Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
18
dölçə, kədi, ödək, mağal, bozaq, burma, çilləmə, göycə,
acıqovun və s. dialekt sözləri termin kimi işlənmişdir. Bu
lüğətlərdə dialekt və şivələrdən termin kimi işlətmək üçün
sözlər götürülərkən
müəyyən prinsiplər gözlənilmiş, eyni
məfhumun ifadəsi üçün müxtəlif dialektlərdə müxtəlif sözlər
işlədilsə də, belə sözlərdən daha əlverişlisi, nəzərdə tutulan
məfhumu daha dəqiq ifadə edəni seçilmişdir. Elmi
terminologiyanın inkişafı
üçün xalq dilinin dərindən
öyrənilməsi zəruridir. Dilimizi yad təsirlərin qalıqlarından
təmizləmək üçün, ilk növbədə, xalq dilinə müraciət etmək ən
doğru seçimdir. Belə ki, terminologiyaya daxil olan terminlərin
bir qismi müəyyən mühitdə dialekt vahid olsa da, bu mühitdən
kənarda xüsusi funksiya daşıyan elmi səciyyəli sözə çevrilir.
Müasir Azərbaycan dilində terminoloji sistemin təhlili
göstərir ki, bir çox terminoloji
sahələrdə dialekt sözlərin
terminləşməsi ilə bağlı yaranmış çoxlu sayda terminoloji va-
hidlər mövcuddur. Lakin terminlər dialekt sözlərindən öz
funksiyasına və işlənmə xüsusiyyətlərinə görə fərqlənir.
Dialekt sözləri hesabına anlayışların yaranması həm başqa dil-
lərdən söz alınmasının qarşısını alır, həm də həmin
məfhumların dildə asan ifadə olunmasına şərait yaradır. Bu
proses dilin lüğət fondu tərkibində
baş verir və yaranan hər
yeni termin-sözlə lüğət tərkibi keyfiyyətcə zənginləşir.
Müasir dövrdə yeni texnologiyaların genişlənməsi ilə bağlı
olaraq dilin daxili imkanları hesabına söz yaradıcılığına şərait
yaranmışdır. Semantik üsulla terminoloji leksikanın inkişaf
prosesində dil vahidləri təkmənalılıqdan omonimliyə doğru
inkişaf edir. Bu zaman ümumişlək söz əvvəlki mənasından