42
Məhsulun 50 faizi hesabat dövründə satılmalıdır, qalan
50% isə hazır məhsul ehtiyatlarını təşkil edir. İstehsal edilən
məhsulun yarısını dövrün xərclərinə aid edirlər, qalığı isə hesa-
bat dövrünün axırına qalan ehtiyatların dəyərinə daxil edirlər.
Qeyd etmək lazımdır ki, yalnız məhsulun maya dəyəri məhsul
ehtiyatının qiymətinə daxil edilir və satılan məhsulun kalkulya-
siyasının əsasını təşkil edir və hesabat dövrünün məsrəfləri sa-
tılan məhsulun maya dəyərinin kalkulyasiyasına daxil edilmir.
Qeyri-istehsal xərcləri məsrəflərin məcmusunda mühüm
xüsusi çəkiyə malikdir, elə ona görə də mühasiblər haqlı olaraq
bu xərcləri buraxılan məhsulların maya dəyərinin tərkibinə da-
xil etmirlər.
Bunun səbəbləri aşağıdakılardır:
Aktivlər potensial mənfəət hesab olunur, ona görə ki, nə-
zərə almaq olar ki, hər hansı bir məhsul istehsalı üçün sərf edi-
lən məsrəflər maya dəyərini artırmaqlarına baxmayaraq gələ-
cəkdə gəlir gətirəcəkdir, lakin heç bir təminat yoxdur ki, qeyri-
istehsalat xərcləri gələcəkdə gəlir gətirəcəkdir. Ona görə ki, bu
xərclər konkret növ məhsulun maya dəyərindən əldə edilən də-
yər hesab olunurlar.
Dostları ilə paylaş: