Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adina diLÇİLİK İnstitutu vəfa abdullayeva-nəBİyeva


Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə87/119
tarix15.03.2023
ölçüsü1,35 Mb.
#87920
1   ...   83   84   85   86   87   88   89   90   ...   119
Müasir Azərbaycan dilində terminoloji leksikanin inkişafi

Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
175 
proqram xaricində kiçik əl kompüteri şəklində də ola bilər
cartridgekartriş-böyük miqdarlarda məlumatı depolamaq 
üçün istifadə edilər; character-xarakter-sabit disk üzərində bir 
baytlıq sahəyə saxlana bilən hər hansı bir simvola verilən 
addır; click, click on: klikləmək-basmaq -qrafik interfeysində 
bir ikonu və ya bir obyekti seçmək üçün siçanın düyməsinə 
basıb buraxmaq; code- kod- kompüter üzərindən girdiyimiz 
müxtəlif əmrlərin yazılı halına verilən addır. 
8.İqtisadiyyat sahəsi ilə bağlı alınma terminlər: Müxtəlif 
ölkələrdə iqtisadi əlaqələrin genişlənməsi bu sahədə alınma 
terminlərin tədqiqini mühüm etdi. Məsələn, bay-bək (buy-
back), (бай-бэк)- bundan əvvəl satılmış malların və qiymətli 
kağızların 
yenidən 
alınması; 
devalvasiya-devalvation-
девальвация- valyuta kursunun rəsmi aşağı salınması; hecinq-
hedging-хеджирование-müqavilə bağlanan zaman malların 
nəzərdə tutulan qiymətləri ilə müqayisədə malların bazar 
qiymətlərinin satıcılar və alıcılar üçün arzu edilməyən dəyi-
şiklikləri ilə şərtlənən sığorta, itkilərə görə riskin azaldılması
investor- investor-инвестор- əmanətçi, payçı; legat-legate-
легат- vəsiyyətnamə ilə imtina; netto-net-нетто- malın 
qablaşdırılmadan təmiz kütləsi (çəkisi); 
Dilimizdə ümumişlək səviyyədə işlək olan alınma 
terminlər də az deyil. Belə prosesi keçən alınmaterminlər bəzən 
beynəlmiləl sözə çevrilərək dili zənginləşdirən vasitə olurlar. 
Bu tip terminlərə misal olaraqleader (ing.)-leader (fr.)-лидер 
(rus)-lider (az.)- termin kimi “siyasi partiyanın, ictimai-siyasi 
təşkilatın və s. başçısı, rəhbəri”, ümumişlək söz kimi isə “hər 
hansı bir yarışda birinci yerdə gedən adam və ya komanda” 


Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
 
176 
deməkdir; client (ing.)-client (fr.)-клиент (rus)-müştəri 
(klient), (az.)- maliyyə sahəsində “yatırım edən şəxs”, “pul mü-
qabilində su, elektrik, telefon, radio və s.-dən istifadə edən, 
habelə qəzet, jurnal və s.-yə abunəçi olan şəxs” termindir.
Qloballaşma prosesi dildə yeni sözlərin yaranmasına səbəb 
olur. Son illər çap olunmuş elmi-texniki ədəbiyyatlar və 
ictimai-siyasi mətbuat vasitələri üzərində aparılan müşahidələr 
göstərir ki, dilimizə keçən Avropa mənşəli terminlər əvvəlki 
illərə nisbətən daha çoxdur. Bunun əsas səbəblərindən biri də 
bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq elmi-texniki 
yeniliklərin, maddi məhsulların, daha dəbdə olan maddi 
əşyaların, müxtəlif sahələri əks etdirən reklam və elanların 
təbliğ edilməsidir. Belə bir inkişaf prosesində Avropa mənşəli 
terminlər Azərbaycan terminologiyası üçün əsas alınma 
mənbəyidir. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin