Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adina diLÇİLİK İnstitutu vəfa abdullayeva-nəBİyeva



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə3/119
tarix15.03.2023
ölçüsü1,35 Mb.
#87920
1   2   3   4   5   6   7   8   9   ...   119
Müasir Azərbaycan dilində terminoloji leksikanin inkişafi

I FƏSİL 
 
TERMİNOLOJİ LEKSİKANIN DİLİN DAXİLİ 
İMKANLARI HESABINA İNKİŞAFI 
 
1.1. Müasir Azərbaycan ədəbi dilində terminologiyanın 
inkişafı və tədqiqi məsələləri 
 
Dilin inkişafı xalqın ümumi inkişaf səviyyəsi, onun elmi, 
ictimai və mədəni tərəqqisi ilə sıx bağlıdır. Azərbaycan dili 
istər funksional, istərsə də struktur baxımından zəngin dillərdən 
sayılır. Müasir dövrdə Azərbaycan dilinin lüğət tərkibi dəyişir, 
terminoloji sistemdə normalaşma prosesi qüvvətlənir. Son 
zamanlar ölkəmizin iqtisadi-siyasi həyatında, ictimai fikrində 
baş verən proseslər, yeniliklər dilin lüğət tərkibində 
dəyişmələrə səbəb olmuşdur. Belə ki, əvvəllər ölkəmizdə 
terminoloji mühiti dövlət və ictimaiyyət tərəfindən nəzarətdə 
saxlamaq mümkün idi. Çünki həmin vaxtlar xarici dillərdən 
tərcümə olunan materialların həcmi böyük deyildi, tərcümə 
prosesinə ciddi nəzarət olunurdu və ölkə daxilində çap 
materialları, xüsusi ilə dərslik və dərs vəsaitləri, müxtəlif 
səviyyəli ekspertiza mərhələlərindən keçirdi. Digər tərəfdən, 
TV-lərdə, radiolarda və digər kütləvi informasiya vasitələrində 
verilən materiallar digər tələblərlə yanaşı, terminoloji tələblərə 
cavab verməli idi. Ancaq son zamanlar dünyaya sürətlə açılan 
ölkəmizdə xarici KİV-lərin fəaliyyətinin genişlənməsi
internetin cəmiyyətin bütün həyatına nüfuz etməsi, insanların 
müxtəlif bilik sahələrinə aid məlumatları xarici dillərdən 
birbaşa qəbul etməsinin sürətlənməsi nəticəsində ölkədə termi-


Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı

noloji mühiti nəzarətdə saxlamaq çətinləşmişdir. İndi iqtisadiy-
yat və mədəniyyətin, xalq təsərrüfatının elə bir sahəsi yoxdur ki, 
orada terminlərdən istifadə olunmasın. Bu səbəbdən, terminoloji 
işi düzgün təşkil etmək, terminologiyanın inkişafını düzgün 
istiqamətləndirmək qarşıda duran mühüm vəzifələrdən biridir.
Azərbaycan ədəbi dilinin lüğət tərkibinin zənginləşməsi 
mürəkkəb bir proses olaraq davam edir. Elmi terminologiyanın 
müxtəlif dillərdə inkişafı onların dünya sivilizasiyasına 
qovuşmasına səbəb olmuşdur. Milli dillərin terminologiyasına 
bir qayda olaraq dildə işlənən bütün terminlərin məcmusu kimi 
baxılır. Terminlər elmi-texniki kommunikasiya, müxtəlif elmi-
texniki kəşflər prosesində yaranır. Cəmiyyət inkişaf etdikcə, 
ictimai-siyasi dəyişikliklərlə bağlı dilin leksik sistemində
terminlərin sayının artması zəruriləşir. Məhz buna görə də 
terminoloji leksikanın inkişaf sürəti ümumi leksikanın 
inkişafını hazırda qabaqlayır. Çünki terminoloji qatın ayrı-ayrı 
elm sahələrində müxtəlif anlayışları adlandırmaq ehtiyacı 
ümumi lüğət tərkibində yeni leksik vahidlərin yaranmasına 
nisbətən üstünlük təşkil edir. 
Azərbaycan dilində müxtəlif elm sahələrinə aid terminoloji 
baza dilin öz daxili imkanlarından əlavə rus və Avropa 
dillərindən 
alınmış 
beynəlxalq 
terminlər 
əsasında 
formalaşmışdır. Lakin elmi-texniki tərəqqi, ictimai-siyasi 
həyatın inkişafı terminoloji sistemlərin fasiləsiz olaraq 
dəyişməsinə və inkişafına təsir göstərir. Ona görə də 
terminologiyada baş verən dəyişiklikləri diqqətlə izləmək və 
terminologiyanın inkişafını həmişə düzgün istiqamətləndirmək 
zəruridir. Belə ki, müstəqillik illərində Azərbaycan dilinin 


Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
 
10 
lüğət tərkibində köklü dəyişikliklər baş verir. Bu hər şeydən 
əvvəl Azərbaycan dilinin başqa dünya dilləri ilə birbaşa 
əlaqələri ilə bağlıdır. Çünki elmi-texniki tərəqqi, ictimai-siyasi 
həyatın inkişafı terminoloji sistemlərin fasiləsiz olaraq 
dəyişməsinə və inkişafına təsir göstərir. 
Müxtəlif sahə terminologiyaları uzun illər dilçilər 
tərəfindən geniş şəkildə araşdırılmışdır. Bu baxımdan ictimai-
siyasi, dilçilik, fəlsəfə, ədəbiyyat, riyaziyyat, fizika, musiqi, 
iqtisadiyyat, hərbi, inşaat, telekommunikasiya, hüquq, kimya, 
aviasiya sahə terminlərinin linqvistik təhlilləri, inkişafı, 
yaranma yolları, mənbələri və üsulları ilə bağlı tədqiqatlar 
diqqət cəlb edir [2, 5, 7, 18, 21, 24, 25, 26, 27, 29, 30, 33, 40, 
50, 56, 68,74, 76, 81]. 
Dövrü terminologiyanı əks etdirən monoqrafiya və 
tədqiqatlarda dilin terminoloji sisteminin formalaşması 
qanunauyğunluqları, terminyaratmanın forma və üsulları, mən-
bələri haqqında ümumi nəzəri əsaslar tədqiq edilmişdir [28, 
36,44, 53,61,73,83,84,85, 88,91,111]. 
S.Sadıqova əsərində terminlərin dilimizin terminoloji 
sistemindəki 
mövqeyini, 
yaranma 
üsullarını 
dəqiq 
müəyyənləşdirərək, hansı mənbələr əsasında formalaşması və 
inkişafını izlənilməklə bütövlükdə terminologiyanın nəzəri 
əsaslarını şərh etmişdir [85]. 
M.A.İsmayılovanın 
əsərində 
isə 
Azərbaycan 
terminologiyasının təkmilləşməsinin, unifikasiya edilməsinin, 
standartlaşdırılmasının nəzəri və praktik məsələləri şərh 
olunmuş, termin yaradıcılığının linqvistik və məntiqi linqvistik 



Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin