Dərs vəSAİTİ Dərs vəsaiti Bakı Biznes Universitetinin.. 2016-cı IL tarixli



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə19/91
tarix05.02.2023
ölçüsü1,98 Mb.
#82911
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   91
document hrclubaz 226

 
 
 


38 
İstehsal məsrəflərinin uçot istiqamətləri və onların 
təsnifatının mümkün variantları 
Cədvəl 5. 
Uçotun istiqamətləri 
Təsnifatın mümkün 
variantları 
1. Məhsul ehtiyatlarının 
dəyərini müəyyən etmək 
üçün məsrəflər 
1. Hesabat dövrünün məsrəfləri 
və məhsulun maya dəyəri 
2. Məhsul istehsalında məsrəflə-
rin tərkibi 
3. Məsrəflərin sifariş və proses-
lər üzrə kalkulyasiyası 
2. Qərar qəbul edilməsi 
üzrə istehsal məsrəfləri 
1. Məsrəflərin dinamikası 
2. Gələcək dövrün məsrəfləri və 
keçmiş dövrün məsrəfləri 
3. Aradan qaldırıla bilən və 
aradan qaldırıla bilməyən məs-
rəflər 
4. Qaytarılmayan məsrəflər 
5. Fəaliyyətin alternativ kursu-
nun qəbulu nəticələrində meyda-
na çıxan məsrəflər 
6. Mərhələ məsrəfləri 
3. Nəzarət və tənzimləmə 
üçün sərf edilən məsrəf-
lər 
1. Tənzimlənən və tənzimlənmə-
yən məsrəflər 
2. Məsrəflərin dinamikası 
4.2. Hazır məhsul və mənfəətin maya dəyərinin təyin 
edilməsi üçün məsrəflərin təsnifatı 
 
İstehsal edilən məhsulun və alınan mənfəətin maya 
dəyərini təyin etmək üçün mütləq gələn və keçən məsrəfləri 
ayird etmək (fərqləndirmək) lazımdır. Gələn məsrəflər – satın 
alınan vəsaitlərdir, resurslardır, onlar mövcuddur, gələcəkdə 
gəlir gətirəcəkləri gözlənilir. Bu vəsaitlər balansda aktivlər 
adlandırılır. Əgər bu vəsaitlər (resurslar) gəlir almaq üçün sərf 


39 
edilibsə və gələcəkdə gəlir gətirmək qabiliyyətini itiribdirsə, 
onda onlar keçirlər keçənlər kateqoriyasına. Məsələn, yenidən 
satmaq üçün əmtəə istehsalına xərc çəkilmişdir, əgər həmin 
mal satılmayıbsa anbarda qalıbsa , o, balansda gələn vəsait 
kimi qeyd edilir. Əgər həmin mal satılıbsa gələn məsrəf keçən 
məsrəfə aid edilməlidir ki, bu zaman malın satılması 
nəticəsində smetada sərf edilmiş məsrəf kimi əks etdirilir. Bu 
məsrəfləri gəlirlə müqayisə etmək lazımdır ki, mənfəət aşkar 
etmək mümkün olsun. Nəticə etibarı ilə məsrəf – gəlir əldə 
etmək üçün sərf edilmiş vəsaitdir. Keçən və gələn məsrəflər 
arasındakı fərqi 2-ci sxemdə göstərilmişdir. 

Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin