sözlərlə yaranan toponimlər.Türk xalqlarının toponimiyasında relyef bildirən sözlər geniş yer tutur.
Həmin sözlərin bəziləri müasir türk dillərində və dialektlərində bu gün də işlənir, bəziləri isə passiv
fonda keçmişdir. Bakı quberniyasının Lənkəran qəzasındakı Yaz qıraq, Göyçay qəzasındakı
Çərtəyaz, Quba qəzasındakı Ala yaz kənd adları tərkibində baş vermiş fonetik hadisəyə görə diqqəti
cəlb edir. Toponimlərdə iştirak edən yaz sözü «çöl, düzən, düzənlik, səhra» mənalarında işlənən
yazıleksik vahidi ilə bağlıdır.(10.s.251) Oykonimlərdə «ı» səsi düşmüş, qismən təhrif baş
vermişdir. Bakı quberniyasının Göyçay qəzasında Qara yazı, Lənkəran qəzasında Ağ yazı
toponimləri vardır.
Türk xalqlarının leksikasında coğrafi termin kimi insan və heyvan bədən üzvlərinin adlarından
istifadə olunur. Tədqiqatçılar bu qəbildən olan coğrafi terminləri anatomik coğrafi terminlər
adlandırırlar. Baş sözü toponimiyada «baş tərəf, yuxarı tərəf, əsas və s.» mənalarda işlənir. Bakı
quberniyasının Quba qəzasında Başdam, Bakı quberniyasının Lənkəran qəzasında yerləşən Bambaşı
toponimi qeydə alınmışdır.
İnsan bədən üzvlərinin adlarına hidronimlərin tərkibində də təsadüf olunur. Bakı
quberniyasının Lənkəran qəzasında İncə-ayağı, Qarayar ayağı göl adları anatomik leksikaya aid
ayaq sözü vasitəsi ilə yaranmışdır. E.Murzayev insanın bədən üzvlərindən birinin adı kimi işlənən
ayaq sözünün toponimiyada «çay ağzı, mənsəbi, çayın aşağı axarı, çayın aşağısı» anlamını ifadə
etdiyini yazır (15.s.129)
Bakı quberniyasının Quba qəzasında İspik kənd adları mövcud olmuşdur. T.Əhmədov İspik
oykonimini türk dillərində «dağ aşırımı, dağ keçidi, kiçik təpə» mənalarında işlənən aspak sözü ilə
bağlı izah edir (16.s.56) . Türk dilləri üçün a~i səs əvəzlənmələri səciyyəvidir.
Amsar kənd adına Bakı quberniyasının Quba qəzasında və rast gəlinir. T.Əhmədov Quba
rayonu ərazisində yerləşən Amsar kənd adının ərəb mənşəli olduğunu yazır və «böyük şəhər, paytaxt»
mənasını daşıdığını göstərir (1.s.153). Lüğətlərdə Amsar toponiminin ərəb dilində «böyük yaşayış
məntəqəsi», «səhər» mənasında işlədilən əmsar (mesr sözünün cəmi) sözündən yarandığı yazılır
(3.s.38). Ərəb dilində «şəhər» mənasında işlənən misr sözü cəmdə amsar (şəhərlər) formasında olur.
Biz bu etimologiyanın yanlış olması fikrindəyik. Bəzən toponimlərin izahını onun hüdudlarından
kənarda axtarmaq lazımdır. Bu fikri Amsar toponiminə də aid etmək olar. Amsar leksik vahidi ilə
bağlı hidronimlərə Azərbaycandan çox uzaqda, türklərin tarixən yaşadıqları Buryatiya ərazisində rast
gəlinir. T.A.Bertaqayev hidronimlərin tərkibində təsadüf olunan amsar sözünün «çay ağzı, mənsəb»,
«giriş, nəyinsə əsası» kimi izah edir (17.s.124-125) Monqol dilində amsar «kənar», «qıraq» mənala-
rında işlənir.(18.s.231) Quba rayonunda Amsar kəndi Ağçayın sahilində yerləşir. Görünür, çayın
sahilində yerləşən yaşayış məntəqəsinə ad coğrafi mövqeyinə görə verilmişdir.
Qədim türk dillərində «qıraq» mənasında sım/sim sözü işlənmişdir (9.s.675). XIX əsrdə Bakı
quberniyasının Lənkəran qəzasında, hazırda Astara rayonu ərazisində yerləşən Sım kənd adı dili-
mizin ən qədim leksik vahidlərindən birini özündə əks etdirən paleotoponimlərdəndir. Ter
vilayətinin Veden dairəsində Simsir yaşayış məntəqə adı qeydə alınmışdır. Türk dillərində sır sözü
«dərə»,
«təpə»,
«yarğan»
mənasını
bildirir
(15.s.505)
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
297
Leksik yolla yaranan oykonimlərdən biri də Bakı quberniyasının Quba qəzasında yerləşən
Tuğay kənd adıdır. Tuqay sözü türk dillərində «subasar meşə, düzdə meşə» mənalarında işlənir
(19.s.163).
Yaşayış məntəqəsinin tipini bildirən sözlər vasitəsilə yaranan toponimlər. Bakı
quberniyasındaqeydə alınmış oykonimlərin bir qismi yaşayış məntəqəsinin tipini bildirən sözlər
vasitəsilə yaranmışdır. Bu qəbildən olan oykonimlərdə kənd, yurd, oymaq, oba, binə, qazma, köy,
qışlaq və s. coğrafi nomenlər iştirak edir.
Bakı quberniyasının Quba qəzasında Xuray kənd adı qeydə alınmışdır. Xuray / xoroy leksik
vahidində u~o, a~o səs əvəzlənmələrı müşahidə olunur. Bu sözlə bağlı toponimlərə başqa türk
xalqları yaşayan ərazilərdə də təsadüf olunur. Qərbi Sibir ərazisində Kızıl Xoray oykonimi vardır.
Xoray sözü tuva dilində «şəhər» mənasında işlənir (17s.77). Beləliklə, Xuray/Xoray sözü ilə bağlı
toponimlər
yaşayış
məntəqə
tipini
bildirirlər.
Rəng bildirən sözlərin iştirakı ilə yaranan toponimlər. Bakı quberniyasında rəng bildirən
sözlərin iştirakı ilə yaranan türk mənşəli oykonimlər qeydə alınmışdır. Bunların əksəriyyəti coğrafi
adların tərkibində rəngdən başqa bir sıra qədim mənalarını da qoruyub saxlamışdır. Rəng bildirən
sözlər toponimin həcmini, böyüklüyünü, kiçikliyini, hündürlüyünü, alçaqlığını, bitki örtüyünü,
süxurlarının rəngini, suyunun keyfiyyətini və s. göstərir.
XIX əsrə aid rus mənbələrində qeydə alınmış Bakı quberniyasının toponimləri aydın şəkildə
göstərir ki, türklər Qafqazın ən qədim sakinlərindəndir. Türkdilli etnoslar ən qədim yerli
sakinlərdən olub, ilkin dövrlərdən bu ərazidə məskunlaşmışdır. Tarix boyu türklər yaşayış məntə-
qələrinə, dağlara, dərələrə, düzlərə, təpələrə, çaylara, göllərə və s. öz ana dilində ad vermişlər.
Tarixi inkişaf prosesində formalaşmış türk mənşəli toponimləri təsadüfən deyil, türk
toponimiyasına xas qanunauyğunluqla yaranmışdır. Ərazinin toponimlər sistemi türk paleotoponim-
ləri və həmin adlarda mühafizə olunmuş qədim dövr fonetik, leksik, leksik-semantik, qrammatik
elementlərlə zəngindir. Ərazinin toponimiyasında türk mənşəli toponimlərin formalaşmasında
iştirak edən sözlərə, onların müxtəlif fonetik formalarına qohum türk dillərində rast gəlinir.
Türk mənşəli toponimlərin bir qismi zaman keçdikcə ilkin formasını qoruyub saxlaya bilmə-
mişdir. Məsələn, Bakı quberniyasının Lənkəran qəzasında Yaz qıraq (indi mövcud deyil), Kürdəmir
rayonunda Çərtəyaz, Göyçay qəzasında Qaramaryan Göyçay rayonunda Qaraməryəm və s.
Regionda qədim türk etnonimləri əsasında əmələ gəlmiş toponimik vahidlər bu ərazidə öz izlərini
qoymuş türk tayfaları haqqında məlumat verir. Antik mənbələrdə, Orxon-Yenisey abidələrində və s.
adları çəkilən bir sıra tayfalarla bağlı toponimlərə Bakı quberniyasının ərazisində rast gəlinir. Bu da
həmin toponimlərin nə qədər uzaq keçmişdə yarandığını göstərir.
ƏDƏBİYYAT
1.
Əhmədov. T. Azərbaycan toponimikasının əsasları. Bakı: 1991, 312 s.
2.
Qurbanov A. Azərbaycan dilinin onomologiyası. Bakı: Maarif, 1988, 595 s.
3.
Azərbaycan toponimləri. Ensiklopedik lüğət. Bakı, Azərbaycan Ensiklopediyası, 1999,
304 s.
4.
Молчанова О.Т. Топонимический словарь Горного Алтая. Горно- Алтайское отд.
Алтайского книжного изд-ва, 1979, 398 c.
5.
Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri. I c., Bakı: Kitab aləmi,
2004, 331 s.
6.
Псянчин В.Ш. Словообразовательные модели оронимов Башкирии // Ономастика
Поволжья. Уфа: 1973, с.277-281.
7.
Abbasova M.Ə., Bəndəliyev N.S., Məmmədov X.H. Böyük Qafqazın cənub-şərq
hissəsinin toponimiyası. Bakı: Elm, 1993, 196 s.
8.
Bağırov A. Naxçıvan toponimlərinin linqvistik xüsusiyyətləri. Bakı, Elm, 2002, s. 286.
9.
Радлов В.В. Опыт словаря тюркских наречий. т.,III, ч.2, СПб, 1905, 1260 c.
10.
Древнетюркский словарь. Л: Наука, 1969, 676 c.
11.
«Kitabi-Dədə Qorqud»un izahlı lüğəti. Bakı: Elm, 1999, 203 s.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
298
12.
Койчубаев Е. Краткий толковый словарь топонимов Казахыстана. Алма-Ата:
Наука, 1974, 274 c.
13.
Rəcəbov Ə., Məmmədov Y. Orxon-Yenisey abidələri. Bakı: Yazıçı 1993, 400 s.
14.
Ağayev Ə. Gəncə dialektində heyvandarlıq terminləri // Azərbaycan SSR Elmlər
Akademiyasının Xəbərləri. ƏDƏBİYYAT, dil və incəsənət seriyası. Bakı: Elm, 1989, s. 58-66.
15.
Мурзаев Э.М. Очерки топонимики. М: Мысль, 1974, 382 c.
16.
Əhmədov T.M. El-obamızın adları. Bakı: Gənclik, 1984, 128 s.
17.
Бертагаев Т.А. О монгольских и бурятски гидронимах. Ономастика Востока. М:
Наука, 1980, c.124-125
18.
Русско-монгольский словарь. Улан-Батор: Улсын хевлэлийн Газар, 1982, 840 c.
Bakhshiyeva Tunzale
Toponyms of Baku Province
Summary
Toponyms of Baku Province recorded in “Caucasus Calendar” during the tsarist Russia are
involved in the given article in terms of linguistics.The toponyms system of the region is rich in
turkish paleotoponyms as well as ancient phonetic, lexical and grammatical elements preserved in
the same names.The initial forms of the toponyms that failed to keep their initial forms are partially
defined in the article.
Key Words: toponym, placenames, geographical name, word, research
Yadigar Əliyev, fil.ü.e.d.
Gəncə Dövlət Universiteti, Azərbaycan dili kafedrası
yadigar_aliyev@rambler.ru
QƏDİM TÜRKLƏRDƏ PİKTOQRAFİK VƏ İDEOQRAFİK YAZI İŞARƏLƏRİ
Fonoqrafik yazı sistemi nümunəsi olan qədim türk əlifbası əvvəlki yazı növlərinin
əlamətlərini də bu və ya digər şəkildə özündə saxlayır. Hər iki yazı növündən – piktoqrafik və
ideoqrafik yazılardan aparıcı xüsusiyyətləri mənimsəməklə təşəkkül tapmış qədim türk əlifbası
sonradan fonoqrafik yazı əlamətləri ilə dolğunlaşır. Piktoqram-ideoqram başlanğıclı qrafemlərin
iştirak etdiyi bu yazı sistemində hərflərin bəzən ifadə etdiyi səslərə görə oxuna bilməməsi də
bununla bağlıdır. Sözlərdə saitlərin ifadə olunmaması və yalnız samit səs işarələrindən ibarət
fonetik strukturlar- bunlar növbəti inkişaf mərhələlərindən birinin izləri kimi təzahür etməklə,
bütövlükdə qədim türk əlifbasının inkişaf xəttini aşağıdakı kimi müəyyən etməyə imkan verir:
a) piktoqram və ideoqramların təşəkkül tapdığı ilk mərhələ;
b) sait səslərin ifadə olunmadığı və yalnız samitlərdən ibarət fonetik strukturla müəyyən
olunan ikinci mərhələ;
c) samit səs işarələrinin sait fonemləri ifadə etdiyi üçüncü mərhələ;
ç) saitlərin ifadəsində samit səs işarələrinin köməkçi vasitəyə çevrildiyi son mərhələ.
İlk inkişaf mərhələsi qədim türk əlifbasının piktoqrafik-ideoqrafik yazı şəklində təşəkkülünü
nəzərdə tutur. Bu fikrin davamı kimi qeyd etmək lazımdır ki, bəzi Yenisey abidələrinin həkk
olunduğu kitabələrdə antropomorf, zoomorf şəkillərdən - şəkili yazı elementlərindən də paralel
şəkildə istifadə olunur və D.D.Vasilyevin qeyd etdiyi kimi, bəzən bunlar qarşılıqlı şəkildə bir-birini
tamamlayir (2, s. 45).
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
299
Nümunələrdən göründüyü kimi, mümkün müqayisələr bəzi qədim türk əlifbası işarələrinin
antropomorf və hətta zoomorf şəkillərlə genetik yaxınlığını üzə çıxarmağa imkan verir. Belə ki
insan təsvirini verən aşağıdakı fikri yazı elementi bir neçə qrafik təsvirin əsasında dayana bilir:
Buna oxşar işarəsinə Gəmiqaya təsvirləri içərisində təsadüf olunur.
Arxeoloqlar Tatarıstandan tapılmış Çerkaskul mədəniyyətinə aid qədim qəbirlərdə insan
qəfəsəsinin yerləşmə vəziyyətinin bəzi təsvirlərini verir (4, s. 149).
Həmin təsvirlərdən göründüyü kimi, bəzi yerləşmə vəziyyətlərində insan qəfəsəsinin
konturları müəyyən qrafik işarələrin təsvirləri ilə oxşarlıq təşkil edir. Göründüyü kimi,
1-ci, 2-ci, 3-cü şəkillər Orxon-Yenisey abidələrində [ş], bəzən [k] səslərini bildirən
işarələrinə;
4-cü, 5-ci, 7-ci şəkillər Orxon-Yenisey abidələrində [k], [t] səslərinə aid
işarələrinə;
6-ci şəkil [ğ] səsini ifadə edən
işarələrinə zahirən bənzəyirlər.
Piktoqrafik (ideoqrafik) təsvirlərlə fonoqrafik yazı elementləri arasında aralıq mərhələ
rolunu oynayan bəzi insan təsvirindən intişar tapmış işarələr Qobustanın qayaüstü təsvirləri
içərisində də müşahidə olunur (bax: 3).
İşarələrin piktoqram-ideoqram başlanğıcı qədim türk yazısında iki formada reliktləşmişdir.
Reliktləşmənin birinci forması fonoqrafik yazı hüdudlarından kənara çıxmır. Yəni bəzi əlifba
işarələrinin piktoqram-ideoqramlarla genetik əlaqəsi mümkündür. Bunu onların məzmunu, forması
və başqa funksional keyfiyyətləri də əks etdirir. Məsələn:
А(piktoqramlarla əlaqəsi olan)
Sıra
№-si
İşarə
Əlifbada ifadə etdiyi səs Səslənməsi və mənası
1
t
at («at»)
2
y
ay («ay»)
3
k
ok («ox»)
4
b
eb («ev»)
5
r
ər («döyüşçü»)
6
ş
Aş («aşmaq», təpəni, dağı, hər
hansı yüksəkliyi keçərək dəf
etmək mənasında)
7
z
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
300
B (ideoqramlarla əlaqəsi olan)
Qədim türk əlifbasında müəyyən işarələr ifadə etdiyi səslərə görə hər hansı predmetin adının
baş hərfi ilə də eynilik təşkil edə bilir. Məsələn, bu cür yanaşmaya görə, misal üçün, baş sözünün
piktoqramı dilarxası saitlərlə yanaşı işlənən [b] səsinin işarələri ola bilərmiş. Bu işarələr Yenisey
abidələrində müşahidə olunan insan təsvirinin bir hissəsi (baş) ilə formaca (işarədə dəyirmi şəkilli
elementin mövcudluğuna görə) üst-üstə düşür.
Yaxud dilarxası saitli [t] səsinin işarələrində dəyişməz element üçbucaq təsvirindən ibarət
olan hissədir –
Həmin təsvirin (və təsvirlərin) tağ ("dağ") sözünün piktoqramı olmaq ehtimalı da var. Belə
nümunələr çox azdır və bizcə, əlifba işarələrinin piktoqram mənşəyini isbat etmək üçün onlar
kifayət sayıla bilməz.
Hər halda reliktləşmiş formalar da təsdiq edir ki, əlifba işarələri müxtəlif predmet
təsvirlərindən onların təkamülü yolu ilə təşəkkül tapır. Antropomorf, zoomorf təsvir elementləri,
ayrı-ayrı əşya təsvirləri tədricən müstəqil yazı işarələrinə çevrilə bilir. Bu baxımdan dilönü saitli [g]
səsini bildirən işarələrin Yenisey kitabələrinə aid Kemçik Bom abidəsində şəkli verilmiş maral
buynuzu təsvirindən yaranma ehtimalı mümkündür.
[g] səsinin işarələri -
İlk yaranmış təsvirlərdən (piktoqramlarda) sonralar bir yox, bir neçə işarə təşəkkül tapır.
Müqayisələr göstərir ki, təkcə bir antropomorf təsvirdən azı iyirmi belə işarənin yaranması
mümkün idi:
Bu səbəbdən piktoqrafik işarələr kəmiyyətcə azlıq təşkil edirmiş.
Yenisey abidələrində işlənən ideoqrafik mahiyyətli işarələrin diapazonu əslində reliktləşmiş
və reliktləşməmiş formalarla bitmir. Qrafemlərin Yenisey abidələrində bəzən ayrılıqda iri planda
həkk olunması onların əvvəlki ideoqram mənşəyindən də xəbər verir və
vaxtı ilə fikri yazı elementi kimi də işlənmiş olduqlarını göstərir:
Nəzərə alaq ki, bunlar əksər halda mətnin məzmunu ilə bağlanmır və mətndəki əlifba
işarələrindən xüsusi şəkildə (ölçüsünə və kursivlə yazılışına görə) seçilirlər.
Əlifba işarələri ilə hər hansı formal bağlılığı olmayan ideoqramlar da vardır.
Yenisey abidələrində ideoqramların sayı əsasən bir, bəzən iki, üç işarədən artıq olmur. Elə
kitabələr də var ki, bunlar əlaqəsiz şəkildə sıralanmış ideoqrafik işarələr çoxluğudur. Bunu aşağıda
verilmiş kitabədəki təsvirlərdən görmək mümkündür.
Sıra
№-si
İşarə
Əlifbada ifadə
etdiyi səs
Səslənməsi və
mənası
1
ş
aş
(“aşmaq”)
2
n, b
3
m, n
4
ş
5
ş,
n
6
n, ŋ, nt
7
m
8
z
9
bş
baş
(“yüksəklik”)
10 d
11
nt
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
301
Buradakı ideoqramları, şərti də olsa, üç şəkildə qruplaşdırmaq olar:
Göründüyü kimi, hər işarə çoxluğunu bir piktoqrafik təsvir – maral yaxud dağkeçisi (və ya hər
ikisi birlikdə) şəkli müşayiət edir.
Bunlar müştərək detalları olan üç yaxın süjet şəklində təzahür edirlər. İlk iki süjetdə işarələrin
sayı nisbətən çox, üçüncü süjetdə əvvəlkilərdən fərqlidir- bir qədər azdır. Bu isə hər bir işarələr
çoxluğunun verdiyi informasiyaların, təbii ki, eyni həcmdə olmadığını göstərir. Üçüncü süjet, maral
mənasını bildirən piktoqramı çıxmaq şərti ilə, tərkibcə üç işarədən ibarətdir: Əvvəl gələn işarə
"insan" mənasını ifadə edir. Təsvirin konturları insanın statik yox, dinamik vəziyyətdə, hərəkətdə
olduğunu göstərir. Üçüncü işarə isə "maral" (və ya ümumiyyətlə, "heyvan") anlamlı piktoqramla
ümumi mənşəyə malikdir. İdeoqramların üçünün də eyni sırada şaquli xətt boyunca assosiasiya
yaratması onların vahid bir informativliyin təşkilinə xidmət etdiyini göstərir. Şəkildəki sıralanmada
yuxarıdan birinci, ikinci işarələrin məna tutumları üçüncü işarənin də məntiqi cəhətdən həmin
informativliyi tamamlaya biləcəyi ehtimalını verir.
Hər üç süjet daxilindəki işarələrin təhlili göstərir ki, onların sıralanmasında təsadüfdən çox,
müəyyən qanunauyğunluq nəzərə çarpır. Həmin qaydaya görə, əvvəl gələn işarələr çoxluğunda (1)
informativliyi tamamlayan zoomorf piktoqrafik təsvir ideoqrafik işarələrdən yuxarıda, ikinci
çoxluqda (2) ideoqramların sağında, üçüncü çoxluqda (3) işarələrdən aşağıda yerləşir. Maraqlıdır ki,
hər bir çoxluqda düz xətt üzrə sıralanmış işarələrlə piktoqrafik təsviri informativ rabitə
əlaqələndirir.
Həmin rabitəyə görə, piktoqrafik təsvirin məna yükü ideoqrafik işarələrin də semantik
təyinatına açar rolunu oynaya bilər.
Süjetlərdə oxşar formalı işarələr müşahidə olunur. Burada eyni olmasa da, yaxın
informasiyaların ifadə edildiyi şübhəsizdir. Belə ki, üçüncü süjetdə alt cərgənin ikinci işarəsi də
insan təsvirini əks etdirir. Lakin əvvəlki dinamik vəziyyətdə olan insanın təsviri daha çox "getmək"
mənasını, sonrakı işarə isə sadəcə "insan" anlayışını bildirir.
işarəsi qədim türk əlifbasında [y] səsini bildirən formalardandır. Həmin formalar [y]
səsinin "ay" piktoqramından ( ) törəyən sonrakı şəkildəyişmələrinə (
) bənzədiyindən,
işarənin də mənşəcə ondan törəmə və həmin mənaya yaxın ideoqram olmaq ehtimalı böyükdür.
Bizcə, işarə "gecə" anlamını bildirən fikri yazı elementidir.
və əks variantda işarələri, bizcə "meşə" anlamını bildirən ideoqramdır. Onun arxaik
şəkli Yenisey abidələrində (X Tepsey abidəsi) [t] səsinin və Şərqi Avropadan tapılmış türk run
mətnlərində (Macarıstan, Nadsentmikloş abidəsi, 9 nömrəli qızıl əşya üzərində yazı (1, s. 116) [ç]
səsinin ifadə forması kimi özünü göstərir. Bizcə, ilk yaranmış şəkil ( ) "ağac" mənalı piktoqram
olmuş, sonradan şəkildəyişmə ilə müşayiət olunan forma -"meşə" anlamına doğru ümumiləşmişdir.
işarəsi maral, ya keçi buynuzunun təsvirlərindən biri olduğu üçün "maral", ya "keçi" anlamlı
ideoqram hesab edilə bilər. Ümumiyyətlə, zoomorf təsvirin hər hansı elementi (xırda detal belə)
bütövlükdə təsvirin özünü də ifadə etmiş olur. Müqayisə üçün qeyd edək ki, Xadınnıq abidəsində
(Yenisey abidələrinə daxildir) sonuncu element buynuz təsviri formasında keçi sözünün üzərində
həkk edildiyindən "keçi" anlamında ideoqrafik işarə kimi qəbul edilməlidir. Abidədə qrafemlərin
sıralanma ardıcıllığı yuxarıdan aşağıya doğrudur: keçi "keçi" ( Xadınnıq abidəsi):
ƏDƏBİYYAT
1. Байчоров С.Я. Древнетюркские рунические памятники Европы. Ставропольское
книжное издательство, 1989
2. Васильев Д.Д. Графический фонд памятников тюркской рунической письменности.
Азиатского ареала. Москва: изд. «Наука», 1983
3. Джафарзаде И.М. Гобустан. Наскальные изображения. Баку: Элм, 1973
4. Казаков Е.П. Памятники черкаскульской культуры в восточных районах Татарии //
Советская археология, № 1, 1979
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
302
Yadigar Aliyev
Pictographic and Ideographic writing marks in the ancient Turks
Summary
The ancient Turkish alphabet phonographic writing, it has its origins in the alphabet symbols
icon-ideograph. The alphabet retains of the previous writing features. Sometimes vowels are not Dostları ilə paylaş: |