Telman Orucov Qədim Roma: qüdrətin qabarması və çəkilməsi



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə1/22
tarix09.02.2017
ölçüsü2,67 Mb.
#7870
  1   2   3   4   5   6   7   8   9   ...   22

 

 
 
Telman Orucov 
 
Qədim Roma: qüdrətin qabarması və çəkilməsi 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Yer üzündə elə bir xalq yoxdur ki, romalılar kimi doğma şəhərləriinn tarixini, 
təkcə onun əsası qoyulması dövründən deyil, hətta şəhərin bünövrəsini qoyanın ana 
bətninə düşməsi vaxtından bilsin. 
Mark Tulli TSİTSERON 
Romalı!  Sən  xalqları  idarə  etməyi  öyrən  -  budur  sənin  sənətin:  sülh  şərtini 
qoymaq,  itaət  edənlərə  mərhəmət  göstərmək,  lovğalananları  isə  müharibə  ilə  ram 
etmək! 
VERGİLİ Maron "ENEİDA" 
Roma respublikası və Roma imperiyası dünya tarixində ən böyük hadisələrdir. 
Qədim Roma əhvalatları fasiləsiz bir möcüzədir, birbaşa ilahi qüvvənin işidir. 
DANTE Aligyeri "MONARXİYA haqqında" 
Cassius: - Age, thou art shamed
Rome, thou lost the breed of noble bloods! 
Kassi: - Epoxa, sən biabır olmusan; 
Roma, sən nəcib qandan olan nəsli itirmisən! 
Uilyam ŞEKSPİR "YULİ SEZAR" 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

 
Müqəddimə 
 
Qədim  Roma  özünəməxsus  böyük  ruhu  və  nəhəng  fəthləri  ilə  bəlkə  də  bir 
qədər  bizə  yaddır.  Lakin  onun  dərdlərinə,  bəlalarına  və  eybəcərliklərinə  müasir 
gerçəklikdə  tez-tez  və  geniş  miqyasda  rast  gəldiyimizdən,  bu  qədim  və  keşməkeşli 
dünyanın salnaməsinə nəzər salmaq marağı yaranır. Qədim yunanlar kimi romalılar 
da  heç  vaxt  Allah  şəhəri  naminə,  öz  vətənlərinə  ikrahla  baxmamışdılar,  əksinə  onu 
ilahiləşdirirdilər. Onların nəzəri göylərə deyil, yerə dikilmişdi və heç də bu insanlar 
cismani həzzlərdən qaçmırdılar. Ona görə də qədim romalıların həyatı mübarizələrlə, 
qələbələr və sarsıntılarla, iti sürətli inkişaf və onu əvəz edən uğursuzluqlarla dolu idi. 
Qədim  Romanın  başlanğıcından  süqutuna  qədər  olan  tarixi  mərhələləri  fikrən 
müşahidə edərkən, burada insan təbiətinin ən uca mənəvi zirvələrini də, rəzilliyin ən 
dərin  uçurumlarını  da  görmək  mümkündür.  Burada  vətənin  mənafeyini  hər  şeydən 
üstün  tutan  yenilməz  insanlarla  yanaşı,  misgin  mənəviyyat  sahibləri  də  az  deyildi. 
Roma  respublikasında  mənəvi,  əxlaqi  dəyərlər  devalvasiya  olmağa,  aşınmağa 
başladıqdan  sonra,  qəhrəmanlıq  salnaməsinin  yerini  iyrənc  pozğunluq  tamaşaları 
tutmağa  başladı.  Bu  pozğunluq  getdikcə  bütün  cəmiyyətə  sirayət  edirdi.  Platonun 
vaxtilə  dediyi  sözlər  bu  prosesin  izahında  olduqca  yerinə  düşür:  "Pozğun  qocalar 
olan yerdə, pozğun yeniyetmələr də olur". 
Bu  vaxtdan  etibarən  Roma  öz  daxili  qüsurlarından,  xəstəliklərindən  daha  çox 
əziyyət  çəkməyə  başlayır.  Axı  otaqdakı  vəhşi  pişik  uzaq  səhradakı  şirdən  daha 
təhlükəlidir. Qədim Roma elə bir iri məxluq idi ki, onu yalnız özü məhv edə bilərdi. 
Tənəzzülü  sürətlənən  imperiya,  sümükləri  kövrəkləşdiyindən  azacıq  yıxılanda  qol-
qılçası  çilik-çilik  olan  qoca  adam  kimi,  kənardan  olan  zərbələrə  heç  də  davam 
gətirmək iqtidarında deyildi.  
Roma dövlətinin tarixini təhlil etməyə girişəndə, bu günümüzün dərk edilməsi 
də xeyli asanlaşır. Yəqin buna görədir ki, antik dövrün tarixçilərindən tutmuş, bizim 
eranın  III  minilliyinin  başlanğıcına  qədər  çoxları  qədim  Romaya  müraciət  etmiş, 
onun çiçəklənməsinin və süqut etməsinin səbəblərini araşdırmış, hər kəs öz dövrünün 
problemlərinə  də  məhz  bu  tarixdə  cavab  axtarmışdır.  Doğrudan  da,  Romanın 
salnaməsi  okeana  bənzəyir,  burada  xırda,  içində  mirvari  gizlədən  dəniz  ilbizi 
balıqqulaqlarından  tutmuş,  qəzalara  qərq  olmuş  iri  gəmilərin  qalıqlarına  qədər,  hər 
şeyi tapmaq  mümkündür. Qədim dövrlərin mərcan cəngəlliklərində tarixin qoruyub 
saxladığı hər cür canlılara rast gələ bilirsən. Yəqin ki, İntibahdan sonrakı Avropanın, 
ötən  Orta  əsrləri  -  tarixin  bu  qaranlıq  dövrünü  məhkum  etməsi  ilə  yanaşı,  iti 
baxışlarını  antik  dünyaya  dikməsi,  qədim  Yunanıstanı  və  Romanı  öyrənməyə 
girişməsi  təsadüfi  deyildi.  Renessans  elmi,  mədəniyyəti  və  ədəbiyyatı  inkişaf 
etdirmək üçün ilk növbədə bu nəhəng xəzinədən faydalanmağa başladı. Antik dövrün 
dərk  edilməsi,  adamların  şüurunu  orta  əsrlərin  mistizmindən  azad  edirdi,  onların 
reallığı  müşahidə  etməyə,  təbiəti,  cəmiyyəti,  insanın  özünü  öyrənməyə  girişməyə 
sövq edirdi. Antik fəlsəfi fikrin əsasında müasir fəlsəfə təşəkkül tapdı. Antik dövrün 
öyrənilməsi  təbiət  qanunlarının  dərk  edilməsinə,  onlardan  istifadəyə  şəriat  yaratdı. 
Bu  dövrün  dövlət  quruluşu  formaları  ilə  yaxından  tanışlıq  yeni  cəmiyyət 
münasibətlərinin,  idarə  etmə  prinsiplərinin  meydana  gəlməsinə  yol  açdı.  ABŞ-ın 

 

bani-ataları,  yeni  dövlətin  əsasını  qoyarkən  Roma  respublikasının  təcrübəsinə 
müraciət etmişdilər.  
Kiçik bir kəndli icmasından başlanğıcını götürən Roma bir qədər sonra qədim 
dünyanın ən güclü dövlətinə çevrilmiş, çox sayda yad ərazilər onun əyalətləri sırasına 
daxil olmuş, digərləri isə ondan asılı olan dövlətlər rolunu oynamaq məcburiyyətində 
qalmışdılar. Roma imperiyası özünün uzun ömürlüyü ilə, Makedoniyalı Aleksandrın, 
çox  körpə  yaşında  parçalanıb,  məhv  olan  imperiyası  ilə  heç  bir  müqayisəyə  girə 
bilməz. Ərazi etibarı ilə Roma dünyanın ən böyük imperiyalarından biri olmuşdur.  
Avropa  sivilizasiyasının  yaranmasında  və  formalaşmasında  bu  dövlətin  təsiri 
danılmazdır. Qədim romalılar İtalyan (Apennin) yarımadasını tədricən işğal etdikdən 
sonra,  öz  ərazilərini  bütün  Aralıq  dənizi  hövzəsinə  genişləndirirdilər,  öz 
imperiyalarını  Avropada  Atlantik  okeanının  sahillərinə  qədər  böyütdülər.  Onların 
işğalları təkcə ağalıq etməyə deyil, həm də çox sayda xalqları sivilizasiyalaşdırmağa 
imkan  verdi.  Bu  xalqlara  onlar  uzun  müddət  davam  edən  təsir  göstərdilər.  Bir  çox 
regionlara  latın  dili  və  Roma  hüququ  dərindən  nüfuz  etdi.  Bu  romalıların 
mədəniyyətinin  qeyri-adi  və  uzun  müddət  davam  edən  uğurlarının  təsadüfi  hal 
daşımamasına  parlaq  sübutdur.  Latın  dili  bir  sıra  Avropa  xalqlarının  dilinin 
yaranmasında  müstəqil  rol  oynamışdır.  Roman  hüququ  bu  elmin  yaranmasında, 
inkişafında mühüm rol oynamış, müasir hüquqşünaslığın bünövrəsini təşkil etmişdir.  
Qədim  Romanın  xarablıqları  belə,  antik  dövrün  zəngin  və  dəbdəbəli 
həyatından  xəbər  verir.  Bu  dövlətin  tarixi  heç  də  qurumuş  mumiyalar  sərgisi 
olmayıb, ehtirasları və coşqunluğu ilə insanı heyrətə salan cəmiyyətdən xəbər verir. 
Elə  bil  ki,  bu  əbədi  şəhərin  o  dövrlərdəki  abad  küçələrində  və  meydanlarında  baş 
verən  canlı  hadisələrin  şahidi  olursan,  çoxlu  tanış  sifətləri  seyr  edirsən.  O  dövrdə 
cərəyan edən hadisələr elə bil ki, bu gün dünyada baş verən kataklizmlərlə səsləşir. 
Ona  görə  də  Roma  əhvalatları  bəşəriyyətin  təkcə  keçmişindən  deyil,  yüksəkliyi  və 
rəzilliyi, nəcibliyi və dəhşətləri, harınlığın yekrəngliyi və bədbəxtliyin rəngarəngliyi 
ilə, həyatın dinamikası və təzadları ilə həm də bu gündən xəbər verir.  
Romalılar,  incəsənət  sahəsindəki  yaradıcılıqları,  elmi  axtarışları  və  ya  fəlsəfi 
fikir  meydanındakı  nailiyyətləri  ilə  sələfləri  olan  qədim  yunanlarla  müqayisədə  çox 
uduzurlar.  Lakin  onlar  öz  doğma  torpaqlarına  möhkəm  vurğunluğa  və  inzibati 
təşkilatçılıq məsələsində xüsusi qabiliyyətə malik idilər. Başlanğıcda kəndli və əskər 
xalq olan romalılar yunan polisi timsalındakı şəhər sivilizasiyasına yüksəlməyə qadir 
oldular. İncəsənət və müdrikliyə yiyələnməkdə romalılar yunanların varisləri olmaqla 
yanaşı, siyasi dühası, düşüncə tərzi və nümunəvi dindarlığı bu xalqa belə bir möhkəm 
inam  vermişdi  ki,  guya  onlar  allahlar  tərəfindən  dəstəklənir  və  idarə  olunurlar.  Bu 
onlara,  işğal  edilmiş  ərazilərdəki  xalqları  özündən  aralı  məsafədə  saxlamaq,  bu 
xalqların  həyatında  və  inkişafında  bir  işğalçı  kimi  iştirak  etmək  əvəzinə,  möhkəm 
quruluşa malik olan imperiya yaratmağa imkan verdi. Xalqlar və irqlər arasında heç 
bir maniə səddi ucaldılmadı. Həmin xalqlar isə bunlan xeyli mədəni və maddi fayda 
götürmək  imkanı  əldə  etdilər.  Lakin  quldarlıqsız  yaşaya  bilməyən  bu  cəmiyyətin 
özünə  məxsus  ciddi  qüsurları  və  naqis  cəhətləri  də  var  idi.  Bunları  nəzərə  almaqla 
belə, balans romalıların xeyrinə pozitiv olaraq qalır. Ona görə də müasir adamların 
gözləri qarşısında Qədim Roma Qərb dünyasının müəllimi kimi canlanır. 

 

Roma  öz  tarixində  müxtəlif  dövlət  qurumlarını  sınaqdan  çıxarmış,  yunan 
filosoflarının  dövlət  haqqındakı  nəzəri  müddəalarını  gerçəkliyə  tətbiq  etmiş, 
çarlıqdan respublikaya, respublikadan isə imperiya siyasi rejiminə keçmişdir. Siyasi, 
ictimai  və  sosial  həyatdakı  dəyişikliklər,  dövlətin  ərazisinin  genişlənməsi,  bir-birini 
əvəz  edən  dövlət  formalarını  meydana  gətirmişdir.  Sınaq  anlarında  bu  dövlət 
görkəmli tarixi şəxsiyyətlərin zəkasına, iradəsinə, cəsarətinə və qeyri-adi istedadına 
arxalanaraq,  bu  çətinlikləri  dəf  edə,  öz  varlığını  isə  hifz  edə  bilmişdi.  Onun  tarix 
qalereyasında  belə  şəxsiyyətlərə  addımbaşı  rast  gəlmək  olur.  Bu  dövlətin  qorunub 
saxlanmasında,  onun  diktatura  caynaqlarına  düşməsinin  qarşısının  alınmasında, 
despotiyanın  xeyli  müddət  üçün  kökündən  çıxarılıb  atılmasında  xüsusi  xidmətləri 
olan  bir  sıra  xilaskar  insanlar  indi  də  müasir  bəşəriyyət  üçün  örnək  rolunu 
oynamaqda  davam  edirlər.  Dövlətin  miladdan  əvvəlki  tarixində,  onlar  məhz  sınaq 
dövrünün  tələbi  ilə  meydana  çıxmış,  öz  nəcib  missiyalarını  yerinə  yetirmişdilər. 
Onların  siyahısına  dövlət  sistemi  kimi  çarlığı  birdəfəlik  məhv  edən  və  respublika 
quruluşunun  təşəkkül  tapmasına  yol  açan  Lutsi  Yuni  Brutu,  əbədi  şəhəri  qalların 
işğalından  xilas  edən  və  buna  görə  də  Romuldan  sonra    onun  "ikinci  dəfə  əsasını 
qoyan"  şərəfini  qazanmış  Mark  Furi  Kamilli,  əxlaqi  saflıq  və  mənəvi  dönməzlik 
rəmzi  olan,  respublika  quruluşunun  əsl  fədaisi  Kiçik  Mark  Portsi  Katonu,  böyük 
natiq və filosof, respublikanın qaragüruhçular tərəfindən məhv edilməsinin qarşısını 
alan  Mark  Tulli  Tsitseronu  və  nəhayət,  respublika  naminə  ehtiram  bəslədiyi  və 
sevdiyi Qay Yuli Sezarın çar olmaq barədəki iddialarının gerçəkləşməsinin qarşısını 
almaq  üçün,  ona  sui-qəsdə  başçılıq  edən  Mark  Yuni  Brutu  daxil  etmək  olar.  Onlar 
müxtəlif  xarakterli  şəxsiyyətlər  olduqları  kimi,  onlara  qarşı  müxtəlif,  bir-birindən 
diametral  qaydada  fərqlənən  münasibətlər  mövcuddur.  Lutsi  Brut  və  Furi  Kamill 
müstəsna olmaqla qalanları ömürlərini faciəli sürətdə başa vurmuşlar. Katon Utikada 
özünü  öldürmüş,  Yuni  Brut  Filippidəki  döyüşdən  sonra  özünü  intihar  etmiş, 
Tsitseron isə qətlə yetirilmişdir. Onların heç birini müqəddəslik haləsi bürüməsə də, 
onlar  öz  həyatları,  mübarizələri  və  ənənələri  ilə  Qədim  Romanın  şərəfinin  və 
şöhrətinin  mübariz  əsgərləri  olmuşlar.  Onlar  döyüş  səhnələrində  elə  də  böyük 
qəhrəmanlıq  göstərməmiş,  ərazilər  zəbt  etməmiş,  şəhərlər  tutmamışlar,  lakin 
diktaturaya qarşı mübarizədə çox az adam onlarla müqayisəyə girə bilər. 
Uzaqdan  əlbəttə  böyüklüyə  daha  yaxşı  qiymət  verilir.  Tarix  məsafəsi  də 
dəyərlər  rəfində  hər  şeyi  daha  düzgün,  öz  yerində  düzməyə  imkan  verir.  Müasir 
dünyada  mənəvi  dəyərlər  devalvasiya  olduqca,  rəzalət  nəcibliyə,  alçaqlıq  əxlaqi 
saflığa  üstün  gəldikcə,  tarixi  timsallarda  həqiqi  dəyərləri  axtarıb  tapmaqla,  biz 
özümüzü  ağılsız  səhvlərdən  hifz  edə  bilirik.  Əlbəttə,  uca  dağ  uzaqdan  da  nəzərləri 
cəlb edir, möhtəşəmliyi barədə təsəvvür yaradır, lakin onun zirvəsindəki təmiz və saf 
havanı  udmaq  üçün  bu  dağa  dırmaşmaq,  başqalarının  köməyi  ilə  də  olsa  onu  fəth 
etmək  lazımdır.  Ona  görə  də  Qədim  Romanı,  onu  metamorfozalarını  duymaq, 
nəhəng  şəxsiyyətləri  ilə  təmasda  olmaq  üçün  onun  tarixini  araşdırmağa  xüsusi 
ehtiyac  hiss  olunur.  Minnətdarlıq  hissi  ilə  qeyd  etmək  lazımdır  ki,  Roma  tarixçiləri 
bu işə həvəs göstərənlərin hamısının ən yaxşı və nəcib bələdçiləridir. Onlar hadisələri 
təkcə  təsvir  etməmişlər,  həm  də  öz  dühaları  hesabına  böyük  ədəbi  abidələr 
yaratmışlar.  Bu  möhtəşəm  binaların  içərisinə  daxil  olduqda  adam  təkcə  onun 

 

gözəlliyinə deyil, həm də memar istedadına heyran olur. Lakin bu abidələri, onların 
təsvir etdiyi tarixi səhnələri dərk etmək isə adamın özündən asılıdır.  
Roma  tarixində  rəvayətlər  də  o  qədər  zərgər  məharəti  və  dəqiqliklə  təsvir 
olunur ki, həqiqi tarixi hadisədən onu ayıra bilmirsən. Tarixi hadisələrin təsvirindəki 
zəngin  çalarlar,  fəlsəfi  izahlar  isə  o  qədər  cazibədardır  ki,  bunların  çoxunu  əfsanə 
kimi qəbul edirsən. Ona görə də gəlin bu bələdçilərin, - qoy dahilər bu anlayışa görə 
yazıların  müəllifindən  incilməsin,  köməyi  ilə  Qədim  Romanı  dolaşaq  və  öyrənmək 
üçün onun çox mürəkkəb və keşməkeşli tarixinə, cazibədar həyatına baş vuraq.  
Tarixi  şəxsiyyətlər  haqqında  da  daha  düzgün  təsəvvürə  malik  olmaq  üçün, 
məhz  onları  yetişdirən  tarixi  şəraiti  araşdırmaq  lazımdır.  Despotiya  daim  kölə 
xarakteri  formalaşdırdığı  kimi,  həqiqi  respublika  daha  çox  azad  fikirli  adamlar 
yetişdirir. Ona görə də ayrı-ayrı şəxsiyyətlər öz dövrləri barədə daha geniş məlumat 
verdiyindən onların təsvirinə də diqqət yetirək.  
 
ROMA ŞƏHƏRİNİN VƏ DÖVLƏTİNİN YARANMASI 
 
Roma böyük və əbədi şəhər, antik dövrdə isə dünyanın paytaxtı olduğuna görə 
onun  yaranması  adi  hal  ola  bilməzdi,  mütləq  əfsanələrlə  zənginləşməli  idi.  Həm  də 
bu  şəhər  öz  banisinin  əcdadı  məsələsinə  də  sadə  bir  iş  kimi  baxa  bilməzdi.  Şəhərin 
əsasını  qoyanın  əcdadı  da  əfsanələrə  layiq  olmalı  və  qədim  tarixə  malik  olan  bir 
dövləti  təmsil  etməli  idi.  Axı  qısa  müddət  ərzində  özünü  dünyaya  tanıdan  şəhər-
dövlət  öz  möhtəşəmliliyinə  layiq,  salınmasını  da  təsvir  edən  sehirli  hadisələrlə, 
əfsanəvi şəxsiyyətlərlə əlaqədar olmalı idi. Romalılar tarixi şöhrətlərini yüksəltməyə 
qadir  olduqları  kimi,  bu  şəhərin  banisini  də  hər  cür  rəvayətlərlə  qeyri-adi  dərəcədə 
böyütməyə nail oldular.  
Romanın yaranması barədə əfsanə iki cür olmaqla, iki hadisə ilə əlamətdardır. 
Bunlardan birincisi, m.ə. XII əsrdə troyalı Eney tərəfindən Romanı əhatə edən ərazi 
olan  Latsiumun  məskunlaşması,  digəri  isə  az  qala  beş  yüz  il  sonra  latinlı  Romul 
tərəfindən  faktiki  olaraq  Roma  şəhərinin  əsasının  qoyulmasıdır.  Eneyin  və 
troyalılardan  ibarət  olan  onun  dəstəsinin  Latin  düzənliyinə  gəlib  çıxmasına  son 
vaxtlaradək  təmiz  əfsanə  kimi  baxılırdı.  Ancaq  aparılan  qazıntılar  təsdiq  etdi  ki, 
İtaliyanın  həmin  uzaq  epoxasında,  sonrakı  Bürünc  dövründə  dənizçilər  bura 
gəlmişdilər.  Onların  ticarət  fəaliyyətinin  şimali  Toskaniyaya  gəlib  çıxması  da 
təsdiqlənir.  M.ə.  VI  əsrdən  etrusklara  Eneyin  şəxsiyyəti  məlum  idi  və  bu  əfsanə 
Etrusk  ağalığı  dövründə  öz  yolunu  Romaya  sala  bilərdi.  Romulun  şəhəri  salmasına 
gəldikdə,  bu  da  arxeoloqlar  tərəfindən  təsdiqlənən  fakta  əsaslanır  ki,  Palatin 
təpəsində, m.ə. VIII əsrdə tikilən komalardan ibarət primitiv bir kənd olmuşdur.  
Əlbəttə,  bu  rəvayətlərdə  bəzən  tarixi  xronologiya  da  çox  geniş  dövrü  əhatə 
etdiyindən,  onun  dəqiqliyinə  şübhə  oyanır.  Miladdan  əvvəl  XIII  əsrdə  baş  verən 
müharibənin  iştirakçısı  xeyli  vaxtdan  sonra  Apennin  yaranmasına  gəlib  çıxır  və  bu 
müharibəni  ilk  dəfə  qələmə  alan  Homerin  yaşadığı  dövrdə,  faciədən  beş  əsr  sonra 
onun şahidinin nəslindən olan Romul bu şəhərin əsasını qoyur.  
On  il  davam  edən  Troya  müharibəsində  yunanlar  troyalılara  qalib  gəldilər. 
Troya  çarı  Priamın  övladları  öldürüldü,  arvadı  Gekuba  əsir  düşdü.  Lakin  çarın 
qohumu  Eney  müharibədə  salamat  qaldı,  çünki  o,  başqa  bir  troyalı,  Antenorla 

 

birlikdə əvvəldən yunanlarla sülh tərəfdarı idi və onlar təklif edirdilər ki, çarın oğlu 
Parisin  Spartadan  götürüb  qaçırdığı  Yelenanı,  onun  əri  Sparta  çarı  Menelaya 
qaytarsın.  Məhv  olunmuş,  xarabazara  çevrilmiş  Troyada  qalmaq  mümkün 
olmadığından, Eney özünə yeni məskən axtarmaq üçün öz gəmisində dənizdə qərbə 
doğru üzməyə başladı və Yunanıstandan qərbdə, Adriatik dənizini keçərək, əvvəlcə 
Siciliyaya, sonra isə Lavrent vilayətinə gəlib çıxdı.  
Burada  yerli  çar  Latin,  Eneyin  məşhur  bir  xalqın  oğlu  olduğunu  bildikdən 
sonra,  onunla  ittifaq  bağladı  və  onları  qonaq  kimi  qəbul  etdi.  Bu  ittifaq,  Latinin  öz 
qızı Laviniyanı Eneyə ərə verilməsilə daha da möhkəmləndi. Yeni ailədə oğlan uşağı 
meydana gəldi və onun adını Askani qoydular. Lakin qonşu rutul tayfasının çarı Turn 
da Laviniya ilə evlənmək  istəyirdi, Eneyə qədər ona nişanlanmışdı da. Narazı qalan 
çar, Latin və Eneylə müharibə etməyi qərara aldı və döyüşdə Latin öldü, lakin yerli 
əhali və troyalılar rutullara qalib gəldilər. Bu iki xalq özlərini latinlər adlandırdılar. 
Qonşuluqda olan qüdrətli etrusk tayfası ilə döyüş də uğurla nəticələndi.  
Eney  öldükdən  sonra  dövləti  Laviniya  idarə  edirdi.  Askani  isə  Alban  dağının 
ətəyində özünə yeni şəhər saldı və onu Alba Lonqa adlandırdı. Sonra da onun oğlu 
çarlıq  etdi  və  Silvi  adı  altında  sülalə  meydana  gəldi.  Bu  sülalə  uzun  müddət  çarlıq 
etdi.  Nəhayət,  Amuli  atasının  vəsiyyətinin  əksinə  olaraq  öz  qardaşı  Numitoru 
kənarlaşdırıb,  çarlığı  öz  əlinə  aldı.  O,  qardaşının  kişi  cinsindən  olan  bütün  nəslini 
məhv etdi, onun qızı Reya Silviyanı isə, fəxri bəhanə ilə vestalka seçdirərək, ömürlük 
bakirəliyə  məhkum  etdi  ki,  qardaşının  nəslindən  oğlan  uşağı  meydana  gəlməsin. 
Lakin hadisələr başqa cür inkişaf etməyə başladı. Reya təcavüzə məruz qaldı və əkiz 
oğlan uşağı doğdu. Uşaqların atasının isə müharibə allahı Mars olduğunu elan etdi. 
Kahinə qandalda dustaq edildi, uşaqları isə, çar əmr etdi ki, çaya atsınlar. Bu vaxtlar 
Tibr  çayı  daşmışdı,  çayın  axınına  yaxınlaşmaq  mümkün  deyildi,  ona  görə  də 
körpələri  dayaz  suya  qoydular  ki,  onsuz  da  onlar  batacaqlar.  Su  çəkiləndə  körpələr 
quruda  qaldı  və  su  içməyə  gələn  dişi  canavar,  uşaqların  ağlamağını  eşidib,  onlara 
yaxınlaşdı  və  körpələri  əmizdirməyə  başladı.  Elə  bu  vaxt  uşaqları  çar  sürüsünün 
çobanı Favstul tapdı və evinə apardı. Burada körpələrə onun arvadı baxmağa başladı. 
Çobanın  arvadı  Larentsiya  intim  yaxınlıq  məsələsində  heç  kəsə  imtina  etmədiyinə 
görə, çobanlar onu "dişi canavar" adlandırırdılar. Bəlkə də onun bu ləqəbi uşaqların 
canavar  tərəfindən  xilas  edilməsi  barədə  əfsanənin  yaranmasında  az  rol 
oynamamışdır.  
Əkizlər  böyüyən  kimi  meşələrdə  ov  etməyə,  həm  də  çobana  kömək  etməyə 
başladılar.  Onlar  quldurlara  da  hücum  edir,  götürdükləri  qəniməti  çobanlarla 
bölüşürdülər.  Quldurlar  bir  dəfə  pusub  qardaşları  tutdular.  Romul  qaçmaqla  canını 
qurtardı, Remi isə quldurlar çar Amuliyə verdilər və çar isə onu edam edilmək üçün 
oğlanın  babası  Numitora  verdi.  Belə  bir  vaxtda  Favstul  bütün  sirləri  Romula  açdı. 
Hadisələrdən agah olan Romul öz dəstəsi ilə gizli şəkildə çarın evinə yollandı. Rem 
də başqa dəstə ilə Numitorun evindən köməyə gəldi və onlar çarı öldürdülər. Onların 
babası  Numitor  Alba  çarlığını  əldə  etdi.  Qardaşlar  isə  çaya  atıldıqları  və  tərbiyə 
olunduqları  yerdə  şəhər  salmaq  istədilər.  Şəhərin  kimin  adı  ilə  adlandırmaq  üçün 
quşların uçuşunu seyr etməyə başladılar və bu məqsədlə Romul Palatin təpəsini, Rem 
isə  Aventini  seçdi.  Camaat  hər  ikisini  çar  elan  etdi,  birini  quşların  ilk  dəfə 
görünməsinə,  digərini  isə  quşların  sayının  iki  dəfə  çox  olmasına  görə.  Deyişmə, 

 

sonra  isə  dalaşma  başlandı  və  qarışıqlıqda  Remə  ölümcül  zərbə  dəydi.  Başqa 
rəvayətə  görə,  Rem  qardaşını  ələ  salmaq  üçün  yeni  divarın  üstündən  keçdikdə, 
hiddətlənmiş Romul onu öldürmüşdü ki, heç kəs mənim divarlarımı keçə bilməz. Bu 
m.ə. 753-cü ildə baş vermişdi. Şəhər sağ qalan Romulun adı ilə adlandı. Əvvəlcə, o, 
Palatin  təpəsini  möhkəmləndirdi.  Sonra  o,  camaatı  yığıb  yığıncaq  keçirdi  və  öz 
qanunlarını  elan  etdi.  Bu  qanunlarla  o,  camaatı  bir  xalq  kimi  birləşdirdi.  Özünə 
mühafizəçilər təyin etdi.  
Şəhər böyüməyə başladıqda Romul öz qüvvəsinə müdrikliyi də əlavə edərək, 
yüz  nəfər  ağsaqqaldan  təşkil  olunan  senat  təsis  etdi.  Senatorlar  öz  adını  "qocalıq" 
sözündən götürmüşdülər. Bu adamlar həm də atalar adlandırıldı, onların nəsli isə bu 
sözdən yaranan "Patritsilər" adına sahib oldu.   
Roma elə güclənmişdi ki, qonşu şəhərlərlə rəqabət apara bilərdi. Lakin şəhərdə 
qadın  olduqca  az  idi,  əhali  əsasən  çobanlardan  təşkil  olunmuşdu.  O  dövrdə  qonşu 
tayfaların  qızları  ilə  ailə  qurmaq  qaydası  yox  idi.  Bir  də  qonşular  yeni  yaranan 
şəhərin  sakinlərinə  ikrahla  baxdıqlarından,  heç  kəs  onlarla  qohum  olmaq  istəmirdi. 
Bu vaxt Romul hiyləgərliyə əl atmalı oldu - o, təntənəli oyunlar keçirdi və qonşuları 
da  bura  dəvət  etdi.  Digər  qonşu  tayfalarla  yanaşı  sabinlilər  uşaqları  və  arvadları  ilə 
gəlmişdilər.  Bayramın  qızğın  vaxtında  verilən  işarə  ilə  romalı  cavanlar  Sabin 
qızlarını  qaçırmağa  başladılar.  Qızların  valideynləri  bu  dərdə  dözməyib  qaçdılar  və 
qonaqpərvərlik  qanunlarını  pozan  romalılara  lənət  yağdırmağa  başladılar.  Qaçırılan 
qızlar  da  çox  hiddətlənmişdilər,  lakin  onları  Romul  sakitləşdirirdi  ki,  onlar  ərə 
gedəcək və onların, dövlət üçün də çox qiymətli olan övladları olacaqdır. Qoy püşk 
kimə  onların  bədənini  vermişsə,  ruhlarını  da  onlara  versin,  qoy  qızlar  öz  hirslərini 
soyutsunlar.  Oğlanlar  da  üzr  istədilər  ki,  bu  hərəkətə  onları  yalnız  məhəbbət  və 
ehtiras məcbur etmişdir. Qadın təbiəti nə qədər möhkəm olsa da, məhəbbət və ehtiras 
qarşısında əriməyə məhkumdur.  
Lakin  valideynlər  sakitləşmək  bilmirdi.  Ona  görə  də  romalılar  sabinlilərlə 
vuruşmaq məcburiyyətində qaldılar. Sabin çarı qızılla Roma qalasının rəisinin qızını 
ələ  aldı  və  qız  Sabin  döyüşçülərini  qalaya  buraxdı.  Döyüşdə  nəhayət,  romalılar 
üstünlük  əldə  etdikdə,  Sabin  qadınları  saçlarını  yanlarına  tökərək  və  paltarlarını 
cıraraq özlərini döyüşçülərin arasına atdılar ki, hər iki tərəfi sakitləşdirsinlər. Onlar 
yalvarışla  gah  atalarına,  gah  ərlərinə  müraciət  edirdilər:  qoy  qayınatalar  və 
kürəkənlər  şərəfsiz  axıdılmış  qanla  özlərini  ləkələməsinlər,  öz  qızlarının  və 
arvadlarının  övladlarını  ata  qətli  ilə  murdarlamasınlar.  "Əgər  siz  öz  aranızda 
xasiyyətlərinizdən  utanırsınızsa,  əgər  nigah  ittifaqı  sizə  xoş  gəlmirsə,  hiddətinizi 
bizim üstümüzə tökün; müharibənin səbəbi, ərlərimizin və atalarımızın yaralarının və 
həlak olmasının səbəbi bizik; Yaxşısı budur ki, biz ölək, nəinki ərsiz və ya atasız, dul 
və ya  yetim qalaq".  Bu sözlərdən hamı  riqqətə gəldi. Başçılar müqavilə bağlamağa 
başladılar ki, nəinki barışsınlar, həmçinin iki dövlətdən bir dövlət yaratsınlar. Burada 
onlar  birlikdə  hökmranlıq  edəcəkdi,  bütün  hakimiyyət  Romada  cəmləşəcəkdi. 
Vətəndaşların hamısı, sabinlilərin ayrı-seçkilik hiss etməmələri üçün "kvirit" adı aldı.   
Romada bu vaxt 300 nəsil var idi. Romul hər biri 10 nəsildən ibarət olan 30 kuriya və 
hər  10  kuriyadan  bir  triba  olmaqla  3  triba  yaratdı.  Sabin  qadınlarının  şərəfinə 
kuriyalara onların adı verildi.  

 

Sabin çarı Tatsi öldükdən sonra hakimiyyət bütünlüklə Romula keçdi. Dövləti 
yaradarkən  Likurqun  Spartada  etdiklərini  Romul  burada  həyata  keçirməyə  başladı. 
Axı  Spartada  "Gerusiya"  adlanan  ağsaqqallar  şurası  fəaliyyət  göstərirdi  və  onlar 
ölkəni  idarə  etməkdə  çara  böyük  köməklik  göstərirdilər.  Qədim  Spartada  çarlar  bir 
qayda  olaraq  seçki  yolu  ilə  təyin  edilirdi.  Şəhərin  yaxşı  adamlarının  nüfuzunun 
hakimiyyətlə birləşməsi Romada da müsbət nəticələr verirdi.  
Romul  öz  qonşuları  ilə  çoxlu  müharibələr  aparırdı,  bu  müharibələrdən  əldə 
edilən qənimət adamların varlanmasına şərait yaradırdı. İlk dəfə olaraq o, kasıbları - 
plebeyləri (plebsi) qüdrətli adamların himayəsinə, klienteliyə verdi. Romul öldükdən 
sonra  dövlətin  idarə  edilməsi  çətinləşdi,  şəhər  çarsız  qaldı.  Bu  vaxt  senat  çarlıqlar 
arası  dövrü  müəyyən  etdi  ki, bu  dövrdə  təzə  daimi  çar  seçilənə  qədər  dövlət  çarsız 
qalmasın  və  həmin  çar  uzun  müddətə  xidmət  etməsin.  Romulun  dövründə  çar 
müqəddəs  məsələlərdə  və  qurban  verilməsinə  başçılıq  edir,  allahlara  aid  bütün 
mərasimləri  keçirirdi.  Çar,  qanunları  və  ataların  ənənələrini  qoruyurdu,  ədalətin 
bərqərar olmasına qayğı göstərirdi.  
Ağır  cinayətləri  o,  özü  təhqiq  edirdi,  kiçikləri  isə  senatorlara  tapşırırdı.  Çar 
həmçinin müharibə vaxtı qeyri-məhdud hərbi hakimiyyətə malik idi. Senat isə çarın 
söylədiklərini  və  təkliflərini  müzakirə  etməli  idi.  Bütün  bunları  o,  Spartadan  əxz 
etmişdi.  Orada  isə  bütün  hakimiyyət  Gerusiyaya  məxsus  idi,  çar  heç  də  mütləq 
hakimiyyət  sahibi  deyildi.  Xalq  kütlələrinə  isə  Romul  üç  səlahiyyət  vermişdi: 
magistratları  seçmək  və  qanunlara  riayət  etmək,  həmçinin  müharibə  haqqında 
məsələni  çar  dediyi  vaxt  həll  etmək.  Xalq  özü  də  bir  yerdə  deyil,  kuriyalar 
qaydasında çağrılmaqla səs verirdi.   
 
ROMULDAN SONRAKI ÇARLARIN HAKİMİYYƏTİ 
 
Romul  38  il,  m.ə.  754-717-ci  illərdə  çarlıq  etdi.  Roma  iki  il  çarlıqlararası 
dövrü yaşamağa məcbur oldu. Senatorlar çar olmaq üçün öz aralarında gizli mübarizə 
aparırdılar.  Sabinlilər  öz  tərəflərindən  çar  qoymaq  istəyirdilər,  romalılar  isə  yadelli 
çar  barədə  düşünmək  belə  istəmirdilər.  Ona  görə  də  çarlıqlar  arasındakı  dövrdə 
ölkənin  hakimiyyətsiz,  qoşunu  isə  başçısız  qoymamaq  üçün  senatorlar  onluqlara 
bölündü  və  hər  onluqdan  bir  nəfər  başçı  seçməklə,  dövlətin  idarə  edilməsini  bu 
qaydada  bölüşdülər.  İndi  şəhəri  on  nəfər  idarə  edirdi,  hər  beş  gündən  digər  onluq 
hakimiyyəti  öz  üzərinə  götürürdü,  beləliklə  il  boyu  dövlət  çarsız  qalmırdı  və  çar 
rolunu  dəyişən  onluqlar  qrupu  əvəz  edirdi.  Beləliklə  yüz  nəfər  bir  çarı  əvəz  edirdi. 
Lakin  xalq  buna  etiraz  etməyə  başladı  ki,  bir  çardan  başqa  heç  kəsə  itaət 
etməyəcəkdir.  Senat  xalqa  müraciət  etdi  ki,  Romula  layiqli  varis  tapsalar,  atalar  bu 
qərarı  təsdiq  edəcəklər.  Əvvəllər  Romada  qayda  belə  idi.  Xalqın,  komitsiyanın 
qərarını  senat  təsdiq  edirdi.  sonralar  isə  qayda  dəyişdi.  Senatın  qərarı  xalq 
yığıncağının  -  komitsianın  müzakirəsinə  və  təsdiqinə  verilirdi.  Xalq  isə  senatın  bu 
hərəkətindən  məmnun  olaraq  qərara  aldı  ki,  Romada  kimin  çar  olması  barədə  qoy 
senat öz qərarını versin. 
Bu  vaxt  Sabin  şəhəri  Kuraxda  Numa  Pompili  adlı  ədalətli  və  nəcib  bir  adam 
yaşayırdı.  Romalılar  çarın  sabinli  olması    təhlükəsindən  qorxmalarına  baxmayaraq 

 
10 
Numanın adını eşitdikdə, ona üstünlük verdilər. Çox təkiddən sonra o, öz razılığını 
verdi və Romaya çar oldu. Bu m.ə. 715-ci ildə baş verdi.  
Müharibə  etməyi,  döyüşməyi  sevən  Romulun  yerinə  sülhsevər  bir  adam  çar 
oldu.  Silah  gücünə  yaranmış  bu  şəhəri  o  yenidən  hüquq,  qanunlar,  adətlər  təməli 
üzərində qurdu. Ən başlıcası o adamların xasiyyətini mülayimləşdirmək istəyirdi, axı 
müharibə  xarakterləri  xeyli  codlaşdırıb,  kobudlaşdırmışdı.  Bu  məqsədlə  o,  Yanus 
(mənası  "qapı"  deməkdir)  məbədi  tikdi,  sülh  vaxtı  bu  məbədin  qapıları  daim  bağlı 
qalırdı,  müharibə  vaxtı  isə  əsgərlər  bir  açıq  qapıdan  girib,  digərindən  çıxırdı. 
Qonşuları  ilə  tam  sülh  şəraitində  yaşayan  Numanın  dövründə  məbəd  daim  bağlı 
saxlanırdı. Adamlar indi müharibədən deyil, allahlardan qorxmağa başladılar. O, ilk 
çar  idi  ki,  Roma  dininə  forma  verdi.  İlk  dəfə  Numa  ili  on  iki  aya  böldü  və  ay 
təqvimində  ildə  qalan  11  gün  üçün  daha  bir  ay  əlavə  etdi.  Bundan  başqa  ev  ocağı 
ilahəsi Vestaya xidmət təşkil etdi. Bu məqsədlə bakirə qızlar ayrılır, onlara dövlətdən 
maaş verilirdi. Bu qızlar onlara həvalə edilmiş odu sönməyə qoymamalı, həm də öz 
bakirəliklərini  ləkəsiz  saxlamalı  idilər.  Onların  öz  günahları  ucundan  bəkarətləri 
pozulduqda, ölüm cəzasına məhkum olurdular və türbəyə salınıb ağızları bağlanırdı.  
Numanın dövründə dövləti sədaqət və and idarə edirdi, artıq qanunlara itaət və 
cəza  qarşısında  qorxuya  ehtiyac  yox  idi.  Bu  sahədə  çar  özü  hamıya  nümunə 
göstərirdi. Onun ən böyük xidməti kimi isə tarixçilər, çarlıq etdiyi dövrdə onun sülhü 
öz  məmləkətindən  heç  də  az  qorumaması  faktını  qeyd  edirdilər.  Onun  dövründə 
dövlət o qədər möhkəmləndi ki, dinc şəraitdə yaşamağa və müharibəyə hazır olmağa 
eyni dərəcədə qadir idi.  
Romalılar  və  sabinlilər  arasında  ayrı-seçkiliyə  son  qoymaq  üçün  o,  xalqı 
məşğuliyyət  növlərinə  görə  -  qızıl  işləri  ustalarına,  dülgərlərə,  rəngsazlara, 
çəkməçilərə,  mis  qab  qayıranlara,  dulusçulara  və  fleytaçılara  böldü.  Hər  sex  öz 
iclasına,  toplantılarına  və  dini  mərasimlərinə  malik  idi.  Beləliklə  şəhərin  sakinləri 
arasında romalı və sabinli olmaqla əlaqədar olan ədavətə son qoyuldu. Əhali arasında 
bu gildiyaların, sexlərin təsis edilməsi nəticəsində harmoniya və yekdillik yarandı.  
Numa əkinçi əməyinə də yüksək qiymət verirdi. O, torpaqları kasıblar arasında 
böldü  ki,  həm  kasıblığa  son  qoysun,  həm  də  cinayətkarlığın  kökünü  kəssin;  digər 
tərəfdən xalqı əkinçiliyə öyrətməklə, onarlın özlərinin yaxşı tərəfə dəyişilməsinə də 
şərait  yaradırdı.  Əkinçi  əməyi  adamlara  vətəni  müdafiə  etmək  hissləri  təlqin  və 
tərbiyə  edir,  tamahkarlıq  mərəzindən  onları  azad  edirdi.  Əkinçilik  əməyi  həm  də 
adamlarda  sülhə  hörmət  və  bağlılıq,  onların  mənəvi  kamilləşməsinə  şərait  yaradır. 
Numanın çarlığı ondan bir neçə əsr sonra Platonun dediklərini təsdiq edirdi. Platona 
görə  hakimiyyət,  yalnız  o  vaxt  adamlara  xilas,  bəlalardan  rahatlıq  gətirər  ki,  çar 
hakimiyyəti göylərin iradəsinə uyğun olaraq fəlsəfi zəka ilə birləşir və onlar birlikdə 
ləyaqətin eyblərə üstün gəlməsinə kömək edir.  
Numa özü elə ləyaqətlə çarlıq etdi ki, ondan sonra gələn çarlar onunla heç bir 
müqayisəyə girə bilməzdi, bu isə onun şöhrətinə daha böyük parlaqlıq verdi. Numa 
qırx  üç  il  çarlıq  etdikdən  sonra  vəfat  etdi  və  sonralar  onun  qəbri  açıldıqda  oradan 
onun əlyazmaları tapıldı.  
Numa Likurqdan fərqli olaraq taxt-tacdan imtina etmədi. Likurq qanunları ilə 
spartalılara xidmət göstərdi və sonralar bu qanunlardan başqaları da istifadə etməyə 
başladı.  Numa  isə  adamlara  sarsılmaz  mənəvi  dəyərlər  təlqin  etdi,  onların  ruhunu 

 
11 
saflaşdırdı,  müharibə  aludəçiliyinə  son  qoydu  və  dövlətin  varlığını  və  qüdrətini  ilk 
dəfə  olaraq  sülh  şəraiti  ilə  möhkəm  bağlamağa  müvəffəq  oldu.  Numa  çarların 
tarixində  təkcə  müstəsnalıq  təşkil  etmir,  onun  hökmranlıq  metodunun  özü  belə, 
nəcibliyi  və  orijinallığı  ilə  seçilir.  Əgər  dünya  tarixində  çarlıqlar,  monarxiya  yalnız 
Numa  kimilərin  əlində  cəmləşsəydi,  çarlıq  taxtının  dayaqlarını  Numa  dövründə 
olduğu  kimi  müdriklik  təşkil  etsəydi,  yəqin  ki,  bəşəriyyət  heç  vaxt  bu  dövlət 
quruluşundan,  belə  idarəetmə  formasından  uzağa  getməzdi,  başqa  formalara  əl 
atmazdı  və  nəticədə  çoxlu  qanlı  müharibələrdən,  qanla  qidalanan  inqilablardan 
birdəfəlik xilas olardı.  
Roma  şəhərinin  əsası  qoyularkən  də  nəcib  adamlar  var  idi.  Onların  hamısı 
qrupların  tərkibinə  daxil  olmaqla,  ümumi  əcdad  vasitəsilə  birləşirdi.  Bu  əcdad 
tayfaya öz adını və xarakterini verirdi. Hər tayfa öz kultuna və ənənələrinə malik idi 
və  onlar  inadkarlıqla  dövrün  dağıdıcı  təsirinə  qarşı  əks  mövqedə  dururdular.  Bu 
vətəndaşlar  üstəlik  tayfa  qanı  ilə  bir-birinə  bağlanmışdılar,  şəhər  müxtəlif  sayda 
klientlərdən,  kömək  və  dəstəyin  əvəzində  himayəçilərə  sədaqət  göstərməli  olan 
adamlardan ibarət idi. Tayfalar aşağı hissələrə bölünürdü, bunlar ailə idi. Ailə Roma 
cəmiyyətinin  daha  çox  məhdudlaşmış,  lakin  fundamental  birliyi,  icması  idi.  Onlar 
pater  familias  adlanan  ailə  başçısının  ətrafında  qruplaşırdılar.  Belə  ailə  başçılarının 
nüfuzu Roma tarixində, çox hallarda heyrətləndirici nümunələrlə nümayiş olunur.  
Monarxiya  dövründə  imtiyazlı  sinif  olan  patritsilər  tədricən  formalaşmağa 
başladı,  onlar  imtiyazlı  tayfalardan  düzəlirdilər.  Onlara  qarşı  əks  mövqedə  duran 
plebeylər idi. Onlar tayfa təşkilatından xaric edilmişdilər. Plebeylərin nə kultu, nə də 
ümumi  əcdadları  yox  idi.  Onlar  əvvəldən  təşkilatlanmamış  sinif  kimi  formalaşıb, 
yoxa  çıxan  tayfaların  köhnə  klientlərindən  və  əcnəbilərdən  düzəlirdi.  Həmin 
əcnəbilər isə Tibr çayı ətrafında məskunlaşmışdılar. Mülki, siyasi və dini hüquqları 
olmadığından plebeylər əvvəldən həm də heç bir mülki vəzifəyə malik deyildilər, nə 
hərbi xidmətə, nə də vergi verməyə yaramırdılar.  
Monarxiya dövründə çar öz siyasi, hüquqi və hərbi hakimiyyətindən əlavə dini 
hakimiyyətə  də  malik  olurdu.  Respublika  dövründə  bu  hakimiyyət  ömürlük  təyin 
edilən keşişə keçirdi, o, Rex Sacrorum adlanırdı. Yupiter, Mars və Kvirini keşişləri 
uzaq  mənşəyə  malik  idi  və  allahların  qədim  üçlüyünün  yaşaması  üçün  təminat 
verirdilər.  Pontifiklər,  xüsusən  baş  pontifik  (Pontifex  Maximus)  geniş  hakimiyyətə 
malik idi.  
Çarların  siyasi  və  hərbi  hakimiyyətləri  mütləq  idi.  Bu  hakimiyyət  imperium 
adlanırdı,  hərbi  komandan  hüquqlarınadək  böyümüşdü,  lakin  həm  də  dini  ölçüyə 
malik  idi.  Çarın  hakimiyyətə  çıxması  mərasiminə  faktiki  olaraq  avqur  xidmətçiləri 
tərəfindən nəzarət edilirdi. Salnamələrə görə, hər bir taxt-taca çıxma normal qaydada 
xalqın səsverməsi ilə və Senatın təsdiqi ilə baş verirdi. Roma monarxiyası beləliklə, 
irsi deyildi və bu qayda ən azı iki əsr yarım davam etdi.  
Əfsanəyə  görə,  Romuldan  başlayaraq  çarlar  siyasi  cəhətdən  Roma  xalqını 
təşkil  edirdilər.  Xalq  üç  tribaya  və  30  kuriyaya  bölünürdü.  İbtidai  tribalar  müxtəlif 
etnik elementlərə uyğun gələ bilərdi: latinlilər, sabinlilər və etrusklar. Hər bir triba on 
kuriyaya  bölünürdü.  onlar  tayfalara  bənzəyirdilər  və  xarakterlərində  məhdud  idilər. 
Hər kuriyaya kurio başçılıq edirdi, kuriya ümumi ərzağa və qurban vermələrə malik 

 
12 
idi.  Birlikdə  onlar  Komitsia  Kuriata  adlanan  yığıncağı  formalaşdırırdılar,  bu  çarı 
seçirdi, bir sıra qanunvericilik və ədliyyə hüquqlarına malik idi. 
Numa  öldükdən  sonra  çarlıqlar  arası  dövr  meydana  gəldi.  Sonra  xalq  Tull 
Hostilini çar seçdi və senat xalqın bu qərarını təsdiq etdi. Yeni çar öz sələfindən ciddi 
surətdə  fərqlənirdi  və  döyüşkənliyində  Romulu  da  ötüb  keçirdi.  O,  hərbi  kodeks 
yaratdı. O, özünə böyük hərbi şöhrət qazandı və müharibələr vaxtı böyük igidliklər 
göstərdi.  Müharibələrdən  əldə  etdiyi  qənimətlər  hesabına  komitsia  və  kuriyanı 
qaydaya  saldı.  O,  müharibənin  elan  edilməsi  üçün  qayda  yaratdı.  Bu  qaydaya  görə, 
əvvəlcədən  xəbər  verilməyən  və  elan  edilməyən  müharibə  ədalətsiz  və  düzgün 
olmayan  müharibə  sayılırdı.  Tull  hər  yerdə  müharibəyə  bəhanə  axtarırdı.  Belə  bir 
bəhanəni  tapmaq  üçün  çox  gözləmək  lazım  gəlmədi.  Roma  kəndliləri  albalıların, 
Albadan olanlar isə romalıların mal-qarasını oğurlayıb aparırdılar. Romalılar dəymiş 
ziyanı ödəməyi tələb etdikdə, buna verilən rədd cavabı Albaya müharibə elan etməyə 
imkan  yaratdı.  Müharibə  bir  aydan  sonra  başlamalı  idi.  Hər  iki  tərəf  hazırlaşmağa 
başladı.  Əslində  bu  müharibə  bir  növ  vətəndaş  müharibəsinə  bənzəyirdi,  çünki 
rəqiblərin  hər  ikisi  troyalıların  övladları  idi.  Lavini  öz  başlanğıcını  Troyadan,  Alba 
Lavinidən, romalılar isə Alba çar nəslindən götürürdülər.  
Albalılar birinci olaraq Roma torpaqlarına girdilər və bu vaxt Alba çarı öldü. 
Tull isə bundan istifadə edib albalıların torpağına girdi. Lakin döyüşdən əvvəl Alba 
diktatoru ilə çar Tull danışıqlar apardı. Danışıqlar bir məsələni açıqladı ki, iki qohum 
və  qonşu  xalq  bir-biri  ilə  vuruşsa,  qonşuluqda  olan  böyük  Etrusk  dövləti  bundan 
istifadə  edib,  bu  müharibədə  iştirak  edənlərin  hər  ikisini  -  qalibi  də,  məğlubu  da 
zəiflədiklərinə görə özünə tabe edəcəkdir və əslində bu müharibə hər iki yaxın xalqın 
qurban  getməsi  ilə  nəticələnəcəkdir.  Etruskların  gücü  təkcə  quruda  böyük  olmaqla 
qalmırdı,  onlar  dənizdə  də  çox  qüvvətli  idilər.  Alba  diktatorunun  bu  xəbərdarlığı 
düzgün  və  vaxtında  idi  və  Tull  onun  sözləri  ilə  razılaşmalı  oldu.  Onda  çarlar  belə 
qərara gəldilər ki, hər iki tərəfdən olan üç qardaş əkizlər vuruşsunlar, qələbəni hansı 
tərəf  çalsa,  hakimiyyət  də  həmin  tərəfə  verilsin.  Romalılar  tərəfdən  Horatsi 
qardaşları, Alba tərəfindən Kuriatsi qardaşları seçildi. Belə də müqavilə bağlandı ki, 
hansı  ölkənin  vətəndaşları  döyüşdə  qalib  gəlsə,  həmin  xalq  digəri  üzərində  dinc 
qaydada hökmranlıq edəcəkdir. Əkizlər vuruşmağa başladılar. Hər iki tərəfdən onları 
qızışdırırdılar.  Döyüşçülər  üz-üzə  gəldikdə  Alba  döyüşçülərindən  üçü  də  yaralandı, 
iki  romalı  isə  həlak  oldu.  Bu  vaxt  üç  Kuriatsi  tək  qalan  Horatsinin  üstünə  düşdü. 
Rəqiblərini  bir-birindən  aralamaq  üçün  o,  qaçmağa  başladı.  Bununla  da  o,  çox 
düzgün  olaraq  hesab  edirdi  ki,  onu  təqib  edənlər  öz  yaralarının  ağırlığına  görə 
müxtəlif qaydada qaçacaqlar. Bir qədər qaçdıqdan sonra o, gördü ki, ona rəqib olan 
qardaşlar bir-birindən xeyli aralanmışlar və onlardan biri ona daha yaxındır. Horatsi 
onun üzərinə hücum etdi və bu vaxt Alba döyüşçüləri digər qardaşları həmin hücum 
edilənə  kömək  etməyə  çağırdılar.  Lakin  artıq  gec  idi.  Horatsi  bir  rəqibi  öldürdü  və 
başqa bir qardaşla döyüşə girdi. Albadan olan sonuncu qardaş yaxınlaşana qədər, o, 
daha bir Kuriatsini öldürdü. Artıq vəziyyət bərabərləşmişdi, rəqiblər bir-birinə qarşı 
təkbaşına dayanmışdılar.  
Lakin  rəqiblər  arasında  mühüm  bir  fərq  vardı.  Romalı  salamat  idi,  Albadan 
olan  döyüşçü  isə  yaralanmışdı  və  qardaşlarının  bir-birinin  ardınca  həlak  olduğunu 
görən, aldığı yaradan və qaçmaqdan əzab çəkən bu adam ümidsizlikdən özünü zərbə 

 
13 
altına  atdı.  Romalı  qılıncını  onun  boğazına  soxdu.  Romalılar  Horatsini  böyük 
sevinclə  qarşıladılar.  Lakin  Horatsinin  bacısı  Kuratsilərdən  birinin  sevimlisi  idi  və 
sevgilisinin plaşını qardaşının çiynində gördükdə o, ağlayıb qışqırmağa başladı. Ağı 
deyərək  o,  adaxlısının  adını  hündürdən  çəkirdi.  Horatsi  hiddətlənərək  qılıncla 
bacısını öldürdü. "Öz vaxtı çatmamış məhəbbətinlə nişanlının yanına yollan! Sən öz 
qardaşlarının  həm  ölülərini,  həm  də  dirisini,  öz  vətənini  unutmusan.  Düşmənə  ağı 
deyən hər bir romalı qız belə məhv olacaqdır".  
Bu  əməlinə  görə,  Horatsi  tutulub  məhkəməyə  gətirildi.  Onu  ən  ağır  cəza 
gözləyirdi, duumvir məhkəməsində hətta təqsiri olmayanların da bəraət almaq imkanı 
yox idi. Məhkəmə ağır hökmünü elan etdikdə, iş xalqın müzakirəsinə verildi. Bu vaxt 
ata  Publi  Horatsi  elan  etdi  ki,  hesab  edir  ki,  qızı  düzgün  olaraq  öldürülmüşdür  və 
xahiş  etdi  ki,  bir  az  əvvəl  çox  övladı  olan  bu  adamı,  indi  övladsız  qoymasınlar.  O 
vaxtlar  Romada  atanın  övladların  həyatı,  azadlığı  və  əmlakı  üzərində  tam 
hakimiyyəti  var  idi.  Xalq  onun  çıxışından  sonra  Horatsiyə  bəraət  verdi,  bu  qərara 
ədalətdən daha çox, onun igidliyi təsir göstərdi.  
Lakin  Alba  ilə  sülh  uzun  sürmədi,  romalılar  ümumi  düşmənlə  -  fidenlərlə 
vuruşduqda,  Alba  əsgərləri  diktatorla  birlikdə  geri  çəkilərək  xəyanət  etdilər.  Ona 
görə  də  romalılar  düşməndən  daha  çox  müttəfiqlərindən  təhlükə  gözləyirdilər.  Çar 
Tull  Alba  diktatoru  Mettini  iki  şəhər  arasındakı  müqaviləni  pozan  və  müharibənin 
təşəbbüsçüsü  adlandırdı.  Çar  Mettini  arabanın  təkərlərinə  bağlatdırdı  və  atlar 
qaçmağa  başladıqda,  onun  bədəni  iki  yerə  bölündü.  Tull  bunu  gələcəyə  ibrət  dərsi 
olmaq  üçün  edirdi.  Albaya  süvarilər  göndərildi  ki,  əhalini  Romaya  köçürsün. 
Albalılar şəhəri tərk edəndən sonra romalılar bütün evləri uçurdular. Dörd yüz yaşı 
olan şəhər yerlə yeksan edildi. Onun dağılması ilə Roma böyüməyə başladı, şəhərin 
əhalisi iki dəfə artdı. Romalıların ordusu da xeyli gücləndi, təkcə Alba cavanlarından 
Tull yeni on turma (hər biri otuz süvaridən ibarət hərbi dəstədir) süvari topladı və bu 
qüvvəyə arxalanaraq Sabin vilayətinə hücum etdi. Bu döyüşdə romalılar qalib gəldi, 
sabinlilər çoxlu itgi verib qaçmağa məcbur oldular. Bu qələbə romalılara böyük şərəf 
gətirdi. Tull Hostili 32 il (m.ə. 672-640-cı illər) çarlıq etdikdən sonra öldü.  
Tull  Hostilinin  vəfatından  sonra  yeni  çarlıqlar  arası  dövr  başlandı.  Xalqın 
yığıncağında  Ank  Martsi  çar  seçildi  və  atalar  bu  qərarı  təsdiq  etdi.  O,  çar  Numa 
Pompilinin  qızının  oğlu  olmaqla  nəvəsi  idi.  Ank  xasiyyətinə  görə  təkcə  babasına 
deyil,  həm  də  Romula  çox  oxşayırdı,  davakar  idi.  O,  Romanı  genişləndirməyi 
nəzərdə tuturdu. O, latin şəhəri Politoriyə hücum edib, onu tutdu və şəhərin əhalisini 
Romaya  köçürdü.  Bu  dövrdə  bir  çox  təpələr  məskunlaşmaqla  birləşdi  və  Tibrin  sağ 
sahilindəki Yanikul təpəsi də şəhərə qatıldı. Ank Tibr çayının dənizə töküldüyü yerdə 
Ostiya şəhərini saldı, bununla Romanı həmçinin dəniz dövləti etdi.  
Onun çarlığı dövründə korinfli Demaratın oğlu Lukumon Etruriyanın Tarkvini 
şəhərindən Romaya köçdü. O, çox işgüzar və varlı adam idi. Rəvayətə görə əlifbanı 
da  Yunanıstandan  İtaliyaya,  məhz  onun  atası  Demarat  gətirmişdi.  O,  Tarkvini 
şəhərinə gəldikdən sonra etrusk qızı ilə evlənmiş və bu nigahdan Lukumon olmuşdu. 
(Lukumon-etrusk  dilində  çar  deməkdir).  Lukumon  da  böyük  etrusk  nəslinin  qızı  ilə 
evləndi. Lakin etrusklar sürgün edilmiş adamın oğlu kimi Lukumona pis münasibət 
bəslədiklərindən,  ailə  Romaya  köçməyə  məcbur  oldu.  Romada  onlar  özlərinə  ev 
düzəltdikdən  sonra  Lukumon  burada  Lutsi  Tarkvini  adı  ilə  yaşamağa  başladı.  Öz 

 
14 
qabiliyyəti  ilə  o,  tezliklə  şəhərdə  hörmət  qazandı  və  vəsiyyətə  görə  çar  uşaqlarının 
hamisi təyin edildi.  
Ank  Martsi  24  il  çarlıq  etdi.  O  öldükdə  onun  böyük  oğlanları  var  idi.  Çarı 
seçmək  üçün  yığıncaq  çağırıldıqda,  Tarkvini  çarın  oğlanlarını  ova  göndərdi. 
Yığıncaqda o, çox məharətlə çıxış etdi. Axı o, dövlət işlərindən yaxşı baş çıxarırdı, 
uzun müddət idi ki, Romada yaşayırdı, qanunları, romalıların adətlərini öyrənmişdi. 
Bütün  xüsusiyyətlərini  nəzərə  alaraq  xalq  onu  yekdilliklə  çar  seçdi.  O,  bu  vəzifəyə 
layiq  olduğunu  onda  göstərdi  ki,  daha  çox  dövlətin  möhkəmləndirilməsi  və 
genişləndirilməsi  qayğısına  qaldı.  Əvvəlcə  o,  latinlilərlə  müharibə  etdi  və  Apiola 
şəhərini tutdu. Sonra Sabin müharibəsi başlandı. Bu döyüşdə romalılar hiyləgərliyə əl 
atıb,  çoxlu  ağac  yandırıb  çayın  qırağına  yumaladılar.  Yanğın  nəticəsində  körpü 
sıradan  çıxdı  və  bu  sabinliləri  çox  qorxutdu,  onlar  qaçmağa  başladılar,  çox  sayda 
adam  çayda  həlak  oldu.  Döyüşün  udulmasında  Tarkvininin  yeni  yaratdığı  süvari 
dəstələri xüsusi rol oynadı. Sabinlilər qaçaraq dağlara üz tutdular. Tam darmadağın 
edildikdən sonra onlar sülh xahiş etdilər. Müharibədən Tarkvini Prisk zəfərlə döndü. 
Sonra o, bir-birinin ardınca latin şəhərlərini tutdu və bütün latinliləri özünə tabe etdi. 
Bundan sonra o, dinc işlərlə məşğul olmağa başladı, şəhərin ətrafına daş hasar çəkdi, 
Forum  ətrafındakı  alçaq  sahələri  qurutdu,  buradan  Tibr  çayına  kanallar  çəkdi. 
Kapitoli təpəsində Yupiter məbədinin əsasını qoydu.  
Bu  vaxt  onun  evində,  qul  qadının  çarın  bir  klientindən  doğulmuş  Tulli  adlı 
oğlan uşağı vardı. Rəvayətə görə, bir dəfə çar yatan bu uşağın başının alovlanmağını 
müşahidə etmişdi. Uşaq yuxudan duranda, alov da yoxa çıxdı. Çarın arvadı bu uşağı 
göstərərək  ərinə  dedi  ki,  nə  vaxtsa  bu bizim  işığımız,  alçaldılmış  çar  evinin dayağı 
olacaqdır. Tsitseron bu rəvayətin məcazi mənasını əsas götürərək yazır ki, "o, qullar 
arasında tərbiyə alsa da, çar süfrəsinə qulluq edərkən, çar o vaxtlar bu oğlan uşağında 
yanan  ağıl  qığılcımlarını  görməyə  bilməzdi;  çünki  o,  hər  bir  işdə  və  söhbətdə  çox 
mahir idi. Ona görə də uşaqları hələ kiçik olduğundan, çar Servini çox sevdi və buna 
görə  xalq  içərisində  hamı  onu  çarın  oğlu  hesab  edirdi".  Çar  öz  qızını  ona 
nişanlandırdı. Bu o dövrdə qeyri-adi məsələ idi, çünki Servi qul qadının oğlu idi və 
uşaqlıqda  qul  hesab  olunmuşdu.  Romada  indiyədək  çarlıq  yadellilərə  məxsus 
olmuşdu,  indi  isə  qula  qismət  olacağı  gözlənirdi.  Bununla  razılaşmayan  Ankın 
oğlanları  çarın  özünə  sui-qəsd  etməyi  qərara  aldılar.  Bunun  üçün  iki  çoban  seçildi. 
Onlardan  biri  çara  şikayətini  etdikdə,  digəri  çarın  başını  balta  ilə  vurdu.  Tarkvini 
Prisk  son  nəfəsində  olanda,  mühafizəçilər  qatilləri  tutdu.  Tarkvinin  arvadı  Servini 
yanına çağırdı və ona and içdirdi ki, qayınatasının qanını yerdə qoymasın və bildirdi 
ki, çarlıq artıq ona məxsusdur. Sonra Servi küçəyə çıxıb xalqa müraciət etdi ki, onlar 
sakitliyi qoruyub saxlasınlar, axı çarın zərbə ilə ancaq qulağı batmışdır, balta yarası 
isə dayazdır və çarın sağlamlığına heç bir təhlükə yoxdur, çox keçməz ki, onlar özləri 
çarı görərlər. Hələlik isə o, göstəriş vermişdi ki, xalq Servi Tulliyə tabe olsun, çünki 
bundan  sonra  o,  mühakiməni  aparacaq  və  çarın  digər  səlahiyyətlərini  həyata 
keçirəcəkdir. Bu vaxt xalqın qarşısına çıxan Servi çar kürsüsünə əyləşdi və bir sıra 
məsələləri həll etdi, digərlərini isə guya çarla məsləhətləşməyə saxladı. Beləliklə, çar 
Qədim Tarkvini öldükdən bir neçə gün sonra belə, onun ölümünü xalqdan gizlədib, 
Servi öz vəziyyətini xeyli möhkəmləndirməyə nail oldu. Bu bir həqiqət idi ki, Servi 
əvvəl  vaxtlarda  özünü  mühafizəçilərlə  əhatə  edərək,  xalqın  seçkisi  olmadan 

 
15 
hökmdarlıq  edirdi.  Ankın  oğlanları  isə  sui-qəsdçilərin  tutulduğunu  və  çarın  sağ 
qaldığını  bildikdən  sonra  sürgünə  yollandılar.  Ankın  oğlanlarının  Tarkviniyə 
bəslədiyi  kimi,  Tarkvininin  oğlanlarının  da  onun  özünə  qarşı  nifrət  bəsləməməsi 
üçün Servi iki qızını çarın oğlanları Lutsiyə və Arrunta ərə verdi.  
Sonra  Servi  veyililərlə  və  digər  etrusklarla  müharibə  apardı  və  qələbə  çaldı. 
Müharibədən  o,  Romaya  daha  heç  də  şübhə  olunmayan  çar  kimi  qayıtdı.  İlk  dəfə 
olaraq  Servi  senz  tətbiq  etdi,  bu  tədbirin  vasitəsilə  həm  hərbi,  həm  də  dinc 
mükəlləfiyyətlər  əvvəlki  kimi  adambaşına  deyil,  hər  kəsin  əmlak  vəziyyətinə 
müvafiq olaraq müəyyən edilirdi. Bu dövrdən o, dərəcələr yaratdı. Romada altı senz 
mövcud  idi,  sonnucu  senzə  məxsus  olanlar  əmlakı  olmayanlar,  başqa  sözlə 
proletarilər (onların əmlakı yalnız övladlarından ibarət idi) bütün mükəlləfiyyətlərdən 
azad  olunurdu.  Yüz  min  ass  pulu  olan  və  daha  böyük  senzdən  Servi  80  senturiya 
düzəltmişdi. İkinci dərəcəyə yüz min assdan 75 min assa qədər pulu olanlar daxil idi 
və onlardan iyirmi senturiya düzəldi. (Ass mis puldur və sestersidən - gümüş puldan 
dörd dəfə ucuz idi). Üçüncü dərəcə üçün 50 minlik senz müəyyən olundu, onlardan 
da 20 senturiya düzəldi. Dördüncü senz 25 min assdan ibarət idi. Beşinci dərəcə daha 
geniş idi, onların senzi 11 min assdan ibarət idi. Altıncı, sonuncu senz digər adamları 
əhatə  edirdi  və  onlar  hərbi  xidmətdən  azad  idilər.  Beləliklə,  bütün  ağırlıqlar 
kasıbların çiynindən götürülüb varlıların üzərinə qoyuldu. Servi Tullinin vaxtında ilk 
dəfə olaraq plebeylər Roma xalqının - Populus Romanus tərkibinə daxil oldu. 
Sonra  o,  şəhəri  dörd  yaşayış  mahalına  və  təpəyə  böldü  və  onları  triba 
adlandırdı.  Sonra  əhalinin  siyahıya  alınması  keçirildi.  O,  öz  zəkası  ilə  dövlətin 
qüdrətini möhkəmləndirmək istəyirdi.  
Lakin  çar  Tarkvininin  bir  oğlu  Serviyə  qarşı  kinini  saxlayırdı  və  belə  dedi-
qodu yayırdı ki, xalqın seçkisi olmadan o, çarlıq edir. Doğrudur, Servi əvvəlcə belə 
seçki olmadan çarlıq etmişdisə, sonralar işğal etdiyi düşmən torpaqlarını adambaşına 
böldükdən sonra, xalqdan soruşdu ki, onlar Servinin çarlıq etməsini istəyirlərmi? Bu 
vaxt  xalq  yekdilliklə  onu  çar  elan  etdi.  Lakin  bu  da  çar  oğlu  Tarkvininin  iştahını 
azalda  bilmədi.  O,  ataların  razılığı  olmadan  torpaq  paylanmasına  görə  Serviyə 
böhtanlar  atır,  bu  yolla  senatda  öz  nüfuzunu  artırırdı.  Arvadı  Tulliya  da  onu 
qızışdırırdı. İki qardaş Servinin Tulliyə adlı iki qızına evlənmişdi. İki qardaş Lutsi və 
Arrunt  bir-birinə  oxşamadığı    kimi,  onların  arvadları  Tulliyalar  da  bir-birindən 
fərqlənirdi. Qisasçı Lutsinin arvadı fağır idisə, mülayim Arruntun arvadı qəzəbli və 
çox  şöhrət  düşkünü  idi.  Ona  görə  də  o,  axırıncı  ərini  zəiflikdə  ittiham  edir,  söyüb 
biabır edirdi. Bununla kifayətlənməyib ərinin yanında öz bacısını da pisləyir, onu ən 
pis söyüşlərlə yad edirdi. Ona görə də o, belə ərdənsə özünə dul qalmağı arzu edirdi. 
Əgər  onun  özü  istədiyi  kimi  cəsarətli  əri  olsa,  çar  kürsüsü  onun  əlinə  keçərdi. 
Beləliklə  bir  qardaşla  bir  bacı  öldürüldü  və  sağ  qalan  dul  qardaşla  dul  qalan  bacı 
evləndilər.  Bundan  sonra  Servininin  çarlığı  üzərindəki  təhlükə  buludu  qaralmağa 
başladı. Tulliya bir an da olsun əri Lutsiyə rahatlıq vermirdi ki, o, Qədim Tarkvininin 
oğludur və hakimiyyətə yiyələnməlidir. Qadın ərini məzəmmət edirdi ki, sənin atan 
Korinfdən  gəlib  hakimiyyətə  yiyələnmişdi,  sən  isə  öz  çar  evinə  qayıtmağa  cəsarət 
etmirsən.  
Arvadının təhriki cavabsız qalmadı və Tarkvini senatorları ələ almağa girişdi. 
Onlardan  bəzilərinə  hədiyyə,  çoxlarına  isə  vəd  verirdi.  Nəhayət  o,  hərəkət  etməyi 

 
16 
qərara aldı və silahlı adamlarla Foruma cumdu. O, kuriya qarşısında çar kürsüsündə 
oturub  ataların  kuriyaya,  çar  Tarkvininin  yanına  çağrılmasını  tapşırdı.  Senatorlar 
tezliklə gəldilər və qorxudan belə qərara gəldilər ki, Servinin işi artıq bitmişdir. Bu 
vaxt  Tarkvini  Servini  və  onun  nəslini  söyməyə  başladı  ki,  o,  quldur,  quldan 
doğulmuşdur və çarlığı Tarkvinilərin atası öldükdən sonra, çarlıqlar arası dövr elan 
ediləndən  öz  üzərinə  götürmüşdür.  O,  çarlığı  yığıncaq  keçirilmədən,  xalqdan 
alınmadan  ələ  keçirmişdir.  Onun  çar  olmasından  ataların  da  xəbəri  olmamışdır, 
yalnız çarın qadını ona bu vəzifəni hədiyyə etmişdir.  
Lutsi Tarkvini Servini onda ittiham edirdi ki, o, aşağı təbəqədən çıxdığına görə 
bu əclaf təbəqəni müdafiə edir. Guya ki, o, senzi də ona görə təsis etmişdi ki, kasıblar 
varlılara paxıllıq və nifrət etsinlər, varlılar sərvətlərindən bu dilənçilərə pay versinlər. 
Bu vaxt Servi gəlib çıxdı və Tarkvininin, çar sağ ola-ola onun kürsüsündə əyləşməsi 
kimi  həyasızlığına  narazılığını  bildirdi.  Tarkvini  kobud  şəkildə  çara  cavab  verdi  ki, 
bu kürsü onun atasına məxsusdur və ona qul deyil, çar oğlu yiyələnməlidir. Bu vaxt 
hər  ikisinin  tərəfdarları  hay-küy  qaldırdılar.  Tarkvini  Servini  əlinə  götürüb, 
kuriyadan  çıxardı  və  pilləkənlərdən  atdı.  Servi  çoxlu  qan  itirib,  evinə  çatmağa  can 
atır, lakin yolda onu təqib edənlərin zərbələri altında həlak olur. Onun qızı Tulliya isə 
Foruma gələrək, birinci olaraq ərini çar elan edir. Sonra isə geri qayıdarkən arabasını 
atasının cəsədi üzərindən keçirir.  
Servi  Tulli  qırx  dörd  il,  m.ə.  578-534-cü  illərdə  çarlıq  etdi.  O  vaxtdan 
plebeylər Tulli familiyasından istifadə etməyə başladılar. Çarın adına gəldikdə, bu da 
onun  qul  mənşəyinə  işarə  idi,  latınca  "serv"  sözü  "qul"  deməkdir.  Onun  ölümü  ilə 
onun  şöhrəti  heç  də  azalmadı,  çünki  onunla  birlikdə  qanuni  və  ədalətli  çar 
hakimiyyəti də öldürüldü. Zorakı yolla çarlığı əlinə keçirmiş, onun üçün qan axıtmış 
Lutsi  Tarkvini,  sonralar  o,  "Məğrur"  ləqəbinə  sahib  oldu,  o  qədər  cinayətlər  törətdi 
ki, hamı Servini də Numa kimi ədalətli çar kimi xatırlamağa başladı.  
Çar Tarkvini öz qayınatasının dəfn olunmasına icazə vermədi, bunu da onunla 
əsaslandırdı ki, Romul özü də dəfn olunmadan qeybə çəkilmişdir. Məğrur Tarkvini 
özünü  can  güdənlərlə  əhatə  etdi.  Onun  başqa  dayaqları  yox  idi,  axı  onu  nə  xalq 
seçmişdi, nə senat onun seçilməsini təsdiq etmişdi. O, heç kəsin məhəbbətinə arxayın 
olmadığı üçün, öz hakimiyyətini qorxu ilə qorumağa çalışırdı. O, ədalət məhkəməsi 
aparmaq  əvəzinə,  təkbaşına  hökmlər  verir,  adamları  öldürtdürür,  sürgün  edir, 
əmlakdan  məhrum  edirdi.  Onun  qəzəbinə  təkcə  şübhəli  olanlar  və  ya  onun  xoşuna 
gəlməyənlər  deyil,  həmçinin  kimdən  yaxşı  var-dövlət  ələ  keçirmək  mümkün  idisə, 
onlar  da  düçar  olurdu.  Buna  görə  də  onun  dövründə  senatın  tərkibi  xeyli  azaldı.  O, 
əslində ilk çar idi ki, qədimdən qalmış, senatla məsləhətləşmək qaydasını ləğv etdi və 
dövlətə öz evi kimi sərəncam verməyə başladı. Müharibə və sülh məsələlərini də o, 
təkbaşına, xalqla və senatla razılaşmadan həll edirdi. Sülh dövründə özünü olduqca 
ədalətsiz göstərən Tarkvini müharibə dövründə də çox ağılsızlıqlar edirdi. O, döyüş 
ustalığı və igidliklə vuruşmağı bacarmadığı üçün, hiylə və yalana əl atırdı. Bu yolla 
o, bəzi uğurlar da qazanmışdı.  
Lakin  bəzi  əlamətlər  onu  qorxudurdu.  Ona  görə  də  o,  Yunanıstana,  Delfdəki 
orakulun  yanına  adamlar  göndərmək  qərarına  gəldi.  Oraya  iki  oğlunu  -  Titi  və 
Arruntu göndərdi və onlara yol yoldaşı kimi Lutsi Yuni Brutu seçdi. O, çarın bacısı 
Tarkviniyanın oğlu idi, parlaq zəkaya və xoşagələn görkəmə malik idi. O, bilirdi ki, 

 
17 
şəhərin  bir  çox  görkəmli  vətəndaşları,  həmçinin  onun  qardaşı  öz  dayısı  tərəfindən 
qəddarlıqla  öldürülmüşdür  və  o  vaxtdan  qərara  almışdı  ki,  öz  davranışı  ilə  çarı 
qorxuzmasın, əmlakla şirniklənməsin və əgər hüquqlarda müdafiə yoxdursa, kənarda 
qalmaqla  təhlükəsizliyini  tapsın.  Ona  görə  də  o,  özünü  axmaq  kimi  qələmə  verirdi, 
hətta ona "küt" ləqəbi verilmişdi. Lakin bu ləqəbin altında mənən çox güclü bir adam 
gizlənirdi  və  onun  üzərinə  Roma  xalqının  azad  edilməsi  missiyası  qoyulmuşdu. 
Bunun üçün isə əlverişli vaxtı gözləmək lazım idi.  
Cavanlar  Delfə  gəlib  çıxanda,  atalarının  tapşırığını  icra  edərək,  orakuldan 
soruşdular  ki,  Roma  çarlığı  kimin  əlinə  keçəcəkdir.  Rəvayətə  görə,  orakul  cavab 
verdi  ki,  Romada  ali  hakimiyyət  sizlərdən  o  gəncə  qismət  olacaqdır  ki,  o,  birinci 
olaraq  anasını  öpəcəkdir.  Romada  qalmış  qardaşları  Sekstin  eşitməməsi  üçün, 
Tarkvini  qardaşları  bunu  sirr  kimi  saxlamağı  qərara  aldılar,  öz  aralarında  isə  püşk 
atdılar  ki,  qayıtdıqdan  sonra  kim  ilk  dəfə  anasını  öpsün.  Brut  isə  fikirləşdi  ki, 
Pifiyanın sözləri başqa məna kəsb edir, buna görə də o, guya büdrəyərək yıxıldı və 
dodaqlarını torpağa söykədi, axı torpaq bütün adamlar üçün ümumi anadır. Bundan 
sonra onlar Romaya qayıtdılar.  
Sırf  təsadüf  kimi,  hərbi  düşərgədə  olan  çarın  böyük  oğlu  Sekst  yoldaşı 
Kollatinlə yeyib-içirdi. Söhbət arvadlardan düşəndə, hər kəs öz arvadını tərifləməyə 
başladı. Mübahisə qızışdıqda, Kollatin deyir ki, sözlərə ehtiyac yoxdur, bir neçə saat 
yol  qət  etdikdən  sonra  Lukretsiyanın  bütün  qadınlardan  yüksəkdə  durduğuna  özün 
inanacaqsan. Onlar atlara minib Romaya, oradan Kollatsiyaya gəldilər və Kollatinin 
cavan  arvadı  Lukretsiyanı  yun  darayarkən  gördülər.  Əlbəttə,  onun  gözəlliyinə  və 
məlahətinə söz ola bilməzdi. Kollantin çar oğlunu evinə dəvət edir. Buradaca Sekst 
Tarkvinidə  Lukretsiyaya  təcavüz  etmək  kimi  murdar  ehtiras  yaranır.  Gəlinin 
gözəlliyi  onu  daha  da  cuşa  gətirir.  Bir  neçə  gündən  sonra  Kollantindən  gizli  Sekst 
yenidən  Kollatsiyaya,  onun  evinə  gəlir.  Qonağı  sevinclə  qəbul  edirlər  və  nahardan 
sonra  onu  qonaqlar  üçün  olan  yataq  otağına  aparırlar.  Bu  vaxt  o,  yalmış 
Lukretsiyanın yanına girir və onu qılıncla hədələyərək deyir ki, əgər qışqırsan həlak 
olacaqsan.  Yuxudan  ayılan  qadın  görür  ki,  nəinki  heç  bir  kömək  yoxdur,  hətta  onu 
real  ölüm  hədələyir.  Tarkvini  ona  məhəbbətini  izhar  etməyə  başlayır,  yalvarışlarını 
hədəyə  qarışdırır.  Lakin  Lukretsiyaya  heç  nə  təsir  etmir,  o,  hətta  ölümdən  də 
qorxmur. Bu vaxt Tarkvini onu biabırçılıqla qorxutmağı qərara alır və deyir ki, onun 
meyidinin  yanına  öldürülmüş  çılpaq  qul  cəsədi  qoyacaqdır  ki,  adamlar  güman 
etsinlər  ki,  qadın  murdar  zinakarlıq  vaxtı  öldürülmüşdür.  Bu  dəhşətli  hədə  ilə 
Tarkvini  onun  namusuna  təcavüz  etdi.  Qəmdən  dəli  olan  Lukretsiya  atasının  və 
ərinin  yanına  qasid  göndərir.  Ərinə  xəbər  göndərir  ki,  sədaqətli  dostları  ilə  gəlsin. 
Başqa  dostları  ilə  yanaşı  Kollatinlə  birlikdə  Lutsi  Yuni  Brut  da  gəlir.  Onlar 
Lukretsiyanı yataq otağında tapırlar. Ərinin "necəsən?" sualına o, cavab verir: "Çox 
pis.  Qadında  bəkarətini  itirdikdən  sonra  yaxşı  nə  qalır?  Sənin yatağında  yad  kişinin 
izləri vardır, Kollatin; ancaq bədən biabırçılığa düçar olmuşdur, ruh isə günahsızdır, 
qoy  buna  ölüm  şahid  olsun.  Lakin  bir-birinizə  and  için  ki,  zinakarlıq  intiqamsız 
qalmayacaqdır.  Sekst  Tarkvini  dünən  gecə  qonaq  kimi  bura  daxil  oldu.  Lakin 
düşmənə çevrildi, silahla, zorla o mənim üçün və əgər siz kişisinizsə, həm də onun 
üçün məhvedici olan kef əldə etdi".  

 
18 
Hamı  and  içməyə,  bədbəxt  qadına  təskinlik  verməyə,  ittihamı  zorakılığın 
qurbanının üzərindən cinayətkarın üstünə keçirməyə başladı. Qadın onlara belə cavab 
verdi:  "Siz  mühakimə  edin  ki,  onun  cəzası  nədir,  mən  özümü  günahda  təqsirli 
bilməsəm  də,  cəzadan  özümü  azad  etmirəm;  qoy  Lukretsiyanın  timsalı  heç  bir 
əxlaqsız  qadına  öz  həyatını  hifz  etməyə  imkan  verməsin".  O,  paltarının  altında 
gizlətdiyi bıçağı öz ürəyinə sancdı. 
Hamı  matəm  içərisində  olduqda,  Brut  əlində  Lukretsiyanın  sinəsindən 
çıxardığı  bıçağı  tutaraq  dedi:  "Bu,  çar  cinayətindən  əvvəl,  ən  təmiz  olan  qana  and 
içirəm ki, - və allahlar, sizi şahid kimi çağırıram ki, - bu gündən odla, qılıncla, nə ilə 
bacarıramsa,  Lutsi  Tarkvinini,  onun  cinayətkar  arvadını  və  bütün  övladlarını  təqib 
edəcəyəm, nə onların, nə də başqa kiminsə Romada çarlıq etməsinə dözməyəcəyəm".  
İlk  dəfə  olaraq  Brut  təkcə  Məğrur  Tarkvininin  eybəcər  çarlığına  qarşı  deyil, 
bütünlükdə Romada çarlığın əleyhinə öz səsini qaldırır, iki əsr yarıma qədər davam 
edən  dövlət  quruluşuna  meydan  oxuyur.  Lakin  bu  çağırışın,  bu  üsyanın  obyektiv 
səbəbləri  də  vardır.  Çar  Məğrur  Tarkvini  bu  dövlət  quruluşunu  özünün  qəddar 
hərəkətləri ilə bütünlüklə gözdən salmışdı. O, çarlığı zorakılıqla əldə etdiyi kimi, zor 
və  güc  vasitəsilə  əlində  saxlamağa  çalışırdı.  Onun  adamları  kütləvi  surətdə  qətlə 
yetirməsi və mülkiyyətdən məhrum etməsi xalqın səbr kisəsini doldurmuşdu. Kiçik 
bir  bəhanə  ona  qarşı  olan  narazılıqları  öz  kulminasiya  nöqtəsinə  çatdırmalı  idi  və 
Lukretsiyaya  edilən  təcavüz  məhz  buna  yol  açdı.  Kollatin  və  digər  dostlar  da  and 
içdikdən sonra, artıq hüzn və dərd hiddətə çevrildi və Brut hamını Romaya getməyə 
çağırdı  və  bu  vaxtdan  artıq  hərəkatın  rəhbəri  oldu.  Hamı  çarın  digər  zorakılıqlarını 
yada salırdı. İgid cavanlar silahlanaraq dəstəyə qoşulurdu.  
Silahlı  dəstə  Kollatsiyanı  tərk  edərək  Brutun  başçılığı  altında  Romaya  yürüş 
etdi.  Bu  dəhşətli  xəbər  Romada  da  ciddi  iğtişaş  yaratdı.  Xalq  yığıncağa  toplaşdı  və 
Brut onların qarşısında çıxış etdi. O, öz çıxışında Sekst Tarkvininin özbaşınalığından 
və  zinakarlığından,  Lukretsiyaya  olan  dəhşətli  təcavüzdən  danışdı.  Bu,  günahsız 
qadının atası üçün ən böyük dərd qızının ölümü deyil, bu ölümə olan səbəbdir. Sonra 
o,  əvvəlki  çar  Servi  Tullinin  iyrənc  qaydada  qətlini  və  atasının  cəsədinin  üstündən 
araba ilə keçən qızının rəzalətli hərəkətlərini yada saldı. Brutun çıxışı xalqın qəzəbini 
daha da alovlandırdı və xalqda belə qətiyyət yarandı ki, çardan hakimiyyəti alsın və 
Lutsi  Tarkvinini  arvadı  və  uşaqları  ilə  birlikdə  ölkədən  qovsun.  Sonra  Brut  ordu 
düşərgəsinə yollandı ki, ordunu çarın əleyhinə qaldırsın.  
Romada  hakimiyyəti  isə  bu  vaxtlar  şəhərin  prefekti  təyin  edilmiş  Lukretsiyə 
tapşırdı.  Bu  ixtişaşlar  vaxtı  çarın  arvadı  Tulliya  evindən  qaçdı  və  onu  kim  harda 
görürdüsə,  lənətləyirdi.  Çar  qiyamdan  qorxaraq  Romaya  hərəkət  etdi  ki,  üsyanı 
yatırtsın.  Lakin  Tarkviniyə  şəhərin  qapılarını  açmadılar  və  onun  qovulmasını  ona 
elan etdilər. Brut düşərgəyə gəldikdə isə, çarın oğlanlarını oradan qovdular. Onlardan 
ikisi  atalarına  qoşulub  etruskların  yanına  sürgünə  getdi.  Sekst  Tarkvini  isə  Qabiya 
şəhərinə gəldi ki, bura onun öz çarlığıdır, lakin burada köhnə düşmənləri tərəfindən 
öldürüldü.  Axı  bu  şəhərdə  də  qarətlərlə  və  edamlarla  o,  özünə  çoxlu  düşmən 
qazandırmışdı. Məğrur Lutsi Tarkvini 24 il - m.ə. 534-510-cu illərdə çarlıq etdi. O, 
Romanın ən biabırçı və sonuncu çarı oldu. 
Beləliklə,  Roma  dövlətinin  tarixində  çarlıq  dövlət  quruluşu  243  il  davam 
etdikdən  sonra  süquta  uğradı  və  Roma  bu  quruluşdan  əl  çəkməyə  məcbur  oldu. 

 
19 
Romada  çarlıq  despotiya  elementləri  qazandıqda,  öz  əvvəlki  mahiyyətini  itirib, 
tiraniyaya  meyl  etdikdə,  onun  çürüklüyü  qənaəti  yarandı  və  romalılar  ondan  imtina 
etdilər.  
 

 
20 

Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin