1) “Alim Azərbaycan ədəbi dilinin inkişaf dövrlərini aşağıdakı kimi göstərir”.
a) Azərbaycan ədəbi dilinin XIII-XIV əsrlərdə formalaşması
b) XV-XVII əsrlərdə Azərbaycan ədəbi dili
c) XVIII əsrdə (xanlıqlar dövründə Azərbaycan ədəbi dili)
e) Azərbaycan ədəbi dilinin yeni dövrü (XIX əsr)
f) XIX əsrin sonlarında Azərbaycan ədəbi dili.
2) 1940-cı ildə ədəbiyyat fakültələri üzrə proqramda çap edilmiş “Azərbaycan ədəbi dili tarixi
kursu”nda:
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
374
a) Azərbaycan ədəbi dilinin ilk formalaşmasının dövrü.
b) Klassik poeziya dilinin formalaşması
c) Azərbaycan ədəbi dilində durğunluq (düşmə) dövrü. XII əsr
d) Azərbaycan ədəbi dilinin yeni dövrü
3) Azərbaycan ədəbi dilini inkişaf yolları misalında:
a) Azərbaycan ədəbi dilinin ümumxalq dili əsasında formalaşma və inkişaf etməsi dövrü.
b) Milli dil əsasında vahid ədəbi dilin qurulması və sabitləşməsi dövrü sosialist milli dili
əsasında inkişaf etməsi dövrü.
4) Azərbaycan ədəbi dili tarixi kitabında:
a) Azərbaycan xalq dili əsasında ədəbi dilin formalaşıb inkişafetmə dövrü
b) Azəri milli dili əsasında ədəbi dilin sabitləşməsi dövrü.
c) Azəri ədəbi dilinin Dövlət dili kimi yenidən qurulması və sosialist Milli dili əsasında
inkişaf etməsi dövrü: sovet dövrü.
Göründüyü kimi, alimin ədəbi dilimizin inkişaf tarixinin dövrləşməsi haqqında fikirləri
sadələşmə, dəqiqləşmə istiqamətində inkişaf etmişdir.
Prof. A. Babayevin Dəmirçizadənin ədəbi dilimizin inkişaf yolları və mərhələləri haqqında
verdiyi bu təsvir aydın göstərir ki, dövrlər arasında qəti il sərhədi qoymaq mümkün deyil. Ona görə
də sonra genişlənən daha əhatəli tədqiqlər də məhz əsrlərlə müəyyənləşir.
ƏDƏBİYYAT
1.
A. Babayev. Azərbaycan dilçiliyinin tarixi. Bakı: ADU nəşri, 1996, 273 s.
2.
M.İbrahimov. Əsərləri. 10 cilddə: 7-ci cild. Bakı, 1981, 330 s.
3.
N.Xudiyev. Xalqın tarixi haqqı Bakı, 2004.
Sevinc Safarova
This article deal wits dioxranik research and development stage of Azerbaijani literary
language (based on XI-XIX centuries)
Summary
This article deals with arises from the history of science. Both nature and society is one of the
immutable laws of all that is going through the stage of development of certain categories of social
and natural, unique interior and exterior certainty of the quality of wins.Historical events, it
becomes clear that the Turkish system, the formation of the Azerbaijani language other Turkic
tribes and tribes Lisani Kipchak elements regulator, rather than the language as found unsləri
participated.
Key words: Azerbaijani literary language, the history, the eleventh-centuryTurkic tribes
and Turkish languages
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
375
Ülviyyə Məmmədova, dissertant
AMEA Nəsimi adına Dilçilik İnstitutu,
ulviya-esmer@mail.ru
ƏHMƏD NƏDİMİN, MƏHTUMQULU FƏRAQİNİN VƏ MOLLA PƏNAH VAQİFİN
DİLİNDƏ TÜRK-OĞUZ DİLLƏRİNDƏ DİFERENSİASİYA DÖVRÜ
XÜSUSİYYƏTLƏRİNİN ƏKSİ
Cəmiyyətin siyasi, iqtisadi, mədəni həyatı dildəki təkamülə birbaşa təsir etmir. Bu amillərin
təsiri, təzyiqi ilə dil daşıyıcıları dəyişir və dil o dildə danışan insanlar tərəfindən dəyişdirilir.
Diaxronik proses olaraq diferensiasiya dövrünü tədqiq etdiyimizdə, insanların XVIII əsrdə necə
danışdığını ədəbi əsərlər əsasında təyin və təxmin edə bilərik. Türk-oğuz dillərinə mənsub olan
çağdaş Türkiyə, Türkmən və Azərbaycan türkcələrinin diferensiasiya dövrünü Əhməd Nədimin,
Məhtumqulu Fəraqinin, M.P.Vaqifin dili əsasında araşdırmağımızın əsas səbəblərindən biri hər üç
şairin öz dili və ədəbiyyatı üçün mərhələ təşkil edəcək səviyyədə bir sənət nümayiş etdirmələridir.
Etnik cəmiyyətin tərkibində gedən linqvocoğrafi proses olaraq diferensiasiya sosial
hadisədir. O, cəmiyyətdə gedən siyasi, iqtisadi, mədəni proseslərə yaxından müdaxilə edir. “Qədim
(ümum-) türk dilinin artıq biri digərindən həm fonetik, həm leksik, həm də müəyyən dərəcədə
qrammatik baxımdan fərqlənən dialektlərə - dillərə bölünməsi davam edir, qeyd etmək lazımdır ki,
bu proses aşağıdakı amillərin təsiri ilə getmişdir:
1.
Türkcənin müxtəlif dialektlərə (nəticə etibarilə dillərə) bölünməsi üçün daxili meyli;
2.
Coğrafi ayrılma, təcrid olunma;
3.
İctimai-siyasi ayrılma, təcrid olunma (xüsusilə, müxtəlif türk dövlətlərinin meydana
gəlməsi)” (2, 15).
Nədimin, Məhtumqulunun və M.P.Vaqifin dilində diferensiasiya prosesinin necə və hansı
yollarla əks olunduğunu diferensiasiyanı yaradan proseslərin hər üç şairin həyatı və yaradıcılığında
rolunu anlamağa çalışaraq tədqiq etməliyik.
Diferensiasiyanın meydana gəlməsində başlıca amillərin sırasında sərhədlərin, məsafələrin
rolunu qeyd etmişdik. Dillər arasında uzaqlıq, məsafə, xalqlar arasında siyasi, iqtisadi, mədəni
əlaqələrin zəifləməsi dillər arasındakı fərqlilikləri meydana gətirir. XVIII əsrdə Nədimin,
Məhtumqulunun və M.P.Vaqifin dilində bu fərqlər hiss olunacaq dərəcəyə çatmışdır. Belə ki, hər üç
şairin dilində yerli, aktual mövzular, real həyat səhnələri, yerli dil xüsusiyyətləri üstünlük təşkil
edir. Bu şairlərin yaradıcılığında əks olunan insan real arzuları, həyata real baxışı olan bir insandır.
Hər üç şairin əsərlərinin dilində də bunu çox asanlıqla müşahidə edirik. “Sosial quruluşun
dəyişilməsi, istehsalın, mədəniyyətin, elmin və s. inkişafı ilə əlaqədar dilin inkişafının qanunları
əsasında həyata keçən lüğət tərkibinin artması onun dəyişməsinin xarici motivasiyalığına
nümunədir. Lüğət tərkibinin kəmiyyət dəyişikliyi, artması dili daha dəyişkən və zəngin etmək
münasibətində irəliləyir” (11, 216).
XVIII əsrdə Azərbaycan, türk və türkmən türkcələri üçün diferensiasiyanın yaranmasında
yuxarıda qeyd etdiyimiz parametrlərin hamısı birlikdə, vəhdət şəklində fəaliyyət göstərdiyindən
belə nəticələr əldə olunmuşdur. Hər üç şairin dilindəki konkret fərqlərdən danışmaq lazım gələrsə,
fonetik, morfoloji və sintaktik fərqlər üzərində dayanmalıyıq.
XVIII əsrdə hər üç dil üçün fellərdə morfoloji fərqlərin meydana gəldiyini bir neçə nümunə
əsasında görə bilərik. Bunlardan biri I şəxs qeyri-qəti gələcək zamanın inkarında –ma, -mə inkar
şəkilçisinin şəxs sonluğu ilə birlikdə istifadəsi zamanı –maz, -məz yerinə -mar, -mər formasının
ortaya çıxmasıdır. Bu, yalnız fonetik dəyişiklikdir, məzmunda heç bir fərq yaranmamışdır. “-məz, -
maz forması tarix etibarilə daha qədimdir. XVIII əsrə qədər bütün türk dillərinə vahid bir imlada
yazıldığını söyləyə bilərik” (6, 157).
Vaqifin dilində bu dəyişiklik izlənilir:
Baxmaq ilən dоymaq оlmaz üzündən,
Danışanda şirin-şirin sözündən,
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
376
Оnun üçün göz kəsmərəm gözündən
Müştağam, еy şəkər kanı, mən sənə (9, 28).
Yaxud,
Bivəfasan, səndən üz döndərmişəm,
Yalançıya, biiqrara baxmaram.
Səni оx kirpiyə həsrət qоyaram,
Bağrın оlsa para-para, baxmaram (9, 51).
Nədimin dilində, eləcə də sonrakı dövrlərdə gördüyümüz kimi, çağdaş Türkiyə türkcəsində I
şəxs qeyri-qəti gələcək zaman (Türkiyə dilçiliyində geniş zaman) inkar şəkilçisi qəbul etdiyində,
Azərbaycan dilindən fərqli olaraq, əski formanı qoruyur.
Ya Sa‘d-abad-ı dil-cunun efendim sorma hiç vasfın
Kulun bir vech ile ta‘bire kâdir olmazam anı (7, 62).
Məhtumqulunun dilində I şəxs qeyri-qəti gələcək zamanın inkar formasına rast gəlməsək də,
felin bu zamanının inkarı çağdaş türkmən türkcəsində Azərbaycan dilinə yaxın bir formada işlənir
(8, 284).
Diferensiasiya dövründə fel ilə bağlı digər bir dəyişiklik felin vacib şəklində özünü göstərir.
Felin vacib şəklinin istifadəsində XVIII əsrə qədər olan vəziyyət bu dövrdən sonra dəyişir. Bu
zamana qədər az istifadə olunan –malı, -məli şəkilçisi aktiv işlənməyə başlayır. Elə həmin əsrdə
M.P.Vaqifin dilində -malı, -məli şəkilçisinin aktivliyi özünü göstərir.
Didarına müştaq оlub qalmalı,
Başına dönməli, dərdin almalı,
Bir ayna qabaqlı, əyri çalmalı,
Əlvan kalağaylı, səfalı sərxоş! (9, 132)
Məhtumqulunun dilində də felin vacib şəklinin -malı, -məli ilə yarandığını görürük:
Pyragy, dert aýdyp, derde ýanmaly.
Gan ýuwudyp, zalym fetdah ganmaly,
Diri özüm, läkin öli sanmaly, –
Ansa öldir, bu destany ol fetdah (4, 121).
“Müasir ədəbi dilimizdə tam hüquqlu –məli, -malı şəkilçisi XVIII əsrə qədər olduqca az
işlənmişdir. Orta əsrlərin ədəbi dilində az-çox işlənmiş –məli, -malı şəkilçisi ilə düzələn fellər isə,
əsasən, feli sifətlər kimi özünü göstərmişdir” (6, 165). Diferensiasiya dövründən başlayaraq felin
vacib şəklinin atributu olaraq –malı, -məli şəkilçisi ədəbi dil norması kimi sabitləşmişdir.
Felin vacib şəkli ilə bağlı qeyd etmək lazım gələn xüsuslardan biri XVIII əsrə qədər bu
şəklin analitik formasının daha çox yayılması məsələsidir. Bu zaman məsdər formasında olan fellə
birlikdə gərək sözü də işlənirdi. Misal olaraq Füzulinin dilində felin lazım şəklinin istifadəsinə
baxmaq olar.
Yar vəslin istəyən kəsmək gərək candan təmə,
Hər kişi kim vəsli-yar istər, kəsin ondan təmə (3, 172).
“XVIII əsrə qədər normal şəkildə inkişaf edib gələn felin vacib formasının bu şəkli sonralar
öz normativliyini itirsə də, bəzi yazıçıların dilində az-çox özünü mühafizə edə bilmişdir” (6, 164).
Artıq XVIII əsrdən, misallardan da gördüyümüz kimi, felin vacib forması –malı, -məli şəkilçisinin
yardımı ilə düzəlir və bu, norma halını alır.
Burada felin məsdər forması və gərək ilə istifadə edilən felin vacib formasının cümlədə
daşıdığı funksiya məsələsinə toxunmaq istərdik. Diferensiasiya dövründə sintaktik fərqlər sırasında
bu zamana qədər felin vacib formasını ifadə edən məsdər və gərək sözünün birlikdə bir cümlə üzvü
olmasına da diqqət yetirmək lazımdır. “XVIII əsrə qədər xəbəri ifadə edən vasitələrdən biri də
məsdərlə gərək sözünün əmələ gətirdiyi mürəkkəb formadır. Tarixən felin vacib şəklini əmələ
gətirən və cümlədə xəbər kimi işlənən bu birləşmə həmin dövrdən etibarən öz normativliyini
itirmişdir. Məsdərlə gərək sözündən düzələn birləşmələr ancaq əlaqədə olduğu sözlə birlikdə bir
cümlə üzvü – xəbər vəzifəsində işlənir” (6, 279). Cümlənin xəbəri olan bu mürəkkəb forma XVIII
əsrdən başlayaraq ədəbi dildə işləkliyindən qaldığına görə, daha sadə variant olaraq –malı, -məli
şəkilçili sözlər bu funksiyanı öz üzərinə götürmüş olur.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
377
Felin əmr formasının yaranmasında da fərqlər göz qabağındadır. XVIII əsrə qədər davam
edib gələn formaların dəyişdiyi bu dövrdə felin əmr formasının II şəxs təki də fərqli şəkildə
qarşımıza çıxır. XVIII əsrə qədər –gil, -qıl şəkilçilərinin felin əmr formasını yaratdığını müşahidə
edirik. Bütün klassiklərin dilində bu forma izlənilə bilir. Lakin diferensiasiya dövründən başlayaraq
tarixən türk dillərində işlək olan bu şəkilçi Türk-Oğuz dilləri üçün arxaikləşsə də, digər qohum dil
qruplarına aid olan türk dillərinin bir çoxunda ədəbi dil norması olaraq qalmaqdadır. Cağatay
türkcəsində işlək olmuş bu şəkilçi çağdaş Sibir tatar türkcəsində, qıpçaq qrupu dillərində - altay,
xakas, tuva dillərində geniş şəkildə işlənməkdədir.
XVIII əsrdən felin əmr forması –gil, -ğıl şəkilçisi əvəzinə -ginən, -ğınan şəkilçisi ilə istifadə
edilməyə başlayır. Eyni şəkilçinin şəxs sonluğu ilə birlikdə istifadəsi zamanı –gil, -ğıl və sən
birliyindən –ginən, -ğınan şəkilçisi meydana gəlir. “XVIII əsrdən başlayaraq –gil, -ğıl yazı dilində
tamamilə zəifləyib itir, canlı danışıq dilində olduğu kimi, yazı dilində də -gilən forması normalaşır”
(6).
Sonralar, çağdaş Azərbaycan dilində müşahidə etdiyimiz kimi, bu forma da dildə norma
olma funksiyasını itirir. XIX əsr şairlərinin dilində çox rastlaşdığımız əmr formasının II şəxs təkinin
–ginən, -ğınan şəkilçisi XX əsrdə artıq dialekt elementi olaraq (məsələn, Bakının Qobu, Güzdək,
Hökməli şivələri) görünür. Əslində, XIX əsr şairlərinin dilində -gil, -ğıl şəkilçisini də görmək olar,
lakin bu, artıq yazı dilinin norması deyil, individual üslubun elementi olaraq düşünülməlidir.
Taxtına çıxmanam, taxtın ucadır,
Qоynuna girmənəm, yarı gеcədir,
Dеməginən Mоlla Pənah qоcadır
Səni tamam yеsəm, dоymanam, gəlin! (9, 82)
Yaxud,
Namə, gеdər оlsan yarın kuyinə,
Dərdi-dilim о canana dеgilən!
Bülbülüyəm qönçə gülündən ayrı,
Bağrım dönüb qızıl qana, dеgilən! (9, 74)
Gurdugym aslynda bilgil,
bu zeminin myhydyr,
Erer ol erkin mydam,
budur türkmen binasy (4, 11).
yaxud,
Magtymguly, söz jos etgin dilinden,
Muhannese ýol bermegil ýeländen,
Bu hünärler geler, gelmez elinden,
Dilden gelen bu jürýetli söz nedir (4, 15).
Əhməd Nədimin, Məhtumqulu Fəraqinin və M.P.Vaqifin dilində ismi birləşmələrdə də
milliliyə meyl yarandığı görülür. XVIII əsrə qədər, əsasən, izafət tərkibləri ilə ifadə olunan
məzmunların bu dövrdən başlayaraq türk dillərinin özünə məxsus təyini söz birləşmələri ilə ifadə
olunduğu hallarının çoxaldığı müşahidə olunur. Əslində, bu proses çoxdan başlamışdı. Hələ XVI
əsrdə Füzulinin dilində izafət tərkiblərinin təyini söz birləşmələri ilə paralel işləndiyi örnəklər
vardır. Lakin XVIII əsrdə sadə dillə yazılan əsərlərdə izafət tərkibləri az istifadə olunmuş, üstünlük
milli dil xüsusiyyətlərinin ifadəsinə verilmişdir. “İzafət tərkibləri əsaslı şəkildə funksionallığını
itirir, lakin bununla belə hələ mövcud olmaqda davam edir: qəmi-hicran (Vidadi), rövzeyi-rizvan
(Vaqif), çərxi-gərdun (Vaqif), badi-səba (Vaqif), izhari-əhval (Şəhriyar), şəhri-Tiflis (Şəhriyar) və
s. Əslində, bu mövcudluq XX əsrin 30-cu illərinə qədər gedir və ancaq müasir Azərbaycan türk
ədəbi dilinin normalarının tam müəyyənləşdiyi zaman aradan qalxır” (1, 92).
Vaqifin dilində:
Qaşların tağın qоyub, qеyri hilalə baxmaram,
Arizindən göz kəsib, оl vərdi-alə baxmaram,
Xеyli hеyranam sənə, özgə cəmalə baxmaram,
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
378
Tutinin ağzındakı şəkkər məqalə baxmaram,
Mən sənin şirin-şirin göftarının müştaqiyəm (9, 183).
Məhtumqulunun dilində:
Däli könlüm arzymany,
Külli gözellerin hany,
Sekiz jennetin bostany,
Bakjaly bardan aýryldym (4, 183).
M.P.Vaqifin və Məhtumqulu Fəraqinin dilində izafət tərkiblərinin azlığı xüsusi diqqət çəksə
də, Əhməd Nədimin dilində hələ izafət tərkibləri kifayət dərəcədə vardır, lakin bununla yanaşı,
təyini söz birləşmələrinə də yer verilmişdir.
Tezerv-i hoş-hıramım sinem olsun cilvegahın gel
Hüma-veş saye salsın başıma zülf-i siyahın gel (7, 293).
Yuxarıdakı izafət tərkibli bu beyti ilə Nədim özündən əvvəlki şairlərin dilinə çox yaxındır.
Digər beytinə nəzər saldıqda, Nədimin nisbətən daha sadə dilə də sahib olduğunu görürük.
Hayli demdir kim belin kocmağa kasd etdikçe ben
Naz ile benden yine bana girizan olmadın (7, 289).
Çağdaş Azərbaycan dili üçün arxaik sayılan, lakin XVIII əsrə qədərki türkcədə aktiv istifadə
edilən –turur, -durur, onun şəkilçiləşmiş variantı olaraq -dir, -dur felinin diferensiasiya dövründəki
funksiyasına baxdığımızda, onun keçid xarakterli bu mərhələdə aktivliyini itiridiyini müşahidə
etmək mümkün olur.
İşin elmi nəticəsi. Ümumiləşdirəcək olarsaq, türk-oğuz dillərində diferensiasiya dövrünün
əhəmiyyətli nəticələrə gətirib çıxardığını, milli dillərin meydana gəldiyini görə bilərik. Bu prosesin
ən bariz xüsusiyyətlərini türk ədəbiyyatında Əhməd Nədimin, Azərbaycan ƏDƏBİYYATında
M.P.Vaqifin, türkmən ədəbiyyatında da Məhtumqulu Fəraqinin dilində və yaradıcılığında izləyirik.
Sonralar, XIX əsrdə klassik şairləri təqlid edənlər, klassik üslubda yazanlar XVIII əsrdən əvvəlki
üslubu, dil xüsusiyyətlərini qorumağa çalışır, təkidlə bu istiqamətdə yazmaqda davam edirdilər.
Lakin XVIII əsrdə tamamlanmış bir prosesin qarşısında davam gətirə bilmirdilər. Diferensiasiya
dövründə dildə və ədəbiyyatda yeni istiqamət öz yerini daha da möhkəmləndirir.
İşin elmi yeniliyi. Məqalə türk-oğuz dillərində diferensiasiya dövrü xüsusiyyətlərinin
Ə.Nədimin, Məhtumqulunun və M.P.Vaqifin dilində necə əks olunduğuna həsr olunmuşdur.
Türkologiyada az öyrənilmiş bu məsələnin tədqiqində bir ilk hesab edilə biləcək bu araşdırmada
əyani misallar əsasında Azərbaycan, türk və türkmən dillərində diferensiasiya dövrünün
əlamətlərinin ədəbiyyatdakı inikası elmi şəkildə işıqlandırılmışdır.
İşin tətbiqi əhəmiyyəti. Məqalə türkologiyanın ümumi məsələləri, ədəbi dil tarixinin təməl
problemləri, eləcə də Əhməd Nədimin, Məhtumqulu Fəraqinin və M.P.Vaqifin dili ilə məşğul olan
tədqiqatçılar üçün faydalı mənbə hesab edilə bilər.
ƏDƏBİYYAT
1.
Cəfərov N. Azərbaycan türkcəsinin milliləşməsi tarixi. Bakı: Azərbaycan Dövlət Kitab
Palatası, 1995, 208 s.
2.
Cəfərov N. Azərbaycan dili tarixinin metodoloji problemləri // Seçilmiş əsərləri. Beş
cilddə. I cild. www.kitabxana.net
3.
Füzuli M. Əsərləri. Altı cilddə. I cild. Bakı: Şərq-Qərb, 2005, 400 s.
4.
Magtymguly. Asgabat: Türkmendöwletnesir, 1959, 204 s.
5.
Magtymguly. Asgabat: Turan, 1991, 55 s.
6.
Mirzəzadə H. Azərbaycan dilinin tarixi qrammatikası. Bakı: Azərbaycan Universiteti
Nəşriyyatı, 1990, 376 s.
7.
Nedim Divanı. Hazırlayan: Prof.Dr. Muhsin Macit. Ankara: Kütüphaneler Ve Yayimlar
Genel Müdürlüğü, 2012, 350 s.
8.
Nepesova R., Nazarov O., Göklenov J. Türkmen türkçesi. Sosyal Bilimler Enstitüsü
Dergisi, Sayı 17, 2004, 271-286 s.
9.
Vaqif M.P. Əsərləri. Bakı: Şərq-Qərb, 2004, 264 s.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
379
10.
Vaqif. Əsərləri. Bakı: Yazıçı, 1988, 192 s.
11.
Звегинцев-Андреевич В. Очерки по общему языкознанию. Москва: Издательство
Московского Университета, 1962, 386 с.
Ulviya Mammadova
The imaging features of turkic-oguz languages differentiation period in ahmed nadim,
maxtumkuli faragi and molla panah vagif`s works
Summary
Among the main factors in the formation of differentiation can be noted the role of distance
and borders. Weakening of political, economic and cultural relations between the peoples of the
distance between the two languages leads to differences between these languages. In the eighteenth
century, these differences reached tangible degrees in language of Nadim, M.P.Vagif and
Mahtumkuli. Thus, the language of all three poets dominated local, topical themes, real, local life
scenes and local linguistic features. The person depicted in the works of these poets is a real person
who has real vision and dreams. It is very easy to trace these in the language of works of all three
poets.
One of the main reasons for considering the period of differentiation of languages of Turkey,
Turkmenistan and Azerbaijan, belonging to the Turkic-Oguz languages in the work of Ahmad
Nadim, Mahtukuli and M.P.Vagif is demonstrating skill level of each of the three poets in their
native language and literature.
Keywords: Turkic-Oguz languages, differentiation, geographic isolation, social and
political isolation, the verb
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
380
BÖLMƏ 4
TÜRK XALQLARININ TARİXİ ENTOQRAFİYASI VƏ İNCƏSƏNƏTİ
Rəna Məmmədova, AMEA-nın müxbir üzvü
AMEA Memarlıq və İncəsənət İnstitutu, şöbə müdiri
renasarabskaya@mail.ru
AZƏRBAYCAN VƏ TÜRK MUSİQİSİNİN ÖYRƏNİLMƏSİNİN BƏZİ ASPEKTLƏRİ
Ümumtürk musiqi mədəniyyəti fenomeni anlayışının formalaşması musiqi şərqşünaslığının
mühüm problemlərindən biridir. Tipoloji problemlərin ön plana çəkilməsi, bir tərəfdən, türkdilli
xalqların musiqi ənənələrinə qlobal miqyasda, ümumtürk mədəniyyəti dünyasında baxmağa, digər
tərəfdən, hər milli sistemin özünəməxsusluğunu, spesifikasını, xüsusiyyətlərini görməyə imkan
verəcək.
Ümumtürk musiqi mədəniyyəti araşdırılmalarında müqayisəli metodun əhəmiyyəti heç bir
şübhə oyatmır. Bu gün Azərbaycan musiqisini mürəkkəb, çoxtərkibli ümumtürk ənənəsinə daxil
olan obyekt kimi araşdıran elmi işlərə rast gəlmirik. Müqayisəli metodun bu istiqamətdə açdığı
imkanlar və perspektivlər praktiki olaraq reallaşmamışdır, çünki türk xalqlarının musiqisi sahəsində
tədqiqatlar əksər hallarda daha çox fərdi məqamların qarşılaşdırılması ilə məhdudlaşır. Qeyd edək
ki, ümumtürk dünyası strukturuna daxil olan müxtəlif milli mədəniyyətlərin qarşılıqlı təsiri və
əlaqəsinin öyrənilməsi bu metodun ardicil tətbiqi, onun yeni-yeni tərəflərinin üzə çıxması, daha mü- Dostları ilə paylaş: |