I türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə58/94
tarix31.01.2017
ölçüsü2,97 Mb.
#7251
1   ...   54   55   56   57   58   59   60   61   ...   94

ma – mənimsəmək (24, s.43). Yalnız Şuşa və Anca kitabələrində deyil, qədim Ön Asiyanın 

iltisaqi dillərinin çoxunda ma sözü almağı, mənimsəməyi bildirir.  

kam – icma təsərrüfatında hər kəsin tarla, zəmi payı (45, s.94). Buna uyğun olaraq Azərbaycan 

türkcəsində qamarlamaq feili vardır. aplu – atanın vərəsəlik hüququ olan oğlu (45, s.208, 214). 

Qədim bulqar epitafiyasında oğlu sözü avlu formasında yazıya alınmışdır.  

ilik arkı – varis (45, s.390). Arkı və arxa eyni mənşəli sözlərdir. İlik arkı ilkin, yəni ata-ananın 

arxasınca gələn deməkdir. 

kide - ölkənin sınırlarına, vilayət və mahalların son sərhədlərinə yaxın yer (36, s.48). Kide türk 

dillərindəki gedə bildiyimiz yerlər, yəni ölkənin sərhədlərinin daxilidir.  

N.Y.Marr Şuşa yazılarındakı kide “ölkənin ucqar mahalları” ilə İber dilindəki kide “ölkə”, 

“yurd” sözləri arasında etnolinqvistik uyğunluq görür (24, s.480).  

taş – Şuşa kitabələrinin dilində “ata”, iber salnamələrində “ər” (24, s.5).  

Taş sözünə türk dillərində bir qədər başqa mənada yoldaş, sirdaş, qarındaş sözlərinin 

tərkibində rast gəlirik.  

appa – ağa (24, s.43). Bu söz türk dillərində aba, apa formalarında işlənmiş, bəzən ata, bəzən 

ana xəttilə əcdadları bildirmişdir. 

akka  – valideyn (124, s.35). Bəzi türk dillərində ataya, bəzilərində böyük qardaşa aka, əkə 

deyilir.  

deda appa – ağanın arvadı (24, s.43). Aba “ağa”, deda “qadın” deməkdir. Deda sözü iber 

dilində ana xəttilə əcdadlara deyilir. Dədəmiz Qorqudun kitabında isə dədə ananın atasıdır. 

Eradan əvvəl XII əsrdə Şuşada göyləri təmsil edən məbəd vardı. Həmin məbəd kuk adlanırdı 

(24, s.62; 39, s.90-91; 45, s.250). Kuk gök, yəni göy sözünün arxaik formasıdır. 

V.Xints yazır ki, Elam panteonunda göyə də, göydə təsəvvür olunduğuna görə tanrıya da Kuk 

deyilirdi (39, s.90). Bu məqamda Elamın Gök, qədim türklərin Gök Tenqri teonimləri bir-birinə 

uyğun gəlir. 

Şumer dilində tanrıya dinqir deyilir. Şuşa dövlət sənədlərində isə bu teonim elə indiki 

formada – tanrı formasında işlənmişdir. Kuk Tanri, Tanri Xuratir titullarının tərkibində (45, s.63, 

90) tanrı sözü aydın görünür. “Tanri xuratir” – tanrı qurtarır, xilas edir deməkdir.   

Şuşa təsərrüfat sənədlərində tanrı adları ilə yanaşı çoxlu şəxs adları var ki, onların mənası 

türk dillərinin tarixi leksikası əsasında izah olunur. 

Hal – ölkə, halmenik – ölkənin hakimi (39, s.32). H`Al alınmış, menik mənimsəyən, hakim 

olan deməkdir. Me əvəzliyi qədim Ön Asiyanın iltisaqi dillərində həm “mən”, həm “mənə ver” 

deməkdir. 

Paxir işşan – eradan öncə XIV əsrdə yaşamış Elam patriarxı. E.ö. 1330-cu ildə kaspiləri 

ölkədən qovub, Şuşa şəhərini işğaldan azad etmişdir (39, s.99). 

Paxir adı türk dillərindəki paxır “mis” sözündən törəmişdir. Dəmirin kəşf olunmasına qədər 

insanlar silahları misdən, bürüncdən düzəldərdilər. Həmin silahlara sitayişlə bağlı türk dillərində 

bakır, bakur, paqir etnonimləri və antroponimləri yaranmışdır. 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



292

ƏDƏBİYYAT 

Azərbaycan dilində 

1.

  Albaniya tarixi. Bakı, Elm, 1993. 



2.

  Əbu Osman bin Bəhr əl-Cahiz əl-Bəsri. Türklərin fəzilətləri. Bakı, Zaman, 2001. 

3.

  Yusif Yusifov. Qədim Şərq tarixi. Bakı, Elm, 1993.  



Alman dilində 

4.

  Weissbach F.H. Nuu Buträge kur kunde der Susischen Inschriften. Leipziq, 1890. 



5.

  Weissbach F.H. Die Keilinschriften der Achämeniden. Leipziq, 1911. 

6.

  Herzfeld Ernst. Archaeologische Mittei lungen aus İran. 2, Leipziq, 1930. 



Rus dilində 

7.

  Алиев И. Ж вопросах древнейшей истории Мидии. Труды Института Истории и 



Философии. вып. V, Баку, 1954, с. 156-183.  

8.

  Алиев И. История Мидии. Баку, 1960. 



9.

  Бердзенишвили Н.А, Дондуа В.Д. Грузия III-V вв. Очерки истории СССР III-IX вв. 

М, 1958, с. 242-254. 

10.


 Вайнштейн М.Б. История мироздания. СПб, 1909.  

11.


 Вильгельм Вагнер. Эллада. СПб, 1901. 

12.


 Генрих Грець. История евреев. т.1, Одесса, 1906. 

13.


  Генрих Грець. История евреев. т.2, Одесса, 1907.  

14.


  Гиоргадзе Т.А. Очерки по социально экономической истории Хеттского 

государства. Тбилиси, Мецниереба, 1973. 

15.

  Дьяконов И.М. Первобытно - обшивный строй на территории Мидии. Труды 



Института Истории и Философии. М, 1954, с. 4-52. 

16.


  Иванов В.В. Анатолийские языки. Древние языки Малой Азии. М, Прогресс, 1980, 

с. 129-160. 

17.

  Камменхубер А. Хаттский язык. Древние языки Малой Азии. М, 1980, с. 23-98. 



18.

  Канева И.Т. Шумерский язык. Санкт-Петербург, 1996. 

19.

  Капанцяи Гр. Хаяса-Колыбель армян. Эриван, изд-во АН Арм. ССР, 1947. 



20.

  Квинта Курция. История о Александра великим т.1, СПб, 1750. 

21.

  Кононов А.Н. Родословная туркмен. Сочинение Абул Гази хана Хивинского. М-Л, 



1958. 

22.


  Марр Н.Я. Вступителныя и заключительныя строфы «Витязя в барсовой коже» 

Шоты из Рустава. кн. XII, СПб, 1910, с. 1-154. 

23.

   Марр Н.Я. Дневник поездки Шавшетию и Кларджетию. Тифлис, 1911. 



24.

  Марр Н.Я. Определения языка второй категории. Ахаменидских клинообразных 

надписей по данным Яфетического языкознания. СПб, 1914. 

25.


  Массон В.И. Средняя Азия и Древний Восток. М, Наука, 1964. 

26.


  Меликишвили Г.А. Наири - Урарту. Тбилиси, изд-во АН Груз СССР, 1954. 

27.


  Меликишивили Г.А. Урартские клинообразные надписи. М, 1960. 

28.


  Мещанинов И.И. Египет и Кавказ. Баку, ООИА, 1927, с. 34-43. 

29.


  Мешанинов И.И. Аннотированный словарь Урартского языка. Л, Наука, 1978. 

30.


  Никольский Н.В. Краткий конспект по этнографии чуваш. Казан, 1910. 

31.


  Никольский Н.В. Клинообразная надпись Русы I в Келаны (Алугалу) на берегу 

Гокчи Эриванской губернии. М, 1893. 

32.

  Нойман Г. Ликийский язык. Древние языки Малой Азии. М, Прогресс, 1980, с. 



322-353. 

33.


  Оганесян К.Л. Арин берд. т.1, Архитектура Эребини (по материалам раскопок 

1950-1959 г). Ереван, 1961. 

34.

  Патканов К.П. Ванские надписи и значение их для истории Передней Азии. О 



древней грузинской хронике. СПб, 1883. 

I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



293

35.


  Пиотровский Б.Б. История и культура Урарту. Ереван, 1944. 

36.


  Рагозина З.А. История Ассирии. СПб, 1902. 

37.


  Рагозина З.А. История Мидии. СПб, 1903. 

38.


  Трачевский А. Древняя история. СПб, 1889. 

39.


  Тураев Б.А. История древнего Востока. СПб, 1913. 

40.


  Хинц В. Государство Элам. М, 1987. 

41.


  Хоренский Моисей. История Армении. ч.1, СПб, 1808. 

42.


   Храновский В.А. Эламский календар у XV-XIV столiттях до. н. э. Схiидный свет, 

№2, Киев, 2010, с. 135-142. 

43.

  Шопен И.И. Новые данные о Кавказе и его древних обитателей. СПб, 1866. 



44.

  Шор Р.И. К вопросу о Яфетическо-турецком языковом смешении. Доклады АН 

СССР, 1931, № 3, с. 223-244. 

45.


  Эвлия Челеби. Книга путешествия. вып. 3, М, Наука, 1983. 

46.


  Юсиф Юсифов. Элам. Социльно – экономическая история. М, Наука, 1968. 

47.


  Клинописные тексты из Кюл тепе в собраниях СССР Н.Б.Янковской. М, Наука, 

1968, 306 с. 

İlhami Jafersoy 

Turkish Lexicon of the Cuneiform Monuments of Shusha-Suziana 

Summary 

Shusha called Suz, Suziana in the encyclopedic editions was one of the cultural centers in 

the ancient world. In the 23

rd

 century B.C., a special type of cuneiform writings was invented and 



examples of art on ceramic were made here. 

In the 18

th

 century B.C., the city Shusha developed and became the capital of Elam. In the 



15

th

 century, a ditch of 55 kilometers was constructed after a while, the population of the city 



increased to 45 thousands. It was a megalopolis for that time. 

Although Achaemenids captured the capital of Elam in the 6

th

 century B.C., they couldn’t 



make the people obey them. The warriors of Shusha founded the state of Khazinedars in three cities 

with an unbelievable strength by fighting with them. 

Keywords: cuneiform monuments, Semitic languages, tepir, ama, ata, bag, eklu 

 

Tünzalə Baxşıyeva, fil.ü.e.d. 



 Nəsimi adına Dilçilik İnstitutu 

Tətbiqi dilçilik şöbəsi, baş elmi işçi  

 

 

                                       BAKI QUBERNİYASININ TOPONİMLƏRİ 



Son illər toponimik tədqiqatlar sahəsində yeni istiqamətlər meydana gəlmişdir. Bu 

toponimlərin tarixi istiqamətdə öyrənilməsidir. Bakı quberniyasının toponimlərini araşdırmaq üçün 

regionun tarixinə nəzər salaq.1859-cu ildə şiddətli zəlzələ nəticəsində Şamaxı şəhəri viranəyə döndü 

və çar hökuməti quberniya mərkəzini Bakı şəhərinə köçürdü. Həmin vaxtdan Şamaxı quberniyası 

Bakı quberniyası adlandırıldı. Əvvəl Dağıstan vilayətinin tərkibinə verilmiş Quba qəzası da Bakı 

quberniyasının tərkibinə qatıldı. Bakı quberniyasının tərkibinə Bakı qəzası, Cavad qəzası,  Göyçay 

qəzası, Quba qəzası, Lənkərn qəzası,  Şamaxı qəzası aid idi.  Coğrafi obyektlərə ad verilməsində 

insanların dünyagörüşləri, həyata baxışları, həyat tərzləri, məşğuliyyətləri, təbiətdəki əşya və 

hadisələrə münasibəti və s. mühüm rol oynayır. Toponimlər xalqın keçmişi, məişəti, təfəkkürü, dili 

ilə sıx bağlıdır. Ölkənin, xalqın tarixini öyrənmək üçün yazılı mənbələr, daş kitabələrlə yanaşı 

toponimlərin də böyük əhəmiyyəti vardır. Bəzən hər hansı bir yazılı mənbənin verə bilmədiyi 

məlumatı toponimlərdən əldə etmək mümkündür. Toponimlər mənsub olduğu xalqın tarixini, dilini, 

yaşadığı ərazinin coğrafi durumunu əks etdirən ən qiymətli sərvətlərdəndir. Coğrafi adlarda tayfa, 

qəbilə və xalqların bir yerdən başqa yerə köçməsi, qovuşması, assimilyasiyası, əhalinin iqtisadi 

həyatı, peşə və sənət məşğulluğu öz əksini tapır.    


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



294

Rus mənbələrində qeydə alınmış   Bakı quberniyasının    toponimləri müasir dövrümüzə qədər 

qoruyub saxlanılmışdır. Məqalədə Bakı quberniyasının toponimləri Qafqaz təqviminə (Кавказский 

календарь на 1917. Тифлис: Типографии канцелярии его императорского Величества 

Кавказа, 1916)  əsaslanmaqla tədqiqata cəlb olunur.  Mənbəyə əsaslanaraq toponimik sistemdə, 

coрrafi adlarda zaman-zaman, mərhələ - mərhələ baю vermiю prosesləri, dəyiюiklikləri və s. izləyə 

bilərik. Bəzən toponimlər haqqэnda sцylənilmiю yanlэю fikrin, mьlahizələrin aradan qalxmasэ ьзьn 

tarixi qaynaqlarda qeydə alэnmэю variantlara əsaslanэlэr. Bakэ quberniyasэnэn ərazisi  zəngin tьrk 

mənюəli toponimlər sisteminə malikdir.  Bəzi oykonimlərdə qədim tьrk dili elementləri mьhafizə 

olunmuюdur. 

     

Bakı quberniyasında yaşayış məntəqə adlarının bir qismi təkrarlanan toponimik vahidlərə 



fərqləndirici əlamətləri əlavə etməklə yaranmışdır. Fərqləndirici əlamətlər toponimlərin ya əvvəlinə, 

yaxud da sonuna artırılır. Yaxın ərazilərdə yerləşən oykonimlərdə anlaşılmazlığa, dolaşıqlığa yol 

verməmək məqsədi ilə onlardan istifadə edilir. Bu zaman yaşayış məntəqəsinin yerləşdiyi coğrafi 

mövqeyini, yaranma zamanını, həcmini, yaranma sırasını, ardıcıllığını, etnik mənsubluğunu, ayrı-

ayrı şəxslərə mənsub olmasını və s. bildirən leksik vahidlərdən istifadə olunur. Bu müxtəlifliyi 

nəzərə alaraq fərqləndirici əlamətlərin işlənməsinə görə mürəkkəb quruluşlu oykonimləri aşağıdakı 

qruplara ayırmaq olar: 1.Eyni semantik cərgəli fərqləndirici sözlərlə işlənən yaşayış məntəqə adları; 

2. Qarışıq semantik cərgəli fərqləndirici əlamətlərlə işlənən yaşayış məntəqə adları. 

 

Bakı quberniyasındakı eyni semantik cərgəli oykonimlərdə işlək fərqləndirici əlamətlərdən 



biri də aşağı, yuxarı, orta, baş sözləridir. Məsələn, Bakı quberniyasının Quba qəzasında Aşağı 

Əmirxanlı –Yuxarı Əmirxanlı – Orta Əmirxanlı, Aşağı Baxışlı – Yuxarı Baxışlı, Aşağı Ərgüc – 

Yuxarı Ərgüc. Böyük, kiçik, bala fərqləndirici əlamətləri ilə işlənən oykonimlər. Bakı quberniyasının 

Quba qəzasında Böyük Baraxun – Kiçik Baraxun. Oykonimlərin yaranmasında obyektin yaranma 

zamanını bildirən köhnə, yeni, təzə sözlərindən fərqləndirici əlamət kimi istifadə olunur: Bakı quber-

niyasının Quba qəzasında Köhnə Xudat – Xudat, Digah – Köhnə Digah. Yaşayış məntəqə adlarının  

bəzilərində sıra ardıcıllığını bildirən sözlərdən fərqləndirici əlamət kimi istifadə olunur: Göyçay 

qəzasında Birinci Alxasoba – İkinci Alxasoba, Birinci Yengikənd – İkinci Yengikənd. Bəzən eyni 

semantik cərgəli təkrarlanan oykonimlərə fərqləndirici əlamət kimi xalq, millət adları əlavə edilir; 

məsələn: Bakı qubernyasının Göyçay qəzasında Qarabağlar – Kürd Qarabağlar, Şamaxı qəzasında 

Yəhudi Mücü – Tatar Mücü, Tatar Mərəzəli – Rus Mərəzəli. Təkrarlanan oykonimlərin əvvəlinə 

fərqləndirici əlamət kimi məntəqənin keçmişdə əsasını qoyan və ya yaşayış məskənin  mənsub olduğu 

şəxsin adı əlavə edilir: Bakı quberniyasının Göyçay qəzasında Haputlu Hacı Hətəmlı – Haputlu Kürd 

Eldar bəy – Haputlu Molla İsaqlı, Alpaut Mərdan bəy – Alpaut Mehdi bəy, Təklə Səfi – Təklə Mirzə 

baba, Axtacı – Axtacı Hacı Əbdül Kərim. 

Qarışıq semantik cərgəli təkrarlanan toponimlərdən bir 

qismi müəyyən semantik qrupa daxil olan fərqləndirici əlamətlərlə, digərləri isə başqa semanitk 

cərgəyə və ya cərgələrə daxil olan diferensiallaşdırıcı əlamətlərlə fərqləndirilir. (1.s.121) Konkret 

ərazidə bu cür oykonimləri fərqləndirərkən onların müxtəlif xüsusiyyətləri, əlamətləri nəzərə alınır; 

Məsələn: Bakı quberniyasının Şamaxı qəzasında Birinci Nəvahi – Nəvahi Quşi – Nəvahi Müğanlı, 

Göyçay qəzasında Birinci Axtaçı – İkinci Axtaçı – Axtaçı Abdul Kərim – Axtaçı Salyan, Cavad 

qəzasında Aşağı Həşimxanlı – Həşimxanlı Polad Tuğay – Yuxarı Həşimxanlı, Quba qəzasında Köhnə 

Quşi – Aşağı Quşi, Digah oba – Digah Seyidlər. 

 

 



 

 

 



Bakı quberniyasının toponimləri müxtəlif söz qrupları əsasında formalaşmışdır: şəxs adları, 

etnonimlər, bitki və heyvan adları, obyektin coğrafi quruluşu və s. bildirən leksik vahidlər və s. Bu 

amilləri nəzərə alaraq onları aşağıdakı leksik-semantik qruplara bölmək olar: a) antroponimlər 

əsasında formalaşan toponimlər; b) etnonimlər əsasında formalaşan toponimlər; c) fitonimlər 

əsasında formalaşan toponimlər; ç) zoonimlər əsasında formalaşan toponimlər; d) hidronimlər 

əsasında formalaşan toponimlər;e) relyef bildirən sözlər əsasında formalaşan toponimlər; ə) yaşayış 

məntəqəsinin tipini bildirən sözlər əsasında formalaşan toponimlər; f) rəng bildirən sözlər əsasında 

formalaşan 

toponimlər. 

       


Antroponimlər əsasında formalaşan toponimlər Bakı quberniyasında qeydə alınmış 

oykonimlərin müəyyən bir hissəsi antroponimlər əsasında yaranmışdır. Antroponimlər əsasında 

formalaşan oykonimlərin yaranma səbəbləri müxtəlifdir. Yaşayış məntəqəsinə  tarixin müxtəlif 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



295

dövrlərində ərazinin mənsub olduğu və ya kəndin təməlini qoyan şəxsin, feodalın və s. adı verilə 

bilər. Antropooykonimləri aşağıdakı kimi qruplaşdırmaq olar:1) Sadə şəxs adlarından yaranmış 

antopooykonimlər: Bakı quberniyasının Göyçay qəzasında Şəkər, Quba qəzasında Sayad  və s.   

A.Qurbanov yalnız şəxs adlarından yaranan toponimlər haqqında yazır: «Yalnız şəxs 

adlarından – antroponimlərdən ibarət olan yaşayış məntəqə adları toponimlərin yaranmasında 

mövcud olan müəyyən qanunauyğunluğa ziddir. Tədqiqat göstərir ki, hazırda yalnız şəxs adından 

ibarət yer adları heç də yarandığı formada bizə gəlib çatmamışdır. Zaman keçdikcə bu toponimlər 

təhrifə məruz qalmış və əvvəlcə mürəkkəb tərkibli toponimin bir komponenti düşmüşdür» (2.s. 324) 

Bakı quberniyasında qeydə alınmış oykonimlərin müəyyən bir hissəsi antroponimlərə şəkilçi,  

bəziləri isə  yaşayış məntəqəsinin tipini bildirən komponentlər (kənd, qala, abad, qışlaq, köç, dizə 

və s.)və s.  əlavə etməklə yaranmışdır. 

 

 

 



 

 

Fitonimlər əsasında yaranan toponimlər. Məlumdur ki, Azərbaycan zəngin bitki örtüyünə 



malikdir. Bu da ərazinin toponimiyasında öz geniş əksini tapmışdır. Türkdilli xalqlar yaşadıqları 

yerin bitki aləminə xüsusi diqqət yetirmişlər. Bəzi obyektlər onun ərazisində çoxluq təşkil edən, 

yaxud da müəyyən xüsusiyyətinə görə seçilən bitkinin adı ilə adlandırılmışdır. Mənbədə qeydə 

alınan türk mənşəli fitotoponimlərin bir qisminin mənaları indi başa düşülmür, onlar qədim türk 

abidələri, qohum türk dilləri materialları əsasında aydınlaşdırılır. Bakı quberniyasındakı  poleotopo-

nimlərinin tərkibində mühafizə olunmuş qədim türk bitki adlarının bəzilərini nəzərdən keçirək. 

Ərazidə rast gəlinən fitooykonimlərdən biri də hazırda Cəlilabad rayonu ərazisindəki Albalan 

kənd adıdır. Tədqiqatçılar toponimi Alı (şəxs adı) və türk dillərində balan/bələn (alçaq dağda, 

təpədə  aşırım) sözlərindən ibarət olub, «Alının bələni» mənasında olduğunu yazırlar (3.s.33).  

Fikrimizcə, oykonimin ikinci komponenti yerində işlənən balan sözü bitki adıdır. Dağlıq Altay 

ərazisndə Balan, Balanak coğrafi adları mövcuddur. Balan sözü türk dillərində 

«başınağacı»mənasında işlənir.(4.s.148) Başqırd, tatar, altay, uyğur dillərində «başınağacı» məna-

sında balan leksik vahidi işlənir (5.s.109). Azərbaycanda başınağacının üç növü bitir: adi gərməşov, 

adi başınağacı, şərq başınağacı. V.S.Psyançin Başqırdıstan ərazisindəki Balanlıtau dağ adını 

«başınağaclı dağ» kimi izah edir (6.s.279). Fikrimizcə, Albalan oykoniminin birinci komponenti 

başınağacının meyvəsinin qırmızı rəngdə olması ilə bağlıdır. 

 

Bakı quberniyasının Göyçay qəzasında Talıstan oykonimi qeydə alınmışdır. Bu toponimin 



etimologiyası ilə bağlı tədqiqatçılar yazırlar: «Talıstan kəndinin adı tal, yaxud talı və stan sözlə-

rindən ibarətdir. Lakin tal sözünün mənası aydın deyildir. Güman etmək olar ki, toponim 

Azərbaycan dilində tala - meşə içərisində düzən yer, açıqlıq və stan-yer sözlərindəndir» (7.s.90).  

Araşdırmalarda Talıstan toponiminin ərəb dilindəki tal (təpə, dağ) və stan (burada «ölkə», «ərazi») 

komponentlərindən yaranması barədə fikirlər vardır. (8.s.230)   

 

 



V.V.Radlov  tal sözünün türk dillərində «söyüd», «çubuq», «cavan ağac» mənalarında 

işləndiyini göstərir (9.s. 875) Tal qədim türk dillərində «söyüd» deməkdir (10.s.537) . «Kitabi-Dədə 

Qorqud» dastanlarında tal sözü həm «budaq», həm də «kürək» mənasında işlənmişdir: «Qarğu talı 

sügünü mana vergil, Göksündən ər sancayım sənin üçün! Qayun talı yeləgümdən sum altunlı 

mənim oxım!». «Üzəngiyə qalqıb, qatı çəkdi, üz atdı: oğlanı iki talusının arasında urub çıqdı, yıqdı» 

(11.s. 166) 

Bakı quberniyasının Göyçay qəzasındakı Talıstan yaşayış məntəqə adı qədim türk dillərində 

işlənən tal sözünə -stan  şəkilçisini əlavə etməklə yaranıb. Beləliklə, Talıstan fitotoponimdir.Tal 

leksik vahidi ilə bağlı  İrəvan quberniyasının Eçmiədzin qəzasında Talın, Ter vilayətinin Xasav-

Yurt, Qroznı dairələrində və Dağıstan vilayətinin Temir-xan-Şura dairəsində Tal, Ter vilayətinin 

Qroznı dairəsində Talı oykonimləri, Dağıstan vilayətinin Kaytak-Tabasaran dairəsində Çartal 

oronimi qeydə alınmışdır. Dağlıq Altayda Kızıl tal, Balkar toponimiyasında Ullu-tallı kol, Tallı 

Özen, Tallı kol və s. Y.Koyçubayev Qazaxıstan ərazisində Taldıbulak, Taldıkode, Taldıkudur və s. 

toponimlərin türk dillərində «söyüd» mənasında işlənən tal sözündən yarandığını yazır (12.s.206-

207) 

 

 



        

Zoonim əsasında yaranan toponimlər. B.Budaqov zootoponimlərin yaranmasının üç yolunu 

göstərir. Müəllif yazır ki, toponimlərin bir qrupu real heyvanlar aləmini əks etdirirsə, digər qrupu 

qədimlərdə totem hesab edilmiş və sitayiş olunmuş (at, qurd, ayı, şahin, qartal, qoyun, dəvə və s.) 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



296

adları yaşadır. Başqa bir yol təbii obyektin xarici görkəmə əsasən hansı heyvanasa oxşadılaraq 

verilmiş coğrafi ad olmuşdur. 

 

 



 

 

 



 

İnək/sığır sözləri türk dillərində məna paraleli kimi çıxış edir. Sığır heyvan adı ilə bağlı Bakı 

quberniyasının Göyçay qəzasında Sığırlı oykonimi yaranmışdır. İnək sözü oğuz, sığır sözü qıpçaq 

qrupu türk dillərinə məxsusdur. Bunlardan birincisi işləkdir, ikincisi isə tədricən dilimizdən çıxmaq 

üzrədir (13.s.58). Orxon-Yenisey abidələrində suyun/sığın sözü sağın, maral mənasında işlənmişdir 

(14.s. 374) .«Kitabi-Dədə Qorqud» dastanlarında sığır sözü mal-qara anlamını bildirmişdir. 

Hidronimlər əsasında  formalaşan toponimlər. Bakı quberniyasındaqeydə alınan türk mənşəli 

yaşayış məntəqə adlarının bir qismi  hidronimlər əsasında formalaşmışdır. Bunlara su, çay, göl, arx, 

bulaq, kəhriz adları və s. aiddir. Bakı quberniyasının Quba qəzasında Susay oykonimi mövcud 

olmuşdur.  Say leksik vahidi türk dillərində «içməli, təmiz» mənalarında (10.s.480), «çayın dayaz 

yeri, suyun gətirdiyi qumlardan çay ağzında əmələ gələn dayaz yer, çınqıl və ya xırda çay daşları ilə 

örtülmüş quru çay yatağı», «dayaz, kiçik çay» mənalarını ifadə edir.(9.s.219) 

Relyef bildirən 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin