I türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə70/94
tarix31.01.2017
ölçüsü2,97 Mb.
#7251
1   ...   66   67   68   69   70   71   72   73   ...   94

Burada hər iki mədəniyyət, o cümlədən, islam mədəniyyəti də öz xoşməramlı kanonları ilə 

Azərbaycan türk mədəniyyətini də zənginləşdirdi. Məhz bu səbəbdən Azərbaycan ad sisteminə külli 

miqdarda ərəb mənşəli dini məzmunlu adlar daxil oldu. Bunlar aşağıdakılardır: 

1)

 Peyğəmbər adları: Adəm, Nuh, Məhəmməd (s.ə.v.s), İsa (Məsih, Məsiha), Musa, 



Süleyman, Davud, Yusuf, Yəqub, İsmayıl, İbrahim və s. Aşıq ol, eşq ilə bil məntiqi-eşqin dilini, 

Möminə Nuhi-nəcat, kafirə tufan dedilər (443); Davudam, xətmi-Süleyman məndədir məcmuyi-zat, 

Həm mənəm mehri-xudavənd, divlərin ustasıyam (418); Nun – Nə kim qıldım günah tutdum ümid, 

Mim  –  Məhəmməd  Mustafa sultanə mən (537);  Yaqubsifət, qılma məni zarü pərişan! Ey Yusifi-

sani!  (521); Adəməm, həm Adəmə qıldım sücud ixlas ilə, Tutmadı ol əmri, şeytani-ləini narə at 

(500); Çün Nəsimi sirri İbrahimü haşimdir bu gün (488); Ey Nəsimi, nəfəsin gərçi Məsiha dəmidir, 

Möcüzün rəmzini Musa bilə, İsa nə bilür? (449) və s. 

Beytlərdə işlənmiş Adəm, Nuh, Məhəmməd, Süleyman, İsa, Musa, Yaqub, Yusif, İbrahim 

antroponimləri İslam dini ilə əlaqədar olaraq, Şərq ölkələrində məşhurlaşmış dini rütbəli şəxslərin 

adlarıdır. Bunları Nəsimi, əsasən, məcazi mənada, hər hansı bir mənanın rəmzi kimi işlətmişdir: 

Süleyman – əzəmət, var-dövlət sahibi, müdriklik, kamillik, Yaqub – dərin həsrət, yol gözləyən, cəfa 

çəkən, əziyyətə dözən, Yusif – gözəllik, İbrahim – cəsarət, Davud – gözəl səsi olanın, Nuh – 

möminlərin xilaskarı, Adəm – insan, onun həyatiliyi, bəxtiyarlığı, Musa – təccüb və möcüzələr 

yaradan, Allahla danışan (Kəlimullah) kimi mənaların rəmzi ifadəsidir. Şair Məhəmməd 

peyğəmbərin (s.ə.v.s.) əxlaqi keyfiyyətlərini, mənəvi saflıq və cismani gözəlliklərini böyük ehtiram 

hissilə vəsf və təbliğ edir və onun başqa adlarını da əsərlərində işlədir: Məhəmməd-Mustafa, 

Əhmədi-Muxtar, Əhmədi-Mürsəl, Məhəmməd-Mehdi, Məhəmməd-Bağır Məhəmməd (s.ə.v.s.) 

peyğəmbərin məlum adlarıdır. 

2)

 İmam adları: İmam Əli, İmam Həsən, İmam Hüseyn, İmam Rza, İmam Cəfər, İmam 



Taqı, İmam Naqı: Şərbətü maü təhuri istər isən, qəm yemə, Dövr əlindən zəhr nuş çün Həsən xülqi-

I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



354

riza! (488); Cəfəri-sadiq məratibin dilərsən, sadiq ol, Sidq ilə bu yolda qul ol, bulasan mənzili-əla 

(488); Müddəi təninə səbr et Museyi-Kazım kimi, Həq bilir kim, həq iləvü necə oldu macəra (488); 

Gəl, Əli, Musa Riza kimi həqqin əmrini tut, Necə kim həqdən gəlür canü könüldən çün riza (488); 

Həm  Təqi kimi vücudin mülkünü viran qılıb, Bu fənada fani ol kim, bulasan mütləq bəqa (488); 

Sirri-əsmadən xəbər bilmək dilərsən çün Nəqi Müttəqi ol, müttəqi ol, müttəqi ol biriya (489) və s. 

3)

 Din tarixində müqəddəs qadınların adları: Həvva, Məryəm, Bilqeys: Bu asi qulların 



cürmü cahana imdimi gəldi?! Bizə ol dəmdə qalıbdır günah Həvvavü Adəmdən (380); Hər qətrə 

mühiti-əzəm oldu, Hər zərrə Məsihü Məryəm oldu (563); Ərş təxtimdürür, Süleymanəm. Hudhudəm 

Bilqeysə pəyam oldum (548) və s. Nəsiminin şeirlərində Bilqeys və Süleyman peyğəmbərin adları 

tez-tez çəkilir. Rəvayətə görə, Süleyman peyğəmbərlə Bilqeys arasında məhəbbət macərası 

olmuşdur

 

və şair öz şeirlərində bütün canlıların dilini bilən Süleyman peyğəmbərin hüdhüd 



(hophop, sanapipik) quşu vasitəsi ilə sevgilisinə məktub göndərməsinə də işarələr edir (sonuncu 

şeir). Şərq ədəbiyyatında, ümumən müsəlman ədəbiyyatında Bilqeys həm də sözükeçər, hökmran – 

işgüzar, eləcə də gözəl xasiyyətli, yaxşılıq edən və hərəkətlərində buna üstünlük verən bir mələk 

qadın obrazı kimi tanınmışdir. Şair Bilqeys haqqında şərq aləmində məşhur olan son xüsusiyyətləri 

nəzərə alaraq özünü Bilqeysə (eləcə də Süleymana) bənzətməklə öz oxucularını məhz belə insani 

keyfiyyətlərə yiyələnməyə dəvət edir: Həm mənəm Bülqeysi-dövran, insücinnü vəhşü teyir, Həm 

Süleymani-zamanəm, həm anın dəsturiyəm (424). 

Allahın mələklərinin adları:  Cəbrayıl, Mikayıl, İsrafil, Əzrail. Seyyidin şeri sənin vəsfində 

möcüzdür təmam, Bilmənəm ruhülqüdüs təlim edər, ya Cəbrayıl (640); Təvəhhüm Əzrail, Fəhmim 

Mikayıl, Ki İsrafildürür nitqü zəbanım! (637). 

II.

 Əfsanəvi adlar:  Əhrimən, Loğman, Qarun, Cəmşid: Həmdəm nə rəsm ola Cəbrailə 



Əhrimən, Munis nə vəch ilə ola tuti ilə türab (491); Gənci-Qarun ilə bir mülki-Sülüyman dedilər 

(386); Təbibim, şərbətim, dürdüm, nəbatım, şəkkərim, qəndim, Əlacım, məlhəmim, çarəm, cəlunis 

ilə Loğmanım! (143); İtirdin cami-Cəmşidi, oyan yuxudan, ey, Nə buldun uyxudan göstər, qafil! Nə 

qıldın  uyqudan hasil?! (408) və s. 

Nəsiminin dilində Əhrimən antroponimi insanların xoşbəxtliyinə mane olan, zalım, qəddar 

qüvvələrin rəmzi, Qarun var-dövlətə sahib olan, lakin dövlətindən hec kimə yardım etməyən, 

intəhasız bir xəsisliyin mifik obrazı (10, s. 262), Loğman (İbn Sina) insanın, o cümlədən şairin 

bütün dərdlərinə, mətləblərinə məcazi mənada çarə edən, xilaskar məzmunu, Cəmşid müdriklik, 

tədbirli hökmdar obrazı rəmzini ifadə edir. 

Cəmşid  klassik şərq ədəbiyyatında, həmçinin klassik Azərbaycan ədəbiyyatında çox geniş 

mənada bədii obrazların, qəhrəmanların bənzətmə obyekti olmuşdur. Nəsimin dilində də Cəmşid, 

cami-Cəmşid, cami-Cəm sözləri müxtəlif baxımdan bənzətmə obyekti kimi istifadə edilmişdir: 

Cəmşid bir əfsanəvi obraz olaraq lirik qəhrəmanların müdriklik, tədbirli hökmdar obrazı ilə 

müqayisə edilir və şair öz lirik qəhrəmanında Cəmşidə məxsus xüsusiyyətləri görmək istədiyi üçün 

onları Cəmşidlə, onun müsbət xüsusiyyətləri ilə müqayisə edir: İtirdin  cami-Cəmşidi, oyan 

uyqudan, ey qafil! Nə buldun uyqudan, göstər, nə qıldın uyqudan hasil? və s. 

Xalqın ictimai tarixi ilə əlaqədar antroponimlər: Hüseyn ibn Həllac Mənsur, Mani, 

Əristalis. Ümumiyyətlə, buraya tarixi şəxsiyyətlərin, hökmdarların, tanınmış sərkərdələrin, eləcə də 

filosofların, mütəfəkkir şəxsiyyətlərin adları daxildir.  

Mütəfəkkir şəxsiyyətlərin, filosofların adlarından ibarət antroponimlər: Mənsur Həllac, 

Mani, Şirazi (Sədi Şirazi), Əristalis. Nəsiminin dilində IX-X əsrlərdə sərq aləmində böyük sufi şair 

və filosof kimi məşhurlaşmış Mənsur Həllac şairin dilində geniş mənada işlənən işlək 

antroponimdir. Sözüm sirri-ənəlhəqdir, fəna darında Mənsurəm (407); “Gəlmişəm həqdən ənəlhəq, 

gör nə Mənsur olmuşam” (427); “Daim ənəlhəq söylərəm, həqdən çü Mənsur olmuşam” (429). 

Mani  antroponimi klassik şərq ədəbiyyatında, eləcə də klassik Azərbaycan ədəbiyyatında 

gözəllik, gözəl təbiət və həyati lövhələr yaradan rəssam, nəqqaş simvolu kimi xatırlanmışdır. 

Nəsiminin dilində də Mani antroponimi məhz rəssam və rəssamlıq işinin, daima bu sənəti duyub 

hiss edən insanların, xüsusən poeziya, bədii söz xiridarlarının yaradıcılıqlarında diqqət mərəkəzində 

olmasına işarə olaraq işlədilmişdir: Ey verən könlünü çin nəqşinə, şol surətə bax, Qüdrətin nəqşi 

yazan nəqşəni Mani nə bilür? (449). 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



355

Şirazi – Sədi Şirazi. XII  əsr şərq ədəbiyyatında Yaxın və Orta şərqdə, hətta Avropada da 

“Gülüstan” və “Bustan” adlı elmi-didaktik əsərləri ilə məşhurlaşmış fars şairi müdrik kəlamları ilə 

ən böyük humanist şairlərlə eyni səviyyədə rəğbətlə yad edilir (17, s. 5-16).

 

Nəsimi də şeirlərinin 



birində sanki özü özünə mədhiyyə yazmış, hətta Şirazidən də artıq keyfiyyətli qəzəllər yaza bilməsi 

ilə fərəhlənir: Mənəm ol tilsimi-pünhan ki, bu gün cəhanə gəldim! Əzəli nişansız idim, əbədi nişanə 

gəldim. Nə kişidürür Şirazi ki, bəyan edə bu razi, Düzübən bu sözi sazı mənə uş zəbanə gəldim. 

Dedi seyyid Nəsimi nə zəri sevdi, nə simi Əbədi sevdi Nəsimi hurilə cinanə gəldi (644); Çün şurə 

gəlib eşq sözün qıla Nəsimi, şövqündən anın cuşə gəlir Sədiyi-Şiraz (73). 

Əristalis. Məşhur yunan filosofu Aristotel, şərq ədəbiyyatında Ərəstun kimi tanınmış, Nəsimi 

dilində Əristalis şəklində işlənmişdir: Həq təcəlli eylədi Musa üçün, Həm Əristalisü Busina üçün. 

Ey könül, sən huri-məhsima üçün, Səcdə qıl şol qamətü bəla üçün (604). 

Təxəllüslər: Nəsiminin dilində iki təxəllüs xüsusən intensiv işlənmişdir: Nəimi və Nəsimi. 

Nəimi sözünün lüğəvi mənası ərəb dilində nemət, bolluq, rifah deməkdir. Böyük alim və şair Şeyx 

Fəzlullah çox güman ki, xalqı üçün arzuladığı vəziyyəti, sosial durumu daşıyan sözü özünə təxəllüs 

götürərkən həmin arzularını nəzərdə tutmuşdur. 

Nəsimi şeirlərində Nəimi adını ara-sıra, nadir hallarda işlədir: bunun müqabilində Fəzlullah 

və onun lütfkarlıq bildirən və şeirlərin məzmunundan hiss edilən qısa, lakonik, əzizləmə, böyük 

hörmət və mərhəmət bildirən Fəzl forması daha işləkdir: Kim ki, əsrari-Nəsimi bilmədi, İzzəti-Fəzli 

Nəimi bilmədi, Divi-dun oldu əzimi bilmədi, Məzhəri-zati qədimi bilmədi (613). Lakin Nəimi 

təxəllüsü çox az özünü göstərir. Fəzlullah Nəimi Nəsiminin pərəstiş etdiyi, qəlbən dərin hörmət 

etdiyi bir insan, şairin ustadı olmuşdur. Nəsimi öz ustadına tam adı ilə də az-az müraciət edir, yaxud 

da onun adını tam halda az-az işlədir: Elmi-hikmətdən bilirsən bir bəri gəl, ey həkim! Sən Nəsimi 

məntiqindən dinlə, Fəzlullahı gör! (452); Bir əcayib şahə verdim könlümü, Bədr yüzlü mahə verdim 

könlümü, Taki Fəzlullahə verdim könlümü, Bigüman Allaha verdim könlümü! (610). 

Nəsiminin dilində şairin özünə aid olan bir neçə təxəllüs işlənmişdir: Nəsimi, Seyyid, Əli, 

Hüseyni. 

Bəzi mənbələrdə göstərilir ki, Nəsiminin adı Əli olmuşdur. Bu fikirlə razılaşmaq o qədər də 

düzgün olmaz, çünki altı əsrdən artıq bir dövrdə şairin adı kimi İmadəddin sözü məşhurlaşmışdır. 

Bizə elə gəlir ki, şairin Əli imzası ilə yazdığı qəzəllərində, ictimai-fəlsəfi şeirlərində Əli adı şairin 

özünə yaxın və mərhəm hesab etməsinin, islam dininin möhkəmlənməsində, xüsusən şiəlik 

təriqətinin genişlənməsində mühüm rol oynamış İmam Əlinin adını özünə təxəllüs kimi qəbul 

etməsinin nəticəsidir. 

Ümumiyyətlə, Nəsimi dünyəvi, həyati şeirlərində Nəsimi sözünü əsas təxəllüs kimi çox geniş 

istifadə edir. Təxminən, 634 şeirdə Nəsimi yalnız 8 dəfə Seyyid, 1 dəfə Seyyidi-Nəsimi, 1 dəfə 

Hüseyni təxəllüsünü işlətmiş, Əli təxəllüsünü isə işlətməmişdir. 

Şairin 600-dən artıq şeirləri içərisində yalnız bir qəzəlində Şahi-Mərdan Əli antroponiminə 

təsadüf etdik ki, o da məlum olduğu kimi, bütün islam aləmində İmam Əlinin titulu kimi 

məşhurdur: Gər Nəsiminin pənahı Şahi-Mərdandır Əli! On səkkiz min aləmə hökm eyləyən sərdar 

bir! (441). 

Nəsiminin adı İmadəddin, mənası dinin sütunu deməkdir; Nəsimi isə xəfif səhər yeli (bu yel 

təmiz, hər səhər təzə olur) deməkdir. 

Nəsimi dili üzrə tədqiqatlar göstərir ki, şair Nəsimi Azərbaycan türk dilini XIV-XV əsrlərdə 

yeni bir səviyyəyə qaldırmış, onun milli köklər üzrə təşəkkül taparaq inkişaf etməsinə yeni – daha 

milli, daha xəlqi istiqamətlərdə kökləyərək zənginləşdirməyə xüsusi səy göstərmişdir. Bu yeniliklər, 

həqiqətən də, Azərbaycan ədəbi dili üzərində xəfif-xəfif əsən səhər mehi (dan yel) – nəsim idi. Bu 

təxəllüsü özünə seçməklə nə qədər döğru-düzgün hərəkət etməsini şairin sonrakı bədii-fəlsəfi 

yaradıcılığı mükəmməl şəkildə təsdiqlədi. Doğrudan da, Nəsimi Azərbaycan yazılı ədəbi dili 

tarixinə yeni ab-hava – nəsim gətirdi. Demək olar ki, şairin qəzəllərində İmadəddin antroponimi 

əksini tapmamışdır, bütün poetik əsərləri Nəsimi təxəllüsü ilə bitir: Nəsiminin məkanı laməkandır, 

Məkansız aşiqin həqdir məkanı! (110);  Qara sünbülün niqabı ki, hicabı düşmüş ayə, Götür, ey 

sənəm, yüzündən ki, Nəsimi oda yandı! (112). Çox hallarda beytlər şairin özünə ritorik müraciətləri 

ilə bitir: Ey Nəsimi, aqibət varır yelə, Bivəfa ilə yeyən nanü-nəmək! (116);  Ey Nəsimi, yeri gey 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



356

xirqə, ərənlər donudur, Geymədi münkir anı, sandı ki, zindan kəpənək (117). Şair çox nadir hallarda 

Seyyid, Hüseyni ləqəblərindən istifadə etmişdir. 

Toponimlər. Kəbə, Xorasan, Şam, Şiraz, Çin, Moçin, Çaç, Rum, Xətay, Həbəş, Əcəm, Babil, 

İraq, Hindistan, Misir, Hələb, Bağdad, Şirvan, Gülüstani-İrəm və s. Nəsiminin dilində Kəbə 

sevgilinin müqəddəs, təmiz, pak, gözəl üzünün simvoludur. Gördüm üzünü Kəbədə əhli-səfa ilə, 

Qıldım təvafi-Kəbə haram olmadan hənuz! (71); Kəbə şairin özü üçün də müqəddəslərin 

müqəddəsdir; şairin aləmində Kəbəyə hətta yaxınlaşmaq üçün insan hərtərəfli təmiz, pak olmalıdır, 

yalnız ondan sonra o (insan) Kəbənin ətrafına, həndəvərinə yaxınlaşa bilər: Hər kimin ki qibləsi, ey 

can, sən olmadın, İraqə düşdi Kəbədən, əhli-səfa degil! (121 455 I); Varmıdır nisbət sana bir türk 

dər  Maçinü Çin, Çini-zülfünüz yenə əz nafeyi-tatar, tar! (212);  Canımi ənbərin saçın seyd elədi 

kəməndinə,  Rumi  Xətayı dutmuşam Çinü Tatar içindəyəm (128 500  I);  Kirpiyin nəvək oxudur, 

qaşların Çaçı kaman! Uğramaz aşiqdən özgə şol oxun peykanına! (19). 

Hidronimlər. Nəsiminin dilində Zəmzəm, Fərat, Ərəs (Araz), Nil, Dəclə kimi bulaq və çay 

adları xüsusilə fəaldır. Zəmzəm bulağı Məkkə şəhərindədir. Eramızdan təxminən 2800 il öncə, 

İbrahim Xəlil peyğəmbərin zamanında Allah tərəfindən yaradılıb fontan verən bulaqdır. Dindarların 

suyunu təbərrük saydıqları bulağın adı (4, s. 212). Suyu çox duru, şəffaf və sərin olur. Klassik şərq 

Ədəbiyyatında , eləcə də klassik Azərbaycan ədəbiyyatında gözəlin – lirik qəhrəmanın gözlərinin və 

dodaqlarının, göz yaşlarının simvolu kimi geniş dairədə istifadə edilmişdir. Nəsiminin dilində 

Zəmzəm öz ilkin mənasında – su hövzəsi kimi işləndikdə belə yenə də mətnaltı, məcazi məna alaraq 

işlədilir: Kəbə yolunda eşqilə yoldaş ol, ey Həccə varan! Susamaz ol ki yoldaşı Zəmzəm ilə Fərat 

olur! (447); Dəcləyəm, eynəm, Fəratəm, həm mənəm abi-həyat Kövsərəm, mai-təhurəm, səlsəbilin  

tasiyəm!  (418);  Sənin gülgün yanağın həsrətindən, Axar  çeşmim yaşı həm çü Ərəsvar!  (198);  Nil 

irmağı dasdi tutdi Misrin çöhrəsin, Uş Hələb, Bağdadi buldum, gör necə şad olmuşam (131, 481 I). 

Zoonimlər. Heyvan və quş adlarını əhatə edən zoonimlər  klassik  poeziyada, eləcə də, 

Nəsiminin poetik dilində bədii ifadə vasitələri kimi daha çox istifadə edilmiş, gözəlin, lirik 

qəhrəmanın hərtərəfli bədii-poetik obrazının daha canlı, daha əyani olmasına xidmət etmişdir.  

Nəsiminin dilində ən fəal zoonimlər: Quş adları: tuti,  pərvanə, qarğa, ənqa, zagə, simurq, 

hüma, quzğun bülbül, gögərçin (göyərçin), laçin, bayquş, quş, hüd-hüd; Tutidürür bu şəkkərin 

dadini, ləzzətin bilən, Qarğa nedər bu gülşəni, zağə şəkər nə faidə?! (40); Ey Nəsimi, çün Süleyman 

oldu  quş dilin bilən, Qafa varıb görmək istərsən bizim Ənqamızı  (II345 245);  Ey badi-səba, var 

xəbəri yarə ilət kim, Hüdhüd dilidir, bunu Süleyman dəxi bilməz! (III323 60); Hər  quşun olmaz 

səadətli huma tək kölgəsi, Çünki simurgəm deyərsən, laməkan Qafın qani?! (III343 220); Yığılsın 

qarğa və quzğun leşinə, hey leşinə, Könül laçın deyü düşdi ki, ala şol gögərçini,    Gögərçin 

bayquşa düşdü, yazuqlar indi laçinə (60); Ta gülüstani-İrəm rüxsarini gördü gözüm, Bülbüli-şeyda 

kimi hər dəm gülüstan arzular (200) və s. 

Bitgi-ağac adları: ağac, tuba, sərv, sögüt, şümşad, qamış, çinar. Bu bitgi adlarının hər biri 

Nəsiminin poetik dilində onun lirik qəhrəmanının, bədii personajın poetik təsviri zamanı gözəllik 

vasitələrinin biri kimi çıxış edir. Beləliklə, Nəsiminin poetik dilində tuba, sərv, şümşad, sünbül, 

sidrə fitonimlər müxtəlif poetik məna ilə yüklənərək, müəyyən bir poetik məzmun qazanır: Şol 

ağaca bənzəmə kim, kəsib oda yaxalar, Balta zəxmindən əmindir anda kim, rümman bitər! (334); 

Əcaba, bu huri yüzlü mahi-bədr, ya pərimi? Boyu sərvi-bustan, yanaqi güli-təbərimi?  (II208,81); 

Boyundur sidreyi-tuba, yizindir cənnəti-huri, Xətü xalin kəlam oldı, bu əsrari bəyan etdi (II280,81); 

Söyüdlər ərğəvan titrər, qamışlar mindi ənharə! (44); Şol mütərra mişki-zülfündən, səba, vergil 

xəbər, Şol yüzü gül, qaməti sərvü çinarım, qandasan? (234) və s. 

Şair təbiət gözəlliklərini köçürmə – metaforik yolla poeziya dilinə gətirir, müqayisə yolu ilə 

bədii-poetik dilini təşbihlərlə zənginləşdirir. 

ƏDƏBİYYAT 

1.

  Çobanov M. Familiya, təxəllüs. Tbilisi, 1987. 



2.

  Ərəb-fars sözləri lüğəti. Bakı, 1966. 

3.

  Ərəb olmayan xalqlara, xüsusən iranlılara verilən ad. N.Gəncəvi. Lirika. Bakı, 1988. 



4.

  Xəlilov B. Türkologiyaya giriş. Bakı, 2008. 

5.

  Xudiyev N. Azərbaycan antroponimiyasının təşəkkülü və inkişafı. Bakı, 2005. 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



357

6.

  İsmayıloğlu C. XI yüzilliyin tarixi onamostik leksikası. Bakı, Elm, 2008. 



7.

  Kaşqari M. Divanü lüğat-it türk. 

8.

  Кулизаде З. Хуруфизм и его представители в Азербайджане, Баку, Элм, 1970. 



9.

  Qurbanov A. Azərbaycan onomologiyası məsələləri. Bakı, 1986. 

10.

  Məsihi. Vərqa və Gülşa. Bakı, 1977. 



11.

  Mehdiyeva S. Bir daha Nizami yaradıcılığında türk ruhu, türk mühiti haqqında. “Nizami” 

(məqalələr toplusu). “Elm və təhsil” Bakı, 2012. 

12.


  Nəsimi İ. Əsərləri. I cild. Bakı, Elm, 1973.  

13.


  Nəsiri M. Quş dili. Bakı, “Nurlan”, 2009. 

14.


  Paşayev A. “Xəmsə”də işlənən xüsusi adların izahlı lüğəti. Bakı, 2013. 

15.


  Səfərli Ə., Yusifov X. Qədim və orta əsrlər Azərbaycan ədəbiyytı tarixi.  

16.


  Щербак В.А. Очерки по сравнительной морфологии тюркскихязыков, Имя. Л, 1977. 

17.


  Şirazi S. Gülüstan. Bakı, Azərnəşr, 1987. 

18.


  Şirvani X. Seçilmiş əsərləri. Bakı, 1978. 

 

Shukurzade Shakhnazkhanim Jumshud kizi 



 

Onomastic units in the language of Nasimi and their stylistic features. 

Summary 

The language of Nasimi’s poetry is rich in onomastic units. Conducted research of the article 

deals with the following groups: anthroponomy related to the history of the Islamic religion and 

public life of people; aliases; Turkic and non – Turkic ethnonims; place names; hydronyms – names 

of reservoirs and rivers; ideonims – names of holy books; cosmonims – names of celestial bodies; 

zoonims – names of  animals and birds; phitonims – names of plants and flowers. The research 

reveals also semantic – stylistic features of onomastic units in the language of the poet. 

Key words: antroponims, etnonims, place names, cosmonyms, zoonyms, hidronyms. 

 

 

 



Flora Hacıyeva, kiçik elmi işçi 

AMEA akad. Z.M.Bünyadov adına 

 Şərqşünaslıq İnstitutu 

flora.hajiyeva@gmail.com 

 

LÜTFƏLİ BƏY AZƏRİN FARSCA DİVANINDA TÜRK LEKSEMLƏRİ 



       Azərbaycan  ədəbiyyatşünaslığında  Lütfəli  bəy  Azərin  farsca  divanı  indiyədək  tədqiqata  cəlb 

olunmamışdır.  Lütfəli bəy Azərin “Atəşkədə” adlı təzkirəsindən sonra digər önəmli əsəri divanıdır. 

Azərbaycan ədəbiyyatında daha çox təzkirəçi kimi tanınan Lütfəli bəy Azərin divanı qəsidə, qəzəl, 

tərkibbənd, tərcibənd, hekayə və rübailərdən ibarət olub 10 min beytlik bir əsərdir. Bu divanda türk 

mifoloji obrazları, türk etnoqrafiyası və toponimləri ilə bağlı məlumatlar yer alır. Şair yeri gəldikcə 

türk leksik vahidlərindən istifadə edir ki, bu da təkcə dilçilik baxımından deyil, ədəbiyyat, 

etnoqrafiya, tarix və coğrafiya baxımından da əhəmiyyət kəsb edir (1, 30-35). 

        Divanda türk mənşəli “sağər”, “əyağ” “tapança”, “altun”, “dağ” və s. kimi sözlərə  rast gəlirik. 

M. Kaşğari “Divani lüğət it-türk” adlı  əsərində  “

” [ sağər] sözünün “şərab süzmək üçün 

konusvari qab” mənasını vermişdir (2, 382). “Sağər” sözünün türk mənşəli olması  Həsən 

Zərinəzadə,  Sədiq Hüseyn Məhəmmədzadə tərəfindən qeyd olunmuş, Şəfəq Əlibəyli də Füzuli 

divanında bu sözün tez-tez istifadə olunmasını vurğulayaraq bidirir  ki, bu söz “sağmaq” 

məsdərindəndir, mənası isə “şərab camı”dır (3, 113-117) 

       Həsən  Zərinəzadə  digər  bir  fikir  irəli sürür:  “Sağər” sözünün “çaxır” sözü ilə eyni kökdən 

olması ehtimal edilir. Vaxtilə ancaq içki mənasında olan “çaxır” sözü sonralar fonetik dəyişikliyə 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



358

uğrayaraq “sağır” formasında və “çaxır qabı” mənasında işlənmişdir” (4, 95). Biz bu  sözün 

“sağmaq” məsdərindən törəməsi ehtimalını daha ağlabatan  hesab edirik.  Divanda Lütfəli bəy 

müxtəlif şeir parçalarında bu sözdən tez-tez istifadə edir: 

 زا  اد ت

 ،

 زا 



 ت

      


 ن ز ن

 ،و ن  ن


 

( dünyanın alimləri, zamanın filosofları hamısı şərabı camdan yavaş-yavaş (dada-dada) içərlər,  

(sanki) xırmandan buğda dənələrini yığırlar) (1, 137). 

   م ه 


 

 ،ن ا       

 

 ن  ،ن  


( onlar cinlərə şərab piyaləsi verərlər, 

 bunlar cəhənnəmə odun verərlər) (1, 94). 

         رز 

 

   زو           وا و ور 



        

( o biri ilə üzbəüz oturub 

digərindən  qızıl şərab piyaləsi alır) (1, 340).

 

      Divanda  “sağər”  sözünün  sinonimi  sırasına  həmin  mənanı  verən 



"

ق ا


"

 [ əyağ ] sözündən də 

istifadə olunmuşdur. Bu söz bir sıra mənbələrdə müxtəlif fonetik şəkillərdə öz əksini tapmışdır. 

Belə ki, “Bədai ül-lüğət”də “

 ق ا” və “غ ا” şəklində “ ayaq”, “ son “, “ kasa” mənasında işlənmişdir 

(5, 44). 

      Mahmud  Kaşğarinin  “Divani  lüğət  it-türk”  adlı    əsərində  isə

  ا şəklində “fincan” və 

“ayaq”mənalarında verilmişdir (2, 131). 

      V.V.Radlov isə “Опыт словаря тюркских наречий” əsərində ”

 ق ا“  [ayaq] sözünün  “fincan”, 

“ kasa “, “ayaq “,  “son” mənalarını qeyd etmişdir (6, 202-204). 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin