37
xərcləri və s. göstərmək olar. Məsrəflərin uçot sistemi istehsal
məsrəfləri haqqındakı informasiyanı iki əsas fəaliyyət üçün
toplayır. Uçot sistemi topladıqları məsrəfləri kateqoriyalar üzrə
təsnifləşdirərək işçi qüvvəsini məsrəflər, materialların dəyəri
və yaxud üstəlik xərclər və s. müəyyən etmiş olduğu bu
kateqoriyaları uçot istiqamətləri üzrə bölüşdürür.
İstehsal məsrəflərinin uçot istiqaməti üç kateqoriyaya
bölünür:
1. Ehtiyatları qiymətləndirmək üçün məsrəflər haqqında
informasiya;
2. Qərar qəbul etmək üçün məsrəflər haqqında rəqəm
məlumatları;
3. Nəzarət və tənzimləmə üçün məsrəflər haqqında
məlumat.
Məsələn, istismarda olan dəzgahın saxlanılması xərcləri
istiqamət hesab olunur, hansı ki, qeydiyyata alınmış rəqəm
məlumatlarını dəzgahın saxlanılması üçün, gözlənilən xərcləri
müqayisə etmək üçün uçotun aparılması zərurəti yaradır. Bu
informasiya qərar qəbul edilərkən nəzərə alınmalı olan
məsrəflər kateqoriyasına aid edilir. Buna uyğun olaraq
müəssisənin hər hansı bir şöbəsinin saxlanılmasına çəkilən
xərclər “qeydiyyata alınan məlumatların smeta xərcləri ilə
müqayisə etmək üçün uçot aparmaq lazımdır” istiqamətinə aid
edilir. Bu məlumatlar nəzarət və tənzimləmə üçün zəruri olan
informasiyalar kateqoriyasına düşür. Təcrübədə uçotun
istiqamətləri daha geniş miqyasda təhlil edilə bilər, lakin
çoxsaylı mövcud istiqamətlərlə daha hərtərəfli, müfəssəl tanış
olmaq sonsuzluğa aparıb çıxara bilər. İndi yuxarıda ayrılmış üç
böyük kateqoriyalar çərçivəsində məsrəflərin təsnifatının
mümkün alternativ metodlarını nəzərdən keçirək.
Dostları ilə paylaş: