istiqamətində AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda artıq müəyyən işlər görülmuşdur.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
24
Bunlardan əlavə “Ortaq Türk Terminologiyası”, “Ortaq türk ünsiyyət dili”, “Ortaq Türk əlifbası”,
“Ortaq Türk dili qrammatikası” kimi məsələlər qarşıda mühüm vəzifələr kimi durur.
I Bakı Türkoloji Qurultayının ən başlıca vəzifə və məramlarından, qayə və amallarından biri
ərəb əlifbasından latın əlifbasına keçmək olmuşdur. Bu ideal və arzunu türk dünyasında ilk dəfə
gerçəkləşdirən Azərbaycan olmuşdur. Azərbaycan hələ Sovetlər Birliyinin tərkibində olarkən keçən
əsrin 20-ci illərində latın əlifbasını rəsmən qəbul etmişdir. 1928-ci ildə Türkiyədə aparılan dil və
əlifba islahatları da Bakı Qurultayının birbaşa nəticəsi idi. Qeyd edək ki, sonralar Azərbaycanda
uzun müddət (1939-1993-cu illər) kiril əlifbasından istifadə olunmuşdur. Azərbaycan 1991-ci ildə
öz müstəqilliyini bərpa etdikdən sonra kiril əlifbasından latın əlifbasına keçmiş və bu iş Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyəti zamanı – 2001-ci ildə tam şəkildə başa
çatdırılmışdır. Latın əlifbasına keçidin ölkəmizin həyatında mühüm bir elmi-mədəni hadisə
olduğunu nəzərə alan Heydər Əliyev 9 avqust 2001-ci il tarixli fərmanı ilə hər il avqust ayının ilk
gününün Azərbaycan Respublikasında Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd
olunmasını rəsmiləşdirdi. Azərbaycandan sonra türkdilli müstəqil dövlətlərdən Özbəkistanda və
Türkmənistanda da latın əlifbası qəbul olundu. Hazırda Qazaxıstanda da bu sahədə müəyyən işlər
görülür, latın əlifbasına keçidin 2020-ci ildə həyata keçirilməsi planlaşdırılır. Bütün bu mühüm
tədbirlər I Bakı Türkoloji Qurultayının işıqlı və gələcəyə yönələn ideyalarının bu gün də yaşadığını
və böyük aktuallıq kəsb etdiyini sübut edir. Bu işdə Azərbaycan həmişə öndə getmiş və yenə də
bayraqdarıdır – öndədir.
First Turkological Congress: Challenges and Their Topicality
Summary
First Turkological Congress held in Baku in 1926 had very important role in cultural life,
integration of Turkic people in XX century. Such important decision as access to the Latin alphabet
of Turkic people lived in post-Soviet as well as holding ceremonies connected with their history,
literature, culture in future are accepted. Azerbaijan governing bodies and scientists had special
contribution in holding the conference and fulfilling the accepted decisions. Ideas of the First
Turkological Congress are still alive and topical. Present day, definite projects have been still
enforcing in this direction and Azerbaijan has very necessary duties on this topic.
Keywords: Congress, Azerbaijan, Turkological, Baku, alphabet
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
25
BÖLMƏ 1
I TÜRKOLİ QURULTAY: KEÇMİŞƏ VƏ GƏLƏCƏYƏ BAXIŞ
Gövhər Baxşəliyeva, AMEA-nın müxbir üzvü,
millət vəkili, AMEA akad. Z.M.Bünyadov
adına Şərqşünaslıq İnstitutunun direktoru
BİRİNCİ TÜRKOLOJİ QURULTAYIN QARŞIYA QOYDUĞU VƏZİFƏLƏR VƏ AMEA
AKADEMİK Z.M.BÜNYADOV ADINA ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNDA
TÜRKOLOGİYANIN İNKİŞAFI
Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Əliyevin 18 fevral 2016-cı ildə
imzaladığı Birinci Türkoloji Qurultayın 90 illiyinin yüksək səviyyədə və geniş miqyasda qeyd
olunması haqda xüsusi sərəncamı çərçivəsində keçirilən hazırkı konfrans türkologiya elminin
inkişafında çox önəmli hadisədir.
Məlumdur ki, qurultayda irili-xırdalı 19 məsələ ətrafında müzakirələr keçirilmiş, məruzələr
dinlənilmişdir. Qurultay iştirakçıları türk xalqları tarixinin öyrənilməsinin müasir durumu və yaxın
vəzifələri, türk xalqları mədəniyyət, dil və ədəbiyyatlarının tədqiqinin perspektivləri, türkoloji
mərkəzlərin vəziyyəti, təşkilati strukturu və qarşıdakı vəzifələri və sairə məsələlərə böyük diqqət
yetirdilər. Bütövlükdə Birinci Türkoloji Qurultay AR Prezidentinin sərəncamında deyildiyi kimi,
“Azərbaycanın türkoloji araşdırmaların nüfuzlu mərkəzlərindən biri kimi tanınması və türk xalqlarının
mədəni-mənəvi birliyinin nəzəri-elmi bünövrəsinin yaradılması ilə əlamətdardır”.
Birinci Türkoloji Qurultayın yaratdığı ənənələr, qarşıya qoyduğu vəzifələr şərqşünas
türkoloqlarımızın daim diqqət mərkəzində olmuşdur. Belə ki, 1958-ci ildə yaranan Şərqşünaslıq
İnstitutunda Türkiyənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafının ən mühüm məsələlərinin
elmi tədqiqi şərqşünas türkoloqlarımızın əsas tədqiqat istiqamətlərini təşkil etmişdir. Müasir
problemlərlə əsaslı sürətdə məşğul olan türkoloqlarımız kamalizm (atatürkçülük) təliminin, cümhuriyyət
dövrü türk cəmiyyətinin inkişafının bütün sahələrində dərin iz qoymuş respublikaçılıq, dünyəvilik
(laikizm), dövlətçilik (etatizm), xalqçılıq, millətçilik kimi təməl prinsipləri ilə bağlı problemlərin
öyrənilməsinə xüsusi diqqət yetirmiş, onların hərtərəfli işıqlandırılması işinə böyük əmək sərf etmişlər.
Tarix problemlərinə həsr olunmuş tədqiqatlar, istər orta əsrlər, istərsə də, yaxın tarixi keçmiş
və Türkiyə tarixinin ən yeni dövrünü əhatə etmişdir. Tarixçi alimlərimiz Türkiyədə milli-azadlıq
hərəkatı, Türkiyə Respublikasında dünyəvilik prinsipinin bərqərar edilməsi, millətçilik
ideologiyasının formalaşması, ictimai və bədii-estetik fikrin yaranması, maarif və mədəniyyətin
inkişafı, islam, müasir Türkiyədə müxtəlif ictimai-siyasi hərəkatlar problemlərinin öyrənilməsinə
xüsusi diqqət yetirmişlər.
Türkiyə inqilabı və milli-azadlıq hərəkatı mövzusu üzrə yerinə yetirilmiş və elmi ictimaiyyət
tərəfindən yüksək qiymətləndirilmiş tədqiqatlar içərisində, ilk növbədə, H.Əliyevin “Турция в
период правления младотурок (1908-1918)” (“Türkiyə gənc türklərin hakimiyyəti dövründə
(1908-1918)”) (Мoskva, “Наука”, 1972) adlı monoqrafiyası, Y.Bağırovun “Türk xalqının
imperialist işğalına və sultanlığa qarşı respublika uğrunda mübarizəsi (1917-1924-cü İillər)” adlı
tədqiqatı, habelə həmin müəllifin “Türkiyə Lozan konfransında” (Bakı, “Elm”, 1957) kitabı,
N.Əfəndiyevanın “Борьба турецкого народа против французских оккупантов на юге
Анатолии” (“Anadolunun cənubunda fransız işğalçılarına qarşı türk xalqının mübarizəsi”, Bakı,
“Elm”, 1966) adlı əsəri qeyd olunmalıdır. Türk xalqının antiimperialist mübarizəsi mövzusu
İ.Axundovun “Современная Турция: борьба против империализма” (“Müasir Türkiyə:
imperializm əleyhinə mübarizə”, Bakı, “Elm”, 1977) kitabında, “Müasir Türkiyədə tərəqqipərvər
qüvvələrin demokratiya və müstəqillik uğrunda mübarizəsi. 1945-1960-cı illər” tədqiqatında da
işıqlandırılmışdır. H.Əliyevin “Türkiyə birinci dünya müharibəsi dövründə” (Bakı, Azərb.SSR EA
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
26
nəşriyyatı, 1965) kitabında Osmanlı İmperiyasının tam iflası dövründə Türkiyədə daxili vəziyyət və
s. məsələlər tədqiq olunmuşdur.
XX əsrdə Türkiyənin ictimai-siyasi inkişafının ideoloji əsaslarının araşdırılması İnstitutun
mühüm elmi istiqamətlərindən biri olmuşdur. Kamalist dünyəvilik (laikizm) prinsipi, onun
mahiyyəti, Türkiyənin dövlət quruluşu, ictimai-siyasi və mədəni həyatının dünyəvi prinsiplər
əsasında yenidən qurulması, dünyəvilik və islam dəyərləri və s. problemlər türkoloq alimlərimiz
tərəfindən ciddi şəkildə və uğurla öyrənilmiş məsələlərdəndir. Laikizm mövzusunda institutda
xüsusi tədqiqatlar yerinə yetirilmişdir: Ş.Tacıbov. “Türkiyə Respublikasında laikizmin bərqərar
edilməsi” (1966), E.Həsənova. “Лаицизм и ислам в республиканской Турции” (“Cumhuriyyət
dövründə Türkiyədə dünyəvilik və islam”, Bakı, 2002). E.Həsənovanın gənc türklərin ilk ictimai-
siyasi mətbu orqanı olan “Türk yurdu” jurnalının materialları əsasında hazırladığı “Идеология
буржуазного национализма в Турции” (“Tükiyədə burjua millətçiliyi ideologiyası”, Bakı, “Elm”,
1966) əsərində Türkiyədə 1908-ci il gənc türklər inqilabı dövründə vüsət tapmış millətçilik cərəyanı
tədqiq edilmişdir. Türkiyənin ictimai-siyasi fikrində “islam sosializmi” ideyaları eyni müəllifin
1994-cü ildə nəşr etdirdiyi monoqrafiyasında («Идеи «исламского социализма» в общественно-
политической мысли Турции») ətraflı təhlil edilmişdir. 2006-cı ildə müəllifin “XX əsr
Türkiyəsində din və islam mistisizmi-təsəvvüf sosiologiyası (ideya mənbələri, əsas problemləri,
yeni meyllər)” kitabı nəşr olunur.
İnstitut əməkdaşları Türkiyə Respublikası ilə keçmiş SSRİ arasında münasibətlərin
öyrənilməsinə də xeyli əmək sərf etmişlər. Bu baxımdan Y.Bağırovun 1965-ci ildə çap olunmuş
Sovet-türk münasibətləri tarixindən” (1920-1922-ci illər) adlı əsəri diqqəti cəlb edir. Başlıca olaraq
Azərbaycan SSR materialları əsasında yazılmış bu kitab yeni Türkiyənin varlığının ilk çağlarında
Sovet-türk münasibətlərinin tərkib hissəsi kimi Azərbaycan-Türkiyə əlaqələrinin öyrənilməsi
sahəsində Sovet tarixşünaslığında edilmiş ilk uğurlu təşəbbüs olmuşdur.
Türkiyənin XX əsrdə xarici ölkələrlə siyasi-diplomatik münasibətləri, daxili siyasi vəziyyəti
və digər tarixi problemlərinə dair şöbədə yerinə yetirilmiş tədqiqatlar içərisində aşağıdakıları da
qeyd etmək olar: “30-cu illərdə Türkiyə Respublikasının daxili vəziyyəti” (M.Səidov), “İkinci
dünya müharibəsi illərində Türkiyə hökumətinin daxili siyasəti” (V.Hüseynov), “60-80-ci illərin
əvvəllərində Türkiyənin Yaxın və Orta Şərqdəki siyasətinin əsas istiqamətləri” (S.Məcidova), “ABŞ
və Türkiyə: Trumen doktrinasından Atlantik İttifaqına (1947-1952)” (A.Rəsizadə), “İnqilabdan
əvvəlki Azərbaycan dövri mətbuatında Türkiyəyə dair materialların qısa şərhli göstəricisi”
(Z.Sultanova) və digərləri.
İnstitutun türkoloq alimləri (H.Əliyev, İ.Əlibəyov, F.Şabanov) Moskvada “Nauka” nəşriyyatı
tərəfindən 1967-ci ildə nəşr edilmiş “Новейшая история Турции” (“Türkiyənin ən yeni tarixi”)
monoqrafiyasının hazırlanmasında fəal iştirak etmişlər. Türkiyə tarixinin müxtəlif məsələləri
şərqşünaslarımız tərəfindən hazırlanıb nəşr edilmiş “Türkiyənin tarixi məsələləri” toplusunda da
(Bakı, “Elm”, 1972) öz əksini tapmışdır. 1988-ci ildə alimlərimizin nəşr etdirdikləri “Müasir
Türkiyənin aktual problemləri” məqalələr toplusunda Türkiyənin siyasi, iqtisadi, sosial və mədəni
inkişafının bəzi mühüm aspektləri üzrə institutda aparılmış tədqiqatların nəticələri
işıqlandırılmışdır.
Müstəqillik illərində də şöbə əməkdaşları Yaxın Şərq bölgəsində yaranmış yeni vəziyyət və
Türkiyənin bu sahədə siyasəti ilə əlaqədar tədqiqatlara xüsusi diqqət yetirmişlər. Belə ki, Y.Məsimov
“Səddam rejimi devrildikdən sonra Şimali İraqda etnik münasibətlər və Türkiyənin siyasəti”,
A.Məhərrəmzadə “Türkiyə və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi” problemləri üzrə
maraqlı tədqiqat işləri aparmışlar. Türkiyə ilə Azərbaycanın tarixi əlaqələri sahəsində M.Quliyevin
“1918-ci ildə Qafqaz-islam ordusunun Naxçıvan əyalətində və Quba qəzasında xilaskarlıq missiyası”
mövzusunda son illərdə hazırladığı elmi araşdırması da əhəmiyyətli əsərdir.
İnstitutda yeni dövrdə Türkiyənin ictimai-siyasi inkişafı məsələlərinin hərtərəfli öyrənilməsi
sahəsində də xeyli iş görülmüşdür. Burada ilk növbədə F.Şabanovun “Государственный строй и
правовая система Турции в период Танзимата” (“Tənzimat dövründə Türkiyənin dövlət quruluşu
və hüquq sistemi”) (Баку, «Элм», 1967) adlı sanballı tədqiqatı qeyd olunmalıdır. Əsərdə sovet
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
27
şərqşünaslığında ilk dəfə olaraq XIX əsrin ortalarında Türkiyədə dövlət hakimiyyəti və idarə
sisteminin təşkili, tənzimatın hüquqi aktları və institutları hərtərəfli işıqlandırılmışdır.
Orta əsrlər Türkiyə tarixi məsələləri alimlərimizi daim maraqlandıran mövzulardandır. Bu
sahədə türkoloq tarixçilərimiz Səlcuq dövrü, bəyliklər dövrü və Osmanlı imperiyası dövrü Anadolu
tarixinin müxtəlif aspektlərinin öyrənilməsi sahəsində önəmli nəticələr əldə etmiş və bir sıra dəyərli
tədqiqat əsərləri hazırlamışdılar. Bu qəbildən olan əsərlər içərisində R.Hüseynovun “Suriyalı
Mixailin “Salnamə”si Ön Asiyada türklərin XI-XII əsrlər tarixinin öyrənilməsinin mənbəyi kimi”
və “Səlcuqlar Zaqafqaziyada”, H.Musayevin “İbn-Bibinin “Əl avamir əl-əlaiyyə fil umur əl-
əlaiyyə” əsəri Anadolu Səlcuqlarının tarixi üzrə mənbə kimi”, Ş.Mustafayevin “Ağqoyunludan
Osmanlı imperiyasına qədər Şərqi Anadolu” (Мoskva, “Наука”, 1994) (“Восточная Анатолия: от
Ак-Коюнлу к Османской империи”) və həmin müəllifin “Anadolunun türk mühitində etno-siyasi
proseslər (XI-XV yüzilliklər)” (Bakı, “Elm”, 2010) adlı tədqiqatları diqqəti cəlb edir.
Azərbaycanın və Cənubi Qafqazın sosial-iqtisadi tarixinin öyrənilməsi üçün mühüm mənbə
olaraq Osmanlı təhrir (vergi) dəftərlərinin xüsusi əhəmiyyəti var. Azərbaycan şərqşünaslıq elmində
bu istiqamətin başlanması, ilk növbədə, akademik Z.M.Bünyadovun adı ilə bağlıdır. Bu dəftərlərin
tədqiqi, tərcüməsi və nəşri son illərdə Şərqşünaslıq İnstitutunun əsas elmi istiqamətlərindən birinə
çevrilmişdir. Nəşr edilən mühüm mənbələrdən aşağıdakıların adlarını çəkmək lazımdır: “İrəvan
əyalətinin icmal dəftəri” (Hazırlayanlar akad. Z.Bünyadov və H.Məmmədov; Bakı, 1996),
“Naxçıvan sancağının müfəssəl dəftəri” (Hazırlayanlar akad. Z.Bünyadov və H.Məmmədov; Bakı,
1997), “Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri” (Hazırlayan H.Məmmədov; Bakı, 2000),
“1728-ci il Tiflis əyalətinin müfəssəl dəftəri (Borçalı və Qazax)” (Hazırlayan Ş.Mustafayev; Bakı,
2001), “Lori vilayətinin icmal dəftəri” (Hazırlayan Ş.Mustafayev; Bakı, 2004), “Ərdəbil livasının
müfəssəl dəftəri” (Hazırlayan E.Arıklı; Bakı, 2004). Hal-hazırda şöbənin mediyevistləri
Ş.Mustafayev, Y.Nəsirova, F.Məmmədova tərəfindən qeyd edilən istiqamətdə bir neçə Osmanlı
dəftəri üzərində iş davam edir.
Qarabağ tarixinə aid Osmanlı sənədlərinin tərcüməsi və nəşrə hazırlanması da mühüm elmi iş
olaraq Z.Vəliyeva tərəfindən aparılmaqdadır. Son illərdə C.Qasımovun Osmanlı imperiyasında
ictimai-siyasi islahatlar layihələri və M.Ənsərlinin dünya türkologiyasının mühüm simaları
mövzuları üzərində apardıqları tədqiqat işləri də təqdirə layiqdir. B.Bəşirovanın “Övliya Çələbinin
“Səyahətnamə” əsərinin tərcüməsi və tədqiqi”, M.Ənsərlinin “Ə.Zəki Vəlidi Toğan və Türkiyə
tarixşünaslığı” şərqşünaslıq elmimizdə müvafiq boşluqları doldurmaq məqsədini izləyir.
Türkiyə iqtisadiyyatının şərqşünas alimlərimiz tərəfindən əhatəli şəkildə tədqiq olunan
problemləri sırasında ilk öncə “etatizm” (dövlətçilik yaxud dövlət kapitalizmi) problemi qeyd
olunmalıdır. Türkiyənin təsərrüfatçılıq praktikasının başlıca xüsusiyyətlərindən birini təşkil edən
etatizm problemi institutda yerinə yetirilmiş bir neçə tədqiqat işinin obyekti olmuşdur. Bunlardan
İ.Əlibəyovun “Государственный капитализм в Турции” (Moskva, “Наука”, 1966) (“Türkiyədə
dövlət kapitalizmi”) adlı monoqrafiyasında Türkiyədə ictimai tərəqqinin müxtəlif mərhələlərində
dövlətçilik siyasətinin həyata keçirilməsinin forma və metodları, dövlət kapitalının banklar,
nəqliyyat və sənaye sahələrində fəaliyyəti, Türkiyənin sosial-iqtisadi inkişafında etatizmin rolu və s.
məsələlər ətraflı təhlil olunmuşdur.
İqtisadçı şərqşünas alimlərimiz Türkiyənin hakim siyasi partiyalarının iqtisadi platformaları
və iqtisadi siyasətinin öyrənilməsinə ciddi əhəmiyyət verirlər. Bu mövzu “Türkiyədə Cümhuriyyət
Xalq Partiyası hökumətinin iqtisadi siyasəti (1923-1939-cu illər)” (Ə.Şirinov), “1980-ci il dövlət
çevrilişdən sonra Türkiyə hökumətinin iqtisadi siyasəti” (B.Hacıyev), “Türkiyə Ədalət Partiyası
hökumətinin iqtisadi siyasəti (1965-1971)” (T.Qurbanov) adlı tədqiqatlarda öz əksini tapmışdır.
Türkiyə Respublikasının xarici iqtisadi əlaqələri, xüsusilə xarici ticarət və xarici ticarət
siyasəti, Türkiyənin sosialist ölkələri və başlıca olaraq SSRİ ilə iqtisadi və texniki əməkdaşlığı
məsələləri ətraflı öyrənilmişdir. Bu istiqamətdə aparılmış tədqiqatlar sırasında Ə.Bijenin “Türkiyə-
nin xarici ticarət siyasəti (1920-1980)”, (Bakı, “Elm”, 1987), “Sovet-Türkiyə iqtisadi münasibətləri
(1923-1939-cu illər)”, İ.Əlibəyovun “Sovet İttifaqının inkişaf etməkdə olan ölkələrlə iqtisadi-
texniki əməkdaşlığı” (Bakı, “Azərnəşr”, 1974) kitabları, K.Səmədovun “İkinci dünya mühari-
bəsindən sonra Türkiyənin xarici ticarəti və xarici ticarət siyasəti” araşdırmaları qeyd edilə bilər.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
28
Alimlərimiz müasir Türkiyənin iqtisadiyyatında xarici kapitalın fəaliyyəti ilə bağlı
məsələlərin öyrənilməsinə böyük maraq göstərirlər. Bu mövzuda iki sanballı tədqiqat hazırlanıb çap
olunmuşdur: H.Əliyev “Müasir Türkiyədə xarici kapital” (Bakı, Azərb.SSR EA nəşriyyatı, 1962) və
İ.Əlibəyov “Иностранный капитал в Турции” (Bakı, “Elm”, 2002) (“Türkiyədə xarici sərmayə”).
Türkiyənin iqtisadi inkişaf problemləri ilə əlaqədar elmi araşdırmalar son illərdə də davam
etdirilmişdir. Bu sahədə İ.Əlibəyovun “Türkiyə iqtisadiyyatının dövlət sektorunda bazar islahatları”,
A.Şimiyevanın “Müasir Türkiyənin xarici iqtisadi siyasəti (1980-ci ildən müasir dövrədək)”,
N.Məmmədovun “Müasir Türkiyənin neft problemi” adlı monoqrafik tədqiqatlarını qeyd etmək
lazımdır.
Ümumiyyətlə, türkoloqlarımızın son illərdəki araşdırmalarının tematikası müxtəlif mövzuları
əhatə edir. Bu sıraya Osmanlı dövründə Anadolunun tarixi inkişafı, Türkiyə, Azərbaycan və Orta
Asiya respublikaları arasındakı münasibətlər, Türkiyə və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ
münaqişəsi, iqtisadiyyatın dövlət tənzimlənməsinin Türkiyə təcrübəsi, Türkiyə iqtisadiyyatının
dövlət bölməsində bazar islahatları və sairə bu kimi problemlər daxildir.
İnstitutda aparılan tədqiqatlarda türk ədəbiyyatı tarixinin bir çox dövrləri və sahələrinə aid
araşdırmalar aparılmış, görülən işlərin ədəbi, elmi təhlili verilmişdir. Ədəbi və nəzəri tədqiqin
müxtəlif formalarından istifadə edərək aparılan araşdırmalarda Türkiyənin folkloru, klassik
ədəbiyyatı, əsasən, XIX-XX əsr mütərəqqi ideyalı şairlərinin, yazıçılarının həyatı, yaradıcılığı,
sənətkarlıq xüsusiyyətləri, ədəbi aləmdə gedən inkişaf prosesləri, ədəbi-tənqidi jurnalların
ədəbiyyatın tərəqqisinə göstərdiyi təsir, ədəbiyyatlarımız arasındakı əlaqələrin öyrənilməsi və s.
əsas tədqiqat obyekti olmuşdur. Namizədlik dissertasiyalarının mövzularının çoxunun XIX əsrdən
sonrakı dövrü əhatə etməsi, bu əsrdən başlayaraq türk ədəbiyyatında, xüsusilə türk nəsrində baş
verən yenilikləri, ictimai-siyasi, ədəbi prosesdəki inkişafı tədqiq etmək, aydınlaşdırmaq
zərurətindən irəli gəlirdi.
Aparılan tədqiqat işləri Türkiyənin özündə də böyük maraq doğuran, nəzəri cəhətdən araşdır-
maya ehtiyacı olan mövzulara həsr olunmuşdur. Ə.Əhmədovun Rəşad Nuri Güntəkinin roman-
larının təhlilinə, G.Quliyevanın II Dünya müharibəsindən sonra türk nəsrində kəndli məsələsinə,
V.Nasiboğlunun Orxan Xəncərlioğlunun yaradıcılığına, A.Abıyevin Ömər Seyfəddinin həyat və
yaradıcılığına, A.Qurbanovun Əbdülhaq Hamidin dramaturgiyasına, M.Gülmalıyevin «Sərvəti-
fünun» jurnalına, X.Quliyeva-Qafqazlının Qaracaoğlanın yaradıcılığına, Məhəmməd Hatəminin
sehrli türk nağıllarına, B.Osmanovanın Məlih Cövdət Anday yaradıcılığına, S.Qasımlının Haldun
Tanerin bədii nəsrinə, Ə.Nəhmədovun türk xalq teatrlarının tədqiqinə, Z.Haşımovun heca vəznində
yazıb-yaradan şairlərin yaradıcılığına həsr etdikləri namizədlik dissertasiya işləri istər
Azərbaycanda, istərsə də Türkiyədə öz aktuallığı ilə seçilən mövzularda yazılmışdır.
F.ü.e.d. A.Abıyev şöbədə çalışdığı illərdə Türkiyə ədəbiyyatının müxtəlif problemləri və
Azərbaycan-Türkiyə ədəbi əlaqələri məsələləri ilə mütəmadi məşğul olmuşdur. Ən çox “Türkiyə
teatrı və dramaturgiyası tarixi məsələləri”, “Milli hekayə və novellanın banisi Ömər Seyfəddinin
həyat yolu və yaradıcılığı”, “Türkiyə ədəbiyyatında satirik janrların inkişafı və Azərbaycan
Ədəbiyyatı ilə əlaqələri”, “İbrahim Şinasinin yaradıcılıq yolu” və s. mövzularda elmi əsərlər yazan
A.Abıyev “Türk ədəbiyyatında satira”, “Füzuli və Türkiyə poeziyası”, “Şəxs adları sözlüyü (I, II
kitab), “Türk şəxs adları (Türk mənşəli şəxs adları sözlüyü), “Türkiyə ədəbiyyatı tarixi” (I, II cild)
“Ziya Gökalp”, “Həsənoğlundan üzü bəri” və “Sərvətifünun” kitabların müəllifidir.
F.ü.f.d. X.Quliyeva-Qafqazlı türk aşıq Ədəbiyyatı üzərində tədqiqat aparır. Türk aşıq
ədəbiyyatının “altun dövrü” hesab olunan XVII əsrin görkəmli aşıqlarından Qaracaoğlan
yaradıcılığına həsr etdiyi namizədlik dissertasiya işi monoqrafiya halında çapdan çıxmışdır (Bakı,
“Qaracaoğlan”, 1985).
İnstitutda aparılan elmi tədqiqatlar arasında ədəbi əlaqələrlə bağlı mövzular da mühüm yer
tutur. Məhz bu mövzuda B.Osmanova ilə S.Qasımlının birgə hazırladıqları “XX əsrin 20-ci illərində
Azərbaycan mətbuatında Türk ədəbiyyatının tədqiqinə aid materiallar” adlı kitab nəşr olunmuşdur.
B.Osmanova, S.Qasımlı və E.Xəlilova 1998-2004-cü illər ərzində Əbül-Xeyr Ruminin XV əsrdə
yazıya alınmış “Saltuknamə” dastanının tərcüməsi üzərində işləmişlər. Üç cilddən ibarət dastan
2007-2008 illərdə çap olunmuşdur.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
29
B.Osmanova S.Qasımlı ilə birlikdə “1920-ci illər Azərbaycan mətbuatında Türkiyə
ədəbiyyatının tədqiqinə dair materiallar” kitabını nəşr etdirmişdir. Cari ildə isə B.Osmanovanın
Dostları ilə paylaş: |