Dərs vəSAİTİ Dərs vəsaiti Bakı Biznes Universitetinin.. 2016-cı IL tarixli


Nəzarət və tənzimləmə proseslərinin həyata keçirilməsi



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə22/91
tarix05.02.2023
ölçüsü1,98 Mb.
#82911
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   91
document hrclubaz 226

4.3. Nəzarət və tənzimləmə proseslərinin həyata keçirilməsi 
üçün məsrəflərin təsnifatı 
 
Məsrəflərin onların ayrı-ayrı məhsul növləri arasında bö-
lüşdürülməsi yolu ilə uçot prinsipləri onların üzərində nəzarəti 
həyata keçirmək və onları tənzimləmək üçün əlverişli deyil, 
ona görə ki, məhsul istehsalı tsikli ola bilər bir neçə texnoloji 
əməliyyatlardan ibarət olsun ki, bunların da hər birinə ayrıca 
şəxs məsuliyyət daşıyır. Ona görə də məhsulun maya dəyəri 
haqqında məlumata malik olmaqla məsrəflərin ayrı-ayrı isteh-
sal sahələri arasında necə bölüşdürülməsini təyin etmək müm-
kün deyil. Bu problem müvafiq vəsaitlərin xərclənməsinə kon-


43 
kret məsuliyyət daşıyan şəxsin iştirakı ilə məsrəflər və gəlirlə-
rin arasındakı qarşılıqlı əlaqənin qurulması şəraitində həll edilə 
bilər. Məsrəflərin uçotuna belə yanaşma məsrəflərin xərclən-
məsi üçün məsrəflərin məsuliyyət mərkəzləri üzrə uçotu kimi 
mövcuddur. O, müəssisənin təşkilati strukturuna uyğun olaraq 
məsuliyyət zonalarına ayrılma prinsipinə əsaslanır. Bu zonalar 
məsuliyyət mərkəzi adlanırlar. Məsuliyyət mərkəzləri müəssi-
sənin ayrıca bir sahəsi kimi müəyyən edilə bilər ki, bunun da 
işinə menecer fərdi məsuliyyət daşıyır. Məsuliyyət mərkəzinin 
üç növü vardır: 
1. məsrəf mərkəzi - xərclərə menecerlər nəzarət edir və 
məsuliyyət daşıyır; 
2. mənfəət mərkəzi – burada satışdan alınan gəlir və 
xərclərə menecerlər məsuliyyət daşıyır; məsələn, şirkətin məh-
sul istehsalına və satışına məsuliyyət daşıyan bölmələri. 
3. investisiya mərkəzi – burada satışdan alınan gəlir və 
xərclərə və eləcə də qəbul edilən investisiya qərarlarına mene-
cerlər məsuliyyət daşıyır və bununla da investisiya qoyuluşu-
nun həcminə təsir edir. 
Məsuliyyət mərkəzləri üzrə qeydiyyata alınan məsrəflər 
və gəlirlər məsuliyyət mərkəzinin menecerləri tərəfindən tən-
zimlənən və tənzimlənməyən olmaqla iki kateqoriyaya ayrılır. 
Bütün məsrəflər yalnız müəyyən idarəetmə səviyyələri tərəfin-
dən tənzimlənə bilər. Lakin bu iş aşağı idarəedicilərin səlahiy-
yətlərinə aid deyil. Müəssisənin mühasibi məsuliyyət mərkəz-
ləri üzrə smetanın icrasına dair hesabat tərtib edərkən məsrəflə-
ri tənzimlənən və tənzimlənməyən olmaqla iki kateqoriyaya 
ayırmalıdır. Əgər məsrəflərin bu iki kateqoriyaya ayrılması ol-
mazsa menecerin idarəetmə fəaliyyətini qiymətləndirmək ol-
duqca çətin olacaqdır. Bundan əlavə menecerlər əgər aşkar et-
sələr ki, onların işləri məsrəf maddələri üzrə qiymətləndirilir, 
halbuki bu onların səlahiyyət dairəsinə daxil deyil, məsrəflər və 


44 
onların tənzimlənməsi üzərində nəzarət həyata keçirmək ma-
raqlarını tez bir vaxtda itirə bilərlər. 
6 N-li cədvəl smetanın icra edilməsi üzrə tipik hesabat 
sayılır. Bu hesabatda tənzimlənən məsrəflər xərclərin müxtəlif 
kateqoriyaları üzrə təsnifləşdirilmişdir. Burada smeta göstərici-
ləri ilə faktiki göstəricilər arasındakı fərq də nəzərə çarpır, sme-
ta və faktiki məsrəflər arasındakı fərqə normativ (smeta) məs-
rəflərdən kənarlaşma deyilir. 

Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin