I türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə72/94
tarix31.01.2017
ölçüsü2,97 Mb.
#7251
1   ...   68   69   70   71   72   73   74   75   ...   94

məqamlarını da görürük.Bu zaman onların alınma olduğu belə şübhə doğurur; Aşiqin aqilə sözü 

daim divanə gəlür; Həsrətindərdindən, ey can, bağrım oldu parələr.Allaha şükür qılıb yer öpdüm 

Bulmağa Səbanı yola qopdum;( III 57, IX 143) Düşdüm yüzüm ayağına sürdüm, Könlüm xəbərini 

cümlə verdim; Var etdi cəhani yox ikən ol, Kimsə bulamaz bu sirrə heç yol (III 47, IX 365). 

İSİM 

  Xətai şeirinin morfoloji təhlili ənənəyə uyğun olaraq isimdən başlayır. Digər nitq hissələri ilə 



müqayisədə istər sayına görə ,istərsə də məna rəngarəngliyinə görə isim zəngin nitq hissəsi 

sayılır.Şairin dilində sadə, milli isimləri işlənmə özəlliyinə görə arxaik və çağdaş leksemlərə 

bölmək olar.Bu lüğətin böyük hissəsi çağdaş dilimizdə də sıx işlək leksikaya aiddir.Xətainin dilində 

ümumxalq dilini, bu dilin ədəbi səviyyəsini şərtləndirən faktları ciddi-cəhdlə axtarmaq lazım 

gəlmir, çünki hər şey sistem halındadır, növbələşərək işlənir. Şairin dilində isimlərin məna-məfhum 

əhatəsinin genişliyini, çoxcəhətliyini göstərmək üçün yetərsay nümunələr vardır;Gözün sərməstdür, 

boyun  sürahi, Sözün noqlu , ləbin peymanəmizdir;Gözüm yaşın tökər mən ayağinə, Bəli, sərv 

ayağındasu gərəkdir (IV 47, IX 243). 

  Burada Xətai dili isimlərini qrammatik kateqoriyalar istiqamətində təhlil edilir. Xətainin söz 

kimi ayrı-ayrı isimlərə müraciəti və onlarla əlaqədar fikir söyləməsi əsasən poetik səciyyə daşıyır.  

Bu poetik obrazlılıq qrammatik sistemin bitkinliyi sayəsində ortaya çıxır və bu obrazlılığın ifadəsi 

üçün imkan yaradan XVIəsr Azərbaycan ədəbi dilinin morfoloji strukturunu Xətai şeirinin fonunda 

necə əks olunduğunu nümayiş etdirir.  

   Xətai dilinin isimlərini ənənəvi qayda ilə aşağıdakı kimi qruplaşdırmaq olar: 1. Semantik 

mənasına görə söz qrupları .2. Quruluşuna görə söz qrupları.3. İsmi kateqoriyalar. 

   İsimləri mənasına görə konkret və mücərrəd, ümumi və xüsusi, toplu isimlər adı ilə bir neçə 

yerə bölmək olar. Konkret isimlər. Ədəbi dilin bütün dövrlərində konkret isimlər say çoxluğu ilə 

seçilmişdir.Xətainin klassik şeirlərinin leksik tərkibi ərəb-fars leksemləri ilə də zəngindir, bunlar 

klassik  şeirin poetik obrazları olmasına baxmayaraq, folklor üslubunun lüğəvi vahidlərini özümlü 

sözlər təşkil edir.Yəni, şair mürəkkəb poetik fiqur yaratmaq üçün ərəb-fars isimlərindən istifadə etsə 

də, qalan bütün hallarda fikrin ifadəsi sırf milli sözlərin üzərinə düşmüşdür.Şair hətta bəzi 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



364

məqamlarda bədii təsvir üsulunu milli sözlərə “yükləməkdən” çəkinməmişdir. Xətai dilinin konkret 

isimlərinə insan anlayışı, digər canlı varlıqlar, cansız əşyaların adlarını bildirən sözlər 

daxildir.1.İnsan və digər canlı varlıqlarınadlarını bildirən isimlər; Məni  yardan ayırdı bu zəmanə; 

Şahi mərdanın yolunda çox kişi vardır; Dörd şey vardır bir qarındaşa lazım (IV 59, IX 35). Anın 

çəngali-cəngindən xilas olmuş gögərçindir; Hər keyikin göbəyindən nafeyi-tatar məst; (III 47, IX 

354). 

     2.  Mücərrəd isimlər. Türk dillərinin leksik tərkibinin ümumi inkişaf yolu göstəriri ki, 



tarixən mücərrəd isimlər konkret isimlərə nisbətən azlıq təşkil etmişdir”. Qədim türk yazısı 

abidələrinin dilində mücərrəd anlayış bildirən sözlər konkret əşya adı bildirən isimlərdən sayca 

azdır.Müasir türk dillərində mücərrəd anlayış, məfhum bildirən isimlər konkret əşya adı bildirən 

isimlərdən, bəlkə də, çoxdur. Bu onu göstəriri ki, insan təfəkkürü inkişaf etdikcə daha çox 

abstraklaşmaya meyil edir” (V səh.415). Deməli, türk yazısı abidələri ilə müqayisədə ondan 

təxminən 7, 8 əsr sonra türk, eyni zamanda Azərbaycan ədəbi dilində abstrakt anlayışlar say 

çoxluğu ilə seçiləcəkdir. Belə isimlər türk xalqları arasında elmin, mədəniyyətin inkişafı ilə yanaşı, 

ümumxalq bədii təfəkküründə mücərrəd vahidlər gəlişmə etmişdir ki, bunun ədəbi dildə ifadəsini 

Xətai yaradıcılığında da görmək mümkündür; Gecələrdə  uyxu gəlməz gözümə qan ağlaram; 

Onların könlündə qəm, qayğu,kədər xürrəm düşər; (III 465, IX 57) Sevgi haqqın sevgisiymiş Nə 

əcəb, mən miskinin könlün əgər yəğma qıla; Ərmağansunarlar dostu dostuna; (III 76, IX 57) 

(göründüyü kimi, yəğma qılmaq, ərmağan sunmaq  tərkibi feillərnin ad hissəsi  isimdir).  

 

 

 



 

Bu tip isimlərin sırasında islam dini ilə bağlı kəlmələr də özünəməxsus yer 

almışdır.Düzdür, dini kəlmələr orta əsrlərin bütün dövrlərində işlək olmuşdur. Bu mənada Xətainin 

dilində də  ərəb əsilli isimlər üstündür. Bununla belə,  şair dilimizin öz sözlərinə xüsusi yer ayırmış 

və buna üstünlük verməyə çalışmışdır;Tanrıçün get qarşudan məşuqi gümrah eyləmə; Seyr eylədim 

tamunun dörd guşəsin; Dedilər səkiz uçmaq sirr olubdur zahidə (III 45, IX 143). Cansiz varlıqların 

adlarini ifadə edən isimlər; Canıma bir od düşür,bu dilimə yahu gəlir; Daş yarıldı,çıxdı Düldül 

yəhərü yügən ilə; Dudi-ahindir,Xətai, gögdə bulutlar sənin, Bu Xətai rəha qılmaz saçun zəncirdən 

  Ümumi və özəl(xüsusi) isimlər. Xətainin dilində ümuni isimlərin işlənmə tezliyi bütün 

şeirlərində paralel şəkildə paylanmışdır.Sözsüz ki, əsas üstünlük folklor üslublu şeirlərindədir. 

Ümumi isimlər şairin kainat və yaşam haqqında bütün müşahidələrini ümumiləşdirmiş, öz fikirləri 

ilə onlara rəngarəng çalar qatmışdır.Ümumi isimlərin söz əhatə dairəsi genişdir.Bu bölgüyə həm 

konkret, həm də mücərrəd isumlər aiddir Əridi iligim, qaldı sümügum; Əgər yatsam min il toprağ 

içində; Mən gəzərəm ayıq-ayıq, dəryalarda olur qayıq,  Bülbülləri şaha layıq, gülü gərək yol 

əhlinin (IV 46, IX 320); Qoyun quzusuna nasıl mələdi?Öküzün qulağın kimlər ənədi? (III 56, IX 

.312) Könül ta kim, ğəminlə aşinadır, Qərarü səbrdən mütləq cüdadır (III 87, IX.45). 

   Özəl  isimlər. Ədəbi dil tarixində özəl isimlərin  ayrıca araşdırmasının əhəmiyyəti vardır 

mövzusudur. Belə ki, müəyyən yer, xalq, tayfa adları oranın tarixi-coğrafi mövqeyi, insan adları, 

ictimai, dolayısı ilə siyasi əhəmiyyəti ilə seçilirsə, bunlar bütövlükdə şairin mövqeyini, həyatını, 

yaradıcılığının xüsusiyyətlərini müəyyənləşdirməyə kömək edən faktlardır.Xətainin şeirlərində 

xüsusi adları 3 qrupa ayırmaq olar: 1) Şəxs adları; 2) Yer adları; 3) Su, çay adları 

   Şəxs  adları.  Şəxs  adlarının ictimai mənasına həmişə önəm verilmişdir. Şərq xalqlarında ad 

doğulan uşağın sonrakı həyat yolunun stimulverici amili kimi yüksək dəyərləndirilərək  ədəbi 

qəhrəmanlara ad verilmişdir. “Kitabi-Dədə Qorqud” dastanında igidlərə adqoyma mərasimi kimi 

oğuzların xüsusi önəm verdiyi faktı xatırlamaq kifayətdir”. Tarixin müəyyən dövrlərində sinifli 

cəmiyyətdə şəxs adları sinfi, dini məna almışdır.Türk xalqlarında, eləcə də Azərbaycanda şəxs 

adlarının əsasən ərəb mənşəli olmasi bu mənada az şey demir. Şəxs adları ya öz leksik kütləsi ilə, ya 

da təyinləri köməkçi ünsürləri ilə ictimai və şəxsi münasibətlər ifadə edir” (I, 34). Xətai şeirlərində 

şəxs adları işlənmə dairəsinə və üslubi xarakterinə görə diqqəti cəlb edəcək qədər ayrıca təhlil 

dərəcəsinə malikdir. Ən əsası, bu, Xətainin bir şair kimi bədii-fəlsəfi yaradıcılıq üsulunun dərin 

analizini nümayiş etdirir. Klassik şeirin fəlsəfi istiqaməti onun yaradıcısının öz sələflərinə yanaşma 

tərzi,onların ideya, həyatabaxışını qəbuletmə  mexanızmi ilə bağlıdır. Bunlara əsasən demək olar ki, 

Xətai şeirində də müxtəlif şəxs adlarının çəkilməsi şairin dini, ictimai, sosial, hətta siyasi 

mövqeyinin açıqlanması üçün mühüm istinad və ya mənbədir.Onun şeirlərində istifadə olunan şəxs 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



365

adları belə qruplaşır.1) tarixi şəxs adları; 2) dini və ya əfsanəvi şəxs adları; 3) ədəbi obraz adları. 

Lakin qeyd edək ki, bu bölgü mütləq deyil, yəni şair bəzən əfsanəvi adlardan ədəbi obraz kimi və ya 

əksinə, istifadə edə bilər. Tarixi şəxs adları. Bu adlar şairin yaradıcılığında aparıcı üstünlük 

qazanıb.Belə adlar Xətainin dünyagörüşünü, keçmişə münasibətini əks etdirir. ədəbiyyat tarixindən 

məlumdur ki, Xətai poetik-fəlsəfi dünyagörüşü baxımından Nəsiminin davamçısı, hürufiliyin 

hamisi olmuşdur. Həmçinin orta əsrlər Şərq ədəbiyyatının vəhdəti-vücud fəlsəfəsinin təsirini Xətai 

şeirlərində də görürük. Bu əqidə sahiblərini Xətai tez-tez xatırlayır. Şairin  “Məndədir yer ilə 

göyünhikməti, həm qüdrəti, Abu atəş, xakü bad cümlə ərkan  məndədir” deyən şairin fikri ilə 

“ənəlhəq” ideyası arasında məna fərqi yoxdur.Onun hürufi məzmunlu şeirlərində də  Azərbaycan 

dilinin qrammatik qanunlarının hökm sürdüyünü görürük. Belə ki, fəlsəfi fikrin ifadəsi, istinad 

edilən tarixi şəxsiyyətlər və onlara əqidə sadiqliyini nümayiş etdirərkən Azərbaycan dilinin 

qrammatik çərçivəsindən kənara çıxmamışdır. Bu yerdə Xətainin Nəimi, Nəsimi, Həllac Mənsur 

kimi filosoflardan faydalandığını, onların əsasını qoyduğu ideayanın ən yaxşı halda tərəfdarı kimi 

yazıb-yaratdığını vurğulamaq doğru olar. Həmçinin, hərflərə verilən fəlsəfi məna da bir sıra 

beytlərində bunu  sübut edir; Şah Xətaim aydır: -Baxma bu hala, Könlümüzdə vardır bir ulu qala, 

Əlif gələ, ayin gələ, mim gələ, Dərdli qullar dərmanını bulunca; Piçidə qılub oları bahəm, Yazdım 

bilə lam əlifni ba həm; Xətaiyəm, bir halam, Əlif üstündə dalam (IV 56, IV 332). Təbii ki, bu 

əqidənin yaradıcıları onun şeirlərində böyük hörmətlə yad edilir; Lövhi-məfhuzin Xətai əbcədin 

qıldı bəyan, Div deyilsən, xatəmin xətmində Fəzlullahı gör; ...Gör necə Mənsur  təki mən darə 

möhtac olmuşam ;Güzgüsü pak olmayanın çarə yoxdur pasinə, Qaldı məhrum ta əbəd, Fəzl ana 

həmrah olmadı ( III 24, IV 243).  

   Bu fəlsəfi anlayışlar Xətainin öz məsləkinə uyğun bir şəkildə qızılbaşlıq əqidəsi ilə birləşirdi  

Dini və əfsanəvi şəxs adları. Dini adlar Xətainin  islam yaradıcıları, onların tərəfdarları, xüsusən imam 

Əli ilə bağlı görüşlərini, şiə-qızılbaş təriqətinə etiqadı, bir sözlə, müsəlman inancınıəks etdirir. 

   “Xətainin qızılbaşlığı təbliğ edən şeirlərinin əsas qayəsi xalqı, uğrunda mübarizə apardığı 

məsləkə yaxınlaşdırmaq idi” ( Əzizağa Məmmədov). Təriqət ədəbiyyatının güclənməsi və bunun 

“Divan” şeirləri içərisində önəmli yer tutması birbaşa Şah İsmayılın yaradıcılığına aiddir. Şairin şiə-

qızılbaş dünyagörüşünü tərənnüm edən şeirlərində “ğazi” mövzusu önəmli yer tutur. Səfəvi qızılbaş 

əsgərlərindən vuruşda qəhrəman çıxanlara “ğazi” adı verilirdi.Eyni zamanda şiəliyin hamisi kimi  

meydana çıxan və özünü imam Əlinin varisi adlandıran Xətai qılıncını da Əlinin “zülfüqarı”na 

bənzədirdi. Başda Məhəmməd peyğəmbər olmaqla islam yaradıcıları onun şeirlərinin ən çox vəsf 

edilən şəxsləridir. Ədəbi görüşlərində tam azad şairin hökmdarlığı da burada az rol oynamamışdır. 

ƏDƏBİYYAT 

1.Ə.Dəmirçizadə “Azərbaycan ədəbi dili” Bakı 1982. 

2. Ə.Məmmədov “Şah İsmayil Xətai əsərləri. Bakı 1975. 

3. Ə.Məmmədov “Şah İsmayil Xətai əsərləri” (elmi tənqidi mətn) I hissə, Bakı 1973 

4.Ə.Məmmədov “Şah İsmayıl  Xətai əsərləri” (elmi tənqidi mətn) II hissə, Bakı 1973 

5 Ə.Rəcəbli “Qədim türk yazısı abidələrinin dili “Bakı 2006 

6.N.Xudiyev “ Azərbaycan ədəbi dili tarixi” Bakı 1993 

7.H.Mirzəzadə “Azərbaycan dilinin tarixi morfologiyası” Bakı 1962 

8. S.Mehdiyeva” Ədəbi dil məsələləri” Bakı 2012. 

9. Şah İsmayıl Xətai “Seçilmiş əsərləri” Bakı 2005 

10. Y.Seyidov” Nəsiminin dili” Bakı 2003 

Summary 

 As a resultof scientific analysis of the qrammar of Khatai’s  literary lanquaqe, it is known 

that his artistic lanquaqe is based on the rules of the traditional Turkic lanquaqe at all times. Unlike 

native-speakinq poets of his time, he could more easily subordinate arabic and persian words to the 

qrammatical cateqories of turkic lanquaqe. It is possible to see all kinds of meaninqs and 

characteristics of morphological traits of anoun in the poet’s creativity,  so it shows that Khatai 

lanquaqe once aqain unites the centuries-old system of Azerbaijan lanquaqe and dispatched it to this 

date with diqnity. 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



366

 

Xalidə Abdullayeva, dissertant 



AMEA Nəsimi adına Dilçilik İnstitutu 

 

XIII-XIV ƏSRLƏR AZƏRBAYCAN ƏDƏBİ DİLİNDƏ 



TABELİ MÜRƏKKƏB CÜMLƏ KOMPONENTLƏRİNİN 

SIRASI KOMMUNİKATİV PLANDA 

 

Tabeli mürəkkəb cümlədə baş və budaq cümlənin sıralanması dilin daxili 



qanunauyğunluqları ilə nizamlanaraq mühüm struktur-semantik səciyyə daşıyır. Azərbyacan dilində 

tabeli mürəkkəb cümlə komponentlərinin sıralanmasına onların məntiqi-məzmun münasibətləri, 

məna əlaqələri, bağlama vasitələri, kontekst amili və üslubi xüsusiyyətlər təsir edir. Bağlama 

vasitələrinin işlənməsinə görə asintetik, analitik, sintetik və analitik-sintetik olan tabeli mürəkkəb 

cümlələr ədəbi dilimizdə baş cümlə+budaq cümlə və budaq cümlə+baş cümlə şəklində formalaşmış 

iki struktur tipə malikdir. Baş və budaq cümlə birlikdə forma və məna cəhətdən vahid bütöv təşkil 

edərək bir mürəkkəb fikri ifadə etməyə və informasiya şəklində ötürməyə xidmət edir. İnformativ 

yükün baş və budaq cümlədə paylanması onların cümlədəki mövqeyindən birbaşa asılıdır. Aktual 

üzvlənmədə rema-ümumi informasiyanın əsası postpoziv komponent, tema isə prepozitiv 

komponent olur. Dildən istifadə edənin bu imkanlardan öz məqsədinə uyğun şəkildə yararlanması 

isə subyektiv xarakter daşıyır. Dildən istifadə edən kommunikativ məqsədindən asılı olaraq tabeli 

mürəkkəb cümlənin bu və ya digər struktur tipindən istifadə edə  və ya tərəflərin obyektiv sıralanma 

ardıcıllığını dəyişə bilər.  

- Tabeli mürəkkəb cümlənin, demək olar ki, bütün növləri tarixən Azərbaycan ədəbi dilində 

fəal işlənmə möqeyinə malik olmuşdur. XIII-XIV əsrlər ədəbi dil  nümunələri olan bədii əsərlər 

tabeli mürəkkəb cümlə növlərinin müxtəlifliyi və işlənməsi, komponentlərin sıralanma 

xüsusiyyətləri ilə nəzəri cəlb edir. 

-

 



XIII-XIV əsrlər Azərbaycan ədəbi dilində tabeli mürəkkəb cümlələrin baş 

cümlə+budaq cümlə və budaq cümlə+baş cümlə şəklində struktur tiplərinin normal 

komponent ardıcıllığının gözlənildiyi nümunələrdə postpozitiv komponent, baş və ya budaq cümlə 

olmasından asılı olmayaraq, mürəkkəb cümlənin informativ mərkəzi – rema, prepozitiv komponent 

isə tema olur.  

-

 



XIII-XIV əsrlər ədəbi dilində baş cümlə+budaq cümlə strukturlu tabeli 

mürəkkəb cümlələrdə komponentlərin normal sırasının pozulduğu hallar da var. Belə 

cümlələrdə inversiyanın əsas səbəbi kimi klassik şeir dilinin struktur tələbləri çıxış edir. Nəzmin 

qafiyə və rədif quruluşunun tələbi ilə baş və budaq cümlə inversiya edir. 

-

 

Tabeli mürəkkəb cümlələrdə normal komponent sırasının inversiyasında 



struktur tələblərlə yanaşı, müəlliflərin kommunikativ məqsədi ifadə etməsi də rol oynayır. 

İnversiyanın yalnız cümlənin kommunikativ planı ilə əlaqəli olduğu nümunələr dövrün ədəbi 

dilində kifayət qədər işlənmişdir. 

  - Lirik şeirin beytlərində birinci misraların sərbəst qalaraq şeirin rədif və qafiyə quruluşunda 

iştirak etməməsinə baxmayaraq yol verilmiş inversiyalar şeirin struktur tələbləri ilə izah oluna 

bilmir: belə hallarda inversiyanın başvermə səbəbi cümlənin rema-tematik quruluşudur. 

  - Epik poemaların qafiyə seçimində daha çox sərbəstliyin (hər iki misralıqdan sonra qafiyəni 

dəyişmək imkanının) olmasına baxmayaraq, müəlliflərin inversiyaya yol verməsi cümlənin məhz 

kommunikativ planı ilə izah olunur. 

-

 



Tərəfləri arasında bağlama vasitəsinin yalnız intonasiya olduğu tabeli 

mürəkkəb cümlələrdə komponentlər daha asan inversiya edir və belə çevik strukturlar dildən 

istifadə edənə daha geniş ifadəetmə imkanı verir. 

-

 



Dövrün ədəbi dil nümunələrində müxtəlif budaq cümləli tabeli mürəkkəb 

cümlələrdə baş cümlənin interpozisiyaya inversiyasına da təsadüf olunur. Bu,  Azərbaycan dili 

cümləsində mütləq postpozisiyanın qarşısındakı ikinci dərəcəli rema mövqeyidir. Bu mövqeyə 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



367

inversiya etmiş baş cümlədə ifadə olunan məzmun prepozisiya mövqeyinə qarşı qoyulur və remanın 

tərkibinə daxil olur. 

  - İnversiyanın bütün hallarında nəzmin struktur tələbləri ilə aktuallaşma paralel şəkildə 

iştirak edir. Hər hansı söz və ya ifadənin rədif, sözlər qrupunun həmqafiyə seçilməsi və onların baş 

və ya budaq cümlə tərkibində yerləşdirilməsi, həmin baş və ya budaq cümlənin tabeli mürəkkəb 

cümlə tərkibində məhz bu mövqeni tutması təsadüfi xarakter daşımayıb, şeirin ümumi ahənginə 

xidmət etməklə yanaşı, həm də özünəməxsus ünsiyyət forması olan poeziyada ünsiyyət iştirakçıları 

– müəllif və oxucu arasındakı kommunikasiyanın məqsədyönlü olması ilə şərtlənir. 

ƏDƏBİYYAT 

1.

  Abdullayev Ə., Seyidov Y., Həsənov A. Müasir Azərbaycan dili. Sintaksis. Bakı, 2007. 



2.

  Abdullayev Ə.Z. Müasir Azərbaycan dilində tabeli mürəkkəb cümlələr. Bakı. 1974.  

3.

  Abdullayev K.M. Azərbaycan dili sintaksisinin nəzəri problemləri. Bakı, 1998. 



4.

  Cavadov . Ə.M. Müasir Azərbaycan ədəbi dilində sintaktik vahidlərin sırası. Bakı, 1977.  

5.

  Cəlilov F.A. Mürəkkəb cümlə sintaksisi (Bağlayıcısız tabeli mürəkkəb cümlələr). Bakı. 



1983. 

6.

  Əsədova M.N. İngilis və Azərbaycan dillərində tamamlıq budaq cümlələri.  Bakı, 



“Nurlan”, 2007. 

7.

  Əlizadə F.F. Tabeli mürəkkəb cümlədə aktual üzvlənmə. “Azərbaycan dilində tabeli 



mürəkkəb cümlə məsələləri”. Elmi əsərlərin tematik məcmuəsi. ADU-nun nəşri, Bakı, 1983. 

8.

  Hacıyev T.M. Tabeli mürəkkəb cümlənin transformasiyası (məsələnin qoyuluşu). 



“Azərbaycan dilində tabeli mürəkkəb cümlə məsələləri”. Elmi əsərlərin tematik məcmuəsi. ADU-

nun nəşri, Bakı, 1983. 

9.

  Kazımov Q.Ş. Müasir Azərbaycan dili. Bakı, 2007. 



10.

 Məmmədova X.İ., Cavadov Ə.H. Tabeli mürəkkəb cümlələrin semantik-qrammatik 

xüsusiyyətləri. Bakı. 2000.                    

11.


 Vəliyev K. “Azərbaycan dilinin poetik sintaksisi” (“Kitabi-Dədə Qorqud” üzrə) ADU. 

1981.              

 

Khalide Abdullayeva 



 

Communicative aspects of components order of compound sentences 

in Azerbaijani literary language of XIII-XIV centuries 

Summary 


Distributing of information in the main and subordinate clauses of the compound sentences 

depends on their position in the compound sentence. The postposition component is rema -  the base 

of the information, the preposition component is tema. Compound sentences had been used with 

normal and inversion component order in Azerbaijani literary language of XIII-XIV centuries. 

Inversion order of main and subordinate clauses is connected with the communicative peculiarities 

of the sentence and the stylistic-structural features of classic poem.  

 

Key words: a compound sentence, a main sentence, a subordinate sentence, structure, 



communicative centre, preposition, interposition, postposition, inversion, literary language. 

 

 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



368

   Mehriban 

 

Abbasova, kiçik elmi işçi 



ADPU, “Türk araşdırmaları”  ETL 

mehribanceferova6@gmail.com 

 

“DİVANÜ LÜĞAT-İT-TÜRK” ƏSƏRİNDƏ İŞLƏNƏN HİKMƏTLİ SÖZLƏRİN 



FORMA VƏ MƏZMUN XÜSUSİYYƏTLƏRİ 

 

Öz həyatını türk xalqlarının dilini və mədəniyyətini öyrənməyə həsr edən Mahmud Kaşğari 



yaradıcılığı Türk dünyası üçün əvəzsiz bir xəzinədir. Kaşğari mənsub olduğu millətin sosial ictimai 

və mədəni həyatını islam dünyasına tanıtmışdır. Böyük türkoloqun elm aləminə iki möhtəşəm əsəri 

məlumdur: “Kitabü cəvahir  in-nəhvi fi lüğat-it-türki”  və “Divanü lüğat-it-türk”.   

Kaşğarinin türkologiya elminə ən böyük töhfəsi “Divanü lüğat-it-türk”  əsəridir. Türkün 

tarixi, coğrafiyyası, mədəniyyəti, iqtisadiyyatı, milli-mənəvi dəyərləri, psixologiyası, həyat tərzi, 

adət və ənənələri, oyunları, əyləncəsi... bir sözlə hər şeyi özündə birləşdirən “Divanü lüğat-it-türk” 

Xaqaniyyə türkcəsində yazılmışdır. Xaqaniyyə türkcəsi o dövrün ədəbi dili olmuşdur. Güman ki, 

Kaşğari bu ədəbi dilin əsasını təşkil edən dialekt nümayəndəsi imiş. Müxtəlif ayrılma və birləşmə 

nəticəsində dialekt və şivələrin bir qismi müasir dillərin əsasında durmuş, bəziləri isə bu və ya digər 

dilin içərisində əriyib getmişdir. Kaşğarinin Xaqaniyyə ləhcəsinin materiallarına üstünlük 

verməsinin səbəbi bu ləhcənin Qaraxanlılar dövlətinin ədəbi dili olmasıdır. Xaqaniyyə ləhcəsinin 

kökü, mənşəyi uyğur türkcəsidir. Qaraxanlı dövlətini isə uyğurlar, karluqlar və türklər qurmuşdular. 

M.Kaşğari “Divan”ı Xaqaniyyə dilində yazsa da, təqribən 26 türk ləhcəsindən sözlər, 

nümunələr və dil faktları vermişdir. Məsələn Arqu, Barsqan, Bulqar, Cumul, Hotan, Itlık, Karluq, 

Kay, Kencek, Köce, Suvar, Tatar, Tuhsi, Tübüt (Tibet) , Uc, Uğrak, Yabaku, Yemək, Yasmıl və s.  

Mahmud Kaşğari türk dünyasının dahisi və dühasıdır. Onun “Divanü lüğat-it-türk” əsəri XI 

yüzillikdə yaşayan türkcənin yaddaşıdır. Bu əsər türkün söz varlığını ortaya qoyan əvəzsiz bir 

xəzinədir. Əsərin yazılma səbəbi türk dilinin ərəb dili qədər zəngin olmasını göstərmək və türklərin 

hakim olduqları ərazilərdə türk dilini öyrənmək istəyənlərə kömək məqsədilə yazılmlışdır. Bu 

səbəbdən lüğətdə sözlərin açıqlamasının aydın olması üçün sözlər müəyyən cümlələrdə, hikmətli 

ifadələrində və ya kiçik şeir parçalarının tərkibində verilmişdir.  “Divanü lüğat-it-türk” türkün dili, 

ədəbiyyatı, tarixi, coğrafiyası, mədəniyyəti, bir sözlə özüdür. Kitab min il əvvəlki türk dünyasının 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin