a
),
“Ağuznamə, yəni zürubi-əmsal”–
ل ا بو
ز ا,“Türkcə zərbi-məsəl derlər” – ب
رد (vər.2
b
). Əsərin adı bir də əsas mətnin başlanğıcında, bəsmələdən əvvəl yazılıb: “Həzihir-
risalətə min kəlimati-Oğuznamə əl-məşhur bi-atalar sözi”
ز وا ت ه
ا
ز
ر
(vər.3
a
). Dil etibarilə bu adlardan birincisi yarı fars, yarı Azərbaycan türkcəsində, ikinci və
üçüncüdə Azərbaycan türkcəsində, sonuncuda isə əsərin adı axırda “atalar sözi” istisna olmaqla ana
abidəmiz “Kitabi-Dədə Qorqud”un əlyazmasında olduğu kimi ərəbcə yazılmışdır.
Əlyazmanın adı ilə bağlı belə düşünmək olar ki, nüsxədə hər bir sərlövhənin xətti əsas
mətnin xəttilə oxşar olsa da, adlar əlyazmaya daha əvvəllər paremilər hər dəfə nüsxədən-nüsxəyə
köçürüləndən sonra əlavə edilmişdir. Beləliklə, paremik ifadələrin köçürüldüyü bu nadir
əlyazmanın adının bir neçə variantda olduğu ortaya çıxır: “Kitabi-Oğuznaməyi-türki”; “Tatarca
zərbi-məsəl”; “Ağuznamə” (
ز ا - Əvvəldə “əlif” hərfindən sonra “vav” hərfi düşdüyündən söz
“ağuznamə” kimi oxunur – Ə.Ə.); “Zürubi-əmsal”; “Zərbi-məsəl”; “Atalar sözü”. Adların müxtəlif
olması onu deməyə əsas verir ki, əlyazmanın mətni Ditsə qədər təkrar-təkrar, bir neçə dəfə
köçürülmüş, hər dəfə köçürüldükcə yeni adlar əlavə olunmuş və sonda bütün adlar mətndə
saxlanılmaqla Fridrix fon Ditsin köçürdüyü variant gəlib bizə çatmışdır. Qeyd edək ki, əlyazma
filol.e.d. Ş.Cəmşidov tərəfindən tərtib edilərək nəşrə hazırlanarkən topluya “Oğuznamə” adı
verilmişdir. Biz isə topluya əlyazmada verilmiş adlardan birinin – “Kitabi-Oğuznaməyi-türki və
tatarca zərbi-məsəldir”in birinci hissəsini daha münasib hesab edib, əlyazmaya köçürülən paremik
vahidlərin rəngarəngliyini, başlanğıc mətninin “Kitabi-Dədə Qorqud”un müqəddiməsinə çox
oxşarlığını nəzərə alıb “Kitabi-Oğuznaməyi-türki” adlandırmağı məqsədəuyğun bildik.
Professor S.Əlizadə türk alimi O.Ş.Gökyayın kitabına istinad edərək yazır ki, “...topluda
Dədə Qorqud adına çıxarılan nümunələr (məsəllər) vardır. Ogöstərir ki, alman şərqşünası Ditsin
1889-cu ildə nəşr etdirdiyi (Seçmə bizimdir – Ə.Ə.) dörd yüz atalar sözündən 75-i Dədə Qorquda
aiddir (səh.CXXIX)”[4, s.8]. İlk baxışda belə fikir yarana bilər ki, bu cümlə istinad olduğu üçün hər
şey mənbədə olduğu kimidir. Burada kiçik bir yanlışlığa yol verildiyindən, yazılı folklor abidəsi ilə
bağlı aparılan tədqiqat işlərində və digər mötəbər mənbələrdə də bu yanlışlıqtəkrar olunmuşdur.
Məsələn, “Kitabi-Dədə Qorqud” ensiklopediyasında oxuyuruq: “... Berlin kitabxanasında saxlanılan
XV-XVI yüzilliklərə aid ... “Hazihi-risaləti-min kəlimati Oğuznamə əl-məşhur bi-atalar sözü”
adlanan bu əlyazmanın 400 atalar sözünü ilk dəfə alman şərqşünası F.fon Dits 1889 ildə nəşr
etdirmişdir” [5, s.226]. Halbuki, alman alimi fon Dits 1889-cu ildə artıq həyatda olmamış, o, 1876-
cı ildə vəfat etmişdir. Bu yanlışlığın haradan qaynaqlanması, bizcə, O.Ş.Gökyayın “Dedem
Korkudun kitabı”nda Berlində saxlanılan “Kitabi-Oğuznaməyi-türki”nin əlyazmasından bəhs
edərkən “Hazihir-risaləti min kelimat-i Oğuzname el-meşhur bi-atalar sözü adlı mecmuada
2
Korkut
Ataya yorulan atasözleri de vardır” [3, s.CXXIX] istinadına aid həmin səhifənin ətək yazısındakı
qeyd səbəb olmuşdur. Ətək yazısında (2-ci) O.Ş.Gökyay əlyazma ilə bağlı belə bir mənbə göstərib:
“2. Bk. Pertsch kataloğu, elit IV, Nu. 34, Berlin Kral Kütüphanesi, Berlin 1889”. Daha sonra bir az
aşağıda, növbəti ətək yazısındaisə yazılıb: “Diez birkaç bin atasözünden ancak dört yüzünü
yayımlaya bilmiştir”. Buradan aydın olur ki, O.Ş.Gökyay “Oğuznamə” ilə bağlı fikrini 1889-cu ildə
nəşr olunmuş kataloqa əsasən bildirir. F. fon Ditsin abidədən 400 atalar sözünü nə vaxt nəşr
etdirdiyi isə orada qeyd olunmayıb.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
302
“Kitabi-Oğuznaməyi-türki”nin 2008-ci il nəşrinə yazılmış qısa ön sözdə [2, 3] və digər
mənbələrdə [5] qeyd edildiyi kimi, əlyazmanın mətni heç də XV əsrdə deyil, XIX əsrdə köçü-
rüldüyünü fikirləşirik. Xatırladaq ki, əlyazmanın ilkin nüsxəsi XV əsrdə və daha əvvəl də yarana
bilər. Ancaq haqqında bəhs olunan əlyazmanın nüsxəsini həmin tarixlə əlaqələndirən burada heç bir
paleoqrafik əlamətə rast gəlmirik. Çünki nəstəliq xəttilə köçürülmüş mətn, paleoqrafik
xüsusiyyətlərinə görə klassik orta əsr mətnlərinin qrafik üslubunda yazılmayıb. Əlyazmanın xətti ən
uzağı, 160-170 il bundan əvvəl köçürülmüş mətnlərin dəst-xəttini, o dövrün katiblərinin qrafik yazı
manerasını xatırladır. Bu məsələ ilə bağlı, fikrimizi dəqiqləşdirməkdə bəzi arqumentləri irəli sürə
bilərik. Yuxarıda əlyazmaya verilmiş adlardan biri – “Atalar sözü” anlayışı ilə paremik vahidlərin
köçürüldüyü mənbələrin adlanması son dövrlərə aiddir. Paremik vahidlərin böyük bir hissəsinin
“atalar sözü” kimi adlanmasına biz ancaq XIX əsrin ikinci yarısından sonra köçürülmüş və yaxud
nəşr olunmuş mənbələrdə rast gəlirik [6; SMOMPK]. Bu qəbildən olan mənbələr daha əvvəllər
“oğuznamə” və “əmsal” sözünün müşayiəti ilə adlanmışdır: “Əmsali-Məhəmmədəli” [4], “Əmsali-
türkanə” [7], “Əmsal və nəsayehi-türki” [8].
“Kitabi-Oğuznaməyi-türki” folklor toplusunun əlimizə gəlib çatan nüsxəsini XIX yüzilliklə
bağlayan daha bir neçə faktı da göstərmək olar. Çağdaş dilimizdə işlənən ay adlarının dilimizə daxil
olması Azərbaycanın Rusiya tərəfindən ilhaq edilməsindən sonrakı dövrə aiddir. Azərbaycanda
İslamın qəbulundan sonra ta XX əsrin əvvəllərinədək isə ərəb ay adlarından istifadə olunmuşdur.
Rus dili vasitəsilə avropalılara xas ay adları ilk dəfə XIX əsrdə rusdilli mətnlərdə, dövri mətbuatda
işlənmiş, sovet dönəmindən etibarən isə alınma sözlər kimi dilimizə daxil olmuşdur. “Kitabi-
Oğuznaməyi-türki”də rast gəldiyimiz bu cür alınmaların olması ilə bağlı deyə bilərik ki, çox güman
ki, əlyazmanın fon Ditsə qədərki nüsxəsi Rusiya ərazisində, rus mədəniyyətini, dilini mükəmməl
əxz edən, Rusiya mədəni həyatında kifayət qədər tanınan hansısa azərbaycanlı bir ziyalının
istifadəsində olmuş və yeri gəldikcə o özü də topluya rus sözlərinin də işləndiyi müasir ifadələri və
yaxud rus sözlərinin qarışığından yaranan, mənsub olduğu ədəbi-elmi mühitdə formalaşan məsəlləri
topluya əlavə etmişdir. Məsələn: “Mart (
ت ) girsə, tavar qarnına dərt girər”, “Aprel (ل ا )gəldi
ayıtdı: Tavar ota yetişdi”. 42
a
səhifəsində beyt adı altında belə bir ifadə verilmişdir: “Akçacığım var
ikən “tobroyunaq” dedilər, Akçacığım yedilər, “poydi z boğom” dedilər”. Bu ifadələr sonradan
topluya əlavələr olsa da və mətnin köçürülmə tarixi orada yazılmasa da, qeyd olunanlar əlyazmanın
təxminən XIX yüzillikdə köçürüldüyünü əsaslandıran başlıca faktlardır.
Əlyazmanın XV əsrdə köçürülməsi fikri bəs necə yaranmışdır? Bu, “Kitabi-Oğuznaməyi-
türki” mətninin son vərəqində (vər.43a), səhifənin ətəyindəki şərq paginasiyasını bildirən, çəpəki
yazılmış “xərci yemək” (
) kəlməsinin maddeyi-tarix kimi əlaqələndirilməsi ilə bağlıdır [2,
3]. Bizcə, “xərci yemək” söz birləşməsi xronoqram yox, hələ tamamlanmayan həmin naqis əlyaz-
manın növbəti vərəqinin davamına işarədir. Xatırladaq ki, orta əsr əlyazmalarının tərtibi ənənəsinə
uyğun olaraq, katiblər vərəqdən-vərəqə keçərkən, növbəti yeni vərəqdə yazılacaq ilk sözü əvvəlki
səhifənin ətəyində yazmışlar. “Kitabi-Oğuznaməyi-türki”də də ilk vərəqdən başlayaraq hər vərəqin
“b” üzünün ətəyində çəpəki şəkildə olmaqla paginativ sözlər yazılmışdır. Sonda “Baqi vəssalam.
Təmmət” (43
a
) qısa katib kolofonu mətnin başa çatmağına işarədir. Amma “Kitabi-Oğuznamyi-
türki”nin məcmuə tərkibində (2
a
-43
a
) olması ilə bərabər, “xərci yemək” ifadəsi ola bilər ki, mətnin
hələ bitməməsini və yaxud həmin ifadənin növbəti səhifə başında olmaqla əlyazmanın davam
etdiyini bildirmişdir.
“Kitabi-Oğuznaməyi-türki”nin mətni hər səhifədə 17 sətir köçürülmüşdür. Mətnin əksər
hissəsi qafiyələnən ifadələrdir, arabir isə beytlərlə nəzm hissələr qələmə alınıb. Əlyazma dibaçə ilə
başlanır, burada mətn “Kitabi-Dədə Qorqud” abidəsinin müqəddiməsini xatırladan söyləmələrlə
müşayiət olunur. Mətinin 5
a
səhifəsində yazılmış “Fatihətül-kitab” (“Kitabın başlanğıcı”)
sərlövhəsindən sonra isə paremik vahidlər başlanır.“Əmsali-türkanə” və “Əmsal və nəsayehi-türki”
kimi toplularından fərqli olaraq burada paremilər əlifbaya görə sıralanmayıb.Paremilərin iki-iki,
üç-üç qafiyələnməsi, həmçinin mətndaxili qafiyələrin olması, onun əlifba sırasına görətərtib
olunmuş mətnlərdən daha qədim olmasını deməyə əsas verir. Çünki erkən orta əsrlərdən başlayaraq
mövzusundan asılı olmayaraq bədii əsərlər kimi, tarixi məzmunlu əsərlər də nəzmlə qələmə
alınmışdır. Bu cür mənzumələrin yaranması daha çox dövrün oxucusunun mətnin qafiyəliliyinə,
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
303
rəvanlılığına meyilli olması, onu tez hafizəsinə köçürməsi ilə bağlı idi. Mənzum mətnlər asan
əzbərlənir, uzun müddət yaddaşlarda yaşayır və asanlıqla nəsildən-nəslə ötürülmüşdür. “Kitabi-
Oğuznaməyi-türki”nin tərtibatının əlifbaya uyğun olmaması birinci növbədə burada, ən çox da
başlanğıcda kiçik didaktik-tərbiyəvi söyləmə mətnlərdirsə, ikinci halda əlyazma dəfələrlə katiblər
tərəfindən köçürülsə də, mətnin klassik strukturunun qorunub saxlanılmasıdır. Əlyazmanın tərtibatı
haqqında onu da əlavə edək ki, hər bir ifadə bir-birindən nöqtə işarəsilə ayrılıb. Eyni zamanda
nöqtələr hər sətirin sonunda ifadənin bitib-bitməməsindən asılı olmayaraq da qoyulmuşdur.
Paginativ sözlər vərəqin ətəyində yazılmaqla növbəti səhifədə təkrar olunduğu kimi, bəzi sətirlərin
sonunadək tamamlanmayan və tamamlanan ifadələr də növbəti sətirin əvvəlində çox zaman təkrar
olunmuşdur. Qeyd edək ki, əlyazmaya aid olan bu paleoqrafik xüsusiyyətə digər əlyazmalarda rast
gəlmirik.
“Kitabi-Oğuznaməyi-türki” yazılı folklor abidəsi müxtəlif paleoqrafik xüsusiyyətləri ilə
bərabər, tekstoloji-filoloji baxımından xalq dilindən toplanaraq köçürülmüş digər yazılı folklor
abidələrimizlə müqayisəli təhlillər aparmağa imkan verən bir qiymətli əlyazma əsərdir. Əgər
“Əmsali-türkanə” ilə “Əmsal və nəsayehi-türki” bir-birinə məzmun, forma, ifadələri dil-üslub
cəhətdən nə qədər yaxındırsa, “Kitabi-Oğuznaməyi-türki”nin də folklor topluları arasında oxşarı
vardır. Bu, Sankt-Peterburq Dövlət Universitetinin Şərq fakültəsinin kitabxanasında saxlanılan
“Oğuznamə”dir (“Əmsali-Məhəmmədəli” və yaxud “Məcməül-əmsali-Məhəmmədəli”).Hər iki
toplunun oxşarlığını bir çox xüsusiyyətlərinə görə müqayisədə görmək olar. Burada hər iki
əlyazmanın bir-birinə oxşarlığını, bir tarixi məqamla da əlaqələndirmək mümkündür. Nüsxələrdən
biri Sankt-Peterburqda, digəri isə Berlin şəhərində saxlanılır. Əlyazma mətni olaraq hər iki nüsxə
bir-birinə çox yaxındır və burada belə bir tarixi məqamı xatırladaq: XIX yüzilliyin əvvəllərində
Azərbaycanın quzeyi, eyni zamanda güneyinin bir hissəsi Rusiya tərəfindən işğal olunur.
Ərdəbildən Şeyx Səfi məqbərəsindəki çox zəngin kitabxana qarət edilərək 1828-ci ildə Sankt-
Peterburqa aparılır. Həmin ərəfədə - XIX əsrin birinci yarısında Rusiyanın paytaxtında bir çox
azərbaycanlı şərqşünas alimlər universitetlərdə çalışmışlar. Burada Mirzə Cəfər Topçubaşov və
Mirzə Kazım bəy kimi görkəmli azərbaycanlı alimlər universitetlərdə dərs demiş və Rusiyada
şərqşünaslıq elminin yaranmasına, şərqşünas kadrların yetişməsində böyük rol oynamışlar. “Mirzə
Cəfər Topçubaşov XIX əsrin ikinci onilliyindən başlayaraq ömürlük Peterburqda yaşamış, Rusiya
Xarici İşlər Nazirliyinin Asiya Departamenti Yanında Şərq Dilləri İnstitutunda 45 il müəllim və
tərcüməçi işləmiş (9, s.70), 1819-cu ildən Peterburq Baş Pedaqoji İnstitutunda türk, ərəb, fars
dillərindən dərs demiş, 32 yaşında (7 mart, 1823) Peterburq universitetinin professoru olmuşdur”
(10, s.363). “Bir sıra mənbələrdə göstərilir ki, Mirzə Cəfər özünə zəngin arxiv və kitabxana
yaratmışdı. Bu xəzinənin qapılarını bütün qələm dostlarının üzünə açmışdı. Burada ... əlyazma və
çap kitabları ilə yanaşı, türk, ərəb, fars, rus, fransız ... dillərində də minlərlə kitab olmuşdur. O,
həmin əsərlərin bir çoxunu öz sağlığında İmperator kitabxanasına, dövlət adamlarına, elm və
ədəbiyyat xadimlərinə, dostlarına və tələbələrinə bağışlamışdı” (10, s.365). Beləliklə, XIX əsrin
birinci yarısında həm Azərbaycan əlyazmalarının böyük bir hissəsi Sankt-Peterburqa gətirilir və
həm də həmin dövrdə bir çox azərbaycanlı ziyalılar Rusiyanın paytaxtında yaşayıb, elmi-pedaqoji
fəaliyyətdə olmuşlar. Bəlkə də, “Kitabi-Oğuznaməyi-türki” toplusu rus ədəbi-elmi mühitində olan
bir türk əsilli ziyalının istifadəsində olmuş və yeri gəldikcə yeni-yeni ifadələri, o cümlədən rus
sözlərinin iştirakı ilə yaranan atalar sözlərini topluya əlavə etmişdir – “Akçacığım var ikən
“tobroyunaq” dedilər, Akçacığım yedilər, “poydi z boğom” dedilər”. Sonradan isə toplu onun
sahibinin səxavətliliyi nəticəsində Berlin Dövlət kitabxanasına düşmüşdür. Əlbəttə, bu bizim öz
fərdi ehtimalımızdır.
Adları çəkilən atalar sözlərinin köçürüldüyü topluları oxşar və fərqli xüsusiyyətlərini nəzərə
alıb deyə bilərik ki, “Əmsali-türkanə” ilə “Əmsal və nəsayehi-türki” toplusunun katibləri
məlumdur. Hər iki toplu dil baxımından Azərbaycanın güney ərazisi ilə bağlıdır. Hər iki toplu
birbaşa canlı danışıqdan, şifahi nitqdən toplanmışdır. Hər iki toplu avtoqraf olsa da, mətnləri
üzərində sonradan hər hansı bir katib, folklorçu tərəfindən təshihat, düzəliş işləri
aparılmamışdır.“Kitabi-Oğuznaməyi-türki” və “Oğuznamə”nin (“Əmsali-Məhəmmədəli”) mətnləri-
nin müqayisəsindən isə aydın olur ki, bu topluların mətnləri ilkin toplamalardan sonra, əsrlərboyu
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
304
bir neçə dəfə, bəlkə də dəfələrlə köçürülmüş və hər dəfə köçürüldükcə köçürüldüyü zamanın dil-
imla qaydaları, həmçinin ayrı-ayrı türk xalqlarının dil xüsusiyyətləri paremilərdə iz qoymuşdur.
Buradakı paremilərin bəzisində qıpçaq, cığatay və əsasən də Türkiyə türkcəsinin dil xüsusiyyətlərilə
də rastlaşırıq. Hər iki mənbəni müqayisə etdikdə məlum olur ki, “Kitabi-Oğuznaməyi-türki”
başlanğıc mətnə, müqəddiməyə malikdir. Sankt-Peterburq “Oğuznamə”siisəyalnız paremik
vahidlərdən ibarət olub, “Kitabi-Oğuznaməyi-türki”nin 5
b
səhifəsindəki “Atalar sözi Qurana
girməz, əvət Quran yanınca yalın-yalın yollaşır”, “Atalar sözüni tutmayan yəbanə atulur” ifadələri
cüzi fərqlənməklə oxşar formada köçürülmüşdür. Bu ifadələrədək isə “Kitabi-Oğuznaməyi-türki”də
“Kitabi-Dədə Qorqud” abidəsinin müqəddiməsi şəklində başlanğıc mətn qələmə alınmışdır.
ƏDƏBIYYAT
1. Musabəyli Azadə. Xarici ölkələrdəki Azərbaycan əlyazmalarının toplu kataloqu. 3 cilddə, I
cild. Bakı: “Elm”, 2012, - 416 səh.
2. Oğuznamə (çapa hazırlayan Şamil Cəmşidov. Bakı: “Nurlan”, 2008.
3. O.Ş.Gökyay. “Dedem Korkutun kitabı” İstanbul, 2000, s.CXXIX-CXXXII.
4. Oğuznamə (Çapa hazırlayanı, müqəddimə, lüğət və şərhlərin müəllifi Samət Əlizadə).
Bakı: “Yazıçı”, 1987, 223 səh.
5. Kitabi-Dədə Qorqud Ensiklopediyası. Bakı: 2000.
6. X-943/3483. Məhəmməd Vəli Qəmərli. Atalar sözü. İrəvan, 1899. AMEA Əlyazmalar
İnstitutu.
7. B-6425. Məcmuə. Əmsali-türkanə, 1a-25a. AMEA Əlyazmalar İnstitutu.
8. Əmsal və nəsayehi-türki. Məcmuə (Əlyazmanın əsli Tehran Parlament Kitabxanasında
saxlanılır. Surəti bu yazının müəllifindədir).
9. Azərbaycan EA Xəbərləri. ƏDİ seriyası. 1974, №2, s. 70.
10. İmaməddin Zəkiyev. Azərbaycan kitabının inkişaf yolu. Bakı: Azərbaycan Ensiklo-
pediyası “Nəşriyyat-Poliqrafiya” Birliyi, 2000.
Əzizağa Nəcəfzadə, fil.ü.f.d., dos.
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, elmi katib
azizaga.necefov@mail.ru
NİZAMİ GƏNCƏVİNİN TÜRK MƏNŞƏYİ, MƏNBƏLƏRƏ YENİ BUCAQ
ALTINDA BAXIŞ
“Nizami türk oğlu türk”dür. Nizaminin 1922-ci ildə məzarının köçürülməsilə bağlı qəbrinin
açıldığı haqqında xroniki qeydlər də bunu bir daha sübut edir. 1923-cü ildə Tiflisdə çıxan “Yeni
fikir” qəzetinin 256-257-ci sayında dərc olunan “Nizaminin məzarı” adlı məqalədə yazılır:
“Nizaminin nəşi məzarda türk adətinə uyğun olaraq yerləşdirilmişdi” (1, 36).
Lakin bu böyük türkün milli mənsubiyyəti ilə bağlı yenə də mübahisələr davam
etdirilməkdədir. Onun gah atasının, gah anasının qeyri-türk olması fikri zaman-zaman gündəmə
gəlir. Bunun heç bir elmi əsasının olmadığı isə hələ XX əsrin 40-cı illərində Azərbaycan
ədəbiyyatşünasları tərəfindən sübuta yetirilmişdir. Bəs nə üçün bu mübahisələr səngimək bilmir?
Şairin atasının Qumda doğulması ehtimalı daha çox XVIII əsr İran təzkirəçisi və şairi Lütfəli
bəy Azərin “Atəşgədə” əsərindəki qeyddən qaynaqlanır. Belə ki, müəllif özündən əvvəlki
təzkirələrdən bəhrələnərək şairin “İskəndərnamə” poemasının ikinci hissəsinə ilhaq edilmiş bir
beytə istinad edib onun əslən Qumdan olduğunu göstərir:
Ço dor gərçe dər bəhre-Gənce qoməm,
Vəli əz qohestane-şəhre-Qoməm.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
305
Beytin tərcüməsi belədir:
Dürr kimi Gəncə dənizində itsəm də,
Dağlıq ərazi olan Qum şəhərindənəm.
Müasiri olduğumuz dövrdə yenidən gündəmə gətirilən və müzakirələrə səbəb olan bu
ərazinin əslində Azərbaycanın Qax rayonunun Qum kəndi olduğu isə milli mətbuat və televiziya
orqanlarında da vurğulanır. Biz bununla da razı deyilik. Çünki Y.E.Bertels, H.Araslı, Vəhid
Dəstgerdi və başqa sanballı nizamişünas alimlər tədqiqatlarında yuxarıda verdiyimiz beytin
Nizaminin daha qədim əlyazmalarında olmadığını göstərmiş, bu beytin sonralar katiblər tərəfindən
əlavə edildiyini söyləmişlər. Bu beytin mətnşünaslıq baxımından tədqiqi də onun poetik ardıcıllıqda
ümumi məzmunla uyuşmadığını göstərir.
Xəlil Yusifli şairin əslən Qaxın Qum kəndindən olmasını iddia edənlərə cavab olaraq yazır:
“Bu adamlar, heç olmasa, Nizaminin olmayan həmin misralardakı Qum, Təfriş, Ta sözlərinə diqqət
yetirmir (Müəllif bu beytin ikinci misrasının ayrı-ayrı mənbələrdə fərqli olmasını nəzərdə tutur –
Ə.N.), bu sözlər arasında ancaq Qum sözünü görürlər. Qum sözünün yanındakı şəhər sözünü də
görmək istəmirlər. Nizami əsərinə artırılan beytdə Qum kəndindən yox, Qum şəhərindən və onun
torpaqlarına daxil olan Ta kəndindən danışılır” (2, 18).
Y.E.Bertels “Böyük Azərbaycan şairi Nizami” kitabında bu xüsusda yazır: “Mənə məlum
olan Nizami əlyazmalarından ən yaxşısı və ən qədimi olan Paris Milli Kitabxanasına məxsus və
763-cü ildə (1360) üzü köçürülmüş əlyazmasında da bu misralar yoxdur” (3, 26) .
Nüşabə Araslının 1980-ci ildə nəşr olunan “Nizami və türk ədəbiyyatı” monoqrafiyasında
maraqlı bir qeyd ilə qarşılaşırıq: “...türk ədəbiyyatşünası Əli Gəncəli müasir türk şairi
M.F.Gürtüncanın “Leyli və Məcnun” tərcüməsinə yazdığı müqəddimədə Nizami əsərlərinin
Ayasofyada rast gəldiyi qədim bir əlyazmasında belə bir beytə təsadüf etdiyini bildirir:
Pedər bər pedər mər məra tork bud,
Befərzəngi hər yeki qorq bud.
(Mənim ata-babam türk idi,
Ağıl və hikmətdə hər biri bir qurd kimi idi) (4, 5).
Bu qeyd də şairin atasının türk olduğunu bir daha təsdiq edir.
Nizaminin anasının kürd əsilli olmasına gəlincə isə onu deyə bilərik ki, bu da Nizaminin
“Leyli və Məcnun” əsərindəki bir beytdən doğan nəticədir. Beyt özü belədir:
Gər madəre-mən Rəiseyi-qord (və ya Gər madəre-mən rəiseyi-kord)
Madər sefatane pişe-mən mord.
Bu misraların Azərbaycan dilinə tərcüməsi ayrı-ayrı mənbələrdə müxtəlif cür səslənir.
Səməd Vurğunun poetik tərcüməsində oxuyuruq:
Kürd qızı anam da bizi tərk etdi,
Bir ana qəlbiylə dünyadan getdi (5, 54).
Ə.Səfərli və X.Yusiflinin “Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı” kitabında beytin
hərfi tərcüməsi aşağıdakı kimi verilir:
Mənim anam igid Rəisə
Ana sifətində qarşımda öldü (6, 122).
M.Ə.Rəsulzadə “Azərbaycan şairi Nizami” monoqrafiyasında bu beyt haqqında, daha
doğrusu beytdəki “rəiseyi-kord” birləşməsi barədə yazır: “Bəziləri (tədqiqatçılar – Ə.N.), o
cümlədən Vəhid Dəstgirdi “Rəisə”ni Nizaminin anasının adı kimi qəbul etmişlər. Lakin bizim
qənaətimizə görə, tərkibdən də göründüyü kimi, o, şəxs adı deyil, sadəcə bir tituldur. Kürd rəisəsi
deməkdir. Ümumiyyətlə, qadın adı olaraq “Rəisə” adlının başqa bir nümunəsi də yoxdur. Burada
“Rəiseyi-kürd”ün (bu söz birləşməsinin – Ə.N.) “Kürd zadəganı” mənasında başa düşülməsi daha
məntiqə uyğundur. “Kürd rəisi” və ya “kürd rəisəsi” olmaq, eyni zamanda tarixdə də misalları
olduğu kimi, haqqında danışılan adamın mütləq kürd xalqından da olmasını sübut etmir. Çünki kürd
qəbilələrinə rəislik (başçılıq – Ə.N.) etmiş türklərin varlığı elm aləmində məlumdur” (7, 41).
Məşhur İran nizamişünası Səid Nəfisi də öz dissertasiyasında M.Ə.Rəsulzadə kimi düşünür,
bu misrada Rəisə sözünün xüsusi yox, ümumi isim olaraq işləndiyini yazır. O da Vəhid Dəstgirdiyə
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
306
etiraz edərək Nizaminin anasının kürdlərin rəisəsi, yaxud kürd hakimlərindən olduğunu qeyd edir
(Daha müfəssəl məlumat üçün bax: 1, 32).
Beytin ümumi məzmununa istinadən nizamişünaslarımızın bəziləri haqlı olaraq “kord”
sözünü ərəb qrafikasına uyğun şəkildə “qord” oxumuş, onun igid, əyilməz, mərd mənalarına da
gəldiyini söyləmişlər. Bəli, diqqətlə düşünsək, şairin bu misralarda qadına xas nəvazişli qayğıkeşlik Dostları ilə paylaş: |