Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə17/93
tarix18.03.2023
ölçüsü1,04 Mb.
#88717
1   ...   13   14   15   16   17   18   19   20   ...   93
Çağdaş-Azərbaycan-postmodern-romanı

S
S
a
a
l
l
i
i
d
d
ə
ə
 
 
Ş
Ş
ə
ə
r
r
i
i
f
f
o
o
v
v
a
a
 
 
20 
Azərbaycan nəsrində postmodern romanların meydana 
gəlməsi XX əsrin sonlarına təsadüf edir. Azərbaycan ədə-
biyyatında Kamal Abdullanın «Yarımçıq əlyazma», Hə-
mid Herisçinin «Nekroloq», Kəramət Böyükçölün «Çöl», 
İlqar Fəhminin «Qarğa yuvası», Əli Əkbərin «Amneziya», 
Pərviz Cəbrayılın «Yad dildə», Aqşin Yeniseyin «Gölə-
qarğısancan», Nərmin Kamalın «Aç, mənəm» və digər ya-
zarların qələmə almış olduqları əsərlər postmodern üslub-
da yazılmış əsərlər kimi diqqəti cəlb edir. 
Azərbaycan postmodern romanı iki əsrin qovşağında 
ədəbiyyat tarixində paradoksal vəziyyət yaratdı. Postmo-
dernist təfəkkür sistemi yazarlara əsaslandırılmamış, post-
modernist təfəkkürün bədii və fəlsəfi quruluşunu təşkil 
edən istiqamət və prinsiplərin təkamülünün xronoloji çər-
çivəsinin olmaması səbəbindən yazarların qələmə aldıqları 
əsərlər intuitiv halda ənənəvi dəyərləri kompromissiz ola-
raq dekonstruksiyaya məruz qoydular. 
Qeyd etmək istərdim ki, dünya ədəbiyyatında olduğu 
kimi, Azərbaycan ədəbiyyatında da postmodern üslubda 
qələmə alınmış ilk əsərlərə reaksiyalar sərt olmuşdur. Post-
modern üslubda qələmə alınmış əsərlərdə olan janr və 
struktur yeniliklərini qəbul etməyənlər arasında ədəbi me-
tod, mövqe mübarizəsinə çevrildi. Postmodernizm tərəf-
darlarının az olmasına baxmayaraq, bu üslubda qələmə 
alınmış əsərlərə real qiymət verilərək, ədəbi müstəvidən 
nəzərdən keçirildilər. Kamal Abdullanın «Yarımçıq əlyaz-
ma» romanı oxucu ixtiyarına verildikdən sonra, əsər və 
müəllifi ətrafında baş vermiş müzakirələri göstərə bilərik. 
Həmid Herisçinin «Nekroloq» (2005) romanını da gös-
tərmək olar. H. Herisçinin «Nekroloq» romanı bəzi ədəbi 
tənqidçilər tərəfindən klassik anlayışda roman kimi qəbul 



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin