I türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə71/94
tarix31.01.2017
ölçüsü2,97 Mb.
#7251
1   ...   67   68   69   70   71   72   73   74   ...   94

تد ر نا   ب   ن  غ ا رد

    ن ز  ور  ا غا  رد         

 

(Sənin qədəhinə dirilik suyu tökür ,  



 çırağına isə zeytun yağı tökür)(1, 57).  

     Divanda işlənmə tezliyi az olan digər  türk mənşəli söz    “ 

” [təpançe] “ sillə“ sözüdür ki, 

əsərdə “


ت  

” [təpançeye ğeyrət ] , yəni “qeyrət silləsi” kimi işlənir.  

ب    ت  

 دز 


 زا       

 و 


 ج  ب  

...


 

( sən xoş üzlü (camallı) günəşsən  və sənin siman 

günəşin üzünə qeyrət silləsi vurub...)(1, 11).

 

         Divanda  türk  mənşəli  sözlər  sırasında “altun” sözünü də qeyd etmək istərdik. Bu söz 



arxaikləşsə də, həm Azərbaycan türkcəsində, həm də çağdaş türkcədə istifadə olunur: 

 ن  ش   د رد    ه              ا  ا    ، 

 

 ن

        .



 

( sənin inandığın o xain (peşəsi xəyanət etmək olan) 

 əlinə düşən hər şeyi qızıla çevirər)(1, 59). 

-



"

“el”, -


"

ق وا


"

“oymaq” kimi yaxın anlamlı türk mənşəli sözlər də divanda istifadə olunmuşdur. 

 -



"



”el” sözü  Mahmud Kaşğarinin “Divani lüğət it-türk” əsərində “el-oba”, “mülk”, “daxili 

həyət”  mənalarında verilmişdir. (2, 114). 

Həsən Zərinəzadə bu sözün Səfəvilər dövründə aşağıdakı mənalarda işləndiyini yazır: 

  ا  [il, el] -el, tabe, təbəə Səfəvilər dövrünün əvvəli və sonu 

  ا   [il] - ağalıq, el, sülh (4, 169). 

     V.V.Radlov  “Опыт  словаря  тюркских  наречий”  əsərində 

"

[il] sözünün bu mənalardan 



əlavə “qəbilə”, “ ailə “,  “eyni ərazinin sakinləri”  mənalalarını vermişdir (6, 806). 

      E.V.Sevortyan  «Этимологический  словарь тюркских языков» adlı əsərində bu sözün 9 

mənasını vermişdir. Yuxarıda sadaladığımız mənalardan əlavə 

ا  [il] sözünün “qəbilə ittifaqı”, 

“ölkə”  mənasında işləndiyini də qeyd edir (7, 341). 

       “Oymaq”  sözü  də  türk  mənşəli  ifadələrdən olub Lütfəli bəyin farsca divanında istifadə etdiyi 

kəlmələrdəndir. Bu söz  barədə R. Eyvazova “Əfqanıstanda türk mənşəli toponimlər”adlı əsərində  

qeyd edir ki, “oğuzların bölündüyü 24 boyun hər birinin başçısına bəy-beq deyilirdi. Boy bəyliyi də, 

irsi də babadan oğula və ya qardaşa qalırdı. Bəylər zəngin, nüfuzlu əsilzadələrdi. Hər boy 

oymaqlara ayrılmışdı” (8, 41). 

        V.V.Radlov  “Опыт  словаря  тюркских  наречий”  əsərində 

"

ق ا



"

 sözünün “ xalq ”, “nəsil”  

mənasında da işləndiyini yazır (6, 64). 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



359

         Həsən  Zərinəzadə  bu  sözün  Səfəvilər  dövrünün  əvvəlləri  və  sonunda 

"

ق وا


"

 oymaq//uymaq 

şəklində “ ulusun bir hissəsi”  mənasında işləndiyini qeyd edir  (4, 167-168). 

؟

  ا  زا 



ا   زا

                 !

؟ ا   ا  زا 

وا   زا


                 !

 

(Hansı iqlimdənsən, hansı şəhərdən, 



hansı oymaqdansan, hansı eldənsən?! (1, 410). 

Lütfəli bəy Azərin farsca divanında “

ق ا” [otağ] sözünün istifadəsi canlı danışıq dilindən 

alınma təsiri bağışlayır. 

 Həsən Zərinəzadə “Fars dilində Azərbaycan sözləri”adlı əsərində “otaq” sözünün əslində türk 

sözü olduğunu bildirir. Türkcə “ çadır “ mənasını daşıyan ifadənin sonralar müsəlmanlar arasında 

otaq 

")

ق ا



("

 anlamı kəsb etdiyini nəzərə çatdırır. Eləcə də tədqiqatçı keçmişdə onun   

 "

 غ ا


 "

 formasında da yazıldığını vurğulayır (4, 394-395). 

 Divanda bu söz 

ا



"

şəklində işlənmiş və divanın  elmi - tənqidi mətnini hazırlayan Həsən 

Sadat Nasiri bu sözü izah edərkən belə yazır: 

"



 [otağe] türkcə-cığatayca sözdür, bəzi quşların 

(divanda: kəklik ) tüklərindən hazırlanan bir sığınacaqdır (1, 138). 

 

      نز  ا ن



   زا،ز ه  ن

ا  ب  نار  لد زا ،   ز  ن    

   .

 

 



(Qartal kimi kəklik tükündən bir otaq qur, 

 yırtıcı şir kimi çöl eşşəyinin ürəyindən kabab istə) (1,138). 

 

Qeyd etməliyik ki, şairin “



 

” [koliçe-ye şirin] “şirin külçə”, 

"

دز

"



 [təbərzəd”] 

(əriyin bir növü) və s. kimi türkcə ifadələrin farsca mətndə işlənməsi fərdi xarakterlidir. 

Nümunələrə nəzər salaq: 

 

1)   



 ن هد  ا  د                    

 

   زا وا 



 

 (o, şirin  külçənin qəndindən  

(onun (şirindilli) ağzını  yaratdı) (1, 73). 

 

2)



ز 

دز

 ن  



  رو  

ز                                

 

 

 ن



 

 

     (Kənandan Misirə  müşk apar



     Misirdən isə Kənana ərik gətir) (1, 49). 

 

Həsən Sadat Nasiri Qulamhüseyn Bəydiliyə istinadən  Gəncədə hələ də  əriyin bir növünə 



“təbərzəd”deyildiyini qeyd edir (1, 49). 

 Həsən Zərinəzadə bu söz barədə belə yazır: 

 "

  ز


"

və ya 


"  

دز

"



həm də Azərbaycanda olan 

bir növ üzümdür ki, dənəsi çox bərk olduğuna görə “təbərzəd” deyilir.” (4, 205-206). 

“Burhan-e Qate”də müəllif yazır: “ “təbərzəd” dənələri çox bərk olan üzümün bir növüdür ki, 

Azərbaycanda yetişir” (9, 466 ). 

 Bundan başqa, divanda təkcə Azərbaycan türklərinin deyil, digər türk tayfalarının dilində 

istifadə olunan kəlmələrə də rast gəlirik. Məsələn, şair Türkiyənin bəzi şivələrində “bildirçin” 

anlamında istifadə olunan “selvi” kəlməsini də şeirində işlətmişdir:  

 

 



 

 و 


   ،   رز       ؛

 د    و 


 ن  ،  و و  خ  ز 

 

(Bülbül və qumru kimi bildirçin sərv ağacı və gülün budaqlarında uçar, 



 şərabın tər damcılarından  süsən və sünbülün üzərinə cövhər düşər) (1, 132).

 

 



       Divanda “dağ”  sözünə də tez-tez rast gəlirik. Bu sözün mənaları barədə H.Zərinəzadənin 

əsərində geniş izahat verilmiş və müəllif  farsların bu sözü türklərdən götürdüyünü vurğulayır və  



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



360

əlavə edir ki, “farsların türklərdəki kimi  mal-heyvanla əlaqədar adları və sözləri yoxdur”. Müəllif  

bu sözün əsasən at və s.-ni “ nişanlamaq”, “ dağlamaq”  mənalarını qeyd edir. (4, 299). 

زا ا   د  ر                               ، ادز ن    ،مدردز لد 

                 ر   

 

را



 ،

                                     ، ه  و اود ، اد و در

                     !

 

(Ürəyimi dərdli, canımı  yaralayıb pərişan etdiyin kimi,  



 Dərdimə dərman göndərmədin, yarama məlhəm qoymadın  (1, 255) 

Bu beyt ləffü nəşr örnəyidir. 

ا    ت  

ز ،  


                                ؛د   ه   د غا  ، ل   اد

                        .

 

(Ürəyim yaralansın (dağlansın), sənin ürəyinin yarasına məlhəm olmadı, 



Kül başıma, sənin başının külündən götürmədim) (1, 335). 

 

     Divanda  türk  mənşəli  sözlərdən  biri  də 



"  

ل

"



[yal] sözüdür. H. Zərinəzadə bu sözün Səfəvilər 

dövrünün əvvəli və sonundan  “ atın tükü “ mənasında  klassik fars dilindən başlayaraq, müasir fars 

dilinə qədər bütün dövrlərdə işləndiyini qeyd edir (4, 402) :  

ل    مد ،

 

 

ر       ؛ ش     ُ  ،



 

  ه زا


          ...

 

(Atın dırnağından qulağına qədər bütün eyblərini aç (aşkar et), 



Quyruğundan  tükünə qədər  pərilər həsəd aparsın...) (1, 80). 

      Səfəvilər dövründə və ondan sonrakı dövrlərdə Azərbaycan şairləri arasında digər türk 

dillərində yaradılan  ədəbiyyata, xüsusilə cığatay və osmanlı poeziyasına böyük maraq vardı (10, 

209).  Bu dövrdə bir sıra şairlər Nəvai təsiri ilə cığatayca şeirlər yazırdı. Poeziyada cığatay  

elementlərindən istifadə ədəbi bir dəbə çevrilmişdi. Lütfəli bəy Azərin farsca divanında cığatay 

türkcəsində yazılmış şeir  parçalarına da  rast gəlirik.  Cığatayca yazdığı nümunələr heca 

vəznindədir. Nəzərdən keçirdiyimiz parçada müəllif  türk odunçunun dilindən sanki özü barədə 

danışır və bu parça avtobioqrafik xarakterlidir. Məsələn: “türk uşağı, ilim adı Biqdeli”,  və ya: 

“Bil, ey nazlularun sərvəri,  

Atam atı (adı) Sərxoş, anam Gülpəri. 

Arxabaarxa yetişur ulduza 

Ulduz ucaldı yenə çıxdum tuza (düzə) 

Ulduz oğuz oğludur andın utar 

Bir neçə arxa, dəxi Nuhə yetər (çatar )”. 

     Misralarda  bir  daha  təsdiq  olunur  ki,  Lütfəli bəy Bəydili oymağındandır, həqiqətən də, Oğuz 

xanın 6 oğlundan 4-cüsü olan Ulduz xanın 4-cü oğlu əslən türk Bəydili xanın nəvəsidir, əsil-nəsəbi, 

yəni  şəcərəsinə görə Türk ibn Yafəs ibn Nuha çatır (1, 489-490). 

    Cığatayca olan şeir parçalarında  həm çağdaş türkcədə, həm də Azərbaycan dilində işlənən sözlər 

vardır. “Taştamur” (Daşdəmir) , “tüz” (düz) , “ kümür” (kömür) , “ otun “ (odun) , “otunçu” 

(odunçu) , “ tufrpağ “ (torpaq) , “ tağ “ (dağ) , “ qapu “ (qapı) , “ il “ (il) ,  “ artuğ”  (artıq) , “birdi” , 

(verdi), “imdi “ (indi) , “tanqrı” (tanrı) , “tanurlar” (tanıyırlar) , “ğılıc” (qılınc) , “birçə” (bircə)   

kimi verilmişdir. 

     Lütfəli bəy Azərin divanı daha geniş tədqiqat mövzusudur. Biz burada bir neçə türkcə ifadənin 

istifadə şəklini araşdırdıq. Bu kəlmələrin istifadəsi tarixi-siyasi hadisələrin farsca şeirə təsirinin 

göstəricisi kimi maraq doğurur. Çünki Səfəvilər dövründə  fars dili və şeirinə türkcə sözlərin daxil 

olması sürətlənmişdi və bu kimi türkcə kəlmələrin istifadə çoxluğu da həmin tarixi prosesin nəticəsi 

kimi izah oluna bilər.  

ƏDƏBİYYAT 

1.

نا د


 ، نا ،

 

 تار ا ، 



 رذ  

 

 



1366

  

 



2. Махмуд-ал-Кашгари «Диван Лугат-ат-Турк», Алматы: айк-Пресс, 2004.  

3.   Əlibəyli Ş. Füzulinin farsca divanı linqvo-poetik özəlliklər. Bakı: 2008. 

4. Zərinəzadə H. Fars dilində Azərbaycan sözləri. Azərbaycan SSR Elmlər Akademiyasının 

Nəşriyyatı, Bakı : 1942. 

5 Боровков А. К " Бада

ʼиʼ ал-лугат"., Словарь Тали Имани Гератского к сочинениям 

Алишера Навои. М.,1941. 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



361

6. Радлов В.В. Опыт словаря тюркских наречий, том 1, Часть 1, Гласные, Санкт-

Петербург, 1993. 

7. Севортян Э.В. Этимологический словарь тюркских языков, Москва, Наука, 1969. 

8. Eyvazova R. Əfqanıstanda türk mənşəli toponimlər. Bakı: Elm, 2003. 

9.

 



   

 

 



 ,

 ن ه


 ,

 

  د م ها 



 ,

مود 


 ,

نا

 ,



١٣٦٢

 

10. . Kərimov P. XVII əsr anadilli Azərbaycan lirikası, AMEA M.Füzuli adına Əlyazmalar 



İnstitutu, “Elm və təhsil”, Bakı: 2011. 

 

 



Flora Hajiyeva 

Turkish lexemes  in divan of Lutfali Bay Azer 

Summary 

       This article is about use of Turkish words in divan of Lutfali Bay Azer who was not attracted  

to research in the literary criticism of Azerbaijan till now. We have tried to investigate the form of 

use of several Turkish expressions. Use of these expressions arouses interest as an indicator of 

affect of historical and political events to Persian poetry. 

Key words: Divan, turkish words, word-building, semantic field. 

 

 

 



 

Günel Orucova, dissertant 

AMEA Nəsimi adına Dilçilik İnstitutu 

 

XƏTAİNİN “ DİVAN”INDA NİTQ HİSSƏLƏRİNİN MORFOLOJİ ARAŞDIRMASI 



    Xətai dilinin qrammatikası haqqında fikir söyləyərkən öncə şairin ədəbi dilinin tam xəlqi 

bir dil kimi müəyyənləşməsində və dövrün ədəbi dili səviyyəsinə yüksəlməsində hansı məsələlərin 

əsas rol oynadığını qeyd etmək olar. Bu cəhətlər ana dilinə aid sözlərin çoxluğu, hətta bəzi ərəb-fars 

sözlərinin milli dilə uyğunlaşması, cümlələrin ümumi quruluşunda belə sözlərin təşkiledici rolu, bir 

də köməkçi sözlərdən və milli şəkilçilərdən istifadə ilə bağlıdır. Əlbəttə, bura sözlərin iltisaqi dil 

(türk dili) qaydalarına əsasən sırası, ərəb, fars sözlərinin də bu sıralanma qaydalarına tabe olması 

faktı da daxildir. 

    Qeyd etmək lazımdır ki, Xətainin şeir dili yad ünsürlərin ciddi dəyişdirici təsiri altında 

olmayan, Azərbaycan, türk sözlərinin və ümumən Azərbaycan türk dilinin aparıcı mövqeyi ilə 

səciyyələnən klassik şeir dilinin ən yaxşı nümunələrindəndir”. Bu dilin dövlət, ordu, ümumiyyətlə, 

sənət dili kimi işlədilməsi, onun gələcək inkişafı üçün möhkəm zəmin yaratmışdır (Ə.Məmmədov). 

Bu gəlişmənin əsası bu dilin rəsmi dil statusu mövqeyi ilə möhkəmlənmişdir. Burada bədii sözün, 

poetik duyğunun ifadəsi üçün seçilən cümlələrə o, yalnız şair Xətai kimi deyil, həm də bir hökmdar 

olaraq şah İsmayıl kimi də yanaşmışdır. Dildə milliliyi qorumaq üçün şeirin qrammatik quruluşunda 

şairin “hökmdarlıq aurası” özünü göstərir. Belə ki, “Şah İsmayıl Xətai  klassik üslubda da...  

Azərbaycan dilinin qanunlarını pozmamaq, təbiətini zədələməmək xatirinə əruzun sərt tələblərinə 

məhəl qoymamışdır” (III 48, IX. 238 Ey Xətai, sən yəqin bil kim, bu fani dünyada, 

Bivafələrdənməhəbbət istəyən divanədir (IV 263, IX. 365) Ana yaş tökdü Xətai firqətindən, ey 

sənəm, Xancaru baxsam, gözümdə yer üzü sudur mana; (III 27, IX 36) Öldürən sən, dirildən sən, 

saxlayan sənsən, həkim, Yox imiş səndən özgə ayəti-Quran ilə; (III 47, IX 78) Ta ayağın tozutək 

qapunda məskən dutmuşam, Bu səadətdən mənim bəxtim mələkdən bac alır; (IV 58. IX 38) Bir neçə 

gün yar olub, bir kimsənin halın duyub, Sonra anın gizli sirrin aşikar etmək nədir? (III 284, IX 24) 

Qapundan ayru oldu Xətai şikəstə hal, Ümmid ilən eşiginə dərmanə gəlmişəm ( III37, IX 326) 

   Şairin dilini milliləşdirən, onu Azərbaycan dilinin ümumxalq kökləri ilə bağlayan, ən əsası, 

Şah İsmayıl Xətainin türksoylu hökmdar, türkqanlı şair, bir az da dəqiqləşdirsək, əsl Azərbaycan 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



362

oğlu olduğunu birmənalı şəkildə sübut edən şeirləri Azərbaycan ədəbi dilinin birbaşa sifahi dildən 

qaynaqlandığını açıq şəkildə nümayiş etdirir . Bu isə o deməkdir ki, xalq təfəkkürünə, xalq dili 

məcazlarına bələd olmayan yadəsilli şair belə bitkin mənalı, dolğun təsvirli bədii lövhələr yarada 

bilməz. Şairin bir çox misraları, bir sıra beytləri atalar sözü, xalq hikməti, aforizmləri ilə zəngindir. 

Bu deyimlər əsrlərin qədim qatlarından süzülə-süzülə xalq zəkasının dərinliyindən xəbər verir və 

onu anlayaraq həmin fikri, ifadəni  öz yaradıcılığına hopduran, ondan bədii qaynaq kimi istifadə 

edən şair qətiyyən yad ola bilməz, çünki bu misralarda öz əslinə bağlılıq, öz dilinə doğmalıq var; 

Eşq dəryasında qəvvas olmasan mərdanəvar, Keçmə namərd körpüsündən qoy aparsın su səni; (III 

34, IX 154)  Münafiq ləşkəri bir ğazi gürsə, Qoyun ki, qurd toxur, andan betərdir; Yəqin bil ki, 

doğruluq dost qapusudur, Həqiqət aləminin dapusudur; Düşdüm yüzüm əyağına sürdüm, Könlüm 

xəbərni cümlə verdüm. Baxdım ki. munun qırımı özgə, Mənimlə alım-verimi özgə; (IV 36, IX 372) 

Durmuşdu səba qılıb təfəkkür, Barmağını dişlib əz təhəyyür;  Ol dəm ki, mən ol pəriyə baxdım, 

Canu dilimi ocağə yaxdım; Dəxi nə yüz ilə varım anda, Ümmid ilə qasid etdi munda;  Zinhar qılur 

ki, tanriçün var, Ta rəhm edə mən fəqirə ol yar; (IV 36, X1 143) Dərdli dilini o yaxşı bilür, Əldən 

gələni yolunda qılur;  Fəryad ilə ah eşq əlindən, Ömr oldu təbah eşq əlindən; Özgə aşiqlər dil verər 

dildarinə. Bu Xətai xəstə gör yolunda qıldı can fəda;  Şəkkər ləbin ağzuma söyərsə, Sögmək degil 

ol, duadır, ey dust; Yaxam yırtım gedim əğyar əlindən, Bu rəhmi yox dilindən dadu fəryad; ( III 36, 

IX 243) Deməli, şair  əruz vəznində, ərəb-fars izafətləri , leksemləri sadəcə dövrün ümumi şeir 

qanunları adlı “pərdəni yırtmamaq” xatirinə işlətmişdir. Doğrudur, şairin bədii obrazı klassik 

üslubda təsdiq olunsa da,  xalq dili və onun ifadə tərzindən güc alan şeir üslubunda da “azad” aşıq-

şairi görmək olur. Əminliklə qeyd etmək olar ki, klassik şeirdə də Xətai üslubu ümumşərq 

poeziyasının hamı üçün bərabər qanunlarına öz sələfləri və çağdaşları  qədər  təslim olmamışdır. 

Aşağıdakı beytlər bu fikri təsdiq edəcək qədər güclü təsirə malikdir; 

Dəmbədəm yol gözlərəm, sevgili yarım gəlmədi, 

Qalmışam qış möhnətində, növbaharım gəlmədi. 

Xeyli müddətdir ki, mən ta ayrı düşdüm yaridən, 

Görmək üçün həddən ötdü intizarım gəlmədi ( VI 46, IX 154). 

 Al ilə yaşıl geyindi bağlar, Ağ ləçəgi sərpə saldı dağlar; Uzun gecələr səhər görünməz, 

Zülmətdə mana qəmər görünməz; Sidqi-dil ilə yolunda yarın , öz ölməginə dua qılan dil; (III 46, IV 

154) Doğru baxanın alırdı canın Gözü görənin tökürdü qanın; Canın sağ ikən yeri buradən, 

Söyləmə dəxi bu macəradən.; Ol dəm ki, mən ol pəriyə baxdım, Canü dilimi ocağə yaxdım(IV35, IV 

254).    

 

 



 

Bu nümunədən sonra Xətainin dilində nitq hissələrinin ümumi quruluşu üzərində 

düşüncələrdən çıxış edib belə mülahizə söyləmək olar ki, qrammatik quruluş folklor janrlı şeirlərdə 

daha güclüdür və bu dil çağdaş Azərbaycan dilinin leksik , qrammatik elementləri ilə əksər hallarda  

üst-üstə düşür. “Şah Xətai bir hökmdar olaraq ana dilinə xüsusi diqqət yetirmiş, onunla sanki fəxr 

etmiş, türk-Azərbaycan dilinin leksik vahidlərindən, qrammatik formalarından istifadə edilməsinə, 

dövrün ədəbi dilinə, dövlətçilik, diplomatik, hərbi vasitələrdə ana dili sözlərin dən geniş istifadə 

edilməsinə şərait yaratmış, öz bədii yaradıcılığında türk-Azərbaycan dili sözlərindən istifadə 

etməklə geniş dairədə onları ədəbi dilə cəlb etmişdir...” ( VIII  234). Şairin qəzəlləri içərisində elə 

misralar, hətta beytlər var ki, bütövlükdə türk sözlərindən qurulub; Sözün var isə yeri var özün, Nə 

qala yüzün bütün, nə gözün. Yüzün qanadına yetə qaşın, qarışa burun suyu ilə yaşın. Baxdım ki, 

munun qırımı özgə , Mənimlə alım-verimi özgə (III 46, IX  234). Anı bula gör nə yerdə  kim var, 

Desən varur ana harda kim var (III 46, IX 236). Nərgis gözün açmış ana baxər, Sünbül yüzünə 

tapançə qaxər (səh237). Bir bağbanına söylədim söz, Nə qaldı ağız, nə yüzü, nə göz (IV 164, IX 

237) Şaxlar çiçəgin yerə tökərsən, Ağac budağın iki bükərsən (IV 35, IX 249) Ol şey ki, ölüdür, 

anda yoxsan, ol tən ki, diridir, anda çoxsan(IV257, IX 143) Məndən yeri var, qılma çox toz, Sürgil 

eşşəgüvi satmagil qoz (III47, IX 250)  yaxud beytin bir misrası əsl türk sözlərindən ibarətdir ki, belə 

misraların sayı-hesabı yoxdur; Qaşın üstə qurulmuş yayə bənzər, və ya Döşəmişdir yüzünü qapunda 

topraq üstünə; Ah kim, sən getdin ,ey ay yüzlü, can qaldı mana;. Toprağ ilə külü savurarsan; Axdı 

yenə qanlı yaş gözümdən (III 265, IX 176). Bundan əlavə, nə qədər alınma söz işlənsə də, belə 

alınmalar çağdaş dilimizdə də işlək olduğu üçün beyt tam anlaşıqlıdır; Neçə kərrə demədimmi, 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



363

gözləri ahu, sana , Bivəfalıq etməmək gərək idi cahu sana; (III 36, IX 191) Yüz eybilə kim, bu 

şöhrətin var, Bu şəhvət ilə nə hörmətin var( III 132, IX 250) Bir neçə vəqt yar olub. Bir kimsənin 

eybin tutub, Sən onun gizlicə sirrin aşikar etməkmolur (səh120) Xublar üzünə baxmağı zahid günah 

deyər, Aşiqlər ol günahı həmişə səvab oxur (IV 256, IX 121) Gər məni oldürsələr, sən eylə bilgil, ey 

nigar, Bu məhəbbət ətəgin əldən qoyarım yox durur! (IV 36, IX 77). Dilbər yanıma gəlib oturmuş, 

Nazik dizinə başım götürmüş (IV 57, IX 296); Eşq meydanında hər kim can ilən baş oynadır, Yar 

önündə qəmzədir, kiprigilən qaş oynadır (IV 46, IX 108).  Burada sözləri isim, sifər ,say, əvəzlik, 

feil, hətta zərf kimi əsas nitq hissələri üzrə, eləcə də köməkçi nitq hissələri üzrə qruplaşdırmaq 

olur.Nitq hissələrinin morfoloji kateqoriyaları da, söz yaradıcılığı imkanları da inkişaf etmiş və 

kiçik çıxdaşları nəzərə almasaq, demək olar ki, bu gün məhz bu şəkildə  sabitləşmiş, onlar arasında  

ciddi qrammatik fərqlər yoxdur.Nitq hissələrinin söz tutumundakı fərqlərə gəlincə, bunlar 

qrammatik deyil, leksik fərqlərdir ki, bu da təbiidir.Sözdüzəldici şəkilçilərin kəmiyyəti söz 

yaratmaqda işlənmə tezliyi qrammatik quruluşla əlaqədar deyil. 

    Xətainin  şeir  dilinin  sözdən  istifadəyə  dair səciyyəvi cəhətlərinə nəzər salınsa da, bunlar 

tarixi qrammatikadan daha  çox Xətai şeirində həmin sözlərdən istifadə fərdiliyi xatirinə edilir, yəni 

şairin fərdi üslubu ilə bağlıdır. 

   Xətai  “Divan”ının   üzərində   müşahidələr  göstərir ki, beş yüz il ərzində Azərbaycan ədəbi 

dilində Xətai sözünün leksik tərkibi bəzi dəyişiklərə uğrasa da (bu təbiidir), ümumən qrammatik 

sistem türk dillərinin iltisaqi zəncirini qorumuş və  bu günə ötürmüşdür.Xətai dilinin leksik 

vahidlərinin qrammatik kateqoriyalar üzrə necə dəyişdiyini araşdırarkən burada sözlərin (həm milli, 

həm də ərəb, fars sözlərinin ) qrammatik təhlilini aparmaq nəzərdə tutulmuşdur.Çünki milli sözlərin 

kateqoriya və morfoloji əlamətlər üzrə dəyişməsi çox təbii haldır, biz burada morfoloji əlamətlərin 

tarixi durumu, çağdaş Azərbaycan dili ilə olan oxşarlığını sübut etməklə yanaşı, həmçinin bizim 

üçün maraqlı olan alınmaların bu qaydalara “yatırılması” məsələsinə də nəzər yetirməkdir.Təhlil 

zamanı alınma leksemlərin bir qisminin iltisaqilik prinsipinə yatırıla-yatırıla “özümüzünküləşdiyi” 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin