Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə25/72
tarix31.01.2017
ölçüsü3,34 Mb.
#7257
1   ...   21   22   23   24   25   26   27   28   ...   72
çıxış yolu tapdı; həmin sözü hər dəfə bir cür yazdı; gah bir, gah da iki “l” hərfi ilə. Qoy 

müstəntiq elə fikirləşsin ki, o huşsuzdur. 

 

Koridorda gəzişmək Əsgərova düşmüşdü; yarım saatın içində kişi əməlli-başlı dirçəlmişdi, rəngi-



ruhu da üstünə gəlmişdi. O, iki qatlanmış kağız vərəqlə üzünü yelləyə-yelləyə içəri girib 

təəccüblə gülümsəyərək soruşdu: 

 

– Qurtarmısız? – Rauf yalnız indi Əsgərovun xırda, iti dişlərini gördü. O, doğrudan da tülküyə 



oxşayırmış, amma məkrli, hiyləgər tülküyə yox, şən tülküyə. – Qol da çəkmisiz? Ay-ay-ay, bu 

axı sənəddir. – O, Raufa hər vərəqin altına qol çəkdirdi. – Bax, belə. 

 

Heç nəyi gizlətməmisiz ki? 



 

– Nə təhər olub, hamısını elə də yazmışam, – deyə Rauf vərəqləri ona uzadaraq cavab verdi. – 

Mən sizdən bir şey xahiş eləmək istəyirəm... Bəlkə keçən dəfəkini qaytarasız mənə? 

 

Əsgərov başa düşmədi: 



 

– Nəyi deyirsiz? 

 

– O kağızı deyirəm də, hər şeyi inkar elədiyim ifadəmi. 



 

– Bekara işdir. – Əsgərov əlindəki vərəqləri göstərib: – Əsas budur, – dedi. – İndi oxuyaq görək, 

burda nə uydurmusuz. 

 

Birinci səhifəni o, çox tez oxudu: gülümsəyə-gülümsəyə, amma ikinci səhifənin ortalarında sir-



sifəti dəyişməyə başladı, az vaxtda əvvəlki gülüşün yerini təəccüb ifadəsi aldı. O, kağızları bir 

qırağa qoyub gözünü Raufun üzünə elə zillədi ki, elə bil Rauf səmimi ifadə əvəzinə, ona anonim 

məktub sırımışdı və özü də bu məktubda onun arvad tərəfdən ən yaxın bir qohumunun 

əxlaqsızlığı bütün təfsilatı ilə təsvir olunurdu. O, barmağı ilə vərəqləri göstərib: 

 

– Bu nədir? – dedi. – Çürük buynuz, diş ağrısı... Biz axı bayaq sizinlə bir saat səmimiyyətdən 



danışdıq. Elə deyil? Bəs siz nə yazmısız bura? Məni ələ salmısız? Lazım deyil. Mən ancaq 

zahirən sadəlövh adama oxşayıram. 

 

Rauf özünü saxlaya bilməyib qışqırdı: 



 

– Nə danışırsız? Ələ niyə salıram sizi? Nə təhər olub elə də yazmışam hər şeyi. Daha nə 

istəyirsiz? 

 

– Kərgədan nədir, ay yoldaş? Kərgədanın nə dəxli var bizim söhbətə? Sizinləyəm. Yoxsa elə 



bilirsiz, buradakılar uşaqdır, konfetlə başlarını azdırırsız? Nahaq, çox nahaq. Bir şey çıxmaz 

bundan. 


 

Rauf başa düşə bilmirdi müstəntiq nə istəyir ondan? Amma bir şey aydın idi ki, Əsgərovun 

əsəbləri sim kimi tarıma çəkilib. Belə vaxtda Rauf özünü ələ alsa, üstünlük onun tərəfinə keçər. 

 

– Bir dəqiqə qulaq asın mənə, – deyə Rauf səsinin tonunu aşağı saldı. – Burda nə isə bir 



anlaşılmazlıq var. Gəlin, əsəbiləşmədən aydınlaşdıraq: siz məni nəyə görə çağırmısız bura? 

Kərgədana görə. Düzdür, ya yox? 

 

Əsgərov telefonun dəstəyini qaldırıb: 



 

185


 

– Bu saat hər şeyi aydınlaşdırarıq, – dedi. – Kərgədanların məsələsini də, hələ desəz fillərinkini 

də, timsahlarınkını da... Bu saat... – Hansı nömrənisə yığıb gözlədi. – Əsgərovdu danışan. 

 

Şahidlər gəliblər? Göndərin yanıma. Əvvəlcə avtomobil müfəttişlərini. 



 

– Dəstəyi yerinə qoydu. – Bayaq siz mənə deyəndə ki, hər şeyi etiraf eləmək istəyirsiz, düzü, 

mən camaatı işindən-gücündən ayırıb bura çağırmağıma peşman olmuşdum. Amma indi görürəm 

ki, yox, düz eləmişəm. Bu dəqiqə şahidlərlə üzləşdirəcəyəm sizi. 

 

Etirazınız yoxdur ki? 



 

– Nə təhər məsləhətdir. Amma orda heç bir şahid-zad yox idi. 

 

– Bu sözlər birdən çıxdı Raufun ağzından, özü də bilmədi necə oldu, yəni dediyinin fərqinə 



varmadı. Görünür, Əsgərovun özünü qəribə aparması onu çaşdırmışdı. 

 

Əsgərov dinməz oturub gözlərini qapıya zilləmişdi, qaşqabağı yer süpürürdü. Nəhayət, qapı 



açıldı, otağa avtomobil müfəttişi geyimində üç nəfər daxil oldu: biri zabit idi, ikisi isə serjant. 

Onlar salamlaşıb stola yaxınlaşdılar. Rauf oturub laqeyd-laqeyd baxırdı və hələ başa düşə 

bilmirdi ki, bu avtomobil müfəttişlərinin onun məsələsinə nə dəxli var?! 

 

Əsgərov zabitə müraciət edib dedi: 



 

– Zəhmət olmasa, verdiyiniz ifadəni bir də təkrar eləyin. 

 

– Baş üstə. Avqustun 13-dən 14-ə keçən gecə bizi, yəni məni və bu iki serjantı – Bağırovu və 



Qədirlini təcili Şıx yoluna çağırmışdılar; avtomobil qəzası baş vermişdi. Saat 4.40 dəqiqədə 

işimizi qurtarıb şəhərə qayıdırdıq, Bayılda heyvanxananın yanından keçəndə gördük ki, AQU 

31-30 nömrəli bir “Jiquli” maşını dayanıb orda... 

 

Əsgərov əlinin işarəsi ilə zabiti saxlayıb Raufa müraciət elədi: 



 

– Sizinki imiş o maşın? 

 

Rauf güldü: 



 

– Vallah başa düşə bilmirəm bu nə komediyadır? Yarım saat bundan əvvəl bütün bunları 

sözbəsöz yazdım sizinçün və siz də oxuduz. 

 

– Əla, çox gözəl, – Əsgərovun gözlərinə elə bil təzədən yavaşyavaş işıq gəlirdi. – Deməli, 



müttəhimlə şahidin ifadələri bura qədər düz gəlir. – Üzünü zabitə tutdu: 

 

– Davam edin. 



 

– Sürücü maşının yanında dayanmışdı. 

 

Əsgərov yenə şahidin sözünü kəsdi. 



 

– Axı siz nədən bildiz ki, sürücüymüş o, bəlkə elə özgə adammış maşının yanında duran? 

 


 

186


– Özgə adam küçə fənərinin altında dayanmış maşının yük yerini açıb yanında durmaz, durmağı 

bir yana qalsın, hələ üstəlik yoldan ötən avtomobil müfəttişləri ilə salamlaşmaz. – Zabitin özü 

razı qalmışdı bu məntiqi nəticəsindən; mənalı-mənalı serjantlara baxdı. – Həm də üzü tanış gəldi 

mənə! 


 

Əsgərov başını yırğaladı. 

 

– Mən sizinlə bir elə də razı deyiləm, hər şey ola bilər. Amma yaxşısı budur, gəlin boş yerə 



mübahisə eləməyək. Sürücünü görsəz, tanıyarsız? 

 

– Budur, oturub burda – Zabit başının işarəsi ilə Raufu göstərdi. 



 

– İçəri girəndə, məncə, biz görüşdük. 

 

Əsgərov Raufdan soruşdu: 



 

– Siz avqustun 13-dən 14-ə keçən gecə Dövlət Avtomobil Müfəttişliyinin işçilərini – leytenant 

Almazovla serjant Bağırov və serjant Qədirlini orda görmüşdüz? 

 

– Görmüşdüm də, salamlaşmışdım da. 



 

Əsgərov dərindən köks ötürdü – qarşıda çox ağır və xoşagəlməz işi olan adamlar ancaq belə köks 

ötürürlər – diqqətlə Raufa baxıb bir an susdu və nəhayət, yenə Almazova müraciət etdi: 

 

– İndi isə, vətəndaş şahid, sizin verdiyiniz ifadənin ən mühüm hissəsinə keçirik. Yadınızda 



saxlayın ki, yalan və ya bilə-bilə düz verilməyən ifadə üstündə siz qanuna görə məsuliyyət 

daşıyırsız. 

 

Avqust ayının 13-dən 14-ə keçən gecə istintaq altında olan vətən- 350 daşın heyvanxanadan 



oğurladığı qiymətli heyvan barədə sizə nə məlumdursa, danışın. 

 

Almazov qürurla dedi: 



 

– Mən öz ifadəmə görə cavab verməyə həmişə hazıram. Bu işdə mənim heç bir şəxsi marağım və 

heç bir xeyrim-zadım yoxdur. 

 

O ki, qaldı heyvanın qiymətli olub-olmamağına, ömrümdə nə almışam, nə də satmışam, 



bilmirəm. Və ümumiyyətlə, mən o gecə heç bir heyvan görməmişəm. Gördüyümü deyə bilərəm. 

Sürücü AQU 31-30 nömrəli maşının açıq yük yerinin yanında durmuşdu və əlində də quş 

tutmuşdu. 

 

– Nə quş? 



 

– Necə yəni nə quş? 

 

– Hər quşun öz adı var, – deyə Əsgərov səbirlə izah elədi. 



 

– O gecə 31-30 nömrəli maşının yük yerində nə quş idi – qaz idi, hinduşka idi, toyuq idi, yoxsa 

ördək idi, nə idi? 

 

– Bilmirəm. Ancaq onu görə bildim ki, iri quş idi. 



 

 

187


Quş söhbəti ortaya çıxan dəqiqədən Rauf başladı kədərlikədərli başını yırğalamağa. Amma bir 

müddət oturanların heç biri bunu görmədi. Nəhayət, o dilləndi: 

 

– Dağa-daşa salmayın özünüzü, indi daha məsələ aydın oldu mənə. Görüm lənətə gəlsin o quşu, 



nə istəyirsiz onun barəsində soruşun, deyim sizə. 

 

– Axır ki, düşdü yadınıza! – Əsgərov süni surətdə onun yaddaşına heyran olduğunu bildirdi. – 



Rusların yaxşı bir sözü var: “luçşe pozdno, çem nikoqda”. Deməli, şahidin verdiyi ifadədən 

məlum oldu ki, quşu siz oğurlamısız. Bəs siz özünüz əlavə nə deyə bilərsiz? 

 

– Mən quş-zad oğurlamamışam. – Raufun səsi elə bil quyudan çıxırdı. – Yoldaş Əsgərov, mən 



heç oğruya oxşayıram? 

 

– Bəs mən, – deyə Əsgərov əsəbi halda qışqırdı. – Bəs mən heç müstəntiqə oxşayıram? – O, 



yerindən qalxdı, əllərini yanına salıb dik durdu; Allah boy paylayanda, deyəsən yatıb yuxuya 

qalıbmış, son dərəcə balaca idi boyu. Armud saplağı kimi nazik boynu başını elə bil zorla 

saxlayırdı zəif bədəninin üstündə. Ümumiyyətlə, Əsgərovun görkəmi çox orijinal idi, xüsusən də 

ki, başı: onun iri, palaz qulaqları başına görə ən azı iki dəfə böyük idi. – Oxşayıram? 

 

Rauf “yox” deməyə məcbur oldu, çünki həqiqətən də kabinetdəki bütün canlı və cansızların 



arasında müstəntiqə oxşamayan yalnız onun özü idi: I dərəcəli hüquqşünas Dəmir Əsgərov. 

 

– Əgər şahidin verdiyi ifadə ilə razılaşmırsızsa, deyin, yazım protokola. – Müstəntiqin səsi 



yumşalmışdı. 

 

Onun danışıqlarının hamısı düzdür, amma mən o quşu oğurlamamışam. 



 

O özü baqajnikə girmişdi, mən də onu ordan çıxartmalı oldum. 

 

Əsgərov Raufa şahidləri göstərdi. 



 

– Görürsüz, gülürlər, düzü, elə mənim də gülməyim gəlir, amma iş başında gülmək olmaz. 

Deməli, siz deyirsiz ki, o quş – yaxşıyaxşı fikir verin, ev quşu deyil ha o, azadlığa öyrənmiş çöl 

quşudur – gecə vaxtı zorla sizin maşına soxulurmuş, eləmi? 

 

– Bəli. – Rauf inadla Əsgərova baxdı. – O, baqajnikə girmişdi, mən də onu ordan çıxardıb bayıra 



atmalı oldum. 

 

– Vətəndaş Almazov, – müstəntiq yenə milis zabitinə müraciət etdi, – xahiş eləyirəm yadınıza 



salın, siz müttəhimi görəndə o neyləyirdi, quşu maşından bayıra çıxarırdı? 

 

– Xeyr, – Almazov başını yırğaladı. – Biz görəndə quş onun əlində idi. 



 

– Yəni siz onun quşla əlbəyaxa olduğunu görməmisiz? Bəlkə uzaqdan yaxşı ayırd eləyə 

bilməmisiz? 

 

– Biz bu yoldaşın lap yanından ötüb keçdik, amma elə bir şey görmədik. O bizimlə salamlaşdı, 



biz onun salamını aldıq, vəssalam. 

 

– Düzdür, amma elə ki, siz uzaqlaşdız, mən onu küçəyə atdım, – deyə Rauf izah elədi. – Mən 



maşını sürüb getdim, o isə elə orada da qalmışdı. 

 


 

188


Almazov müstəntiqin sualını gözləməyib təəssüflə dedi: 

 

– Daha orasını biz görmədik. Görsəydik mütləq deyərdik. 



 

Əsgərov qarşısındakı qovluqdan bir neçə yazılı vərəq çıxardaçıxarda, guya elə belə, ötəri: 

 

– Məndə burda süpürgəçilərin də ifadəsi var, – dedi. 



 

– Onlar saat beşdə, sizdən vur-tut on-on beş dəqiqə sonra işə çıxıblar. Quşa-zada rast 

gəlməyiblər orda. 

 

– Yaxşı, buna mən neyləyim? – Rauf məyus-məyus Əsgərova baxdı. – Allah bilir, hara uçub 



gedib. Yoldaş Əsgərov, mən ömrüm- də belə quş görməmişdim, dəhşətli bir şey idi. Başa düşə 

bilmirəm, niyə axı siz ona görə bu qədər narahat olursuz? 

 

– Elədir, həqiqətən qeyri-adi quşdur, – deyə Əsgərov razılaşdı. 



 

– Nə bayquşdur, nə də ki, yarasa, gündüz quşudur, amma di gəl ki, gecənin bir yarısı ayılır, çıxır 

quşxanadan bayıra, özü də qapını dalınca örtüb cəftəsini də vurur, sonra yolu tapıb təpə aşağı 

cığırla düşür küçəyə və tamamilə təsadüfi olaraq, bu vaxt açıq qalmış baqajnikə soxulmaq 

qərarına gəlir. Düz demirəm? 

 

– Əlbəttə, siz inanmaya bilərsiz, amma mən özüm onu maşının yanında görəndə mat qaldım. 



Yaxşı axtarılsa, məncə, təpədə onun izini də tapmaq olar. 

 

Əsgərov avtomobil müfəttişlərinə baxıb gülümsədi. 



 

– Afərin. Gör, o gecə bərk yağış yağdığı nə yaxşı yadındadır, demək istəyir ki, elə yağışdan 

sonra iz tap görüm, necə tapırsan. 

 

Var, iz var, bu da şəkli, amma quş ləpiri deyil, sizinkidir, ölçüsü 43-dür. – O, saatına baxdı. – 



Bəlkə şahidlərə sualınız var?.. Yaxşı fikirləşin. Deməli, yoxdur. Onda yazırıq ki, şahidlərə 

sualınız yoxdur. Gedə bilərsiz. Çox sağ olun. 

 

Rauf hərəkətsiz oturmaqdan keyimiş ayaqlarını çətinliklə düzəldib yerindən qalxdı, amma 



Əsgərov saxladı onu. 

 

– Siz qalın. Şahidləri buraxıram, – dedi və əlini telefona uzatdı. 



 

– Mən getməliyəm. Saat ikiyə müşavirəmiz var, mən mütləq iştirak eləməliyəm. 

 

Əsgərov gülümsəyib təəssüflə: 



 

– Məni gərək bağışlayasız, – dedi. – Bu gün qurtarmalıyam bu işi. Özünüz görürsüz ki, sizə görə 

mən hətta nahara da çıxmadım. 

 

Yaxşı yadıma saldız, bu saat xahiş eləyərəm bizə buterbrod və çay gətirərlər. 



 

Əsgərov nə qədər dilə tutdusa da, Rauf yeməyə əl vurmadı. 

 

O, çayını içir və buterbrodları iştahla bir-bir içəri ötürən həmsöhbətinə kədərli-kədərli qulaq 



asırdı. Axırıncı buterbroda girişməzdən əvvəl Əsgərov Raufa xəbərdarlıq elədi: 

 

189


 

– Siz öz ayağınızla uçuruma gedirsiniz, məhv eləyirsiz özünüzü? 

 

Başqa vaxt olsaydı, Rauf nəhəng buterbrod dağının 3-4 dəqiqənin içində Əsgərovun qarnına necə 



köçdüyünə maraqla tamaşa eləyirdi. Özü də ki, müstəntiq çox aydın və fasiləsiz danışırdı. Rauf 

353 ona qulaq assa da fikri başqa yerdə idi; çalışırdı ki, nə isə yaxşı bir şey yadına salsın, amma 

mümkün olmurdu. Çünki o yaxşı şeyin kiminlə, hansı hadisə ilə bağlı olduğu ona məlum deyildi. 

Xatirələr bir-birinə qarışıb sürətlə xəyalında hərlənirdi. 

 

– Siz öz ayağınızla uçuruma gedirsiz, məhv eləyirsiz özünüzü, – deyə Əsgərov bir də təkrar 



elədi. – Bir fikirləşin, görün sizin ifadələriniz prokurora, ən çox da hakimə necə təsir 

bağışlayacaq. 

 

Əvvəlcə siz hər şeyi inkar edirdiz, hətta gecəyarı heyvanxanaya getməyinizi də. Sonra 



boynunuza aldız ki, heyvanxanada olmusuz və nə bilim kərgədana çürük buynuzu əziyyət 

verirmiş, sizə də kolleksiyanız üçün kərgədan buynuzu lazımmış və sairə. Hə, yeri gəlmişkən, 

soruşmaq istərdim, kolleksiyanız heç olmasa babatdırmı? 

 

– Pis deyil, – Rauf könülsüz cavab verdi. 



 

– Düzü, buynuz kolleksiyası barədə birinci dəfədir eşidirəm. 

 

– Əsgərov axırıncı buterbrodu nimçədən götürdü. – Yadıma düşdü, biz sizinlə, demək olar ki, 



qonşuyuq. Mənziliniz böyükdümü? 

 

– Üç otaqdır. 



 

– Cəmi-cümlətanı? 

 

– Niyə “cəmi-cümlətanı”, – Rauf gülümsədi, – azdır məgər? 



 

Əməlli-başlı mənzildir. 

 

– Neçə nəfərsiz? Siz, arvadınız və iki də uşaq: uşaqlar böyümüş olar. Yəqin ki, mebeliniz də var. 



Mənziliniz əlli kvadratmetrdir? 

 

– Əlli səkkiz, – Rauf dərhal dəqiqləşdirdi. 



 

Əsgərov təəccüblə: 

 

– Kolleksiyanızı bəs necə yerləşdirmisiz? – soruşdu. – Hər halda, marka deyil, filan qədər 



buynuzdur: ceyran, kəl, maral, daha nə bilim nə buynuzları. Yəqin ki, xeyli yer tutur, hə? 

Məmnuniyyətlə baxardım sizin kolleksiyanıza. Deyirəm elə indi gedək, tamaşa eləyək. 

 

“Qır-saqqız kimi nə yapışıb”, – deyə Rauf fikirləşdi və özünü məcbur eləyib zorla gülümsədi: 



 

– Bəlkə mən bağda saxlayıram onları. 

 

– Elə mən də bu saat o barədə fikirləşdim. Getdik! Həm də təmiz hava alarıq özümüzçün. Açar 



üstünüzdə deyilsə, eyibi yoxdur, maşınlayıq, yolumuzu evdən salarıq, götürərsiz. Nədir, yoxsa 

getmək istəmirsiniz? 

 


 

190


– Gah deyirsiniz bir dəqiqə də vaxtınız yoxdur, gah da boş bir şeyə görə şəhərdən çıxmağa 

razısız. Başa düşmürəm sizi. 

 

– Mən də sizi başa düşmürəm, – Əsgərov qaşlarını çatdı. 



 

– Adətən, kolleksiyaçılar adam axtarırlar ki, öz kolleksiyalarını göstərsinlər, amma siz istəmirsiz. 

Mənim bir dostum var, butulka yığır, aydın məsələdir, boşunu yox, dolusunu, cürbəcür içki 

butulkalarını. Bir də görürsən ki, gecə vaxtı zəng vurub – “tez elə, gəl, sənə aləm bir şey 

göstərəcəyəm”. Deməli, romdan, cindən, ya da nə isə başqa az tapılan importnı içkilərdən keçib 

əlinə. Özü də öldür onu, birini açmaz... Siz, yəqin utanırsız? Nahaq. Niyə utanırsız axı, 

kolleksiya deyilən şey baxmaqdan ötrüdür. Onda ki, cürbəcür buynuzlar ola. Getdik? 

 

– Yox, – Rauf bir an duruxdu, – bilirsiz, düzü, mən getməliyəm – işim var. Bir də ki, axı, ailəli 



adamam mən. 

 

Əsgərov gülümsədi: 



 

– Məncə, siz zarafat eləyirsiz. Sizin kolleksiyanız-zadınız yoxdur və heç vaxt da olmayıb. Elə 

deyil?! 

 

– Nə dəxli var, olub, olmayıb? Yəni bu elə bir mühüm məsələdir, onsuz keçinmək olmur? 



 

– Niyə olmur, çörək deyil, su deyil, – deyə Əsgərov razılaşdı onunla. – Mənim bir dostum var, o 

ömründə heç nəyin kolleksiyasını toplayıb eləməyib, hətta əyninə kostyumun da həmişə bir 

cürünü alır – eyni bir fasonda, eyni bir rəngdə. Nə olsun – tamamilə normal adamdır, o da 

ailəlidir. Mən hətta sevinirəm sizin yerinizə ki, nə yaxşı kolleksiyanız-zadınız yoxdur. O buynuz 

deyirsiz ey, yığmış olsaydız əgər, inanın mənə, gününüz-güzəranınız olmayacaqdı onların 

əlindən – nə evdə, nə də bağda... Bax, indi hər şey aydın oldu mənə, başa düşdüm ki, o çürük 

buynuz nəyinizə lazımmış sizin. 

 

– Nəyimə lazımmış? – Rauf çox təəccüb elədi, çünki Əsgərovdan belə fərasət gözləmirdi. 



 

– Gözdən pərdə asmaqçün, əsas məsələdən diqqəti yayındırmaqçün. 

 

– Bunu deyib Əsgərov ürəkdən güldü. – Düz demirəm? 



 

Məqsədinizsə başqa imiş. Elə deyil? Quş imiş məqsədiniz. 

 

– Siz də elə yapışmısız bu quşun quyruğundan. – Rauf lap az qalmışdı barmağını gicgahına 



aparıb bursun, son anda birtəhər saxladı özünü. – Üç saatdır məni sarsaq bir quşun üstündə 

saxlamısız burda. Vallah, başa düşə bilmirəm, nə istəyirsiz məndən? 

 

Cavab vermək əvəzinə Əsgərov fikirli-fikirli saatına baxdı və əlini telefona uzatdı. Elə bu vaxt 



telefon zəng çaldı. 

 

– Gəlib? Ötürün gəlsin yanıma. – O, alnını qırışdırıb, gözlərini yumdu və təxminən bir-iki dəqiqə 



beləcə dinməz-söyləməz oturdu: 

 

baxan deyərdi, bu adam nə isə çox ciddi bir məsələ barədə düşünür, daha qəti ağlına gəlməzdi ki, 



çirkin bir quşun fikrini çəkir. 

 


 

191


Taqqıltı eşidilən kimi o, cəld durub qapıya getdi: gələn cavan bir qadın idi, Əsgərov onu 

gülərüzlə qarşılayıb Raufla düz üzbəüz oturtdu. Rauf heyvanxananın müdiri Aliyə xanımı o saat 

tanıdı. 

 

Təzə qonağın gəlişinə Raufun münasibəti, necə deyərlər ikili idi: bir tərəfdən o ehtiyat eləyirdi 



ki, heyvanxananın müdiri onu tanıya bilər və onda gəl bu Əsgərovun cəncəl suallarından yaxanı 

qurtar görüm, nə təhər qurtarırsan, o biri tərəfdən isə Aliyə xanımdan lənətə gəlmiş o quşun – ya 

ölüsünün, ya dirisinin – onunçün fərqi yox idi – heyvanxananın ərazisində tapılmağı xəbərini 

eşitmək ümidində idi. 

 

Aliyə xanımın oturmağı ilə sual verməyi bir oldu: 



 

– Nə xəbər var ondan, bir şey öyrənə bilmisiz? – O çox həyəcanlı idi. 

 

– Hələ ki, yox, – deyə Əsgərov sakit cavab verdi. – Hələlik biz onun itməsində birbaşa əli olan 



adamı tapmışıq. – O, başının işarəsilə Raufu göstərdi. 

 

Aliyə xanım heyrətlə Raufa baxa-baxa soruşdu: 



 

– Mən inkar eləmirəm, ola bilsin ki, o quş mənim günahım üzündən heyvanxanadan qaçıb, – 

deyə Rauf ləyaqətlə boynuna aldı və o saat da dəqiqləşdirdi: – qismən mənim günahım üzündən. 

Amma mənim onu aparmaq fikrim yox idi. Elə bir iyrənc quşu mən neyləyirəm axı? 

 

Aliyə xanım əllərini bir-birinə vurub: 



 

– Kivi qaçıb? – dedi. – Düz demirsiz. – O, Əsgərova tərəf çevrildi. 

 

– Kivi çox sakit, mehriban quşdur, demək olar ki, lap ev quşudur. 



 

Axır günlər heç öz yeşiyindən çıxmırdı. Biz hətta yemi də əlimizdə verirdik ona. 

 

– Kivi, kivi, – deyə Əsgərov məmnuniyyətlə təkrar etdi. – Mən ha çalışırdım, yadıma sala 



bilmirdim onun adını. Niyə bəs son vaxtlar o ağırlaşmışdı, yuvasından çıxmırdı? Xəstələnmişdi? 

 

– Allaha şükür, xəstələnib eləməmişdi. Kivi çöl quşudur, qəfəsdə çox nadir hallarda törəyib artır. 



Dünyada cəmi bir neçə belə hadisə məlumdur. Bizim kivi, isə – bu yerdə Aliyə xanım qürrələnib 

qıpqırmızı qızardı, – yumurtlamağa hazırlaşırdı. Bir-iki günə yumurta qoymalı idi. Bu, zooloq-

alimlərçün və ümumiyyətlə, bütün elmi ictimaiyyətimizçün böyük bir hadisə olacaqdı. 

 

– Əgər o belə nadir quşdursa, onda bəs niyə siz onu köhnə heyvanxanada, özü də boş qəfəsdə 



saxlamışdız? – Rauf bu sualı ilə Əsgərovun səyini başqa səmtə yönəltmək istəyirdi. – Hətta məni 

orda vahimə basırdı, təsəvvür eləyirəm yazıq quş tək-tənha nə çəkirmiş. 

 

Aliyə xanım üzünü Əsgərova tutub: 



 

– Bütün quşları, o cümlədən erkək kivini də biz yeni heyvanxanaya köçürmüşdük – deyə Raufun 

sualına çox quru cavab verdi. 

 

– Kivinin isə biz qəsdən onun alışdığı şəraitdə saxlamışdıq. Çünki yumurta qoymaq ərəfəsində 



son dərəcə həssas əsəb sistemi olan bu quşa təzə yer mənfi təsir göstərə bilərdi. – O, qəzəblə 

Raufa baxıb soruşdu: – Heç olmasa deyin görüm, sağdır o? 

 


 

192


– Nə bilim. Axırıncı dəfə mən onu o gecə görmüşəm. 

 

– Sonra yadına düşdü bəlkə, – deyə Əsgərov müdiri sakit elədi. 



 

– Əvvəlcə bizim dostumuz, ümumiyyətlə, hər şeyi unutmuşdu. 

 

Amma bu gün səhərdən bəri çox şey yadına düşüb: heyvanxanaya getməyi, kərgədan da... 



 

Aliyə xanım Raufa elə heyrətlə baxdı ki, o üzünü yana tutmalı oldu. 

 

– Sağlamdır, bizim ikimizdən də sağlamdır. – Əsgərov müdirin sualını gözlərindən oxumuşdu. – 



Düzdür, bu haqda arayışımız hələ yoxdur, amma məhkəməyə belə bir arayış mütləq təqdim 

olunacaq... 

 

“Dəli sənin özünsən” – deyə Rauf ürəyində onun cavabını verdi və fikirləşdi: – “Çox qəribədir, 



axı necə olub ki, bu başdanxarab bir neçə gün bundan əvvəl birinci dəfə rast gələndə suyu şirin, 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin