34
yol verməmək, istehsalatda məcburi dayanmanı minumuma yendirmək üçün müəyyən bir iş qaydası (üsulları və
vasitələri) tətbiq olunur ki, bu da əhalinin radiasiyadan mühafizə rejimi adlanır.
Əhalinin müxtəlif kateqoriyalarıf üçün 8 növ radiasiyadan mühafizə rejimi qəbul olunub:
1-3-cü rejimlər – işləməyən əhali üçün;
4-7-ci rejimlər iqtisadiyyat obyektlərinin personalı üçün;
8 – MM dəstələrinin şəxsi heyəti üçün.
Rejim №1-taxta evlərdən (radiasiyanı zəiflətmə əmsalı K
z
=2) ibarət olan və K
z
=50 mühafizə əmsalına ma-
lik radiasiya əleyhinə daldanacaqdan istifadə edən yaşayış məntəqələrinin əhalisinin mühafizəsi üçün tətbiq olunur
Rejim № 2 – birmərtəbəli daş binalardan (K
z
≈ 10) ibarət olan və K
z
=50 mühafizə əmsalına malik radiasiya
əleyhinə daldanacaqdan istifadə edən yaşayış məntəqələrinin əhalisinin mühafizəsi üçün tətbiq olunur.
Rejim № 3 – əsasən çoxmərtəbəli daş binalardan (K
z
≈ 20÷30) ibarət olan və K
z
=200-400 mühafizə
əmsalına malik radiasiya əleyhinə daldanacaqdan istifadə edən yaşayış məntəqələrinin əhalisinin mühafizəsi üçün
tətbiq olunur.
Rejim № 4 – taxta binalarda (K
z
= 2) yerləşən və radiasiya əleyhinə daldanacağı (K
z
=20-50) olan
iqtisadiyyat obyektlərinin personalının mühafizəsi üçün tətbiq olunur.
Rejim № 5 – birmərtəbəlt daş binalarda (K
z
= 10) yerləşən və K
z
=50-100 mühafizə əmsalına malik
radiasiya əleyhinə daldanacağı olan iqtisadiyyat obyektlərinin personalının mühafizəsi üçün tətbiq olunur.
Rejim № 6 – 5 №-li rejimdəki kimidir, yalnız RƏD üçün K
z
= 10 olmalıdır.
Rejim № 7 – 5 №-li rejimdəki kimidir, yalnız RƏD üçün K
z
= 1000 və daha çox olmalıdır.
Bununla bərabər, nəzərə almaq lazımdır ki, birmərtəbəli taxta evlərin zirzəmiləri radiasiyanı təqribən 7
dəfə, çoxmərtəbli daş binaların zirzəmiləri isə 400 dəfəyə qədər azaldır.
Gördüyümüz kimi, əhalinin bilavasitə mühafizəsi üçün 3 (1-ci, 2-ci və 3-cü) rejim qəbul olunur. Bu rejimlərin
hər biri biri 3 mərhələdən ibarət olur:Hər bir rejim 3 mərhələdən ibarətdir:
1-ci mərhələ – insanlar yalnız mühafizə qurğularında sığınırlar;
2-ci mərhələ – növbə ilə evlərdə və mühafizə qurğularında sığınma;
3-cü mərhələ – növbə ilə evlərdə və açıq havada (1 saatdan çox olmamaq şərtilə) yerləşmə.
Mərhələlərin davamiyyət müddəti zonadakı (obyektdəki)
radiasiya səviyyəsindən, mühafizə qurğusunun
radiasiyanı zəiflətmə əmsalından və digər amillərdən asılıdır.
Respublikamızda işləməyən əhali üçün iki, RZ zonasında yerləşən obyektlərdə işləyən insanlar üçün dörd, RZ
zonasında fəaliyyət göstərən MM dəstələrinin şəxsi heyəti üçün bir mühafizə rejimi təyin edilmişdir. Kənd əhalisi
üçün 2 saylı, şəhər (rayon mərkəzləri) əhalisi üçün isə 3 saylı mühafizə rejimi təyin edilmişdir.
Radiasiya və kimyəvi nəzarətdə aşağıdakılar təyin edilir:
əhalinin şüalanma dozası;
əhalinin, texnikanın,
obyektlərin, qurğuların, avadanlıqların, suyun, qida məhsullarının və s.
zəhərlənmə dərəcəsi;
xüsusi təmizləmənin həcmi və tamlığı.
MM dəstələrinin şəxsi heyətinin (əhalinin) şüalanma nəzarəti qrup və ya fərdi üsulla aparılır. Qrup üsulu eyni
radiasiya şəraitində fəaliyyət göstərən şəxsi heyət (əhali) üçün tətbiq olunur.
Fərdi nəzarət komandirlər (rəislər), həmçinin dəstələrdən ayrı fəaliyyət göstərən şəxslər üçün nəzərdə
tutulmuşdur.
Radiasiya nəzarətinin təşkili aşağıdakılardan ibarətdir:
MM qüvvələrinin dozimetrik cihazlarla təchizatı;
əhalinin, MM dəstələrinin şəxsi heyətinin dozimetrlərlə təchizatı;
dozimetrlərin göstərişinin vaxtında çıxarılması;
şüalanma dozası haqqında yuxarı komandanlığa (rəhbərliyə) məlumatın verilməsi;
nəticələrin çıxarılması, təkliflərin verilməsi.
Kimyəvi
nəzarət zəhərləyici maddələrlə, QKTM-lə zəhərlənmiş texnikanın, obyektlərin, suyun, qida
məhsullarının, yerin, havanın,
fərdi mühafizə vasitələrinin, paltarın və s. zəhərlənmə dərəcəsini və xüsusi
təmizlənmənin tamlığını təyin etmək üçün həyata keçirilir. Kimyəvi nəzarət üçün kimyəvi kəşfiyyat cihazlarından,
səyyar və stasionar laborotoriyalardan istifadə olunur.
Dostları ilə paylaş: