I türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə68/94
tarix31.01.2017
ölçüsü2,97 Mb.
#7251
1   ...   64   65   66   67   68   69   70   71   ...   94

bərabər “y” bitişdirici samitini də qəbul etmişdir. “Selcan xatun Qanturalıyı at ardına aldı, çıqdı... 

Dəmür qapu Dərbənddəki dəmür qapuyı dəpüb alan...” [2, 201]. Daha sonrakı dövrlərdə “y” bu 

baxımdan işləkliyini itirmiş və “n” ədəbi dil səviyyəsində sabitləşmişdir. Çıxışlıq hal şəkilçiləri  

kimi -dan, -dən, -dın, -din işlənmişdir. Orxon-Yenisey abidələrində və “Divanü lüğat-it-türk”də isə 

verilən şəkilçilərdən başqa -tan, -tən, -tın, -tin variantları da işlənmişdir (Oğuz dantan – Oğuz 

elindən, iştın – işdən). 

“Divan”da şəxs əvəzlikləri xəbərlik kateqoriyasının morfoloji göstəriciləri kimi çıxış edir. 

Məsələn, “Mən kayda mən” (mən haradayam?). “Kitabi-Dədə Qorqud”da işlənən xəbərlik 

şəkilçilərindən yalnız –iz, -uz (müasir ədəbi dilimizdə -ıq) arxaikləşmiş hesab olunur. 

Mənsubiyyət kateqoriyasının morfoloji göstəriciləri də əsasən müasir ədəbi dilimizdəki 

kimidir. Yalnız II şəxsin təkində (-ŋ, -ıŋ) və cəmində (-ŋız, -ıŋız) fonetik cəhətdən fərq özünü 

göstərir. Orxon-Yenisey abidələrində - oğlıŋ, başıŋa,; “Divanü lüğat-it-türk”də - könlüŋ, kəzikiŋ; 

“Kitabi-Dədə Qorqud”da oğlıŋ, babaŋ.  

Orxon-Yenisey abidələrində işlənən söz birləşmələri, sadə və mürəkkəb cümlə 

konstruksiyaları müasir dövr türk dillərinin sintaksisinə olduqca yaxındır. Azərbaycan dilinin 

sintaktik quruluşu görkəmli dilçilərimiz tərəfindən geniş və sistemli şəkildə araşdırılmışdır və 

gəlinən nəticə bundan ibarətdir ki, yazılı abidələrimizin sintaktik quruluşu ilə müasir Azərbaycan 

dilinin sintaktik quruluşu arasında əsaslı fərq yoxdur. “Bütün yeniliklər təkmilləşmə, zənginləşmə 

və səlisləşmə istiqamətində olmuşdur. Sözlərin söz birləşməsi və cümlə şəklində, cümlələrin mətn 

şəklində əlaqələndirilməsi texnikası yalnız təkmilləşmə, zənginləşmə istiqamətində irəliləmişdir” 

[4, 462]. “Məsələn, “Divanü lüğat-it-türk”dəki nümunələrə müasir Azərbaycan ədəbi dili 

müstəvisində diqqət yetirək: kayırlığ yer (duz və qaba torpaqlı yer), bulğayuk suw (bulanıq su) kimi 

I növ, kış konukı (qış qonağı), tağlar suwı (dağlar suyu) kimi II növ, ayaknınq yarukı (qabın yarığı), 

oğlınınq tışı (oğlunun dişi) kimi III növ təyini söz birləşmələri müasir dilimizdə eynilə işlənir” [2, 

45]. Yazılı abidələrimizdə rast gəlinən bir sıra təyini söz birləşmələrinə nəzər yetirək: I növ təyini 

söz birləşmələri (alp kişi, bilgə kişi, quduz qurt, ağ otaq, dəmir zəncür, on iki batman və s.) – Altun 

cidasın əlinə aldı... üç kişi sol yanından dəmür zəncirlə buğayı tutmışlardı (Kitabi-Dəd Qorqud); II 

növ təyini söz birləşmələri – kafər ləşkəri, Beyrək atı və s. “Yazılı abidələrin dilində II növ təyini 

söz birləşməsi III növ təyini söz birləşməsinin birinci tərəfi kimi çıxış edir: Qazlıq tağınıŋ suçı 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



343

yoqdır” [2, 371]; III növ təyini söz birləşmələri (mənüm əlümi, səniŋ qızıŋdan, çobanıŋ əllərin, 

məniŋ sabım və s.) – Məgər ol gün kafərləriŋ ağır günləriydi. 

Cümlənin məqsəd və intonasiyaya görə növləri dilimizin bütün inkişaf mərhələlərində geniş 

şəkildə işlənmişdir. Müasir ədəbi dilimizdə olduğu kimi nəqli cümlələr digər cümlə növləri ilə 

müqayisədə üstün mövqe tutmuşdur. “Feilin əmr şəkli və əmr ədatlarının birlikdə işlənməsi ilə 

düzələn əmr cümlələri yazılı abidələrin dilində intensivliyi ilə seçilir: Qoun məni bu ağacla 

söyləşəyim (“Kitab”)” [2, 392]. Nəqli cümlə: Oğuzıŋ ol kişi təmam bilicisiydi; Ağ saqallu babası 

qarşu gəldi. Sual cümləsi: Beyrək adlı yigidə buluşmadınmı?; Əcəl aldı, yer gizlədi, fani dünya 

kimə qaldı? Əmr cümləsi: İki talusından çəngələ sancun, qıyma-qıyma ağ ətindən çəkün; Mərə, 

Beyrəgin yayı vardır gətüriŋ. Nida cümləsi: Təŋriniŋ birliginə yoqdur güman!; On ay deyəndə 

dünyaya gətürdügim oğul! 

Bu tip söz birləşmələri və cümlə konstruksiyalarına bütün dövrlərdə rast gəlinir. 

Yazılı abidələrin dilinin tədqiqi dilçilik elminə böyük töhfələr vermiş, dil vahidlərinin ilkin 

formalarının müqayisəli və qarşılaşdırmalı şəkildə öyrənilməsində böyük rol oynamışdır. 

ƏDƏBİYYAT 

1.Ə.Dəmirçizadə “Kitabi-Dədə Qorqud” dastanlarının dili. Bakı, APİ nəşri, 1959. 

2.Ə.Tanrıverdi Azərbaycan dilinin tarixi qrammatikası. Bakı, “Elm və təhsil”, 2010. 

3.F.R.Zeynalov Qədim türk yazılı abidələri Orta Türk Dövrü. Bakı, “Nağıl evi”, 2009. 

4.Q.Kazımov Azərbaycan dilinin tarixi. Bakı, “Təhsil”, 2003. 

 

Aygul Mirzayeva 



The role of the Turkic written monuments in studying the history of language 

Summary 


Written monuments plays an important role in the study of any language evolutionary 

processes and changes in the phonetic system, vocabulary and grammatical structure.As a result of  

investigation of monuments our language specific features is being investigated in the historical 

aspect. It is clear from research that historically Azerbaijani language has not undergone major 

changes, has retained its structure. A large part of the words which were utilized in our written 

monuments is used in some dialects in the same way or by certain phonetic, semantic changes.  

The investigation of the language of  written monuments made great contributions to the 

science of linguistics, played a major role in the study of  the first forms of language units in 

comparative form. 

Key words: the Turkic written monuments, history, language, changes, phonetic system, 

vocabulary, grammatical structure.  

 

 



 

Dilbər  Camali, kiçik elmi işçi  

AMEA Nəsimi adına Dilçilik İnstitutu, Türk dilləri şöbəsi 

dilber.mehdiyeva@gmail.com 

 

ƏSKİ TÜRKCƏDƏ BƏZİ SÖZLƏRİN ANLAM YÜKÜ 



   

 

Türkcəni abidələrin dilinə əsaslanaraq dövrlərə bölən Tələt Təkinin üçüncü dövrə aid etdiyi 



əski türkcənin və əski bulqarcanın söz dağarcığında olan bəzi sözlərin daşıdığı anlama nəzər 

salacağıq. Belə ki, Göytürk dövrü abidələrində qarşılaşdığımız, apa, esük, eçü, kərgək bol, köbürgə, 

yükün və s. sözləri çeşidli lüğətlərdə və müxtəlif mənalarda verilmişdir. Bu yazıda biz həmin 

sözlərin anlam fərqlərini və əsil mənalarını araşdırmağa çalışacağıq. 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



344

Apa – M. Qaşğari bu sözü oğuzcada ana, Qarluq türkmənlərinin dilində apa formasında eyni 

mənada, tibet dilində ata mənasını verdiyini bildirmişdir [DLT, IV, 1]. Azərbaycan dilinin 

dialektlərində “aba” formasında həm ata (Gədəbəy,Quba, Ordubad, Zəngilan), həm də ana 

mənasında (Cəbrayıl, Qax, Təbriz, Şəmkir) işlənməkdədir [ADL, 11]. Dil tarixini izləmə 

baxımından önəm daşıyan dialektlər bizə burada yol göstərərək sözün  həqiqi məna çalarlarını 

açıqlamaqda kömək edir. Buradan belə qənaətə gəlmək olar ki, apa sözü hər iki valideyini 

bildirməkdədir.  

Yenisey abidələrindən olan Minusinsk abidəsində işlənən eşkeyü sözünü Ə.Rəcəbov və Y. 

Məmmədov “eşükəyü” formasında, H.N.Orxun isə “eşkeyü” kimi oxuyub mənasını ipək qumaş 

kimi tərcümə edirlər. J.P.Raux  qədim türklərin ölü dəfnetmə adətlərindən danışarkən bu sözü 

“kəfən” sözü kimi tərcümə edir [14, 106]. Bizcə, J.P.Rauxun tərcüməsi burada hərfi məna daşımır. 

O, məsələyə dini mövqedən yanaşır. Ə.Rəcəbov bu sözü tərcümə edərək Mahmud Qaşğarinin 

lüğətinə əsaslanır. M.Qaşğari sözü “eşük”  formasında iki ayrı söz kimi verir və qeyd edir: Eşük - 

üstdən geyinilən, bürünülən bir nəsnə, eşük -xanlardan, bəylərdən biri ölərkən məzarı üstünə sərmək 

üçün qumaşdır. M.Ölməz isə tam əks mövqe tutaraq bu abidədə “eşük” sözünün olmadığını düşünür 

və yazır “Abidədə görüldüyü düşünülən xəyali “eşük” sözü yalnız uyğur mətnlərində görülür. 

Çağdaş türkmən dilində “geyim” və “paltar” mənasında işlənməkdədir” [10, 334-335]. Bu qumaş 

sonradan parçalanaraq yoxsullara paylanılır [DLT, I, 72].  J.P.Raux bu sözü ilk dəfə oxuyan alimin 

L.Bazin olduğunu göstərir [12, 241]. Bizcə, “kəfən” kimi oxumaq daha doğrudur. 

Eçü / eçe / eçi /eçü-apa sözünün anlamı abidələrdə kişi cinsində olan qohumu bildirsə də, 

F.Zeynalov sözün mənasının nənə olduğunu yazır [19, 39]. Eçü, eçə iki formada DTS –da böyük 

qardaş mənasında verilmişdir [DTS, 162].  DTS da abidələrə əsaslandığı üçün burada fərqli məna 

çıxmır.  Düşünürük ki, eçü sözü də apa kimi iki mənada işlənən sözlərdəndir. Hətta eçü sözünün 

apa ilə birgə işlənməsi ilə də qarşılaşırıq. 

kərgək bolmak– vəfat etmək [KT, 30, BX, 11] 

İnim Kül tigin özi ança kərgək boltı. Ka ım kağan uçdukda inim Kül tigin yiti yaşda kaltı (İşini 

gücünü verərək bu qədər qanun qazanıb kiçik qardaşım Kül tigin özü elə vəfat etdi. Atam xaqan 

vəfat etdikdə kiçik qardaşım Kül tigin yeddi yaşda qaldı) 

Altun kümis kərgəksiz kəlürti. Yoğ yıparığ kəlürip tikə birti. (qızıl, gümüş saysız –hesabsız qədər 

gətirdi. Dəfn şamları gətirib qoydu ) [BX, c, 11] DTS –da da kərgək bol – ölmək kimi tərcümə 

olunmuşdur [DTS, 300]. “Kergek bolmak” ifadəsini T. Təkin gərəksiz, yox olmaq kimi 

mənalandırmış (Təkin 2014), kergeksiz sözünü, bol –bol,  bolluca, artıqlaması ilə şəklində türkcəyə  

tərcümə etmişdir. T.Təkinin bu ikinci tərcüməsi yuxarıda verdiyimiz ikinci nümunənin tərcüməsinə 

uyğun gəlməkdədir. Çünki, Kül tiginin dəfn mərasiminə gələnlərin qızılı, gümüşü artıqlaması ilə 

bolluca gətirilməsi mənaya uyğun gəlir. Ancaq bu da sözün tam mənasını açıqlamır. Digər tətəfdən 

isə, birinci nümunədə Bilgə xaqan Kül tiginin ölümündən danışarkən “kergek bolti” ifadəsini 

işlədir. Kök etibari ilə eyni olan sözün iki ayrı məqamda iki ayrı məna verməsi bizi düşündürsə də 

məsələyə aydınlığı O.N.Tuna və digər qaynaqlar olan, DLT və DTS gətirir.  Belə ki, həm DLT –də 

həm də DTS –da söz iki mənada verilmişdir. 1. Kerek –gərək olmalı, lazımlı, vacib, 2. Yoxluğu 

səbəbilə aramaq araşdırmaq (DLT, IV, 302), 1. kergək -lazımlı, 2. kergək – ölmək [DTS, 300]. 

V.Tomsenin lüğətində isə “ölmək”, tələf olmaq [1, 76] Küli çor abidəsinin 23 –cü sətirində [digər 

adı Uhe –Huşatu] belə bir cümlə var : Yağıqa yal us otlayu təgip onulu kiripözi qısğakərgək boltı 

(Yağıya yalnız surətlə girib özü qəfil həlak oldu). O.N. Tuna buradakı “kergek” sözünü quş adı kimi 

tərcümə edir və əsas kimi qədim türk mifologiyasındakı “ölənin ruhunun çıxarkən bir quş cildinə 

bürünüb göyə çəkilməsi yəni uçması” məsələsini qəbul edib, burada, Kül tiginin və Küli Çor 

abidəsində ölən şəxsin ruhunun kərgək adlı bir quş cildinə girməsini qeyd edir. Bizim fikrimizcə, bu 

söz tam ölmək mənasında olmasa da yox olmaq, məhv olmaq anlamını daşıyır. O.N.Tunanın fikri 

inandırıcı görünsə də, digər türk dillərində və abidələrdə kərgək və ya ona fonetik baxımdan buna 

bənzəyən hər hansı quş adına rast gəlmirik. Türklərin “akbaba” adlandırdıqları quş növü olan kərkəs 

kök etibarilə ərəb mənşəlidir. Üstəlik qeyd edək ki, nə “Divani –lüğət –it –türk” də, nə Qaraxanlı 

türkcəsi lüğtində kərgək sözü ilə qarşılaşmırıq. Əvəzində DLT –də kərək yəni ehtiyac, lazımlı 

[DLT, III, 44, 216, 371], kereklig – gərəkli [DLT, I, 509] sözləri qeyd olunmuş ancaq kərgək sözü 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



345

verilməmişdir. Gələk bu sözün DTS –da verilməsinə, bu isə lüğətin qədim abidələrin materiallarına 

əsaslanmasıdır.  B.Ögəl “vacib olma”, yəni ölümün tanrı tərəfindən təyin edilməsini ilk dəfə 

Göytürklərdə görürük” deyir [9,  756]. T. Təkin isə eyni sözü müxtəlif abidələrdə müxtəlif 

mənalarda vermişdir. Fikrimizcə, sözün açıqlamalı mənası belədir: türk mofologiyasından 

danışarkən qəzavü –qədər, alın yazısı, taledən bəhs edən J. P. Raux yazır: Kergek bol və ya bul 

ifadələri “ölmək” üçün işlədilən sözlərdən biridir. Qutadqu –Bilig və sonrakı qaynaqlarda “zərurət” 

kimi qeyd olunur” [13, 82]. Nəzərə alsaq ki, ölüm tanrı tərəfindən buyrulur və bu bir zərurətdir bu 

zaman sözün əsil mənası üzə çıxır. Abidələrdə həm kərgək, həm də kərək sözü ilə qarşılaşırıq. 

Sözlərin belə paralel şəkildə işlənməsi onların heç də, fərqli sözlər olduğu demək deyil. Çünki, 

Orxon –Yenisey abidələrində bən/mən, piçin/biçin və s. kimi fərqli fonetik fərqlərlə yazılmış sözlər 

vardır. Bizim qənaətimizcə, çağdaş dilimizdə və ya digər türk dillərində ölmək mənasında olan 

kərgək sözünü axtarmağa ehtiyac yoxdur. Sözün özü elə məhz ölümün vacib və gərəkli olduğunu 

bildirən  “gərək” və “vacib” sözüdür. Zənnimizcə söz kərgək/gərgək/gərək şəklində günümüzə 

qədər dəyişmişdir. Protürkdə sözlərin kar samitlə başlaması tütkologiyada hər kəsə bəllidir. Geriyə 

isə “g” səsinin necə düşməsi məsələsi qalır. Çağdaş Türk dilində tarixən söz ortasında samit səsin 

düşməsinə rast gəlirik: Eşgek>eşek, tirgek>direk, taşqaru>taşaru>dışarı, kulgak>kulak, 

belgülük>belli  və s. Semantik daralmaya məruz qalması isə artıq sözün ölüm məzmunu ifadə 

etməməsi və yalnızca gərəklilik bildirmə ilə kifayətlənməsidir. Bütün bunlardan da aydın olur ki, 

kərgək sözü tarixən fonetik dəyişməyə və semantik daralmaya məruz qalmışdır. 

T.Tekin, M.Ergin  və H.N.Orkun şamanların istifadə etdiyi qaval olan çalğı alətinin adının 

bir dəfə, Bilgə Kağan abidəsinin qərb tərəfi, 4–cü sətirdə işləndiyini qeyd edir. [17, 2014], [M.Ergin 

2003], [H.N.Orkun, 1994]. Lakin Ə. Rəcəbli həmin yerdə “köbürgə” sözünü oxuyaraq onu T. 

Təkindən fərqli şəkildə “körpü” kimi tərcümə edir [15, 2009]. Maraqlıdır ki, T.Təkin və 

H.N.Orkun başqa heç bir yerdə qaval mənası verən bu sözə rast gəlmirlər. Sözün qavalmı, yoxsa 

körpümü olmasını dəqiq deyə bilməməyimizin səbəbi həmin sətirdə digər sözlərin pozulmuş 

olmasıdır. Bizim fikrimizcə buradakı “köbürgə” sözü şaman və ya qam\\ kam qavalını bildirmir. 

Əsas kimi deyə bilərik ki, abidələrin heç birində hər hansı şaman və ya qam\\kam sözü yoxdursa 

şamanın ritual zamanı işlətdiyi qavalın adının keçməsi heç də inandırıcı deyil. Onu da qeyd edək ki, 

nə DLT də nə də DTS –da köbürkə sözünə rast gəlmirik. Əvəzində Ə.Rəcəblinin “körpü” kimi 

tərcümə etdiyi körpü sözü DLT –də “köprüğ” şəklində qarşımıza çıxır [DLT, IV, 362].  

M. Uraz VI əsrə kimi Orta Asiya türklərinin “Şamanist” olduqlarını sonradan buddizmə 

meyl etdiklərini yazsa  [18,199] da, biz bu fikrin ilk hissəsi ilə razı deyilik. Çünki, türk tarixinin 

ilkin yazılı abidələri,önəmli qaynaqları olan Orxon –Yenisey abidələri şamanizmdən çox Göytanrı 

dini inancının izlərini daşıyır. Hər şeydən öncə bildirək ki, nə Göytanrı dini inancında, nə də 

Şamanizmdə tapınma olmadığı üçün kitablı və qurucusu olan bir din deyil, sadəcə bir dini inanc 

mövqeyi idi. M. Eliyada, J.P.Raux, İ. Qəfəsoğlu və d. şamanizmi bir din olaraq görmür. 

Yükün sözü abidələrdə badət axımından diqqəti çəkən sözlərdən biridir. Kitablı dinlərdən 

fərqli olaraq burada ibadətin tam olaraq hansı formada həyata keçirilməsi dəqiq olaraq bilinməsə də, 

tanrıçılıqda ibadət etmək, səcdə etməkanlamına gələn yükün, yükünç, yükünmək və s. kimi 

leksemlər vardır ki, onların abidələrdə işlənmə tərzinə göz yetirək:  

1.

  Təkəş Kül tudun inisi 



2.

  Yükünür gün bədizmis 

3.

  Azğanaz ər ağır bədizmis 



Tərcümə:    

1.

  Təkəş Kül tudunun kiçik qardaşı 



2.

  Ibadət günü bəzəmiş  

3.

  Azqanaz ər yaxşı bəzəmiş [16 417]. 



Yükün sözünə və ondan törəmiş sözlərə istər abidələrdə, istərsə də digər qaynaqlar olan,  DLT , 

DTS, və Klosonun etimoloji lüğətinə diqqətlə baxsaq sözün sadəcə dini məna kəsb etmədiyini 

görürük. Sözün həqiqi mənasının ilkin, məcazi mənasının ilkin olduğunu nəzərə alası olsaq “baş 

əymək, diz çökmək ” mənalarının ilkin olduğunu qəbul edə bilərik. Yükün, “sitayiş”, yükünç 

“ibadət”, yükünmək ibadət etmək [DTS, 285], yükün “səcdə etmək”, “ibadət etmək”, namaz 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



346

qılmaq, böyük önündə əyilmək, baş əymək [DLT, IV, 823], yükünç “namaz” (qıpçaqca), baş əymək 

kimi qeyd olunur. Ayrıca,  Q.Mahmud yükün sözünü  -di,  -ür, -gil,  -guçi,  -deçi,  -gen,  -üp kimi 

şəkilçilərlə XI əsrdə Xaqaniyyə türkcəsində artıq geniş formada işlənməsini bildirir.  G. Kloson da 

sözün kök etibarilə türkcə olduğunu və digər qaynaqlardakı kimi səcdə etmək, diz çökmək, ibadət 

aktı kimi mənalandırmışdır [3, 912, 914].  

Fikrimizcə, abidələrdə və yükün qəti şəkildə dini ibadət anlamı daşımayaraq, düşməni diz 

çökdürmək, baş əydirmək anlamı daşıyır. Bunu sözün işləndiyi Tonyukuk [15, 43], Bilgə xaqan və 

Kül tigin abidələrindəki nümunələr də təsdiqləyir. Belə ki, Tonyukuk abidəsinin birinci 

nümunəsində Göytürklərin qırğızları, digər nümunədə isə on ox bəylərinin gəlib baş əyərək təslim 

olmalarını yazır.  

Xatırladaq ki, abidələrdə bəzən yanlış oxunma səbəbi ilə və ya digər müxtəlif səbəblərdən 

yaranan bu kimi anlam fərqləri, həm sözlərin çoxmənalıq kimi özəllikləri,  üstəlik də, sözlərin öncə 

həqiqi məna daşıması, sonradan ona dini məcazi don geyindirilməsi faktları da nəzərdə tutularsa 

onların belə  anlam fərqləri daşıması təbiidir deyə bilərik.  

 

 



ƏDƏBİYYAT       

1.

  Azərbaycan dilinin dialektoloji lüğəti, Bakı, 2007, Şərq –Qərb, 568 s.  



2.

  CLAUSON, S. G. An Etymological Dictionary of PreThirteenth-Century Turkish. 

Oxford: Oxford University -1972, 987 s.  

3.

  Divanü –luğat –it –turk. Çeviren Besim Atalay, I cilt, Ankara: Türk Dil Kurumu 



Yayınları, 1985, 530 s. 

4.

  Divanü –luğat –it –turk. Çeviren Besim Atalay, III cilt, Ankara: Türk Dil Kurumu 



Yayınları, 1986, 462 s. 

5.

  Divanü –luğat –it –turk. Çeviren Besim Atalay, IV cilt, Ankara: Türk Dil Kurumu 



Yayınları, 1986, 885 s. 

6.

  Ergin M., Orhun abideleri,  Hisar Kültür Gönüllüleri, 2003, 43 s. 



www.hisargazetesi.com 

7.

  Orkun H. N. Eski Türk Yazıtları, Ankara, 1994, 962 s. 



8.

  Ögel B., Dünden bu güne türk kültürünün gelişme çağları, Türk dünyası araştırmaları 

vakfı, İstanbul, 1988,788 s. 

9.

  Ölmez M. Eski Türk yazıtlarındaki eşük, kedimlig teve üzerine // Türk Dilleri Araştırmaları 



18, İstanbul – 2008,  333 -340 s.  

10.


 Ölmez M. Orhon –Uygur hanlığı dönemi –Moğolistan’daki Eski Türk yazıtları, (metin –

çeviri -sözlük), BilgeSu Yayıncılık, Ankara -2012, 344 s. 

11.

  Raux J.P., Altay Türklerinde ölüm, Kabalcı yayınevi, İstanbul, 1999, 352 s. 



12.

  Raux J.P., Eski Türk Mitolojisi, çev. Musa Yaşar Sağlam, Bilgesu, Ankara, 2011, 149 s. 

13.

  Raux J.P., Türklerde ve Moğolların eski dini, Kabalcı yayınevi, 2001, 381 s. 



14.

  Rəcəbli Ə., Qədim türk yazısı abidələri, I cild, Bakı –Nurlan 2009, 567 s. 

15.

  Rəcəbli Ə., Qədim türk yazısı abidələri, II cild, Bakı –Nurlan 2009, 463 s. 



16.

  Tekin T., Orhun Yazıtları, Ankara –Türk Dil Kurumu Yayınları, 5 baskı, 2014,  232 s. 

17.

  Uraz M., Türk mifolojisi, Düşünen adam yayınları, İstanbul -1992, 341 s.  



18.

  Zeynalov F.,Türk dillərinin müqayisəli qrammatikası, (I hissə, Fonetika, leksika, 

moroflogiya), “MBM” nəşriyyat, Bakı -2008, 353 s.  

19.


  Древнетюркский словаръ.  Л: “Наука”, 1969, 676 стр. 

 

 



 

I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



347

Dilber Jamali  

The meaning of some words in ancient Turkish 

Summary 


Orkhon Enisey inscriptions are rich with old Turkish words and  In the ancient Turkic 

language we encounter some old words. They are, apa, esuk, eçu, kergek bol, köburge, yukun. 

These words have been written meanings in different sources.  In our study, we tried to explore 

words which belong the  period of second Kok Turk khanate . Our study well help us to identify 

what meanings  these words at assigned in old Turkish.  

Keywords : Old Turkish, words, meanings, inscriptions.  

 

Elman Quliyev, dissertant 



   

 

 



 

    AMEA Nəsimi adına Dilçilik İnstitutu  

 

ŞƏHRİYARIN FARSCA DİVANINDA “TÜRK” SÖZÜNÜN MƏNALARI 



Məhəmməd Hüseyn Şəhriyar XX əsr Azərbaycan və fars poeziyasının klassiklərindən biridir. 

Şairin üçcildli farsca divanında qəzəlllər, qəsidələr, məsnəvilər, qitələr, rübailər, sərbəst şeirlər 

linqvo-poetik özəlliklərlə doludur. Divanda “türk” sözü altı məna daşıyır: gözəl, Azərbaycan 

türkcəsi, Azərbaycan türkü, Türkiyə türkcəsi, Türkiyə türkü, monqol basqını.  

Şəhriyarın “Çeşmane şirazi – Şirazlı qaragözlülər” qəzəlində “türk” İfadəsini “gözəl” 

anlamında müşahidə edirik. Sitatda “gorudum, mən, alırlar” sözləri stilistik gözəllik olan inversiya 

durumundadır.    [5, 124]: 

 زا   مد  رد   

 و لد

ن

ز  



 

زا  ن


     زا 

   


.

 

        Ürəyi, canı ki, qorudum mən qafqazlı türklərdən,   



Naz edib alırlar məndən şirazlı qaragözlülər. 

Şair “Nefrin - Qarğış” qəzəlində “gözəl” mənasında “türk” kəlməsini işlədir. O, yay kimi 

əyilərək gizlənir ki, ahının oxu ilə məşuqəsinin üzündəki kini Rüstəmsayağı, yəni birdəfəlik vurub 

yox etsin. Burada “əyilmisəm, Rüstəmsayağı, alım” ifadələri inversiya, yay kimi əyilmə isə 

təşbehdir [5, 278]: 

 

     ز   ن    ما 



 

ز 

 



 

   


 

.

 



Əyilmişəm yay kimi ta pusqudakı ahın oxu ilə 

     Rüstəmsayağı alım sənin türk gözündən bir ahı.  

“Eydiyye oşşağ – Aşiqlərin bayramı” qəzəlində Şəhriyar “gözəl” anlamında “türk” isminə 

xitab edir. Səba soyadlı məşhur musiqiçi dostu 1949-cu ilin Novruz bayramında Şəhriyarın evinə 

gələrək, onunla birgə Tehranın Şemiran adlı səfalı yerinə gedir. Bu qəzəl ordan alınan təəssüratdan 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin