Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu


Çağdaş Azərbaycan postmodern romanı



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə20/93
tarix18.03.2023
ölçüsü1,04 Mb.
#88717
1   ...   16   17   18   19   20   21   22   23   ...   93
Çağdaş-Azərbaycan-postmodern-romanı

Çağdaş Azərbaycan postmodern romanı 
23 
Bəsti Əlibəylinin «Çağdaş tənqid və ədəbi proses: 
2004 - 2007-ci illər» 
13
adlı məruzəsində Qərbin tullantısı 
hesab etdiyi postmodernizmin dünya ədəbiyyatına bir şey 
vermədiyi kimi fikri səsləndirilmişdir. Tənqidçi xanım, 
postmodernist üslubda yazılmış əsərləri postmodernizm 
nümunəsi kimi dəyərləndirmir, yazarın istedadı ilə bağla-
yır: «sual oluna bilər; bəs Umberto Eko, bəs Orxan Pa-
muk, bəs Patrik Züskind və postmodernizmin uğuru sayı-
lan digər örnəklər? Mən hesab edirəm ki, bu yazıçıların 
postmodernizmə aid edilən əsərlərinə «Qızılgülün adı», nə 
«Qara kitab», nə də «Əttar» postmodernizmin uğuru olma-
yıb, müəlliflərinin istedadının, böyüklüyünün uğurudur». 
Yuxarıda qeyd edilən məqamlara baxmayaraq, post-
modernizm yeni yaradıcılıq axtarışları kimi Azərbaycan 
ədəbiyyatının maraq dairəsindədir. Azərbaycan postmo-
dern romançılığı milli romançılığın məzmun və janr baxı-
mından «yenilənməsi» ilə özündə əsas yük daşıyır. 
13
Əlibəyli B. «Çağdaş tənqid və ədəbi proses: 2004-2007-ci illər». 
«Körpü» jurnalı, 2008, № 1 və ya 14 may 2007-ci ildə Azərbaycan 
Yazıçılar Birliyində edilmiş məruzə əsasında hazırlanmış məqalə // 
525-ci qəzet.- 2007.- 30 iyun. - № 115. 


S
S
a
a
l
l
i
i
d
d
ə
ə
 
 
Ş
Ş
ə
ə
r
r
i
i
f
f

Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin