Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adina diLÇİLİK İnstitutu vəfa abdullayeva-nəBİyeva


Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə90/119
tarix15.03.2023
ölçüsü1,35 Mb.
#87920
1   ...   86   87   88   89   90   91   92   93   ...   119
Müasir Azərbaycan dilində terminoloji leksikanin inkişafi

Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
181 
1. Reseptor dilə uyğun gəlməyən səslər uyğun səslərlə 
əvəz edilir(c>k) klirinq (clearing) – mal, xidmət və qiymətli 
kağızlara görə ödəmədə əks tələb və öhdəliklərin qarşılıqlı 
uçotuna əsaslanan nağdsız hesablaşma sistemidir [166,s.157].
2. Müəyyən səs və ya hecalar ixtisar olunur: infrastruktur 
(infrastructure) – əsas maddi istehsal sahələrinə, sənayeyə, 
kənd təsərrüfatı, tikintiyə, əhaliyə xidmət edən təsərrüfat 
sahələri (nəqliyyat, şose yolları, qaz təsərrüfatı, ticarət, maddi-
texniki təchizat, rabitə və telekommunikasiya sistemləri, elmə 
və səhiyyəyə çəkilən xərclər və s. ) kompleksi, məcmusudur 
[166,s.142]. 
3. Alınmalarda vurğunun yeri dəyişdirilir. Alınma 
sözlərdə nitqin əsasını təşkil edən vurğu daima diqqət 
mərkəzində olur. Çünki intonasiyanın əsasını təşkil edən kom-
ponentlərdən biri də vurğudur [61,s.109]. Məsələn, alarmist (fr
alarmiste alarme həyəcan, narahatlıq)– “yoxlanılmamış, 
əsaslandırılmamış məlumatların, şayiələrin yayılmasına, 
çaxnaşma salmağa meylli, hay-küyçü şəxs” deməkdir. 
Transkripsiyanın əsas prinsipi odur ki, bir səs bir hərf ilə 
əks olunur. Eyni zamanda bu prosesdə vurğu əsas element 
hesab olunur və müəyyən olunmuş intonasiya ilə müşayiət olu-
nur. Məsələn, deklara'nt (de'clarant) gömrük sərhədindən 
mal keçirən və malı gömrük rəsmiləşdirilməsi məqsədilə bəyan 
və təqdim edən şəxs [166,s.51]. İngilis dilində declarant 
sözündə vurğu ilk hecaya düşür, amma bu söz Azərbaycan 
dilinin normalarına uyğun olaraq vurğusu son hecada olmaq 
şərti ilə tələffüz olunur.


Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
 
182 
Alınmaların mənimsənilməsi mürəkkəb prosesdir. Burada 
dilin fonetik çalarları bütün yaruslarda dəyişikliyə uğraya bilər. 
“Alınma terminlərin fonetik mənimsənilməsi çoxşaxəli və 
olduqca mürəkkəb hadisədir. Alınma terminlərdə vurğunun 
yeri və xarakteri, saitlərin uzunluğu, qısalığı, samitlərin 
yumşaqlığı, qalınlığı dəyişir, heca bölgüsünün sərhədi pozulur 
və s. –bir sözlə, alınmalar dilimizin nitq normalarına tabe olur 
[67,s.250-51]. Transkripsiya keyfiyyətinə görə çox fərqli də ola 
bilər, az fərqli də. Bu dillər arasındakı fonetik quruluşun 
oxşarlığından və ya fərqli cəhətlərinin çoxluğundan asılıdır. 
Dünyada tam oxşar fonetik quruluşlu dillər mövcud deyil. Bu 
səbəbdən fonetik mənimsəmə zamanı sözlər bu və digər 
dərəcədə dəyişikliyə uğrayır. İ.P.Susov yazır: “Bütün alınma 
sözlər fonetik dəyişikliyə eyni dərəcədə məruz qalmır. 
Onlardan bəzisi sözalan dilin fonetik qanunlarına tabe olaraq 
başqa şəklə düşür, digərləri isə mənbə dildəki formasında 
saxlanılır. Bu bir çox səbəblərdən başlıcası isə sözalma yolları 
və mənbə dilin fonetik sisteminin sözalan dilin fonetik 
sisteminə nə dərəcədə uyğun olmasından asılıdır [129,s.18]. 
Məsələn, anderraytinq (underwriting) maliyyə sahəsində yeni 
buraxılmış qiymətli kağızların investisiya şirkətləri, broker 
firmaları, 
yaxud 
banklar 
tərəfindən 
ilkin 
bazarda 
yerləşdirilməsi mənasında termindir [147,s.24]. Verilmiş 
nümunənin reseptor dil və mənbə dildəki formalarına nəzər sal-
saq xeyli fərqin şahidi olarıq. Azərbaycan dilində w hərfinin, 
eyni zamanda ingilis dilinin fonetik quruluşana xas bir səsin 
istər sait, istərsə də samit olmaqla müxtəlif cür tələffüz 
olunması transkripsiya zamanı sözün tələffüzündə fərqli 



Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin