mənada qəbul edərək, atalar sözü və məsələləri də frazeologiyaya aid edirlər. Dilçilərin böyük
əksəriyyətinin fikrincə bu sabit və qapalı cümlə qurluşuna malik frazeoloji cümlələr bir məna ifadə
etmək baxımından frazeologiya bəhsinin obyektinə çevrilə bilər.
Xüsusən qeyd edə bilərik ki, frazeologiya təkcə idiomlarla məhdudlaşmayıb, həm də atalar
sözü və zərb məsələləri də öz sistemində birləşdirə bilər və eyni zamanda atalar sözü- zərb –
məsəllər frazeologiyanın sistemində xüsusi bir lay təkil edərək cümlə şəkilli ifadələrə çevrilir.
Türk dillərinin, eləcə də Azərbaycan dilinin zəngin folklor qaynaqları sırasında atalar sözü
və məsələlər xüsusən zəngindir.Təbiət etibarı ilə müdrik söz deməyə və müdrik ifadə yaratmağa
meyllişərq xalqları, xüsusən də Azərbaycan türk xalqı atalar sözü və məsəllər yaratmaq sahəsində
seçilmişdir.
Azərbaycan xalqının dahi söz ustadları özülü xalq tərəfindən qoyulan və daim xalq dilində
mövcud olan çeşid-çeşid müdrik qapalı cümlə tiplərindən öz əsərlərində istifadə etmişlər.
Azərbaycan dilçiliyi tarixində emosional cümlələr poetik qəliblər,atalar sözləri, alqışlar,
qarğışlar, daşlaşmış ifadələr dilin frazeoloji sistemine daxil olub, müxtəlif münasibətlər dilçilərin
böyük əksəriyyəti dilin frazeoloji bəhsini geniş mənada qəbul edərək, məsələlər və atalar sözlərini
frazeologiya aid edirlər.
Dilçilərin əksəriyyətinin fikrincə bu sabit eyni zamanda qapalı cümlə quruluşuna malik olan
frazeoloji cümlələr bir məna ifadə etmək baxımından frazeoloji bəhsi obyektinə çevrilə bilər. [2-
55]
Türk dillərinin, eləcə də Azərbaycan dillərinin zəngin folklor qaynaqları sırasında atalar
sözü və məsələlər xüsusən zəngindir. Təbiət etibarı ilə müdrik söz deməyə və müdrik ifadə
yaratmağa meylli şərq xalqları, eləcə də Azərbaycan türk xalqı atalar sözü və məsəllər yaratmaq
sahəsində də seçilmişdir.
Böyük ziyalı F. Köçərli xalq dili inciləri haqqında yazırdı ki, keçmiş dövrlərdə şan-şöhrət
sahibi olan türk milləti öz məişətinə, ayin adətinə dair külli miqdarda nağıl və hekaələr, bayatılar,
hikmətamiz məsəllər, atalar sözləri, tapmacalar, yanıltmacalar, sayacı sözləri yaratmışlar ki, bunlar
hamısı təcrübə nəticəsində deyilmişdir; Millət hər bir ittifaqa münasib az sözlü, amma dərin mənalı
kəlamlar yaratmışdır.Azərbaycan xalqının dahi söz ustadları daim xalq dilində mövcud olan çeşid -
çeşid müdrik qapalı cümlə tiplərindən öz əsərlərindən istifadə etmişlər. Bu cəhəd Azərbaycan
klassiklərinin bədii yaracılığından bəhs edən alimlərin diqqətini cəlb etmişdir. Azərbaycan
dilçiliyində atalar sözü və məsəllərin linqivistik təhlilinə S.Cəfərov ilk dəfə özünün 1958-ci ildə
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
333
nəşr etdirdiyi “Müasir Azərbaycan dilinin leksikiası” adlı əsəri ilə başlamışdır. Bu əsər tədris vəsaiti
kimi nəzərdə tutulmuşdur. Ə. Dəmirçizadə 1962-ci ildə yazdığı “Azərbaycan dilinin üslubiyyatı”
əsərində frazeoloji vahidləri “ideomalar” adlandıraraq, məcazi mənada işlənmiş bir sözdən ibarət
olan sözləri də (tülkü-bic adam, eşşək - qanaçaqsız, mərifətsiz adam) frazeloji vahid hesab edir və
onları üç qrupa ayırır: ideomatik sözlər, ideomatik ifadələr, ideomatik cümlələr 1970-ci ildə
“Müasir Azərbaycan dili leksika” adı ilə çap olunan həmin əsərdə müəllif atalar sözü və zərb -
məsəllərin əmələ gəlməsi, atalar sözü və zərb - məsəllərin ümumən frazeologiyaya münasibəti,
atalar sözü və zərb-məsələlərin sintaktik xüsusiyyətləri, bədii ifadə imkanları haqqında ətraflı
məlumat verilmişdir.[1-53]
Azərbaycan dilçiliyində atalar sözü və məsəllərin geniş mənada hərtərəfli elmi araşdırılması
Z.Əlizadənin 1985-ci ildə nəşr etdirdiyi “Azərbaycan atalar sözlərinin həyatı” adlı monoqrafik
tədqiqatında öz əksini tapdı.
Böyük söz ustadları xalq dilindən aldığı atalar sözü və məsəllərdən eniş istifadə etmək və
onlardan maksimum bəhrələnmək dövrümüzə gəldikcə daha genişlənmiş, XX əsrin əvvəllərində
M.Ə. Sabirin yaradıcıığında yüksək səviyyəyə atdırılmışdır. [4-115 ]
Azərbaycan atalar sözləri və məsəlləri İranda doktor Səlamullah Cavidin “Nümunəhayi
folklori - Azərbaycan” əsərində toplanmış və bəsit şəkildə olsada tədqiqata cəlb edilmişdir. Qeyd
etmək lazımdır ki, XI əsrdə böyük leksikoqraf Mahmud Kaşkarinin “Divani - lülğət - it - türk”
əsərində işlənmiş atalar sözü və məsəllərin böyük əksəriyyəti Azərbaycan dili atalar sözü və
məsəllərin ilə, kiçik fonetik fərqlərlə, səsləşir. Belə olduğu üçün Azərbaycan atalar sözü və
məsəllərinin yazılı ədəbıyyatda qeydə alınması tarixini XI əsrdən başlamaq olar: Tağ tağka
kavuşmaz, kişi kişiğa kavuşur - Dağ dağa qovuşmaz, insan (adam) insana (adama) qovuşar. Kişi
kanatın, er atın - Quş qanadıyla, ər (kişi-qoçaq adam) atıyla öyünər; Kozdan yipaca, konuldan
yama – Gözdən uzaq könüldəniraq;Yilan yap buzdin koçar, konça barsa yarbuz otru gəlur -
ilanınyarpızdan zəhləsi gedər, oda gəlib onun qarşına çıxar; Kanıq kanbila yumas - Qanı qanla
yumazlar;Etli tırnaklı azırmas - Ətidırnaqdan ayırmazlar; Təvəy silkinsə eşşəkka yuk çıkar –
Dəvəsilkinsə eşşəyə yük olar; Kişi sozlaşu yilki yizlaşu-İnsan sözləşə-sözləşə, heyvan iyləşə-iyləşə
və s
Göründüyü kimi, M.Kaşkari dövründən 10 əsr keçməsinə baxmayaraq, nümunə gətirdiyimiz
atalar sözləri ilə onların müasir variantları arasında əsaslı fərq yoxdur. Buna görə də Azərbaycan
atalar sözü və məsəllərinin təşəkkül tarixinin XI əsrdən əvvəlki mərhələlərlə bağlamaq olar.
Azərbaycan klassik ədəbiyyatının şah damarını təşkil edən xəlqilik və onun əsas
istiqamətləri Azərbaycan xalqının çox əsirlik bədii təxəyyülünün nadir inciləri-frazeoloji söz, ifadə,
eləcə də qədim tarixin dərinliklərindən gələn tam, kamil qapalı cümlə tipləri atalar sözü və
məsəllərlə bilavasitə bağlıdır. Məlumdur ki, dildə xəlqilik xalq dilinin ən böyük naliyyətlərinin
bədii əsərdə əksini tapması ilə həyata keçirilir.
XIV əsr Azərbaycan ədəbi dilinin görkəmli nümayəndələrinin atalar sözü və məsəllərdən
sıx-sıx istifadə etməklə bu sahədə də özündən sonra yazıb-yaradan söz sahibləri üçün bir örnək ola
bilər.
Azərbaycan xalqının müdrik söz ustadları, dahi şairlərin öz bədii yaradıcılıqlarında xalqın
çoxəsrlik mənəvi sərvətlərindən, insana bədii qida verən qapalı cümlə tiplərindən, frazeoloji
cümlədən yaradıcı şəkildə istifadə etmişlər. Onlar xalqın dilində əsrlərlə işlənib - cilalanmış atalar
sözü və məsəllərin zəngin mənalarından istifadə edərək yeni-yeni atalar sözü məzmunu daşıyan
müdrik cümlələr fəlsəfi ümumiləşmələr yaratmaqla ana dilinin semantik zənginliklərini artırmış,
xalq dilində mövcud formadan, varandan fərqli-daha obrazlı, daha emosional nümunələr yaratmış-
lar. Beləliklə, xalqdan gələn müdrik mənalar şairin qələmində daha obrazlı variantda işlədilərək,
yenidən xalqın özünə qaytarılmışdır.
Azərbaycan klassikləri xalqın şifahi ədəbiyyatında mövcud olan atalar sözü və məsəllərə
böyük sənətkarlıqla müdaxilə edərək, həmin məzmun əsasında rəngarəng semantik müdrik atalar
sözü səviyyəli qapalı cümlələr yaratmışlar. Bu mənada Nəsiminin poetik dili müstəsnalıq təşkil
etmir. Şair xalq ədəbiyyatından aldığı bu və ya digər bir atalar sözü məsəllərə əsaslanaraq mənanı
saxlamaqla yüzlərlə müdrik cümlələr yaratmışdır.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
334
Böyük söz ustadı xalq dilindən aldığı atalar sözü və məsəllərin satira məqsədinə yönəldərək,
öz əsərlərinin ideya-məzmun çəkisini daha da zənginləşdirmişdir. Nəsimi də əsərlərində xalq
dilində işlənən atalar sözü və məsəllərin əksəriyyətini lirika, fərdi poetik üslubuna yönəldərək
əsərlərinin poetik vüsətini daha da artırmışdır.
İ.Nəsimi öz əsərlərində xalq ifadələrini sənət süzgəcindən keçirərək onların təravətini
saxlamış, milli koloritini mühafizə edərək daha da canlandırmış, xəlqlik prinsiine sadiq olaraq
onların bədii vsətini yüksəklərə qaldırmışdır. Xalq yaradıcılığı incilərini ədəbi-bədii dil normaları
çərivəsində iləd
Şairin dilində işlənmiş atalar sözü və məsəllərin əksəriyyəti şairin özünün bədii müdaxiləsi
ilə, bədii əlavələri ilə işlətdiyi, bu gün atalar sözü səviyyəli cümlələrdir. Belə müdrik qapalı
cümlələr, görünür, elə Nəsiminin yazıb – yaratdığı dövrdə də xalq dilində atalar sözü və məsəl
səviyyəsində olmuşdur, şair onları xalq dilindən alaraq daha obrazlı, daha poetik varinantlı
vahidlərə çevirmiş, beləliklə də Azərbaycan ədəbi dilinin bədii imkanlarıını daha da
zənginləşdirmişdir.
Şairin müdaxilə etdiyi, poetik əlavələrlə işlətdiyi atalar sözü və məsəl xarakterli cümlələr.
Şairin işlətdiyi heç bir gün olmaz gecəsiz, heç fərəh qəmsizolmaz, soylə yanar cigərimdən ey
sənəm, eşqin odi, kim yanadurşöləsindən həm quru, həm yaşlar, Anamuz sudü halal oldu bizə,
Doğru söz doğrulara arı degül, hər qanda şam olursa, ardıncasübhmdəndür,beş gün imiş bu
dünyanın səltənətü imarəti, Xanda ki bir gül bitər, bülbül qırağından gəlür, cansız bədən dirilməz,
gör kim, bu nə məsəldür, Sınığalazım degüldür bunca tamaq daşlar, ey Nəsimi, sən fələgin
gərdişindənv qəm yemə, Şadiliq ənduh ilənvar, həm qızıl gül xar ilən, və s, və i. a. misralarda əksini
tapmış müdrik ifadələr bu gün Azərbaycan xalq dilində, ədəbi dilin bədii üslubunda xeyirlə şər
qardaşdır, qurunun oduna yaş da yanır, ananın südü sənə halal olsun, doğruya yoxdur zaval, hər
gecəninbir gündüzü var, beş günlük dünya, bülbül gül yanınada olar, ölü dirilməz, sınığa daş
atmazlar (yıxılanı baltalamazlar), qızıl gültikanlıdır, tikanlı olar şəkilində işlıənməkdədir.
“Yalançının yaddaşı olmaz” və ya “Qozbeli qəbir də düzəltməz” atalar sözləri Nəsimini
dilində daha lakonik formadadır: Dil bozarçısı yalandır, varmazam bazarına, Gerçək olmaz əgridil -
inanmazam iqrarinə.“Asanlıqla heç nə əldə edilməz” hikiməti ritorik şəkildə belə ifadə edilir:
Hüsnündə, ey mələk, şəmsü qəmər afaqa düşdü, fitnələr, Kimdür yetən əndişəsiz zülfürüxün
əsrarinə?! “Gözəlliyi hər göz görə bilməz” məsəli şairin dilində daha poetikdir: Hüsni –
cəmaləbaxmağa ari şəfa nəzər gərək, Düşməsün arisiz nəzər ayinənin səfasinə. “Çətinliyə
düşməyincə insan azadlığın qiymətləndirə bilməz” ifadəsinin məzmunu şairin qələmində daha
poetikdir: Fəraqi çəkməyən aşiq vüsalin qədrini bilməz, Cəmilə olmayan vasil cəmalin qədrini
bilməz! “Həqiqətin bir üzü var” hikiməti şairin dilində belə səslənir: İnkar əhlin söylədirsən, birə
yüz deir, yüzə min, Əhli – iqrarin qatında vari birdir, var bir. Yəni həqiqətcil adamın düşüncəsində
həqiqət birdir, onun ikinci variantı yoxdur.
“Bu günün işini sabaha qoyma” atalar sözü öz məzmununu Nəsimi şeirində belə tapır:
Yürəgimi yarəli eylədi şövqün, iriş, Yarəsinə bax bu gün, qoyma anai yarinə.Yəni şair lirik
qəhrəmanına müraciətlə demək istəyir ki, sənin şövqün mənim yürəyimi yarə edib, tez özünü mənə
çatdır, şünki atalar demiş bu günün işini sabaha qoymazlar:
“Zər qədrini zərgər bilər” atalar sözü Nəsiminin dilində daha bədii, daha orijinaldır:
Tutidürür bu şəkərin dadini, ləzzətin bilən, Qarğa nedər bu gülşəni, zağə şəkər nə faidə?
Xalq dilində “Artiq tamah baş yarar” kimi sabitləşmiş həmin atalar sözünün semantik çaları
Nəsimini dilində belə səslənir: Nəfsi - xəsisə uymaq nadanların işidir, İşin nədir gör axır, fikr eylə,
olma nadan.
Xalq dilind bu gün də işlənməkdə olan “sağlığı necədi, sayrılığı da elədir” xalq deyimini
Nəsimidə daha yığcam işlənmişdir: sayruluğu - sağlığı yoxdur: Heyyi-baqidir bunların varlığı, Yox
buların sayruluğu – sağlığı. və. s
Nəsimi dilində bu kimi atalar sözü və məsəllər daha çoxdur.
Bu cümlələr qrammatik cəhətdən əsasən yarımçıq cümlə quruluşunda xalq danışıq dilinin
özünə məxsus koloritini mühafizə edərək bu gün də özünü göstərməsi və Nəsiminin dilində əsasən
məna və məzmun dəyişikliyinə uğramadan işlənməsi həmin ifadələrin uzun ömürlüyünü göstərən
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
335
tutarlı nümunələrdir.
Alqışlarda dəyişməyən əlamət ondan ibarətdir ki, bunlar əsrlərin dərinliklərindən gəərək,
qrammatik struktur dəyişilməzliyini bu günə qədər mühafizə edə bilmişdir. Yüzilliklər arasından
gələn bu ifadələrin qrammatik quruluşu, yəni onların əsasən feilin arzu əmr formasında, nida
cümlələr şəklində sabitləşməsi sübüt edir ki, bunlar əsrlərlə alqın dilində bu formada işlənmiş, bu
gün artıq şablonlaşmışa, standart qəliblərə çevrilmişdir[ 3-122 ]
Xalq dilində müxtəlif arzuolunmaz hallara qarşı ehtiraz əlaməti olaraq işlənən sözlərərin,
cümlələrin poetik qəlblərin bir qismini də qarğışlar, andlar emosional-ekspressiv deyimlər təşkil edir.
Afərin olsun niarın zulfilə qaşına! Gər macal bulsam həbibin çevriləydim başına! Hüsnü
cəmalə bamağa ari, səfa nəzər gərək! Düşməsin arisiz nəzər ayinənin səfasına !Buduna ıxsın ufalar
ggözünə həm qarə su, Tutulsun dilü, qulağı, bir neçə daş dişinə! Yığğılsın qarğa və quzu leşinə, hey
leşinə! Şol Məhəmməd Mustafanın yüz suyuçün , ya Allah! Həm bu on iki imam hörməti həqqiçin!
Şablonlaşmış ifadələr olaraq bir bəri əl, bir pula sat., barmaq ilə göstərmək, bir yerdə öl
gil,bu nədir? Nə bilsün, Allah –Allah və s bu kimi ifadələr xalq danışıq dilinin özünə məsus
koloritini mühafizə edərək bu gün də əsasən də məna və məzmun cəhətdə dəyişikliyə uğramadan
özünü göstərməsi həmin ifaədələrin uzunömürlüyünü göstərən əsas faktlardan biridir.
ƏDƏBİYYAT
1.Dəmirçizadə. Ə Azərbaycan dilinin üslubiyyatı. Bakı: 1962, 268
2. Əlizadə.Z. Azərbaycan atalar sözü və zərbi məsələlərinin leksik –semantik xüsusiyətləri.
Bakı: 1980. 108s
3. Mehdiyeva S Füzulinin dilində frazeoloji ifadələr. Fzulinin dili Məqalələr. Bakı; Elm,
1997]
4. Məhərrəmova. R Sabirin satirik şeirlərinin leksikası. Bakı: Elm, 196, 142
Turkan Askerova
XIII-XIV century poetic language molds phraseology emotional sentences, cheer,
curses, petrified expressions and stylistic development of the semantic analysis of the circle
Summary
Linguistics Azerbaijan language, phraseology and issues on the proverbial lack of olup
Include a variety of system regarded, even by accepting dililərin majority language, phraseology
sense gene mention proverbial issues phraseology and language. In particular, we can note that the
phraseology only idiomlarla limited, as well as the system can combine with the issue of proverbs
and percussion, as well as a layer in the system to their individual phraseology sozu məsəllər drums
shaped by the following sentence turns.
Turkish languages, as well as the rich folklore of the Azerbaijani language in particular, is
rich inresources and issues among the proverb.Nature is wise to speak with confidence and wisdom
of the east are prone to, especially the Turkish people elected to make proverbs and sayings.F.
Kocharli national language expresses their opinion about pearls, which have been in the past,
chances of glory in the life of the Turkish nation, rituals, tales and stories of a large amount of
custom, bayaties, wise sayings, proverbs and riddles, yanıltmacalar, created timer words that all of
them are called as a result of the experience;Nationally appropriate in each case less outspoken, but
I have developed a profound sayings.
The foundation of the great masters of the Azerbaijani people, by the people and the ever
popular in the closed sentence types that are available in the variety of his works have been used
wisely.
Key word: Azerbaijan language, phraseology,Turkish languages, proverbs:
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
336
Aysel Əhmədova, kiçik elmi işçi
AMEA Nəsimi adına Dilçilik İnstitutu,
Qədim dillər və mədəniyyətlər şöbəs
ALTAY DİLLƏRİNDƏ AİDLİK ŞƏKİLÇİSİ -Kİ VƏ ONUN
ORXON ABİDƏLƏRİNDƏKİ FUNKSİYALARI
Türk dillərində geniş yayılmış -ki şəkilçisi monqol və tunqus-mancur dilləri üçün də
səciyyəvidir. V.Kotviç onu “ümumaltay mənsubiyyət şəkilçisi” adlandırmışdır (19, 117).
-ki şəkilçisinin funksiyalarının ən geniş olduğu dövr türk dillərinin qədim dövrü olmuş,
Orxon-Yenisey və uyğur abidələrində bu şəkilçi bir çox hal formaları ilə işlənmiş, eləcə də söz
birləşmələrinə artırılmışdır.
Orxon abidələrində -ki/-gi/-ğı/-ğu şəkilçisi aşağıdakı hallarda olan sözlərə əlavə olunmuşdur:
1. Adlıq hal: tabğaçğı “Çindəki”, çölgi “çöllü, çöldəki”, ilki “ilk”. Məsələn,
Türk bəgləri türk atın ıtı Tabğaçğı bəglər Tabğaç atın tutıpan Tabğaç kağanka körmis “Türk
bəyləri türk adını qoyub, Çindəki bəylər Çin adını tutub Çin xaqanına tabe olmuşlar” (KT ş 7-8);
Çölgi az ərig bultım “Çöldəki az kişisini tapdım” (T 23).
Maraqlıdır ki, Orxon abidələrinin dilində -ki şəkilçisi yer bildirən sözlərin də adlıq hal
forması ilə işlənmişdir. Halbuki müasir türk dillərində bu şəkilçi yalnız zaman bildirən sözlərin
adlıq halına artırıla bilir.
İlki “ilk” sözü mübahisəli sözlərdəndir:
Ən ilki Toğu balıkda süŋüşdim “Ən əvvəl Toğu şəhərində döyüşdüm” (BK ş 30); ...Tabğaç
atlığ süsi bir tümən artukı yeti bin süg ilki kün ölürtim “...Çin atlı qoşunundan on yeddi min qoşunu
ilk gün öldürdüm” (BK c-ş); İlki sü taşıkmış erti, ekin sü ebdə erti “Birinci ordu sərhəddən çıxmışdı,
ikinci ordu evdə idi” (BK ş 32).
E.V.Sevortyan bu sözün ileri sözü ilə eyniköklü olması və hər ikisinin il kökündən
düzəlməsini mümkün hesab etmiş, ancaq ilki sözünün birbaşa il kökündən deyil, ilik sözü və -ki
şəkilçisinin birləşməsindən əmələ gəldiyi fikrində olmuşdur (28, 349). Burada bir neçə şübhəli
məqam var:
1. İlki variantı qədim türk dilində qeydə alınmışdır, ilik isə yazılı abidələrin dili üçün
səciyyəvi deyil.
2. Əgər ilik sözü il kökündən düzəlmişsə, onda bu söz -ik şəkilçisi ilə feildən düzəlmiş ad
olmalıdır. Halbuki müəllifin özünün də qeyd etdiyi kimi ilgərü istiqamət halının leksikləşmiş
(deqrammatikləşmiş) formasıdır (28, 347). Yəni burada il ad köküdür. Elə bu uyğunsuzluğu görən
müəllif *il- feil kökünün də mövcudluğu ehtimalını göstərmişdir (28, 348), ancaq bu kök başqa heç
bir sözdə saxlanmamışdır.
M.Erdal da bu sözün ilgərü “irəli, şərqə doğru” sözü ilə eyni kökdən olduğunu göstərmişdir
(2, 190). H.Vamberi bu sözləri il “əvvəl, irəli” kökü ilə bağlamışdır (28, 348).
Heç də bütün türkoloqlar ilki sözünün -ki şəkilçisi ilə düzəldiyini qəbul etmir. Məsələn,
C.Klosona görə, ilk sözü əvvəllər təkhecalı söz olmuş, sonralar tələffüzü yaxşılaşdırmaq məqsədilə
ilki formasını almışdır. Bu sözün -ki şəkilçisi ilə düzəldiyini sübut etməyin mümkün olmadığını
güman edən müəllif ilki sözü ilə eyniköklü olan ilgərü sözünün də ilkin variantının *ilkgerǖ olduğu
ehtimalını irəli sürmüşdür (1, 140). V.V.Radlov ilgərü sözünü ilk+-əri kimi izah etmişdir (28, 348).
Ancaq bu zaman ilgərü sözü ilə paralel işlənən kurığaru sözü və onun -ğaru şəkilçisi ilə düzəlmiş
olması nəzərdən qaçırılır. Bu sözə əsasən ilgərü sözünün də analoji şəkilçi qəbul etdiyini söyləmək
olar: *il + -gərü.
Yuxarıda verilmiş üçüncü cümlədəki ilki sü birləşməsi “Qədim türk lüğəti”ndə “ön dəstə”
kimi tərcümə olunmuşdur (16, 208) ki, bu da ilki sözünü mənaca ilgərü “irəli” sözü ilə yaxınlaşdırır.
İlki sözünün maraqlı xüsusiyyətlərindən biri sözün təkrarı vasitəsilə çoxaltma dərəcəsi əmələ
gətirməsidir: ilki ilki “ən birinci” (16, 208). Bu xüsusiyyət onun sifət olduğunu təsdiqləyir. Bu söz
də digər -ki şəkilçili sözlər kimi asanlıqla isimləşə bilir, hətta isimdən sifət düzəldən -siz şəkilçisini
qəbul edir: ilkisiz “əzəli, çox qədim” (16, 208).
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
337
Müasir türk dillərində bu sözün ilk forması geniş yayılsa da, ilki formasına da təsadüf
olunur. Bununla yanaşı tatar və başqırd dillərində ĭlĭk fonetik şəkli işlənir. Bəzi dillərdə bu sözün
“əvvəl, əvvəlki” mənalarında işlənməsi onu ilgərü sözü ilə yaxınlaşdırır (28, 348).
Salar dilində -ki şəkilçisi ilə düzəlmiş sözlərə ilegi “ilk” sözü də daxil edilir və onun ile
“erkən” sözü əsasında yarandığı göstərilir (10, 337). Bu fakt bir daha təsdiq edir ki, ilki sözü -ki
şəkilçisi ilə *il “erkən, əvvəl” kökündən düzəlmişdir. Bu kök həm məkan (ilgərü sözündə olduğu
kimi), həm də zaman mənası bildirmişdir.
-ki şəkilçisi ilə düzəldiyi göstərilən ən maraqlı sözlərdən biri edgü “yaxşı” sözüdür:
Yalabaçı, edgü sabı, ötügi kəlməz tiyin yayın sülədim “Elçisi, yaxşı sözü, xəbəri gəlməz
deyə yayda qoşun çəkdim” (BK ş 39); Edgü özlək atın, kara kisin, kök tiyinin sansız kəlürip kop
kotı “Yaxşı cins atını, qara samurunu, göy dələsini saysız gətirib, hamısını qoydu” (BK c 12).
Bu söz etimoloji cəhətdən müxtəlif şəkildə izah edilmişdir. Bu izahlardan biri
A.N.Kononova məxsusdur. Görkəmli türkoloq edgü sözünü -ki şəkilçili sözlərə daxil etmiş və onun
kökünü ed ~ e “əşya”, “varlıq”, “var-dövlət” kimi göstərmişdir (18, 108). Ed ~ e sözündən
düzəlmiş edəd- “artırmaq, gözəlləşdirmək”, edik- “gözəlləşmək, yaxşılaşmaq”, ediz “yüksək,
əzəmətli, yüksəklik, yüksək yer”, edizlik “yüksəklik”, e gər- “düzəltmək, yaxşılaşdırmaq”, e ik-
“gözəlləşmək, yaxşılaşmaq” və s. sözlərin də qədim türk dilində işlənməsi və edgü sözü ilə mənaca
bağlı olması, edgü sözünün də samitli variantının işlənməsi (e gü) (16, 162-165) bu sözlərin
eyni kökdən olması fikrini gücləndirir. Ancaq bu sözdə şəkilçinin funksiyası digər -ki şəkilçili
sözlərdən fərqli olaraq -lı şəkilçisinə yaxınlaşır, yəni burada -ki şəkilçisinə xas olan aidlik yox,
sahiblik mənası ifadə olunur.
2. Yönlük hal: bəriyəki “cənubdakı”, kurıyaku “qərbdəki”, yırayaku “şimaldakı”. Məsələn,
Dostları ilə paylaş: |