Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adina diLÇİLİK İnstitutu vəfa abdullayeva-nəBİyeva


Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə4/119
tarix15.03.2023
ölçüsü1,35 Mb.
#87920
1   2   3   4   5   6   7   8   9   ...   119
Müasir Azərbaycan dilində terminoloji leksikanin inkişafi

Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
11 
cəhətləri aydınlaşdırılmaqla bərabər, terminoloji tədqiqatların 
kompleks şəkildə aparılması metodikası da verilmişdir [44]. 
A.Hacıyevin “Azərbaycan dilində termin yaradıcılığı” adlı 
tədqiqat işində 1950-1990-cı illərdə Azərbaycan dilində termin 
yaradıcılığı prosesinin izlənilməsi məhz ilk dəfə öz əksini 
tapmış, terminoloji leksika həm tarixilik, həm müasirlik, həm 
də nəzəri və praktik cəhətdən tədqiqata cəlb edilmişdir. 1950-
1990-cı illərdə həm milli dil hesabına yaranan, həm dilimizə 
başqa dillərdən keçən terminlərin, həmçinin söz-termin 
yaradıcılığı ilə bağlı bəzi məsələlərin şərhi dissertasiyada öz 
əksini tapmışdır [28]. 
T.Quliyevin tədqiqat işində isə bütövlükdə 1920-1990-cı 
illərdə Azərbaycan ədəbi dilində gedən leksik-terminoloji 
yeniləşmə prosesi, dilimizin daxili imkanları hesabına leksik-
terminoloji yeniləşmədə alınma problemi və əvəzetmə meylləri 
ilk dəfə olaraq araşdırılmışdır [53]. 
Terminşünaslığın elmi-nəzəri və əməli məsələlərinə dair 
doktorluq və namizədlik dissertasiyaları, elmin müasir 
səviyyəsini əks etdirən dəyərli araşdırmalar və təkliflər bu elm 
sahəsinin böyük perspektivlərə malik olmasını, onun ayrı-ayrı 
problemlərinə dair tədqiqatların aparılmasına ehtiyac olduğunu 
bir daha sübut edir. 
Elmi-texniki tərəqqinin hazırkı mərhələsində mülki 
aviasiyanın müxtəlif sahələrinə aid terminlərin tədqiqi, onların 
yaranma və işlənmə xüsusiyyətlərinin dəqiqləşdirilməsi, ni-
zama salınması, unifikasiyası və standartlaşdırılmasının həlli 
son dərəcə vacib məsələlərdən birinə çevrilmişdir. Bu 
baxımdans. M.Əliyevanın “İngilis və Azərbaycan dillərində 


Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
 
12 
aviasiya terminlərinin struktur-semantik və funksional təhlili”, 
M.Musayevanın “Azərbaycan dilində mülki aviasiya 
terminlərinin formalaşmasında tərcümənin rolu” adlı monoqra-
fiyaları diqqəti cəlb edir [24,76]. M.Musayeva monoqrafiyada 
aviasiya terminlərinin spesifik xüsusiyyətləri, yaranma yolları, 
formalaşmasında tərcümənin rolu və mənbələrini nəzəri 
aspektdə araşdırmışdır. Bu sahə daim inkişafdadır və yeni 
yaranan terminlər struktur cəhətdən diqqəti cəlb edir.  
Terminologiya elmin, texnikanın, istehsalatın, sənaye və 
kənd təsərrüfatının, ədəbiyyat və incəsənətin, iqtisadiyyat, 
ictimai-siyasi həyatın müxtəlif sahələrinə məxsus anlayışları 
dəqiq və dürüst ifadə edən xüsusi funksiyalı leksikanı əhatə 
edir. Terminologiya leksikologiyanın ən fəal, dəyişkən, artan, 
təkmilləşən, yeniləşən hissəsi olmaqla yanaşı, sosial-iqtisadi 
inkişaf, elmi texniki tərəqqi, mədəni inqilab, istehsalın inten-
sivləşməsi nəticəsində yaranan çoxlu sayda elmi səciyyəli 
sözlərin toplum olaraq yaratdığı sistemdir. Yəni dilin leksik 
qatının xüsusi funksiyalı hissəsini təşkil edən vahidlər termi-
noloji sistem yaradır. Bu sistemə daxil olan sözlər fərqli 
xüsusiyyətləri, spesifik əlamətləri ilə digər sözlərdən seçilir və 
dilin elmi üslubunun formalaşmasında başlıca rol oynayır. Son 
dövrlər ölkə iqtisadiyyatında aparılan iqtisadi islahatlar bank-
maliyyə fəaliyyətinin inkişaf xüsusiyyətlərinə və terminoloji 
bazasına təsirini göstərir, onun fasiləsiz dəyişməsini tələb edir. 
Bazar 
iqtisadiyyatına 
keçidlə 
bağlı 
iqtisadi-siyasi 
terminologiyaya aid dilimizin lüğət tərkibinə yeni terminlər 
daxil olmuşdur. Bu sahədə işlənən terminlərin böyük qismi ana 
dilimizdə işlənən sözlərdir: borc, gəlir, bazar, xidmət, iştirakçı 



Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin