Nəriman Nərimanov, Ömər Faiq Nemanzadə, Mahmud bəy Mahmudbəyov,
Abdulla Şaiq Talıbzadə, Məmmədtağı Sidqi, Seyid Ünsüzadə, Firudin bəy Köçərli,
Fərhad Ağazadə, Bəkir Çobanzadə, Hacı Rəhim Əfəndiyev və başqaları yazdıqları
məqalələr, dərslik və dərs vəsaiti ilə məktəblərimizə, maarif və mədəniyyətimizə
xeyli kömək etmişlər. Onlar - Azərbaycanın qabaqcıl maarifçi və demokratik
ziyalıları,
görkəmli müəllimləri, ana dilində məktəb açmaq, bu məktəblər üçün
dərsliklər tərtib etmək, ana dilinin tədrisi metodikasını yaratmaq, əlifba,
orfoqrafiya və bu kimi bir sıra mühüm məsələləri həll etmək barədə uzun illər boyu
bütün təzyiq və məhdudiyyətlərə baxmayaraq yorulmadan mübarizə aparmış, öz
əsərlərində dilimizin praktik məsələlərindən, onun orfoepiyası, orfoqrafiyası, lüğət
tərkibi, üslubiyyatından da bəhs etmiş, məktəblilərin yüksək nitq mədəniyyətinə
yiyələnməsinin
vacibliyini
dönə-dönə
vurğulamışlar.
Məsələn,
Hafiz
Məmmədəmin Şeyxzadə adlı müəllimin 1908-ci ildə çapdan çıxan "Fəsahət və
bəlağət, fənni inşa və üsuli-kitabət" əsərinin ikinci
fəsli fəsahət və bəlağət
məsələlərinə həsr olunmuşdur. Orada göstərilir ki, bəlağət bir məramın həsən
(gözəl, göyçək) surətdə ədası, düzgün və sənətli ifadə olunması, fəsahət isə bir
dilin düz və xətasız, asanlıqla söylənilib yazılması deməkdir. Kitabın həmin
fəslində həmçinin "Elmi-məani" deyilən fənlərdən bəhs edilir, təşbeh, məcaz,
kinayə və istiarə kimi məsələlər şərh olunur.
Rusiyada bədii-ifadəli oxu, bədii qiraət sənətinin əsası Aleksandr Zakuşnyak
(1879-1930) tərəfindən qoyulmuşdur. O, ilk ədəbi konsertini 1924-cü ilin 14
oktyabrında vermişdir. A.Zakuşnyak etiraf edir ki, bədii oxunu müstəqil sənət kimi
qavramasında və onu özünə peşə etməsində müsəlman aləmində müşahidə etdiyi
bir epizodun-maraqlı, təsirli danışığı ilə çoxlu tamaşaçı
toplayan bir özbəyin
Daşkənd bazarındakı çıxışını görməsinin həlledici rolu olmuşdur. Zakuşnyakdan
hələ xeyli əvvəl tamaşaçıların qarşısında ədəbi əsərləri ifa edənlər olmuşdur.
Mixail Şepkin (XIX əsrin 40-cı illərindən fəaliyyətə başlamışdır), Mariya
Yermolova (XIX əsrin 70-ci illərindən çıxış etmişdir) və digər aktyorlar, eləcə də
öz əsərlərini böyük ustalıqla oxuyan ədiblər-Puşkin, Krılov və b. dinləyicilərin
qarşısında çıxış etmişlər. Bu baxımdan da bizdəki ənənə daha zəngin olmuşdur.
Bədii oxu sənətinin banisi ilk ədəbi konsertini 1924-cü ildə verən Zakuşnyak hesab
edilir. Onu bu sənətin banisi hesab edərkən tədqiqatçılar aşağıdakıları əsas
götürürlər:
1. Zakuşnyaka qədər heç bir aktyor (ümumiyyətlə heç kim) oxunu öz
peşəsi etməmişdir. Deməli, ona qədər heç kəs peşəkar qiraətçi olmamışdır.
2.
Zakuşnyaka qədər heç kəs irihəcmli ədəbi əsər oxumamışdır. Əksər hallarda
aktyorun ifasında estrada səhnəsindən ya şeir, hekayə (çox
vaxt yumoristik
hekayələr) eşidilmişdir. Həm də bu hekayələr elə seçilirdi ki, bunlarda aktyor
tərzində ifaya imkan verən dialoqlar çox olsun.
3. Zakuşnyak ədəbi əsəri səslənən
sözdə ifadə etməyin qanunlarını müəyyənləşdirdi və o, nağıletmə sənətinin əsasını
qoydu.
XX əsrin əvvələrində Azərbaycan sovet hakimiyyəti dövründə təlim
prosesində ideoloji ehkamlara baxmayaraq, ədəbiyyat proqramlarında şagirdlərin
nitq inkişafının, ifadəli oxunun zəruriliyi ilə bağlı göstərişlər verilirdi.
Dostları ilə paylaş: