edən qorxudur ki, biz müsəlmanların bədəninə də analarımızın südü ilə giribdir. Söz yox ki, hər
şeydən qorxan, həmişə qorxu altında ömürlərini çürüdən, dilsiz-ağılsız, fəqir və yazıq anaların
südünü əmən balalardan qorxaq, aciz və bacarıqsız nəsl əmələ gələcəkdir".
"Həqiqi gözəllik və hərəkətsiz nisfimiz" məqaləsi də "Tərəqqi" qəzetinin 26 aprel, 29 iyul, 4
avqust 1909 -cu il saylarında çap olunmuşdur. Rus şairi N.A.Nekrasov fəna halında yaşayan rus
qadınlarını 3 qismə bölür: Birincilər, anadan kəniz və ixtiyarsız doğulanlar; ikincilər, qul kişiyə
arvad olanlar; üçüncülər, qul anası olanlar və qul övladına baxanlardır.
Böyük mütəfəkkir yuxarıda deyilənlərə istinad edərək ailə münasibətlərinə toxunur,
möhkəm ailənin, xüsusilə ata-ananın uşaqların təlim-tərbiyəsində əvəzsiz rola malik olduğunu
bildirir.
Böyük alim – xalqımızın elm və təhsili yolunda bütün varlığı ilə yorulmadan mübarizə
aparmış Firidun bəy Köçərlinin ədəbi irsi o qədər zəngindir ki, bundan sonra da orada bu günümüz
və gələcəyimiz üçün kifayət qədər lazımi biliklər əldə ediləcəkdir.
Həmidə Əliyeva, fil.ü.f.d., dos.
Azərbaycan Dillər Universitetinin
Xarici ölkələr ədəbiyyatı kafedrası
a_hemide@mail.ru
QƏDİM TÜRK EPİK TƏFƏKKÜRÜNÜN QƏRBİ AVROPA EPOSLARINDA
PASSİONAR ROLUNUN KOMPARATİVİSTİKA ASPEKTİNDƏN
DƏYƏRLƏNDİRİLMƏSİ
Hələ eramızdan əvvəl Avropaya köç edən as, iskit (skif) türk tayfaları barəsində müxtəlif
antik və Orta əsrlər mənbələrində yazılmışdır. Antik müəlliflərdən Herodot və Strabon öz
əsərlərində iskitlər haqqında geniş məlumatlar vermişlər. İslandiyaya qədər gedib çıxan türk boyları
(aslar – H.Ə.) barəsində məşhur island tarixçisi və ictimai xadimi S Sturluson öz “Kiçik
Edda”sınıngiriş hissəsində söhbət açaraq Odinin və vikinqlərin İslandiyaya Asiyadan gəldiyini
yazmışdır. Öz əsərini qədim saqalar əsasında yazan S. Sturluson gəlmələri aslar adlandıraraq,
onların əvvəlcə Troyaya getməsindən sonra isə Avropanın şimal bölgələrində – İsveç, Norveç və
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
312
İslandiyada məskunlaşmasından söhbət açmışdır. Asların Asiyadan gəlməsi barəsində o,
“Heymskrinqla” və ya “Yer kürəsi” adlı digər bir əsərinin “İnqlinqlər haqqında saqa” hissəsində
daha geniş məlumat vermişdir (11, s. 3-7). Burada əfsanəvi konunqların, bütpərəst allahların-asların
Asiyadan gəlməsi və özləri ilə bərabər öz adətlərini və inanclarını gətirməsi təfsilatı ilə nəql
olunurdu: “Asiyada Tanakvisldən şərqdə yerləşən ölkə Asların ölkəsi, yaxud Asların məskəni,
paytaxtı isə Asqrad adlanırdı. Oranın hökmdarı Odin idi. Burada böyük məbəd vardı. Qədim adətə
görə məbəddəki on iki ali kahin qurban ayinlərini yerinə yetirir və xalqa hakimlik edirdi. Bütün
insanlar onlara xidmət və ehtiram göstərməli idilər. Odin böyük döyüşçü idivə çoxlu səyahət
eymiş, bir çox ölkələri tutmuşdu” (11, s. 4).
Tədqiqatçı H. Gerber də özünün “Şimali Avropanın mifləri” əsərində asların (o, burada
onları arilər adlandırır-H.Ə.) Asiyadan gəldiyini qeyd edir: “Bəzi tədqiqatçıların fərziyyəsinə görə
Şimali Avropanı məskunlaşdıran arilər Asiyanın mərkəzindən İran yaylasından çıxmışdılar” (8,
s.11).
Odinin as olması və Asiyadan gəlməsi faktı şübhə doğurmasa da, asların etnik mənsubiyyət
məsələsi kifayət qədər mübahisəlidir. Etnik mənsubiyyət baxımından müxtəlif xalqları, xüsusilə
alan, sarmat, osetin, abxaz kimi Qafqaz xalqlarını asların varisləri hesab edirlər. Bəzi
tədqiqatçılara görə (A.Aleman, Y.A.Kulakovski, V.B.Kovalevskaya, V.A.Kuznetsov, O.B.Bubenal,
N.N. Lısenko, G.V.Vernadski) as etnonimi alan xalqının adlarından biridir. Lakin nədənsə əksər
tədqiqatçılar “türk etnosu içərisində çoxsaylı soylardan biri olan as boyu”nun (1, s.12) üzərindən
sükutla keçirlər. Halbuki, S. Sturluson “Kiçik Edda”nın giriş hissəsində bir neçə dəfə aydın şəkildə
türk millətinin adını çəkir: “Yerin ortasında böyük şöhrətə malik şəhər tikilmişdi. Onda Troya
adlanan bu şəhər indi Türklərin ölkəsidir” və yaxud “O, şəhərə (Siqtun nəzərdə tutulur-H.Ə.) on iki
hakim qoydu ki, məhkəmə işləri ilə məşğul olsunlar və əvvəllər Troyada olan və türklərin vərdiş
etdiyi qanunları tətbiq etdi” (10).
Göründüyü kimi, yuxarıda adı çəkilən bir skandinav ədəbi abidəsi, özü də tarixçi tərəfindən
yazılan bir əsər türk adlarını, türk qanunlarını Troyadan Avropaya aparan aslar haqqında nə qədər
məlumat verir. Əksər Avropa alimlərinin S.Sturlusonun bu fikirlərini müxtəlif istiqamətlərə
yozmasına baxmayaraq, nəğmələrdə əks olunan türk mədəni elementlərini tamamilə inkar etmək
mümkün deyildir. Məsələn, Odinin qədim türklərin dini olan şamanizmə etiqadı, runik yazı sistemi,
qılınc və at kultları, qurbanlıq ayinləri və qədim türk cəmiyyətlərinə aid olan bir çox adət və
ənənələr eddik nəğmələrin epizodlarında bu və ya digər şəkildə öz əksini tapmışdır. Türk runik
yazılarını araşdıran məşhur qazax şairi və alimi O. Süleymenov də Skandinaviyanın türklərlə
bağlılığını istisna etmir, “Orxon-Yenisey yazılarının Skandinaviyanın daş kitabələrini xatırlatdığını”
yazırdı (6, s. 169).
Qeyd etmək lazımdır ki, Pamirdə, Tyan-Şanda və Alma-Atı ətrafındakı İssık kurqanlarında
aparılan arxeoloji qazıntıların aşkarladığı runik yazılar Orxon – Yenisey yazılarından da qədimdir.
Bizim eranın I əsrinə aid olan bu yazıların oxşarına İsveç yaxınlığındakı Qotland adasında bir
qəbirüstü daşın üzərində rast gəlinmişdir. Arxeoloqlar həmin yazının tarixini Vəsrin II rübünə aid
edirlər (9, s.7).Qədim skandinavların 24 runu “futarak”ın yarıdan çoxu qədim türk runik əlifbasının
işarələri ilə həndəsi oxşarlığa malikdir.Bu isə onu göstərir ki, Qərbi Avropa etnosları türk
tayfalarının miqrasiyası nəticəsində, təxminən b.e. III əsrində runik əlifbanı onlardan
mənimsəmişlər. Sonralar V əsrdə Atillanın başçılıq etdiyi türk hərbi tayfa birləşmələrinin-hunların
Avropanın daha geniş ərazilərində məskunlaşması runların yayılma və istifadə arealını əhəmiyyətli
dərəcədə böyütdü. Skandinav mifoloji nəğmələrində Odinin runik əlifbanı kəşf etməsi, runların
sirrini öyrənməsi həmin tarixi hadisələrin bədii təsviri idi.
Skandinavlarla qədim türklərin bir-birilə qaynayıb-qarışması onların ictimai-mədəni
həyatının gələcək inkişafına öz müsbət təsirini göstərdi. Bu təsir xüsusilə skandinav xalq
yaradıcılığnda qabarıq nəzərə çarpmaqdadır. Hər bir xalqın özünəməxsus folklor ənənələrinin
olması təbii haldır. Lakin dastan bağlamaq, epos yaratmaq kimi nəhəng yaradıcılıq işi hökmən
müəyyən tarixi inkişaf mərhələlərindən keçməli, bədii təcrübənin kamil nümunəsi kimi ortalığa
çıxmalıdır. Folklorşünas-alim M.Qasımlı yazır: “Epik mərhələnin təşəkkül tapması və fasiləsiz
dövriyyə halına gəlməsi üçün etnocoğrafi məkanın genişliyi və hərəkət dinamizmi mühüm şərtdir.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
313
Bu səbəbdən də, bir qayda olaraq, məkan genişliyinə malik olmayan etnoslarda epos-dastan
yaradıcılığına o qədər də güclü meyl müşahidə edilmir” (5, s. 25).
Qərbi Avropa eposlarının bu və ya digər dərəcədə türk epik ənənəsindən bəhrələnməsi ilk
növbədə tarixi –mədəni əlaqələr nöqteyi nəzərindən izah olunmalıdır. Avrasiya çöllərində türk
etnoslarının ən qədim zamanlardan mövcudluğu, Böyük Çölün əbədi sakinləri olması barəsində
türkoloji tədqiqatlarda yetərincə məlumatlar tapmaq mümkündür (Q.N.Potanin, V.V.Radlov,
N.V.Abaev, L.N.Qumilyov, A.M.Xazanov, İ.Y.Biçurin, M.Accı və b.). Böyük Çölü məskunlaşdıran
bu köçəri tayfalar əsrlər boyu aralarında davam edən daimi təmaslar nəticəsində vahid bir maddi-
mənəvi mədəniyyət əmələ gətirmişdilər. Qədim türklər getdikləri hər bir olkəyə bu zəngin mədəni
irslə daxil olur, yerli xalqların bədii söz sənətinin inkişafına əhəmiyyətli təsir göstərirdilər. Türk söz
sənətinin Qərbi Avropa xalqlarına göstərdiyi bu cür təsir N. Cəfərovun aşağıdakı fikirlərində dolğun
və obrazlı əksini tapır: “ Şimalda Köqmən (Sayan) dağlarına, Sibir meşələrinə; Cənubda Tibetə;
Şərqdə Sakit okeana, Sarı dənizə; Qərbdə isə Aral gölünə, Xəzər dənizinə, sonralar isə Qərbi
Avropaya qədər uzanan bu çöllərdə (Avrasiya çölləri nəzərdə tutulur- H. Ə.) türk atlarının ayaq
səslərini qədim dövrlərin tarixçiləri hələ də eşidirlər. Arxeoloji araşdırmalar göstərir ki, haqqında
söhbət gedən geniş coğrafiyada türklərdən öncə hər hansı bir etnos-xalq tərəfindən ardıcıl şəkildə
yaradılmış maddi mədəniyyətin izlərinə təsadüf edilmir. Və həmin coğrafiyanın ilk dastanlarını
türklər söylədikləri kimi, ilk nəğmələrini də türklər oxumuş, ilk yazılarını da məhz türklər yazmışlar
(3, s. 3-4).
Avropaya müxtəlif tayfa adları altında daxil olan qədim türklər yerli xalqların mədəni, siyasi
və ictimai həyatının formalaşmasında əhəmiyyətli rol oynamışlar. Türk etnoslarının bu tarixi
missiyası barəsində F.Bayat yazır: “Bunlar (Türklər - kursiv bizimdir – H.Ə.) Avropada,
Balkanlarda, Ukrayna çöllərində bir etnos kimi əriyib yerli tayfalara qarışdılar və onların
etnogenezinin formalaşmasında böyük rol oynadılar. Bəziləri yerli tayfalara adlarını verdilər
(bulqarlar, avarlar kimi), bəziləri də mədəniyyətlərinin bir hissəsini (qıpçaqlar, peçeneqlər kimi)
yerli tayfalara saxladılar. Tarix belə faktlarla doludur” (2, s. 93).
Avropanın mədəni-siyasi tarixində açıq-aşkar görünən türk izləri və elementləri kökləri çox
qədimlərə gedən həmin demoqrafik dəyişikliklər və türklərlə yerli xalqların mədəni mübadiləsi
zamanı türk mədəniyyətinin dominant təşkil etməsi ilə bağlı idi. Skandinav xalqları da bu mənada
istisna deyildi. Qədim türklər yalnız onların etnogenezində deyil, bədii yaradıcılığının
formalaşmasında da böyük rol oynamışlar. O səbəbdən də skandinav folkloru ilə türkdilli xalqların
şifahi yaradıcılığı arasında çoxlu sayda paralellər tapmaq mümkündür. Skandinav epik təcrübəsinin
məhsulu olan “Beovulf” dastanı ilə oğuz türklərinin ən məşhur və ən qədim eposu “Kitabi-Dədə
Qorqud” arasındakı bəzi mövzu və süjet oxşarlıqlarının kökünü də elə burada axtarmaq lazımdır.
Türk epik ənənəsinə xas olan qəhrəmanlıq nəğmələri, dəhşətli əcaib varlıqlarla (Təpəgöz, div,
əjdaha və s.) mübarizə səhnələri və uzaq, yad ölkələrdə göstərilən şücaətlərin vəsfi skandinav
saqalarında da geniş əks olunmuş, özünəməxsus şəkildə ifadəsini tapmışdır.
“Beovulf” dastanı Danimarka krallarının əcdadı sayılan əfsanəvi Skild Skefinqdən və şanlı
Skildinqlər sülaləsinin şöhrətindən bəhs edən girişlə başlanır. Skildin nəticəsi kral Hrotqar Heort
adlanan dəbdəbəli sarayında vaxtaşırı öz döyüşçüləri üçün ziyafət məclisləri qurur, onlarla bir yerdə
əylənirdi. Bu bir növ kralın öz döyüşçülərinə ehtiramını və onların sədaqətini layiqincə
qiymətləndirməsini ifadə edən mühüm məqamlardan biri olmaqla yanaşı, həm də çox qədim, qəbilə
quruluşu ilə bağlı başçı-döyüşçü münasibətlərinin izlərini ehtiva edən arxaik ənənəyə əsaslanırdı.
Belə adətlər oğuzlar və digər türk tayfaları arasında daha geniş yayılmışdı. A.M.Xazanov həmin
adətləri şərh edərək yazırdı: “...Herodotun nomarxlarının (tayfa başçısının) ildə bir dəfə öz
döyüşçüləri üçün böyük qonaqlıq düzəltməsi buna şəhadət verir ki, nomarxın hakimiyyətinin əsl
həqiqətdə hansı xarakter daşımasından asılı olmayaraq, bu hakimiyyət qəbilə başçılığının ənənəvi
qabığına bürünmüşdür. Hətta bir çox şifahi ədəbiyyatlardakı cəmiyyətlərdə qonaqlıq və payvermə
ənənəsi hələ ki sona qədər ölmür. Bu xüsusilə köçərilər (yəni qədim türklər-H.Ə.) üçün
xarakterikdir” (12, s. 184).
“Kitabi-Dədə Qorqud” eposunda həmin adət-ənənəni obrazlı şəkildə ifadə edən bir çox
epizod vardır. Məsələn, “Xanlar xanı Bayandır ildə bir dəfə şadlıq edib oğuz bəylərini qonaq edərdi.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
314
Yenə şadlıq məclisi qurub, atdan ayğır, dəvədən buğra, qoyundan qoç qırdırmışdı...” (4, s. 176).
“Kitabi Dədə Qorqud”un “Beovulf”la səsləşən məqamlarından ən qabarığı Təpəgöz-Qrendel
paralelləri ilə bağlıdır. “Beovulf” poemasının birinci hissəsində göstərilir ki, Heort artıq 12 ildir
dəniz əcaibi Qrendelin hücumlarına məruz qalmışdır.Hər gecə Qrendel bataqlığı bürüyən dumandan
sivrilib çıxaraq peyda olur, onlarla döyüşçünü parçalayaraq diri-diri yeyirdi. Heç kəs bu qorxunc
məxluqun qarşısına çıxa bilmirdi. Beləcə şənlik məclisləri azalır, bütün Danimarka kədərə-qəmə
bürünürdü. Az keçmir qonşularının fəlakəti qeatlara məlum olur və Beovulf 14 döyüşçüsü ilə
birlikdə Hrotqarın köməyinə gəlir. Göründüyü kimi Beovulf anqlo-sakson qəhrəmanı deyil, İsveçin
cənubunda məskunlaşan skandinav tayfalarından birinin-qeatların (qautlar) cəngavəridir.
“Kitabi-Dədə Qorqud” eposunun səkkizinci boyunda-“Basatın Təpəgözü oldürməsi”
boyunda da hadisələr demək olar ki, eyni qaydada cərəyan edir.Bu boyda təcavüzə uğrayan Oğuz
eli, təcavüzkar isə Təpəgözdür. O, türk-oğuz elinə qənim kəsilərək onun say-seçmə oğullarının
axırına çıxmışdır. Daha çox itki verməsinlər deyə oğuzlar onunla razılığa gəlmiş, hər gün iki adam
və 500 goyun verməyə razılaşmışdılar.
“Beovulf” dastanında Qrendel siklop olmasa da xislətcə və qorxunc xarici görkəminə görə
ona bənzər bir məxluqdur. Qrendeli bir çox xüsusiyyətlərinə, ən əsası isə xain, zalım xislətinə görə
Təpəgözlə eyniləşdirmək olar. Qidalanmaq üçün Təpəgoz insanları və heyvanları oğurlayıb yeyir.
Qrendel də gecəyarısı gözlənilmədən insanlara hücum çəkir və onların qanlı cəsədləri ilə qidalanır.
Oğuzlar Təpəgözü öldürmək üçün yeddi dəfə birləşsələr də, hər dəfə məğlub olurlar. Danimarkalılar
da Beovulfun gəlişinə qədər neçə dəfə cəhd etsələr də Qrendeli məhv edə bilmirlər. Oğuz Təpəgözü
yarı insan, yarı əfsanəvi məxluq olan Pəridən dünyaya gəlmişdir. Təpəgözün atası Sarı Çoban
həmin pəriylə bulaq başında rastlaşmışdır. Qədim “Oğuznayəmə”yə görə isə Təpəgözün anası
böyük dənizdə yaşayır. “Beovulf”dakı Qrendelin də anası su ilə bağlıdır, o, bataqlıqda yaşayır.
Qrendelin özünü isə dəniz əcaibi adlandırırlar.
Qrendelin ölümündən sonra anası özü Beovulfun və danimarkalıların üzərinə gələrək
oğlunun intiqamını almaq istəyir. “Kitabi-Dədə Qorqud”da da Pəri yalnız çobandan deyil, onun
mənsub olduğu bütün oğuz elindən intiqam almaq fikrindədir. Lakin o, bunu birbaşa deyil, dolayısı
ilə həyata keçirir. Anası Təpəgözün barmağına sehrli üzük taxmaqla onu ölümsüz edir və deyir:
“Oğul, sənə ox batmasın, bədənini qılınc kəsməsin!” (4, s. 267). Bununla da o, oğuz igidlərini çox
zor və öhdəsindən asanlıgla gəlinə bilinməyəcək bir təhlükə ilə üz-üzə qoymuş olur.
“Beovulf”dakı Qrendel də Təpəgöz kimi həm xarici görünüşcə dəhşətli və heybətli idi, həm
də çox qəddar əməllər törədərək Danimarkanın neçe-neçə cəsur igidinin qanını tökmüşdü. Təpəgöz
də oğuz elini beləcə kor qoymuş, say-seçmə oğullarını həlak etmişdi. Hər iki dastanda zülm ərşə
çəkiləndə-Danimarka başdan-başa garalar geyinəndə Beovulf, bir ananın iki oğlu Təpəgözə qurban
verilib üçüncüsünə növbə gələndə isə Basat meydana atılıb insanların köməyinə tələsir. Qeatların
cəsur döyüşçüsü Beovulf Basatdan fərqli olaraq qonşularının-danimarkalıların köməyinə tələsir,
onları dardan qurtarmağa çalışır.
Beovulf da Basat kimi düşmənilə təkbətək vuruşur. Basat Təpəgözə, Beovulf isə Qrendelə
yalnız öz gücünün hesabına qalib gəlir. Bu iki qəhrəmanın oxşar cəhətlərindən biri də onların öz
güclərinə arxalanmaqları ilə yanaşı, yeri gəldikdə düşmənə hiylə ilə qalib gələ bilmək bacarığı,
vəziyyəti ağılla vaxtında qiymətləndirə bilmək xüsusiyyətidir. Belə ki, Basat Təpəgözlə
vuruşmazdan əvvəl onun yeməyini hazırlayan qocalardan düşməninin zəif yerinin olub-olmadığını
soruşur. Qocalar cavabında Təpəgözün bütün bədəninin zirehlə örtüldüyünü yalnız tək gözünün
ətdən olduğunu xəbər verirlər. Basat da fəndgir tərpənərək Təpəgözü məhz yeganə gözündən
məhrum edir və bununla gələcək mübarizədə qələbəsini təmin etmiş olur. Beovulf da yaxşı bilir ki,
Qrendel qəddar, amansız olmaqla yanaşı həm də çox hiyləgərdir. Ona görə də öz yoldaşlarına
bildirir ki, onunla təkbətək döyüşə çıxmağın mənası yoxdur. Çünki o, açıq döyüşdən qaçacaq və
qəfildən qaranlıqda zərbə endirəcəkdir. Beləliklə, Beovulf Qrendeli qabaqcadan duyuq salmamaq
məqsədilə döyüşçü dostlarının arasında özünü tanıtdırmadan uzanaraq gecənin düşməsini gözləyir.
Gecə Qrendel həmişəki adətilə “Maral palatası”na hücum çəkəndə Beovulfun qüvvətli əli onun
biləyindən yapışır. Qrendel elə ilk təmasdan qeyri-adi güc sahibi ilə üzləşdiyini anlayır.Çox çətin
əlbəyaxa döyüş Beovulfun qələbəsi ilə başa çatır. O, Qrendelin qolunu çiynindən qoparır. Qanına
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
315
boyanmış əcaib özünü zorla bataqlığın qaranlıq sularına vurur və orada canını tapşırır.
“Beovulf” dastanı ilə “Təpəgöz” boyu arasındakı digər bir oxşarlıq qəhrəmanların-Beovulfla
Basatın adı ilə bağlıdır. Belə ki, xüsusilə “Beovulf”da bütün qəhrəmanlar şəxs adları ilə
adlandırıldıqları halda, yalnız Beovulfun adı fərqlidir. Beovulf adının mənası hərfi tərcümədə
“arılar canavarı”, yəni arıları udan deməkdir. Basatın adını isə Dədə Qorqud qoymuş,atları
basdığına görə ona Basat adını vermişdir.
“Beovulf” dastanı qəhrəmanın-Beovulfun dəfn mərasimi ilə sona yetir. Anqlo-sakson
dastanının sonunda Beovulfun 12 ən cəsur döyüşçüsü öz krallarına və sərkərdələrinə son
ehtiramlarını göstərərək onun cəsədinin külünü öldürdüyü əjdahanın mağarasından tapılan qiymətli
zinət əşyaları ilə birlikdə məzara basdırır, üstündə isə hündür və əzəmətli təpə ucaldırlar. Məlumdur
ki, təpə formalı qəbirlər qədim türklərə məxsusdur və kurqan adlanır. Kurqan sözünün mənası xan
qəbiri, yaxud xaqan qəbiri anlamını verir. Avrasiya çölləri boyunca səpələnmiş bu qəbirlər “skif çar
qəbirləri” kimi də tanınırdı. Qədim türklər öz hökmdarlarını və adlı-sanlı döyüşçülərini onlara
məxsus zinət və başqa məişət əşyaları, hətta atı ilə bir yerdə basdırardılar. “Kurqan qəbirləri
Avropada türklərin dəb salması şübhəsizdir. Onların gəlişinə qədər Avropa “yandırma əsrləri”ni
yaşayırdı. Bu Skandinaviyada da belə idi. Şimali Avropanın ensiklopediyası sayılan Norman
saqalarından ibarət “Yer kürəsi” kitabında hökmdar Freyrin kurqanda dəfn olunması epizodu ilə
Skandinaviyada ilk kurqanın tarixi başlanır” (7, s. 301).
ƏDƏBIYYAT
1.
Ağasıoğlu F. Azər xalqı. Seçmə yazılar. Bakı: Ağrıdağ, 2000, 436 s.
2.
Bayat F. (Gözəlov). Oğuz epik ənənəsi və “Oğuz Kaqan” dastanı. Bakı: Sabah, 1993, 194
s.
3.
Cəfərov N. Qədim türk ədəbiyyatı, Bakı, AzAtaM, 2004, 322 s.
4.
Kitabi-Dədə Qorqud. Əsil və sadələşdirilmiş mətnlər. Bakı: Öndər nəşriyyat, 2004, 376 s.
5.
Qasımlı M. Türk etnik düşüncəsində “Qorqud” obrazının mifoloji və tarixi statusu //
Folklor və etnoqrafiya, 2004, № 2, s.22-29.
6.
Süleymenov O. Az-Ya. Bakı: Azərnəşr, 1993, 304 s.
7.
Аджи М. Тюрки и мир: сокровенная история. М.: АСТ, 2006, 649 c.
8.
Гербер Х. Мифы Северной Европы. М.: Центрполиграф, 2008, 346 c.
9.
Мельникова Е.А. Скандинавские рунические надписи: Новые находки и
интерпретации. М.:Восточная литература, 2001, 495 с.
10.
Стурлусон С. Младшая Эдда. Л.: 1970 http://www.biblio.nhat-
nam.ru/mladshaya_edda.pdf
11.
Стурлусон С. Круг Земной. М.: Наука, 1980, 541 с.
12.
Хазанов А.М. Социальная история скифов, М.: Наука, 1975, 336 c.
Summary
Paralells between western European epics and “Kitabi Dede Qorqud” are held in the article.
The common features of characters and motives are explained with the great role of Turkish factor
on Scandinavian and anglo-saxon epic poetry which was formed under its influence.
Key words: Turkish ethnic group, epic, experience, plot, motive, Skandinavian songs
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
316
Xuraman Hümmətova, fil.ü.f.d., dos.
AMEA Nizami adına Ədəbiyyat İnstitutu
Türk xalqları Ədəbiyyatı şöbəsi, aparıcı elmi işçi
hummatovax@mail.ru
BƏKİR ÇOBANZADƏNİN POETİK YARADICILIĞI
Ömür kitabı yarımçıq qalan sənətkarlardan biri də tatar xalqının fədakar oğlu Bəkir
Çobanzadə (1893-1938) olmuşdur. O həm müəllim, həm filosof, həm dilçi alim, həm
ədəbiyyatşünas, ən nəhayət, incə ruhlu bir şair idi. Onun lirik şeirləri bizə qısa bir ömür yaşamış
tatar xalqının nakam şairi Qabdulla Tukayın poeziyasını xatırladır. Bu poeziyanın mayasında
xalqa doğmalıq, soy-kökə bağlılıq, adət-ənənəyə hörmət, tarixi keçmişlə fəxr etmək əsas
amillərdən biri kimi ön plana çəkilir. “Mənəm Çingiz, Teymur xanın nəvəsi, onlar gedən yolu mən
də gedirəm”,- deyən şair öz ulu keçmişinə səyahət etməkdən qürur duyur. Bu duyğu onu əzmkar
etmiş, səsinin bütün ellərə yayılmasını, “qoyun mən bağırım, sonra kiriyim, Kırımda, həm
Kaşqarda yurdum deyib yürüyüm” deməklə, səsinin və sözünün sərhədləri aşmasını, türk
torpaqlarının sərhədlərinin sonsuzluğuna oxucunun diqqətini cəlb edir. Bu səs uzun illər tatar
xalqını milli azadlıq uğrunda mübarizəyə səsləmiş, öz azadlığı uğrunda qan tökməyə hazır olan bir
tatar balasının “iç dünyasının” naləsidir.
B.Çobanzadənin diqqəti çəkən şeirlərindən biri də “Dana doğru”şeiridir. Şeirin birinci
misrasında şair “zülmət gecə, yer görünmür, ulduz yox” deməklə, tatar xalqının əsarət altında, yəni
zülmətdə olduğunu, insanların öz torpaqlarında hüquqsuzluğunu, bu xalqı oyadacaq bir
Dostları ilə paylaş: |