rüxsar, çöhrə, tiğ, çeşm, qədd, ah, fəğan, sünbül, hicran, cəfa, səfa, bəla, şah, padşah, zülm, zalim,
dərd, dərman, düşmən, dost, könül, müjgan, əbru, zülf, ruy, sərv, naz, qəmzə, zahid, dəftər, qələm,
məktəb, müəllim, kitab, katib, mədrəsə, tuba, şümşad, bülbül, sevda, zövq, şeyda, gül, pərvanə və s.
və i. a. kimi ərəb və fars dili alınmaları alimin qeyd etdiyi kimi, bu gün də türk dillərində, eləcə də
Azərbaycan türk dilində işlənməkdə olan və Azərbaycan dilinin lüğət tərkibində poeziya dilində
xüsusilə intensiv fəaliyyət göstərən alınma sözlərdəndir. Prof. B.Çobanzadə Füzulinin dil
özəlliklərini ön plana çəkərkən, ədəbi dil rakusundan xüsusi diqqət yönəldərək, şairin əsərlərində
işlətdiyi alimin öz sözləri ilə desək, “xalq sözləri”nə xüsusi önəm verməsi ilə ədəbi dil
məsələlərində mühüm bir amilə toxunur. Şairin əsərlərində, həqiqətən də küllü miqdarda xalq dili
vahidləri –milli frazeoloji vahidlər, atalar sözü və məsəllər, müdrik ata-baba söz və ifadələri,
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
286
idiomlar, məsəllərin işlənməsi, eləcə də böyük şairin xalq məişəti ilə əlaqədar olaraq işlətdiyi sözlər
bu gün də Azərbaycan xalqının məişətində işlənməkdədir.
Qıldı ol sərv səhər nazilə həmmamə xüram,
Şəm'i –rüxsarı ilə oldu münəvvər həmmam.
Niligun futəyə sardı bədəni-üryanın,
San bənəfşə içinə düşdü müqəssər badam.
Oldu pabus şərifilə müşərrəf ləbi-hovz,
Buldu didari-lətifilə ziya dideyi-cam,
Sandılar kim, satılar daneyi-durri-ərəqi,
Vurdu əl kisəyə çoxlar qılıb əndişeyi-xam.
Tas əlin öpdü, həsəd qıldı qara bağrımı su
Etdi su cisminə rəşk aldı tənimdən aram.
Mərdümü –çeşmim ayağınə rəvan su tökdü,
Ki, gərək su tökülə sərvin ayağinə müdam. (252 I)
Qəzəldə işlənmiş həmmam (hamam), münəvvər (Münəvvər –antroponim), futə (fitə), badam,
hövuz, cam, kisə (hamamda istifadə olunan), tas, su, su tökdü və s. sözlər bu gün Azərbaycan dilinin
məişət leksikasında fəal sözlərdəndir.
Prof. B.Çobanzadənin M.Füzulinin dili haqqında obyektiv fikirlərini bir daha diqqətinizə
çatdırmaq istəyirəm: Prof. B.Çobanzadənin sözləridir: Füzuli şərq ədəbiyyatinda ən gözəl əsərlər
meydana gətirən birinci şairimizdir: “lisanının türkcə qismi etibarilə isə Azərbaycan şivəsinə daha
ziyadə yaxındır”. Bunun əsl səbəbi o idi ki, Füzulinin yaşayıb-yaratdığı o zamankı Bağdadda
Azərbaycan türk dil mühiti var idi. Füzuli belə bir dil mühitində yaşayıb-yaratmışdır.
ƏDƏBİYYAT
1.
Bəkir Çobanzadə. Seçilmiş əsərləri, Bakı, “Şərq-Qərb” nəş. I c., 2007
2.
Bəkir Çobanzadə. Seçilmiş əsərləri, Bakı, “Şərq-Qərb” nəş. II c., 2007
3.
Bəkir Çobanzadə. Seçilmiş əsərləri, Bakı, “Şərq-Qərb” nəş. III c., 2007
4.
Bəkir Çobanzadə. Seçilmiş əsərləri, Bakı, “Şərq-Qərb” nəş. IV c., 2007
5.
Bəkir Çobanzadə. Seçilmiş əsərləri, Bakı, “Şərq-Qərb” nəş. V c., 2007
6.
Məhəmməd Füzuli. Əsərləri. I c., Bakı, Elm, 1958
Sevil Mehdiyeva
M.Fuzuli –foremost people of Azerbaijani as of turk poets
Summary
An important part of multilateral scientific creativity of prof. B.Chobanzadah has been
dedicated to the research of Turkic languages as well as language of turkic azerbaijani poets and
their styles. The role of Fizuli in the history of Azerbaijani literary language has been investigated
in his voluminous article named “Fizuli and his place”.
Key words: literary language, science, poet, poetry, Fizuli place.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
287
Гульшат Галиуллина, д.ф.н.
заведующая кафедрой татарского языкознания
Института филологии и межкультурной коммуникации
им. Льва Толстого Казанского федерального университета
О СТАНОВЛЕНИИ И РАЗВИТИИ КАЗАНСКОЙ ТЮРКО-ТАТАРСКОЙ
ОНОМАСТИЧЕСКОЙ ШКОЛЫ
Тюрко-татарская ономастика сформировалась как самостоятельное научное
направление в 70-е годы ХХ века. Этот период характеризуется началом интенсивных
исследований во многих тюркских языках. Уже к концу ХХ века Казанская тюрко-татарская
ономастическая научная школа получила хорошую известность не только в Республике
Татарстан, но и в Российской Федерации, в странах ближнего и дальнего зарубежья.
Несмотря на то, что системные научные исследования в области татарской
ономастики имеют недолгую историю, истоки татарской ономастики уходят вглубь веков.
Одним из первых сведений, касающихся истории Волжско-Камской Булгарии, мы встречаем
в записях арабского путешественника Ахмеда Ибн-Фадлана, датируемых 921-922 гг., где
зафиксированы древнебулгарские личные имена, названия булгарских и башкирских племен,
а также ряд важных сведений по топонимии. Этот период определяется как начало первого
этапа развития татарской ономастики, продолжающийся до середины ХIХ века. Он
характеризуется фиксацией ономастического материала в различных словарях,
путеводителях и трудах историков.
Более серьезные исследования начинаются во второй половине ХIХ века. Связаны
они с именами ученых Казанского Императорского университета и татарских ученых-
просветителей. Благодаря плодотворной деятельности этих ученых, в 80-х годах ХIХ века
была создана Казанская топонимическая школа.
До середины ХХ столетия ономастические исследования носят, в основном,
иллюстративный и описательный характер: обобщающие работы отсутствуют, вопросы
теории почти не разрабатываются. Несмотря на это, формируется база и научные
предпосылки для дальнейших исследований, которые начинаются с 1960 года в трудах
видного ученого Г.Ф. Саттарова, ученика всемирно известного тюрколога М.З. Закиева.
Г.Ф. Саттаров возглавил научную работу большой группы исследователей-ономастов,
вносящих существенный вклад в изучение истории татарского и других тюркских языков и
народов, их этногенеза и этнолингвистики. Научные кадры, прошедшие подготовку в рамках
научного направления тюрко-татарской ономастической школы, продолжают научную
деятельность в России и за рубежом. В настоящее время в рамках научной школы ведутся
комплексные работы по составлению, упорядочению национальных антропонимических и
региональных топонимических словарей, успешно изучается местная географическая
терминология, начались системные исследования периферийных областей ономастики.
İlhami Cəfərsoy, fil.ü.e.d
AMEA Nəsimi adına Dilçilik İnstitutu,
Qədim dillər və mədəniyyətlər şöbəsi
ŞUŞA-SUZİANA MİXİYAZILI ABİDƏLƏRİNİN TÜRK LEKSİKASI
(E.Ö. III-I MİNİLLİKLƏR)
F.Vaysbaxdan sonra alman alimi F.Herzfeld Suziana kitabələri üzərində tədqiqatları davam
etdirdi. O da belə nəticəyə gəldi ki, Suziana kitabələrinin dili ari və sami dillərinə bənzəmir. Həmin
dil başlanğıcda Şumer dilinə çox yaxın olmuşdur.
1914-1920-ci illər arasında akademik N.Y.Marr Əhəməni yazılarının Anca mətnini tədqiqat
obyektinə çevirdi. O, F.Vaysbaxın və F.Herzfeldin konsepsiyasını qəbul edərək əsas diqqəti Elam-
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
288
Qafqaz dil əlaqələrinə yönəltdi, İber, çan, imerxev dillərində çoxlu Suziana mənşəli söz tapdı.
Bütün ziddiyyətli məqamlarına, yəhudipərəst mövqeyinə baxmayaraq, N.Y.Marrın
tədqiqatının əhəmiyyəti ondadır ki, o, Elam - Qafqaz dil əlaqələrini görə bilmişdir.
Keçən əsrin 30-cu illərində R.İ.Şor N.Y.Marrın üstündən sükutla keçdiyi mübahisəli bir
problemə aydınlıq gətirdi. Birmənalı şəkildə bildirdi ki, Van-Urartu yazılarının dilində Şuşa və
Şumer izləri var (43, s.229).
Şuşa şəhərinin adı ivrit dilli mətnlərdə şuşa, akkad mənbələrində şuşu, ərəb tarixçilərinin
əsərlərində mədinətususə şəklində yazıya alınmışdır. Şəhərin adının şuşaan forması da var (24,
s.309; 25, s.309). Bu da “Şuşa nəslindən olanlar” deməkdir.
Xosrov Pərvizin zamanında yaşamış Səhm bin Şəfran ət-Tirmizi də Şuşa şəhərini Suz yox,
Şuşa adlandırır. Tarixçi yazır: “Biz onların nə məqsədlə Mədain və Şuşada zeytun ağacları əkdiyini
bilirik” (2, s.55).
Latın tarixçiləri Şuşa şəhərini Susa, yunanlar Suza adlandırırlar. Çünki yunan fonetikasında
“ş” səsi yoxdur. V.İ.Masson yazır ki, Suziana ölkənin yerli dildəki adı deyil, yunan dilindəki adıdır
(25, s.308).
Bütün bunlara baxmayaraq rus və Avropa dilçiləri Şuşa şəhərini Suz, Şuşa ölkəsini Suziana
adlandırdılar.
Z.A.Raqozina yazır ki, qədim yazılı mənbələrdəki Şuşa və Suz eyni şəhərdir. Suziana ölkə adı
yunancadır. Ölkənin və şəhərin adı mixiyazılı kitabələrdə Şuşa kimi göstərilmişdir (35, s.298, 311).
B.A.Turayevin fikrincə, Şuşa şəhəri Suz da adlanır (38, s.79). Kvinta Kursiya yazır ki, Xuzistan
ölkəsi qədimdə Suza və Suzam adlanırdı (20, s.521). Əslində isə Şuş, yəni Kuş totemin, Şuşa isə
kuş, yəni qartal olan etnosun adıdır.
Şuşa və ümumiyyətlə Elam Əhəməni mənbələrində Uca adlandırılır (25, s.309). Qədim
şuşalılar uca və ya kuş deyəndə qartalı başa düşürdülər. Onların əski inancına görə, qartal dağlardan
yuxarını və tanrıdan aşağını təmsil edir, göylərdən alp igidlərə ucalıq gətirir (28, s.15, 16, 33).
Qədim yəhudi və erməni tarixçiləri Şuşanı bəzən Xus, bəzən Kuş adlandırırlar (40, s.286; 42,
s.119-120). Xuzistan və ya Suzistan quşa, yəni qartala tapınanların ölkəsi deməkdir. K-ş
əvəzlənməsi türk dillərində məlum fonetik hadisədir. Kimaxeya-Şamaxı, kam-şaman və s.
A.Traçevski yazır ki, Suz, Kuş və ya Xuzistan eyni ölkənin adıdır. Kuş övladları əvvəlcə
Şumerdə və Misirdə yaşayırdılar. Eradan öncə XXIII əsrdə Asiyadan gələn çoban knyazlar onları
Şumerdən Elama, Misirdən Efiopiyaya və Nubiyaya qovdular. Ancaq onlar məhv olmayıb,
Nubiyada vassal, Elamda müstəqil dövlət qurdular (37, s.44-45, 47).
A.Traçevskiyə görə, Kam nəslindən olan Kuş övladlarının dili fin və türk dillərinə qohum
olmuşdur (37, s.42, 44, 47). Həmin dil qeyri-ari və qeyri-sami olub, Şumer dilinə bənzəyirdi.
N.Y.Marr Fridrix Vaysbaxa və Herzfeldə istinadən yazır ki, samilər İkiçayarasına gələnə qədər
Şumer və Şuşa əhalisi eyni dildə danışırdı (24, s.4).
Akkadların və assurların Elama basqınlarından sonra Şuşa,Anca və Bərdə mahallarında sami
dilləri yayılmağa başladı. Aşşurbanipalın eradan qabaq 653-cü ildə yazdırdığı kitabədə deyilir:
“Mən Elam çarı Tumanın (mətndə te-um-man) qoşunlarını qırdım, qanlarını Ulaya çayına axıtdım,
cəsədlərini Şuşanın çölünə səpələdim” (45, s.324, 326).
Aşşurbanipal şəhərin böyüklüyünü görəndə heyrətə gəlmişdi. O, öz kitabəsində Şuşanı nəhəng
şəhər adlandırırdı (45, s.270). Eradan öncə I minilliyin əvvəllərində burada 45 min nəfər əhali
yaşayırdı. Bu, o zaman üçün meqapolis idi.
Şuşa şəhəri haqqında ən qədim mənbələrdən biri Xuzistandakı Yeddi təpədən tapılan
mixiyazılı kitabədir. Eradan öncə II minilliyə aid həmin kitabədə bütövlükdə Xuzistan ölkəsi Şuşa
adlandırılır (41, s.135).
Henrix Qretsə görə, Elamın mərkəzi şəhərinin adı Suza olmuşdur (13, s.3). Öncə qeyd
etdiyimiz kimi, Suza şəhərin adının yunan variantıdır. Mixiyazılı kitabələrdə “s”, “z”, “ş” səsləri
eyni işarə ilə göstərildiyindən və yunan dilində “ş” səsi olmadığından bu kiçik fərqlər üzərində çox
da dayanmağa ehtiyac yoxdur.
Fransız arxeoloqları XIX əsrin sonlarında Diala çayı sahilindəki Şeyx xan yaşayış yerindən
Kuti (əslində Kuta) çarının mərmər lövhə üzərində barelyefini tapdılar. Çarın başında Şuşa tipli
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
289
türban, kəmərində döyüş baltası, sol əlində yay var. Ayağının altında yaraladığı düşmən aman
diləyir. Çar sağ əli ilə sadaxdan ox çəkir. Arxeoloq E.T. Ami həmin çarı antropoloji cəhətdən bizim
Şuşanın azərbaycanlı kişilərinə bənzədir (15, s.25-27). Bu arxeoloji nümunə Azərbaycan-Elam
etnogenetik bağlarının öyrənilməsi üçün xüsusi əhəmiyyətə malikdir.
Şuşa yalnız Elamın mərkəzi şəhərinin adı deyildi. Ölkənin hakim zadəgan sülaləsinin və baş
kahin nəslinin adıdır. Kahinlərin nüfuzu o qədər güclü idi ki, onları öz tərəfinə çəkmək üçün Ur
şəhərinin hakimi Şumerdə tanrı in-Şuşinaka məbəd tikdirmişdi (45,s.314). Bu fakt onu göstərir ki,
e.ö. XXI əsrdə Şuşa Şumer qədər güclü dövlət olmuşdur.
Elamın Şuşa nəslindən qüdrətli vilayət hakimləri, iri torpaq sahibləri, kahin və hökmdarlar
çıxmışdır. Onlardan biri Anix Şuşa (45, s.104, 201), biri Baq Şuşa idi (46, s.28-32). Baq Şuşa
Kayseri şəhərindən tapılan mixiyazılı kitabədə varlı tacir və kreditor kimi göstərilir (46, s.28).
Z.A.Raqozina yazır ki, Elamın Şuşa əhalisinin dili iltisaqi olub, Ural-Altay və ya Turan tipli
idi. Bu dil şumer və akkad dillərinə bənzəyirdi (35, s.499; 36, s.298, 311).
Şumer dilinin qrammatik quruluşuna görə iltisaqi olub, türk dillərinə qohumluğu danılmazdır.
Akkad və assurlar da Turan mənşəli etnoslar idilər. Onlar İkiçayarasına gəlib, e.ö. XI əsrdən sonra
samiləşdilər (10, s.49).
Arxaik Şuşa dilinin qalıqları Bisütün qayasının e.ö. 521-ci ildə yazılan Anca (an-ca-an)
mətnidir. Z.A.Raqozinaya görə, o mətnin dili: 1. iltisaqidir, 2. qeyri-aridir, 3. qeyri-samidir, 4. Ural-
Altay və ya Turan tiplidir, 5. Şumer dilinə yaxındır (36, s.298, 311, 318).
Şuşa əhalisinin dili ilə türk dilləri arasındakı qohumluqdan çoxları bəhs etsə də, bu qohumluğu
ilk dəfə alman alimi Fridrix Vaysbax görmüş (4, s.3-241; 5.s.3-76), sonra Herzfeld həmin
tədqiqatları davam etdirmişdir (6, s.3-260).
N.Y.Marr yazır ki, Fridrix Vaysbax Şuşa və Anşan mətnlərinin dilini türk dillərinə qohum
saysa da, o dil Yafəs dillərinə, o cümlədən gürcü dilinə yaxın olmuşdur (24, s.3).
Yafəs dilləri türk və sami dillərinin qatışığından ibarətdir (43, s.223-244). Gürcü dilinin
formalaşmasında sami dilləri ilə yanaşı türk dilləri iştirak etdiyindən Şuşa və İber mətnlərində bəzi
uyğunluqların olması təbiidir.
Onu da nəzərə almaq lazımdır ki, Şuşa əhalisinin ən cəsur dəstələri əhəmənilərin təzyiqi ilə
Xuzistandan Qafqaza köçmüş, bir müddət albanlar və iberlər üzərində hökmran olmuşdur.
Fridrix Vaysbax Elamın Şuşa (in şuşi-nak) məbədinin sənədlərində və Bisütun yazılarının
Anca mətnində onlarla söz tapmışdır. Həmin sözlər və söz kökləri türk dillərinin tarixi leksikası
əsasında izah olunur.
Tum – 1. oğul, 2. toxum (17, s.51). Azərbaycan dilinin dialektlərində günəbaxan toxumuna
“tum” deyilir. “Tumurcuq” sözünün kökündə də bala, övlad mənasında “tum” sözünü görmək
mümkündür.
e – F.Vaysbaxa və Herzfeldə görə ev (45, s.37, 390) Şumer dilində də e ev deməkdir. “ E qal”
isə böyük evlərə, saraylara deyilir (18, s.24).
eba – yurd, vətən (24, s.41). N.Y.Marr yazır ki, yurd, vətən mənasında eba və oba sözləri Kart
dilinə Şuşadan gəlmiş, Upali yer adı gürcü dilində Uplis tsixe şəklinə düşmüşdür (24, s.44).
pan – sözü də Əhəməni kitabəsinin Anca mətnində ev mənasında işlənmişdir. Bundan əlavə,
həmin mətndə söz mənasında ban ismi vardır (6, s.35, 40). Dədəmiz Qorqudun kitabında ban ağ
keçədən qurulan evlərə deyilir. – “Doxsan başlı ban evlərin qara yer üzərində qurdurmuşdu”. Ancaq
mətndə olduğu kimi, dastanda ban həm də söz deməkdir: “ Saqqalı uzun tat əri banlayanda”.
ama – ana (6, s.69, 392; 29, s.40). Eyni zamanda Elam şəhərlərinin ana ilahəsi Ama adlanırdı
(39, s.40, 91, 143; 45, s.69, 392). Şumerlər də anaya ama deyirdilər (18, s.29-30). Ama sözü bəzi
türk dillərində indi də işlənməkdədir. Xristianlıqdan öncəki çuvaşlar tanrı Aşenin arvadını Amaşe
adlandırırdılar (30, s.90). Anadolunun iltisaqi dilli qədim etnoslarından biri olan xataylar (xattilər)
tanrıların anasına dinqir Ama deyirdilər (14, s.157). Urartu qaya yazılarında isə ame qadın deməkdir
(29, s.55, 76).
atta - ata (24, s.35; 39, s.114). Ön Asiyanın qədim iltisaqi dillərində ata sözünə həm ata, həm
tata formalarında rast gəlirik. Ata sözü Şuşa dövlət sənədlərində həm də titul kimi işlənmişdir.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
290
Eradan öncə XIX əsrdə yaşamış Şuşa və Anca çarlarından birinin adı Atta Xuş olmuşdur (45, s.66).
Atta Xuş ata quş, yəni tanrının elçisi olan müqəddəs qartal deməkdir.
tata – patriarxların daşıdıqları titul. Eradan əvvəl 1570-ci ildə yazılan bir gil lövhədə göstərilir
ki, Tata Şuşanın yüksək rütbəli zadəganlarından biridir (39, s.100). Tata etnoqrafik termini indi türk
dillərində dədə kimi işlənir. Türk dillərində dədə: 1. ananın atası, 2. dərviş təriqət başçısı, 3. tanrının
sebçisi (sözcüsü) deməkdir.
Şuşa kitabələrində Arper zadəgan adı var (15, s.16). Arper Turan xaqanı Alpər Tonqanın
adının arxaik formasıdır. Bundan əlavə, Bisütun qayasının Anca dilində yazılan mətnində
öldürməyə alp deyilir (15, s.40; 24, s.13). Alp, yəni öldür feilinin kökündə al sözü durur. Çünki
düşməni öldürmədən onun ölkəsini, dövlətini almaq olmurdu.
armar – qala (24, s.17). Armar “alınmaz” deməkdir. “r” – “z” əvəzlənməsi nəticəsində arxar
sözü armaz, alınmaz şəkillərinə düşmüşdür.
girə - çəki vahidi (45, s.279). Bu söz indi dilimizdə arxaikləşməkdə olan girvənkəyə - 400
qramlıq çəki vahidinə uyğun gəlir.
yapar – qul (24, s.13). Şuşa kitabələrindəki “yapar” və türk dillərindəki “yapmaq”, “vurmaq”
eyni köklü sözlərdir. Düşmən üzərində hücum yapılır, tutulan əsirlər yapar “qul” edilirdi.
Tepir – Şuşa, Anca və Bərdə sarayında yüksək titul. Tepir saray katibi, məhkəmə hakimi idi.
O eyni zamanda məktəblərin fəaliyyətinə nəzarət edirdi (39, s.83-84, 90; 45, s.100, 108). Tepir sözü
fars dilinə azca fonetik dəyişikliklə dəbir formasında daxil olmuşdur. Sözlər dəmir alətlərlə
qayalara, sonra dana dərisinə təpilir, yəni yazılırdı. Bundan əlavə, Şuşa təsərrüfat sənədlərində tupi
sözü vardır. Tupi “yazan”, “təpən” xırda dövlət qulluqçularına deyilirdi.
dəb – taxılı biçib xırmanda döymək (24, s.40). Türk dillərində döyməyə “təpmək”, “dəpmək”
deyilir.
turna – durulmaq, təmizlənmək (24, s.57). “Turna”, “turuq”, “duru” eyni köklü sözlərdir.
parip – yola çıxıb (24, s.58). Buna uyğun olaraq Azərbaycan dilinin qərb ləhcələrində “varıb
getmək” deyimi var.
kur – Fridrix Vaysbaxa görə, “qol”. N.Y.Marr bu sözü Lori ermənilərinin dilindəki kornə
“qol” sözü ilə əlaqələndirir (24, s.48).
del – Bisütun qayasındakı ikinci Əhəməni kitabəsində “ağac” (24, s.56). Türk dillərində
ağacın budağına dal deyilir.
boq – allah. Fridrix Vaysbaxın fikrincə, Bisütun qayasındakı boq sözü əhəmənilərdən qabaqkı
dövrə aiddir (24, s.48). Əhəmənilərdən qabaqkı dövr Şuşa, Anca, Bərdə dövrüdür.
“Baq” və “boq” sözləri Aran dilində tanrının buğa şəklində qoyulan bütünə deyilirdi. “Boq”
buğa, “Baq” Baqastan sözünün köküdür. Xuzistanın Bisütun qayası əhəmənilərə qədər Baqavan
adlanırdı. Baqavan “Avan nəslinin bütxanası” deməkdir. Eradan öncə II minillikdə yaşamış bir
Anca hakiminin adı Şeplar Pak olmuşdur (45, s.70). Şeplar pak-sebçi baq, yəni tanrı Baqın sebçisi,
sözçüsü deməkdir.
yaş – kaspilərin dilindən Şuşa mətnlərinə keçmiş söz. Yağışa və yağışdan islanmış torpağa yaş
deyilirdi (39, s.32). Bundan əlavə, hər iki dildə məhsuldar torpaq tanrısı Buri Yaş adlanırdı (15,
s.42).
meşa – eradan əvvəl 521-ci ildə yazılan Bisütun kitabəsində “meşə”, “ağaclıq”. İqrar Əliyev
Herzfeldə istinadən yazır ki, meşə fars mənşəli söz deyil, Elam sözüdür (7, s.180). Şumer dilində isə
meşəyə, ağaclığa giş deyilir (18, s.31). Əhəmənilərə qədər Şuşa şəhərinin şərqində Çoqa Meşa adlı
yaşayış məskəni var idi (39, s.161). Meşə sözü türk dillərində bu gün də işlənməkdədir. Çoqa isə
Şuşa şəhəri yaxınlığında yurd salan bir qəbilənin adıdır.
aqe – suyun axması (45, s.226). Aqe axın, axar sözlərinin arxaik variantıdır.
şak – oğlan uşağı (45, s.392). İndi bu söz Azərbaycan dilində uşaq formasında işlənir.
tu – günün batdığı yer (45, s.228). Tu türk dillərindəki tün “gecə” sözünün köküdür. Zu – yeri
şumlamaq (45, s.222, 227). Şuşa mixiyazılı kitabələrində “z” və “ş” səsləri bir-birindən
fərqləndirilmir. Ona görə də bu hecanı şu kimi də oxumaq mümkündür. Şu, zu sözü şum isiminin və
şumlamaq feilinin köküdür.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
291
gal – böyük (45, s.95, 229). Gal sözünün əvvəlinə e sözünü artıranda Şumer dilində olduğu
kimi (18, s.24), Şuşa və Anca dillərində də böyük ev, saray sözü düzəlir.
zir, zer – kaspicə həyət, qapı, Şuşa kitabələrində əkilən, sulanan yer (45, s.213, 219; 17,
s.203). Ekel zeri - əkin yeri (45, s.399). Türk dillərinin bulqar-çuvaş qrupunda yerə ser, zer deyilir.
Çuvaş folklorunda Ser Aşe eponimi var. Ser Aşe xristianlığa qədərki çuvaşların mifik təsəvvüründə
torpağın, yerin yiyəsi sayılırdı (30, s.90).
eklu, ekel – tarla, əkilən yer (45, s.213, 219). Ekel, eklu sözlərinin kökündə ək feili durur.
eme – kaspi dilində girmək, ema ime – Şuşa yazılarında qapı, giriş (15, s.32). Ema, ime
“iməkləmək” feilinin köküdür.
hemen – Bisütun kitabəsinin Anca mətnində həmin (24, s.26). Hemen əvəzliyi türk dillərində
indi həmən, haman, həmin variantlarında işlənir.
gizza – kəs (24, s.31). Kəsmək və gizza eyni köklü sözlərdir.
tiri – dedi (15, s.40); titme – demək, dillənmək (24, s.52).
tiriş ti – adlandırdı (24, s.32). Hər üç sözün kökündə ti, yəni de feili durur.
Dostları ilə paylaş: |