AZƏRBAYCAN DĠLĠNĠN QƏRB ġĠVƏLƏRĠ VƏ TÜRK DĠLĠNĠN QARS ġĠVƏLƏRĠNDƏ
FRAZEOLOJĠ BĠRLƏġMƏLƏR
Qəmbərova S.B.
Gəncə Dövlət Universiteti
Frazeoloji ifadələr xalq təfəkkürünün məhsulu olub tarixi qədimdir. Bu birləşmələrin yaranma tarixi
indiyə qədər dəqiq müəyyənləşdir ilməsə də, türk dillərinin ən qədim yazılı abidələrində- Orxon-Yenisey
kitabələrində işlənməsi (iş- küç ber ―iş-gücünü vermək, esidü berti ―qulaq asmaq‖, sabımı sımadı ―sözümü
sındırmadı‖, budunuğ kon almıs ―xalqı bütünlüklə almış‖ və s.) daha qədimliyini göstərir. Nəzərə alsaq ki,
frazeoloji birləşmələr xalq arasında geniş yayılandan sonra yazıya alınmışdır, onda türk təfəkkürünün ilkin
məhsulu kimi abidələrin yazıldığı dövrdən çox-çox qədimliyi aydın olur. İlkin dövrlərdə frazeoloji vahidlər
kəmiyyətcə az olsa da, sonrakı dövrlərdə tədricən artmışdır. ―Müasir dilimizdəki öc almaq, öyüd almaq,
öyüd vermək, ad vermək,dan atmaq, başa çıxmaq, söz qaytarmaq, üzünə söz gəlmək, gözü yolda qalmaq
kimi bir neçə frazeoloji vahidin XI əsr dilçisi Mahmud Kaşğarinin məşhur ―Divanü- lüğət- it- türk‖əsərində
eyni mənada, lakin müəyyən fonetik fərqlərlə təsbit edilməsi bu qəbildən olan söz birləşmələrinin həmin
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
320
dövr türk tayfa və qəbilə dillərində çox olmasını göstərir‖. Orta yüzilliklərdə yazılı abidələrdə və klassiklərin
əsərlərində belə birləşmələrin sayının artması tədqiqatçılar tərəfindən müəyyənləşdirilmişdir. ―Dədə Qorqud
Kitabı‖ nın dilində 300- dən artıq frazeoloji vahid qeydə alınmışdır ki, onların əksəriyyəti müasir oğuz
dillərində müxtəlif səviyyələrdə mühafizə edilmişdir. Aparılan araşdırmalardan aydın olur ki, qədim
frazeoloji vahidlər müasir türk dillərində müxtəlif şəkildə saxlansa da, hər dövrdə yeniləri yaranmışdır.
Azərbaycan və türk dilləri frazeoloji ifadələrlə zəngindir. Ədəbi dillə müqayisədə frazeologizmlər daha
çox dialektlətlərdə yayılmışdır. Lakin frazeologizmlərin sərhədlərini müəyyənləşdirmək çətindir. Çünki bir
sıra frazeoloji vahirlər ədəbi dildə və dialektlərin əksəriyyətində işlənir. ―... frazeoloji ifadələr ayrı-ayrı
bölgələrdən olan görkəmli yazıçılar, şairlər və dramaturqlar tərəfindən öz bədii əsərlərində ədəbi dilə
gətirilmişdir. Odur ki, bir sıra frazeoloji vahidlərin ədəbi dilə və şivələrə xas olduğunu müəyyənləşdirməyin
çox çətin olduğunu və bu sahədə vahid meyarın olmadığına görə şivələrin əksəriyyətində işlənməsini əsas
götürmək lazımdır‖. Türk alimi H.Zülfikar Azərbaycan və türk dilləri arasında ortaq sözlərdən bəhs edərkən
çox işlənməsinə görə Anadolu bölgəsində yayılan bəzi frazeoloji ifadələrin dialektlərə xas olduğunu göstərir:
―Yüngüllük edip tez-tez oynama! ―kendi ni ağırdan al! ―anlamında Anadolunun kuzey ağızlarında kullanılır.
Bir başka kelme ise ―kendi kendine sinirlenen ve öfkesinden geçilmeyen kimseleri‖ anlatmaq için kullanılan
etini yemek deyimidir. Bu tür yazı dilinde geçmeyen deyimler, mecazi anlatımlar Anadolu ağızlarında
çoktur. Bunlar bölgə ağızlarında önemli bir sayı oluşturuyor. Buna görə də çox işlənməsini və ya digər
bölgələrdə indiyə kimi qeydə alınmamasını nəzərə alaraq aşağıda göstərilən frazeoloji vahidlər qərb və Qars
şivələrinə aid edilir. Qərb və Qars şivələrində frazeoloji ifadələr müxtəlif şəkildə yayılmışdır:
Hər iki şivədə eyni anlamda işlənən frazeoloji birləşmələr eyni və ya fərqli fonetik tərkibə malikdir;
məs.:- canı boğazına yığılmaq (qərb)- can boğaza geldi (Çıl.), qarnına sancı düşüb-sancı karnın
doğrer‖qorxmaq‖ (Çıl.), adam yollamax- adam yolliler ―göndərmək‖(K.), ojağın batsın-ocağın batsın (Çıl.),
yola verdi- yola vırdı (K.), əldən çıxdı- elden çıhdı (K.), əmdiyin süd halal olsun- emdiyin süt halal olsın
(M.), baş vurmax-baş vurmah ―getmək‖ (Sar.), ağız-ağıza gəlmək-ağız-ağıza gelmeh (Sus.), ağlı kəsməx-ağlı
kesmek, ağız açmaq-ağız açmak, göz dəyməsi- göz degmesi, göz kəsdi-göz kesimi, gözü aldı-gözü almak
(Səl.), qulaq asmaq- qulak vermek, bağrı çatdamak-bağrın çadatmak, bardan düşmək-bardan düşmek, yolun
damarını qırmaq-yolun damarını qırmak ―yolu qısa eləmək‖ (A.) və s.
Qərb və Qars şivələrinin özünəməxsus frazeoloji vahidləri özünü qızartmax – ―həddi-buluğa çatmaq‖,
öləzit eləməx - ‖söndürmək‖, qarasu enməx - ―yorulmaq‖ (Qaz), aynı açılmax -―əhvalı yaxşılaşmaq‖, alaf-
alaf yanmax - ―yanağı qızarmaq‖, burnuna duzlu su qoymax -‖əziyyət vermək‖, sürütmə olmax - ―minnətçi
olmaq‖, taftaxda qalmaq - ―gec ərə gedən‖ (Bor.), alımını almax - ―tənbeh etmək‖, babal yumax - ―günaha
batmaq‖, cızdığını çıxarmax - ―acıq vermək‖, duruş gətirməx`- ―dözmək‖, kələfi qarışmax - ‖işi düz
gətirməmək‖ (Ağ.,Vb., Pəm.) və s.
Qars şivələrində işlənən bəzi frazeoloji ifadələr yalnız həmin bölgə üçün səciyyəvidir: arhamda derimi
alacah ―soymaq, müflis etmək‖, avçının huşumuna uğramak ―ölmək, məhv olmaq‖, ocağı batmak ―evi
dağılmaq‖ (M.), ağzına deve tepmek ―mübahisə zamanı susmaq‖, aklı sarmak ―anlamaq‖, aşağı almak ―yerə
yıxmaq, döymək‖, ocağı qaralmaq‖ kimsəsi qalmamaq‖ (K.) və s.
Hər iki şivədə frazeoloji vahidlərin bir qisminin komponenti ərəb və fars mənşəli sözlərdən ibarətdir:
bəlaya salmaq-belaya salmak, əhədini kəsmək-ehedini kesmek, yas tutmaq-yas tutmak, xəbər vermək-haber
vermek, tab gətirmək-tab getirmek, ağlını başına toplamax-aklını başına toplamak, başını bəlaya soxmax –
başını belaya sokmak, qəlbə dəymək- kalp kırmak və s.
Azərbaycan və türk dillərinin hər birinin özünəməxsus fonetik- qrammatik quruluşu, zəngin lüğət
tərkibi vardır. Bu dillər arasında ortaq cəhətlər qədim tarixi köklərlə bağlı yaranmış, fərdi əlamətlər isə
müstəqil inkişaf yoluna qədəm qoyandan sonra tədricən formalaşmışdır.Hər iki dialekti bir-birindən
fərqləndirən fərdi cəhətlər də mövcuddur. Qərb və Qars dialektlərinə xas fərdi sözlərə forma və mənaca
fərqli və ya formaca eyni, mənaca fərqli sözlər daxildir. Fərdi sözlər qədim türk sözlərinin areal xarakter
daşıması, ümumişlək sözlər qrammatik vasitələrin əlavəsi ilə yaranan dialektizmlər hesabına meydana
çıxmışdır.
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
321
Y.V.QÖTENĠN POEZĠYA NÜMUNƏLƏRĠ TƏRCÜMƏDƏ
Qubatov Ə.B.
Azərbaycan Dillər Universiteti
Bədii və digər tərcümə işi bütün dövrlərdə bəşəri dəyərlərin, mədəniyyətlərin, ictimai tərəqqinin,
xüsusilə dil və ədəbiyyatların yaxınlaşmasına, qarşılıqlı zənginləşməsinə xeyli kömək etmiş və indi də edir.
Məlumdur ki, tərcüməçilik iki dillə bağlı olan bədii yaradıcılıqdır. Hər bir xalqın dili o xalqın tarixi,
təşəkkülü, inkişafı, təxəyyülü və başqa səciyyəvi xüsusiyyətləri ilə bağlıdır. Bu baxımdan bədii tərcümə
olunan əsərin bədii həqiqətini, varlığını, bədii siqlətini tərcümədə eyni dərəcədə və real şəkildə əks
etdirməlidir.
Tərcümənin məğzi orijinal mətndəki mənanı tərcümə dili vasitəsilə yenidən ifadə etməkdir. Tərcümə
prosesində ümumi olan məna, fərqli olan isə iki müxtəlif dildir. Başqa sözlə, iki dil arasında məna və
funksiya baxımından ümumi sayılan vasitələrin seçilməsi tərcümə prosesinin məğzini təşkil edən amillərdir.
Diqqət edək:
So dringet ängstlich hin und wieder Ürkək-ürkək soraqlaram mən səni,
Durch Feld und Busch und Wald mein Blick; Baxışlarım gəzir çölü, çəməni.
Dich rufen alle meine Lieder: Nəğmələrim qəmli-qəmli səsləyir,
O komm, Geliebte, mir zurück! Gözəl yarım, qayıt deyir, gəl deyir!
Yaranmış qənaət bundan ibarətdir ki, tərcümə orijinalın məzmunu ilə forması, ruhu ilə hərfi arasındakı
dialektik vəhdəti qoruyub saxlamış, müqabil dilin leksik, sintaktik, üslubi imkanlarını, təsvir və ifadə
vasitələrini oxucuya çatdırmışdır.
Y.V.Qöte şeirində hər bir söz, hər bir söz birləşməsi, hər bir misra ahəngi misralar boyu o dərəcədə
bir-birinə sarmaşıb, o dərəcədə ardıcıl və gözəl düzülüb ki, şeirin, necə deyərlər, bir sapını çəksən o şeiri bir
yerə yığışdırıb, quraşdırmaq mümkün olmayacaq. Diqqət yetirək:
Kennst du das Land, wo dir Zitronen blühn, Bir yer göstər, orda limon çiçəkləyir,
Im dunklen Laub die Gold-Orangen glühn, Şəfəqlər var al narıncı yarpağında
Ein sanfter Wind vom blauen Himmel weht, Ləçəyini rayihəli bir meh əyir
Die Myrte still und hoch der Lorbeer steht, Sarı mərsin yaşıl dəfnə ətrafında
Kennst du es wohl?
Dahin! Dahin Tanıyırsan o diyarı? Çəkir məni,
Möchte ich mit dir, o mein Geliebter, ziehn. Gəl, əzizim, məskən seçək o ölkəni!
Tərcüməçi tərcümə etmək istədiyi əsərin doğma dildə formal cəhətlərini, xarici görünüşünü deyil,
forma və məzmununun bütövlükdə funksional bərabərliyini yaratmalıdır. O elə etməlidir ki, tərcüməsi
orijinalın oxucuya bəxş etdiyi estetik hissləri – həyəcanı, sevinci, kədəri, heyrəti, dünyagörüşü eynilə bəxş
edə bilsin. Bu münasibətlə N.Çukovski yazır: ―Məni həmişə heyrətləndirən o olmuşdur ki, poeziya sehrli bir
möcüzədir. Məgər sehr vasitəsilə anlaşılmaz, nüfuzedilməz, yad bir şeyi anlaşıqlı, doğma, yaxın etmək
olmurmu? Xülasə, əgər tərcümə yalnız sözün mənasını çatdırmağa xidmət etsəydi, onda o nə sehrli, bütün
obrazlı ifadələri, bütün duyğu və hissləri, ehtiras alovlarını, intizar və qəzəbli, gülüş və göz yaşlarını, əqlin
əks etdirmə, ifadə tərzini, şeirin bütün parlaqlığını verə bilir.‖
Kennst du den Berg und seinen Wolkensteg? Orda dağ var, bulud gəzər hər qaşında,
Das Maultier sucht im Nebel seinen Weg, Kahasında yorğun, qoca əjdaha var.
In höhlen wohnt der Drachen alte Brut, Qatırları azır duman ağuşunda
Es stürzt der Fels und über ihn die Flut; Qaya uçar, dərələrdə sel hayqırar
Kennst du ihn wohl? Tanıyırsan o diyarı? Çəkir məni,
Dahin! Dahin
Geht unser Weg! O Vater, lass uns ziehen! Əziz ata! Məskən edək o ölkəni!
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
322
Bütün misralardakı leksik vahidlər öz mənasında və öz yerindədir. Hissin özü sözləri bir-birləri ilə
qafiyələndirib, şeir elə bil almanca yox, azərbaycanca yazılıb. Şeirdə heç nə artırılmayıb, heç nə
azaldılmayıb. Şeirin poetik vüsəti Azərbaycan dilinin ahəng qanununda isə daha da ahəngləşib.
Qötenin bir şeiri həyat qədər saf, bulaq suyu qədər duru və təmiz, günəş, sübh şəfəqləri qədər parlaq və
rəngarəngdir:
Nur wer die Sehnsucht kennt
Həsrət çəkənlər bilər,
Weiss, was ich leide!
İndi mən nə çəkirəm.
Allein und abgetrennt
Yalqız, sevincdən uzaq,
Von aller Freude,
Ürəyimi üzür qəm
Seh ich ans Firmament
Baxışım o taydakı
Nach jener Seite.
Əngin səmalardadır
Ach! der mich liebt und kennt,
Məni tanıyıb sevən
İst in der Weite
Heç bilmirəm hardadır.
Es schwindelt mir, es brennt
Gözlərimə çökər nəm
Mein Eingeweide.
Nur wer die Sehnsucht kennt
Həsrət çəkənlər bilər,
Weiss, was ich leide!
İndi mən nə çəkirəm!
Tərcüməçi orijinalın bədii estetik, leksik və üslubi xüsusiyyətlərini tam dolğunluğu ilə vermək üçün
ana dilinin imkanlarından məharətlə, sənətkarlıqla istifadə etməklə azaddır. Lakin bu azadlığın da müəyyən
həddi-hüdudu olmalıdır. Məsələn: bu şeir dediklərimizə gözəl misaldır:
Und so muß das Rechte scheinen,
Gerçəkdən gerçəyə oldu pənahım,
Was auch Mahomet gelungen;
Ulu Məhəmmədi sən yaxşı tanı.
Nur durch den Begriff des einen
Bil, yoxdu Allahdan başqa Allahım,
Hat er alle Welt bezwungen.
Deyərək fəth etdi bütün dünyanı.
Bir çox şeirlərində orijinalda, onun ümumi ruhuna o qədər yaxınlıq duyulur ki, tərcüməçi alman
poetikasını doğma dilin poetikası ilə birlikdə fitri istedadının, sənətkar zəkasının süzgəcindən dönə-dönə
keçirmiş, elə müqayisələr aparmış ki, oxucu bəzən inana bilmir ki, bu əsər orijinaldan tərcümədir və hesab
edir ki, məhz ana dilində yazılıb. Bunları düşünəndə mütərcimin böyük zəhmətinin əzəməti və qüdrəti
gözlərimiz önündə heyrətlə anılır, özünə ehtiram, pərəstiş və məhəbbət qazandırır. Aşağıdakı şeir parçaları
dediklərimizə gözəl misaldır:
Um ein Fläschchen zu besitzen,
Uzun barmaqların zərif əlinə
Das den Rauch auf ewig hält,
Yaraşır bir qönçə yuxusu kimi
Schlank wie deine Fingerspitzen,
Dünyanın özü də möhtacdır sənə,
Da bedarf es einer Welt.
Əbədi gözəllik qoxusu kimi.
Tərcümə sənətinə ciddi yanaşan Qöte yazırdı: ―Tərcüməyə iki cür baxış mövcuddur: birinciyə görə,
əcnəbi müəllifi gərək öz yanımıza elə köçürülüb gətirilə ki, biz onun simasında öz həmvətənlərimizi görək.
İkinciyə görə isə, əksinə, bizdən tələb olunur ki, əcnəbi ölkələrə yollanaq, onların şəraitinə uyğunlaşaq və
dilinin xüsusiyyətlərinə alışaq‖ (Y.V. von Goethe Dt. Gesamtsausgabe. München. 1961-1963).
DĠLÇĠLĠKDƏ KONDENSASĠYA ANLAYIġI
Quliyeva D.R.
Sumqayıt Dövlət Universiteti
İzahlı lüğətlərdə qazvari maddələrin maye və ya bərk hala keçməsini bildirən kondensasiya anlayışı,
göründüyü kimi, maddənin sıxılaraq bir haldan başqa hala keçməsini izah edir.
Diçilik termini kimi kondensasiya mürəkkəb sintaktik bütövün ifadə etdiyi mənanın bir mikrovahid
üzərində cəmlənməsini nəzərdə tutur. Sıxılma mənasını ifadə edən kondensasiyada adətən komponenetlərdən
biri və ya bir neçəsi işləkliyini itirir, bir çox ikinci dərəcəli üzvlər, vasitələr ixtisar olunur. Lakin bu halda
mətnin mənasında heç bir dəyişiklik olmur, bu yolla yalnız mətnin həcmində dəyişiklik olur ki, bu da özünü
daha çox şifahi nitqdə göstərir.
Monopredikativ strukturun meydana çıxması ilə müşayiət olunan kondensasiyada müəyyən məqsəd
ümumiliyi əsasında birləşən və sintaktik-semantik bütöv yaradan, cümlələr birliyi olan hər bir mətndəki
cümlələrin həcminin dəyişməsi informasiyanın sıxılmasına gətirib çıxarır.
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
323
Ünsiyyətin ilk və əsas vahidi olub fikrin formalaşması, ifadəsi, başqasına ötürülməsi üçün əsas vasitə
olan cümlə onu əhatə edən cümlələr birliyində, mətn mühitində özünün struktur-semantik xüsusiyyətlərini
tam şəkildə üzə çıxara bilir. Cümlələrin müəyyən bir fikirlə bağlı əlaqəli birliyi mətnin yaranmasına şərait
yaradır. Dilçilikdə mikromətnlər sintaktik bütövlər də adlandırılır.
Əsasən mətnlər üçün xarakterik olan kondensasiyanı mürəkkəb cümlə quruluşunda olan ayrı-ayrı
müəlliflərin yazılı nitqini başqasının nitqinə çevirən vasitəli nitq ilə eyniləşdirmək olmaz. Çünki mətnlərdə
özünü göstərən kondensasiya istənilən mikromətnin tərkibinə daxil olan hər bir cümlə quruluşunda, yəni həm
sadə, həm tabeli mürəkkəb, həm də tabesiz mürəkkəb cümlənin sıxılmasında özünü göstərir. Vasitəli nitq isə,
demək olar ki, yalnız tabeli mürəkkəb cümlələrdən təşkil olunmuş vasitəsiz cümlələrin sadə cümlələrə
çevrilməsidir. Hər iki halı, yəni həm mətndəki sıxılmanı, həm də sadə cümlələrlə əvəz olunan vasitəli nitqi,
əsasən, şifahi nitqdə müşahidə edirik. Kondensasiya ilə vasitəli nitqi eyniləşdirən daha bir cəhət isə onların
intonasiyalarında dəyişiklik olsa da, məzmunlarının saxlanılmasıdır.
Vasitəsiz nitq vasitəli nitqə çevrilərkən müəyyən bir əsərdən götürülmüş müəllifin sözlərində xüsusi
bir dəyişiklik olmur. Vasitəli nitq başqasının nitqini tam şəkildə çatdıra bilməsə də, məzmununu saxlayır.
Hətta burası da yadımdadır ki, xırmanlar təzə döyülürdü. (C.Məmmədquluzadə) - Xırmanların təzə
döyülməsi də hətta yadımdadır.
Elə oxu ki, mən də başa düşüm. (C.Məmmədquluzadə) - Mənim başa düşəcəyim formada oxu.
Kim ki, ad qoymuşdur qoca dünyada,
Onu öz dostları vermişdir bada. (N.Gəncəvi) – Bu qoca dünyada ad qoymuş insanları öz dostları bada
verir.
Harada camaat varsa, biz orada olmalıyıq. (M.Hüseyn) – Biz camaatın olduğu yerdə olmalıyıq.
Onu da bilirlər ki, xəmirimə özgə mayası qatmamışam. (Ə.Vəliyev) – Xəmirimə özgə mayası
qatmadığımı da bilirlər.
O istəmirdi ki, külfət içinə ikitirəlik düşsün. (Ə.Vəliyev) – O, külfət içinə ikitirəlik düşməsini isəmirdi.
Yuxarıda sadalanan cümlələrdən də göründüyü kimi, onları sadə cümləyə çevirdikdə demək olar ki,
heç bir üzv ixtisar olunmur. Əksinə, bəzən tabeli mürəkkəb cümlə sadə cümləyə çevrildikdə ikinci cümlədə
olduğu kimi, əlavə üzvlər daxil edilir. Eyni zamanda vasitəli nitqə çevrilən tabeli mürəkkəb cümlənin budaq
cümləsində işlənən sual əvəzlikləri sadə cümlədə ya işlənmir, ya da müəyyən sözlərlə əvəz olunur.
Mətndə bəzi üzvlərin çıxarılaraq mətnin daralmasına, lakin məzmunun əsasən saxlanılmasına xidmət
edən kondensasiyada mikromətn hər bir quruluşa malik olan cümlələrdən ibarət olur.
― Elə düşüb ki, qonşum işdən gələndə mən işə gedirəm. O, gündüzlər işləyir, mən axşamlar. O,
zavodların birində mühəndis, mən də məktəblərin birində müəlliməm. Qonşuluğumuzun on beş ildən artıq
tarixi var.‖ (Mir Cəlal)
Bu mikromətndə bir sadə, bir tabeli və iki tabesiz mürəkkəb cümlə qonşu, qonşuluq mikroteması
əsasında birləşərək bir sintaktik bütöv yaradıb.
Bu mikromətn kondensasiya zamanı aşağıdakı şəklə düşür.
― Qonşum işdən gələndə mən işə gedirəm. O, gündüzlər, mən axşamlar işləyirəm. O, mühəndis, mən
müəlliməm. Qonşuluğumuz on beş ildən artıqdır.‖
Mətnin yazılı formasından fərqli olaraq, tabeli mürəkkəb cümlə şifahi nitqdə sadə cümləyə çevrilir.
Tabesiz mürəkkəb cümlələrdə isə zavod, məktəb, tarix sözləri ixtisar olunduğu üçün mətn daralmış,
informasiya nisbətən azalmış, bu isə mətnin sıxılmasına, kondensasiyaya gətirib çıxarmışdır.
―Aləmşahbəyimin ürəyi sıxıldı. Qızılgülün əyilmiş yarpağına oxşar dodağını inci parıltılı dişlərinin
arasında sıxdı. Qəhər onu boğdu. Sonra bu qəhər əridi, suya çevrildi, ürəyinə axdı elə bil. Dah bu, sevincdən
deyildi. Özünü zorla ələ aldı.‖ (F. Kərimzadə)
Aləmşahbəyimin göz yaşı mikroteması altı sadə cümlədən ibarət sintaktik bütövdür. Kondensasiya
zamanı mikromətn aşağıdakı kimi özünü göstərir.
―Aləmşahbəyimin ürəyi sıxıldı. Dodağını dişləri arasında sıxdı. Qəhər onu boğdu. Sonra bu qəhər
əriyərək sanki ürəyinə axdı. Bu, sevincdən deyildi. Özünü zorla ələ aldı. ―
Mikromətndə kondensasiyaya uyğun olaraq, ikini cümlədə dodaq və diş sözlərinin təyinləri olan
qızılgülün əyilmiş yarpağına oxşar və inci parıltılı, dördüncü cümlədə suya çevrildi birləşmələri ixtisar
olunmuşdur. Ancaq bu ixtisarlar mətnin həcminə və intonasiyasına təsir etsə də, semantikasını
dəyişməmişdir.
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
324
HƏYATIMIZIN VƏ ƏDƏBĠYYATIMIZIN DANILMAZ BĠR GERÇƏYĠ – MULTĠKULTURALĠZM
Qurbanov N.
AMEA, Folklor İnstitutu
Məlum olduğu kimi, ―multikulturalizm‖ sözü – çoxmədəniyyətlilik, bir çox fərqli mədəniyyətlərin bir
arada yaşadığı cəmiyyət mənasını ifadə edir. O, ayrıca götürülmüş ölkədə və ya bütövlük-
də dünyada müxtəlif millətlərə və məzhəblərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunması,
inkişafı və harmonizasiyasına, azsaylı xalqların yaşadıqları dövlətlərin milli mədəniyyətinə inteqrasiyasına
yönəldilmiş humanist və demokratik nəzəriyyə, yaxud ideologiyadır. Multikulturalizm tolerantlığın təcəssü-
müdür ki, onsuz humanizm, yüksək fərdi və beynəlxalq münasibətlər mədəniyyəti, insanlar arasında
qarşılıqlı anlaşma, qarşılıqlı zənginləşmə, dostluq və əməkdaşlıq mümkün deyildir.
Ölkə başçımız İlham Əliyev hər zaman Azərbaycanda multikulturalizmin yaşının əsrlərlə olduğunu
qeyd etmiş – əsrlər boyu müxtəlif xalqların, dinlərin nümayəndələrinin Azərbaycanda bir ailə kimi, sülh,
əmin-amanlıq, qarşılıqlı anlaşma şəraitində yaşamasını vurğulamış, Azərbaycanın bu sahədə olan təcrübəsini
multikulturalizm ideyalarının dünyada təbliği üçün çox dəyərli və qiymətli nümunə hesab etmiş və hamı-
mızın bu meyilləri gücləndirmək üçün öz səylərimizi qoymağa çalışmalı olduğumuzu bildirmişdir.
Multikulturalizmin bir prioritet və strateji istiqamət kimi Azərbaycan Prezidentinin diqqətində
olmasının və eyni zamanda onun daha da inkişaf etməsinə çalışmasının bariz nümunəsi kimi 28 fevral 2014-
cü ildə akademik Kamal Abdullanın Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini
məsələlər üzrə Dövlət müşaviri təyin edilməsi haqqında Sərəncam imzalamasını, daha sonra 15 may 2014-cü
ildə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması haqqında Fərman imzalamasını, 11 yanvar
2016-cı ildə 2016-cı ilin Azərbaycan Respublikasında ―Multikulturalizm ili‖ elan edilməsi haqqında
Sərəncam imzalamasını qeyd etmək olar.
Ölkəmizdə multikulturalizmin inkişafı, əsrlərdən bəri toplanmış böyük tarixi təcrübənin xüsusi qayğı
ilə əhatə olunması, zənginləşdirilməsi, cəmiyyətdə bu istiqamətdə qazanılmış unikal nailiyyətlərin beynəl-
xalq aləmdə təbliğinin gücləndirilməsi üçün dövlət başçımız İlham Əliyev tərəfindən 2014-cü il 15 may
tarixində yaradılan ən uğurlu təsisatlardan biri, bəlkə də elə ən birincisi Bakı Beynəlxalq Multikulturalizm
Mərkəzi oldu. Bu Mərkəzin yaradılması müasir dövrdə respublikamızda gerçəkləşdirilən dövlət siyasətinin
tolerantlıq prinsiplərinə sadiq qalmasının bariz nümunəsidir. Bu qurum yarandığı vaxtdan ölkə başçısının
apardığı siyasətə uyğun olaraq azərbaycançılıq məfkurəsinin, tolerantlığın və mədəni, dini, linqvistik
müxtəlifliyin qorunmasını təmin edən, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıdan
və mövcud multikultural modelləri fasiləsiz olaraq tədqiq və təşviq edən əvəzsiz bir təsisat oldu.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Azərbaycan multikulturalizminin, tolerantlığının
mədəni, sosial, siyasi mahiyyətinin öyrənilməsi və təbliğinin gerçəkləşdirilməsi istiqamətində həyata
keçirdiyi uğurlu layihələrindən biri də bu yaxınlarda işıq üzü görən ―Azərbaycan multikulturalizminin
qaynaqları‖ seriyasından ―Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları‖ kitabı oldu. Kitab Azər-
baycan multikulturalizmini çağdaş dünyaya bir model kimi təqdim edən ölkə başçımız İlham Əliyevin
çıxışından verilən aşağıdakı epiqrafla açılır: ―Multikulturalizm əsrlər boyu xalqımıza xas olan bir anlayışdır.
Əsrlər boyu müxtəlif dinlərin, millətlərin nümayəndələri Azərbaycanda bir ailə kimi yaşamışlar‖.
Bəşəriliklə bağlı munis və dəruni hisslərin, yüksək humanist ideyaların, insanlığa sonsuz sevgi
aşılanmasının ədəbiyyatımız üçün hər zaman aparıcı mövzu olduğunu kitaba yazdığı ―Həpimiz bir günəşin
zərrəsiyiz!‖ başlıqlı önsözdə akademik Kamal Abdulla dolğun və bədii şəkildə şərh etmişdir.
Akademik Kamal Abdulla Azərbaycan ədəbiyyatında təzahür edən bəşəri, humanist ideyaları və
multikultural dəyərləri ümumiləşmiş şəkildə aşağıdakı kimi tezisləşdirmişdir: ―1. Ayrı-ayrı dinlərə, dillərə
mənsub xalqlara qarşı hörmət duymaq və bu xalqların adını ehtiramla çəkmək, onlara səmimi dostluq və sev-
gi münasibəti sərgiləmək ilk klassiklərimizin, orta əsrlər və İntibah dövrü şairlərimizin, maarifçi-demokrat
yazarlarımızın yaradıcılığında xüsusi və önəmli yer tutur; 2. Poeziyamızda müxtəlif dinlərin müqəddəslərinə
– İbrahimə, Musaya, Süleymana, Yəquba, İsa Məsihə, Məryəmə dərin hörmətlə müraciət edilməsi, onların
həyat və əməlləri ilə bağlı Şərq poetikasının sehrli və füsunkar cığırlarında uyğun təşbeh və bənzətmələr
qurulması, istər müqayisəli, istər müqayisəsiz bədii fiqurlar yaradılması artıq öz-özlüyündə multikultural və
tolerant əhvalın bariz nümunəsi kimi diqqəti cəlb edir; 3. Başqa xalqlara məxsus alimlərə (Sokrata, Platona,
Aristotelə, Evkilidə, Hippokrata...), yazarlara (Göteyə, Şillerə, Şekspirə, Hüqoya, Volterə, Russoya...) sonsuz
ehtiramın təsviri də bir qədər yuxarıda qeyd edilən eyni əhvalın (tolerantlığın – N.Q.) göstəricisidir; 4. Ayrı-
ayrı dinə və millətə mənsub olan gözəllərin vəsfi, onlara saf, coşqun məhəbbət izharı, bu yoldakı məhrumiy-
Müasir dilçiliyin aktual problemləri. 24-25 noyabr 2016–cı il
325
yətlər və cəfalar Qanturalı, Kərəm, Şeyx Sənan, Bahadır, Əli kimi aşiqlərin həyatını, əslində, gözəlləşdirmiş,
hətta bəzən bədii faciəvi sonluqlar olsa belə, bu möhtəşəm sevgi simfoniyalarının əzəmətinə kölgə sala
bilməmişdir; 5. Ədəbiyyatımızda başqa dillərə və məkanlara (ölkələrə, vilayətlərə, şəhərlərə) içdən gələn,
səmimi münasibət hissinin təsviri öz dövrünün ictimai fikrinin bədii ifadəsi olmaqla yanaşı, eyni zamanda,
öz dövrünün ictimai fikrini yönləndirmək cəhdinin təzahürüdür.‖
―Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları‖ kitabında ümumilikdə yetmiş dörd görkəmli
Azərbaycan ədibinin əsərlərindən multikultural dəyərləri özündə əks etdirən nümunələr yer almışdır. Kitabda
Azərbaycan ədəbiyyatının böyük söz ustadlarından Qətran Təbrizinin, Xaqani Şirvaninin, Nizami Gəncəvi-
nin, Şeyx Mahmud Şəbüstərinin, Əssar Təbrizinin, Qazi Bürhanəddinin, İmadəddin Nəsiminin, Şah İsmayıl
Xətainin, Məhəmməd Füzulinin, Saib Təbrizinin, Abbasqulu Ağa Bakıxanovun, Mirzə Şəfi Vazehin, Seyid
Əzim Şirvaninin, Mirzə Ələkbər Sabirin, Nəriman Nərimanovun, Abbas Səhhətin, Hüseyn Cavidin, Üzeyir
Hacıbəyovun, Yusif Vəzir Çəmənzəminlinin, Əhməd Cavadın və digər ədiblərin əsərlərindən, aşıq
ədəbiyyatının nümayəndələrindən Aşıq Abbas Tufarqanlının, Aşıq Ələsgərin, Aşıq Pərinin, Aşıq Qurbaninin,
Xəstə Qasımın, Aşıq Alının qoşmalarından parçalar verilmişdir.
Milli ədəbiyyatımızda xalqımızın hər zaman qonşu xalqlarla qarşılıqlı hörmət və anlaşma şəraitində
yaşadığını özündə əks etdirən xeyli sayda bədii mətnlərin olduğu da məlumdur. Sözügedən kitabda bir çox
bu silsilədən olan bədii nümunələr nəzər-diqqətə çatdırılır, həmçinin bu nümunələr qardaşlığın təbliği isti-
qamətində Azərbaycan türkünün yüksək əxlaqının, bəşəriliyinin, dünyəviliyinin bədii ifadəsini əyani şəkildə
təcəssüm etdirir.
Dostları ilə paylaş: |