I türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə67/94
tarix31.01.2017
ölçüsü2,97 Mb.
#7251
1   ...   63   64   65   66   67   68   69   70   ...   94

Ötükən yerig konmıs tiyin esidip bəriyəki bodun, kurıyakı, öŋrəki bodun kəlti “Ötükən yerində 

məskən saldığımızı eşidib cənubdakı xalq, qərbdəki, öndəki xalq gəldi” (T 17). 

3. Yerlik hal: balıkdakı  “şəhərdəki”, tağdakı “dağdakı”. Məsələn, ...balıkdakı tağıkmıs, 

tağdakı inmis... “...şəhərdəki dağa çıxmış dağdakı enmiş...” (KT ş 12). 

Abidələrdə  -ki şəkilçisi -ra/-rə və -ru/-rü  şəkilçili sözlərə də artırılmışdır ki, birinci forma 

yönlük-yerlik hal, ikinci isə yönəltmə-istiqamət halı adlandırılır: içrəki “içəridəki”, öŋrəki “öndəki”, 

bərüki “bu tərəfdəki, bu yandakı”. Məsələn, Besbalık içrəki nə kişi etin... “Beşbalık içindəki hansı 

adamlar...” (BK ş 28); Öŋrəki ər... “Öndəki kişi...” (T 25). 

Orxon abidələrində -ki şəkilçisi yiyəlik hallı sözlərlə işlənməmişdir. Bunun səbəbi aydın 

deyil. 

Abidələrində bu şəkilçi söz birləşmələrinə də əlavə olunmuşdur: tört buluŋdakı “dörd 



tərəfdəki”,  anta yerüki “o yerdəki”, nəŋ yerdəki “nə yerdəki”. Məsələn, Bödgə özim olurıp bunça 

ağır törüg tört buluŋdakı (bodunğa it)dim “Taxtda özüm oturub bu qədər ağır qanunu dörd tərəfdəki 

(xalqa düzəlt)dim” (BK ş 2); ...anta yerüki Sük baslığ soğdak bodun kop kəlti “O yerdəki Sük başlı 

soğdaq xalqı hamılıqla gəldi” (T 46); Nəŋ yerdəki kağanlığ bodunka... “Nə yerdəki xaqanlı xalqa...” 

(T 56). 

Diqqəti cəlb edən cəhətlərdən biri də bu şəkilçini qəbul etmiş sözlərin asanlıqla 

substantivləşə bilməsidir. Məsələn, ...balıkdakı tağıkmıs, tağdakı inmis... “...şəhərdəki dağa çıxmış 

dağdakı enmiş...” (KT ş 12). 

Uyğur abidələrində bu şəkilçinin funksiyası genişlənmiş və o, çıxışlıq hallı sözlərə də əlavə 

olunmuşdur:  birdinki, yirdinki (18, 109), soltınkıoŋtınkı “soldakı və sağdakı”, kişilərdinki toz 

“adamlardan gələn toz”. Burada -ki şəkilçisinin söz birləşmələri ilə işlənmə imkanı da güclənmişdir: 

təŋri yerintäki “allah torpağındakı”, tört yınakdakı “dörd tərəfdəki”, kamağda üstünki “hamıdan 

üstdəki, hamıdan yüksək”. Uyğur abidələrində bu şəkilçi hətta birlə və təgi qoşmalarına da 

artırılmışdır:  Şariputr birləki arxant toyunlar “Şariputra ilə birlikdə olan arxat rahibləri”, təŋrilig 

luoluğ səkiz bölök kuvrağlarka təgikilər üçün “dəstələrin səkkiz sinfində olan allahlar və əjdahalar 

arasındakılara qədər olanlar üçün”. Buraya -kən şəkilçili feili bağlamaları da daxil etmək olar: 

ərkənki, təgməzkənki (2, 187-189). Hətta qoşmaya da əlavə olunma onu göstərir ki, bu şəkilçi 

sözdüzəldici şəkilçilərin funksiyaları sərhədindən kənara çıxır. 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



338

Müasir türk dillərinin, demək olar ki, hamısında -ki şəkilçisi vardır və burada o, əsasən, 

zərflər, adlıq, yiyəlik və yerlik hallı isimlərlə işlənir: alğınnqı “əvvəlki”, burunnqu “əvvəlki”, bıyılğı 

“builki”, ingngirgi “axşamkı” (qaraçay-balkar) (26, 257-258), tiykərgi “əsas” (tiykər “əsas”), üstki 

“yuxarıdakı” (qaraqalpaq) (13, 196), kündünki “cənubdakı”, ŝi

ẑdəki (türkmən) (27, 109), ĕlĕkxi 

“köhnə, qədim, keçmiş” (ĕlĕk “əvvəl”), sonki “sonuncu” (çuvaş), qiçki “gec”, irki “səhərki” 

(türkmən),  birgi “birinci” (Tuva), artkı “arxadakı” (qırğız), keyinki “sonrakı” (qazax) (22, 156), 

kışkı “qışdakı” (qazax), s'urki “yazdakı” (çuvaş), başkı “ilk” (qırğız), üydəgi “evdəki” (özbək), 

çirdegi “yerdəki” (xakas) (23, 116), ozağı “əvvəlki, köhnə” (salar) (10, 337), önceki “əvvəlki” 

(türk), d'askı “yazdakı” (Altay), bizniki “bizimki” (özbək), kaydağınıkı “haradakı” (tatar). 

-ki şəkilçisi yalnız adlıq hallı sözlərə əlavə olunduqda əsl sözdüzəldici şəkilçi kimi çıxış edir 

çünki bu zaman o, sözün mənası ilə bağlı məhdudiyyətlə qarşılaşır və müasir türk dillərində, o 

cümlədən Azərbaycan dilində yalnız zaman bildirən sözlərə artırıla bilir. Elə buna görə də adlıq 

hallı sözlərə -ki şəkilçisinin artırılmasına aid nümunələrin sayı daha azdır. Bu xüsusiyyət bəzi 

tədqiqatlarda bu şəkilçinin qeyri-məhsuldar şəkilçi kimi təqdim edilməsinə səbəb olmuşdur (8, 235; 

5, 80). Yiyəlik və yerlik hallı sözlərin -ki şəkilçisini qəbul etməsində isə belə bir məhdudiyyət 

yoxdur. Maraqlıdır ki, F.Zeynalov -dakı, -dəki şəkilçisini qeyri-məhsuldar şəkilçilər arasında təqdim 

etmişdir (11, 128), halbuki bu şəkilçi, demək olar ki, bütün isimlərə və isimləşmiş sözlərə artırıla 

bilir. 


Türk dillərinə dair yazılmış əsərlərin bir qismində -ki şəkilçisinin yerlik hallı sözlərə 

artırılması ilə düzəlmiş sözlərdəki şəkilçi sifət düzəldən -dakı şəkilçisi kimi qəbul olunmuş (8, 235), 

yiyəlik hallı sözlərə əlavə olunduqda meydana çıxan formalarda isə ayrıca -inki şəkilçisindən bəhs 

edilməmişdir. Bəzən çıxışlıq hallı sözlər də -ki şəkilçisi qəbul edə bilir: çoxdankı. E.V.Sevortyanın 

göstərdiyinə görə, -ki şəkilçisi əsasən yerlik hallı sözlərə əlavə olunur, çünki bu mövqedə digər 

məkani hallar yerlik halla əvəz olunmuşdur (22, 156). Y.Seyidov isə -dakı, -dəki şəkilçisini 

qrammatik şəkilçilərə daxil etmişdir (7, 52). 

-ki şəkilçisini sözdəyişdirici şəkilçilərə yaxınlaşdıran maraqlı xüsusiyyətlərdən biri də -ki 

şəkilçisi qəbul etmiş sözlərin yerlik və çıxışlıq hallarında, üçüncü şəxs mənsubiyyət şəkilçili 

sözlərdə olduğu kimi, n samitinin əlavəsidir (3, 162), məsələn, dünənkindən, kitabdakında. 

A.N.Baskakov qaraqalpaq dilində -ki şəkilçili sözləri zərflərin atributiv-təyin formalarına 

daxil etmişdir (13, 223). Bu isə o deməkdir ki, müəllif bu şəkilçinin əlavə olunduğu sözün aid 

olduğu nitq hissəsini dəyişməsini və beləliklə də, yeni söz düzəlməsini qəbul etməmişdir. 

Monqol dillərində -ki şəkilçisi və onun variantları yiyəlik və yerlik hallarda olan sözlərə 

artırılır:  meniki “mənimki” (monqol yazı dili), man

ǟ

xi “mənimki” (buryat) (6, 219), xotandaki 



“şəhərdəki” (monqol yazı dili) (21, 110). Türk dillərində olduğu kimi monqol dillərində də bu 

morfem -ra şəkilçili sözlərə artırıla bilir: degēreki “yuxarıdakı”, dotorakı “içəridəki” (monqol yazı 

dili) (21, 110), oyrox “yuxarıdakı” (xalxa-monqol) (25, 79). 

Tunqus-mancur dillərindəki bir neçə sözdə də bu şəkilçiyə təsadüf olunur: minnqi “mənim, 

mənimki”, dergi “yuxarıdakı”, dorgi “içəridəki”, xerqu “aşağıdakı”, uqu “yuxarıdakı” (evenk) (14, 

76),  nalmainqe “adamınkı”, bōinqe “evinki” (mancur) (12, 86). Türk dillərində olduğu kimi, 

tunqus-mancur dillərində də bu forma mənsubiyyət göstərici hesab olunmuşdur (20, 39). 

Qrammatik şəkilçilərdən sonra işlənməsi, xüsusən yiyəlik və yerlik hallarda məhdudiyyət 

olmadan bütün isim və isimləşmiş sözlərə əlavə olunması, söz birləşmələrinə də artırılması kimi 

xüsusiyyətlər  -ki şəkilçisini digər sözdüzəldici şəkilçilərdən fərqləndirmiş və onu sözdəyişdirici 

şəkilçilərə yaxınlaşdırmışdır. Hətta bir çox tədqiqatçılar bu şəkilçini qrammatik şəkilçi saymış və 

ondan söz yaradıcılığında deyil, morfologiyada bəhs etmişlər. M.Ergin onu “aidlik şəkilçisi” 

adlandırmış və mənsubiyyət şəkilçilərinə yaxınlığını qeyd etmişdir (3, 219). A.N.Kononov yiyəlik 

hallı sözlərə -ki şəkilçisinin əlavəsini mənsubiyyət anlayışının ifadəsinin morfoloji-leksik üsulu 

adlandırmışdır (17, 77). N.K.Dmitriyev və F.Zeynalov bu şəkilçinin mücərrəd mənsubiyyət 

bildirdiyini göstərmişlər (15, 55; 11, 114). A.N.Baskakov bu şəkilçini münasibət şəkilçisi 

adlandırmışdır (13, 196) E.V.Sevortyan -dakı morfeminin təmiz sözdüzəldici şəkilçi olmadığını, 

qrammatikaya daha meyilli olduğunu qeyd etmişdir (22, 156). 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



339

-ki şəkilçisini sözdüzəldici şəkilçilərə daxil edən türkoloqların da sayı az deyil. Məsələn, 

T.Tekin bu şəkilçinin aidlik və əlaqə sifətləri düzəltdiyini yazmışdır (9, 82). A. fon Qaben bu 

şəkilçinin əsasən sifət, nadir hallarda isim düzəltdiyini göstərməklə yanaşı, onun aidlik bildirdiyini 

də qeyd etmişdir (4, 44). Müəllif kitabın sonrakı hissəsində bu şəkilçini qəbul etmiş sözləri ismin 

qrammatik kateqoriyaları içində vermiş və -ki, -taki şəkilçilərinin “yer, zaman baxımından 

mənsubiyyət” ifadə etdiyini göstərmişdir (4, 114). M.Xabiçevə görə, bu şəkilçi yalnız sifət düzəldən 

şəkilçidir (26, 257). Onun yiyəlik hallı sözlərə -ki şəkilçisinin əlavəsini hansı adla təqdim etməsi 

aydın deyil. B.A.Serebrennikov və N.Z.Hacıyeva bu şəkilçini sifət düzəldən şəkilçilərə daxil 

etmişdir (23, 114). 

A.M.Şerbak -ki şəkilçili sözləri nisbi sifət adlandırır və onların yalnız şərti olaraq, təyin kimi 

işləndiyi üçün sifətə aid edilə biləcəyini yazır (27, 109). “Türk dillərinin müqayisəli-tarixi 

qrammatikası”nda (1988) da -ki şəkilçisinin nisbi sifətlər düzəltdiyi göstərilir, ancaq türk dilləri 

üçün nisbi sifətlərin səciyyəvi olmaması və belə şəkilçilərin adların sintaktik formalarını da əmələ 

gətirməsi əlavə olunur (24, 151). Deməli, adı çəkilən kitabda da -ki şəkilçisinin funksiyasına görə 

qrammatik şəkilçilərə yaxınlığı qəbul olunur. -ki şəkilçili sözləri nisbi sifət adlandıran müəlliflərdən 

biri də N.K.Dmitriyev olmuşdur (15, 225). A.N.Kononov da onun zaman və yer bildirən nisbi 

sifətlər düzəltdiyini göstərmişdir (17, 143). Maraqlıdır ki, sərbəst formada bu şəkilçini sözdüzəldici 

şəkilçi hesab edən A.N.Kononov yiyəlik hallı sözlərə əlavə olunduqda onu mənsubiyyət 

kateqoriyasının morfoloji-leksik üsulu və substantivləşmənin xüsusi növü adlandırır (17, 77). 

M.Erdal bu şəkilçini “konverter” adlandırır (2, 186), yəni onun funksiyasını sözü bir nitq 

hissəsindən digərinə çevirməkdə görür. 

Bu şəkilçinin mənşəyi ilə bağlı da müxtəlif fikirlər söylənmişdir. Məsələn, M.Erginə görə, 

bu şəkilçinin sözdəyişdirici şəkilçilərdən sonra işlənməsinin səbəbi onun ədat mənşəli olmasıdır (3, 

162). A.N.Kononov bu şəkilçinin genetik cəhətdən -ğu/-gü ədatı ilə bağlılığı fikrində olmuşdur (18, 

108). Bu fikri təsdiqləmək üçün o, bu şəkilçinin “vurğusuz və sait ahənginə tabe olmayan” şəkilçi 

olduğunu qeyd etmişdir (17, 143), ancaq -ki şəkilçisi vurğu qəbul edir və əksər türk dillərində ahəng 

qanununa tabedir. M.Ergin bu şəkilçinin qədim variantının və dialekt formalarının ahəng qanununa 

tabe olduğunu qeyd edir və ədəbi dildə birşəkilli işlənməsini fars mənşəli ki ədatının təsiri sayır (3, 

163). M.Xabiçev bu şəkilçini -ğık, -gik şəkilçisi ilə bağlayır (26, 257). Ancaq qədim yazılı 

abidələrin dilində -ğık/-gik yox, -ki/-ğı/-gi/-ku variantlarının işlənməsi bu fikrə qarşı şübhə yaradır. 

Yuxarıdakıları ümumiləşdirmək üçün deyə bilərik ki, -ki morfemi Altay dilləri üçün ortaq 

şəkilçidir, sözdüzəldici şəkilçilərlə sözdəyişdirici şəkilçilər arasında orta mövqedədir və müasir türk 

dillərinə nəzərən Orxon abidələrində daha geniş funksional imkanlara malik olmuşdur. 

ƏDƏBİYYAT 

1.

  Clauson G. An Etymological Dictionary of Pre-Thirteenth-Century Turkish. Oxford: 



Clarendon Press, 1972, 989 pp. 

2.

  Erdal M. A Grammar of Old Turkic. Leiden: Brill, 2004, 575 pp. 



3.

  Ergin M. Türk Dil Bilgisi. İstanbul: Bayrak, 2013, 407 s. 

4.

  Gabain A. von. Eski Türkçenin Grameri. Çeviren: M.Akalın. Ankara: Türk Tarih Kurumu 



Basımevi, 1988, 313 s. 

5.

  Mirzəzadə H. Azərbaycan dilinin tarixi qrammatikası. Bakı: Azərbaycan Universiteti 



Nəşriyyatı, 1990, 376 s. 

6.

  Poppe N. Introduction to Mongolian Comparative Studies. Helsinki: Suomalais-Ugrilainen 



Seura, 1987, 302 p. 

7.

  Seyidov Y. Azərbaycan dilinin tarixi qrammatikası. Morfologiya. Bakı: Bakı Universiteti 



nəşriyyatı, 2006, 368 s. 

8.

  Tanrıverdi Ə. Azərbaycan dilinin tarixi qrammatikası. Bakı: Elm və təhsil, 2012, 464 s. 



9.

  Tekin T. Orhon Türkçesi Grameri. İstanbul, 2003, 272 s. 

10.

 Teres, Ersin. İli Salır Türkçesi’nde yapım ekleri // Uluslararası Sosyal Araştırmalar Dergisi, 



Kış 2013, Cilt: 6, Sayı: 24, s. 332-347. 

I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



340

11.


 Zeynalov F.R. Türk dillərinin müqayisəli qrammatikası. I hissə (Fonetika, leksika, 

morfologiya). Bakı: MBM, 2008, 354 s. 

12.

 Аврорин В.А. Грамматика маньчжурского письменного языка. Санкт-Петербург: 



Наука, 2000, 240 с. 

13.


 Баскаков Н.А. Каракалпакский язык. Том II. Фонетика и морфология. Часть первая. 

Части речи и словообразование. Москва: Издательство АН СССР, 1952, 544 p. 

14.

 Васильевич Г.М. Очерк грамматики эвенкийского (тунгусского) языка. Ленинград: 



Издательство Наркомироса РСФСР, 1940, 196 с. 

15.


 Дмитриев Н.К. Грамматика бащкирского языка. Москва-Ленинград: Издательство 

Академии Наук СССР, 1948, 276 с. 

16.

 Древнетюркский словарь. Ленинград: Наука, 1969, 677 с. 



17.

 Кононов А.Н. Грамматика современного турецкого литературного языка. Москва-

Ленинград: Издательство Академии Наук ССР, 1956, 570 с. 

18.


 Кононов А.Н. Грамматика языка тюркских рунических памятников (VII-IX вв.). 

Ленинград: Наука, 1980, 256 с. 

19.

 Котвич В. Исследование по алтайским языкам. Москва: Издательство иностранной 



литературы, 1962, 374 с. 

20.


 Петрова Т.И. Язык ороков (ульта). Ленинград: Наука, 1967, 156 с. 

21.


 Поппе Н.Н. Грамматика письменно-монгольского языка. Москва-Ленинград: 

Издательство Академии Наук СССР, 1937, 196 с. 

22.

 Севортян Э.В. Аффиксы именного словообразования в азербайджанском языке: опыт 



сравнительного исследования. Москва: Наука, 1966, 436 с. 

23.


 Серебренников Б. А., Гаджиева Н. З. Сравнительно-историческая грамматика 

тюркских языков. Баку: Маариф, 1979, 304 с. 

24.

 Сравнительно-историческая грамматика тюркских языков. Морфология. Москва: 



Наука, 1988, 560 с. 

25.


 Тодаева Б. Х. Грамматика современного монгольского языка. Фонетика и 

морфология. Москва: Наука, 1951, 198 с. 

26.

 Хабичев М. А. Карачаево-балкарское именное словообразование. Черкесск. 1971, 269 



c. 

27.


 Щербак А.М. Очерки по сравнительной морфологии тюркских языков: имя. 

Ленинград: Наука, 1977, 188 с. 

28.

 Этимологический словарь тюркских языков. Том I. Москва: Наука, 1974, 768 с. 



 

Aysel Ahmadova 

-ki, the suffix of belonging in Altaic languages and its functions in Orkhon Inscriptions 

Summary 


-ki is a common suffix in Old and modern Turkic languages, as well as in Mongolic and 

Manchu-Tungusic languages. It is used with several case forms including nominative, genitive and 

locative in modern Turkic, genitive and locative in Mongolic, nominative and genitive in Manchu-

Tungusic. However, in the language of Orkhon and Ancient Uygur written monuments, the function 

of the morpheme -ki is much more extensive. In the monuments, this suffix was registered in the 

words with nominative, genitive, dative, locative, and ablative cases, as well as in nominal phrases. 

It is still arguable to which type of suffixes -ki belongs, derivational or inflectional. 

Key words: Old Turkic language, Altaic languages, word-formation, derivational suffixes, 

inflectional suffixes 

 

 



                                   

 

 



 

I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



341

Aygül  Mirzəyeva, kiçik elmi işçi 

                   AMEA akad. Z.M.Bünyadov adına  Şərqsünaslıq İnstitutu, 

mirzeli89@mail.ru 

 

DİL TARİXİNİN ÖYRƏNİLMƏSİNDƏ ÜMUMTÜRK 



YAZILI ABİDƏLƏRİNİN ROLU 

Yazılı abidələr hər hansı bir dilin keçdiyi inkişaf yollarının, fonetik, leksik və qrammatik 

sistemində baş verən təkamül proseslərinin, dəyişmələrin öyrənilməsində mühüm rol oynayır. Bu 

baxımdan ümümtürk yazılı abidələri türk dillərinin tarixinin öyrənilməsində əvəzsiz mənbələrdir. 

Onların tədqiqi nəticəsində dilimizin spesifik xüsusiyyətləri, dil vahidlərinin inkişafı tarixi aspektdə 

araşdırılır.  

Türk dillərinin inkişaf tarixi bir neçə dövrə bölünür. Bu dövrlərdən X-XVI əsrləri əhatə edən 

Orta türk dövrü daha çox diqqəti cəlb edir. Belə ki, dövrü səciyyələndirən bir sıra abidələr 

günümüzə qədər gəlib çıxmış, dilçilik elminin olduqca vacib dəlillər əldə etməsinə kömək etmişdir. 

Bunlardan Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsəri, Yusif Xas Hacib Balasağunlunun 

“Qutadqu bilik” poeması, “Kitabi-Dədə Qorqud” dastanları, “Manas” dastanı ümumtürk 

ƏDƏBİYYATı üçün dövrün fundamental əsərləri hesab olunur və V-XI əsrlər arasında elmi körpü 

kimi də qiymətləndirilir. Orxon-Yenisey abidələrinin öyrənilməsinə, qədim türk xalqları, onların 

dialekt və şivələri haqqında mühakimə yürütməyə imkan verir. Türk dillərinin oğuz qrupuna 

mənsub olan “Kitabi-Dədə Qorqud” dastanları və bütün türk dillərini əhatə edən “Divanü lüğat-it-

türk” dil tariximizin öyrənilməsində daha mühüm əhəmiyyət daşıyır. 

Türk dillərinin inkişaf tarixinə səviyyələr üzrə nəzər saldıqda ilk olaraq qeyd etmək lazımdır 

ki, türk xalqları tarixən bir neçə əlifbadan istifadə etmişdir. Orxon-Yenisey abidələrində və Orta 

türk dövrünün yazılı abidələrində 9 sait və 25 samit fonem mühafizə olunmuşdur. Orta türk 

dövrünün abidələrində samit fonemlər sabitləşmiş, kar və cingiltili samitlər əsasən 

differensiallaşmışdır. Söz tərkibində saitlərin uzanması müşahidə olunur.  

Fonetik baxımdan bugünkü ədəbi dilimiz üçün xarakterik olmayan bəzi məqamlara diqqət 

yetirək. Müasir ədəbi dilimizdən fərqli olaraq, bu abidələrin dilində diftonqlara rast gəlmək 

mümkündür. Məsələn, “au – qaurma  (Qara qaurma bişirüb, qırq bəg qızına ilətüŋ)” [2, 140]. 

“Kitabi Dədə Qorqud” da işlənən oa diftonqlu sözlər daha çox qərb ləhcəsində, au diftonqlu sözlər 

isə şimal-şərq şivələrində mühafizə olunub saxlanmaqdadır. Qərb ləhcəsində bu gün də işlənən oa 

diftonqlu sözlərə qoa-qoa, qoaliyif, oandı və s., şimal-şərq şivələrində işlənən au diftonqlu sözlərə 

qaurma, dauşan və s. misal göstərmək olar.  

Müasir Azərbaycan dilində yalnız dialektlərdə qalmış sağır nun (ŋ) yazılı abidələrimizdə 

geniş şəkildə işlənmişdir: yiyəlik hal şəkilçisinin “ıŋ” formasında işlənməsi, yönlük hal 

şəkilçisindən əvvəl (maŋa, baŋa, saŋa, muŋa və s.), mənsubiyyət şəkilçisi daxilində (oğlıŋ, babaŋı 

və s.), şəxs sonluqları daxilində (öldürüŋ, tağıtmaŋuz, gətüriŋ və s.).Sağır nun (ŋ) söz ortasında və 

sonunda da olduqca işlək olmuşdur: “Açuq-açuq meydana bəŋzər səniŋ alıncuğıŋ;  Qoŋur atın 

vergil maŋa; Yalıŋ görsə tonatdı” və s. [2, 143].  “Y” samitinin söz önündə üstün mövqe tutması 

(yıl, yılan, yılkı, yığac), b>p əvəzlənməsi (barmaq/parmaq, bulub/bulup, alıb/alıp, bəs/pəs və s.), 

b>v əvəzlənməsi (bar/var, ab/av və s.), b>m əvəzlənməsi (mən/bən, bu/mu və s.), t>d, d>t 

əvəzlənmələri (damar/tamar, tağ\dağ, dilkü/tülkü və s.), q-x-h, q-x-ğ paralelliyi və s. fonetik 

hadisələr də yazılı abidələrin dilində diqqət cəlb edən məqamlardandır. Ahəng qanunu öz 

mövqeyini tarixən qoruyub saxlamışdır. Orxon-Yenisey abidələrində - kılınçladı, sülədim; “Kitabi-

Dədə Qorqud”da – yapdırmışdı, kölgəlicə; “Divanü lüğat-it-türk”də - uçurğan, kölünq.  

Orxon-Yenisey abidələrinin dilində işlənmiş bəzi sözlərə Orta türk dövrü abidələrində rast 

gəlinmir (yılsıq – varlı, ecü – əcdad, yutuz – arvad və s.). Bəziləri fonetik cəhətədən dəyişərək 

(yügerü – yukaru/yokaru (yuxarı), yımşak/yumşak (yumşaq), yegirmi/yegirmi – yigirmi (iyirmi)), 

böyük bir qismi isə olduğu kimi, heç bir dəyişikliyə uğramadan müasir ədəbi dilimizdə 

işlənməkdədir. Orta türk dövrü abidələrində müşahidə olunan və müasir Azərbaycan dilində olduğu 

kimi və ya fonetik dəyişmə ilə işlənən bəzi sözlərə nəzər salaq. Mahmud Kaşğarinin “Divan”ında: 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



342

it, ata, istək, turna, taranmaq, aşuk, atmaq, atlanmaq və s. Yusif Balasağunlunun “Qutadqu bilik” 

əsərində: başka, körmək, köz, artuk, teniz, küvənmək, aç, kelin, tilek və s.“Kitabi-Dədə Qorqud”da: 

ağ, ad, dil, baş, dilək və s. 

Yazılı abidələrimizdə işlənən sözlərin böyük bir hissəsi dialektlərimizdə,  xüsusilə də qərb 

şivələrində eynilə və ya müəyyən fonetik, semantik dəyişmə ilə işlənməkdədir. Məsəslən, “Kitabi-

Dədə Qorqud”da ağırlamaq (əzizləmək), baqır (mis), yağı (düşmən); “Divanü lüğat-it-türk”də 

ağırlamaq, bakır, yağı;qərb şivələrində ağırramax, paxır, yağı kimi işlənməkdədir.   

Abidələrin dilində alınma, xüsusən də ərəb və fars dillərindən alınma sözlər işlənmişdir. 

“Nom-din (Çin), ğarət (ə), küzec (ə), kirit (ə), tene (f), burxan (Çin), tavqaç (Sin), aznun-dünya 

(soğdi), tamu-cəhənnəm (soğdi), uşmak-cənnət (soğdi), yek-şeytan (sanskrit), muyan-imarət 

(sanskrit).... nəcib (ə), halal (ə), həram (ə), həndəsə (ə), din (ə), ömür (ə), şair (ə), vəfa (ə), cəfa (ə) 

və s.” [3, 39]. 

Orta türk dövrü abidələrinin morfoloji xüsusiyyətlərində köklü dəyişikliyin olmadığı  

müşahidə olunur. Qədim türk yazılı abidələrində özünü göstərən bütün əsas və köməkçi nitq 

hissələri müasir dövr türk dillərindən çox az fərqlənir. Kəmiyyət kateqoriyasının əsas morfoloji 

göstəricisi olan şəkilçilər (–lar, -lər, -ler şəklində) tarixən mühafizə olunmuş, bütün dövrlər üçün 

səciyyəvi olmuşdur. Orxon-Yenisey abidələrində – oğlanlar, bəglər; “Qutadğu Bilig” poemasında – 

yığaclar; “Divanü lüğat-it-türk”də – urağutlar (qadınlar), kişilər (adamlar); “Kitabi-Dədə Qorqud”da 

– sular, gözlər və s. Yazılı abidələrimizdə çoxluq ifadə edən –t, -z, -n (-an, -ən), -ğün şəkilçiləri də 

müşahidə edilir ki, bunlar Orta türk dövrü baxımından arxaikləşmiş vahidlər hesab olunur.  

İsmin hal kateqoriyasına tarixi aspektdən nəzər saldıqda burada da köklü şəkildə fərq nəzərə 

çarpmır. Yazılı abidələrimizin dilində saitlə bitən isimlər təsirlik hal şəkilçisi qəbul edərkən “n” ilə 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin