xeyli uğurlar qazanılmışdır. Maşın tərcüməsində bu təhlil mərhələləri tərcümənin həyata
keçirilməsində əsas amillərdəndir. Bu ortaq dil probleminin əsasını da təşkil edir. Maşın
tərcüməsinin təhlil mərhələləri ilə bağlı Tatarıstanda da bir çox tədqiqat işləri aparılmışdır. 1999-cu
ildən Tatarıstanın Kazan şəhərində ənənəvi olaraq Kompüter Dilçiliyi ilə bağlı beynəlxalq
konfranslar təşkil edilir. Qeyd edək ki, Tatarıstan Respublikası Elmlər Akademiyası, Kazan
Universitetinin birgə əməkdaşlığı və Tətbiqi Semiotika Araşdırmalar İnstitutunun təşkilatçılığı ilə
21-23 aprel 2016-cı il tarixində “Kompüter və Koqnitiv Dilçilik TEL'2016 (Theory, Engineering,
Language)” adlı XIV Beynəlxalq Konfrans keçirilmişdir. Konfransın əsas məqsədi Kompüter
Dilçiliyi sahəsində son dövrün inkişaf etmiş sahələri ilə bağlı idi. Konfransın əsas istiqaməti
semantik modellərin və texnologiyaların inkişafına, dil semantikası, mətnin semantik təhlili,
linqvistik resursların tətbiqi, tezaurus məsələləri, maşın tərcüməsi, Milli Dil Bazasının yaradılması,
semiotik modelləşdirmə və çıxış texnologiyalarına həsr olunmuşdu. Bu məsələlərlə yanaşı ortaq
ünsiyyət dilinin yaradılması məsələsi də ön plana çəkilmişdir.
Ortaq ünsiyyət dilini yaratmaq elə də asan deyildir. Sözlər, frazalar, ifadələr, bir sözlə, məna
vahidləri yaradılan ortaq ünsiyyət dili üçün anlamlı olmalıdır. Həmçinin, məna vahidləri ortaq
ünsiyyət dilinə daxil olan dil qrupları tərəfindən də dərk edilməlidir. Burada köməyə təbii ki, dillər
arasındakı təhlil mərhələləri gəlir. Maşın tərcüməsi vasitəsilə həyata keçirilən tərcümə işləri 4 təhlil
mərhələsindən ibarətdir:
1)
Morfoloji təhlil; 2) Sintaktik təhlil; 3) Semantik təhlil; 4) Praqmatik təhlil.
Morfoloji təhlil sözlərin quruluşunu təhlil edir. Yazılan morfoloji analiz və təhlil proqramları
vasitəsilə bu əməliyyat avtomatik olaraq həyata keçirilir. Bu cür proqramlar dil emalı texnikasının
təməlini təşkil edir. Maşın tərcüməsinin digər mərhələləri bu təməl üstündə qurulur. Tərcümə
zamanı qarşılıqlı dillərin söz quruluşu uyğunlaşdırıldığında tərcümə işinin birinci mərhələsi
tamamlanmış olur. Morfoloji təhlil mərhələsi söz formalarını, yəni kök və şəkilçiləri differensial
hissələrə ayıran bir sistemdən ibarətdir.
Sintaktik təhlil mərhələsi isə söz və söz birləşmələrinin semantik əlaqələrindən doğuran
bağlılığın təhlilindən ibarətdir. Bu mərhələdə əsas məqsəd mövcud olan cümlənin düzgün formada
elementlərinin yerləşdirilməsində sıralanmanı və məna bağlılığını nəzərə almaqla qurulmasıdır. Bu
mərhələdə xüsusilə söz qruplarının məna təsnifatı aparılır, yəni sözlər arasındakı sintaktik əlaqələrin
ağac asılılığı (дерево завлемостей) açıqlanır, eyni zamanda söz birləşmələrinin sintaktik
əlaqələrinə görə formal modelləri hazırlanır. Bunların birləşdirilməsi ilə cümlənin özülü qurulmuş
olur.
Maşın tərcüməsində semantik təhlil kompüter dilçiliyinin ən aktual məsələlərindən biridir.
Əksər ölkələrdə maşın tərcüməsinin semantik təhlil mərhələsində bir çox tədqiqat işləri
aparılmışdır. Rusiyanın bir sıra mütəxəssisləri bu sahə üzrə xeyli işlər görmüşlər (5;6;7).
Avropadan Bevan Jones, Jacob Andreas
∗ Daniel Bauer, Karl Moritz Hermann, Kevin Knight kimi
mütəxəssislərin adlarını qeyd etmək olar. Azərbaycanda maşın tərcüməsinin morfoloji (4) , sintaktik
təhlil (2) mərhələlərində xeyli işlər görülsə də (1;3), semantik təhlil mərhələsində durğunluq
olmuşdur.
Semantik təhlilin tətbiqi üçün ilk mühüm faktor geniş ölçülü mətn korpusu və ya başqa növ
korpuslar tərtib etməkdir. Mətnin semantik təhlili statistik maşın tərcüməsi sahəsində xüsusi rol
oynayır. Maşın tərcüməsində semantik təhlil üçün ilk növbədə tezaurus lüğətlər tərtib edilməlidir.
Bu işin ən vacib tərəfidir. Maşında semantik təhlilə qədər morfoloji (4) və sintaktik təhlil (2)
mərhələləri tamamlanmalıdır və düzgün alqoritmlər qurulmalıdır. Semantik təhlil sözlər arasındakı
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
251
sintaktik əlaqələrlə başlayır. Cümlənin mənası təkcə cümləni əmələ gətirən sözlərdən yox, həm də
cümlədə sözlər arasındakı əlaqələrin əhatə etdiyi kontekstdən asılıdır. Əlbəttə, bu həm də o
deməkdir ki, cümlənin mənası qismən də cümlənin sintaktik quruluşundan asılıdır. Bu səbəbdən
sintaksisə əsaslanan semantik təhlildə məna təsvirlərinin quruluşu qrammatik üsullarla təmin olunan
sintaktik komponentlərə və əlaqələrə əsaslanır. Semantik təhlil zamanı kontekstdə mənanın təyin
olunması üçün mətndən paraqraf, paraqrafdan bölmə, bölmədən abzas, abzasdan cümlə, cümlədən
söz birləşməsi, söz birləşməsindən söz seçilir. Sonra həmin söz və ya sözlər strukturlarına görə yox,
mənalarına görə təsnif edilir. Söz məna baxımından əvvəlcədən hazırlanmış tezaurus lüğətindən
işlənmə yerinə görə avtomatik olaraq təyin edilir. Sözlərin məna funksiyalarına və komponentlərinə
görə təsnifat aparılır.
Semantik təhlildə cümlədən mənanın aşkarını bu cür həyata keçirmək olar.
Cümlə=birinci sözün mənası+ikinci sözün mənası+üçüncü sözün mənası+ “n”-ci sözün mənası
Semantik təhlildə sözlərin tək-tək təhlilini verdikdən sonra həmin cümlədəki söz
birləşmələrinin mənalarını açmaq lazımdır. Məs.:
Cümlə=birinci söz birləşməsinin mənası + ikinci söz birləşməsinin mənası+ üçüncü söz
birləşməsinin mənası + “n”-ci söz birləşməsinin mənası
Söz birləşmələri sərbəst və qeyri-sərbəst olmaqla linqvistik xüsusiyyətlərinə görə təhlil edilir.
Burada sıralama leksik, struktur və semantik kriteriyalara görə təsriflənir. Semantik təhlildə
sıralamanın rolunu qeyd edərək Mel’cuk göstərir ki, burada siniflərə bölünmə semantik və struktur
prinsiplərə əsasən həyata keçirilməlidir. Siniflərə bölünmədə leksik funksiya anlayışından istifadə
edilir.
Semantik təhlilin əsas məqsədi xüsusi sahəyə məxsus bütün leksik vahidləri toplamaq və
mənalarına görə qruplara ayırmaqdır. Burada hər bir elementin başqa mövcud elementə və ya
elementlərə ayrı-ayrılıqda, həmçinin ümumilikdə onlar arasındakı əlaqəni göstərmək vacibdir.
birbaşa
göz
təması ilə
maraq,
heyranlıq
içərisində
uzun
müddətə
ani və qısa
müddətə
çətinliklə
görünən
obyekt və ya
subyektə
təəccüb
içində
gözləri geniş
açılmış
şəkildə
acıqlı halda
yaxın
təmasla
baxmaq
+ + + + + + + + +
görmək
+
+
nəzər
salmaq
+
+
+
göz
gəzdirmək
+
+
müşahidə
etmək
+
+
gözdən
keçirmək
+
+
gözünü
zilləmək
+ + + + +
marıtlamaq
+ + + +
izləmək
+
+
+
süzmək
+
+
+
ağzını
ayırmaq
+ + + +
Mətndə iki leksemin mənasının üst-üstə düşməsinə və burada müəyyən leksik boşluqlar və fikir
ayrılıqları yaranmasına baxmayaraq, bu cür hallar məhdud olduğu üçün bunlar mətnin məna
keyfiyyətini aşağı salmır, amma bu cür boşluqlar və uyğunsuzluqlar artdıqca mətn tərcümə və təhlil
zamanı öz mənasını itirir. Buna görə də, mətnin semantik təhlilində omonimlik və çoxmənalılıq
problemləri həll olunmalıdır. Dildəki leksemin mənası dil sistemində semantik baxımdan bir-biri ilə
əlaqəli olan başqa leksemlərin mövcudluğundan asılıdır. Semantik təhlil nəzəriyyəsi dilin leksik
vahidlərinin semantik cəhətdən əlaqəli olan sahələrlə təsnif olunduğunu və bunların semantik
qruplara bölündüyünü nəzərdə tutur.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
252
Praqmatik təhlil – maşın tərcüməsinin bu son mərhələsində mətndəki cümlələrin birləşərək
meydana gətirdiyi ifadələr toplusu içərisində bir-biri ilə semantik əlaqələndirilməsi və məna
tamlığının təmin edilməsinə məqsəd qoyulur. Bu mərhələdə məna qarışıqlığının aradan qaldırılması
üçün xüsusi bir zəhmət sərf edilir. Bu mərhələdən sonra əldə olunan məlumat istənilən vaxt bir
“vasitəçi dil”ə çevrilir. Sonra isə bu “vasitəçi dil”dən istənilən mənaları ifadə edəcək cümlələrin
çıxarılması təmin edilir.
Bir-birinə yaxın, ortaq dillər və ya bənzər türk dilləri arasında uyğunluğu təmin edəcək bir
maşın tərcüməsi proqramı hazırlamaq əslində çox çətin deyil. Türk dillərinin qrammatikasının ana
xəttini formal modellər hesab etsək, köklər və şəkilçilərin uyğun gəldiyi modelləri avtomatik olaraq
bir söz kökünün əvəzinə başqa bir söz kökünə qoymaq, yaxud da bir şəkilçini digər dildəki şəkilçi
ilə dəyişdirmək axtarışın böyük qismini həll etməyə kömək edir. Bəzən sadə bir fonetik
uyğunlaşdırmalar belə məsələni həll edə bilər. Xüsusilə türk dilləri arasındakı tərcümə işində bu
daha asanlıqla başa gəlir. Misal olaraq söyləyək ki, türk dillərinin oğuz qrupuna aid olan Türkiyə
türkcəsi və Azərbaycan türkcəsi arasında maşın tərcüməsi başqa-başqa qruplar arasındakı
tərcümədən daha asan həyata keçirilə bilər. Çünki bir qrupun daxilindəki dillərin fonetikası, leksika
və qrammatikası, sintaksisi bir-birinə daha yaxındır. Lakin türk dillərinə mənsub olan başqa
qrupdakı dillərin bu göstəriciləri bir-birindən az-çox fərqləndiyindən (məsələn, özbək dilində ahəng
qanununun pozulması halları) tərcümə zamanı da bu çətinlik yaradır. Buna görə dillər arasındakı
fonetik, leksik, qrammatik, sintaktik göstəricilər nə qədər bir-birinə yaxındırsa, bir-birinə bənzəyirsə
bir o qədər də tərcümənin işi yüngülləşər. Amma müxtəlif sistemli dil qruplarına mənsub dillər
arasındakı göstəricilər fərqli olduğundan bu işin gedişini bir az da çətinləşdirir. Məsələn, oğuz
qrupuna daxil olan Türkiyə türkcəsi və Azərbaycan türkcəsi arasındakı tərcümə işi oğuz qrupuna
aid Azərbaycan dili ilə Qıpçaq qrupuna daxil olan qazax dili arasındakı tərcümə işindən bir qədər
asan başa gələ bilər. Lakin Azərbaycan dili ilə İngilis dili arasındakı tərcümə yuxarıda sadalanan
dillər arasındakı tərcümə işindən daha çətindir. Çünki oğuz qrupuna aid olan Azərbaycan dili,
Türkiyə türkcəsi və ya Qıpçaq qrupuna aid qazax dili Türk dillərinə, İngilis dili isə german dillərinə
mənsubdur. Burada onu qeyd edək ki, Türk dillərinin qrammatik, leksik, sintaktik göstəriciləri
german dillərinə daxil olan dil qruplarının qrammatik, leksik, sintaktik qaydalarından xeyli
fərqlənir. Bu da tərcümənin həyata keçirilməsini daha da çətinləşdirir.
Ortaq ünsiyyət dilinin yaradılmasında təhlillər bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Əgər
təhlil prosesləri düzgün şəkildə başlayıb sona yetirilərsə, bu zaman dillər arasındakı ünsiyyət
çətinliyi qismən aradan qalxar.
ƏDƏBİYYAT
1.
Vəliyeva K.A., Məmmədova M.H. Mətnlərin avtomatik redaktəsi. B., 2003, 80 s.
2.
Vəliyeva K.A. “Mətnin avtomatik-sintaktik təhlili və sintezi”. “Örnək”, Bakı, 1996,158 s
3.
Mahmudov M.Ə. Kompüter dilçiliyi. B., 2012, 352 s.
4.
Махмудов М.А. “Разработка системы формально-морфологического анализа
тюркской словоформы (на материале азербайджанского языка)” АКД, Баку, «Элм», 1982
5.
Кудряшова И.М. “О семантическом словаре в системе ФРАП”.
6.
Леонтьева Н.Н., Кудряшова И.М., Малевич О.Б. “Семантические заготовки к
пониманию целого текста”.
7.
Сокирко А.В. “Программная реализация русского общесемантического словаря”.
The effect and the influence of semantic analysis in the machine translation
to the creation of a common communicative language
Summary
The article deals with the analyses of the machine translation, especially semantic analysis.
One of the problems of creating the common communicative language is to understand the
language. Therefore, these levels of analyses of the machine translation are very important for
natural language processing and natural language understanding.
Key words: machine translation, analysis, common communicative language.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
253
Ləman Həsənova
AMEA Nəsimi adına Dilçilik İnstitutu
AZƏRBAYCAN ƏDƏBİ DİLİNDƏ ALINMA TURİZM TERMİNLƏRİ
Müasir dövrdə yeni nəzəri baxışların, konsepsiyaların inkişafı, inteqrasiya, qarşılıqlı
əlaqələrin güclənməsi elm sahələrində terminoloji bazanın dinamikliyinə təsir göstərir. Cəmiyyətin
bir çox fəaliyyət sahələrinə nüfuz edən qloballaşmanın dilə birbaşa təsiri nəticəsində leksikanın
əsasını təşkil edən terminologiya dəyişir, yeniləşir. Belə ki, elm sahələrinin inteqrasiyası, elmi
biliklərin müxtəlif istiqamətlərdə inkişafı, xarici dövlətlərlə ictimai-siyasi əlaqələrin güclənməsi,
yeni elm sahələrinin inkişafı terminoloji bazanın zənginləşməsinə təsir göstərir. Terminologiyada
baş verən proseslərdən ən əsası yeni elm sahələrinin yaranması və onların dünya dillərində yer
almasıdır. Bu baxımdan turizm terminologiyası son dövrlərdə daha sürətlə inkişaf etmişdir. Turizm
terminologiyasında termin yaradıcılığı daha çox beynəlxalq səviyyədə getməsi ilə səciyyələnir.
Yəni terminlərin yaradılmasında ingilis dilinin aparıcı mövqeyə keçməsi ilə bağlı turizm
terminlərinin mühüm bir hissəsini beynəlxalq terminlər təşkil edir. Məsələn, tur, turizm, hotel,
transport, turizm agentliyi və s. Belə terminlər beynəlxalq səviyyəli anlayışların adı ilə bağlıdır.
Belə ki, bu anlayışlar daha çox beynəlxalq birliklərdə turizm fəaliyyəti, turların satışı, bronlaşdırma,
menecment, marketinq və turizm sahəsi , müştəri xidməti, proqnozlaşdırılma ilə bağlı anlayışların
adı ilə bağlıdır. Eyni zamanda turizm ilə bağlı araşdırmalar ,texniki vasitələrin hazırlanması da
beynəlxalq terminlərin işlənməsini zəruri edir. Özünün tarixi inkişafı prosesində bəşər dilləri bir-biri
ilə müəyyən dil əlaqələrində olmuş və olmaqda davam edir. Dil əlaqələri dedikdə ,iki və daha çox
dilin strukturuna və lüğət tərkibinə bəşər dillərinin göstərdiyi hər hansı təsiri nəzərdə tutulur.
Dillər arasında əlaqələrin artması , elmi – texniki tərəqqi bir dilin sözlərinin digər dil
tərəfindən alınması zərurətini yaradır. Əgər söz tələbat nəticəsində keçərsə, başqa sözlə desək, söz
dilə anlayışla və ya aid olduğu əşyanın özü ilə keçərsə, onda həmin söz dili zənginləşdirir. Bu tipli
alınmalar bəzi dilçilər tərəfindən “ehtiyacdan doğan” alınmalar kimi qiymətləndirilir. İstənilən hər
hansı bir elmi nəzəriyyənin əsas elementlərindən biri ümumi səviyyədə anlaşılan terminoloji bazadır;
onun yaradılması isə uzun bir prosesdir. Ona görə də aktiv inkişaf edən hər hansı bir elmdə daim yeni
terminlərin meydana gəlməsi şəksizdir. Bəzən, hansı andasa tədqiqatçılar eyni bir dildə bir-birini başa
düşməməyə başlayırlar. Bir-birinə təbiətcə yaxın olan qohum elmlərin terminlərində ikili standartların
meydana çıxması hallarına da rast gəlinir. Digər tərəfdən turizm terminləri tam şəkildə
əsaslandırılmış terminlər sistemi nəzəriyyəsinə malik olmadığından terminlərin morfoloji, fonetik,
leksik, semantik və digər şərhi ilə əlaqədar metodikalar təqdim etmək hələlik problem olaraq
qalmaqdadır. Bu baxımdan turizm ilə bağlı Azərbaycan dilində terminologiya sisteminin yaradılması
istiqamətində prinsipial texniki və metodiki məsələlərin həll edilməsi günün vacib tələblərindəndir.
Elmi-texniki nailiyyətlər ümumilikdə bəşəriyyətin çiçəklənməsinə və tərəqqisinə xidmət etdiyindən
həmin elmlərin terminologiyaları orijinal terminlərlə yanaşı, həm də, digər dillərdən alınma sözlərin
vasitəsilə zənginləşdirilir və bu da terminologiyanın inkişafında qanunauyğun bir hadisə kimi
qiymətləndirilir. Alınmalar dedikdə – dillərin qarşılıqlı əlaqələrinin nəticəsi olaraq, bir dilin
elementlərinin digərinə keçməsi, habelə, bir dildən digərinə keçmiş elementlərin özləri nəzərdə
tutulur.
Müasir dövrdə turizm terminlərinin beynəlxalq miqyasda inkişafı, onun müxtəlif sahələrinin
müxtəlif istiqamətdə inkişafı, hərtərəfli beynəlxalq əlaqələr alınma terminlərin, eləcə də hər hansı bir
nomenklaturun milli sərhədlər çərçivəsindən kənara çıxaraq geniş yayılmasını şərtləndirir. Dillərarası
ünsiyyət nəticəsində başqa dillərdən terminlər alınır, başqa dillərin təsiri ilə dilimizin daxili ehtiyatları,
söz yaradıcılığı imkanları artaraq inkişaf edir. Alınma terminlər, bir qayda olaraq, Azərbaycan dilinin
daxili inkişaf qanunlarına tabe olaraq, fonetik əvəzetmə hadisəsinə uğrayır, mənaca bəzən məhdudlaşır,
bəzən də yeni mənalar kəsb edir [1, 3]. Məlumdur ki, hər bir dilin lüğət tərkibində başqa dillərə məxsus
leksik vahidlər mühüm yer tutur. Alınma proqressiv bir proses olub, dilxarici və dildaxili amillərin təsiri
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
254
ilə meydana çıxır və dilin lüğət tərkibinin zənginləşməsində onların rolu böyükdür. Bu proses dünya
dillərinin hamısı üçün, istisnasız, səciyyəvidir. Məsələn, ingilis dilində – desipinq [despinq], alman
dilində desipinq, rus dilində – desipinq, Azərbaycan dilində – desipinq; şəklində mənimsənilmişdir. Bu
mənada alınma terminlər adı altında müəyyən bir dildə başqa dilə məxsus terminlərin alınıb, alan dilin
fonetik, leksik və qrammatik quruluşuna uyğun şəkildə istifadəsini nəzərdə tuturlar; O.S.Axmanovanın
lüğətində alınma termin iki aspektdən açıqlanır:
1) “Yeni anlayışları ifadə etmək, əvvəlcədən mövcud olan anlayışları diferensiallaşdırmaq,
əvvəllər məlum olmayan predmetləri əks etdirmək üçün digər dillərin lüğət fondundan
faydalanmaq”;
2) “Müəyyən dildən alınma nəticəsində daxil olan sözlər, sözdüzəldici şəkilçilər və
konstruksiyalar.
Göründüyü kimi, “alınma” anlayışı iki şəkildə aydınlaşdırılmışdır və bəlli olur ki, alınma bir
prosesdir, bu prosesin nəticəsində söz və ya termin bir dildən başqa dilə keçir. Deməli, “alınma”
termininin özü iki mənadadır. Birinci halda bu termin başqa dilə keçib, daxil olduğu dili
zənginləşdirən linqvistik vahid mənasını bildirir. Geniş mənada “alınma” dedikdə bir dildən başqa
dilə keçən bütün linqvistik vahidlər, hər cür dil elementləri başa düşülür, “alınma söz” dedikdə isə
yalnız leksik vahidlərin mənimsənilməsi nəzərdə tutulur. Başqa sözlə desək, “alınma” termini daha
geniş anlayış ifadə edir. “Alınma söz” anlayışının özü də alınma terminin ifadə etdiyi mənanın
tərkibinə daxildir [6, 226].
A.R.Krısin yazır: “alınma”nı müxtəlif elementlərin bir dildən başqa dilə keçməsi prosesi
adlandırmaq məqsədəuyğundur. “Müxtəlif elementlər” adı altında alınma sözlərin sahəsinə aid olan
dil yaruslarının, fonologiyanın, morfologiyanın, sintaksisin, semantikanın, leksikanın ayrı-ayrı
vahidləri nəzərdə tutulur”[3,168].
Deməli, dilçilik termini kimi “alınma termin” dar və konkret anlayış ifadə edir. Belə ki, bu anlayış
altında ədəbi dilimizdə sabitləşmiş, ədəbi dilin lüğət tərkibinə daxil olmuş alınma terminlər başa düşülür.
Bu sözlər artıq hamı tərəfindən anlaşılaraq qəbul edilir və ümumxalq xarakteri daşıyır. Bu əsasda da
“alınma söz” və “alınma terminlər” də bir-birindən müəyyən dərəcədə fərqlənir. Məsələn, “alınma
termin”, dedikdə ki, heç də hamı tərəfindən anlaşılıb başa düşülmür, ancaq mütəxəssislər tərəfindən
qavranılır. Məsələn, intonasiya, interlinqvistika, rekonstruksiya, relevant, psixolinqvistika və s.
D.S.Lotte başqa dildən terminlərin alınması əhəmiyyətindən danışarkən onun tədqiqinin üç
aspektini müəyyənləşdirmişdir [4, 8].
S.N.Xəlilova yazır: Alınma sözlər dedikdə mənbə dildən əlavə (əsa-sən) başqa sistemli bir
dildə də işlənən vahidlər nəzərdə tutulur. Termin və ya söz yayılma dövrünün ilkin mərhələsində ən
azı bir dilə keçdikdə alınma sayılır [6,141].
Bütün dillərdə olduğu kimi Azərbaycan dilində də alınma turizm terminləri müəyyən
fonetik, morfoloji və semantik dəyişikliklərə məruz qalaraq dilimizin qrammatik qayda-qanunları
çərçivəsində mənimsənilmişdir. Digər bir tərəfdən, alınma terminlər əsasında dilimizin söz
yaradıcılığı vasitələrinin köməyi ilə külli miqdarda yeni terminlər yaradılmış və bu proses indi də
davam etməkdədir.
Alınma turizm terminlərinin dilimizdə işlənməsi və onların intensiv çoxalması, hər şeydən
əvvəl, müxtəlif dillərdə, eləcə də dünyada turizmin sürətli inkişafı ilə bağlıdır. Nəticədə, müxtəlif
dillərdə, əsasən, eyni semantikada və uyğun fonetik tərkibdə işlənən beynəlxalq terminlər yaranır
ki, bunun da dünya elmi nailiyyətlərinin müxtəlif xalqlar arasında mübadiləsində böyük rolu vardır .
Beynəlxalq miqyasda turizmin inkişafı alınma terminlərin Azərbaycan dilinə daxil olmasına səbəb
olur.
L.Krısin alınmaların söz - termin alan dildə mənimsənilməsinin yeddi üsulunu göstərir:
1) Söz alan dil tərəfindən fonetik və qrafik vasitələrlə başqa dilə mənsub sözün alınması;
2) Söz alan dilin qrammatik dərəcə və kateqoriyaları ilə sözün əlaqələndirilməsi;
3) Başqa dilə mənsub sözün fonetik mənimsənilməsi;
4) Başqa dilə mənsub sözün qrammatik mənimsənilməsi;
5) Başqa dilə mənsub sözün sözdüzəltmə aktivliyi;
6) Başqa dilə mənsub sözün semantik mənimsənilməsi; məna müəyyənliyi, dildə mövcud olan
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
255
sözlərlə başqa dilə mənsub söz vasitəsi ilə təzahür edən mənalar və məna çalarları arasında Dostları ilə paylaş: |