Dərs vəSAİTİ Dərs vəsaiti Bakı Biznes Universitetinin.. 2016-cı IL tarixli



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə24/91
tarix05.02.2023
ölçüsü1,98 Mb.
#82911
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   91
document hrclubaz 226

 
Sxem 4. 
A. Məcmu dəyişən məsrəflər B. Məhsul vahidinə 
düşən dəyişən xərclər 
5000 
4000
3000 
2000 
1000 
100 200 300 400 500 100 200 300 400 500 
 
İstehsal fəaliyyətinin səviyyəsi (həcmi) 
Sabit məsrəflər istehsalının müxtəlif səviyyələri (həcmlə-
ri) üçün müəyyən dövr ərzində dəyişilməz qalırlar. Sabit məs-
rəflərə misal olaraq müəssisənin idarə heyətinə verilən əmək 
haqqını, ümumzavod təyinatı əsas vəsaitlərə hesablanan amor-


47 
tizasiya məbləği, ümumzavod təyinatlı binaların təmirinə və 
saxlanılmasına sərf edilən məsrəflər və s. göstərmək olar. Sabit 
məsrəflərin dinamikasını 5-cı sxemdən görmək olar. 
 
Sabit məsrəflər
Sxem 5. 
 
A. Məcmu sabit məsrəflər B. Məhsul vahidinə 
düşən sabit məsrəflər 
 
İstehsal fəaliyyətinin səviyyəsi
Təcrübə göstərir ki, sabit məsrəflər istehsalın bütün 
səviyyələrində eyni qalmırlar və pilləkənvari dəyişilirlər (sxem 
6)
 
Sabit məsrəflər kateqoriyasına aid edilən məsrəflərin 
pilləkənvari artması. 
Sxem 6. 
Məcmu sabit məsrəflər 
 
 
 
İstehsal fəaliyyətinin səviyyəsi


48 
Müəssisədə müəyyən bir qərarı işləyib hazırlayarkən ay-
dınlaşdırmaq lazımdır ki, hansı məsrəfin və yaxud gəlirin han-
sının bu problemə aidiyyəti var hansının yox. Qərar qəbul edi-
lərkən hesablamaya qəbul edilən məsrəf və gəlirlər o gələcək 
məsrəf və gəlirlərdir ki, onlar qəbul edilən qərara meyillidir. 
Məsrəflərin və gəlirlərin hesablanmasına qəbul edilməyən məs-
rəf və gəlirlər qəbul edilən qərardan asılı olmurlar. 
Müəssisə rəhbərliyi tərəfindən məsrəflərin uçotu və məh-
sulun maya dəyərinin kalkulyasiya probleminə qərarlar qəbul 
edərkən nəzərə alınmalı olan əsas məsələlərdən biri də aradan 
qaldırılmalı olan və olmayan məsrəflərdir. Təcrübədə bəzən 
“aradan qaldırılmalı” və “qadırılmamalı” anlayışları əvəzinə 
“hesablamaya qəbul edilən məsrəflər” və “hesablamaya qəbul 
edilməyən məsrəflər” işlədilir. Aradan qaldırılmalı olan məs-
rəflər o məsrəflərdir ki, onlardan qaçmaq, yaxa qurtarmaq olar. 
Aradan qaldırmaq mümkün olmayan məsrəflər əksinə. 
İnkrement məsrəflər və gəlirlər dedikdə əlavə məhsul va-
hidi qruplarının hazırlanması və satışı nəticəsində yaranan əla-
və məsrəflər (gəlirlər) başa düşülür. 2-ci misalda verilən məlu-
matlara nəzər salaq. Misaldan göründüyü kimi sabit xərclər in-
krement məsrəflərə daxil ola bilər, olmaya da bilər. Əgər sabit 
xərclər hər hansısa bir qərarın nəticəsində dəyişilirsə deməli 
onun əlavə artımı inkrement məsrəflər hesab olunacaq. Ona gö-
rə ki, əmtəə satışı ilə məşğul olan işçilərin əmək haqqının artı-
rılmasına buraxılan vəsait inkrement məsrəf kimi uçota alına-
caqdır. 
Əgər qəbul edilmiş qərar müddətində sabit xərclər dəyi-
şilmirsə, deməli inkrement məsrəflər sıfıra bərabərdir. İnkre-
ment məsrəflər və gəlirlər çox hallarda marjinal məsrəf və gə-
lirlərlə oxşardır. Əsas fərq ondan ibarətdir ki, marjinal məsrəf-
lər və gəlirlər özündə məhsul vahidinə düşən əlavə gəlir və 
məsrəfləri ehtiva edir. İnkrement məsrəflər və gəlirlər də öz 
mahiyyətinə görə əlavə məsrəflər (gəlirlər) hesab olunur, lakin 


49 
məhsul vahidinin bütün qruplarının istehsal həcminin artması-
nın nəticəsidir. 

Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin