Dərs vəSAİTİ Dərs vəsaiti Bakı Biznes Universitetinin.. 2016-cı IL tarixli


Məsuliyyət mərkəzi smetasının icrası barədə hesabat



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə23/91
tarix05.02.2023
ölçüsü1,98 Mb.
#82911
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   91
document hrclubaz 226

Məsuliyyət mərkəzi smetasının icrası barədə hesabat
Cədvəl 6. 
S/n 
Göstəricilər 
Smeta 
məsrəf-
ləri 
Fakti-
ki 
məsrəf-
lər 
Smeta-
dan 
kənar-
laşma 
 
Tənzimlənən 
məsrəflər 

Əsas materiallar 
16500 
15300 
1200 

İstehsal fəhlələrinin 
əmək haqqı 
21000 
22000 
(1000) 

Köməkçi heyətin əmək 
haqqı 
3000 
3200 
(200) 

Boş dayanma vaxtı 
500 
400 
100 

Yanacaq 
800 
1000 
(200) 

Köməkçi material 
400 
500 
(100) 

Dəftəxana malları 
300 
280 
20 
 
Yekun 
42500 
42680 
(180) 
 
Tənzimlənməyən 
məsrəflər 

Aylıq əmək haqqı 
14000 
14000 


Amortizasiya 
5000 
5000 

10 
Sığorta 
2000 
2200 
(200) 
Yekun 
21000 
212000 
(200) 
 


45 
4.4. Qərarların qəbul edilməsi və planlaşdırma üçün 
məsrəflərin təsnifatı 
 
İstehsalatın uçotu sistemində istehsal edilmiş məhsul eh-
tiyatlarını və mənfəət alınmasını qiymətləndirmək üçün məhsu-
lun faktiki maya dəyəri kalkulyasiya edilir. İstehsalat uçotu 
çərçivəsində məlumatların ənənəvi qaydada yığılması sistemi 
məsrəflərin ayrı-ayrı məhsul növləri üzrə qruplaşdırır ki, bu da 
onların satılmış məhsulla, satılmamış məhsul arasında bölüşdü-
rülüməsi məqsədi ilə istifadə edilir. Bu qaydada toplanan infor-
masiya qərar qəbul etmək üçün istifadə edilə bilməz. 
Qərar qəbul edilməsi və planlaşdırma üçün məsrəflər və 
gəlirlər aşağıdakı kimi təsnifləşdirilməlidir: 
1. İstehsalın həcminə nisbəti üzrə məsrəflərin dinamikası; 
2. Hesablamaya aid edilən və edilməyən məsrəflər və gə-
lirlər; 
3. Qaytarılmayan məsrəflər və yaxud keçmiş dövrün 
məsrəfləri; 
4. Aradan qaldırıla bilən və bilməyən məsrəflər; 
5. Qəbul edilmiş alternativ kurs nəticəsində hesaba alınan 
məsrəflər; 
6. İnkrement (artan) və marjinal (mərhələ) məsrəflər və 
yaxud gəlirlər. 
İstehsal fəaliyyətinin səviyyəsi dəyişilərkən məsrəf və 
gəlirlərin dinamikası haqqında qərar qəbul etmək üçün aşağıda-
kı suallara cavab tapılmalıdır: 
a) gələn il üçün istehsal fəaliyyətini nə həcmdə planlaş-
dırmaq lazımdır? 
b) satılan məhsulun miqdarını artırmaq üçün satış qiymə-
tini aşağı salmaq lazıdırmı? 
c) məhsul satışı ilə məşğul olan işçilərə əmək ödənişinin 
hansı forması tətbiq edilməlidir? 


46 
ç) məhsul istehsalını artırmaq üçün əlavə avadanlıq al-
maq lazımdırmı? 
Adı çəkilən hər sual üzrə qərar qəbul etmək üçün müəssi-
sənin rəhbəri müxtəlif fəaliyyət variantları üçün, müxtəlif sə-
viyyələrdə məsrəflər və gəlirlər üzrə hesablama məlumatlarına 
malik olmalıdır. “Dəyişən”, “yarımdəyişən”, “sabit”, “yarımsa-
bit” anlayışları adətən istehsal fəaliyyətinin həcmi dəyişilən za-
man məsrəflərin hərəkətini xarakterizə etmək üçün tətbiq edi-
lirlər. Dəyişən xərclər istehsal fəaliyyətinin səviyyəsinə (həc-
minə) mütənasib olaraq dəyişilirlər. Yəni istehsal fəaliyyətinin 
həcmi iki dəfə dəyişirsə, dəyişən xərclərin də məbləği iki dəfə 
artır. Deməli, dəyişən məsrəflərin məcmusu istehsalın həcmin-
dən xətti asılılığa malikdir, məhsul vahidinə düşən dəyişən 
xərclər isə bütün hallarda sabit qalır. 

Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin