AZƏrbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ sumqayit döVLƏt unġversġtetġ amea-nın NƏSĠMĠ adina dġLÇĠLĠK Ġnstġtutu



Yüklə 7,04 Mb.
Pdf görüntüsü
səhifə55/69
tarix06.02.2017
ölçüsü7,04 Mb.
#7829
1   ...   51   52   53   54   55   56   57   58   ...   69

Conclusion 
Through these developments it is clear that multiculturalism has had some effect on many aspects of 
our  daily  life:  the  food  we  eat, the  buildings  around us,  the people  we  associate  with,  our  social lives,  the 
governments that govern us and, most importantly, our own outlook on the world. 
 
 
 
 
 
 
 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
298 
 
 
 
MAġIN TƏRCÜMƏSĠNĠN ÜSTÜNLÜKLƏRI VƏ ÇATIġMAYAN CƏHƏTLƏRĠ 
Heydərova L.Ə. 
Sumqayıt Dövlət Universiteti 
 
Süni intellektin inkişafı və müasir texnologiyaların yenilənməsi ilə insanların maşın tərcüməsinə olan  
tələbi  getdikcə  artır.  Onlayn  tərcümə  proqramları  və  sistemləri  insanlara  tərcümə    işini  həyata  keçirməyə 
kömək edir. Getdikcə maşın tərcüməsi mədəniyyətlərarası ünsiyyət qurmağın daha etibarlı vasitəsinə çevrilir. 
Bəs maşın tərcüməsi nədir və tərcümə prosesində hansı rolu oynayır?  
Kompüter linqvistikasının bir  sahəsi  olan  maşın  tərcüməsi    kompüter  proqramı  vasitəsilə  mətnin  bir 
dildən digər dilə tərcümə prosesidir. XX əsrin sonlarında reallığa qovuşan maşın tərcüməsi ilkin mərhələdə 
lüğətə  əsaslandığı    üçün  sözbəsöz  tərcümə  ilə  nəticələnmişdir.  Tədricən  maşın  tərcüməsinə  linqvistik 
nəzəriyyələr  əlavə  olunmuşdur.  Bununla  belə,  maşın  tərcüməsi  heç  də  həmişə  gözlənilən  tələblərə  cavab 
vermir.  Maşın  tərcüməsi  sözün    praqmatik  mənasını  duymadığı  üçün  sözdəki  çoxmənalılığı  və  məcaziliyi 
hədəf dilə doğru çatdıra bilmir. Elmi-texniki ədəbiyyatın tərcüməsində uğur qazanan  maşın tərcüməsi bədii 
ədəbiyyatın,  poeziyanın    tərcüməsi  zamanı  eyni  nəticəni  göstərə  bilmir.  Poeziyanın  normal  tərcüməçi 
tərəfindən  belə  bəzən  uğurlu  alınmadığı  həqiqətini  nəzərə  alsaq,  bu  zaman    maşın  tərcüməsindən  kreativ 
poetik  tərcümə  gözləmək  mümkünsüzdür.  Belə  ki,  maşın  tərcüməsi  heç  vaxt  yaradıcı  insan  beynini,  canlı 
tərcüməçini əvəz edə bilməz. Artıq maşın tərcüməsi ilə bağlı fikirlər dəyişmişdir və indi tam dəqiqliyə nail 
olmaq  üçün  bu  kimi  tərcümələrin  insan-tərcüməçi  tərəfindən  redaktə  edilməsinin  vacibliyi  qəbul 
olunmuşdur.  
Yuxarıda  deyilənlərə  baxmayaraq,  maşın  tərcüməsi  öz  aktuallığını  qoruyur.  Bundan  əlavə,  müəyyən 
məhdud  dil  mühitləri  maşın  tərcüməsinin  istifadəsinə  icazə  verir.  Buna  nümunə  olaraq  hava  məlumatlarını 
həm  ingilis,  həm  də  fransız  dillərində  ötürən  Kanada  hava  bürosunu  misal  göstərmək  olar.  Hava 
məlumatında  istifadə  olunan  sözlərin  sayı  çox  məhduddur  və  kompüterdə  bir  dildən  digər  dilə  tərcümə 
olunması üçün asanlıqla proqramlaşdırıla bilər. Digər bir nümunə isə sadə əsas suallardan ibarət olan rəsmi 
formalardır. NATO kimi təşkilat bu formaları on müxtəlif dildə təqdim edə bilir və proqram vasitəsilə hər 
formanı  bu  dillərə  avtomatik  tərcümə  edə  bilir.  Üçüncü    nümunə  isə  bütün  dünya  boyunca  özünün  kənd 
təsərrüfatı  maşınlarını  satan  və  əməliyyat  təlimatlarını  müxtəlif  dillərdə  təmin  edən  Illinoisdə  yerləşən 
Caterpillar  şirkətidir.  Bu  şirkət  daxili  tərcümə  proqramına  milyonlarla  investisiya  yatırıb  və  bu  proqram  
sayəsində öz texniki ədəbiyyatını sərfəli yolla yeniləyir və dəyişir.  
Hal-hazırda  maşın  tərcüməsindən  ən  çox  yararlanan  şəxslər  bu  kimi  xidmətləri  alanlar  deyil,  belə 
proqramları yaradan və istehsal edən şirkətlər və bu tərcümə layihələri üzərində proqram tərtibatçısı və ya 
maşın  tərcümə  mətnlərinin  redaktorları  kimi  işləyən  tərcüməçilərdir.  Başqa  sözlə  desək,  maşın  tərcüməsi 
istər qiymət, itərsə də keyfiyyət baxımından tərcüməçilər üçün real təhlükə yaratmır. 
 
 
R. KĠPLĠNGĠN “ƏGƏR” ġEĠRĠ TƏRCÜMƏDƏ 
Həmzəyeva S.S. 
Sumqayıt Dövlət Universiteti 
 
XX  əsrin  sonlarında  tanınmış  ingilis  yazıçısı,  şair    Redyard  Kiplingin  ―Əgər‖  şeiri  dilimizə  tərcümə 
olunur. ―Mükafatlar  və  möcüzələr‖  kitabında dərc olunmuş  ―Vasvası qardaş‖ hekayəsinə yazılmış giriş 
kimi  təqdim  olunmuş  bu  şeir    ilk  dəfə  1910–cu  ildə  çap  olunub.  Həmin    ərəfədə  Kiplinq  ədəbi  şöhrətin 
zirvəsində idi və şeirləri kütlə tərəfindən rəğbətlə qarşılanırdı. Tənqidçi D.Mirski qeyd elədiyi kimi, ―Əgər‖ 
şeirinə,  demək olar ki, hər ingilis vətəndaşının evində rast gəlmək mümkün idi. Uzun müddət Kiplinqi uşaq 
şairi kimi qəbul etsələr də, ―Əgər‖ şeirinin əxlaqi–didaktik mahiyyəti şairin ciddi əsərlər müəllifi kimi qəbul 
olunmasına imkan verir.  Sadəlik, təzad, dərin mətnaltı məna şeirin əsas qayəsini təşkil edir. Kiplinqin şeirdə 
əks olunan daxili dünyası yalnız ağ–qara rənglərdən ibarətdir. Məzmunundan anlaşıldığı kimi, şeir müəllifin 
öz oğluna həsr edilmişdi. Onu da qeyd edək ki, şairin oğlu 1915–ci ildə Fransa cəbhəsində həlak olmuşdu. 
Rus  dilinə  bu  şeir  M.  Lozinski,  V.  Kornilov,  A.  Qribanov,  A.  Şarapov  tərəfindən  tərcümə  edilir.  Lakin 
maraqlıdır  ki,  hər  dörd  mütərcim  şeiri  müxtəlif  adlarla  çevirmişlər.  Belə  ki,  M.Lozinski  onu  ―Заповедь‖ 
(―Vəsiyyət‖), V.Kornilov ―Когда‖(―Nə vaxt‖), A.Qribanov ―Если сможешь‖ (―Əgər bacarsan‖), A.Şarapov 
―Из тех ли ты‖ (―Onlardansanmı‖) şəklində tərcümə etmişlər. Azərbaycan dilinə həm Sabir Mustafa, həm də 
Şahin Xəlilli tərəfindən bilavasitə İngilis  dilindən tərcümə edilən bu şeirin adı ―Əgər‖ şəkilində çevrilmişdir. 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
299 
 
 
Hər  iki   tərcümənin  öz maraqlı cəhətləri var. Öncə onu qeyd edək ki, uşaq yazıçısı kimi tanınan Redyard 
Kiplinq adı çəkilən şeiri öz yaradıcılıq üslubuna uyğun olaraq, sadə dildə yazmışdır. Mütərcimlər də tərcümə 
zamanı şeirin poetikliyi ilə bərabər, onun sadəliyini qorumuşlar. Sabir Mustafa bəzi hallarda şeirin bədiiliyini 
qorumağa  müvəffəq olmuşdur. O, hərfi tərcümədən uzaq olmağa, şeirin ruhunu, müəllifin fikrini çevirməyə 
çalışmışdır. Bu prinsiplə tərcüməçi ―blame‖ (günahlandırmaq)  sözünü–―dara çəkmək‖,  ―If you can wait and 
not  be tired  by  waiting‖ (Əgər  sən  gözləsən  və  gözləməkdən  yorulmasan)  cümləsini  – ―əgər sən  gözləsən 
səadətini‖,  ―Triumph  and  Disaster‖(zəfər  və  bədbəxtlik)–―Tərif  də,  tənqid  də‖,  ―winnings‖(uduş,  qələbə)–
kart, ―breath a word about your loss‖–―təəssüf etmə‖ kimi tərcümə etmişdir. Bu tərcümələrin heç biri dəqiq 
tərcümə  olmasa  da,  müəyyən  mənada  fikri  izah  edə  bilmişdir:  Amma  orijinaldan  uzaqlaşaraq!  Bəzən    isə 
müəllifin  işlətdiyi sözlər ədəbi dilin poetikliyini pozur. Məsələn; birinci bəndin ilk  misralarına nəzər salaq: 
 If you can keep your head when all about you 
 Are losing theirs and blaming it on you, 
 
Karıxma tək qalsan, dostlar getsələr, 
Səni həyəcanla çəksələr dara. 
Bu misralardakı ―karıxma‖ sözü, eyni zamanda üçüncü bənddəki  
               And lose, and start again at your beginnings 
And never breathe a word about your loss; 
 
Lüt qalıb uduzsan bütün varını, 
Heç zaman, heç zaman təəssüf etmə. 
―lüt qalıb‖ kimi sözlər  bədiiliyə xələl gətirir.  
―Əgər‖  şeirinin  digər    mütərcimi    Şahin  Xəlilli  də tərcümə  zamanı  mənanı  qorumağa  çalışmış,  eyni 
zamanda şeirin formasını da saxlamışdır. Sadəcə,  Sabir  Mustafanın tərcüməsi orijinala uyğun olaraq, hər 
bəndi  8  misradan  ibarət  olmaqla,  4  bənddən,  Şahin  Xəlillidə  isə  hər  bəndi  4  misradan  ibarət  olmaqla,  8 
bənddən ibarətdir.    Mütərcim  tərcümə    zamanı  bəzən  orijinaldan  uzaqlaşmış,  mənaya  uyğun  yeni  məzmun 
təqdim  etmişdir. Məsələn: birinci bəndin ilk dörd misrasına fikir verək: 
If you can keep your head when all about you 
Are losing theirs and blaming it on you, 
If you can trust  yourself when all men doubt you, 
But make allowance for thier  doubting too;  
 
 Əyləşsən mütəhhim kürsüsündə sən
                Danış bir obanın, xalqın yerinə. 
 Uyma hər fitnəyə, saf, inamlı ol – 
 Son qoy ürəklərin şübhələrinə. 
Hərfi  tərcümədə  deyilir:  ―Əgər  hər    kəsi    itirsən,  başını  uca  tutmağı  bacar,  heç  kəsi  günahlandırma. 
Sənə  şübhə  etsələr  də,  özünə  inan.‖  Təbii  ki,  mövzu  qorunub,  lakin  ayrı  mənada  və  daha  pafosla 
canlandırılıb. Bununla belə, mütərcim misraları yığcam ifadə etməklə, dolğun mənada təqdim etməyə də nail 
ola bilmişdir. Məsələn, aşağıdakı misralara fikir verək: 
If you can wait and not be tired by waiting, 
Or being lied  about, don‘t deal in lies, 
Or being hated, don‘t give way to hating, 
And yet dont‘t look too good, nor talk too wise  
  
Səbrli olmağa çalış dünyada, 
Yalandan, böhtandan uzaq ol ancaq. 
Təhqir etsələr də, çıxma özündən, 
Sadəlik, təmkinlik sənə qalacaq. 
Göründüyü  kimi,  ―If  you  can  wait and  not  be  tired  by  waiting‖  (Əgər  sən  gözləsən  və  gözləməkdən 
yorulmasan)  cümləsini  mütərcim  yığcam  şəkildə  ―Səbrli    olmağa  çalış  dünyada‖  kimi  çevirməklə  bədiiliyi 
qorumuşdur. Yaxud,  ―If you can fill the unforgiving minute,  With sixty seconds‘ worth of distance run‖ 
cümləsini uğurla: ―Çapır köhləni gör necə zaman‖ -deyə, ifadə etmişdir. 
 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
300 
 
 
 
AZƏRBAYCAN VƏ ĠNGĠLĠS DĠLLƏRĠNDƏ FRAZEOQRAFĠYA MƏSƏLƏLƏRĠNƏ DAĠR 
Həsənova T.İ. 
Gəncə Dövlət Universiteti 
 
Nitqimizdə  formalaşan  frazeologizmlər,  əsasən,  birdilli  və  yaxud  da  ikidilli  tərcümə  lüğətlərində  öz 
əksini tapır. Dildə olan sözlərin ümumi bir lüğətdə - istər orfoqrafiya, istərsə də izahlı lüğətlərdə verilməsi 
lap qədimdən alimləri maraqlandırmış və bu sahədə xeyli işlər görülmüşdür.  
Lüğətçilik  tarixində  frazeoloji  lüğətlərin  fundamental  tərkibinə,  təəssüflər  olsun  ki,  çox  gec 
başlanılmışdır.  Odur  ki,  frazeologiyada  bəzi  polemika  doğuran  məsələlər  haqqında  bir  neçə  sessiyalar 
çağırılmışdır.  Belə  konfranslar,  adətən,  Bakıda,  Moskvada,  Leninqradda  (indiki  Sankt-Peterburq), 
Səmərqənddə  və    başqa  şəhərlərdə  olmuşdur.  Məsələn:  1964-cü  ildə  Bakıda  frazeologiya  və  frazeoloji 
lüğətlərin tərtibi məsələlərinə dair IX ümumittifaq koordinasiyasının sessiyası çağırılmışdır. 
Moskva,  Leninqrad,  Kiyev,  Tbilisi,  Alma-Ata  (Almatı),  Aşqabad,  Düşənbə,  Səmərqənd,  Tallin  və 
başqa şəhərlərdən qonaqlar dəvət olunmuş bu sessiyada frazeologiya ilə bağlı lüğətlərin tərtibi məsələsinə də 
diqqət yetirilmişdir. Belə ki, bir neçə məruzə də frazeoloji lüğətin tərtibinə həsr edilmişdir. Sessiyada edilən 
məruzələr  və  çıxışlar  toplu  halında  ―Вопросы фразеологии  и  составления фразеологических  словарей‖ 
adı altında 1968-ci ildə Bakıda çap olunmuşdur. 
Topluda  frazeoloji  lüğətlərin    tərtibi  haqqında  L.İ.Royzenzon  və  Z.A.Şuqurovanın  ―Теоретические 
проблемы  компаративной  фразеологии  и  лексикографии‖  (―Komparativ  frazeologiyanın  və 
leksikoqrafiyanın  nəzəri  problemləri‖),  A.S.Aksamitovun    ―Структура  фразеологического  словаря  и 
установление  опорного  слова‖  (―Frazeoloji  lüğətlərin  quruluşu  və  frazeoloji  lüğətlərdə  əsas  sözün 
müəyyən edilməsi‖), M.M. Kopılenkonun ―Как должны быть представлены идиоматические сочетания 
во  фразеологическом  словаре‖  (―Frazeoloji  lüğətlərdə  ideomatik  ifadələrin  verilməsi  haqqında‖), 
M.F.Fazilovun  ―Коротко  об  опыте  составления  фразеологического  словаря  таджикского  языка‖ 
(―Tacik  dilinin  frazeoloji  lüğətinin  tərtibi  haqqında    qısa  məlumat‖),  M.M.Paşayevanın  ―О  принципах 
перевода  фразеологизмов  в    русско-азербайджанских  словарях‖  (―Rusca-azərbaycanca  lüğətlərdə 
frazeologizmlərin tərcümə prinsipləri haqqında‖) məruzələri və  həmçinin S.K.Kenesbayevin ―О некоторых 
вопросах составления фразеологического словаря казахского языкa‖ (―Qazax dilinin frazeoloji lüğətini 
tərtibinin  bəzi  məsələləri  haqqında‖),  K.T.Mamreşevin  ―Опорное  слово  фразеологизма  как  проблема 
лексикографии‖  (―Frazeologizmin  əsas  sözü  leksikoqrafiyanın  problemi  kimi‖),  A.N.Tixonovun 
―Грамматическая  характеристика  глаголных  устойчивых    оборотов  в    толковом  фразеологическом 
словаре  русского  языка‖  (―Rus  dilinin  izahlı  frazeoloji  lüğətlərində  sabit  feili  söz  birləşmələrinin 
qrammatik  xarakteristikası‖),    Q.Salamov,  A.N.  Tixonov,  B.Q.Tahirbəyovun  ―О  подборе  и  переводе 
―идиом‖ в двуязычных фразеологических словарях‖ (―İkidilli frazeoloji lüğətlərdə idiomların seçimi və 
tərcüməsi  haqqında‖),  Q.Salamov  və  A.N.Tixonovun  ―О  принципах  перевода  устойчивых  оборотов  в 
двуязычных  фразеологических  словарях  и  в  двуязычных  словарях  пословиц  и  поговорок‖    (―İkidilli 
frazeoloji, atalar sözləri və zərbi-məsəllər lüğətlərində sabit söz birləşmələrinin tərcümə prinsiplərinə dair‖) 
və s. çıxışlar verilmişdir. 
Məruzə  və  çıxışlarda,  müəlliflər  frazeoloji  lüğətlərin  tərtibində  müxtəlif  fikirlər  irəli  sürür,  hər  dilin 
frazeoloji lüğətlərinin tərtib qaydaları haqqında fikirlərini bildirirlər. 
 
 
ERMƏNĠ ETNONĠMĠNDƏ TÜRK ĠZLƏRĠ 
Hüseynova C.H. 
Sumqayıt Dövlət Universiteti 
 
Özündə  türk  tarixini  yaşadan  erməni  adı  onomastik  arealda  turkmənşəli  etnonim  kimi  geniş 
yayılmışdır.  Etnonimin  etimologiyasına  varmazdan  öncə,  diqqətinizi  bu  gün  ―dənizdən-dənizə  dövlət‖ 
xülyasıyla yaşayan ermənilərin etnogenezinə və bu etnogenezdə türk izlərinin varlığına yönəltmək istərdim. 
Türk torpaqlarında məskən salmış, qondarma tarixləri ilə dünya arenasına özlərini erməni kimi təqdim edən 
xristian  inanclı  hayları  bu  etnonim  ilə  hansı  bağlar  birləşdirir?  Balkan  yarımadasının  illiriyalılar  və 
makedoniyalılar  arasındakı  bölgəsində  yaşayan  protohaylar,  koloniyası  olduğu  Frigiya  dövləti  süquta 
uğradıqdan sonra m.ö.VII  əsrdə şimal-qərbi Suriyaya, VI-III əsrlərdə isə qədim subarların Arme bölgəsinə 
sızmışlar.  Ərəblərlə  eyni  coğrafi  arealda  yaşama  səbəbindən  həyat tərzi  və  fiziki  quruluşlarındakı  oxşarlıq 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
301 
 
 
hayları  yerli  ermenlərdən  fərqləndirir  və  bu  fərq  ermən  vilayətinin  əhalisinin  hay  deyil,  antropoloji 
quruluşlarına görə türksoylu ermenlər olduğunu söyləməyimizə bir daha əsas verir. Bəzi mənbələr hayların 
Ermənə gəlişini m.ö XII-X əsrlərlə bağlasa da, tarixi qaynaqlar bu fikri təkzib edir. İ.M.Dyakonov m.ö XII- 
X  əsr  qaynaqlarında  adı  çəkilən  muşk  tayfalarını  hay  saydığından  bu  köçün  tarixini  daha  qədimlərdə 
axtarmaqla  yanlışa  yol  verir.  Lakin  asur,  urartu  və  yəhudi  mənbələri  muşk  tayfalarının friqləri  bildirdiyini 
göstərir. Friq-hay əlaqələrində özünü göstərən yaxınlıq hec də onların eyniliyinə dəlalət etmir. Əks halda bu 
eynilik  özünü  yazılı  bəlgələrdə  biruzə  verər,  və  ya  ononmastik  vahidlərdə  müəyyən  izlər  qoymuş  olardı. 
Haylar  Ermən  bölgəsində  əhali  ilə  qaynayıb-qarışdığından  tarixin  sonrakı  mərhələlərində  yerli  türk 
etnoniminin  adı  ilə  erməni  kimi  tanınmağa  və  bu  addan  istifadə  edərək  turk  tarixini  özününküləşdirməyə 
müvəffəq oldu. Lakin özləşdirilən yalnız tarix deyil, türk mədəniyyəti, türk musiqisi, türk mətbəxi və s. oldu. 
Türksoylu  ermənlərin  xristianlığı  qəbul  etməsindən  yararlanan  haylar  öz  ikiüzlü  siyasətlərini,  məhz  din 
pərdəsi  altında  davam  etdirərək  öz  areallarını  genişləndirməyə,  tədricən  Azərbaycan  torpaqlarına 
sahiblənməyə nail olmuşlar. Məhz turksoylu etnobirləşmələr  xristianlığı  qəbul etdikdən sonra eyni inanclı 
haylar turklərlə daha  sıx qaynayıb-qarışmış və turk tarixini öznünküləşdirməyə müəyyən mənada müvəffəq 
olmuş,  qondarma  erməni  tarixi  yazmışlar.  V-VI  əsrlərdə  Qafqazda    xristianlığı  yaymaq  üçün  yetişdirilən, 
əslən türkmən olan Anak bəyin oğlu, adı tarixə Qriqorios kimi düşən yepiskopun onlara məxsus olduğunu 
iddia  edən  haylar  burada  mövcud  olan  Alban  türk  dövlətini  də  əsassız  dəlillərlə  öz  adlarına  çıxmağa 
çalışmışlar.  Alban  dövlətinə  məxsus  indiki  Azərbaycan  ərazisində  yaşayan  qafqazdilli  və  türk  xalqlarının 
xristianlığı  qəbul  etməsi  bu  yanlış  fikirlərin  vüsət  almasına  müəyyən  mənada  şərait  yaratsa  da,  onomastik 
vahidlər  üzərində  aparılan  tədqiqatlar  və  türklərin  xristian  tarixinin  araşdırılması  həqiqətləri  ortaya 
çıxarmışdır. Xristianlığı öz  məkrli siyasətlərini həyata keçirmək üçün bir vasitə edən haylar Alban dövləti 
ərazisində möhkəmləndikdən sonra növbəti hiyləyə əl ataraq uğurlu siyasətlərinə davam etməkdə idi. Belə 
ki,VII  əsrdə  hay  katalikosu  Yegiya  Azərbaycanda islamı  qəbul etdirməyə  çalışan  ərəb  xəlifəsi  Əl-Məmuna 
albanların  bizanslarla  xilafət  əleyhinə  ittifaqa  girdikləri  haqqında  böhtan  dolu  məktub  yazaraq  bütün 
kilsələrin Qriqorian hay kilsəsinə tabe olunmasına nail olur. Xilafət alban-bizans ittifaqına mane olmaq üçün 
alban  türk  katalikosunu  hay  kilsəsindən  asılı  vəziyyətə  salır.  Türklərin  dilinin,  ədəbiyyatının,  abidələrinin 
məhv olunması nəticəsində bu üstünlük xristian türklərinin, xüsusilə, Qarabağda məskunlaşan xristian inanclı 
türklərin haylaşması, başqa sözlə, erməniləşməsi ilə nəticələndi. Və təsadüfi deyil ki, müasir dövrümüzdə də 
Qarabağ  erməniləri  İrəvan  erməniləri-haylar  tərəfindən  ―dönmə  erməni‖  adlandırılaraq  müəyyən  mənada 
soyuq  münasibət  bəslənilir.  Beləcə,  tarixə  qisa  baxışımız  və  apardığımız  təhlillərdən  aydın  olur  ki,  etnik 
tərkibi  yunan,  aramey,  türk  əsilli  haylar  Azərbaycanın  dilbər  guşələrində  məskunlaşaraq  türk  torpaqlarına 
sahiblənmiş, yox yerdən özlərinə dövlət qurmuşlar. Hətta türksoylu etnonimlə xalq olaraq taninmaqdan belə 
cəkinməmişlər. Türklərlə eyni məişət, eyni areal yaxınlığı hayların dilinə də təsirsiz ötüşməmişdir. Belə ki, 
səlcuqlara  qədər  hay  dilinin  lüğət  tərkibində  özünü  göstərən  türkizmlər  onların  Azərbaycan  bölgəsinə 
yerləşməsindən sonra daha geniş vüsət aldı və məişətlərinin müxtəlif sahələrini əhatə etdi. 
―Türkcedeki Ermenice alıntılar üzerine‖ mövzusunda tədqiqat aparan Hasan Eren H.Açaryana istinad 
edərək  1902-ci  ildə  türkcədən  erməni  dilinə  4200  sözün  keçdiyini,  bir  əsr  sonra  isə  bu  rəqəmin  10000-ə 
çatdığını  göstərmişdir.  Bizim  eranın  VII  əsrindən  üzü  bəri  erməni  dilinə  türk  sözlərinin  axını  daha  da 
sürətlənmiş,  bu  yüzillikdən  başlayaraq  Arslan,  Qazan,  Atabəy  kimi  türkmənşəli  kişi  adları,  Xəzər,  Barsil, 
Kəngər  kimi  tayfa  adları,  həmçinin  peşə-sənət  və.s  bildirən  leksemlər  erməni  dilində  aktivlik 
qazanmışdır.(Karaağac,2008:XXVI) 
Yuxarıda  qeyd  etdiyimiz  kimi,  erməni  dilində  onomastik  vahidlərdə  türkizmlər  özünü  daha  çox 
göstərməkdədir.  Bu  baxımdan  erməni  antroponimikasında  işlənən  türkmənşəli    ad  və  soyadları  yaranma 
yollarına görə  bir neçə qrupa bölmək olar: 
1. Türkmənşəli etnonimlərdən yaranan adlar:  Quşçuyan, Afşaryan, Tataryan və.s 
2. Türk mənşəli apelyativlərdən yaranan adlar: Cavanyan, Dadacanyan, Altunyan, Gözəlyan və.s 
3.  Türkmənşəli  antroponimlərə  -yan  formantının  artırılması  ilə  yaranan  adlar:  Abasyan,  Adilyan, 
Muradyan və.s 
Erməni dilində işlənən etnoqrafik türk sözləri müxtəlif leksik-semantik məna qruplarını əks etdirir: 
1. Yemək adları ifadə edən sözlər: arişta, xaşıl, basdurma, qata, hadik və.s 
2. Bitki və meyvə adları bildirən sözlər: kuncut, pazı, avelik, hayva, badırcan və.s 
3. Əlamət və keyfiyyət bildirən sözlər: kur, çal, hınayı, haram, halal, qoçağ və.s 
4. Peşə-sənət anlayışı ifadə edən sözlər: avçı, dəmirçi zurnacı, basdırmacı, qotancı və.s 
5. Əşya anlayışı bildirən sözlər: qaranti, kafkır, taş, taxtaq, çval, abon və.s 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
302 
 
 
Əski  hay  dili  qrabar,  yazı  və  kilsə  dili  kimi  bir  müddət  davam  etsə  də,  xilafət  dövründən  işləklik 
qazanmağa  başlayan  aşxarabarda  Azərbaycan  dilinin  təsiri  acıq-aydın  özünü  göstərirdi.  Bu  təsir  dilin 
sintaktik quruluşunda, uzlaşma və söz sırasında izlənməkdədir. Belə ki, cümlələrin quruluşundakı paralellik 
bu təsiri açıq-aydın göstərməkdədir: 
1.Qeçi can harayında, qasab piya mən qalis – Keçi can hayında, qəssab piy axtarır. 
2.Aziyeti yes kasem, qaymagı Kaspar ude – Əziyyəti mən çəkim, qaymağı Qaspar yesin. 
Nümunələrdən  də  göründüyü  kimi,  hər  iki  dildə  istər  sintaktik  əlaqələrdə  (idarə,  uzlaşma),  istər  söz 
sırasında, istərsə də cümlə quruluşunda eynilik müşahidə olunur ki, bu da erməni dilinin turk dilinin təsiri 
nəticəsində formalaşdığını bir daha sübut edir. Qeyd edək ki, bu təsir yalnız sintaktik quruluşda deyil, erməni 
dilinin fonetika və morfologiya şöbəsində də özünü göstərməkdədir.Turk dilindən söz mübadiləsi e,ö, ü, b, d, 
g fonemlərinin erməni dilinə keçməsinə zəmin yaratmışdır. 
Bundan başqa erməni dilinin morfologiyasında yer alan isim düzəldən –lıq
4
, sifət düzəldən -lı
4
, peşə-
sənət bildirən –çı
4
, sıra sayı düzəldən – nçi

morfemləri erməni dilində türkizm təsirinin danılmazlığını sübut 
edir. 
Müşahidə etdiyimiz bu oxşarlıqlara baxmayaraq, erməni dilində Hind-Avropa təsirinin üstünlüyü onun 
bu dil ailəsində yer almasına əsas vermişdir. 
Apardığımız bu kiçik tədqiqatdan da görünür ki, türk izləri nəinki erməni dilinin məişət leksikasına, 
hətta  erməni (hay) dilinin onomastikasına da təsir etmişdir. 
 
 
FEĠLĠN ġƏXSSIZ FORMALARININ ĠNGĠLĠS VƏ AZƏRBAYCAN DĠLLƏRĠNDƏ MÜQAYĠSƏSĠ 
Xəlilova S.İ. 
Sumqayıt Dövlət Universiteti 
 
Xarici  dilin  qrammatikasını  tədris  edərkən  onun  doğma  dilin  qrammatikası  ilə  müqayisəli  şəkildə 
tədris edilməsi daha məqsədəuyğundur və daha yaxşı nəticə verir. Bu baxımdan, ingilis dilində feilin şəxssiz 
formalarını  (the  verbals)  azərbaycanlı  tələbələrə  müqayisəli  şəkildə  öyrədilməsi  vacibdir.  İingilis  dilində 
feilin  şəxssiz  formalarının  müasir  Azərbaycan  dilinin  qrammatikasında  tam  qarşılığı  olmadığına  görə  dil 
öyrənənlər üçün hər zaman çətinlik törədir.  
Müqayisə olunan hər iki dildə feilin  üç şəxssiz forması vardır. İingilis dilində: məsdər (the infinitive), 
feili sifət (the participle), cerund (the gerund). 
Müasir Azərbaycan dilində olan feili sifət, məsdər və feili bağlama ingilis dilinin  şəxssiz feilləri  ilə 
tam uyğun gəlmir. Feilin şəxssiz formaları özündə həm feilin, həm də digər nitq hissələrinin xüsusiyyətlərini 
birləşdirir. Onlar ikili xassəyə  malikdir. Hər iki dildə feilin məsdər forması onun əsas (yəni lüğətdə verilmiş) 
formasıdır.İngilis  dilində  feilin    məsdər  forması  ―to‖  hissəciyi  ilə  (to  read,  to  go,  to  thank),  Azərbaycan 
dilində  isə  ―-maq,  -mək‖  (oxumaq,  getmək,  yazmaq)  şəkilçisi  ilə  ifadə  edilir.  Hər  iki  dildə  məsdər  (the 
infinitive) ikili xüsusiyyətə həm ismi, həm də feili xüsusiyyətə malikdir. Məsdərin ismi xüsusiyyətləri onun 
sintaktik funksiyalarıdır.  
Məsdər cümlədə aşağıdakı funksiyalarda işlənir.  
 a) mübtəda 
                                    To play chess is my hobby( İngilis dilində) 
                                  – Şahmat oynamaq mənim hobbimdir. (Azərbaycan dilində). 
b) Tamamlıq 
                                   She felt it her duty to tell the truth (İngilis dlində) 
                                   Polisə həqiqəti deməyi o, özünə borc bildi. (Azərbaycan dilində) 
c) predikative 
                                   My aim is to enter the university (İngilis dilində) 
                                    - Mənim məqsədim universitetə daxil olmaqdır. 
d) Təyin 
                                      Give me something to eat (İngilis dlində) 
                                      – Mənə yeməyə bir şey verin. (Azərbaycan dilində) 
Bəzi hallarda təyin funksiyasında işlənən məsdər Azərbaycan dilinə feili sifət, sözönlü isim və ya sifət 
kimi tərcümə edilir.  İngilis dilində: 
                                   The first person to rais objections was the minister himself 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
303 
 
 
                                   Etirazla çıxış edən ilk adam,nazirin özü idi. 
İngilis  dilində  məsdərin  cümlənin  əvvəlində  gəlməsi  bəzən  tərcümədə  çətinlik  törədir.  Belə  ki,  o  ya 
mübtəda, ya da məqsəd bildirən zərflik kimi tərcümə edilir.  
To work well is to live well – Yaxşı işləmək yaxşı yaşamaq deməkdir  (mübtəda). 
To work well I must read a lot - Yaxşı işləmək üçün yaxşı  oxumaliyam. 
Şəxssiz feillərdən biri olan cerund isə azərbaycanlı tələbələr üçün xüsusi marağa  səbəb olur. Çünki 
dilimizin qrammatikasında onun anoloqu yoxdur. Bundan başqa, cerund dili asanlaşdırmaq üçün çox vacib 
qrammatik  vasitədir.  Belə  ki,  cerundun  quruluşca  forması  oxşar  omonimləri  fərqləndirmək  üçün  bir  sıra 
çətinlik törədir.  
Cerund tarixən feili isim və indiki zaman feili sifətindən əmələ gəlmişdir. Müasir ingilis dilində işlənən 
cerunda  xas  olan  ikili  xüsusiyyət  də  elə  bu  faktla  izah  eidlir  (İsim  kimi).  Cerund  cümlədə  müxtəlif 
funksiyalarda işlənə bilər.  
1) Mübtəda funksiyasında, məsələn: Smoking is bad for you – Siqaret çəkmək sənə ziyandır. 
Mübtəda funksiyasında işlənənmiş  cerund xəbərdən sonra da gələ bilər. Bu halda xəbərdən əvvəl ―İt‖ 
əvəzliyi gələ bilər.  
İt is no use going there  now – Ora indi getməyin faydası yoxdur. 
2) predikativ funksiyasında 
My hobby is reading crime stories  – Mənim hobbim kriminal hekayələr oxumaqdır. 
3) Mürəkkəb feili xəbərin ikinci komponenti funksiyasında 
 He  continued watching the watch - O, yarışa baxmağa davam edirdi. 
4. Tamamlıq funksiyasında 
                               Tim enjoys spending holiday with his family – 
                               Tim tətili ailəsi ilə keçirməkdən zövq alır. 
5. Təyin funksiyasında 
                                These days everybody is aware of  the dangers of smoking 
                                – İndi hər bir kəs siqaret çəkməyin törətdiyi təhlükələrdən xəbərdardır. 
6. Zərflik  funksiyasında  cerund sözönü ilə işlənir.  
                  İ have seen them sit there for hours together without saying a word 
                  – Mən onları heç bir söz demədən saatlarla burada oturduqlarını görmüşəm. 
Cerundun cümlədə funksiyasını bilmədən onun Azərbaycan dilinə tərcüməsi çətinlik yaradır. Tələbələr 
üçün zərfliklər xüsusi çətinlik törədir. Zaman zərfliyi kimi cerunddan əvvəl ―after, before, on, upon, in, at‖ 
sözönləri işlənir.  
Cerund   mübtəda   funksiyasında işlənərkən  Azərbaycan  dilinə  isim  və  məsdər kimi  tərcümə  olunur.  
Təyin funksiyasında yiyəlik halda olan isimlə və məsdər vasitəsilə tərcümə olunur. Cerund  bəzən feili isimlə 
qarışıq salınır. Onlar formaca oxşar olsalar da, onları fərqləndirən bəzi  xüsusiyyətləri bilmək lazımdır.  
1. Cerund ikili xassəyə - ismi və feili xassələrə malikdir. Feili ismin isə yalnız isim xassəsi var. 
2. Cerund artikl ilə işlənmir, feili isim isə artikl ilə işlənir. Məsələn:Writing (Gerund); a writing (feili 
isim) 
3.  Cerund  cəm  formada  işlənmir,  feili  isim  isə  ―s‖  cəm  şəkilçisi  qəbul  edir.  Məsələn:  Writings, 
buildings. 
4.  Cerund  vasitəsiz  tamamlıqla  işlənə  bilir.  Feili  isim  isə    yalnız  ―of‖  sözönü  ilə  işlənən  tamamlıq 
qəbul edə bilər. Məsələn:  The reading of the paper (feili isim)-Reading a paper (cerund) 
5. Cerund zərflə, feili isim ilə sifətlə təyin olunur. Məsələn:  İt was a good writing  (feili isim). 
Bundan başqa, cerund quruluşca  (-ing) digər bir şəxssiz feilə - indiki zaman feili sifətinə (participle I) 
bənzəyir. Lakin onlar mənaca və cümlədə işlənməsinə görə fərqlidirlər: 1. Cerundun ismi xassəsi, feili sifətin 
isə sifət və ya zərf xassəsi var. 2. Cerund cümlədə mübtəda, tamamlıq  funksiyasında  işlənir. Feili sifət isə 
heç  vaxt  bu  funksiyalarda  işlənmir.  Feilin  digər  şəxssiz  formaları  kimi  cerundun  da  zaman  kateqoriyası 
nisbidir. Cerund Azərbaycan dilinə məsdər, feili bağlama və ya isim kimi tərcümə olunur.  
İndiki zaman feili sifəti (participle I) cerund kimi feilin əsasına –ing suffiksi əlavə etməklə düzəlir.  
Azərbaycanlı  tələbələr  üçün  bu  iki  şəxssiz  forma  morfoloji  baxımdan  eyni  olduğuna  görə  onları 
fərqləndirmək çətin olur. Lakin nitqdə işlənmə və digər sözlərlə əlaqəyəgirmə baxımından cerund və indiki 
zaman feili sifət bir-birindən əsaslı surətdə fərqlənir. Məsələn: cerund sözönü ilə işlənə bilir, yiyəlik halında 
isim,  yaxud  yiyəlik  əvəzliyi  ilə  təyin  oluna  bilir;  isim  kimi  cümlədə  mübtəda,  predikativ,  tamamlıq  və  s. 
sintaktik  funksiyalarda  çıxış  edə  bilir.  .  Lakin  indiki  zaman  feili  sifəti  bu  xüsusiyyətlərin  heç  birinə  maik 

Müasir dilçiliyin aktual problemləri.  24-25 noyabr 2016–cı il 
 
304 
 
 
deyil. Başqa sözlə, əgər –ing şəkilçisi ilə qurulan söz bu xüsusiyyətlərdən  heç birinə maik deyilsə, demək, 
həmin  söz  indiki  zaman  feili  sifətidir.  Bundan  başqa,  sözləri  fərqləndirmək  üçün  onların  mənasını  nəzərə 
almaq  lazımdır.  Əgər-  ing  suffiksli  söz  həmin  birləşmədə  hərəkət  bildirirsə,  feili  sifətdir.  Əksinə,  hərəkət 
bildirmirsə, gerunddur.  
Müqayisə olunan hər iki dildə feilin şəxssiz formalarının tədrisində bütün bunları nəzərə almaq faydalı 
ola bilər.    
 
Yüklə 7,04 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin