I türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə63/94
tarix31.01.2017
ölçüsü2,97 Mb.
#7251
1   ...   59   60   61   62   63   64   65   66   ...   94

Qorquda aid edilir. XIV əsr tarixçilərindən Aybək əd-Dəvədari və Fəzlullah Rəşidəddin Dədə 

Qorqudun Məhəmməd peyğəmbərin zamanında yaşadığını və türklər tərəfindən elçi sifətilə onun 

yanına göndərildiyini yazmışlar. Dastanın müqəddiməsində də Dədə Qorqudun Məhəmməd 

peyğəmbərin zamanında yaşadığı qeyd edilir. Kökləri mifoloji dünyagörüşünə gedib çıxan «Dədə 

Qorqud» dastanları eramızın XI əsrində «Kitabi-Dədəm Qorqud» adı altında yazıya alınmış, 

əlimizdə olan nüsxələr isə XVI əsrdə üzü köçürülmüş əlyazmalarıdır. Abidəni ilk dəfə tədqiqata 

cəlb etmiş alman şərqşünası Fridrix fon Ditsin fikrinə görə, buradakı bəzi mifoloji süjetlər qədim 

Yunanıstanda yaranmış analoji süjetlərə qida vermişdir. «Kitabi-Dədə Qorqud»dakı Təpəgöz obrazı 

Homerin «Odisseya» dastanındakı Polifem obrazı ilə müqayisədə daha qədimdir.  

İndiyədək «Kitabi-Dədə Qorqud»un iki əlyazması məlumdur. Bunlardan biri – alman 

şərqşünası F. fon Dits tərəfindən İstambuldan Almaniyaya aparılmış və Drezden şəhərinin 

kitabxanasına bağışlanmış bir müqəddimə və on iki boydan ibarət olan Drezden nüsxəsi, o biri isə 

XX əsrin 50-ci illərində Vatikanda tapılmış bir müqəddimə və altı boydan ibarət nüsxədir. Drezden 

nüsxəsi üzərində sonradan «Kitabi-Dədə Qorqud əla lisani taifeyi-Oğuzan» yazılmışdır və yeni bir 

nüsxəsi Drezdendəki Kral Kitabxanasından alınıb 1972-ci ildə Azərbaycana gətirilərək Azərbaycan 

Elmlər Akademiyasına verilmiş, Əlyazmalar İnstitutunda təfsilatlı tədqiq olunmuş, əsərin dünyada 

üçüncü əlyazma nüsxəsi hazırlanmışdır. Sonra bu abidə böyük rus alimi V.V.Bartoldun diqqətini 

cəlb etmiş, o, 1894 ildə «Записки Восточного отделения императорского Русского 

археологического общества» («Rus imperatorluğu Arxeoloji Cəmiyyəti Şərq bölməsinin 

qeydləri») adlı məcmuənin VIII cildində bu əsər haqqında ümumi məlumat vermiş və «Duxa Qoca 

oğlu Dəli Domrul boyu»nu ruscaya tərcüməsi ilə birlikdə nəşr etdirmişdir. Akademikin bu 

təşəbbüsü rus şərqşünasları içərisində böyük maraq oyatmış, həmin məcmuənin sonrakı 

nömrələrində Tumanski, Divayev, İnostrantsev və daha bir sıra başqa alimlər ciddi elmi-tənqidi 

məqalələr yazmışlar.  

Qeyd etmək lazımdır ki, bu abidə haqqında Türkiyə alimləri də tədqiqat aparmışlar. 1916-cı 

ildə Kilisli Müəllim Rifət əsəri Berlin nüsxəsi əsasında ərəb əlifbası ilə nəşr etmişdir. Lakin naşir 

əsərin bir sıra yerlərini oxuya bilməmiş, bəzən təhrif etmiş, bəzən isə həqiqətən də oxuya 

bilmədiyini göstərən xüsusi işarələr qoymuşdur. 1938-ci ildə yenə də türk alimi Orxan Şaiq Gökyay 

əsəri yeni əlifbada nəşr etdirmişdir. Eyni ildə əsər latın əlifbası ilə Bakıda nəşr edilmişdir. Son 

illərdə İtaliya şərqşünası, prof. Rossi bu abidənin başqa bir nüsxəsini Vatikan Kitabxanasından 

tapıb, 1952-ci ildə böyük bir müqəddimə ilə nəşr etmişdir. İlk tədqiqatçı Ditsdən başlayaraq son 

tədqiqatçı Rossiyə qədər bütün alimlər Dədə Qorqudun şəxsiyyəti, dastanların əhəmiyyəti, 

hadisələrin cərəyan etdiyi zaman və məkan məsələləri, əsərin dili, üslubu və s. haqqında ciddi 

tədqiqat aparmış, bəzisi yanlış, bəzisi çox doğru nəticələrə gəlmişlər. Bu tədqiqatçılar içərisində 

diqqəti cəlb edən ilk görkəmli iş akad. V.V.Bartold tərəfindən görülmüşdür. V.V.Bartold gənc 

yaşlarından ta ömrünün son günlərinə kimi bu əsər üzərində işləmişdir. Ruscaya tərcüməsi ilə 

birlikdə çapa hazırlamış olduğu nüsxəyə yazdığı geniş müqəddiməsində akademik bir daha qəti 

surətdə elan etmişdir ki, bu dastanların Qafqaz mühitindən başqa bir yerdə yaranmış olduğunu 

ehtimal etmək mümkün deyildir. V.V.Bartolddan sonra xüsusilə Azərbaycan alimləri tərəfindən 

aparılan tədqiqat da onun bu fikrinin doğru olduğunu təsdiq etməkdədir. Bu dastanlarda təsvir 

edilən hadisələr həqiqətən də Azərbaycanda cərəyan edir. Burada Gəncənin, Bərdənin, Dərbəndin, 

Əlincə çayı və Əlincə qalasının, Dərəşam, Göyçə gölü və s. adları çəkilməkdədir. Əsərin 

qəhrəmanları gürcülər, ermənilər, abxazlarla qonşudurlar. «Dədə Qorqud»un Azərbaycanla bağlı 

olduğu vaxtilə müxtəlif məqsədlə Azərbaycana gəlmiş alimlərin, səyyahların əsərlərindən də aydın 

surətdə görünməkdədir. Adam Oleari 1638-ci ildə Dərbənddə olduğu zaman, azərbaycanlılardan 

«Dədə Qorqud» hekayələrini eşitdiyini, Qazan xanın və arvadı Burla xatunun, eləcə də Dədə 

Qorqudun özünün burada qəbirləri olduğunu qeyd edir. Həmin əsrin ortalarında Şamaxıya gəlmiş 

səyyah Övliya Çələbi isə öz «Səyahətnamə»sində Dərbənddə Dədə Qorqudun qəbri olduğunu və 

şirvanlıların bu qəbrə böyük ehtiram bəslədiklərini, hətta, etiqad etdiklərini yazır. Lakin onu da 

qeyd edək ki, Türkiyənin Bayburt şəhəri də Dədə Qorqudun doğulub, böyüdüyü yer kimi qələmə 

verilir. Orada da Dədə Qorqudun məzarı və Oğuz bəylərinin yaşadıqları yeraltı şəhər tapılmışdır.  


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



318

Bir faktı qeyd etmək kifayətdir ki, ən yaxını XV–XVI əsrlərdən etibarən aşıq ifadəsinin 

işlənilməsinə baxmayaraq, «Kitabi-Dədə Qorqud» dastanlarında əsas yaradıcı və ifaçı kimi iştirak 

edən ozan Nizami, Nəsimi, Füzuli kimi klassiklərimizin əsərlərində, bu gün yer adlarında və şifahi 

ədəbiyyat nümunələrimizdə yaşamaqdadır. «Dədə Qorqud» kitabında on iki boy və bir müqəddimə 

vardır. Diqqətli tədqiq aydın bir şəkildə göstərir ki, bu dastanlar ayrı-ayrı ozanlar tərəfindən 

müxtəlif vaxtlarda yaradılmış əsərlərdir. Boyların əksəriyyətində bütün dünya xalqlarının 

qəhrəmanlıq eposlarında olduğu kimi epik qəhrəmanların daxili və xarici düşmənlərə qarşı 

apardıqları müharibələrdən bəhs olunur. Əsərin əsas boyları, əsasən X–XI əsrlərlə səsləşir. Lakin, 

eyni zamanda, burada çox qədim mifologiya ilə əlaqədar mövzular da var ki, bunlar daha çox qədim 

Qafqaz, eləcə də yunan əsatirini xatırlatmaqdadır.  

«Dədə Qorqud» dastanları daha çox köçəri patriarxal-qəbilə quruluşunun pozulduğu, feodal 

münasibətlərinin qüvvətləndiyi əsrlərin məhsuludur. Burada təsvir edilən cəmiyyətin başında xanlar 

xanı Bayındır xan durur. Lakin boylarda onun yalnız adı çəkilir. Əsərin əsas qəhrəmanı isə Qazan 

xan və onun ətrafında birləşən bahadırlardır. Eyni zamanda burada rəiyyət qəhrəmanlarından, xalq 

nümayəndələrindən, nökərlərdən, çobanlardan da bəhs edilməkdədir. Burası doğrudur ki, bu 

qəhrəmanlar və onların təmsil etdikləri tayfa dini görüş etibarı ilə müsəlmandırlar. Lakin bütün 

bunlara baxmayaraq, əsərdə islamiyyət ruhu, bu əsrlərdə yaranmış yazılı ədəbiyyat əsərlərinə 

nisbətən çox zəifdir. Hətta alqış və qarğışlar da dini mahiyyət daşımır (Qılıncıma doğranım, oğlum 

doğmasın, doğarsa on yaşına varmasın, çaparkən ağ-boz atın büdrəməsin, kölgəlicə ağacın 

qurumasın və s.). Mübaliğəsiz demək olar ki, əsərdə at, qılınc, qadın və s. islamiyyətlə əlaqədar dini 

şəxsiyyətlərdən daha qabarıq bir şəkildə müqəddəsləşdirilmişdir. Hələ islamiyyətdən qabaqkı dini 

görüşlərlə əlaqədar inam və etiqadlar, adət və ənənələr də əsərdə aydın bir şəkildə yaşamaqdadır. 

Əsərdə təsvir edilən müharibələrin müəyyən hissəsi «kafirlərə» qarşı aparılır. Lakin kafir sözü hər 

yerdə din ayrı düşmən mənasında işlədilmir. Diqqət edilsə, belə vuruşmalardan bəhs edən 

dastanların əksəriyyətində kafir adlanan bu düşmənlər ölkəyə basqın edir, qəhrəmanlar da bunlara 

qarşı vuruşmaq üçün ayağa qalxırlar. Ümumiyyətlə, bu dastanlarda xalqın nəcib hissləri və 

vətənpərvərlik, fədakarlıq, sədaqət, qəhrəmanlıq, mətinlik kimi sifətləri təbliğ edilir.  

Tarixən məlumdur ki, hələ VI–VII əsrlərdən başlayaraq oğuz-türkmən qəbilələri Azərbaycan 

ərazisinə gəlir, yerlilərlə qaynayıb qovuşur, Azərbaycan xalqının etnik tərkibinə daxil olurdular. X–

XI əsrlərdə böyük şəhərlərdə, kəndlərdə yaşayan oturaq əhalidən fərqli olaraq köçəri həyat keçirən 

əhali, əsasən maldarlıqla məşğul olduqları üçün sabit məskənə malik deyildilər. Onlar fəsillərə 

uyğun olaraq tez-tez yerlərini dəyişirdilər, qışlağa və yaylağa köçürdülər ki, bu da onların məişət 

tərzinə təsir etməyə bilməzdi. Düzdür, «Kitabi–Dədə Qorqud» dastanlarında oturaq həyatdan da 

danışılır, üzüm bağlarından, şərabçılıqdan bəhs edilir, lakin qeyd edək ki, ümumiyyətlə, epos daha 

çox köçəri-maldar əhali içərisində yaranmışdır. Buna görə də köçəri həyat keçirən yerli tayfaların 

ruhu, səviyyəsi, adətləri, hətta dünyagörüşü daha qabarıq bir şəkildə eposda öz əksini tapmış və 

mühafizə olunmuşdur. Əsərin dili türk dilində danışan bir sıra xalqlar üçün tam və yaxud qismən 

anlaşıqlı olsa da, lüğət tərkibi, frazeologiyası və qrammatik quruluşu etibarilə digər türk dillərinin 

hamısından daha çox Azərbaycan dili ilə bağlıdır. Belə bir adi faktı göstərmək zənnimizcə, 

kifayətdir ki, əsərin həqiqətən də Azərbaycanda cərəyan etməsi təsdiqlənmiş olsun. Belə ki, 

Müəllim Rifət əsərdə verilən bələmək sözünü bəlləmək mənasında başa düşmüş, şillə sözü 

Türkiyədə anlaşılmamış, səksənmək sözü türk alimləri tərəfindən başa düşülməmiş, türk nəşrlərində 

günü sözü qısqanmaq, çaxmaq sözü alov, qarmalamaq sözü isə qaranlıqda o tərəf-bu tərəfə hərəkət 

etmək kimi mənalandırılmışdır. Əsərdə çox az da olsa hər halda bəzən müasir dilimizdə 

işlədilməyən sözlərə də təsadüf edilir ki, bunlar dilimizin tarixini bilməyən adamlara yabançı sözlər 

kimi görünür. Halbuki istər klassiklərimizdə, istərsə də canlı dilimizdə, şivələrdə belə sözlərin 

özlərinə, ya da derivatlarına istənilən qədər təsadüf etmək mümkündür. Məsələn: a) əsərin 

müqəddiməsində belə bir cümlə vardır: Əgər yazıdan-yabandan evə qutlu bir qonaq gəlsə... 

Əvvələn, burasını qeyd edək ki, qonaq sözü türklərdə bizdəki mənadan fərqli olaraq qonaq otağı 

mənasındadır. Əsərdə isə Azərbaycan dilindəki mənada işlənir. Utlu sözü isə indi işlənməyən arxaik 

sözdür. Halbuki əslində ar demək olan ut sözünün  ut-anmaq –utanmaq forması indi də 

işlənməkdədir; b) əsərdə çox tez-tez ‘payız’ mənasında güz sözünə rast gəlirik. Bu söz bu şəkildə 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



319

klassiklərimizin əsərlərində işləndiyi kimi müasir dilimizdə də yaşamaqdadır; c) ‘qarşılayıb hörmət 

göstərmək’ mənasında işlənən ağırlamaq dilimizin dialektlərinin sözü də belədir. ‘Təmiz’ 

mənasında işlənən arı sözü də bu qəbildəndir: arıtmamaq, arıtmaq, Aydan arı, sudan duru, dün 

(‘gecə’),  görklü (‘müqəddəs’), uçmaq (‘cənnət’), tamu (‘cəhənnəm’) və s. sözlər də ya 

klassiklərimizdə, ya da canlı dilimizdə yaşamaqdadır. Bunlardan başqa, nüsxədə nəzərə çarpan bir 

sıra sözlərin paralel işlənməsi, yəni sinonimlərdən istifadə məsələsi (varmaq-getmək, qılmaq-etmək, 

bolmaq-olmaq, sağ-əsən və s.) və diqqəti çəkir. Azərbaycan dilinin inkişaf tarixini dəqiq 

müəyyənləşdirmək üçün də «Kitabi-Dədə Qorqud» ən yaxşı, ən qədim abidələrdən biridir.  

Maraqlı olan cəhət budur ki, «Dədə Qorqud» dastanları bütün dövrlər üçün aktual bir əsər 

kimi dəyərləndirilə bilər. Əsərin aktuallığı ilə bağlı umummilli liderimiz H.Əliyev belə demişdi: 

«Ana kitabımızın hər bir azərbaycanlı, o cümlədən elm adamları tərəfindən dərindən öyrənilməsi 

elmin və elm adamlarının milli vətəndaşlıq borcudur».  

XIX əsrdən elm aləminə bəlli olub, Azərbaycan elmi və ədəbi düşüncə dövriyyəsinə XX 

əsrin birinci yarısında daxil olmuş «Kitabi-Dədə Qorqud» abidəsi elə həmin zamandan milli 

ədəbiyyat, mədəniyyət və incəsənətimizə güclü şəkildə təsir etməyə başlamışdır. «Kitabi Dədə 

Qorqud» Azərbaycan tarixinin bütün keşməkeşlərini özündə əks etdirərək onun ayrılmaz, bölünməz 

parçası olduğu kimi, müasir Azərbaycan tarixinin də bütün çətinliklərini yaşayaraq bizimlə birgə 

vətənimizin müstəqilliyinə qovuşmuşdur. Abidə XX əsr sovet totalitarizminin, stalinizmin bütün 

amansız zərbələrinə sinə gərərək milli varlığımızı dağılmağa qoymamışdır. Özündə Azərbaycan-

oğuz xalqının birliyi və vəhdəti ideyalarını daşıyan «Kitabi-Dədə Qorqud» XX əsr tarixinin ən 

dəhşətli çağlarında ziyalılarımızı sınmağa qoymamış, abidədə daşınan milli birlik, vəhdət və 

bütövlük ideyaları ədəbiyyat və incəsənətimizə nüfuz edərək kütlələr arasında yayılmış və xalqın 

mənəviyyatını dağılıb məhv olmaqdan qorumuşdur. «Kitabi-Dədə Qorqud» müasir ədəbi düşüncəni 

daim milli ideyalarla zənginləşdirmiş və ədəbiyyatda yaşayan bu ideyalar xalqımızı azadlıq uğrunda 

mübarizəyə qaldıraraq müstəqilliyə qovuşdurmuşdur. «Kitabi-Dədə Qorqud» eposu XX əsrin 

birinci yarısında əvvəlcə elm aləminə məlum olmuş, daha sonra nəşr edilərək xalq arasında 

yayılmışdır. Abidənin bədii və estetik gözəlliyi, onda mühafizə olunan milli-mənəvi ideyalar, 

ümumbəşəri insan sevgisi, humanizm, vətənpərvərlik amalları hər sahədə olduğu kimi bədii 

ədəbiyyat sahəsində də ziyalılarımızın diqqətini özünə cəlb etmişdir. Görkəmli yazıçımız Anar da 

«Dədə Qorqud»u yüksək qiymətləndirərək yazmışdır: 

«Hər hansı xalq – ədəbi irsi nə qədər zəngin olsa da bir, ya iki əsas kitaba, təməl kitaba, ana kitaba 

malikdir. Belə baş kitab xalqın varlığını ən dolğun və bitkin şəkildə əks etdirir... Xalqımızın şah 

əsəri, kitabı Dədə Qorqud dastanıdır». 

Azərbaycan mədəniyyətinin ulu qaynağı olan «Kitabi Dədə Qorqud» təkcə öz yarandığı 

çağda deyil, eyni zamanda müasir dövrümüzdə də milli mənəviyyatımızın, ədəbiyyat və 

incəsənətimizin ideya bünövrəsi olaraq qalır. Azərbaycan tarixinin bütün milli-mənəvi dəyərlərini 

özündə cəmləşdirən bu ulu abidə elə bir enerji mənbəyidir ki, çağdaş milli mənəviyyat və 

mədəniyyət tariximizi onsuz təsəvvür etmək mümkün deyildir. «Kitabi-Dədə Qorqud»un milli 

tariximizin dünəni və bu günündəki rolunu müdrikcəsinə «milli varlığımızın mötəbər qaynağı» kimi 

səciyyələndirən dövlət xadimi H. Əliyevin söylədiyi kimi: «Bizim zəngin tariximiz, qədim 

mədəniyyətimiz və milli mənəvi dəyərlərimiz “Kitabi-Dədə Qorqud” eposunda öz əksini tapmışdır. 

Bu epos bizim ümumi sərvətimizdir və hər bir azərbaycanlı onunla haqlı olaraq fəxr edə bilər. 

Dastanın məzmununu, mənasını, onun hər kəlməsini hər bir azərbaycanlı məktəbdən başlayaraq 

bilməlidir. Bu, bizim ana kitabımızdır və gənclik bu kitabı nə qədər dərindən bilsə, millətini, 

xalqını, vətənini, müstəqil Azərbaycanı bir o qədər də çox sevəcəkdir».  

 

 

 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



320

Nəgiz Hacıyeva, fil.ü.f.d., dos. 

AMEA Nəsimi adına Dilçilik İnstitutu  

Müasir Azərbaycan dili şöbəsi, aparıcı elmi işçi 

nergiz.haciyeva.1961@mail.ru 

 

İ.NƏSİMİNİN DİLİNDƏ PARONİMLƏR 



    Böyük Azərbaycan şairi İ.Nəsiminin yaradıcılığı geniş və çoxşaxəlidir. Onun əsərlərinin 

dilinin leksikası dəfələrlə tədqiq olunsa da, burada paronimlik məsələsinə diqqət edilməmişdir. 

Nəsimi dilini tədqiq edən Y.Seyidov yazır:”Nəsiminin işlətdiyi ərəb, fars sözlərinin də çoxu indi 

unudulmuş, izafətlər isə tamamilə aradan çıxmışdır. Bütün bunlara baxmayaraq, Nəsimi dilinə, 

onun təmsil etdiyi XIV əsr Azərbaycan türk ədəbi dilinə məxsus əsas xüsusiyyətlər bu gün də 

davam edir və ədəbi dilimizi Nəsimi dili ilə bağlayır. Bu baxımdan Nəsimi dilinin tədqiqi müasir 

ədəbi dilimizin inkişaf yollarını, onun əsaslarını öyrənməyə kömək edir”(1,14).  

Nəsiminin dili orta əsrlər ədəbi dilimizin anlaşıqlı, xəlqi layı əsasında formalaşmış bir dildir; 

burada ədəbi dilin zəngin üslubi çalarları  ilə ümumxalq dilinin şirinliyi qovuşmuş şəkildə təzahür 

edir. M.Cahangirov Nəsimi dilinin xəlqiliyini aşağıdakı amillərlə müəyyənləşdirir: a) XV əsrə qədər 

olan Azərbaycan xalq dili materialından geniş istifadə, b) hikmətli xalq ifadələrindən geniş və 

məqsədyönlü istifadə, b) bu dilin”özümlü-mütəhərrik sintaktik quruluşu”, q) istər özümlü, istərsə də 

alınma həmməna söz və ifadələrin sinonim-müvaziliyi, yəni sintaktik mətni şəraitdə 

müvaziləşdirilməsi, bununla da ümumanlam dil materialı vasitəsilə çətin anlamlı (əsasən ərəb, fars) 

leksik vahidlərin şərhi və s. (2, 77-86). Müəllif əsərdə sinonim-müvazi sözləri qeyd etsə də, 

paronimlik məsələsinə toxunmamışdır. 

Klassik poeziyanı səciyyələndirən əsas xüsusiyyətlərdən biri poetik deyim tərzinə xüsusi fikir 

vermək, sözün məna sehrindən, məcaz gücündən  bəhrələnməklə yanaşı, onun  poetik ifadə 

formasının zənginliyindən istifadə olunmasıdır. Klassik Azərbaycan poeziyasının böyük 

nümayəndələrindən olan İ.Nəsimi ana dilimizin zəngin və rəngarəng ifadə vasitələrindən, sintaktik 

füqurlardan məharətlə istifadə etmişdir. Şairin dilində digər poetik vasitələrlə yanaşı, paronimaziya 

formulası da ustalıqla işlədilmişdir. 

 M.Füzulinin bədii irsində, xüsusən qəzəllərindəki iştiqaq poetik ifadə formasından bəhs edən 

tədqiqatçılar onun paronimaziyaya uyğun olduğunu qeyd edirlər (3). Ərəb ədəbi dilinin səciyyəvi 

cəhətlərindən olan iştiqaq ədəbiyyatşünaslıqda müəyyən qədər tədqiq olunmuşdur (4, 202-211). 

Maraqlıdır ki, iştiqaq Qədim Şərq poetika kitablarında təcnisin növlərindən biri kimi təqdim edilir. 

İştiqaqın mahiyyəti ondadır ki, fonetik tərkibinə görə bir-birinə çox yaxın olan və ya eyni kökdən 

törəyən sözlər bir misra və ya beyt daxilində işlənərək, bir-biri ilə əlaqəli şəkildə poetik ifadə tərzini 

frmalaşdırır. Hətta bunların bir-birindən fərqləndirilməsi meyli də vardır, daha doğrusu, eyni 

kökdən olanları iqtizab, müxtəlif etimologiyaya malik olanları iştiqaq adlandırırlar (3, 91). 

İ.Nəsiminin poetik dilində hər iki hal geniş müşahidə olunur, lakin  iqtizab iştiqaqdan daha 

çox işləkdir. Əslində yaradıcılığında forma və məzmun vəhdətinin gözəlliyinə xüsusi fikir verən 

şair, qeyd edilən fiqurların işlədilməsində də öz ənənəsinə sadiq qalmışdır. Daha dəqiq desək, 

Nəsiminin şeirlərində iqtizab və iştiqaqın işlədilməsi, bir tərəfdən, forma gözəlliyi, səslənmə 

ahəngdarlığı yaradır, digər tərəfdən isə, məzmunun daha dəqiq və emosional-ekspressiv çalarda 

ifadəsinə imkan vermişdir. İki nümunəyə müraciət edək: 

Mülk ilə mal, ey məlik, kimsəyə çün qalmadı, 

Yox tut anı, heçə say, qalma onun varinə. 

 

Əgər nuş istərsən, nişə qatlan, 



Ki nuşi nişsiz verməz bu zənbur. 

Birinci beytdə “mülk” və “məlik” sözləri eyni kökdən formalaşmış, müxtəlif mənalar bildirsə 

də, bir-birinə yaxın məna yükünə malikdir. Onların hətta bir misrada işlənməsi fonetik obrazlılıq 

olan alliterasiyanın yaranmasına da səbəb olmuşdur. İkinci beytdəki “nuş” və “niş” sözləri mənşəyi 

etibarilə tamam fərqlidir; birinci söz  “dadlı, tamlı”, ikinci söz isə “arının, əqrəbin nəştəri” 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



321

mənasındadır.  Şair bu iki fərqli sözü bir-biri ilə məzmunca elə bağlamışdır ki, səbəb-nəticə 

əlaqəsində maraqlı bir dünyəvi məntiq ifadə olunmuşdur. Göründüyü kimi, hər iki qarşılaşdırılan 

söz müasir dilimizdə paronim sözlərə uyğundur. Lakin şair bu sözləri həm məzmun planında, həm 

də müvafiq məzmunun obrazlı-emosional tərzdə ifadəsində uğurla əlaqələndirmişdir. 

İkinci beytdə isə başqa, həm də çox maraqlı bir hal müşahidə olunur; buradakı “nuş” və “niş” 

paronimləri istər etimoloji, istərsə məna cəhətdən bir-biri ilə əlaqədar deyil, bir az da dəqiq desək, 

bu sözlər əslində əks mənalı sözlərdir: “nuş”- şirin, “niş” isə - acı anlamına gələn sözlərdir. Bu 

antonim sözlərin semantik mənasının antonimliyindən istifadə edən şair birinci və ikinci misradakı 

fikirləri qarşılaşdıraraq,  səbəb-nəticə məqamı formalaşdırmışdır. Bu qarşılaşdırmada isə “niş” və 

“nuş” sözlərinin əlaqələnməsi əsas rola malikdir. “Gül istəyən onun tikanının ağrısına da dözməyi 

bacarmalıdır” aforizmi ilə səsləşən bu ifadəni Nəsiminin çox uğurlu tapıntısı kimi qiymətləndirmək 

olar ki, belələrinə şairin yaradıcılığında tez-tez rast gəlmək mümkündür.  

 Müasir ərəb dilinin tədqiqatçıları içərisində elələri var ki, onlar qismən alloteza hadisəsinə 

yaxın olan və göstərilən yolla yaxın mənalı yeni vahidlərin yarana bilməsi faktını qəbul etmirlər. Bu 

tədqiqatlarda həmin hadisə əvəzlənmə və yerdəyişmə adlandırılır (4, 202-211). Qeyd etmək 

lazımdır ki, daxili fleksiya ilə yeni söz yaradılması flektiv dillər üçün xarakterik olsa da, mövcud 

sözdə hər hansı bir səsin dəyişdirilməsi ilə yeni söz yaradılması Azərbaycan dili materialları ilə də 

təsdiq olunur. M.Məmmədov qeyd edir ki, Azərbaycan dilində faktik dil materialı əsasında 

sözdüzəltmənin ən qədim və məhsuldar üsullarından biri sözün bu və ya digər səsinin dəyişməsidir. 

Etimoloji təhlil və daxili rekonstruksiya fonetik və semantik yaxınlığına görə birləşən, dilin 

paradiqmatik sisteminə əsasən əlaqələnən “çağır-çığır, çız-cız, çarp-çırp” kimi müxtəlif sözlərin 

Azərbaycan dilində bütöv bir sistem təşkil etdiyini göstərir (5, 68-73). 

Paronimlərin tədqiqində morfonologiyanın rolunu qeyd edən F.Cəlilov yazır:”Azərbaycan 

klassik şeirini cinassız təsəvvür etmək mümkün olmadığı kimi, cinas yaradan paronimlərin 

linqvistik təhlilini də morfonologiyanın yardımı olmadan təsəvvür etmək qeyri-mümkündür (6, 65). 

Paronimlərdə olan səs əvəzlənmələrini morfonoloji aspektdə səs növbələnmələri ilə, xüsusi 

morfoloji oppozisiyalarla qarışdırmaq olmaz. Paronimlərdə məzmunla formanın vəhdəti ön plana 

çəkilir. Əgər fonoloji səviyyədə“məhbəs-məhbus” sözlərində ə və u səsləri sözləri fərqləndirirsə, 

morfonoloji səviyyədə həmin səslər eyni morfemin variantlarıdır, daha doğrusu, kök morfemlərin 

səs sahəsinin vahidliyinə işarə edir.  

Nəsimi dilində paronimik xüsusiyyətə malik bu tip sözlərin müxtəlif məqamlarda müxtəlif 

məqsədlərlə işlədilməsi özünü göstərir.  

Təsbih ilə səccadəyi bir cürəyə satar, 

Şaq sufiyi-safi ki, bu meyxanəyə uğrar. 

Bu nümunədə fonetik tərkibcə fərqlənən, lakin eyni məzmunla əlaqələnən sözlər (sufiyi-safi) 

fikrin qüvvətləndirilməsinə xidmət etmişdir. Burada eyni kökdən yaranan saf (təmiz) və sufi (zahid) 

ayrılıqda fərqli mənalara malik olsalar da, birlikdə işlənərkən  sufi sözünün məzmununu daha da 

gücləndirmişdir. 

“Sufi” və “safi” sözlərinin eyni bir misrada bir söz kimi deyil, ayrı-ayrılıqda, lakin fikrin 

qüvvətləndirilməsi məqamında da işlədilməsi Nəsiminin poetik  dilini səciyyələndirən 

xüsusiyyətlərdəndir. 

 Sufi mənəm, safi mənəm, kövneyn-sərrafi mənəm, 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin