I türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə43/94
tarix31.01.2017
ölçüsü2,97 Mb.
#7251
1   ...   39   40   41   42   43   44   45   46   ...   94

Lüğətçilik nəzəriyyəsi və təcrübəsinin müasir vəzifələri aşağıdakıları əhatə edir: 1) mövcud lüğət 

tiplərinin təkmilləşdirilməsi; 2) dövrün aktual tələblərinə cavab verən yeni lüğətlərin yaradılması; 3) 

mövcud lüğət növlərinin müasir lüğət komplekslərində və terminoloji sistemlərdə birləşdirmək; 4) 

dillərin maşın fondları və korpusları əsasında leksikoqrafik fəaliyyətin kompüter metodologiyasını 

qurmaq. 

İkinci istiqamət ortaq leksikoqrafiya üçün ikinci istiqamət diferensiasiyadan sonrakı dövrü 

əhatə edir və bu dövrün tarixi leksik fondu ayrı-ayrı dillərin yazılı abidələri əsasında qurulmalıdır. 

Bu istiqamətdə müəyyən işlər artıq həyata keçirilmişdir. Yəni ayrı-ayrı türk dillərinin yazılı 

abidələri leksik səviyyədə tədqiq olunmuşdur. Onların bir çoxunun leksikası əsasında lüğət və 

sözlüklər tərtib edilmişdir. Bir sıra türk dillərinin tarixi leksikologiyasını əhatə edən lüğətlər də 

tərtib olunmuşdur. Türk dillərinin ortaq leksikoqrafiyasının vəzifələrindən biri ayrı-ayrı türk 

dillərinin tarixi leksikası üzrə materialların leksikoqrafik səviyyədə qruplaşdırılması, yəni onların 

lüğətlərinin tərtibini həyata keçirmək olmalıdır. Bu halda “Kitabi-Dədə Qorqud” dastanlarının da, 

“Manas” eposunun da, “Koroğlu” dastanlarının müxtəlif variantlarının və digər abidlərimizin ayrı-

ayrı leksikoqrafik vasitələri hazırlanmış olacaqdır. Məsələyə bu cür yanaşma, hazırlanan 

leksikoqrafik vasitələrin elektron lüğətlər şəklinə salınması ikinci istiqamət üzrə  türk dilləri 

leksikasının bir küll kimi toplanması məsələsinin həllini gerçəkləşdirir.   

Üçüncü istiqamətdə ortaq leksikoqrafiya məsələsi ortaq türk dili problemi ilə səsləşir. 

Hazırda ortaq dil probleminə xüsusi diqqət yetirilir. Ümumiyyətlə, ortaq dil məsələsi problemi yeni 

deyildir. Yəni dünyada ortaq dil kimi bir sıra dillərdən istifadə olunur. Əgər qlobal səviyyə əsas 

götürülərsə, dünyada ortaq dil funksiyasını daha çox ingilis dili yerinə yetirir və getdikcə də ingilis 

dilinin tətbiq sferaları və istifadə məkanları genişlənir. Regional səviyyədə ortaq dil funksiyasını 

müxtəlif dillər yerinə yetirə bilir. Bu da regionda dilin yayılma və dominantlığından asılı olur. 

Bəzən müxtəlif dillərin daşıyıcılarının müəyyən bir dövlət hüdudlarında birləşməsi regional ortaq 

dili təyin edir. Regional səviyyədə köhnə siyasi münasibətlər sistemində hegemon dövlətin dili 

ortaq dil olmuşdur. 

 Fikrimizcə, bu sahədə ilk addım türk dillərinin ikidilli tərcümə lüğətlərinin tərtibidir. Bu günə 

qədər tədqiqatçıların və tərcüməçilərin tələblərinə cavab verə biləcək türkcə-azərbaycanca, 

azərbaycanca-türkcə, qazaxca-türkcə, qırğızca azərbaycanca, özbəkcə-azərbaycanca, tatarca-

azərbaycanca, tatarca-türkcə və s. lüğətlər yoxdur. Ortaq türk dili problemi və bəzi tədqiqatçıların 

bu məsələyə münasibəti belədir ki, ayrı-ayrı türk dillərində danışanlar bir-birini kifayət qədər yaxşı 

anlayır. Lakin mahiyyətcə bu doğru deyildir. Danışıq dili əsasında ünsiyyətlə ortaq leksikoqrafiya 

vasitələrinin tərtibi fərqli məsələlərdir. Əgər rusca-azərbaycanca, ingiliscə-azərbaycanca lüğətlər 

hazırlayırıqsa, nə üçün türkcə-azərbaycanca, türkcə-tatarca lüğətlərin tərtibi məsələsini qarşımızda 

vəzifə kimi qoymur və bu vəzifənin həllinə çalışmırıq. Bu türk dilləri üzrə tədqiqat aparanlar 

müxtəlif türk dillərində eyni bir sözün mənasını axtardıqda aralıq, vasitəçi dildə olan lüğətlərə 

müraciət edirlər. Keçmiş sovet sistemində türkoloqlar eyni bir sözün ayrı-ayrı türk dillərindəki 

mənalarını axtararkən rusca-azərbaycanca, rusca-qırğızca, rusca-özbəkcə və s. lüğətlərə müraciət 

edirdilər. Bu halda rus dili aralıq və ya vasitəçi dil rolunu oynayırdı. Türk dillərinin müasir 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



216

inteqrasiyası aralıq və ya vasitəçi dilin türk dillərindən biri olmasına tam imkan verir. Zənnimizcə, 

bu imkandan bəhrələnmək lazımdır. Burada bir məsələni qeyd etmək olar. Ortaq türk dili 

probleminin ortaya atılmasından sonra türk dilləri üçün ümumi lüğətlərin hazırlanması prosesi 

gedir. Bu istiqamətdə çalışan leksikoqrafların sayı artmaqdadır. Belə hesab edirik ki, ortaq 

lüğətlərin yaradılması ilə bağlı ilkin işlər gələcəkdə yüksək nəzəri elmi əsaslara söykənən ortaq 

leksikoqrafik vasitələrin hazırlanmasına təkan verəcəkdir. 

Dördüncü istiqamət türk dillərinin ortaq terminologiyasının qurulmasını və türk dillərinin 

müxtəlif sahə terminlərinin ikidilli lüğətlərinin hazırlanmasını ortaya atır. Mahiyyətcə bu 

istiqamətdə fəaliyyət III istiqamət üzrə fəaliyyətlə kəsişir.     

Leksikoqrafiya leksikologiya ilə qırılmaz bağlıdır və leksikologiya aid tədqiqatların 

nəticələrindən bəhrələnir, leksikologiyanın praktik, həmçinin bəzi elmi-praktik məsələlərini həll 

etməyə çalışır. Digər tərəfdən, leksikoqrafiya leksikologiyaya müəyyən problemlərin ortaya 

atılması üçün geniş material verir. Oxşar əlaqələr terminologiya ilə terminoqrafiya arasında hökm 

sürür. Xüsusi leksikanın istənilən sahəsi terminoqrafiyada öz əksini tapır. Terminologiyada 

terminlərin seçilməsi, nizama salınması, tədqiq olunması son nəticədə onların lüğət şəklinə 

gətirilməsində öz ifadəsini tapır. 

Müxtəlif türk dillərində sahə terminologiyalarının bir-birinə yaxınlaşması, ortaqlaşması üçün 

əlverişli şərait yaranmışdır. Bu məsələnin həllinə həm qarşılıqlı pozitiv münasibət mövcuddur, həm 

də dillərin qohum olması nəticəsində dilin müxtəlif səviyyə vahidlərinin ortaqlığı, eynisistemliyi 

həlledici rol oynayacaqdır. Deməli, burada ortaqlaşdırma imkanları böyükdür. Bu imkanları 

aydınlaşdırmaq məqsədilə Azərbaycan, qırğız, türkmən və özbək dillərində avtomatik idarəetməyə 

aid terminlərin işlənməsinə dair nümunələri nəzərdən keçirək. Mövcud lüğətlərin, o cümlədən 

Azərbaycan, qırğız, türkmən və özbək dillərində avtomatik idarəetməyə aid terminlər əsasında 

araşdırmalar aparmaq olar (6). Məhz bu lüğəti qeyd etməyimizin səbəbi sovet dövründə belə altıdilli 

leksikoqrafik vasitənin nəşridir. 

Terminologiyanın, o cümlədən elmi-texniki terminologiyanın standartlaşdırılmasının əsas 

məqsədi bütün ədəbiyyatlarda və sənəd növlərində terminlərin birmənalı başa düşülməsini və qeyd 

olunmasını, terminlər arasında ziddiyyətlərin aradan qaldırılmasıdır. Terminlər müəyyən sahəyə aid 

olmaqla yanaşı, onlar başqa sahələrdə də istifadə olunur. Müasir dövrdə ayrı-ayrı elmlərin 

inteqrasiyası, eləcə də diferensiasiyası bir sahəyə aid terminin yaxın və fərqli sahələrdə 

işlədilməsinə imkan yaratmışdır. Bu cəhət sahə terminologiyalarında terminlərin mənalarının 

düzgün təyin edilməsini, onların yazılış və tətbiqində vahid normaların gözlənilməsini tələb edir. 

Eyni zamanda, terminlər standartlaşdırma üzrə işlərdə və ya bu sahə işlərinin nəticələrində də 

istifadə olunur. Belə terminlərin standartlarının yaradılması xüsusi əhəmiyyət daşıyır.  

Standartlaşdırma mərhələli prosesdir. Bu proses terminologiyanın nizama salınmasını və 

unifikasiyasını tələb edir. Prof.S.Sadıqova yazır: “Dilin leksik tərkibinin mühüm hissəsini təşkil 

edən terminologiyanın sürətli inkişafı, dilçiliyin müstəqil bir sahəsi kimi formalaşması və onunla 

bağlı problemlərin ekstralinqvistik xarakter daşıması, məntiqlə, fəlsəfə ilə, eləcə də digər elm 

sahələri ilə qarşılıqlı əlaqəsi problemə kompleks şəkildə yanaşmağı tələb edir. Dilçilikdə terminlərə 

leksik-semantik və qrammatik baxımdan verilən tələblər, onların geneoloji tərkibi, struktur-

semantik, leksik-qrammatik xüsusiyyətləri, geniş təhlil olunsa da, terminologiyanın nizama 

salınması öz həllini gözləyən problemlərdəndir” (7, 347). 

Beşinci istiqamət hazırda dünyanın əksər dillərinin milli korpusları yaradılır. Bir sıra türk 

dillərinin milli korpuslarının yaradılması üzrə işlər aparılır. Azərbaycan dilinin milli korpusuna 

aşağıdakı mətnlərin daxil edilməsi məqsədəuyğun hesab olunur: 1) folklor mətnləri (Azərbaycan 

şifahi xalq ədəbiyyatı nümunələri-dastanlar, nağıllar, bayatılar, tapmacalar, atalar sözləri, lətifələr, 

xalq mahnıları və s.); 2) klassik Azərbaycan ədəbiyyatı; 3) müasir Azərbaycan ədəbiyyatı (nəzm, 

nəsr, dramaturgiya); 4) publisistika (qəzet, jurnal, televiziya, radio, informasiya agentlikləri, internet 

resursları və s.); 5) elmi-texniki ədəbiyyat (elmi əsərlər, dissertasiyalar, avtoreferatlar, elmi 

məcmuələr, elmi jurnallar, konfrans materialları, dərsliklər, dərs vəsaitləri və s.); 6) dini-fəlsəfi 

mətnlər; 7) rəsmi-işgüzar üsluba aid mətnlər; 8) məişət mətnləri; 9) danışıq dili və dialekt mətnləri 

(8, 61-62). 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



217

Təbii ki, qeyd olunanlar milli korpusa daxil ediləcək bütün mətnləri əhatə etmir. Korpusa yeni 

mətnlər, müxtəlif sahələrə aid materialların salınması, o cümlədən terminologiya ilə bağlı 

materialların əlavə edilməsi nəzərdə tutula bilər və  daxil edilə bilər. Göründüyü kimi, milli 

korpusun imkanları kifayət qədər genişdir. Bundan başqa, hər bir milli korpus altkorpuslardan təşkil 

olunur. Alt korpuslara aşağıdakılar daxil ola bilər: 1) mətnlər altkorpusu; 2) linqvistik təhlil 

altkorpusu; 3) kütləvi informasiya vasitələri altkorpusu; 4) dialekt mətnləri altkorpusu; 5) şifahi nitq 

altkorpusu və s.  

Milli korpusun əsas altkorpuslarından biri leksikoqrafiya, digəri isə terminoqrafiya alt 

korpusu sayıla bilər. Bu iki alt korpus xüsusi əhəmiyyət kəsb edir. Türk dillərində ortaqlaşma və 

ortaq dil məsələsi qoyulduqda leksikoqrafik və terminoqrafik  altkorpusların rolu bir qədər də artır. 

Aydın olur ki, hər milli korpusa yeni altkorpuslar əlavə olunur. Milli korpus açıq sistemdir, onun 

strukturunda və funksiyaları dəqiqləşdirilə və dəyişdirilə bilər.  

Ayrı-ayrı türk dillərinin milli korpusunun yaradılması ilə yanaşı, bütövlükdə türk dilləri üzrə 

korpusun yaradılmasına başlana bilər. Bu halda ayrı-ayrı türk dillərinin milli korpusu türk dillərinin 

ortaq korpusunun alt korpusu ola biləcəkdir. Türk dillərinin ortaq leksikoqrafiyası üzrə görülən işlər 

türk dilləri korpusuna daxil ediləcəkdir. 

Türk dillərinin inteqrasiyası türk xalqları mədəniyyətinin, ədəbiyyatının da inteqrasiyasıdır. 

Qeyd etmək lazımdır ki, müəyyən bir türk dilinə başqa türk dilləri ədəbiyyatından tərcümələr çox 

azdır. Bu gün Azərbaycan oxucusu türk, qazax, özbək, qırğız və s. türk xalqları ədəbiyyatı ilə 

kifayət qədər yaxından tanış deyildir. Təbii ki, belə vəziyyət nə ortaq dil, nə də ortaq leksikoqrafiya 

məsələsinin həlli üçün yaxşı hal sayıla bilməz.   

ƏDƏBİYYAT 

1.  Dəmirçizadə Ə. Azərbaycan ədəbi dilinin tarixi. I c. Bakı, Maarif, 1979. 

2.  Hacıyev T. Seyid Əhməd Cəmaləddin İbn Mühənnanın “Hilyətül -lisan və həlbətül-lisan” 

əsəri//Seyid Əhməd Cəmaləddin Ibn Mühənna. Hilyətül -lisan və həlbətül-lisan. Bakı, Kitab aləmi, 

2008, s. 3-30. 

3.  Seyid Əhməd Cəmaləddin İbn Mühənna. Hilyətül -lisan və həlbətül-lisan. Bakı, Kitab 

aləmi, 2008, 159 s. 

4.    Bunyadov Z., Aslanov V. Əbu Həyyan haqqında bir neçə söz// Əsirəddin əbu Həyyan 

əl-Əndəlusi. Kitab əl-idrak li-lisan əl-ətrak. Bakı Azərnəşr, 1992., s. 3- 10 

5.  Əsirəddin əbu Həyyan əl-Əndəlusi. Kitab əl-idrak li-lisan əl-ətrak. Bakı, Azərnəşr, 1992, 

115 s. 

6. Русско – англо – азербайджанско – киргизско – туркменско - узбекский 



терминологический словарь по автоматическому управлению. Баку, Элм, 1977.    

7.  Sadıqova S. Azərbaycan dilinin terminologiyası. Bakı: Elm, 2011. 

8.  Mahmudov M. Kompüter dilçiliyi. Bakı, Elm və təhsil, 2013, 356 s. 

 

 



S.Guliyeva 

The common lexicography of Turkic languages 

Summary 

  In the article, are investigated the directions of the creation of common lexicography of 

Turkic languages. Five directions are differentiated about the creation  of common lexicography. 

The first approach raises the question of the preparation  of lexicographic means on the basis of the 

written monuments of Turkic languages. The second approach aims the preparation and 

digitalization of the dictionaries on the historical lexics of the particular Turkic languages. The 

common lexicography both can be set on the national corps of the proper Turkic languages and can 

be a lower corps of the Turkic languages corps. 

Key words: lexicography, dictionary, dictionaries of written monuments, electronic 

dictionaries, national corps, lower corps. 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



218

 

 



Şəbnəm Həsənli-Qəribova, fil.ü.f.d. 

AMEA Nəsimi adına Dilçilik İnstitutu  

shabnam.hasanli @yahoo.com.   

 

TARİXƏN TÜRK DİLLƏRİNDƏN DÜNYA DİLLƏRİNƏ KEÇƏN 



ETNOQRAFİZMLƏR VƏ ONLARIN DİLDƏ SEMANTİK İNKİŞAFI 

 Qədim etnik milli cəhətləri özündə əks etdirən dilin etnoqrafik leksikası tarixi və çağdaş türk 

dünyasının  coğrafi, mədəni, mənəvi birliyinin güzgüsüdür. Onunla bağlı sözlərin müxtəlif dünya 

dillərində işləklik qazanması isə türkdilli xalqların onlarla qarşılıqlı münasibətini və təsir gücünü 

əks etdirir. Etnoqrafik leksikanın ekzotizmlər səviyyəsində deyil, ümumişlək leksika, həmçinin 

məişət üslubu səviyyəsində başqa dillərdə yaşaması bu dilin uzun əsrlər boyu qonşu dillərlə 

münasibətdə dominant dil statusu daşıdığının əsas göstəricisidir. Tədqiqatlardan aydın olur ki, bu 

təsir milli dilin işlənmə səviyyəsini  və həmin dilin hətta inkişafını əks etdirir. Buna görə də, 

qarşılıqlı söz almanın ən mühüm şərti ünsiyyətdə olan dillərin rəsmi statusu və nüfuzluluğu sayılır, 

bu isə kommunikativ funksiyaların həcmi, ədəbi ənənələrin qədimliyi, dil daşıyıcılarının sosial 

mövqeyi ilə müəyyən edilir. Qeyd etmək lazımdır ki, türk dillərinin etnoqrafik leksikası yalnız 

qonşu dillərin lüğət tərkibində deyil, uzaq xalqların dillərində də özünə yer qazanmışdır.   

XI-XII əsrlərdə türkdilli abidələrdə işlənən etnoqrafizmlərin müasir dünya dillərində yaşaması 

və məişət üslubunda işləkliyini qoruması bu dillər arasındakı uzun əsrlər boyu davam edən qarşılıqlı 

əlaqəni əks etdirir. Bu qarşılıqlı əlaqələr nəticəsində türk dillərindən başqa dillərə çoxsaylı sözlər 

keçmişdir.  Bu proses uzun müddətli olmuş və aşağıdakı mərhələləri əhatə etmişdir: 

İlkin mərhələ -Vahid türkcə dövrünü və IX əsrə qədərki dövrü əhatə edən bu mərhələdə söz 

alan dillər çin, sanskrit, soğd, qədim fars dilləridir. Əlbəttə, şimalda tayfalar şəklində türk 

dövlətlərinin tərkibinə qatılan slavyanlar da türk məişətilə tanışlıq nəticəsində etnoqrafizmləri öz 

dillərinə qəbul edirdilər. Azərbaycan dilinin yazıya qədərki dövrünü tədqiq edən V.Aslanov bu 

barədə yazır: “Biz X-XI əsrlərə qədər  türk dillərindən, o cümlədən, bizim dilimizdən fars, ərəb, 

erməni, gürcü dillərinə xeyli söz keçdiyini bilirik. Bu sözlərin çoxu yemək, quş, heyvan, oyun, 

geyim və b. adlar bildirən sözlərdir. Biz hələ Firdovsidə bəkməz, qoç, çovqan, qaptan/qaftan/, amac, 

tutmac, yelək kimi yüzlərlə sözlərin, -taş, -lax, -çı kimi sözdüzəldici şəkilçilərin çox qədimlərdən 

fars, ərəb, erməni, gürcü dillərinə keçdiyini  və işləndiyini bilirik.” (1.s.80) 

II mərhələ-Bu dövr IX-XV əsrləri əhatə edir. İslamın qəbulu nəticəsində ərəb mədəniyyəti ilə 

yaxından tanış olan türklər vahid islam türk mədəniyyətinin yaranmasına nail olmuş və bunun təsiri 

ilə türkcədən ərəb dilinə çoxsaylı etnoqrafizmlər keçmişdir. Fars dilinə olan təsir bu dövrdə də 

özünü göstərməkdədir. Şimalda isə yenicə vahid dövlət qurmağa çalışan slavyanların dillərində də 

türk dillərinin təsiri hiss olunmaqda idi. 

III mərhələ- XV-XVI əsrlərdən XX əsrin əvvəllərinə qədərki dövrü əhatə edir. Burada paralel 

olaraq üç proses davam edir. İlk olaraq Osmanlı dövlətinin şərqə, Afrikaya və Avropaya doğru 

genişlənməsi nəticəsində ərəb, şimali Afrika, cənub və cənub-şərq slavyan xalqlarının dillərinə 

çoxsaylı etnoqrafizmlərin keçidi izlənirsə,  Azərbaycan və Orta Asiyanın rus müstəmləkəsinə 

çevrilməsi nəticəsində rus dilinin bu dillərdən yüzlərlə söz alması müşahidə olunur. Nəhayət, 

Azərbaycan dilinin dominant olduğu Qafqaz və Yaxın Şərq regionundakı fars, gürcü, erməni və s. 

dillərinə yüzlərlə  etnoqrafizmlər keçmişdir.   

Türk dilləri ilə ən uzun müddətli qarşılıqlı əlaqələrin davam etdiyi dillərdən biri şübhəsiz ki, 

fars dilidir. Bu isə müxtəlif səbəblərlə əlaqədardır. M.S.Naibi fars dilinin türk dilinin təsirinə məruz 

qalmasının aşağıdakı səbəblərini qeyd etmişdir: “birincisi, türklərin İranda uzun sürən 

hakimiyyətləridir. Yalnız İslamdan sonra türklər İranda 1100 il hakimiyyətdə olmuşlar. İkinci səbəb 

isə, farsca yazıb - yaradan türklərdir. Türk şairlərinin bir çoxu farsca şeir yazmışlar” (4.s.3). Türk 

əsilli şairlər hər nə qədər farsca yazsa da, çox vaxt öz fikirlərini türk sözləri vasitəsilə çatdırmağa 

çalışmış və bu sözlər fars dilinin lüğət tərkibinə daxil olmuşdur. Lakin bu, islamdan sonrakı dövrü 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



219

əhatə edir. İslamaqədərki mərhələdə də coğrafi baxımdan olduqca yaxın yaşayan bu xalqların daimi 

qarşılıqlı əlaqələri olmuşdur. Bu qarşılıqlı əlaqələr bir dildən başqa dillərə sözlər keçməsi ilə 

nəticələnmişdir. Belə ki, G.Dörfer təkcə fars dilinə erkən dövrlərdə keçmiş və dildə vətəndaşlıq 

hüququ qazanmış 2545 türk və monqol dil vahidinin etimoloji təhlilini vermişdir. T.Hacıyev isə 

həmin dövrün mənzərəsini geniş şəkildə təhlil edərək yazır: “ XI-XII əsrlərin farsdilli 

ƏDƏBİYYATında xeyli türkizm vardır. (bilavasitə Azərbaycan-türk dili ilə bağlıdır.) Bu baxımdan 

birinci növbədə farsca yazan azərbaycanlıların əsərləri diqqəti cəlb edir. Bu sənətkarların dilində 

azərbaycanlıların məişəti və adət-ənənələrilə bağlı sözlərə, əşya, rəng adları, konkret və mücərrəd 

anlayışlar bildirən lüğət vahidlərinə rast gəlinir: bəkməz, tağ, dağ, çuval, cinaq (Q.Təbrizi), tanrı, 

yalavac (Xaqani), muncuq, gərdək, alacuq, qurd, xatun (Nizami)və s.” (2.95) 

Eləcə də bu dövrdə Y.X.Hacibin ən vacib dövlət vəzifələrindən hesab etdiyi “ağıçı-xəzinədar” 

sözü “ağaçı, ağaçi” şəklində fars dilində işlənmiş, “səlcuq bəylərinin başçısı” və “pərdəçi” kimi iki 

yeni məna qazanmışdır [TVS., s.10]. Yaxud da, XI əsr türklərinin kənd təsərrüfatında işlətdikləri 

asığ (fayda), ayakçı (xidmətçi), ağuz/ağız (ilk süd) sözləri fars dilində asığ (yarar,qazanc), ayakçi 

(saqi), ağuz (ilk süd, yağlı süd) şəklində işlənməkdədir. Türklərin qədim yaşayış yerlərindən olan 

“alaçuk” olduğu kimi fars dilinə keçmiş, bugünə qədər də “alacuk, alacıg, alaçik” şəklində  

ümumişlək leksikonda öz yerini qorumuşdur [TVS, s.21]. XI-XII əsrlər türk tacirlərinin ticarət 

karvanları  “arkış” adlanardı və bu söz fars dilində bugün də arkiş, arkīş şəklində işlənməkdədir 

[TMEN, 460]. Yaxud da, türklərin qida növü olaraq geniş şəkildə işlətdikləri “arpa” fars dilində 

istifadə olunmaqdadır. Bu sözdən yeni mənaları ifadə edən arpabadiyan (xaşxaş toxumu), arpaşali 

(dənəsi qalın düyü sortu), arpalik (mülk, timar torpağı) kimi sözlər yaranmışdır [TMEN, 445]. XI 

əsr türk içkisi olan “buxsım” da fars dilində buxsım, baxsum şəklində “buğda və ya arpa içkisi”ni 

ifadə edir.  

XI əsrdən sonra türk dilləri ilə  qarşılıqlı əlaqələrin inkişaf etdiyi dillərdən biri də ərəb dilidir. 

Türklərin islamı qəbul etmələri ilə islam sivilizasiyasında aparıcı xalqa çevrilməsi türk dilinin də 

ərəb dilinə təsir gücünün artmasına səbəb oldu. Dövlətçilik ənənələri zəif olduğu üçün ərəblərin 

qurduğu islam xilafətində türklər idarəetmədə hakim mövqe qazanmış oldu və bu türk dilinin 

idarəetmə dilinə, hakimiyyət dilinə çevrilməsinə səbəb oldu. Türklər üçün ərəb dili elm, ərəblər 

üçün isə türk dili hakimiyyət dili oldu. “Bu dövrdə ərəb dilinə keçmiş türkizmlərin əsas hissəsini 

türk hərbi terminləri, inzibatçılıq, idarəetmə və məişətlə bağlı sözlər, eləcə də onomastik leksika 

təşkil edir. Bu sözlərin ərəb dilinə keçməsi və yeni dil mühitində geniş şəkildə işlənməsi orta əsrlər 

ərəb dilli yazılı abidələrdə dəqiq sənədləşdirilmişdir”(3.14). Lakin ərəb-türk dil əlaqələrini islamdan 

sonrakı dövrlə əlaqələndirmək düzgün olmazdı. İslama qədər də  türk dilinin ərəb dilinə təsir gücü 

olmuş və bunun nəticəsində onlarla söz ərəb dilinə keçmişdir. A.Ateş X əsrə qədər ərəb dilinə keçən 

türkizmlər arasında tagar (hər cür qab)< tagarçuk, dabbus, dabbus  < topuz, dabb k  

(çovkan oyununda vurulan top), tuk (t kât)

də yer vermişdir (5).  Nümunələrdən göründüyü kimi, ərəb dilinə keçən sözlər fonetik dəyişikliyə 

uğramış və ərəb dilinin qayda-qanunlarına uyğunlaşdırılmışdır.  

Türklərin qarşılıqlı əlaqədə olduğu xalqlardan biri də slavyanlardır və bu əlaqələr nəticəsində 

slavyan dillərinə çoxsaylı türkizmlər daxil olmuşdur. Bu proses də müxtəlif istiqamətli olmuşdur. 

Rus, belarus, ukrain dillərində tarixən qıpçaq-polovets, monqol-tatar, Azərbaycan, Orta Asiya türk 

dillərindən söz alınmışdırsa , serb, makedon, rumın və s. dillərə Osmanlıca və Türkiyə türkcəsinin 

böyük təsiri olmuşdur.  İ.Q.Dobrodomov haqlı olaraq yazır ki, “rus və digər slavyan dilləri türk 

xalqları ilə çoxəsrlik əlaqələri dövründə türk mənşəli xeyli söz almışdır. Həmin sözlər türk dillərinin 

yalnız müxtəlif təkamül dövrlərinin deyil, həm də dialektlərinin bir çox hallarda itmiş və bugünə 

gəlib çatmamış izlərini özündə qoruyub saxlayır” (8.s.81). Belə ki, təkcə rus dilində  vətəndaşlıq 

hüququ qazanmış türkizmlərin içində yüzlərlə etnoqrafizm müşahidə etmək mümkündür: юрт, 

чердак, сарай, шалаш, конак, утюг, бурдюк, бурундук, шаровар, башмак, башлык, яшма, 

каймак, чурек, айран, сюзма, бастырма, бекмес, изюм, кумыс, чихир, сычуг, йогурт və s. Bu 

etnoqrafizmlərin əksəriyyəti başqa qonşu dillərə də keçmiş və xalq dilində hələ də yaşamaqdadır. 

Məsələn yoğurt sözünün dünya dillərində yayılma arealı bu şəkildədir: yogurt, çograt (fars d.), 

sugrat, yōġūrd (ərəb d.), iaurt, iogurt (rumın d.), yugurt, yaurt, yagurt (rus d.), yogurd, yogurtci 



Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin