Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə28/72
tarix31.01.2017
ölçüsü3,34 Mb.
#7257
1   ...   24   25   26   27   28   29   30   31   ...   72

 

Belə bir vəziyyətdə, xəyalının çox-çox uzaqlarda olduğu vaxt, bir gün səhər Cəfər Məmmədzadə 



şəxsən özü Raufun yanına gəldi və onu görüşə dəvət etdi, dedi ki, bacısı qızı onu görmək istəyir. 

 

Adətən, bu vaxtlar məhbuslara çox nadir hallarda görüş verilirdi; görünür, elə ona görə də böyük 



nəzarətçi karıxan kimi idi. Cəfər Məmmədzadə qaşlarını çatıb, ona xas olmayan bir gümrahlıqla 

kənara baxa-baxa danışırdı. Rauf məəttəl qalmışdı, hansı bacısı qızı? 

 

Onun heç bacısı var ki, qızı da olsun? Amma öz təəccübünü gizləyib dinməz-söyləməz 



nəzarətçinin ardınca idarə binasına getdi. 

 

Orda onu Aida gözləyirdi. Rauf qapıdan içəri girən kimi Aida sevincindən hıçqıra-hıçqıra özünü 



onun üstünə atdı. 

 

Səkkiz aylıq qadın həsrətindən sonra Rauf isti bir bədəni bağrına basmışdısa da, sıxılırdı və 



sıxıntı üçtərəfli rəsmi-intim görüşün axırına kimi keçib getmədi. 

 

Cəfər Məmmədzadə qapının ağzında durmuşdu: nə içəri girən kimi içəri girirdi, nə də çıxıb 



gedirdi. Özü də elə dayanmışdı ki, çal eşmə bığları və əynindəki hərbi paltarıyla o, donub qalmış 

vəziyyətdə atəş əmri gözləyən yaşlı topçulara oxşayırdı. 

 

Bacıqızını bağrına basıb söhbət eləmək bir elə də münasib deyildi, odur ki, Rauf Aidanı buraxıb: 



 

– Sən hara, bura hara? – deyə soruşdu. – Necə gəlib çıxmısan bura? 

 

– Hamı necə, mən də elə. – Raufun ondan aralı durmağı Aidaya pis gəldi, Cəfər Məmmədzadəni 



göstərib bərkdən pıçıldadı: – Bu yoldaşın görəsən ağlına gələcək ki, bayıra çıxıb qapını örtsün, 

yoxsa ona demək lazımdır bunu? 

 

– Deyəsən sənin yadından çıxıb biz hardayıq?! Səni ki, hörmət eləyib bura buraxıblar, bu özü elə 



böyük işdir. 

 

– Heç bir böyük iş-zad yoxdur burda. – Aida etiraz elədi. 



 

– Onlara əmr eləyiblər, onlar da buraxıblar. Bu görüşə görə dayımın öz yanına getmişəm. Özün 

bilirsən ki, ana tərəfin qohumlarından zəhləm gedir. Ömrümdə birinci dəfə idi ki, onun yanına 

xahişə gedirdim, o da sənə görə. 

 


 

207


– Niyə, o həmişə xeyirxah adam olub. – Rauf gözlərini ağardıb Aidaya başa salmaq istədi ki, 

onun tanımadığı dayı haqqında söhbətin yeri deyil, amma Aidaya təsir eləmədi bu. 

 

– Dayım – baş prokurorun müavinidir, onun əmrləri yerinə yetirilməlidir. 



 

Mənə icazə veriblər ikilikdə görüşüm səninlə. – Bunu deyəndə Aida çönüb eyhamla nəzarətçiyə 

baxdı, amma o, özünü elə göstərdi ki, guya eşitmir. 

 

– Eyibi yoxdur, – Rauf, Cəfər Məmmədzadə ilə münasibətini korlamaq istəmirdi, ona görə də 



Aidanın kobudluğunu yumşaltma- 377 ğa çalışdı. – Görüşməyimiz elə nəyə desən dəyər. Az 

qalıb. Allah qoysa, onda hər şey yaxşı olar. 

 

– İl yarımın harası azdı? – Aida gülümsədi və birdən də başladı ağlamağa. – Mən darıxmışam 



səninçün, hər gecə yuxuda görürəm səni, amma sən heç sevinmirsən mənim gəlməyimə. – O, 

üzünü onun sinəsinə sıxıb hönkür-hönkür ağladı. 

 

Rauf özünü itirmiş halda nəzarətçiyə baxdı, o, Raufun bu baxışını kömək istəmək kimi başa 



düşdü və keçib stolun üstündəki qrafindən bir stəkan su töküb Raufa verdi. 

 

Aidanı o, çətinliklə sakit eləyə bildi, ayrılıb gedəndə də hələ kəsik-kəsik hıçqırırdı. 



 

Raufun “bacısı qızı”nı böyük nəzarətçi özü apardı yola salmağa. 

 

Otaqda tək qalan Rauf qəribə bir yüngüllük hiss elədi. O, oturub nəzarətçinin “bacıqızı” barədə 



suallarını gözləyirdi, amma Cəfər kişi heç bir sual-zad vermədi. Rauf durub öz iş yerinə 

qayıdanda heç özü də bilmədi necə oldu soruşdu ki, bəs Həsən ezamiyyətdən nə vaxt qayıdacaq. 

Başqa vaxt Cəfər Məmmədzadə onun sualını yəqin ki, cavabsız qoyardı, çünki bu, müdiriyyətin 

sırf daxili işi idi, belə şeylər, adətən, gizlin saxlanılırdı, amma görünür, “bacıqızı” ilə “dayı”nın 

çox təsirli görüşü onu da sarsıtmışdı, ona görə də cavab verdi ki, anasının xəstəliyi ilə əlaqədar 

nazirlik Həsəni burdakı vəzifəsindən azad eləyib, Lənkərana başqa işə keçirib. 

 

Əlbəttə, bu xəbər Raufu açmadı, amma bir müddət keçəndən sonra daha aşkar hiss elədi ki, 



Həsənin simasında onu özünə mənəvi ata sayan yeganə bir adamı itirib. Gilələri şirəyə dolmuş 

üzüm salxımı kimi, Raufun da başına saysız-hesabsız fikirlər, sözlər yığılıb qalmışdı, amma daha 

onları deməyə layiqli bir adam yox idi. 

 

O, qaladığı ocağın yanında oturub tez-tez oğlanlarını düşünürdü. 



 

Düşünürdü ki, indiyə kimi hələ bir dəfə də olsun onlarla həyat barədə ciddi söhbət eləməyib. Bəs 

niyə eləməyib? – Özü də məəttəl qalırdı. 

 

Axır vaxtlar o, tez-tez ailəsi üçün darıxırdı, amma məktublarında arvadına da, uşaqlarına da 



yanına gəlməyi qadağan etmişdi. 

 

Arvadı ilə görüşə çağırılanda Rauf həmişəki kimi bağda idi. Bu xəbəri o, demək olar ki, laqeyd 



qarşıladı. Tələsmədən, arxayınarxayın əl-üzünü yuyub görüşə getdi. Xalidənin sıxıla-sıxıla 

danışmağından hiss olunurdu ki, yad adamların yanında o, sərbəst 378 söhbət eləyə bilmir. İlk 

baxışda arvadı pis dəymədi Raufun gözünə, bir az keçəndən sonra isə onun danışdığı təzə 

xəbərlərə qulaq asaasa kəşf elədi ki, Xalidə xoş duyğular oyadır onda, özü də təəccüb elədi buna. 

Rauf ürəyində gülümsəyib öz halalca arvadının onda oyatdığı bu hissi aylarla qadın həsrətində 

olmağı ilə izah elədi. 

 


 

208


Xalidə söhbətini qurtarandan sonra, Rauf ata-anasını xəbər aldı. 

 

Xalidə razılıqla cavab verdi ki, lap yaxşıdırlar, onda o, özünü saxlaya bilməyib: 



 

– Görürsən, əzizim, – dedi, – hər şey yaxşıdır. Sənin ananın və mənim sevimli qayınanamın 

nəzəriyyəsinə görə, gələcəkdə onlar özlərini daha gözəl hiss eləyəcəklər. Müvəqqəti olsa da, 

daha məni görüb əsəbiləşmirlər, ürəklərindən qara qanlar axmır. 

 

– Düz demirsən, onlar sənin bura düşməyinə görə çox fikir eləyirlər. 



 

– Fikir eləməyinə eləyirlər, amma görüşəndə ola bilər ki, heç salam da verməsinlər. 

 

– Heç elə şey olar, sən nə danışırsan?! Atam indidən götür-qoy eləyir ki, görsün sən qayıdanda 



hara düzəldə bilər səni. Deyir ki, bir yandan baxanda baxtımız gətirib, indi sən daha əvvəlki işinə 

qayıda bilməzsən, onsuz da o işin axırı yox idi, gec-tez bir zibili çıxacaqdı. 

 

Rauf etiraz eləməyə macal tapmadı, çünki elə həmin dəqiqə görüşün vaxtı qurtardı. Otaqda başqa 



qadınlar da var idi, amma kişilərin baxışlarından belə məlum olurdu ki, aralarında ən 

gözəgəlimlisi, ən yaraşıqlısı Xalidədir. Bəlkə də o, müqayisədə belə görünürdü, görüşə gəlmiş 

qadınların elə bil qəsdən nə boy-buxunları vardı, nə də bir babat sir-sifətləri. Rauf bunu yaxşı 

başa düşsə də, birdənbirə qısqanclıqla oxşar bir şey ox kimi ürəyinə sancıldı. 

 

Görüşdən sonra Rauf tez-tez Xalidə barədə düşünürdü. İndi o, çoxdan unudulub getmiş xoş 



günləri, xoş saatları yadına salır və yavaş-yavaş özü də hiss etmədən bu qərara gəlirdi ki, Xalidə 

həmişə ona yaxşı arvad olub. 

 

O, öz gələcək həyatı barədə fikirləşirdi və bütün planları da, demək olar ki, Xalidə ilə bağlı 



olurdu. Bu düşüncələrdən onu vaxtaşırı Arif ayırırdı. Onun dediyinə görə, işlər düzəlirdi yavaş-

yavaş və ümid var idi ki, şüvəlanlılar bir neçə gündən sonra öz şikayətlərini prokurorluqdan 

tamam geri götürsünlər. 

 

* * * Ən gözəl xəbəri o, Arifin sonuncu gəlişində eşitdi. Şənbə günü idi; əvvəllər Arif şənbə 



günləri heç vaxt gəlməzdi. Rauf Əsgərovu yanında görəndə inanmadı gözlərinə. Sonra da Arif 

böyük bir sevinclə quşun tapıldığını xəbər verəndə – qulaqlarına da inanmadı, lap çaşıb qaldı. 

Sən demə, bu günlərdə təsadüfən məlum olub ki, o sırtıq quş gedib Mərdəkanda özünə məskən 

salıb. üstəlik orda bala da çıxardıb və bütün qışı balaları ilə kiminsə qapısı bağlı bağının 

zirzəmisində keçirib. İndiyə kimi hələ heç kim baş çıxara bilmir ki, şəhərdən qırx kilometr uzaq 

bir yerə o necə gedib çıxıb. Tapılmağı da yerli poçtalyonun sayəsində olub. Sayəsində deyəndə 

ki, dar bir dalanda poçtalyonla rastlaşıb, elə o dəqiqə də ona möhkəm bir dimdik vurub. Hal-

hazırda kivi və onun əziz-xələf üç balası təzə heyvanxanada ayrıca qəfəsdə yaşayırlar. 

 

Beləliklə, quş oğurluğu üstündə verilən ittiham Raufun üstündən götürüldü. Qocalıb əldən 



düşmüş kərgədanın buynuzunu özbaşına kəsməklə heyvanxanaya vurduğu ziyana görə isə o, 

cəzasını artıqlaması ilə almışdı: iki yüz manat cərimə verib, doqquz ay da cəmiyyətdən kənarda 

yaşamışdı – hər halda, bir buynuzun qiyməti bundan artıq olmazdı. 

 

Arif danışırdı, Əsgərovsa başı ilə onun dediklərini təsdiq eləyirdi; o, əməlli-başlı məyus idi. 



Sonrakı hadisələr hamısı elə bil duman içində baş verirdi. Əsgərovun müşayiəti ilə Rauf 

həbsxana rəisinin yanına getdi, orda ona azad olmağı barədə order verdilər. Sonra o, duş qəbul 

elədi, üzünü qırxdı, paltarını dəyişdi və Əsgərovla, Ariflə bir yerdə küçəyə çıxdı. 

 


 

209


* * * Əlbəttə, Rauf, hər şeydən əvvəl, qaraja getmək istəyirdi; balondakı şirə çoxdan yetişib, 

həsrətlə onun yolunu gözləyirdi, amma səbrini basıb özünü ələ aldı. Müstəntiqin birlikdə şəhərə 

getmək təklifinə o, nəzakətlə cavab verdi ki, yolu başqa tərəfədir, əgər Arif aparsa, onun 

maşınında Bilgəhə, bağa getmək istəyirdi. Deyir cənnət bağının qırx qapısı var, gərək bir-bir 

açasan, Rauf da ona görə qərara 380 aldı ki, tələsməsin, gedib əvvəlcə ailəsi ilə görüşsün. Onun 

belə ağıllı nəticəyə gəlməsi nəcibliyindən çox müdrikliyindən idi. Müdriklər isə hər günün öz 

hökmünə görə hərəkət eləyirlər. Uzun sözün qısası, tələsməyin mənası yox idi – Rauf da tezliklə 

buna əmin oldu. 

 

Əsgərov həbsxananın müdiriyyətinin gözü qabağında Raufu maşına kimi ötürdü, Rauf onunla 



kinsiz-qərəzsiz danışırdı, elə bil təzə qonşusu ilə, ya da işçisinin uzaq qohumu ilə söhbət eləyirdi. 

 

Hətta hərdənbir nəzakət xətrinə gülümsəyirdi də, amma Əsgərovun səsində bir günahkarlıq var 



idi. Lap axırda, Rauf maşına oturandan sonra azca pəncərəyə əyilib ondan bir də üzr istədi və 

xahiş elədi ki, nə vaxt, nə çətinliyə düşdü – ya işə, ya da evə, fərqi yoxdur – götürüb ona zəng 

vursun. Bu da ki, şübhəsiz, çox xoş idi. 

 

Onlar dinməz-söyləməz gedirdilər: Arif bütün fikri yolda, maşın sürürdü, onun keçmiş 



“müştərisi” Rauf isə, oturub qazandığı qələbədən xoşhallanırdı və eyni zamanda da fikirləşirdi 

ki, öz sirrini Arifə necə açsın, necə inandırsın onu bu sirrə. 

 

Birinci yolayrıcına gəlib çıxanda, Arif maşını Zuğulba tərəfə döndərməmiş əli ilə sağdakı bağları 



göstərib dedi ki, quşu haradasa buralarda tapıblar. Əgər bu məlumatı ilə Raufun ürəyini açmaq 

niyyətində idisə, istəyinə nail olmuşdu: həm ona görə ki, Rauf məmnuniyyətlə o iyrənc quşun 

ətraf bağların zibilliklərində özünə necə yem axtardığını təsəvvürünə gətirdi, həm də nədənsə 

birdən-birə heyvanxanadakı it yadına düşdü və qərara gəldi ki, onu Aliyə xanımdan xahiş eləyib 

alsın; yəqin müdir də Əsgərov kimi yumşalıb. 

 

Bundan sonra Rauf keçmiş vəkilinə bu günə qədər demədiyi müəmmaları, yəni öz sirrini açmağa 



başladı. O, tələsmədən, bütün təfərrüatı ilə qayınatasının evində səhifələrində köhnə reseptlər 

verilmiş nadir bir kitaba necə rast gəldiyini danışdı. Əvvəlcə Arif ona diqqətlə qulaq assa da, bir 

elə inanmırdı sözlərinə, amma elə ki, Rauf yavaş-yavaş başladı insanı cavanlaşdıran iksirin 

tərkib hissələrinin və qəribə xüsusiyyətlərinin təsvirinə keçməyə, Arifin gözlərində dərhal maraq 

oyandı. Rauf dostunu daha artıq inandırmaq üçün qayınatasının mülahizələrinə isnad edərək, 

iksirin qədim dövrlərdə yaşamış məşhur şəxsiyyətlərin orqanizmlərinə göstərdiyi möcüzəli 

təsirdən yadında qalmış tarixi faktları bir-bir sadaladı. 

 

Sezarın cavanlaşmasının tarixçəsini, qədim Misir kərgədanının tutulmasından başlayaraq, 



təfsilatı ilə danışdı, axırda gəlib öz şəxsi 381 macərasına çıxdı. Hər şeyi necə olmuşdusa, eləcə 

də söylədi, heç nəyi gizlətmədi. Onun sözləri deyəsən əməlli-başlı təsir eləmişdi. 

 

Arifi daha inandırmağa ehtiyac yox idi. Söhbət onu o qədər maraqlandırmışdı ki, maşının 



sürətini də azaltmışdı... 

 

Arifin hərdənbir dodaqlarını dili ilə yalayıb diqqətlə, təmənnasız qulaq asması yağ kimi Raufun 



ürəyinə yayılırdı, hətta ona elə gəlirdi ki, yanında tanınmış vəkil yox, vaxtilə Raufun fiziki 

gücünə və möhkəm xarakterinə həsədlə baxan o yeniyetmə məktəbli yoldaşı əyləşib. Çoxdan 

unudulub getmiş bu hiss onu vəcdə gətirdi və o, Zuğulba ilə Bilgəh arasındakı yolda öz qəti 

qərarını Arifə bildirdi, dedi ki, ona min bir iztirab, əzab-əziyyət və məhrumiyyətlər hesabına 

başa gəlmiş həmin qiymətli iksiri onunla – özünün ən yaxın, ən sadiq dostu Ariflə bölüşməyə 

hazırdır, yarıməsrlik amansız istismar nəticəsində yorulub əldən düşmüş orqanizminin bərpası 

üçün ona nə qədər lazımdırsa, gəlib aparsın. 


 

210


 

Raufun hədsiz səxavəti, mərdliyi Arifi möhkəm kövrəltdi, maşını saxlayıb onun əlini sıxdı, sonra 

da yaşarmış gözlərini silib, hisslərini cilovlaya bilmədiyi üçün üzr istədi. Göz yaşları, 

saysızhesabsız təşəkkürlər və riqqətli sözlər Raufu büsbütün çaşdırdı və ona görə də bunun 

ardınca eşitdiyi kəlmələrin mənasını o saat başa düşmədi. Rauf gülümsəyib soruşdu: 

 

– Axı niyə? – O, qəlbinin dərinliyində əmin idi ki, Arifin imtina etməsi əslində razılıqdan başqa 



bir şey deyil; ədəbli adamlar ilk təklifə təxminən belə cavab verirlər. 

 

Arif həyəcan içində maşını ötüb keçən traktora baxıb: 



 

– Məni düz başa düş, – dedi, – mən onun necə qiymətli şey olduğunu bilirəm. Amma heç vaxt 

dilimə vurmaram onu... 

 

Məmməd Məlik-Yeqanovu bir yadına sal. 



 

– Hansı Məlik-Yeqanovu, o kimdir? 

 

– Tanımırsan? Şəhərdə ən məşhur vəkillərdən idi, çox böyük də ümid verirdi. Nə qədər ki, 



Macarıstandan “Banfi” gətirməmişdi, işləri əla gedirdi. O dərmanın adı ömrüm boyu yadımdan 

çıxmaz. 


 

Bilirsən heç nədir o? Bu saat başa sallam səni – “Banfi” insanın başında tükü artırır. Buna daha 

şübhə ola bilməz, firma yüz faiz əmanət verir. Deyirlər onu icad eləyənə Nobel mükafatı vermək 

istəyirlər. 

 

– Başa düşmürəm, bu nə cəfəngiyatdır danışırsan. – Arifin sözləri Raufu bir balaca 



qıcıqlandırmışdı deyəsən. – Əşşi nə MəlikYeqanov, nə tük?!. 

 

– İş də elə ondadır ki, reseptdə yazılanlar düz çıxdı. MəlikYeqanov tamam keçəl idi, o 



dərmandan sonra bir tük gəldi başına, gəl görəsən: gur, özü də buruq-buruq. Zahirən dəyişib 

tamam başqa Məlik-Yeqanov olmuşdu, amma özü baxırdın ki, həmin adamdır. Kişi batdı getdi. 

Hamının münasibəti dəyişdi ona. Nə deyirdi, gülürdülər. Şöbəyə müdir qoymaq istəyirdilər, 

fikirlərini dəyişdilər. O vaxtdan bir dənə ciddi iş etibar eləmirlər ona. 

 

Müştərilərini də itirdi. 



 

Rauf axıra kimi qulaq asıb? 

 

– Bunların hamısını uydurursan, – dedi. – Yəqin, deyirəm, imtina eləməyinin səbəbi başqadır. 



İstəmirsən lazım deyil, insan ki, öz xoşbəxtliyini başa düşmədi, onu dilə tutmaq nahaqdır. Amma 

səbəbini izah eləməlisən. 

 

– Məsələ belədir ki... – Arif burnunun altında mızıldadı. – Mən sənə bir də ürəkdən təşəkkür 



eləyirəm... 

 

– Bura bax, dağa-daşa salma özünü, sözünü de! 



 

– Deyirəm, – Arifin gülümsəməyindən, Rauf başa düşdü ki, cavabı qondarma olacaq. – Yadıma 

elə bu saat bir əhvalat düşdü: 

 


 

211


şirvanşahlardan biri, eşitmiş olarsan Əhsitan, Azərbaycanı səyahətə çıxır... Bir az döz, 

qurtarıram, bu saat. Hə, o, Bərdədə, Şamaxıda, Gəncədə qalalara baş çəkir və hər yerdə də 

toplardan atılan yaylım atəşi altında tələbələri dəstə-dəstə onun qabağına çıxır. Və yalnız Şəkinin 

qala divarları qarşısında – özü də oranın qoşun başçısı onun uşaqlıq dostu olub – hökmdarın 

gəlişi münasibətiylə salam atəşi açılmayıb. Əhsitan öz vaxtına görə ədalətli hökmdar hesab 

olunsa da, çox sərt adam idi. O, qalaya girməyib, hamının yanında qalanın rəisindən tələb eləyir 

ki, toplardan salam atəşinin açılmamağının səbəbini izah eləsin, yoxsa boynu vurulacaq. “Bunun 

on yeddi səbəbi var, ey aqil hökmdar”, – deyə qalanın rəisi cavab verir və çalışır cəllada tərəf 

baxmasın. “De görüm hansılardır?” – Əhsitan səbirsizliklə əmr edir. – “Birincisi, topumuz 

yoxdur”, – deyə qala rəisi sadalamağa başlayır. – “Kifayətdir, – Əhsitan onun sözünü kəsir və 

əlinin işarəsi ilə cəlladı buraxır. – Mənə elə bu biri də bəsdir, qalanını deməsən də olar”. 

 

Rauf qaşqabaqlı: 



 

– Özün bilirsən, səni heç kim məcbur-zad eləmir, – dedi və fikirləşdi ki, dünyada elə adamlar 

var, onlara nə qədər istəsən də, kömək eləmək mümkün deyil; Arif də belələrindəndir. 

 

– Bax, görürsən, incidin. – Arif həqiqətən itirdi özünü. – Mən sənə çox minnətdaram. Amma sən 



də çalış, məni başa düş... Bilirsən, əzizim, sənin o əla dərmanına mənim ehtiyacım yoxdur. 

 

Düzünü bilmək istəyirsənsə, cavanlıq illəri ilə bağlı mənim sən deyə elə bir xoş təəssüratım da 



yoxdur, inan mənə! Nə görmüşəm o vaxt? Heç nə. Cavanlığım yadıma düşəndə, daha da 

kədərlənirəm. 

 

İndi isə mən özümə görə əməlli-başlı bir adamam, bu şoğərib şəkər olmasaydı, özümü lap 



xoşbəxt hiss eləyərdim. Daha heç nə də lazım deyil mənə, necəyəm, nəyim var? – bəsimdir, 

razıyam elə belə də qalsın. Bax, özüm barədə, məsələn, bilirəm ki, mən bir elə də istedadlı vəkil 

deyiləm, əlimdən qeyri-adi heç nə gəlmir, amma hər halda, camaat nəyə görəsə hörmət eləyir 

mənə... Evdə də güzəranım babatdır. Uşaqlarım məni çox istəyirlər, məncə, elə arvadım da... 

Belə bir vaxtda tutaq ki, birdən-birə mən cavanlaşdım. 

 

 



Onda bəs nə təhər olar? Camaat, arvadım, uşaqlarım necə baxar buna? – O, cavan Arifin qohum-

əqrəba ilə, dost-tanışla ilk görüşünü gözünün qabağına gətirdi və özü də diksindi, bilmədi, necə 

oldu ki, əyləci svetoforun qabağında basdı; görünür, yaşıl işıq ona kifayət qədər yaşıl 

görünməmişdi. 

 

– Sür, sür. – Rauf gülümsədi. – Hər şeydən qorxursan, ehtiyat eləyirsən. Əvvəldən necə idin, elə 



də qalmısan, heç dəyişib-eləməmisən... 

 

Təsəvvür eləyirəm, sən indi mənim haqqımda nə fikirləşirsən... 



 

– Pis heç nə fikirləşmirəm. – Arif tez-tələsik onun sözünü kəsdi. – Mən başqa, sən başqa. Sən 

ürəkli adamsan, qoçaqsan. 

 

– Həm də xudbin, eqoist, – deyə Rauf əlavə etdi. – Qulaq asıram sənə və fikirləşirəm: bütün 



bunlar bəs mənim nəyimə lazımdır, hə? Neylirəm cavanlaşıb? Elə bilirsən, mən ancaq özümü 

fikirləşirəm? 

 

Gəl baxaq görək: mən sağlam olanda, sağlam olduğumçün də iş qabiliyyətim artanda kimə 



xeyirdir bu? Özün bir fikirləş... 

 


 

212


Əlbəttə, ailəmə. Elə dostlarıma da. Yadında varsa, sənə demişdim, mən həyatımı dəyişmək, 

başqa cür qurmaq istəyirəm. – Raufun 384 özünə elə gəlirdi ki, o, həqiqəti deyir və bir az 

düşünüb gördü ki, doğrudan da, elə ürəyindəki sözləri dilinə gətirib. – Hər halda, sən səhv 

eləyirsən, belə ciddi məsələləri o dəqiqə, ayaqüstü həll eləmək olmaz. Evdə də bir oturub 

məsləhətləşmək lazımdır. Düz demirəm? 

 

Arif dərhal razılaşdı: 



 

– Əlbəttə. Məsləhətin heç bir ziyanı yoxdur. 

 

– Onsuz da mən səni yola gətirəcəyəm. Mənim borcumdur bu. 



 

– Rauf pəncərədən bayıra çəpinə baxa-baxa, fikri dağınıq halda Arifin çiynini şappıldatdı. Dostu 

yaxşı adamdır, amma təəssüf ki, ağıldan kəmdir bir az. 

 

Onlar artıq Bilgəhə çatmışdılar. Rauf yadına saldı ki, harda asfalt yoldan bağa dönmək lazımdır 



və maşın hər iki tərəfi daş hasara çəkilmiş ensiz torpaq yola buruldu, dolanıb-hərlənib bir az 

gedəndən sonra, nəhayət, darvazanın yanında dayandı, Rauf Arifi də bağa dəvət elədi. – O, 

niyəsə içəri tək girmək istəmirdi, amma Arif saatı göstərib qayğılı-qayğılı dedi ki, iynəsinin 

vaxtına qırx dəqiqə qalıb, tibb bacısı gələcək ona insulin vurmağa, görər evdə yoxdur, gözləməz, 

çıxıb gedər, diabetlə də ki, zarafat qorxuludur. 

 

Darvazaya yaxınlaşanda Raufun ürəyi həyəcanla uçunmağa başladı, elə bil nədənsə çəkinir, 



qapını açmağa utanırdı. Doğma evinin kandarında belə bir hiss ona tamamilə yersiz və mənasız 

göründü. 

 

Rauf bu hissi boğub öldürməyə, özündən uzaqlaşdırmağa çalışdı, amma əksinə, o həyətə girəndə 



bu hiss daha da gücləndi, onun addımları yavaşıdı, hətta əlinin içi də deyəsən tərlədi. Ona görə 

də Rauf sevindi ki, nə yaxşı gəlişindən hələ heç kim xəbər tutmayıb. 

 

Həmişə hamının yığışdığı eyvanda bir adam belə yox idi. Evə gedən yol çubuqları həddindən 



artıq uzanıb bir-birinə dolaşmış meynələrin arasından keçirdi. O, üzümlüyə baxanda yadına 

düşdü ki, meynələri arıtlamağın, peyvəndin əsl vaxtıdır, sonra gec olacaq. 

 

Əvvəllər heç vaxt ağlına gəlməyən bu fikri o elə o dəqiqə də çox asanlıqla qovub başından 



çıxartdı və eyvana qalxdı. 

 

Evin dalındakı həyətdən bərk səs-küy gəlirdi. Oyunçuların həyəcanlı qışqırığından belə məlum 



olurdu ki, orda çox qızğın oyun gedir. O, eyvanda bir neçə dəqiqə tərəddüd içində dayanandan 

sonra, nəhayət, belə qərara gəldi ki, idman meydançası ailə üzvləri 385 ilə görüşməkçün bir elə 

də münasib yer deyil və içəri pilləkənlə ikinci mərtəbəyə qalxdı. 

 

Burda bütün pəncərələr taybatay açıq idi. Həyətdən onu görməsinlər deyə əyilə-əyilə 



pəncərələrin yanından keçib qapıya yaxınlaşdı və dərhal da qarşısında gözlənilməz, qeyri-adi bir 

mənzərə açılmış adam kimi kandardaca donub qaldı. Çox qəribə idi, ona görə qəribə idi ki, Rauf 

taxtda uzanıb mürgüləyən arvadından savayı elə bir fövqəladə şey görməmişdi. Amma di gəl ki, 

o, irəli bir addım da ata bilmədi, hətta Xalidəni çağırmağa da özündə güc tapmadı; sanki ayaqları 

keyimiş, dili tutulmuşdu, Xalidə isə onun ürəyinin döyüntüsünə ayılıb boynuna sarılmaq əvəzinə, 

sakitcə yatmağında idi. Nəhayət, Rauf özünü ələ alıb pəncərələri üstündə səssiz-səmirsiz, 

ehtiyatla otağa girdi. O taxtın yanında dayanıb özünün halalca arvadına heyranlıqla tamaşa 

eləməyə başladı. – Rauf ömründə heç bir qadını belə dəhşətli bir ehtirasla arzulamamışdı. 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin