdən Abdulla Şaiqi və Əziz Şərifi də tanımaq mümkün olur. Bu
böyük elmi forumun Azərbaycandan olan təmsilçilərinin, rəsmi və qeyri-rəsmi çəkildə iştirak
edənlərin tam siyahısını müəyyən etmək qarşıda duran vəzifələrdən biridir. Bu, Azərbaycanda
türkologiya elminə olan marağı ifadə etməklə bərabər, həm də XX əsrin əvvəllərində Azərbaycan
ziyalılığının inkişaf səviyyəsini aydın şəkildə təsəvvür etmək baxamandan da əhəmiyyətlidir.
Birinci Türkoloji Qurultayın Bakıda keçirilməsi Azərbaycanın həmin dövr üçün geniş mənada
türkologiyanın əsas mərkəzlərindən biri olduğunu göstərir. Bundan əvvəl, 1920-ci ildə Şərq xalq-
larının Birinci Qurultayı da Bakıda keçirilmiş, həmin mötəbər tədbir nəticəsində Azərbaycanın türk-
müsəlman dünyasında əhəmiyyətli mövqeyi və böyük intellektual potensialı diqqəti cəlb etmişdir.
Azərbaycan ziyalılarının Şərq xalqlarının Qurultayında və Birinci Türkoloji Qurultayda yaxından və
fəal iştirakı ölkəmizdə yalnız dilçilik mənasında deyil, ədəbiyyat, tarix, mədəniyyət, folklor, etnoq-
rafiya və maarifçilik miqyasında böyük elmi və yaradıcı qüvvələrin yetişib formalaşdığını nümayiş
etdirir. Digər ölkələrdən olan təmsilçilərin əhəmiyyətli fikirləri və təkliflərinin əhəmiyyətini heç də
azaltmadan qeyd etmək lazım gəlir ki, Azərbaycan nümayəndələrinin qaldırdıqları məsələlər, irəli
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
10
sürdükləri ideyalar hər iki qurultayın ana xəttinin, əsas istiqamətlərinin müəyyən edilməsində
mühüm rol oynamışdır. Eyni zamanda, Azərbaycanın elm, ədəbiyyat və mədəniyyət xadimlərinin
türk-müsəlman dünyasının, şərqşünaslıq və türkologiya elminin görkəmli nümayəndələri ilə təması,
əlaqələri baxımından da Şərq xalqlarının Qurultayı və Birinci Türkoloji Qurultay mühüm əhəmiyyət
kəsb edir. Ümumilikdə isə Birinci Türkoloji Qurultay türk dünyasında elmi-mədəni inteqrasiya ilə
yanaşı, beynəlxalq miqyasda türkologiyanın inkişafına da qüvvətli təsir göstərmişdir. Türkolo-
giyanın yüksək inkişafı və türk dünyasında başlanan güclü inteqrasiya prosesləri qurultaydan sonra-
kı yeni türkoloji axını formalaşdırmışdır. Bu yeni dalğa dünyada XIX əsrdən başlanan və XX əsrin
əvvəllərində sürətlə dərinləşən milli-mənəvi özünüdərk və mədəni inteqrasiya proseslərinin türko-
loji mühitdəki əks-sədası idi. Sağlam milli və elmi əsaslara malik olan həmin axının ideyasında hər
hansı qarşıdurma, çəkişmə, ixtilaf, inkarçılıq meyli yox idi. Əksinə, Birinci Türkoloji Qurultay
geniş mənada türkologiyanın dünya elmi fikrinin üzvü tərkib hissəsi olduğunu göstərmişdir. Türk
mənşəli xalqların nümayəndələrindən başqa, Qurultayda rus, alman, macar, gürcü, yəhudi, abxaz,
çərgəz və başqa xalqlarının nümayəndələrinin də təmsili olunması Qurultayın ümumiyyətlə böyük
elmi hadisə olduğunu bir daha təsdiq edir. Iştirakçıların əhatə etdiyi coğrafiyanın genişliyi
beynəlxalq miqyasda türkologiyaya olan marağın miqyasını təsəvvür etməyə imkan verir.
Ayrı-ayrı ölkələrdən gəlmiş tanınmış nümayəndələrin, görkəmli alimlərin Birinci Bakı
Türkoloji Qurultayında aşağıdakı mövzularda məruzələri dinlənilmişdir:
1.«Müasir vəziyyət və türk xalqları tarixinin araşdırılmasının ən yaxın vəzifələri» (akademik
Bartold); 2. «Tatar mədəniyyəti sahəsində ən yeni kəşflər» (Borozdin); 3.«Türk-tatar xalqlarında
tarixi ədəbiyyatın inkişafı» (Qubaydullin); 4.«Türk tayfalarının etnoqrafik tədqiqinin müasir
vəziyyəti və ən yaxın vəzifələri» (Rudenko); 5.«Anadolu və Balkan türklərinin etnoqrafiyasının
tədqiqinin müasir vəziyyəti və ən yaxın vəzifələri» (Messaroş), 6. «Qafqaz türklərinin etnoqrafik
tədqiqinin ən yaxın vəzifələri» (Çursin); 7.«Türk xalqlarının təsviri sənəti haqqında» (Miller);
8.«Türk ləhcələrinin yaxın qohumluğu haqqında» (B. Çobanzadə); 9. «Altay dillərinin qarşılıqlı
qohumluğu məsələlərinin tarixi və müasir vəziyyəti» (Poppe); 10. «Türk dillərinin Yafəs dillərə
münasibəti haqqında» (Genko); 11.«Türk dillərinin tədqiqinin müasir vəziyyəti və ən yaxın
vəzifələri» (Samoyloviç); 12.«Qədim türk dillərinin tədqiqi» (Malov); 13.«Türkologiyanın keçmişi
və onun hazırkı vəziyyəti haqqında bəzi məlumatlar» (Aşmarin); 14.«Türk və erməni dillərinin
qarşılıqlı təsiri» (R.Açaryan); 15.«Orfoqrafiyanın əsas prinsipləri və onların sosial əhəmiyyəti»
(Şerbak); 16.«Türk dillərində elmi terminologiyanın yaranması prinsipləri haqqında» (Zifeldt);
17.«Elmi terminologiya sistemi haqqında» (B. Çobanzadə); 18.«Türk dilləri üzrə elmi
terminologiya sistemi haqqında» (Hənəfi Zeynallı); 19.«Əlifba məsələləri türk millətlərinin
varlığının sosial və mədəni şəraiti ilə əlaqədə və yazı sisteminin müəyyənləşdirilməsi proqramı»
(Yakovlev); 20.«Əlifbanın texniki baxımdan quruluşunun əsasları» (Jirkov); 21.«Ərəb və latın şrift
sistemləri və onların türk-tatar xalqları üçün tətbiqi məsələləri» (Alimcan Şərif); 22.«Türk
xalqlarında ədəbi dilin inkişafı» (Fuad Köprülüzadə); 23.«Doğma dilin tədrisi metodikasında ən
yeni cərəyanlar» (Şerbak); 24.«Türk dillərinin tədrisi metodikasının əsasları» (Lemanov); 25.«Türk
xalqları arasında diyarşünaslıq işinin xüsusiyyətləri» (Oldenburq), 26.«Anadolu-Balkan türkləri
ədəbiyyatının araşdırılmasının nəticələri və perspektivləri» (F.F.Menzel); 27.«Oktyabr inqilabından
sonra türk-tatar xalqlarının mədəni nailiyyətləri» (Pavloviç); 28.«Türk dilində imla qaydaları»
(Fərhad Ağazadə); 29.«Qərbin iki dastanında türk» (Əli bəy Hüseynzadə) və s.
Türkoloji Qurultayda dinlərin məruzələr elmi cəhətdən yüksək nəzəri səviyyəsi və aktuallığı
ilə səciyyələnir. Məruzələrin heç birində kəskin millətçi, şovinist baxışlara yol verilməmişdir. Lakin
məruzələrdə ortaq köklərə malik olan elmi-mədəni inteqrasiya baxımından qohum xalqların vahid
amanlı dərin milli-mənəvi dəyərləri əks etdirilmişdir. Bu isə, türk dünyasının, son nəticədə isə
dünya elm və mədəniyyətinin daha da zənginləşməsinə, inkişafına xidmət edirdi. Buna baxmayaraq,
hakim sovet ideologiyasının prinsiplərinə uyğun gəlmədiyi üçün həmin türkoloji elmi axın Sovetlər
İttifaqının ictimai-siyasi mühitində böyük vahimə və şübhə ilə qarşılanmış, ağır repressiyalara
səbəb olmuşdur. Əslində, yeni böyük sivilizasiyanın yaranmasına təkanverəcək bu prosesə hakim
ideologiya pantürkizm, nanislamist baxımından yanaşaraq, sağlam düşüncəni arxa plana
keçirmişdir. Ona görə də, milli-mənəvi yaxınlığın və birliyin yarada biləcəyi bütövlüyə ümumi
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
11
mədəni inkişafın bir parçası səviyyəsində yox, mövcud ideoloji meyarların tərs mütənasibi kimi
baxılmışdır. Bunun nəticəsidir ki, Birinci Türkoloji Qurultayın demək olar ki, Sovetlər İttifaqından
olan bütün əsas iştirakçıları ciddi təqiblərlə üzləşmiş, həbs cəzasına məhkum olunmuş, sürgünə
göndərilmiş, ölüm hökmünün qurbanı olmuşlar. Beləliklə, ümumtürk coğrafiyasını əhatə edən
Böyük Çöl landşaftı mədəniyyət, ortaq dəyərlər və elm baxımından sanki dünyadan qoparılmış,
bütövlük və harmoniya pozulmuşdur. Lakin nə qədər çətin olsa da, Birinci Türkoloji Qurultayın
ideyaları, çağırışları yaşamış, sonrakı dövrlərdə milli-mənəvi dəyərlərin, milli mədəniyyətlərin və
ədəbiyyatın inkişafında, elmi-mədəni inteqrasiyanın formalaşmasında mühüm rol oynamışdır.
Qurultayda qaldırılan latın əlifbasına keçid məsələsi XX əsrin əvvəllərində Azərbaycanda və
Türkiyədə tətbiq olunmuşdur. Sonradan Sovetlər İttifaqı daxilində bu proses dayandırılsa və fərqli
kiril əlifbası ilə əvəz olunsa da, müstəqillik epoxasında latın əlifbası ideyası yenidən
dirçəldilmişdir. Hazırda Azərbaycanda, Türkiyədə, Özbəkistanda və Türkmənistanda rəsmi olaraq
latın əlifbasından istifadə olunur. Qazaxıstan isə latın əlifbasına keçmək haqqında qərar qəbul
etmişdir. Görkəmli dövlət xadimi Heydər Əliyevin 1 avqust 2001-ci il tarixli xüsusi fərmanı ilə
Azərbaycanda latın əlifbasına tam keçidin təmin edilməsi Birinci Türkoloji Qurultayın ideyalarının
müstəqillik qazanmış ölkəmiz üçün nə qədər aktuallıq qazandığını və müasirlik baxımından
əhəmiyyət kəsb etdiyini nümayiş etdirir. Eyni zamanda, 3 oktyabr 2009-cu ildə Naxçıvan
Sammitində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması və səmərəli fəaliyyəti də yeni
tarixi epoxada Birinci Türkoloji Qurultayın ideyalarının işığında meydana çıxan mühüm tarixi
hadisə olub türk xalqları coğrafiyasında elmi-mədəni inteqrasiyanın inkişaf etdirilməsində mühüm
hadisəyə çevrilmişdir. Beynəlxalq Türk Akademiyasının dilçilik, ədəbiyyat, arxeologiya və
folklorşünaslıq baxımından apardığı çoxaspektli işlər, həyata keçirdiyi əhəmiyyətli layihələr türk
xalqlarının daha da yaxınlaşmasına ümumdünya elmi-mədəni proseslərində aktiv iştirakında şərait
yaradır. Beynəlxalq Türk Akademiyasının layihəsi kimi türkdilli ölkələrin orta ümumtəhsil
məktəblərində tədris olunmaq üçün qəbul edilmiş «Ortaq türk tarixi» dərsliyinin nəşr edilməsi və
istifadəsinə start verilməsi, «Ortaq türk ədəbiyyatı» və «Ortaq türk coğrafiyası” dərsliklərinin
hazırlanmasına başlanılması da yeni tarixi epoxada müasir türkologiyanın mühüm nailiyyətlərindən
sayılmağa layiq hadisədir. Keçmiş Sovetlər İttifaqı dövründən «Sovetskaya türkologiya» adı ilə
Bakıda çap edilmiş elmi jurnalın müstəqillik illərində daha geniş elmi istiqamətləri əhatə etməklə
yüksək poliqrafik səviyyədə “Türkologiya” adı ilə nəşr edilərək beynəlxalq aləmdə və türk
dünyasında yayılması Azərbaycanın əsas türkoloji mərkəzlərdən biri olduğunu nümayiş etdirir.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının ardıcıl və məqsədyönlü fəaliyyətinin davamı olaraq
Azərbaycanda – Bakıda Mədəni irs fondunun işə başlanması müasir şəraitdə ortaq mədəniyyətlərin
birgə inkişaf etdirilməsinə daha bir imkan yaradır. Eyni zamanda, 29 iyun 2015-ci ildən türk
dünyasının Elmlər Akademiyaları Assosiasiasının fəaliyyət göstərməsi ilə elm sahəsində ortaq
tədqiqatların, birgə ekspedisiyaların, müştərək konfransların təşkilinə və həyata keçirilməsi
prosesləri ardıcıl xarakter almışdır. Bütün bunlarla bərabər, Türk xalqları üçün ortaq latın
əlifbasının müəyyən edilib qəbul olunması və vahid terminologiyanın formalaşdırılması qarşıda
duran əsas vəzifələrdən biridir. Türk xalqlarının elmi mühitini əhatə edən xüsusi bir impakt faktorlu
elmi jurnalın təsis edilməsi də müasir mərhələdə türkologiyanın inkişafında yeni dalğa yarada bilər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 90 illik
yubileyinin keçirilməsi haqqında” 18 fevral 2016-cı il tarixli Sərəncamı böyük tarixi hadisə olan
Birinci Türkoloji Qurultayın dərslərini müstəqillik dövrü epoxasının işığında müasirlik baxımından
bir daha yenidən tədqiq edib ümumiləşdirməyə, ictimai və elmi cəhətdən qiymətləndirməyə və
nəticələr çıxarmağa, yeni inkişafa nail olmağa, müasir vəzifələri müəyyənləşdirməyə böyük meydan
açır. Mühüm tarixi əhəmiyyətə malik olan Sərəncamda deyildiyi kimi, “XX yüzilliyin sonlarına
doğru... dövlət müstəqilliyini bərpa etməsi ilə... Türkoloji Qurultay tərəfindən vaxtilə irəli sürülmüş
tövsiyələrin müasir şəraitdə uğurla həyata keçirilməsi üçün əlverişli zəmin yarandı. Bir əsr boyunca
üçüncü dəfə dəyişdirilməyə məruz qaldıqdan sonra latın qrafikalı yeni əlifbaya keçildi və ictimai-
siyasi həyatın, yazı mədəniyyəti tarixinin taleyüklü məsələlərinin həlli istiqamətində mühüm
addımlar atıldı.”
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
12
Ümumiyyətlə, bütün dövrlərdə Azərbaycanda elm və mədəniyyət inkişaf etmiş, elmi-ədəbi və
mədəni əlaqələr istiqamətində mühüm addımlar atılmışdır. XX əsr ölkəmizdə humanitar düşüncənin
və mədəniyyətin inkişaf etdirilməsi baxımından xüsusi mərhələyə çevrilmişdir. Xüsusən,
Azərbaycana böyük öndər Heydər Əliyevin rəhbərlik etdiyi dövrdə Azərbaycanın elmi, ədəbiyyatı
və mədəniyyəti özünün «qızıl dövrü»nü yaşamışdır. Məhz ümummilli lider Heydər Əliyevin böyük
iradəsi və uzaqgörənliyi sayəsində hələ 1978-ci ildə Azərbaycan dilinin ölkəmizin
Konstitusiyasında dövlət dili kimi əks etdirilməsi böyük ictimai-siyasi hadisədir. XX əsrin
yetmişinci illərində «Müasir Azərbaycan dili» adlı çoxcildlik dərsliyə görə görkəmli dilçi alimlərin:
Muxtar Hüseynzadə, Əlövsət Abdullayev, Yusif Seyidov və Ağaməli Həsənovun respublika Dövlət
Mükafatına layiq görülmələri geniş mənada anna dilinə, həmçinin dilçilik elminin inkişafına dövlət
səviyyəsində göstərilən qayğısının əməli ifadəsi idi. Bu zəmində Azərbaycanda mükəmməl
türkologiya məktəbi yaranmış və böyük elmi ənənələr formalaşmışdır. Müstəqillik illərində
Azərbaycan Respublikasında dilçilik elmi ilə yanaşı, geniş mənada türkoloji elmlər sitseminə daxil
olan ədəbiyyatşünaslıq, etnoqrafiya, sənətşünaslıq, folklorşünaslıq elmləri də inkişaf etdirilmiş,
elmi-mədəni inteqrasiya istiqamətində əsaslı tədbirlər həyata keçirilmiş, mühüm nəticələr əldə
olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 fevral 2016-cı il tarixli
sərəncamı ilə Birinci Türkoloji Qurultayın 90 illik yubileyi tədbirlərinin Türkiyədə, Macarıstanda,
Qazaxıstanda, Tatarıstanda da keçirilməsi elmi-mədəni inteqrasiya proseslərinin daha da inkişaf
etdirilməsində ölkəmizin xüsusi rola malik olduğunu nümayiş etdirir.
Müstəqillik illərində Azərbaycan Respublikasının türkdilli dövlətlərlə, türk xalqları ilə geniş
və hərtərəfli əlaqələr qurması və inteqrasiya proseslərində yaxından və fəal iştirak etməsi türk
dünyasında birlik və əməkdaşlığın inkişaf edib möhkəmləndirilməsinə sanballı töhfələr verir.
Ümumiyyətlə, Birinci Türkoloji Qurultayın 90 illiyinin yüksək səviyyədə qeyd olunması və
keçilmiş yolun, elmi ənənələrin araşdırılıb öyrənilməsi, müasir vəzifələrin müəyyən edilməsi
Azərbaycanda və türk dünyasında, ümumən beynəlxalq aləmdə ictimai və humanitar elmlərin, o
cümlədən türkoloji elmlər sisteminin bütün yönləri ilə inkişaf etdirilməsinə işıq salır. Bu böyük
elmi-mədəni hadisənin tarixi dərsləri mədəniyyətlərin dialoquna, qarşılıqlı münasibətlərin və
əməkdaşlığın daha da genişlənməsinə böyük imkanlar yaradır. Bu isə öz növbəsində həm də dünya
elminin daha da zənginləşdirilməsi, beynəlxalq miqyasda inteqrasiya proseslərinin yeni hədəflərə
doğru inkişaf etdirilməsi istiqamətində atılan yeni addımların meydana çıxması, böyük üfüqlərin
açılması deməkdir.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
13
Şükrü Halûk Akalın, Prof. Dr.
BİRİNCİ TÜRKOLOJİ KURULTAYI’NIN 90. YILINDA
TERİM ÇALIŞMALARININ BUGÜNKÜ DURUMU VE GELECEĞİ
Giriş
Günümüzden doksan yıl önce Bakü’de toplanan Birinci Türkoloji Kurultayı, Türkoloji
araştırmalarının tarihinde önemli bir dönüm noktası olmuştur. Kuşkusuz bu Kurultay’ın aldığı en
önemli karar Türk dünyasında ortak bir alfabe kullanılmasıdır. Kurultay’da günlerce süren
tartışmalardan sonra Latin alfabesinden alınan harflerden oluşan Birleştirilmiş Yeni Türk Elifbası 6
Mart 1926 günü yapılan on yedinci oturumda kabul edilmişti (Tutanaklar 2008: 444).
Birinci Bakü Türkoloji Kurultayı’nda Terim Tartışmaları
Kurultay’da alfabe ve yazı sorunundan sonra üzerinde durulan ikinci önemli konu ise terimler
idi. Kurultay’ın 2 Mart 1926 günü yapılan VIII. oturumunda Türk Dillerinde Bilim Terminolojisinin
Oluşum Esasları, Türk Dillerinde Bilim Terminoloji Sistemi, İlmî Terminoloji Sistemi, Türk
Dillerinde Terminoloji başlıklı bildiriler sunulmuş, aynı gün yapılan IX. oturumda ise bu tezler
tartışılmıştı. Türk yazı dillerinin bilim dili olarak gelişmesi ve yaygınlaşmasına yönelik son derece
ciddi, samimi düşüncelerin dile getirildiği bu oturumlarda Bekir Çobanzade, Zifeldt, Zeynallı,
Odabaşı, Maksudov bildirilerini sunmuşlar; Habitov, Suleyev, Manatov, Bektüre, İbrahimov
tartışmacı olarak IX. oturumda görüşlerini dile getirmişlerdi (Akalın 2016: 82).
Zifeldt, Türk Dillerinde Bilim Terminolojisinin Oluşum Esasları başlıklı konuşmasında
Rusçadan verdiği örneklerle dillerin gelişmesinde terimlerin önemi üzerinde dururken, Kırım’dan
Bekir Çobanzade, İlmî Terminoloji Sistemi başlıklı uzun konuşmasının sonunda Kazan, Osmanlı,
Azerbaycan aydınlarının ilmî metotlarının birbirine çok yakın olduğunu, ortak Çağatay-Osmanlı
temellerinde birbirine yaklaşmanın kolaylığını söyleyerek şu öneride bulunmuştu: Yerel komitelerin
çalışmalarını kaydedecek ilmî Türkoloji komitesi kurulmalı, Tataristan ve Azerbaycan’da aynı
zamanda Türkiye’de sözlükler şeklindeki hazır çalışmalar örnek alınmalı, yerel komitelerin
terminoloji çalışmaları birbirine bağlanmalı (Tutanaklar 2008: 245).
Zeynallı da konuşmasında terimler konusunu son derece ayrıntılı bir biçimde ele almış, bilim
dilinin sınırlarının çizilmesi gerektiğine dikkat çekmişti. Odabaşı, Baytursun, Suleyev, Manatov da
ortak terimler üzerine konuşan üyelerdi. Konuşmalarda yalnızca bilim terimleri değil dilin söz
varlığındaki sözcüklerdeki ortaklıklar da ele alınmıştı.
Tartışmaların sonunda terminoloji konusunda kararnamenin hazırlanması için Çobanzade’nin
başkanlığında Zifeldt, Zeynallı, Odabaşı, Geldiyev, Maksudov, Şakircan Rahimi, Ayupov ve
Saidi’den oluşan on bir kişilik bir komisyon oluşturulmuştu. Komisyonun hazırladığı Türk
Dillerinin İlmî Terminoloji Sistemi Hakkında rapor Kurultay’ın son günü olan 6 Mart 1926 günü
XVII. oturumda okunarak kabul edilmişti (Tutanaklar 2008: 462-463).
Birinci Bakü Türkoloji Kurultayı’nda Terimler Konusunda Alınan Kararlar
Birinci Türkoloji Kurultayı’nda Türk dillerinin terim çalışmalarındaki ilkeler şöyle
belirlenmişti:
Dostları ilə paylaş: |