yetirilməsi ilə səciyyələnir.
Dilin tətbiqi ilə bağlı problemlərin həllində kvantitativ dilçiliyin nailiyyətlərindən və irəli
sürdüyü tədqiqat metodlarından geniş şəkildə istifadə olunur. Ümumiyyətlə, tətbiqi dilçilik
fənlərarası tədqiqatların tətbiqi ilə əldə olunan nəticələrə əsaslandıqda daha yaxşı nəticənin əldə
olunması müşahidə olunur. Dilin tətbiqi ilə bağlı statistik göstəricilər mövcud problemlərin çəkisini
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
210
və yayılma istiqamətini düzgün və zamanında müəyyən etmək imkanı verir. Statistik metoddan
istifadə dilə yanaşmada struktur-semantik xüsusiyyətləri nəzərə almaqla yanaşı, dil situasiyasının
müəyyən olunması və ehtimal nəzəriyyəsinin tətbiqi ilə proqnozlaşdırma kimi müasir dilçiliyin
aparıcı istiqamətləri ilə bağlı fikir söyləməyə imkan verir. Bu xüsusiyyətlərin aşkarlanması üçün,
təbii ki, müxtəlif istiqamətlərdə dilin funksionallığı nəzərə alınmaqla aparılan monitorinqlərin
nəticəsi etibarlı mənbə ola bilər.
Mövcud dil situasiyası, ədəbi dil norması, yazı və orfoqrafiya qaydaları, transkripsiya və
transliterasiya kimi mühüm sahələrdə meydana çıxan dəyişmələr və bununla bağlı çətinliklər bir
sıra sosiolinqvistik və psixoloji amillərin nəzərə alınması, dil daşıyıcılarının nitq prosesində
üstünlük verdiyi, “seçdiyi” variantların təhlili dilin tətbiqi məsələlərinin mühüm istiqamətinin təşkil
edir.
Dilçiliyin tətbiqi istiqamətləri həm zəngin tarixə və ənənəyə malik, həm də elm və texnikanın
inkişafı nəticəsində meydana çıxan nisbətən yeni sahələri əhatə etməklə yazı ilə bağlı bütün tətbiqi
məqamları əhatə edir.
Fonetik səviyyədə müşahidə olunan bir çox hadisələr dil sistemindəki qanunauyğunluqların
və tarixi inkişaf xüsusiyyətlərinin araşdırılması baxımından daha çox nəzəri, dilin tətbiqi ilə bağlı
bəzi məsələlər isə praktik əhəmiyyət daşıyır. Dil vahidinin tələffüz və qrafik ifadə baxımdan əslinə
uyğun şəkildə təsvirini nəzərdə tutan transkripsiya və transliterasiya həm milli, həm də beynəlxalq
vahidlərin tətbiqində bir sıra həll olunmamış məsələlərin və tətbiq sahələrində çətinliklərin
mövcudluğu ilə diqqəti cəlb edir.
Transkripsiya və transliterasiya terminlərinin dəqiqləşdirilməsi və onların tətbiq sahələrinin
müəyyənləşdirilməsi vacib məsələlərdəndir. Transkripsiyada mənbə dildəki tələffüz mümkün qədər
saxlanılmaqla dil vahidi başqa dilin hərfi işarələri ilə əks olunursa, transliterasiya zamanı tələffüz
yox, qəbul olunmuş xüsusi qaydalar nəzərə alınır.
Müasir dövrdə iqtisadi və mədəni sahədə əlaqələrin genişlənməsi transkripsiya və
transliterasiya məsələlərini aktuallaşdırır. Beynəlxalq Standart Təşkilatı (İSO) tərəfindən
transliterasiya ilə bağlı qaydaların qəbul olunmasının əsasını təşkil edən təkliflərin hələ XIX əsrin
sonlarında hazırlanmasına baxmayaraq, bu sahədə problemlər qalmaqdadır. Ümumi qaydalardan
əlavə, hər bir dil üçün uyğun qaydaların müəyyən olunaraq standart kimi təsdiq olunması və tətbiqi
də anlaşılmazlığa yol açır. Bunu nəzərə alaraq, bir çox hallarda bir dildə müxtəlif tətbiq sahələri
üçün fərqli standartlar müəyyən olunur.
Müxtəlif dillərin fonetik və qrafik strukturunun fərqli olduğunu nəzərə alsaq, dil vahidlərinin
“çevrilməsi” prosesinin şərti olması, bir çox məqamların konkret qaydalardan kənarda qalması
təsadüfi deyil. Xüsusi və coğrafi adların transliterasiyası onların ümumi qrafika ilə verilməsi
zərurətini də meydana çıxarır. Bu zaman Beynəlxalq Fonetika Assosiasiyasının əlifbasından və ya
müxtəlif dillər üçün uyğunlaşdırılmış və qeydiyyata alınmış əlifbadan (SAMPA) istifadə olunması
məqsədəuyğundur. Lakin bəzən dil sistemində mövcud olan incəliklərin diakritik işarələrlə
verilməsi (məs., rus dilində samitlərin incə və qalın variantlarının küçə adlarının və xüsusi adların
transliterasiyası zamanı fərqləndirilməsi) qarışıqlıq və anlaşılmazlığa səbəb olur.
Müasir dövrdə texnikanın yüksək səviyyədə inkişafı avtomatik proqramlarının vasitəsilə
transkripsiya (transkriptor) və transliterasiya (onlayntranslit) ilə bağlı çevirmələrin həyata
keçirilməsinə imkan verir. Qarşıda duran vacib məsələ dilin səciyyəvi xüsusiyyətlərini əks
etdirməklə yanaşı mümkün qədər dəqiq və praktik baxımdan işlək qaydaların müəyyən olunmasıdır.
Mövcud təcrübə göstərir ki, transliterasiya ilə bağlı beynəlxalq standartların hər bir dildə
tətbiq sahəsi nəzərə alınmaqla ümumiyyətlə tərcümə prosesində - alınmaların yazı qaydalarının
tənzimlənməsində və rəsmi sənədlərdə (eləcə də pasportda) istifadə olunan standartlar olaraq
fərqləndirilməsi daha məqsədəuyğundur. Alınmalarla bağlı qaydaların tətbiqində söz alan dilin
fonetik qaydaları daha çox nəzərə alınırsa, ikinci halda müəyyən məqamda beynəlxalq fonetik
əlifbanın imkanları üstün tutula bilər. Bu məqamda bir incə məqama da toxunmaq istərdik: elmi
yanaşma vacib olsa da, transliterasiya standartlarının tətbiqi zamanı praktik variantların seçimi
özünü daha çox doğruldur. Belə ki, dilin fonoloji sistemi üçün səciyyəvi incəliklərin diakritik
işarələrlə verilməsi təcrübəsi, demək olar ki, müxtəlif ölkələrin təcrübəsində özünü doğrultmayan
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
211
məqamlardandır (Məs., Rusiyada küçə və prospekt adlarının “Gor′kovskaya”, “Teatral′naya”
şəklində verilməsi – yumşaq-incə samitin yazıda əks olunması rus dilinin incəliklərini bilməyən
əcnəbi vətəndaşı çətinlik qarşısında qoyur...).
Transliterasiya qaydalarının tətbiqində digər həssas məqam eyni hadisənin bir neçə formada
verilmə imkanına yol verilməsidir. Məsələn, rus dilində tərkibində “ц” samiti olan ümumi isimlər
Azərbaycan dilində “s” ilə yazılır: dosent, konsert..., lisey. Vitse sözü istisna olmaqla... Xüsusi
isimlərdə sözün əvvəlində “s”, sözün ortasında və axırında “ts” yazılır: ...Siolkovski, Vorontsov...
(6, 13). Düşünürük ki, belə məqamlarda tələffüz xüsusiyyətləri, eləcə də Azərbaycan dilinin
səciyyəvi fonetik xüsusiyyətləri nəzərə alınmaqla eyni qaydanın bütün məqamlar üçün məqbul
hesab olunması daha məqsədəuyğun və praktik baxımdan faydalı olar.
Transliterasiya standartlarının müəyyən olunması və bu qaydaların tətbiqi ilə bağlı qərarın
verilməsi üçün bəzi hallarda sadə qaydalar sisteminin nəzərə alınması kifayət edirsə, müəyyən
məqamlarda müxtəlif dildaxili və eləcə də xarici amillərin nəzərə alınması zərurəti meydana çıxır.
Türk dillərində ahəng qanunu bir çox hallarda transliterasiya ilə bağlı qaydaların müəyyən olunması
və tənzimlənməsi üçün əsas rol oynayır. Lakin bəzi məqamlarda dil əlaqələri, sosial amillərin təsiri
ilə meydana çıxan variantlar bu məsələyə daha həssas yanaşma tələb olunduğunu göstərir. Qeyd
olunan problem onomastik vahidlərin yazı qaydalarının tənzimlənməsində xüsusilə nəzərə çarpır.
Müasir qazax dilinin antroponimikasında alınma adların mənimsənilməsi zamanı qazax-rus
ikidilliliyi şəraitinin nəticəsi kimi eyni adın müxtəlif fonetik-orfoqrafik variantları meydana çıxması
diqqəti cəlb edir: Əbdilda// Fabdolla, Ədilbek// Fadılbek, Maxambet// Müxamet... (7). Xüsusi
adların variantlılığı, düşünürük ki, yolverilməz haldır və dilin ümumi qaydalar sistemi çərçivəsində
tənzimlənməlidir.
Nəzərə almaq lazımdır ki, dil sistemi dil elementlərinin toplusu, “yığını” deyil, bu elementlər
arasındakı münasibətlərin, onların reallaşma imkanlarının modellərini əks etdirən sistemdir. Dilin
tətbiqi istiqamətlərini əks etdirən orfoqrafiya, transliterasiya və transkripsiya məsələlərində bu
məqamların diqqət mərkəzində saxlanılması zəruridir.
ƏDƏBİYYAT
1.
Л.Вербицкая. Cовременная русская орфоэпия и орфофония.
//Чуждоезиковообучение, година XL, книжка 1, 2013// http://master-
rki.net/docs/Verbitskaya012013
2.
Виноградов В.В. Проблемыкультурыречи и некоторыезадачирусскогоязыкознания //
Вопросыязыкознания. 1964. № 3. С. 3–18.
3.
Винокур Г. Проблемакультурыречи// Русскийязык в советской школе. 1929. № 5. С.
82–92.
4.
Бондарко, Л. В., Вербицкая Л. А., Гордина М. В. Основы общей фонетики. СПб. :
Санкт-Петербургский государственный университет, 1991. С. 141.
5.
Dəmirçizadə Ə. Azərbaycan dilinin üslubiyyatı. Bakı, 1962.
6.
Azərbaycan dilinin orfoqrafiya lüğəti. Bakı, “Şərq-Qərb”, 2013.
7.
Диарова М.А.ВариантыКазахскихимён и фамилий.
//http://library.wksu.kz/dmdocuments/%D0%94%D0%B8%D0%B0%D1%80%D0%BE%D0%B2
%D0%B0%20%D0%9C.pdf
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
212
Nazaket Gaziyeva
Azerbaijan National Academy of Sciences,
The İnstitute of Linguistics named after İ.Nasimi
n.qazı@inbox.ru
Applied problems in the Turkic languages: transcription and transliteration
Summary
Thisarticlediscussesone of thepressingproblems of linguisticsfortoday - thenorm.
Thefactorsaffectingtherateintheage of globalization, thecauses of deviationsfromthenorm.
Theproblems and difficult iesarising from the borrowing of words and the transliteration of
onomasticunits.
Lütfiyyə Əsgərzadə, fil.ü.f.d., dos.
AMEA Nizami adına Ədəbiyyat İnstitutu
XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ ORTAQ TÜRK DİLİ ÇALIŞMALARI
(Hüseyn Cavid)
XIX əsrin əvvəllərindən etibarən Şimali Azərbaycanda hakimiyət qurmaya başlamış, 1813-cü
ildə Gülüstan, 1828-ci ildə Türkmənçay sülh müqavilələri ilə İran, 1829-cu ildə Ədirnə əhdnaməsi
ilə isə Osmanlı Dövləti Rusyanın bölgədəki hakimiyyətini tanımaq məcburiyyətində qaldılar.
Hakimiyyətində olan Şimali Azərbaycanda müstəmləkə siyasəti yürüdən Rusya bölgənin mədəni,
etnik və dini quruluşu üzərində davamlı oyunlar oynamağa başladı.
Bölgənin əsl sahibi olan Azərbaycan türklərinin Türkiyə ilə olan irqi, dini
və mədəni, məxsus da dil bağlarını zəiflətmək, qoparmaq, millətə dilini və şəxsiyyətini unutduraraq
manqurtlaşdırmaq üçün ruslar çox planlı və davamlı bir siyasət təqib etdilər. İlk iş "Türk" kəlməsinə
və "Türk dili" məsələsinə qarşı oldu. Beləliklə, kimlikdə milliyyəti yerində "Türk" -
"Azərbaycanlı", "Türk dili" yerinə "Azərbaycan dili" istifadə edilməyə başladı. Bu zaman Türk
dünyasının birliyini qorumaq üçün mücadiləyə qalxan Türk birlikləri Ortaq Türkcə ideologiyası
üçün müəyyən işlər görməyə başladılar. Bu mənada, İsmayıl Gaspıralının düşüncələri, Ortaq Türkcə
ideologiyası adına etdikləri daha qiymətlidir. İsmayıl bəyin bu ideologiyasına Azərbaycan ziyalıları
da dəstək verdi. "Dildə, fikirdə, işdə birlik" - düşüncəsinin Azərbaycanda israrlı təqibçisi Türk
ittihadı uğruna mübarizə edən Əli bəy Hüseynzadə və onun izindən yürüyən Hüseyn Cavid əfəndi
oldu.
Bu işdə, XX əsrin başlarından etibarən Azərbaycanda türkçülük ideologiyasının
formalaşmasında və inkişafında ƏDƏBİYYATda türkçülüyün boy atıb-inkişafında "Turan uğrunda
çırpın və döyüş! Çünki Turan'sız nicat ümidi əbəsdir! "- deyə hayqıran, Türk birliyi düşüncəsini
milətinin şüuraltı dərinliklərinə yeridən Hüseyn Cavid əfəndinin Ortaq Türk dili üçün
Azərbaycanda verdiyi mübarizə diqqətədəyərdir.
Bilindiyi kimi, XX əsrin əvvəllərində Azərbaycanda, eyni zamanda Türk qövmlərinin
yaşadığı digər ərazilərdə, bir çox sahədə görülən mübarizə, ictimai - siyasi gərginlik, qarışıqlıq,
hadisələrin sürətli dəyişməsi ədəbi dilin formalaşmasına da əhəmiyyətli ölçüdə təsir edirdi.
Xüsusilə, dövrün irəli gələn tərbiyəçiləri, mətbuat mənsubları bu mövzunu davamlı gündəmdə
tutaraq "hansı dil və ya şivəylə yazmalı" sualıyla müzakirəni daha da qızışdırırdı. Bütün Türk
qövmlərinin gündəminə oturan bu sual və bu mövzudakı fikirlər zamanla şəkillənərək iki
istiqamətdə inkişaf edirdi. Bir qisim ziyalılar Osmanlı türkcəsinin olduğu kimi almaq lazım
olduğunu söyləyərkən, bir qisimi hazır bir dialekt alınmasının doğru olmadığını, hər şivənin öz
xüsusiyyətlərini əks etdirməsi lazım olduğunu düşünürdü. Belə bir qarışıqlıq içində formalaşan
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
213
Azərbaycan ədəbi dili üçün Əli bəy Hüseynzadə elm, ədəbiyyat və sənət dili olaraq İstanbul
türkçəsinin istifadə edilməsini təklif edirdi, həm də bir çox araşdırmaçının iddia etdiyi kimi,
qüsursuz sayaraq təklif etmir, "öz şivə və ləhçələrimizi islah və tövhid ilə özümüzə məxsus mədəni
və ədəbi bir Ortaq Türk dili bədənə gətirək" – şəklində təklif edirdi. Necə ki, 1905-ci ildə "Həyat"
qəzetində dilini tənqid və kinayə edənlərə cavab olaraq, qəzetlərində bütün Qafkaza və Rusyadaki
Türklərə xitab etmək üçün "Ortaq bir Türk dili" yolu tutduqlarını izah edərək, heç bir ləhcənin
qüsursuz olmadığını söyləyər. Ortaq dil mövzusu Ə.Hüseynzadənin üzərində israrla dayandığı
məsələ idi və hər fürsətdə "Türk qövmlərinin çox geniş torpaqlarda bəzi ləhcə fərqləri ilə eyni dili
danışdıqlarını" dilə gətirirdi. Mütəfəkkir Hüseyn Cavid əfəndi isə İstanbul türkcəsi ilə bir-birindən
sanballı əsərlər yaradaraq Ortaq Türk Dili ideologiyasına xidmət edirdi.
Rasim Həsənov, fil.ü.f.d.
ADPU, Azərbaycan dilçiliyi kafedrası
TÜRKOLOGİYANIN BƏZİ AKTUAL PROBLEMLƏRİ HAQQINDA
Keçən əsrin 70-80-ci illərindən başlayaraq bu günə qədərki dövrdə Azərbaycan
dilçiliyində türk dillərinin tarixinin öyrənilməsi, müasir dövrün tələblərinə tam və yüksək elmi
səviyyədə cavab verən problem mahiyyətli elmi-tədqiqat işlərinin aparılması istiqamətində xeyli
irəliləyişə nail olunmuş, həm keyfiyyəti, miqyasına və həm də özəlliyi, sanbalına görə də fərqlənən
türk dilləri tarixinin mühüm məsələlərini əhatə edən və xüsusi əhəmiyyət kəsb edən (müxtəlif
mövzularda) çoxsaylı elmi-tədqiqat işləri yerinə yetirilmişdir. Türkologiya sahəsində əldə edilən
nailiyyətlər, qazanılan uğurlar təkcə bu göstərilənlərlə məhdudlaşıb qalmır. Əslində bu sahədə daha
çox və diqqətəşayan işlər görülüb. Belə ki, türk dillərinin qrammatikalarına, ümumtürk
filologiyasına, türksistemli dillərin tarixinə həsr olunmuş və həmin dillərin aktual məsələlərini
özündə ehtiva edən yüzlərlə məqalə, elmi əsər və dəyərli monoqrafiyalar yazılmış, neçə-neçə
namizədlik və doktorluq dissertasiyaları müdafiə edilmişdir. Bundan başqa, türkologiyanın aktual
problemlərinə dair nəşr olunmuş bu əsərlərdə həmçinin türk xalqlarının mehriban qonşuluq
münasibətləri, adət-ənənəsi və folklorunun öyrənilməsinə də müəyyən yer verilir.
Bütün bunların, eləcə də Bakıda keçirilmiş nüfuzlu Beynəlxalq simpozium və
konfransların nəticəsidir ki, artıq bu gün Azərbaycan dünya miqyasında türkoloji tədqiqat
mərkəzlərindən birinə çevrilməkdədir. Türk dili tarixinin öyrənilməsində qazanılan
müvəffəqiyyətlər və əldə edilən bu uğurlarla yanaşı, onda mübahisə doğuran, dəqiqləşdirilməsinə
ehtiyac duyulan və hələ də həll edilməmiş müəyyən məsələlər, kəsr və boşluq vardır. Onlar əsasən
aşağıdakılardan ibarətdir:
1. Türk dili tarixinin bütün xüsusiyyətlərini, ümumən türkologiyanın zəruri, vacib və
aktual problemlərini əhatə edən (əks etdirən) “Türkologiyanın əsasları” adında fundamental
dərsliyin olmaması.
2. Üslubiyyatın bütün bəhs və problemlərini özündə əks etdirən, müasir dövrün tələblərinə
tam cavab verən kamil və stabil “Azərbaycan dili üslubiyyatı”nın yaradılmaması.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
214
Sima Quliyeva, fil.ü.f.d., dos.
AMEA Nəsimi adına Dilçilik İnstitutu
TÜRK DİLLƏRİNİN ORTAQ LEKSİKOQRAFİYASI
Vahid prototürk dilindən qaynaqlanmış müasir türk dilləri tarixən baş vermiş diferensiasiya
prosesində yaranmış və bir-birindən bu və ya digər dərəcədə uzaqlaşmış, müstəqil dil statusu
qazanmışlar. Dünyanın müasir siyasi-iqtisadi mənzərəsi türk dillərinin inteqrasiyası üçün əlverişli
zəmin yaratmışdır. Müstəqil türk dövlətlərinin sayı artmış, tam müstəqil siyasi bazaya malik
olmayan türkdilli xalqların dil siyasətinə müdaxilə azalmışdır. Qeyd olunan cəhətlər tük dillərinin
inteqrasiyası imkanını kifayət qədər yüksəltmiş və demək olar ki, sürətləndirmişdir. Hazırda ortaq
türk dili, ortaq türk terminologiyası kimi problemlər qoyulmuş, bu istiqamətdə tədqiqat və
araşdırmalar aparılmaqdadır. Belə hesab edirik ki, ortaq türk leksikoqrafiyası problemi də bu
qəbildəndir və inteqrasiyaya meylin nəticəsi kimi ortaya çıxır.
Türk dillərinin ortaq leksikoqrafiyası məsələsinə müxtəlif istiqamətlərdən yanaşmaq
mümkündür. Həmin istiqamətləri fərqləndirməyə çalışaq.
Birinci istiqamət türk dillərinin ortaq leksikası və ya ortaq leksik fondu diferensasiyadan
əvvəl mövcud olmuş və diferensiasiya prosesinin müəyyən dövrünə qədər də müəyyən artımla
səciyyələnmişdir. Şübhəsiz ki, bu leksik fondu türk dillərinin qədim leksik qatı olaraq ayırmaq
mümkündür. Qədim ortaq leksik fond yazılı abidlərdə təsbit olunmuşdur. Ə.Dəmirçizadə türk
dillərinə dair ilk mənbələri ümumi və xüsusi olmaqla iki qrupa bölmüşdür. Onun fikrinə görə,
“əksərən türk dilləri ailəsinə mənsub dillərin vahid xalq dili halında formalaşmasından əvvəlki
dövrdə qəbilə və ya tayfa dilləri əsasında yazılmış kitabələri və s. ümumi ilk mənbələr, bu və ya
digər dilin xalq dili halında formalaşması dövründə yazılan və ümumxalq dilinin ilk formalaşma
mərhələsini əks etdirən kitabə və s. isə xüsusi ilk mənbələr adlandırmaq lazımdır” (1, 31).
İlkin mənbələr dilin dövrlər üzrə inkişaf xüsusiyyətlərinin açılmasında əvəzsiz rol oynayır.
Türk dillərinin yazılı abidələrinin xronoloji düzülüşü Orxon-Yenisey kitabələri ilə başlanır, uyğur
yazıları ilə davam edir Mahmud Kaşğari lüğəti, Yusif Balasqunlunun “Qutadqu Biliq” əsərləri
“Kitabi-Dədə Qorqud” dastanları, İbn-Mühənna lüğəti, “Kodeks Kumanikus” və digər yazılı
abidələrlə davam etdirilir.
Leksikoqrafiya lüğətləri əhatə etdiyindən qədim ortaq leksik fonddan bəhs olunarkən, ilk
növbədə, lüğət tipli yazılı abidələri nəzərə almalıyıq. Bu sahədə ən qiymətli və əvəzolunmaz abidə
XI yüzillikdə Mahmud Kaşğarinin qələmə aldığı, tərtib etdiyi “Divanü lüğat-it –türk” əsəridir.
M.Kaşğarinin əsəri Xaqaniyyə ləhcəsinin materialları əsasında yazılmış və burada 20 türk boyunun
dili müqayisəyə cəlb olunmuşdur. Bu lüğət hazırda müxtəlif türk dillərinə tərcümə edilmiş və ya
çevrilmişdir. “İbn Mühənna” lüğətinin əvvəllər XIV əsrdə yazılması güman edilirdisə, hazırda
onun XIII əsrə aid yazılı abidə olması haqqında fikirlər səslənməkdədir. T.Hacıyev göstərir ki, Ibn
Mühənna lüğətinin söz tutumu P.Melioranskidə 1773 söz, Abdullah Battalda 1920 söz,
Azərbaycanda nəşr edilmiş müqayisəli lüğətdə isə 2839 sözdən ibarətdir( 2, 30; 3).
Z.Bunyadov və V.Aslanovun verdiyi məlumata görə, XIII əsrin sonlarında, XIV əsrin
əvvəllərində türk dilinin müxtəlif lüğətləri və qrammatikaları hazırlanmışdır (4, 3). Belə əsərlərdən
biri də Əsirəddin əbu Həyyan əl-Əndəlusinin “Kitab əl-idrak li-lisan əl-ətrak” olmuşdur(5).
Ümumiyyətlə türk dillərinin XI əsrdən sonrakı dövrünə dair yazılı abidələr kifayət qədər
çoxdur və bu abidələr əsasında müxtəlif tədqiqatlar aparılmışdır. Türk dillərinin ən qədim yazılı
abidəsi isə Orxon-Yenisey kitabələridir. Bu kitabələrin tənqidi mətnləri və tərcümələri artıq
müxtəlif türk dillərində nəşr edilmişdir. Bu abidə də kifayət qədər geniş planda tədqiq olunmuşdur.
Türk dillərinin ortaq leksikoqrafiyasının qədim dövrünü əhatə edən işlərdən bəhs edərkən
məqsədimiz mövcud abidələr haqqında ümumi məlumatlar vermək deyildir. Bu barədə türk
dillərinin tədqiqatçıları geniş məlumata malikdirlər. Məsələ ondadır ki, qədim dövr ortaq leksik
fond, fikrimizcə, bu günə qədər geniş planda formalaşdırılmamışdır. Belə hesab edirik ki, ortaq türk
leksikoqrafiyası problemi qədim dövr ortaq türk leksik fondunun tam mənzərəsini qeydə almalıdır.
Bu məqsədlə türk dillərinin diferensiasiyasının müəyyən dövrünə qədərki yazılı abidlərin leksik
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
215
fondları tərtib olunmalıdır. Biz bu dövrü Orxon Yenisey abidələrindən başlayaraq XV əsrin sonuna
qədər götürməyi məqsədəuyğun sayırıq. Qeyd olunan dövrə aid bütün abidələrin lüğətlərini
müəyyən ortaq əlifba əsasında tərtib edilməsi vacib məsələlərdəndir. Bu lüğətə daxil olacaq bütün
sözlərin izahları bir dildə verilməlidir. Müasir türk dilində belə işlərin görüldüyünü nəzərə alsaq,
sözlərin mənalarının müasir türk dilində verilməsi məqsədə uyğun olardı. Yeri gəlmişkən qeyd
etmək lazımdır ki, müasir dövrdə kompüterlərdən istifadə və elektron lüğətlərin tərtibi təcrübəsi
izahların tədricən elektron formada bütün dillər üzrə aparılmasına imkan yaradacaqdır. Müasir
kompüter leksikoqrafiyası tətbiqi dilçiliyin mühüm sahələrindən birinə çevrilməkdədir. Kompüter
vasitələrinin, eləcə də ixtisaslaşdırılmış texnologiyaların tətbiqi dillərin təhlili və işlənməsi
sahəsində yeni imkanlar açır. İnformasiya texnologiyaları, hər şeydən əvvəl, materialın toplanması
və təhlili prosesini sürətləndirir.
Avtomatlaşdırılmış leksikoqrafiya tətbiqi linqvistikanın xüsusi istiqaməti olub informasiyanın
əks etdirilməsinə, eləcə də lüğətin məzmununa münasibətdə yeni yanaşma üsullarını formalaşdırır. Dostları ilə paylaş: |