Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adina diLÇİLİK İnstitutu vəfa abdullayeva-nəBİyeva



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə92/119
tarix15.03.2023
ölçüsü1,35 Mb.
#87920
1   ...   88   89   90   91   92   93   94   95   ...   119
Müasir Azərbaycan dilində terminoloji leksikanin inkişafi

 
 


Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
185 
Samitlərin tələffüzü: söz sonunda g hərfi [q ]səsini verir.
Lizinq (leasing) maşın və avadanlıqların, nəqliyyat 
vasitələrinin, istehsal qurğularının, uzun müddət işlədilən 
malların və s. icarə forması; onların uzun müddətə icarəyə gö-
türülməsi; 
c>k; C hərfi ingilis dilində a, u, o hərflərindən əvvəl, 
samitlərlə birləşdikdə və sözlərin sonunda [k] kimi oxunur. 
Fiskal federalizm (fiscal federalism) – hakimiyyətin müxtəlif 
səviyyələrini tədqiq edən sahə və onların qarşılıqlı əlaqədə 
olduğu istiqamətlər; 
s>z; S hərfi iki sait arasında, sözlərin sonunda və 
cingiltili samitlərdən sonra [z] kimi oxunur.
Depozit (deposit) – müvafiq müqavilə şərtləri ilə faizlər və 
ya komisyon haqlar ödənilməklə və ya ödənilmədən 
müştərilərin (əmanətçilərin) tələbi ilə qaytarılmasını və ya baş-
qa hesaba köçürülməsini nəzərdə tutan bankın balansında 
aparılan cari, əmanət (depozit) və ya digər hesaba qoyulmuş və 
ya köçürülmüş pul vəsaitidir; 
Saitlərin tələffüzü 
U >v; u hərfi samitlərdən sonra vurğu altında [v] kimi 
oxunur. 
Kvintil (quintil) – əhali qrupları üzrə göstəricilər alınarkən 
ev təsərrüfatlarının adambaşına sərəncamda qalan gəlirləri 
artan qaydada düzülərək ev təsərrüfatlarının sayına görə 5 
bərabər 20%-lik qrup yaradılır; 
Y>I; y hərfi vurğulu hecadan əvvəl və sonra [sonda r 
olmasa] [i] kimi oxunur. 


Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
 
186 
Royalti (royalty) – neft, qaz və digər təbii resursların 
mülkiyyət sahibi olan dövlətə həmin resursların satışından əldə 
edilən gəlirdən əvvəlcədən razılaşdırılmış faiz miqdarında 
ödəmədir [161,s.77].

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin