I türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə47/94
tarix31.01.2017
ölçüsü2,97 Mb.
#7251
1   ...   43   44   45   46   47   48   49   50   ...   94

 

Siyasi hakimiyyətin azərbaycanlıların əlində toplandığı Səfəvilər dövründə qabaqkı 



dövrlərlə müqayisədə fars dilinə daha çox Azərbaycan-türk sözləri keçməyə başladı.  H.Zərinəzadə 

fars dilində dövrlər üzrə Azərbaycan sözlərinin artım sürətini göstərərək yazır: “Belə ki, Səfəvilər 

dövründə qabaqkı dövrlərə nisbətən, müasir dövrümüzdə isə Səfəvilər dövrünə nisbətən fars dilində 

daha çox azərbaycanca sözlərə rast gəlirik” [11, s.41]. Artıq Səfəvilər dövründə fars dilinə keçən 

Azərbaycan-türk sözlərinin sərhədi yalnız fars danışıq dili və dialektləri ilə məhdudlaşmırdı. 

Getdikcə dilimizin sözləri fars ədəbi dilinə nüfuz etməyə başlayır, orada məhsuldarlıq kəsb edir və 

ən başlıcası isə bir qismi dilin lüğət fondunun aktiv hissəsinə keçərək, ümumişləklik qazanırdı.  

Səfəvilər dövründə  Azərbaycan dilindən fars dilinə keçmiş yüzlərlə sözün qarşılığı bu dildə 

ya yoxmuş, ya da müəyyən səbəblər üzündən sıradan çıxmışdır. Buna 

ر    -“yortma”, 

  

-

 ق



 

“çaxmaq”,

 -

 ق

  “sancaq”, 



    -“qayçı” və sair sözləri misal göstərmək olar.  Bu qəbildən olan 

leksik vahidlərin qarşılıqları farsca olmasa da, digər dillərdən (xüsusilə, ərəb dilindən) alınma 

sözlərlə ifadə olunur. Məsələn,  fars dilində  

 

 



 - “qayçı” sözünə sinonim kimi ərəbcə ضا  

(meğraz) işlənir. 

Azərbaycan-türk sözlərinin bir çoxu fars dilinin daxili inkişaf qanunları əsasında öz forma 

və mənalarını dəyişmişlər. Hətta alınmaların bəzisi yeni zəmində forma və mənaca çox kəskin 

şəkildə dəyişikliyə uğramışdır. Sözlərin ifrat surətdə dəyişikliyə uğraması onların ilkin 

etimologiyasından uzaqlaşmasına və tamamilə farslaşmasına səbəb olmuşdur. Fars dili şəraitində 

Azərbaycan-türk sözlərinin dəyişən forma və mənası, şərti olaraq “özgə zəmində inkişaf edən forma 

və məna” adlanır. Fars dilində işlənən bəzi Azərbaycan-türk alınmaları formaca dəyişməklə bərabər 

yeni məna da kəsb etmişdir. Məsələn, Azərbaycan dilindəki qədim “yataq” və “burğu” sözləri fars 

dilində


  (yədək) və ق  (buğ) formalarına düşməklə yanaşı mənaca da dəyişmişlər. Bəzi alınma 

sözlər isə özlərinin qədim forma və mənalarını qoruyub saxlamışlar. Məsələn, 

 (yelkən), 

 

(yelpik) və s.  



Azərbaycan-türk sözlərinin bir qismi fars dili zəminində öz leksik qabıqlarını da bu və ya 

digər dərəcədə dəyişmişlər. Bir qrup sözlərin leksik qabığı tamamilə dəyişmiş, bir qrupu məcazi 

məna kəsb etmiş, bir qisminin mənası genişlənmiş və ya ümumiləşmiş, eyni zamanda 

məhdudlaşmış və yaxud da konkretləşmişdir.  Fars dilində məfhumun aradan çıxması ilə onu ifadə 

edən alınma söz də arxaikləşmişdir. Məsələn, 

ج د “dilmac”, ق ود “dustaq”, 

ا “elçi”,  

ا

 “eşik ağası” və s. Bu sırada fars dilinə daxil olmuş məişətə və hərbi sahəyə aid olan alınmalar  



çoxluq təşkil edir. Hətta bəzi hərbi sursat və vasitələr zamanın ötüşü ilə əlaqədar köhnəlsə və ya 

sıradan  çıxsa da, onları ifadə edən terminlər həmin məfhumlarla birlikdə məhv olmamışdır. Sadəcə 

olaraq, bu qəbildən olan adlar yeni məna kəsb etmişdir. Məsələn,

 

 (boluk) sözü əvvəllər “hərbi 



hissə” mənasında işləndiyi halda, müasir fars dilində “rayon”,  

وذ   (azuğe) əvvəllər “hərbi ərzaq” 

mənasında, müasir dövrdə isə yalnız “ərzaq”, “azuqə” mənasında işlənir.  

1920-1930-cu illərdə İranda purizm cərəyanının fəaliyyəti nəticəsində, eyni zamanda Rza 

şahın xüsusi fərmanı ilə türk mənşəli hərbi terminləri fars sözləri ilə əvəzləndi. Misal olaraq, 

 

(türk sözü) - 



ن د  (fars sözü) - “qarnizon”, ن  (türk sözü) -  را (fars sözü) - “ordu”, لوا  (türk 

sözü) - 


ن

 (fars sözü) - “gözətçi”. Məsələn, türk mənşəli 

ر  (ğur) sözü ərəb alınması 

ا 

(əsləhe) “silah” ilə əvəz olundu. Hərbi sahənin inkişafı və getdikcə təkmilləşməsi ilə əlaqədar olaraq 



bir sıra sözlər tamamilə arxaikləşərək sıradan çıxdı. Məsələn, 

ز   - “toppuz”, 

ز  - “yüzbaşı”  

və s.  


Bundan əlavə, bir sıra Azərbaycan-türk sözləri fars dilində öz “daxili formalarını” da 

itirdilər. Məsələn, 

ا və ش

 sözləri Azərbaycan dilində öz “daxili forma”larını saxladıqları 



halda, təzə zəmində bunu əldən vermişlər. Çünki, Azərbaycan dilindən fərqli olaraq, bu qəbildən 

olan leksiksemlər özgə dildə tərkib hissələrinə ayrıla bilmirlər. “Daxili formasını” itirmiş alınma 

sözlər alan dildə sadə sözlər kimi işlənir.  

Azərbaycan-türk sözlərinin böyük əksəriyyəti qanunauyğun şəkildə fars dilində “xarici 

forması”nı (fonetik tərkibi) də dəyişmişdir. Həm Azərbaycan, həm də fars dili genealoji və tipoloji 

baxımdan bir-birindən fərqlənir. Hər iki dil ayrılıqda özünəməxsus fonetik sistemə, fonetik qayda-



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



236

qanunlara, eləcə də fonetik xüsusiyyətlərə malikdir. Belə ki, Azərbaycan dilinin fonetik sisteminə 

xas olan bir sıra xüsusiyyətlər fars dilində yoxdur və ya əksinə. Məsələn, Azərbaycan dilində əsas 

qanunlardan olan ahəng qanunu fars dilində yoxdur. Azərbaycan dilində isə fars dilindən fərqli 

olaraq, hecanın əvvəlində və ortasında uzun saitlər, demək olar ki, işlənmir; halbuki fars dilində 

uzun saitlər çox geniş surətdə yayılmışdır.   Azərbaycan-türk sözlərinin tərkibində fars dilinin 

fonetik sisteminə “yad olan” hər hansı bir element onun fonetik qayda-qanunlarına uyğun şəkildə 

cilalanır. Qeyd edək ki, Azərbaycan dilində 9 sait (a, o, u, ı, ə, ü, ö, i, e), fars dilində isə 6 sait səs (a, 

o, u, e, ə, i) vardır. Azərbaycan dilindəki  [ı], [ü], [ö] saitləri fars dilində mövcud deyildir. 

Fars dilində işlənən Azərbaycan-türk alınmalarında aşağıdakı fonetik dəyişikliklər müşahidə 

olunur:  

1. Azərbaycan dilində olan [ü] saiti fars dilində [u] və ya  [o] saitləri ilə əvəzlənir:  

a) Azərbaycan dilində sözün son hecasında adi kəmiyyətdə tələffüz olunan [ü] fars dilində 

[u] saiti ilə əvəz olunur.  Məsələn, süpür-sopur , tütün-tutun və s.  

b) Azərbaycan dilində əsasən sözün ilk və ya orta hecasında qısa tələffüz olunan [ü] saiti 

fars dilində [o] ilə əvəzlənir. Məsələn, tüfəng-tofəng, sürmə-sorme, tümən-tumən və s.  

2. Azərbaycan dilində olan [ı] saiti fars dilində [e], [i], [ö] və [u] kimi tələffüz olunur: 

a) Azərbaycan dilində sözün son hecasında işlənən və adi kəmiyyətdə tələffüz olunan [ı] 

saiti fars dilində [u] və ya [i] səsləri ilə əvəz edilir. Məsələn, qırğı- qerği, qapı- ğapi və s. 

b) Azərbaycan dilində sözün ortasında işlənən və qısa tələffüz edilən [ı] saiti fars dilində [e], 

[o], bəzən isə [i] saitləri əvəz olunur. Məsələn, qızıl-ğezel, çadır-çador, qatır-ğater, çarıq-çaroğ, 

dayı-dayi və s. 

3. Azərbaycan dilində olan [ö] saiti fars dilində, əsasən  [o] səsi ilə əvəzlənir. Məsələn, 

ördək-ordək, bölük-boluk və s. Bu fonetik dəyişiklik barədə H.Zərinəzadədən fərqli olaraq, prof. 

R.Sultanov yazır: “Azərbaycanca “ö” saiti ilə tələffüz edilən sözlər alınma və doğmalığından asılı 

olmayaraq ya qalınlaşaraq “o” ilə və ya həm qalınlaşaraq, həm də uzanaraq “u” ilə əvəz edilir. 

Məsələn, ördək-ordək, köç-kuç” [9, s.11].  

 

Qeyd edək ki, “ö” səsi fars ədəbi dilində yoxdur; lakin Azərbaycan dilinin təsiri nəticəsində 



fars dilinin Azərbaycana yaxın dialektlərində və İran dilləri qrupuna daxil olan talış və tat dillərində 

bu saitin işlənməsi hallarına rast gəlinir [11, s.90]. Həm Azərbaycan, həm də fars dilində heca 

vurğusu sözlərin son hecası üzərinə düşür. Bir qayda olaraq, fars dilində [a], [i] və [u] saitləri uzun, 

[e], [ə], [o] saitləri isə qısa tələfüz edilir. Fars dilində ahəng qanunu olmadığından bu dilə keçən 

Azərbaycan-türk sözlərində ahəng qanunu, başqa sözlə desək, həm saitlərin və samitlərin, həm də 

samitlərlə saitlərin uyuşması əsasən pozulur.    

 

Fars dilindəki Azərbaycan-türk sözlərinin fonetik tərkibinin dəyişməsinə fonetik hadisələr 



(proteza, eliziya, metateza, assimilyasiya) də təsir göstərir. Fars dilində xüsusilə proteza hadisəsi 

geniş surətdə yayılmışdır. Başqa dillərdən alınmış sözlərdə həmin fonetik hadisəni tez-tez müşahidə 

etmək olur. Fars dilində həm sözün əvvəlində, həm ortasında, həm də sonunda səs artımı hadisəsinə 

rast gəlmək olar. Məsələn, 

 (tofəng) leksik vahidinə əvvəlki şəklindən (tüfək) fərqli olaraq, 

sözün ortasına 

ن (nun) samiti artırılmışdır. Alınma sözlərin istər məna və forma, istərsə də fonetik 

cəhətdən dəyişməsi fars dilinin ümumi daxili inkişaf qanunlarına uyğun şəkildə baş verir. 

 

Fars dilinin lüğət tərkibinin zənginləşməsində Azərbaycan-türk mənşəli sözlərlə yanaşı, 



qrammatik ünsürlər də fəal iştirak edir. Azərbaycan dilindən fars dilinə isim, sifət kateqoriyasına 

(

ق  - çolaq, ق  -şıltaq və s.), say kateqoriyasına (  - beş, ز  - doqquz, ن



 - on min), zərf 

kateqoriyasına (

-

 

 - sallana -sallana, 



شا

-

شا  



 - yavaş-yavaş) mənsub leksik vahidlər daxil 

olmuşdur. Hətta fars dilində kök hissəsi (mürəkkəb fellərdə isə ismi hissəsi) Azərbaycan-türk 

mənşəli sözlərdən ibarət fellərə də rast gəlinir. Məsələn, 

ن

 -[kuçidən]  -



  köçmək,  ن

  - 


[çapidən] - talamaq, 

ا ا


ند  ق

 - [otrağ kərdən] - bir yerdə məskunlaşmaq və s. Bundan əlavə, türk 

mənşəli şəkilçilər morfem kimi fars dilinin söz yaradıcılığı prosesində iştirak edir. Məsələn, 

Azərbaycan sözləri ilə birlikdə fars dilinə keçmiş 

 (çi) şəkilçisindən yeni mənalı sözlərin 

düzəldilməsində geniş şəkildə istifadə olunur. Bu şəkilçi təkcə Azərbaycan-türk mənşəli sözlərə və 

iranizmlərə deyil, eləcə də fars dilində işlənən digər alınmalara da qoşularaq, peşə, sənət məzmunlu 

düzəltmə isimlər yaradır. Məsələn: 

  -

  topçu, 



   - qaçaqçı, 

 - gömrükçü və s. 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



237

(Azərbaycan-türk  sözlərinə); 

ر   -  ovçu,

   - çarxçı və s. (fars sözlərinə); 

 - 

tamaşaçı, 



 

 - mətbəəçi, 

 - xəbərçi (ərəb sözlərinə);   ز

 - kalxozçu,   

رد - 

faytonçu (rus sözlərinə), 



 - telefonçu, 

 - film göstərən, 

  - poçtalyon (Avropa 

mənşəli sözlərə) və s. əlavə olunur. 

 

Bundan başqa Azərbaycan-türk mənşəli - ca



2

 şəkilçisi (

 - kitabça 

د - dəftərçə və s.), - 

laq (lax) şəkilçisi (

خ

 - daşlıq, 



دور 

خ

- çaylıq və s.), arxaikləşmiş - taş (



ش

 - yerli, 

 ش  

 - ağa), 



- başi (

  ر  - carçıbaşı, 

 - tacirbaşı və s.) şəkilçiləri fars dilinə keçmişdir. Qeyd edək ki, -çi, 

- başi və - begi şəkilçiləri ünsürləri  iranizmlərlə bərabər digər alınmalara da qoºulur.  

Nəticə olaraq, qeyd edə bilərik ki, fars dilinə Azərbaycan-türk sözləri Səfəvilər dövründən 

çox-çox əvvəl qədim zamanlardan başlayaraq keçmişdir. Səfəvilər dövründə iki dilin qarşılıqlı 

əlaqələri gücləndiyindən  fars dilinə Azərbaycan-türk sözlərinin daxil olması geniş xarakter 

almışdır. Fars dilində işlənən Azərbaycan-türk alınmalarının miqdarı tarix boyunca artmışdır. 

H.Zərinəzadə bu barədə yazır: “Səfəvilər dövründə fars dilində işlənmiş azərbaycanca sözlər bu 

dövrdən əvvəlkilərə nisbətən, müasir fars dilində isə Səfəvilər dövrünə nisbətən artıqdır” [11, 

s.419]. Müəllif “Fars dilində Azərbaycan sözləri” əsərində qeyd etdiyi 600 sözdən, təxminən 275-

nin Səfəvilər dövründə fars dilinə keçdiyini göstərir [11, s.67]. Səfəvilər dövründə fars dilinə 

keçmiş Azərbaycan-türk sözlərinin  bəzisi arxaikləşsə də, böyük əksəriyyəti müasir fars dilində 

aktiv dairədə işlənməkdədir.  Eləcə də, Səfəvilər dövründə fars ədəbi dilinə keçən, sonralar isə 

müəyyən səbəblər üzündən sıradan çıxmış Azərbaycan-türk sözlərinin böyük əksəriyyəti müasir 

fars dilinin dialektlərində işlənməkdədir. M.Adəmiyyət müasir fars dilində 294 türk-monqol 

alınmasının işləndiyini qeyd edir [15, s.49]. Müasir fars dilinin lüğət tərkibində türk mənşəli alınma 

sözlər sayına görə ərəb və Avropa mənşəli alınmalardan sonra üçüncü yerdə durur.  

ƏDƏBİYYAT 

1.

  Cəfərov S. Müasir Azərbaycan dili (leksika). Bakı: Şərq-Qərb, 2007, 191 s.  



2.

  Hatəmi N.Z. Müasir fars dilinin fonetikası haqqında bəzi qeydlər // ADU-nun “Elmi 

əsərləri”, №11, Bakı, 1955. 

3. Hatəmi N.Z. Fars danışıq dili. Bakı: Azərbaycan Dövlət Tədris Pedaqoji ƏDƏBİYYATı 

Nəşriyyatı, 1965, 318 s. 

4. Hatəmi N.Z. Fars dilinin lüğət tərkibində əmələ gələn bəzi fonetik dəyişikliklər haqqında // 

ADU-nun “Elmi   

    əsərləri”, № 1,  Bakı, 1968.    

5. Həsənov H. Müasir Azərbaycan dilinin leksikası. Bakı: Maarif, 1987, 308 s.  

6. Məmmədov N. Dilin lüğət tərkibinin zənginləşməsinin mənbə və üsullarına dair. Bakı: 1958. 

7. Rəhimova D. Müasir fars dilində Azərbaycan-türk sözləri. Bakı: 1998. 

8. Rüstəmova T. Fars və Azərbaycan dillərinin qarşılıqlı-müqayisəli qrammatikası. Bakı: 

Adiloğlu, 2010,  

    341s. 

9. Sultanov R.  Fars dili tədrisinin metodikası. Bakı: ADu nəşri, 1973, 108 s. 

10. Zərinəzadə H.H. Füzuli dilində fonetik bağlanma məsələsinə dair // Şərqşünaslıq 

İnstitutunun “Elmi  əsərləri”, №1, Bakı, 1959. 

11. Zərinəzadə H. Fars dilində Azərbaycan sözləri. Bakı: Azərbaycan SSR Elmlər 

Akademiyasının   

      nəşriyyatı, 1962, 435 s. 

12. Белгородский Н. А. Современная персидская лексика. М-Л.: Издательство 

Академии Наук  

      СССР, 1936, 112 с. 

13. Джахангиров Т.И. Словообразующие синоморфемы в персидском языке. Баку: 

Нурлан, 2009,  

     143 с. 

14.Пейсиков Л.С. Очерки по словообразованию персидского языка. Москва: 

Издателъство  



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



238

     Московского университета, 1973, 196 с. 

15. Пейсиков Л.С. Лексикология современного персидского языка. Москва: 

Издателъство  

      Московского университета, 1975, 206 с. 

16. Хатеми Н.З. Лексика персидского языка и пути ее обогощения (aвтореф. докторской   

      диссертации). Баку: Типография им. 26-ти бакинских комиссаров, 1968, 117 с. 

17.


م 

     


 .

شر  


 .

 ،

 پ



١٣٧٠

 ،

٣١٢



ص 

.

 



18.

ن

 



 ،

 

 ،



ر ا  ر  

 .

نا  زو ا  ر  



  ه

 :

 ،



١٣٧٧

،

١٢٦٢



ص 

.

 



 

J. N. Mammadzada  

Role of Azerbaijani-Turkish words in the enrichment of vocabulary  

of modern Persian language 

 

         Azerbaijani-Turkish  words  started  to  enter  Persian  language  since  ancient  times.  Historical 



ties and relations gave stimulation to this process. Throughout history many different words related 

to the fields of family-relationship, household, culture, art, trade, military, nature and other sectors 

were translated from Azerbaijani language into Persian language.  

        Azerbaijani-Turkish  obtained  words  were translated into Persian language through verbal 

speech. Azerbaijani language also influenced to Persian language through verbal speech. As sign of 

this, several phonetic and grammatical elements belong to Azerbaijani language passed to Persian 

language. Azerbaijani-Turkish words dominate in dialect of Persian language. This is mainly 

observed largely in the dialects which are neighbor of Azerbaijan. Azerbaijani-Turkish words 

dominate in modern Persian language more than Persian literary language. Turkish obtaining words 

in the vocabulary of modern Persian language are in the third place due to its number after Arabian 

and European obtaining words.  

Key words: stock of vocabulary, Azerbaijan-turkish words, phonetic exchanging, 

grammatical units, word building process.    

 

 



 

Elçin İbrahimov, doktorant 

 AMEA  Nəsimi adına Dilçilik İnstitutu, elmi işçi  

 

TÜRKDİLLİ XALQLAR ARASINDA ƏLİFBA BİRLİYİNİN TƏMİN EDİLMƏSİ 



KONTEKSTİNDƏ 

ƏLİFBA MÜCADİLƏSİ 

(Türkiyədə əlifba islahatları) 

Türk yazı tarixində türklər, təsiri altına düşdükləri bəzi xalqların əlifbalarını qəbul etmiş və 

əlifba dəyişikliyi haqqında heç də tədbirli olmamışdılar. (1;161-165) Məhz bu səbəbdən tarixdən 

bugünə qədər türklər yazı sistemində on iki (bəzi dilçilərə görə on səkkiz) fərqli əlifbadan istifadə 

etmişdir. (2, 2) 

Türklər, müsəlmançılığı qəbul edəndən sonra ərəb əlifbasını min ildən daha çox müddətdə 

istifadə etmişdilər. Ümumiyyətlə türk dünyasında əlifba islahatları XIX əsrin ortalarında başlamışdı. 

(3,223) 


Bu cərəyan demək olar ki, bütün Türkdilli xalqların yaşadığı coğrafiyanı əhatə edirdi. Tarixi 

sənədlərdən də məlum olduğu kimi, bütün türk dünyasında və həmçinin Azərbaycanda bu işi 

başlayan və  əlifbanın dəyişdirilməsi ilə bağlı ilk təşəbbüs Mirzə Fətəli Axundov (1812-1878) 

tərəfindən göstərilmişdir. (4, 39) 

Ərəb əlifbasının türk dilindəki bəzi səsləri qarşılamada kifayət etməməsi ilə başlayan ilk 

müzakirələri 1850-ci illərdə Ahmet Cevdet Paşa ilə Munif Paşa kimi başlatmışdılar. (5, 23) 

Munif Paşa (daha sonra maarif naziri oldu) ərəb əlifbası ilə fikirlərini açıq şəkildə ifadə 

edərək ərəb hərflərinin islah edilməyini, yazılış və oxunuşunu asanlaşdırmaq üçün hərflərin ayrı 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



239

yazılmasına ehtiyac olduğunu söyləmişdi. Avropalıların yazılarının oxunmasında və  yazılışında hər 

hansı bir çətinlik çəkmədikləri üçün 6-7 yaşındakı uşaqların oxuyub-yazmağı öyrəndiklərini və 

qadın, kişi ümumiyyətlə cəmiyyətin hər təbəqəsindən olan insanlar tərəfindən çox asanlıqla 

öyrənəcəyini ifadə etmişdir. (6, 17-18) 

Burda ortaya atılan fikirləri nəzərə alan bəzi dilçilər, hərflər haqqında islahat hərəkətinin 

başlanğıcı olaraq bu nitqi qəbul edirlər. (3, 224) 

 XIX əsrin sonlarında bu müzakirələrə Namiq Kamal da qoşulmuşdur. Bundan sonrakı 

mərhələdə dövrün digər ziyalıları da dil və əlifba müzakirələrində iştirak etmişdilər. Bu ziyalılardan 

Ali Suavivə Şəmsəddin Sami açıq şəkildə ərəb əlifbasının islah edilməyini söyləyirdilər.(7, 11) 

 Ərəb əlifbasının islah edilməsi və  bu müzakirələrdə qızğın iştirak edən Ziya Göyalp da 

Ərəb əlifbasından Latın əlifbasına keçməyi müdafiə etmişdir. Göyalp ərəb yazısı ilə osmanlı 

türkcəsinin uyğunsuzluğundan bəhs etmiş və ərəb yazısının (əlifbasının) türkcəyə uyğun olmadığı 

fikrini açıq şəkildə ifadə etmişdir. (1, 178-180) 

Osmanlı dövlətində dil və yazı üzərindən həyata keçirilən bu müzakirələr xüsusilə II 

Məşrutiyyət illərində albanların latın hərflərini qəbul etməyi ilə daha da geniş vüsət almışdır. (8, 

273-303) 

Osmanlı dövlətində ərəb əlifbasının islah edilməsi ilə bağlı başlayan hərəkatda Ziya Göy 

Alpın açıq və kəskin fikirləri digər ziyalılardan fərqlənirdi.  

İstər Türkiyədə, istərsə də bütün türk dünyasında və türkdilli xalqların mədəni həyatında 

böyük rol oynayacaq əlifba islahatının tarixi və o dövrdə baş verən prosesləri geniş şəkildə qeyd 

etmək istərdim. Tarixin hər dövründə türk dünyasındakı proseslərdə yaxından iştirak edən Türkiyə 

təbi ki əlifba hərəkatından da yaxından iştirak etdi. Ancaq əfuslar olsun ki, bütün türkdilli xalqlar bu 

hərəkata qoşula bilmədi və bu hərəkatın nəticəsində əlifbasını dəyişən türkdilli xalqlar onu axıra 

kimi qoruyub saxlaya bilmədi. Əgər həmin dövrdə qəbul edilən latın əlifba daha sonrakı dövrdə 

kiril əlifbası ilə əvəz edilməsəydi bu gün biz bu çətinliklər qarşısında qalmayacaqdıq. Bu gün ortaq 

ünsiyyət dilinə gedən yolda bəlkə də ən böyük problemlərdən biri olan əlifba məsələsinin də dərin 

kökləri məhz həmin dövrlə əlaqəlidir.  

Osmanlı dövlətində latınlaşma hərəkatının əsas ideya daşıyıcıları hərbiçi Ömər bəy və Tahir 

bəy adında iki əsgər olmuşdur. (9, 113) 

İlk dəfə bu fikri 1868-ci ildə ortaya atmaqla qalmayıb onu müdafiə edən bu iki Osmanlı 

əsgərini Namiq Kamal şiddətlə tənqid etmişdir. Tənzimat və Məşrutiyyət dövrlərində, əlifba 

dəyişdirmə ideyaları sanki qorxulu və təhlükəli bir fikir kimi ortaya atılmışdır və məhz bunun üçün 

əlifbanın islah edilməsi prosesi uzun müddət həyata keçirilməmişdir. Ancaq bütün bunlara 

baxmayaraq həmin dövrdə get-gedə əlifbanın islah edilməsinin tərəfdaşları artırdı. Artıq hərəkat elə 

geniş vüsət almışdır ki, indi bu ideyaları müdafiə edənlər arasında nəinki həmin dövrün ziyalıları 

hətta dövlət səviyyəsində dəstək verilməyə başlanılmışdır. Sultan II Əbdülhəmid də əlifbanın islah 

edilməsinin tərəfdarı idi. Əbdülhəmid:“ Xalqımızın oxumaq, yazmaq səviyyəsinin aşağı olması çox 

təbiidir çünki hal-hazırkı ilə oxumaq və yazmaq çox çətindir. Ərəb əlifbasını sadələşdirməklə və ya 

latın əlifbasını qəbul etməklə biz bu işi asanlaşdıra bilərik.” (10, 177-178) 

Bəzi tədqiqatçılar Tənzimat ilə Cümhuriyyət arasındakı dövrdə latın əlifbasını istəyənlər 

arasında iki meyillənmə olduğu qənaətinə gəlmişlər. Çox vaxt iç-içə keçən bu meyillənmələrdən 

biri, ərəb əlifbasını müdafiə edənlərlə eyni ideologiyaya qulluq edirdi. (11, 29) 

Ərəb yazısına türk milliliyinə zidd olduğu üçün qarşı çıxmışdılar. Eyni zamanda İslamın və 

ümumilikdə dinin bu milli kimliyi boğduğu və beləliklə inkişafın qarşısının alınması düşüncələri də 

formalaşmışdı. Bu ideologiyanın tərəfdarları bütün qarşıqlıqlara və çatışmamazlıqlara səbəb kimi 

ərəb əlifbasının göstərirdilər və latın əlifbasının qəbul edilməsi isə bütün problemlərin həlli kimi 

qiymətləndirilirdi. Digər tərəfdə olanlar isə milliliyi və milli dəyərləri başqa cürə qəbul edirdilər. 


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin