Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adina diLÇİLİK İnstitutu vəfa abdullayeva-nəBİyeva


Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə89/119
tarix15.03.2023
ölçüsü1,35 Mb.
#87920
1   ...   85   86   87   88   89   90   91   92   ...   119
Müasir Azərbaycan dilində terminoloji leksikanin inkişafi

Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
179 
qaydalarını tənzimləmə üsulu, əcnəbi dillərə məxsus sözlərin 
[əsasən xüsusi adların və terminlərin] tələffüzünü mümkün q-
ədər dəqiq şəkildə əks etdirmək üçün tətbiq edən yazı üsuludur 
[152,s.290]. Transkripsiya dedikdə bir dildəki səslərin və 
formaların digər dildə qəbul olunmuş yazı vahidlərindən 
fərqlənən işarələr sistemi ilə verilməsi başa düşülür [75,s.3].
Transliterasiya dedikdə isə bir yazı sistemindəki hərflərin 
başqa yazı sisteminin hərfləri ilə verilməsi, sözün və ya 
cümlənin bir əlifba qrafiki ilə yazılışının digər əlifba qrafiki ilə 
yazılmasıdır. Bu zaman hər bir hərf digər əlifbanın hərfi ilə 
deyildiyi 
kimi 
yazılır. 
Müasir 
Azərbaycan 
dilinin 
terminologiyasının inkişafına nəzər salsaq görərik ki, ter-
minlərin bir qismi yalnız qrafik dəyişikliyə uğrayaraq dilimizə 
daxil olub. Terminlərdə zahiri dəyişiklik hiss olunmasa da, 
onlar reseptor dildə assimilyasiya olunduqdan sonra işlənməyə 
başlayıblar. Alınma terminlərin mənimsəmə üsullarından hesab 
olunan transliterasiya müasir dövrdə Azərbaycan dili üçün 
mühüm əhəmiyyət kəsb edir. Belə ki, aprelin 9-u 2013-cü ildə 
“Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə 
uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət 
Proqramı”nın 
təsdiq 
edilməsi 
haqqında 
Azərbaycan 
Respublikası Prezidentinin Sərəncamına əsasən Azərbaycan 
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü 
bəndini rəhbər tutaraq, qloballaşma şəraitində Azərbaycan 
dilinin imkanlarından dövrün tələblərinə uyğun istifadəni və 
ölkədə dilçiliyin inkişafını təmin etmək məqsədi ilə qərar qəbul 
edilib. Proqrama Azərbaycan dilinə daxil olan yeni 
elementlərin öyrənilməsi, sistemləşdirilməsi və tətbiqinin ge-


Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
 
180 
nişləndirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi, Milli 
transliterasiya standartları əsasında Azərbaycan əlifbasından 
digər əlifbalara transliterasiyanı həyata keçirən proqram təmin-
atının hazırlanması, Azərbaycan dilinin öyrənilməsi və təbliği 
sahəsində 
informasiya-kommunikasiya 
texnologiyalarının 
tətbiqi, Azərbaycan dilinin təkmilləşdirilmiş yeni orfoqrafik, 
izahlı, frazeoloji, terminoloji, tərcümə, ensiklopedik və tezlik 
elektron lüğətlərinin hazırlanması, Azərbaycan dilində internet 
resurslarının, elektron və interaktiv dərsliklərin yaradılması 
istiqamətində fəaliyyətin gücləndirilməsi daxildir. Sənəd, eyni 
zamanda, Azərbaycan dilinin daha geniş istifadəsinin təmin 
edilməsi üçün internet texnologiyalarının, maşın tərcüməsi 
sistemlərinin və digər müasir tətbiqi linqvistik texnologiyaların 
yaradılması və inkişaf etdirilməsini nəzərdə tutur. Məhz bu ba-
xımdan müasir dövrdə alınma söz və terminlərin transliterasiya 
məsələsi dilçilikdə aktual və vacib problemlərdən sayılır. 
Qeyd etmək lazımdır ki, fonetik mənimsənilmə prosesi 
başqa dillərdən fonemin alınması deyildir. Dil başqa dilə 
məxsus fonemi ala bilməz. Belə bir prosesin mümkünlüyü dilin 
fonemlərinin sayca artmasına səbəb olar. “Çünki dillərin 
hamısının fonetik quruluşu eyni deyil, müxtəlifdir. Bu 
müxtəliflik səs fərqlənməsinə səbəb olur. Fonetik mənimsə-
mədə verilən səs və səs çalarları reseptor dilin müvafiq səsləri 
ilə uyğunlaşdırılır” [67,s.35].
Alınmaların fonetik assimilyasiyası zamanı hər bir dil öz 
daxili tələblərini irəli sürür. Fonetik assimilyasiya bir neçə 
istiqamətdə həyata keçirilir:



Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin